Press "Enter" to skip to content

Necə mənzillərin satış etmək? Tələb olunan sənədlər, depozit, qeydiyyat

Əmlak üzərində sahiblik qanuni və qanunsuz ola bilər. Əşya üzərində sahibliyin hər hansı bir hüquqi əsası olduqda belə sahibliyə qanuni və yaxud titul sahibliyi deyilir. Hüquqi əsasları olmayan sahiblik qanunsuz və yaxud titulsuz sahiblik adlanır. Əmlak, ümumi qayda üzrə o adamların sahibliyində olur ki, bunun üçün bu və ya digər hüquqlara malik olsun. Belə hallarda mübahisəli məsələlərə faktiki sahibliyin qanuna-uyğunluğu prezumpsiyası vasitəsilə baxılır. Başqa sözlə, əmlakın faktiki sahibinin əmlak üzərindəki sahibliyinin əksi sübuta yetirilməzsə, tanınır.

1. Mülkiyyət hüququnun anlayışı və məzmunu. Mülkiyyət hüququnun formaları və növləri

Mülkiyyətçilik elə anlayışlara aiddir ki, onun ətrafında uzun əsrlər boyu insanların düşüncələri qarşı-qarşıya gəlmişdir. Lakin, təkcə nəzəri döyüşlərlə iş bitmir. İnsanların mülkiyyətçilik münasibətlərinin dəyişdirilməsi, bu sahədə yeni münasibətlərin bərqərar olunması uğrunda mübarizələri bütün dünyada həmişə sosial təbəddülatların meydana gəlməsinə səbəb olmuşdur. Bu mübarizələr bəzən müvəffəqiyyətli, bəzən də çox uğursuz nəticələrə səbəb olmuşdur. Olmuşdur ki, cəmiyyət, həqiqətən, öz inkişafının yeni, daha yüksək pilləsinə qalxmışdır. Lakin, mülkiyyətçilik münasibətlərinin dağıdılması nəticəsində cəmiyyətin çox geri düşməsi və bu gerilikdən uzun müddət çıxa bilməməsi halları da olmuşdur.

XX əsrdə bizim ölkəmizdə mülkiyyətçilik münasibətlərinin iki dəfə dağıdılması prosesi baş vermişdir. Birinci dəfə bu fəlakətlə nəticələnmiş və nəticələri neçə-neçə nəsli korlamış olan 1920-ci ilin aprelində başlanmışdır. İkinci dəfə isə bizim günlərdə baş verir. Onun əsas məqsədi mülkiyyətçilik münasibətlərini onun əsl mahiyyətinə qaytarmaq, indiki rejimin sosial dayağı ola biləcək xüsusi mülkiyyətçilərin geniş təbəqəsini yaratmaqdan ibarətdir. Beləliklə, nə deməkdir mülkiyyət?

Bu, ilk növbədə şəxsin və yaxud kollektivin ona mənsub əmlaka öz əmlakı kimi münasibət bəsləməsi kimi başa düşülə bilər. Mülkiyyət «mənimki» və «səninki» olanların fərqləndirilməsinə əsaslanır. Hər hansı bir konkret məqamda hansı mülkiyyət forması və ya növünün daha yüksəkdə olmasından asılı olmayaraq mülkiyyətçilik o vaxt meydana gələ bilər ki, istehsalın nəticələrinə və şərtlərinə kimsə «özününkü», kimsə «özgəninki» kimi münasibət bildirə bilsin. Bunsuz, ümumiyyətlə, mülkiyyət yoxdur. Bu nöqteyi-nəzərdən hansı ideoloji niyyətə xidmət etsə də, hər hansı bir mülkiyyət forması xüsusidir.

Mülkiyyətin elementar izahından belə bir nəticəyə gəlmək olar ki, o, insanın əşyaya münasibəti deməkdir. Lakin bu mülkiyyətin məzmununun açılmasında kifayət edici deyildir. Belə ki, mülkiyyətçi öz əşyası ilə bağlı digər, kənar şəxslərlə də münasibətdə olur. Buna görə de mülkiyyət təkcə insanın əşyaya münasibətində deyil, həmin əşya barəsində insanlar arasındakı münasibətlərdə özünü göstərir. Münasibətlərin bir qütbündə əşyaya öz əşyası kimi münasibət göstərən mülkiyyətçi, digər qütbündə isə həmin əşyaya yad münasibət göstərməyə borclu olan digər, üçüncü şəxslər çıxış edir. Bu o deməkdir ki, bütün üçüncü şəxslər özgə əşyasına, o cümlədən bu əşyada təcəssüm edən mülkiyyətçinin iradəsinə hər cür təcavüzdən imtina etməyə borcludurlar.

Mülkiyyətin müəyyən olunması o deməkdir ki, o, əşya qismində olanın maddi qidavericisidir. Mülkiyyətə eyni zamanda iradəvi məzmun da xasdır, belə ki, məhz mülkiyyətçinin suveren iradəsi ona mənsub olan əşyanın məişət təyinatını müəyyən edir.

Mülkiyyət – ictimai münasibətdir. Əgər özgə şəxslərdə mülkiyyətçinin əşyasına «özgəninki» münasibəti olmasaydı, mülkiyyətçinin də həmin əşyaya «özününkü» münasibəti olmazdı. İctimai münasibət kimi mülkiyyətin məzmunu mülkiyyətçinin maddi nemətlərin istehsalı, bölgüsü, dəyişməsi və istifadə edilməsi prosesində digər şəxslərlə çıxış etməsi labüd olan əlaqə və münasibətlərdə açılır.

Mülkiyyət maddi və iradəvi məzmuna malik olan ictimai münasibətdir və əmlak münasibətlərində başlıca yer tutur. Lakin bu, mülkiyyətin xarakteri üçün kifayət hesab oluna bilməz. Bunun üçün mülkiyyətçinin ona mənsub əmlaka hər hansı bir konkret formada ifadə oluna bilən iradəvi aktını göstərməsi lazımdır. Mülkiyyətçi öz əmlakıyla bağlı istənilən münasibətə girə bilər, bir şərtlə ki, bu qanunvericiliklə qadağan edilməsin və yaxud mülkiyyətin sosial təbiətinə zidd olmasın. Mülkiyyətçinin iradəsi ona mənsub əmlaka sahiblik, istifadə və sərəncamda ifadə olunur. Mülkiyyətçinin əşyaya (əmlaka) münasibətdə konkret aktı, nəticə etibarilə bunlarla məhdudlaşır.

Sahiblik dedikdə, mülkiyyətçinin əmlak (əşya) üzərində faktiki sahibliyi, yəni təsərrüfat ağalığı başa düşülür. Sahiblikdə mülkiyyətçilik münasibətlərinin tarazlığı, əmlakın fərdə və kollektivə bağlılığı əks olunur. Əmlakdan onun faydalı təbii xassələrinin hasil edilməsi, habelə ondan fayda götürülməsi istifadə adlanır. İstifadədən fayda – gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam dedikdə isə mülkiyyətçi tərəfindən əmlakın hüquqi müqəddəratının təyin edilməsi başa düşülür. Bu, əmlakın özgəninkiləşdirilməsi, kirayə verilməsi, girov qoyulması və s. üsullarla ola bilər. Əmlakdan istifadə edilməsi və onun üzərində sərəncam verilməsində, artıq mülkiyyət münasibətlərinin dinamikası ifadə olunur.

İqtisadi kateqoriya kimi mülkiyyət, bütün tarixi dövrlərdə mövcud olmuşdur. Əlbəttə, insanların hələ təbiətdən ayrılmadığı, öz ehtiyaclarını sadə vasitələrlə ödədiyi bəşər cəmiyyətinin ilk başlanğıc mərhələsi istisna olunur. Cəmiyyətin inkişafının müxtəlif dövrlərində əmlak münasibətləri də müxtəlif olmuşdur. İctimai formasiyalara uyğun olaraq mülkiyyətin müxtəlif tipləri – ibtidai icma, quldarlıq, feodal – təhkimçi və kapitalist tiplərini bir-birindən ayırmaq olar. Yaxın keçmişə qədər mülkiyyətin bir tipi kimi sosialist mülkiyyəti də kifayət qədər əsaslar olmadan qeyd edilirdi. Sosializm birliyinə daxil olan dünyanın heç bir ölkəsində sosializm əslində qurula bilmədi. Bilavasitə istehsalçılar istismara məruz qalır, istehsal vasitələrinin istehsalçılara verilməsi həqiqətdə baş vermədi. Bu ölkələrin totalitar rejimləri mülkiyyətin o tipini təsdiq etdi ki, o, mülkiyyətin xarakterik əlamətlərinə, tamamilə, yabancı idi.

İstər iqtisad, istərsə də hüquq elmi müxtəlif münasibətlərin olmasına baxmayaraq mülkiyyətə xüsusi və həm də dəyişkən bir iqtisadi kateqoriya kimi baxır.

Beləliklə, iqtisadi mənada mülkiyyət dedikdə, maddi nemətlərin və ən əvvəl istehsal vasitələrinin mənimsənilməsi və onlar üzərində sahiblik, istifadə və sərəncam verməklə əlaqədar olaraq insanlar arasında tarixən müəyyən edilmiş iqtisadi münasibətlər başa düşülür. Bu münasibətlər hüquqla mühafizə edildikdə mülkiyyət hüququna çevrilir. Mülkiyyət hüququ öz normaları vasitəsilə mülkiyyəti, yəni iqtisadi münasibətləri möhkəmləndirir və mühafizə edir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

Mülki hüquq elmində mülkiyyət hüququ iki mənada başa düşülür: obyektiv və subyektiv mənada.

Obyektiv mənada mülkiyyət hüququ dedikdə, mülkiyyət münasibətlərini nizama salan hüquq normalarının məcmusu, subyektiv mənada mülkiyyət hüququ dedikdə isə mülkiyyətçinin öz mülahizələrinə görə, heç kimdən asılı olmayaraq qanunla müəyyən edilmiş hüdudlarda müəyyən əmlaka sahiblik, ondan istifadə və üzərində sərəncam hüququ başa düşülür. Demək, mülkiyyət hüququnun məzmununu mülkiyyətçinin əmlaka sahiblik, ondan istifadə və üzərində sərəncam hüququnun məcmusu təşkil edir.

Sahiblik hüququ – əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Söhbət əgər faktiki sahiblikdən gedirsə, bu o demək deyildir ki, sahibkar əşya ilə bilavasitə təmasda olsun. Məsələn, uzunmüddətli məzuniyyətdə olan şəxs onun evində olan əmlakın sahibi olaraq qalır. Deməli, əşyaya faktiki sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq, əşyaya sahibliyi ləğv etmir.

Əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə vasitəsiz sahibdir.

Əmlak üzərində sahiblik qanuni və qanunsuz ola bilər. Əşya üzərində sahibliyin hər hansı bir hüquqi əsası olduqda belə sahibliyə qanuni və yaxud titul sahibliyi deyilir. Hüquqi əsasları olmayan sahiblik qanunsuz və yaxud titulsuz sahiblik adlanır. Əmlak, ümumi qayda üzrə o adamların sahibliyində olur ki, bunun üçün bu və ya digər hüquqlara malik olsun. Belə hallarda mübahisəli məsələlərə faktiki sahibliyin qanuna-uyğunluğu prezumpsiyası vasitəsilə baxılır. Başqa sözlə, əmlakın faktiki sahibinin əmlak üzərindəki sahibliyinin əksi sübuta yetirilməzsə, tanınır.

Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktiki sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir (Mülki Məcəllənin 164-cü maddəsi).

Qanunsuz sahiblik öz növbəsində iki yerə, vicdanlı və vicdansız sahibliyə ayrılır. Mülki Məcəllənin 166-cı maddəsində mülkiyyətin sahiblik əsasında ehtimal edilməsindən bəhs edilir. Həmin maddəyə uyğun olaraq daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur. Daşınar əşyanın mülkiyyətçisi olmaq istəməyən sahibi ehtimal edə bilər ki, bu əşya kimdən arxayın alınmışdırsa, həmin şəxsin mülkiyyətindədir. Sahiblik hüququ olmadığını bilən və ya bilməli olan sahib vicdansız sahibdir. Daşınar əşya üzərində məhdud əşya hüququna və ya şəxsi hüquqa iddia edən daşınar əşya sahibinin bu cür hüququnun olduğu ehtimal edilir. Lakin o həmin əşyanı aldığı şəxsin bu cür hüququ olduğunu ehtimal edə bilməz.

Əşyanın vicdansız sahibi onu mülkiyyətçisinə qaytarmalı və əşyanı saxlaması ilə bağlı bütün zərərin əvəzini ödəməli, habelə əldə etdiyi bəhərin əvəzini ödəməlidir.

Əşyanın vicdanlı sahibi isə öz ehtimal edilən hüququna uyğun olaraq əşyadan fayda götürdüyünə və ondan istifadə etdiyinə görə ixtiyarlı şəxsə zərərin əvəzini ödəməyə borclu deyildir. O, əvəzi ödənilərkən yoxa çıxan və ya zərərçəkən şeyin əvəzini ödəməyə borclu deyildir.

İstifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Ola bilsin ki, bəzi əşyalar həm şəxsi, həm də təsərrüfat məqsədilə istifadə edilsin. Məsələn, tikiş maşını ilə nəinki ailə üzvləri üçün, habelə haqqı ödənilməklə digər şəxslər üçün də paltar tikilə bilər. İstifadə hüququ, adətən sahiblik hüququna söykənir. Lakin sahibi olmadığın əşyadan da istifadə etmək olar. Bu, müqaviləyə və yaxud qanuna əsasən, həyata keçirilir. Məsələn, əmlak kirayəsi müqaviləsinə görə kirayəçi, nəinki əmlakın müvəqqəti sahibi, o, həmçinin, əmlakın istifadəçisi hesab edilir.

İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməsi və ya ona qulluq olunması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanın başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər.

Sahiblik kimi istifadə də qanuni və qanunsuz ola bilər.

Sərəncam hüququ – əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi öz əmlakını satmaq, kirayə vermək, girov qoymaq, bağışlamaq barədə öz mülahizəsinə görə qərar qəbul edir. Bir qayda olaraq, əmlak üzərində sərəncam mülkiyyətçiyə məxsus olur. Mülkiyyətçi olmayanın əmlak üzərində sərəncam verməsi yalnız qanunda göstərilən hallarda ola bilər. Bu, kreditorun borcunu ödəmək məqsədilə mülkiyyətçinin əmlakının məcburi satılmasında ve s. hallarda özünü göstərir. Məsələn, vətəndaşlar özlərinə məxsus olan bu və ya digər əmlaklarını ssuda almaq məqsədilə lombardlara təhvil verirlər. Əgər onlar göstərilən müddətdə aldıqları pulu geri qaytarmasalar lombardlara verilən əmlak satılır. Sonra verilmiş ssuda götürülür, qalan hissə isə mülkiyyətçiyə verilir. Bir sıra əmlakdan istifadə edildikdə onlar öz varlığını itirir, məhv olurlar. Bununla əlaqədar olaraq mülkiyyət hüququ xitam edilir. Deməli, mülkiyyətçi tərəfindən əmlakın məhv edilməsi də sərəncam hesab edilir. Lakin əmlakını məhv edən mülkiyyətçinin fəaliyyətinin hüquqi tənzimini vermək nəzərə çarpacaq dərəcədə mürəkkəbdir. Əgər mülkiyyətçi əmlakı məhv edir və ya atırsa, o, əmlak üzərində sərəncamını birtərəfli qaydada əqdin baş verməsi vasitəsilə həyata keçirmiş olur, bu halda mülkiyyətçinin iradəsi mülkiyyət hüququnun xitamına və yaxud bu hüquqdan imtina olunmasına yönəldilmişdir. Yox, əgər əmlakdan bir dəfə istifadə olunmaqla (məsələn, meyvəni yemək və s.) mülkiyyət hüququna xitam verilirsə, onda mülkiyyətçinin iradəsi mülkiyyət hüququnun xitamına deyil, əmlakdan faydalı xassələrin hasil edilməsinə yönəlir. Deyilən misalda əmlak üzərində sərəncam hüququnun deyil, istifadə hüququnun həyata keçirilməsi baş vermiş olur.

Mülkiyyət hüququnun anlayışının açılması mülkiyyətçinin malik olduğu səlahiyyətlərlə başa çatmır. İş ondadır ki, eyni səlahiyyətlərə həm mülkiyyətçi, həm də digər şəxslər (məsələn, mülkiyyətçinin əmlakına tam təsərrüfatçılıq aparmaq hüququ olan şəxs və s.) malik ola bilər. Bunun üçün məhz mülkiyyətçinin səlahiyyətlərini əks etdirən spesifik əlamətlər müəyyən olunmalıdır. Bu əlamətlər ondan ibarətdir ki, mülkiyyətçi öz səlahiyyətlərini öz mülahizəsinə görə həyata keçirir. Bu zaman mülkiyyətçi öz mülahizəsinə görə səlahiyyətlərini həyata keçirmək və ya əmlak üzərində sərəncam vermək hüququnu digər şəxslərin həmin əmlak üzərində iradəsindən asılı olmayaraq bilavasitə qanuna əsaslanaraq həyata keçirir. Digər şəxslərin əmlak üzərində iradəsi isə təkcə qanuna söykənmir, eyni zamanda mülkiyyətçinin iradəsindən asılı olur və onunla şərtlənir.

Mülkiyyət hüququ mütləq hüquqdur. Qanuna görə o hər kəsdən müdafiə edilir, yəni qeyri-müəyyən dairədə şəxslərdən qorunmalıdır, çünki mülkiyyət hüququnu hər kəs poza bilər. Buna görə də qanun, mülkiyyətçiyə, onun səlahiyyətlərini həyata keçirməyə imkan verməyən hər cür maneələri dəf etmək hüququ vermişdir. Bu zaman o, özünümüdafiə tədbirlərindən də istifadə edə bilər.

Lakin mülkiyyətçinin əmlak üzərində sahibliyini nəhayətsiz hesab etmək olmaz. Qanuna görə mülkiyyət hüququnun həyata keçirilməsi ətraf mühitə zərər vurmamalı, qanunların və ya üçüncü şəxslərin hüquqlarını pozmamalı, cəmiyyətin, xüsusilə dövlətin qanunla qorunan mənafelərinə zidd olmamalı, yaxud hüquqdan sui-istifadə edilməməlidir.

Mülkiyyətçinin sahiblik və istifadəsində olan əmlak üzərində hüquqlarını həyata keçirmək üçün təkcə o lazımdır ki, üçüncü şəxs həmin əmlaka təcavüz etməsin. Lakin həmişə belə olmur. Əmlak üzərində sərəncam verərkən (əmlakı satarkən, kirayə verərkən, girov qoyarkən və s.) mülkiyyətçi konkret şəxslə (məsələn, əmlakı alanla, kirayə və ya girov götürənlə və s.) hüquq münasibətinə girir. Mülkiyyətçi bu zaman öz hüquqlarını həyata keçirsə də, bəzən həmin hüquqların tənzimlənməsi mülkiyyət hüququnun hüdudlarından kənara çıxır, o, özü isə satıcı, kirayə verən, girov qoyan kimi çıxış edir. Belə hallarda mülkiyyət hüququ pozulmuşsa, onda hər şey bu hüququn saxlanıb saxlanılmamasından asılı olur. Əgər bu hüquq saxlanmışsa, pozulmuş hüquqların bərpası mülkiyyət hüququ institutu normaları ilə baş verir. Əgər mülkiyyət hüququ qalmamışsa (deyək ki, əmlak məhv edilmişdir), onda pozulmuş hüquqların bərpası digər hüquq normaları ilə mümkün olur (məsələn, zərərvurma nəticəsində əmələ gələn öhdəliklər, yaxud sığorta hüququ). Beləliklə, mülkiyyət hüququ normaları digər hüquq normaları ilə daimi əlaqədə və qarşılıqlı fəaliyyətdədir.

  1. Mülkiyyət hüququnun formaları və növləri.

Mülkiyyət hüququnun forma və növləri məsələləri təkcə nəzəri cəhətdən deyil, həm də praktik cəhətdən mühüm əhəmiyyət kəsb edir. Konkret şəxsə məxsus olan əmlakın mülkiyyət hüququnun hansı forma və növünə aid olması əmlakın hüquqi rejimini və eyni zamanda mülkiyyətçinin həmin əmlaka olan sahiblik imkanları spektrini müəyyən edir.

Azərbaycan Respublikası Konstitusiyası mülkiyyətin üç formasını – dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti formasını təsbit etmişdir. Bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər.

Dövlət mülkiyyət hüququ. Bazar iqtisadiyyatının inkişaf etdiyi ölkələrdə belə, istehsal fondları strukturunda dövlət mülkiyyəti mühüm çəkiyə malikdir. Əsas həyati təminat yaradan maddi ehtiyatların (ərzaq, yanacaq və s. vəsaitlərin) əsas hissəsi dövlətin əlindədir. İstehsal, sosial-mədəni və s. təyinatlı obyektlərin böyük bir hissəsinin dövlət mülkiyyətində olması iki amillə bağlıdır. Birincisi, gözlənilməz hadisələrlə zəngin olan dünyada hər bir dövlət öz təhlükəsizliyi haqqında düşünməlidir. Təhlükəsizlik dedikdə, yalnız hərbi təhlükəsizlik deyil, eyni zamanda ekoloji, sanitar-epidemioloji, aclıq və s. təhlükə nəzərdə tutulur. İkincisi, bu dövlətin yerinə yetirməli olan sosial funksiyasından irəli gəlir. Əhalinin minimum yaşayışını təmin etmək, aztəminatlı ailələrin həyat səviyyəsini qaldırmaq tədbirləri, təqaüdçülərin, tələbələrin və əhalinin sair imkansız təbəqələrinin sosial müdafiəsi məsələlərini dövlət həll etməlidir. Bunun üçün isə dövlət müvafiq maddi-texniki və maliyyə bazasına malik olmalıdır. Yenidənqurmaya qədər ölkəmizdə əsas istehsal fondlarının 90%-i dövlətin əlində olmuşdur. Dövlət mülkiyyəti bürokratikləşmiş, elmi-texniki inqilabın nailiyyətlərini kifayət qədər əks etdirməyən mülkiyyət olmuşdur.

İndi isə ölkəmizdə özəlləşmə tam sürətlə gedir, dövlət mülkiyyətində olan obyektlər hüquqi və fiziki şəxs olan xüsusi mülkiyyətçilərin əlinə keçir. Özəlləşdirməni aparan siyasətçilərin fikrincə isə özəlləşmə nəticəsində istehsal vasitələrinin istehsalçı işçilərlə birləşməsi baş verəcək, mülkiyyət özünün əsl məzmununu kəsb edəcəkdir.

Əldə olunmuş təcrübə göstərir ki, cəmiyyətin normal inkişafı yalnız müxtəlif mülkiyyət formalarının sağlam rəqabəti, hər birinin özünün həyat qabiliyyətini əmək və kapitalın qovuşduğu yerdə göstərməklə mümkündür.

Mülki Məcəllənin 155.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. Dövlət mülkiyyət hüququ dedikdə, dövlətin mənsub olduğu əmlak üzərində qanunla müəyyən edilmiş çərçivədə sahiblik, istifadə və sərəncam vermək hüququ başa düşülür. Başqa subyektiv hüquqlar kimi dövlət mülkiyyət hüququ da müəyyən hüquq münasibəti çərçivəsində yaranır, bu və ya digər maddi dəyərlərin idarəçiliyi sahəsində konkret səlahiyyətləri xarakterizə edir. Dövlət mülkiyyətçisinin səlahiyyətləri həm mülki hüquqların vahid subyekti tərəfindən, həm də dövlət əmlakının bir hissəsinə malik olan dövlət hüquqi şəxsləri tərəfindən həyata keçirilir. Burada mülkiyyətçi ilə dövlət hüquqi şəxsləri arasında öhdəlik hüquq münasibətləri yaranmır.

Dövlət mülkiyyəti iqtisadi baxımdan ümumxalq mənimsəməsinin forması hesab edilir. İri əmlak mülkiyyətçisi kimi dövlət üçün bu əmlakın idarə edilməsi, ayrılıqda isə hüquqi şəxslərin yaradılması, yenidən təşkili və xitam edilməsi, onlar arasında müvafiq əmlakın bölüşdürülməsi və istifadəsi üzərində nəzarət çox vacibdir. Bir çox hallarda bu dövlət idarəçilik orqanları tərəfindən normativ aktların qəbul edilməsi ilə həyata keçirilir.

Dövlət mülkiyyəti ümumdövriyyə xarakteri daşıyır. Dövlət başqa mülkiyyətçilərin malik olmadığı mülkiyyət obyektlerini əldə edə bilər və əldə edir.

Mülki Məcəllənin 155.2-ci maddəsində qeyd olunur ki, fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. Bu obyektlərin geniş dairəsi «Azərbaycan Respublikasında mülkiyyət haqqında» 9 noyabr 1991-ci il tarixli Qanunda ( 23 aprel 2002-ci il tarixli, 311-IIQD nömrəli qanuna əsasən qüvvədən düşmüşdür ) göstərilmişdir. Həmin Qanunda deyilir ki, respublika ərazisi hüdudlarında torpaq, yerin təki, daxili sular və ərazi suları, qitə şelfi, bitkilər və heyvanlar aləmi, hava hövzəsi Azərbaycan Respublikasının müstəsna mülkiyyətidir. Azərbaycan Respublikası torpağı öz vətəndaşlarının xüsusi mülkiyyətinə verə bilər.

Azərbaycan Respublikası onun ərazisinə bitişik Xəzər dənizi iqtisadi zonasının ehtiyatlarına beynəlxalq hüquqla təsdiq edilmiş hədlərdə sahiblik, onlardan istifadə və onların barəsində sərəncam hüququna malikdir.

Azərbaycan Respublikasının ərazisində olan bütün təsərrüfat sahələrinin müəssisələri, energetika, nəqliyyat və rabitə şəbəkələri (sistemləri), dövlət mənzil fondu, dövlət idarələrinin əmlakı, mədəni sərvətlər və tarix abidələri, infrastruktur obyektləri, o cümlədən kurort-turist təyinatlı obyektlər, dövlətin vəsaiti hesabına yaradılmış digər əsas fondlar, dövlət bankları, maliyyə və kredit ehtiyatları, qiymətli kağızlar və suveren dövlət kimi Azərbaycan Respublikasının qarşısında duran vəzifələri həyata keçirmək üçün lazım olan digər əmlak Azərbaycan Respublikasının dövlət mülkiyyətinə aiddir.

Azərbaycan Respublikasının dövlət maliyyə ehtiyatları hesabına yaradılmış və başqa dövlətlərin ərazisində yerləşən müəssisələr və ya onların hissələri də Azərbaycan Respublikasının dövlət mülkiyyətidir.

Xüsusi mülkiyyət hüququ. Respublikamızda mülkiyyət hüququnun mühüm formalarından biri də xüsusi mülkiyyət hüququdur. Xüsusi mülkiyyət hüququnun anlayışı «Azərbaycan Respublikasında mülkiyyət haqqında» Qanunda (23 aprel 2002-ci il tarixli, 311-IIQD nömrəli qanuna əsasən qüvvədən düşmüşdür) verilmişdir. Həmin qanuna əsasən, xüsusi mülkiyyət hüququ istehsal vasitələrinə, qeyri-istehsal təyinatlı predmetlərə və sərvətlərə, pul vəsaitinə və qiymətli kağızlara, onlardan istifadə olunmasının nəticələrinə sahiblik, onlardan istifadə və onların barəsində sərəncam sahəsində ayrı-ayrı şəxslərin qanunla qorunan hüquqlarının məcmusudur.

Respublika qanunvericiliyinə müvafiq olaraq xüsusi mülkiyyət hüququ öz növbəsində vətəndaşların və hüquqi şəxslərin mülkiyyət hüququna bölünür.

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, keçmiş «sosializm» adlandırılan bir dövrdə cəmiyyətin əsas prinsipi «hər kəsə əməyinə görə» kimi müəyyən olunmuş, əmək hüququ isə vətəndaşların əsas hüquqlarından olan sosial-iqtisadi hüquq kimi qanunla möhkəmlənmişdi. «İnsanın insan tərəfindən istismarı» qadağan olunmuş, istehsal vasitələri üzərində mülkiyyətin sosialist forması şəriksiz olaraq hökmran idi. Şəxsi mülkiyyət adlanan vətəndaşların mülkiyyətinin əsas mənbəyi ictimai istehsal vasitələrinə sərf olunan əmək idi. Əməyə görə bölgü prinsipi üzrə vətəndaşlara məcmu ictimai məhsulun çatan hissəsi əsasən, tələbatın ödənilməsinə yönəlmişdi. Bununla yanaşı, şəxsi mülkiyyətin mənbələrindən biri də ictimai istehlak fondlarından ödənilən pensiya, müavinət və stipendiyalar idi. Vətəndaşların tələbatının ödənilməsinə eyni zamanda pulsuz tibbi xidmətləri, mənzil-kommunal, nəqliyyat xidmətləri və s. aid etmək olardı.

Hazırda qüvvədə olan Azərbaycan Respublikası Konstitusiyası reallığı əks etdirərək nə əmək hüququnu, nə də əməyə görə bölgü prinsipini əsas götürmür. Heç kəs zorla işlədilə bilməz. Eyni zamanda, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır (Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi). Dövlət əqli mülkiyyət hüququnun, yəni müəlliflik hüququ, ixtiraçılıq hüququnun və s. qorunmasına təminat verir.

Buna uyğun olaraq vətəndaşların mülkiyyət hüququnun təzahür formaları kimi, onun əmələ gəlmə mənbələri də mühüm dəyişikliklərə uğramışdır. Hazırda vətəndaşların mülkiyyət hüququnun əsasını onların muzdlu işçi kimi əməyi və müstəqil iqtisadi fəaliyyəti təşkil edir.

İqtisadi fəaliyyətdə də öz növbəsində qanuna uyğun olaraq qeydiyyata alınmaqla əmlakdan istifadə, məhsulun satışı, işlər görülməsi və xidmətlər göstərilməsi yolu ilə müntəzəm gəlir əldə etmək məqsədilə müstəqil sahibkarlıq fəaliyyəti ilə məşğulluq qeyd olunmalıdır. Sahibkarlıq fəaliyyəti muzdlu əməyi tətbiqetmə və ya etməmə yolu ilə həyata keçirilir.

Yuxarıda deyilənləri nəzərə alsaq demək olar ki, vətəndaşların xüsusi mülkiyyəti hazırda aşağıdakı formalarda özünü göstərir:

• istehsal vasitələrinin mülkiyyətçisinin kımin olmasından asılı

  • gəlir əldə olunmasına xidmət etməyən şəxsi iqtisadi fəaliyyət – vətəndaşların mülkiyyətinin mənbəyi kimi;
  • şəxsi əməyə əsaslanan sahibkarlıq fəaliyyəti – vətəndaşların mülkiyyətinin mənbəyi kimi;
  • muzdlu əməkdən istifadə etməklə sahibkarlıq fəaliyyəti – vətəndaşların mülkiyyətinin mənbəyi kimi.

Xüsusi mülkiyyətin bir növündən başqa növünə keçmək üçün qanun heç bir məhdudiyyət qoymur, əksinə, daha çox iqtisadi və sosial effekt verən sahəyə əməyin və kapitalın cəlb edilməsi dövlət tərəfindən həvəsləndirilir.

Qeyd olunmalıdır ki, bir şəxsin xüsusi mülkiyyəti bir deyil, bir neçə mənbədən yarana bilər. Məsələn, vətəndaş təqaüdçü kimi pensiya, muzdlu işçi kimi əmək haqqı, səhmdar kimi divident ala bilər və s.

Vətəndaşların xüsusi mülkiyyət hüququ maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən hüquqi institutdur.

Xüsusi mülkiyyət hüququnun anlayışını mülkiyyətçinin əmlak və ondan istifadə olunmasının nəticələri üzərində öz mülahizəsinə görə sahiblik, istifadə və onlar barəsində sərəncam səlahiyyətləri təşkil edir. Onlardan hər biri mülkiyyətçiyə üçüncü şəxslərlə hüquq münasibətlərində konkret imkanları təmin edir.

Bazar iqtisadiyyatı dövründə xüsusi mülkiyyətin obyektləri dairəsinin müəyyənləşməsinə münasibət qanunvericilik tərəfindən əhəmiyyətli dərəcədə dəyişilmişdir. Əvvəllər qüvvədə olan qanunvericiliyə görə vətəndaşların mülkiyyəti özünün istehlak təyinatı ilə, əsasən istehlak məhsullarına şamil edilirdi. O ki, qaldı, istehsal vasitələrinə, onda, vətəndaş yalnız xırda istehsal vasitələrinin sahibi ola bilərdi və bu zaman muzdlu əməkdən istifadə qadağan olunurdu. İndi vəziyyət tamam dəyişmişdir. «Azərbaycan Respublikasında mülkiyyət haqqında» qanundan başlayaraq digər normativ aktlara qədər xüsusi mülkiyyətin inkişafını ləngidən bütün maneələr aradan qaldırılmışdır.

Lakin xüsusi mülkiyyət hüququnun anlayış tutumu nə qədər böyük olsa da onun öz sərhədləri vardır. Bu, mülki-hüquqi tənzimetmənin yol verilən və sərbəstlik prinsiplərindən irəli gəlir.

Birinci prinsip o deməkdir ki, vətəndaş mülkiyyət hüququnu həyata keçirərkən qanunla qadağan olunmayan hər şeyə yol verilir.

Sərbəstlik prinsipi isə vətəndaşın mülkiyyət hüququnu həyata keçirməsi və ya keçirməməsini öz mülahizəsinə görə həll etməsi, hüququn həyata keçirilməsi məqsədini və vasitələrini özünün seçməsi deməkdir.

Subyektiv mülkiyyət hüququnun, onun həyata keçirilməsinin məqsəd və vasitələrinin sərhədlərinin genişləndirilməsi, heç də hər şeyə yol verilməsi demək deyildir.

Vətəndaşların mülkiyyət hüququnun obyektlərindən, əsasən istehlak təyinatı üzrə istifadə olunduğu dövrlərdə, mülkiyyət hüququnun həyata keçirilməsində ön plana mülkiyyətçinin sahiblik və istifadə səlahiyyətləri çəkilirdi. Mülkiyyətçi sərəncam hüququnun həyata keçirilməsinə çox nadir hallarda müraciət edirdi. Lakin sonralar bazar iqtisadiyyatına keçidlə əlaqədar mülkiyyətçinin bu vəziyyətində köklü dəyişikliklər baş verdi və o, sərəncam səlahiyyətlərindən daha çox istifadə etməyə başladı. Belə ki, çox vaxt məhsul istehsalı və ya onun əldə edilməsi gəlir əldə etmək məqsədilə bazarda satılmaq üçün nəzərdə tutulur. Mülkiyyət hüququnun obyektlərinin dövriyyə qabiliyyəti bazar iqtisadiyyatına uyğun olaraq daim yüksəlmiş olur.

Mülki qanunvericilik xüsusi mülkiyyət hüququnun obyektləri üçün ümumi və xüsusi rejim müəyyən etmişdir. Əgər qanunda və ya digər normativ aktlarda vətəndaşların xüsusi mülkiyyətində olan obyektlər üçün xüsusi rejim nəzərdə tutulmamışdırsa, belə obyektlər ümumi rejim altına düşmüş olur.

Hər şeydən əvvəl daşınmaz əmlak xüsusi rejimdə olan əmlakdır (torpaq sahələri, yaşayış evləri, çoxillik əkmələr və s.). Göstərilən əmlaka əşya hüquqları, habelə onlar üzərində bağlanan əqdlər dövlət qeydiyyatından keçməlidir.

Torpaq sahələrinin əldə edilməsi üçün də xüsusi qaydalar nəzərdə tutulur. Məsələn, torpaq sahəsinin alınması üçün onun ayrılması qeydiyyatdan keçir. Həmin torpaqda ev tikmək üçün torpağın ayrılması və qeydiyyata alınmasından başqa, evin tikilməsi üçün layihənin təsdiqi, evin tikintisinə razılığın alınması, bir sıra yerquruluşu qaydalarına, sanitar, ekoloji qaydalara və normalara əməl olunması tələb olunur. Qanunla müəyyən olunmuş qaydada daşınmaz əmlak əldə edəndən sonra mülkiyyətçi bir sıra mükəlləfiyyətlər yerinə yetirməli olur.

Onlardan biri əmlaka görə vergidir. Xüsusi hüquqi rejim daşınmaz hesab olunmayan əmlaka da aid oluna bilər. Nəqliyyat vasitələri, odlu silah əldəetmə və s. obyektlər belə xüsusi rejimdə ola bilər. Xüsusi rejim belə obyektlərin qeydiyyatı və saxlanması, təhlükəsizlik qaydalarının gözlənilməsində və s. ifadə olunur.

Necə mənzillərin satış etmək? Tələb olunan sənədlər, depozit, qeydiyyat

mənzil satqısı – proses çox, çox məsuliyyət daşıyır. bu cəsarət hər kəs proseduru diqqət ödəməyə borcludur. alqı-satqı prosesi çərçivəsində pul hesablanması ilə mülkiyyət bir sahibi keçid başa düşülür.

bütün qaydaları haqqında mənzillərin satışını etmək üçün necə

Belə ki, nə ev satın proseduru? Siz mülkiyyət seçdi varsa, bu satıcı sənədləri yoxlamaq lazımdır. şəxsi təcrübə olmaması ilə notarius və ya vəkil müraciət etmək yaxşı deyil. O, həmçinin əldə əmlakın qiymətləndirilməsi olmalıdır. Bu özünüz və mütəxəssislər Rieltorlar xidmətləri müraciət edə bilər.

Bu, heç bir halda, mülkiyyət dəyişiklik qeydə alınıb və – siz mənzil satışı təşkil əvvəl, alınmış mənzil tarixi əsər vacibdir. Bu potensial şübhəli anlar xilas edilir.

Bu diqqətlə hazırda mənzildə qeydiyyatda olanların siyahısını yoxlamaq vacibdir. İnsanlar yaxşı fərqli bir yerdə yaşamaq bilər, lakin satılır bir mənzil qeydiyyatdan. Bir əmlakı almağa kimə şəxsin davranış, siz yaxın diqqət yetirməlidir. yaşayış əmlakın sahibi ən azı adekvat olmalıdır, təhlükəsiz və bəzəmə olmadan üstünlükləri və satılan əmlakın mənfi cəhətləri təsvir edir. Onun davranış Tuhaflıklar və şübhəli şeylər görmək olmaz.

Əgər hər hansı bir xüsusi şübhə sonuncu qabiliyyətini aydınlaşdırmaq lazımdır. Zaman bunu etmək deyilsə, alqı-satqı sonra məhkəmədə etiraz edilə bilər. əlbəttə, bir şey bu cür sürprizlər siz.

Diqqətlə hər şeyi edin!

Eyni digər sahiblərinə aiddir – sahibinin adətən qohumları. onların hər biri haqqında siz əmlak mülkiyyət idi dəqiq necə tapmaq lazımdır. Deyək, mənzil vəsiyyət var. Bu halda vəsiyyət mənzil birdən gələn digər namizədlərin şəklində çətinliklər var. müqavilə torpedo əgər onlarla məhkəmə çox, çətinləşdirir və satış prosesi uzatmaq olar.

eyni qaydalar mənzildə səhmlərin alınması və satış üçün halda tətbiq edilir.

Bu mülkiyyət hüquqları satılan mənzillərin sahibləri kimsə məhkəməyə getdi, bu, apellyasiya məhkəmə qərarı bu halda mümkün olub-olmadığını aydınlaşdırmaq üçün əmin olun. Ən mühüm amillərdən biri – mənzil qeydə yetkinlik yaşına çatmayanların olması. Bu baxımdan çox əhəmiyyətlidir. bütün uşaq qeydiyyatdan olan yaşayış satmaq sonra, qəyyumluq orqanının razılığı olmadan mümkün deyil. dəqiq məlumat almaq üçün, müvafiq orqanına sorğu göndərmək üçün ən yaxşı.

hazırlıq mərhələsi başa

zəruri sənədləri imzalanması proseduru üçün əməliyyat bütün iştirakçılar hər hansı bir gün yer və mövcud olmalıdır. sahibləri hər hansı bir mövcud olmadıqda proseduru təxirə olunacaq. Bu istəyirdi və ya həbsxanada vaxt sərf əgər, belə pis. Bu halda alqı-satqı əməliyyatı olduqca mümkün.

hüquqi aydınlıq mənzil yoxlanılması üçün prosedurların tamamlanması mənzil ofis və BTI daxildir kommunal əvvəl təqdim olunacaq. Bu kommunal gözündə gələcək üçün daşınmaz əmlak perspektivləri saflaşdırmaq üçün edilməsi lazım. Bu ev sökülməsi üçün, və ya birbaşa tikinti müəyyən olunacaq təxmini sahəsi planlaşdırılır ki, mümkündür.

tələblər sənədlərin qanuniliyini təmin etmək üçün bütün lazımi məlumatların toplanması sonra, bu seçimi razılıq yekun qərar və ya ola bilər. satış mənzillərin əməl imzalanması əvvəl, sahibi haqqında etibarlı məlumat Vahid Dövlət Reyestrinə üçün sorğu təqdim müəyyən edilə bilər.

Düzgün davranış əməliyyatlar

satış müqaviləsi – Hər hansı bir ev satın prosesində əsas sənəd. Cari qanunvericilik hüquqi təminatı ilə tənzimlənir. Bu notariat ofis və ya daşınmaz əmlak agentlikləri edilir. Orada ehtiyac halda, mənzil müqavilə forması (nümunə) alınması və satış veriləcək. Mülki Məcəllənin (maddə 550 bunu) belə bir sənədin özünü qeydiyyat imkan verir. Bu halda zəruri zəruri maddələrin iştirakı diqqət etməkdir.

Bunlar: satılan əmlakın təsviri, əməliyyat edən tərəflərin qiymət siyahısı vəsait köçürüləcək lazımdır ki, üçün, eləcə də mülkiyyət istifadə etmək hüququ olan şəxslərin siyahısı. Bu son nöqtə zaman gələcək mənzil sahibləri bir neçə aydınlıq olmalıdır.

Hansı sənədlər mənzillərin məsələsi alqı-satqısı əvvəl toplanmış olunur? İlk növbədə, bu, normal bir pasport edir. alıcı evli zaman (evli) və nigah və pasport həyat yoldaşı, eləcə də əməliyyat bağlanması üzrə razılığını istehsal etməlidir nigah rəsmiləşdirilir. Ailə Məcəlləsinin 35 həyat yoldaşı mənzil almaq niyyəti bildirilməsini tələb olunur ki. onların qanuni qeydiyyatdan alınması və mənzil satış razılığı olmadıqda məhkəmə tərəfindən xitam verilə bilər.

yaşayış sahəsi yetkinlik yaşına çatmayan sahibinə edilir, doğum haqqında şəhadətnamə təqdim.

alqı-satqı mənzillərin qeydiyyat

Müqavilənin mətni olun, iki tərəfin bütün lazımi şərait iştirakı yoxlanılması, bu təhsil alır. Sonra alıcı və satıcı Mülki Məcəlləsinin 558 uyğun olaraq qeydiyyatdan hakimiyyəti orqanı ilə müqavilə imzalayacaq. Imzalanması səlahiyyətli qeydiyyatdan iştirakı ilə həyata keçirilir. Həmin andan müqavilə bağlanılır.

büdcə onu imzalanması üçün dövlət rüsumunun müəyyən ödənilir. Funds etdi və bir və digər tərəfdən edir. Müqaviləyə əlavə transfer əməl olmalıdır. qüvvəyə mindiyi imzalanması və yalnız müqavilədə nəzərdə tutulan öhdəliklərin bütün məbləği icra halda baş verə bilər. Bəli, son addım, nəhayət, bir alqı-satqı müqaviləsi mənzil qeydiyyatı, bu əmlakın mülkiyyət transfer sertifikatı var.

onu bəzəmək üçün, aşağıdakı sənədləri almaq lazımdır: alıcıya satıcı transfer mülkiyyət özü satış mənzillərin, haqqı ödəniş qəbzi bir müqavilə sağ üçün ərizə kadastr planı mənzil və texniki pasport. Bundan əlavə, satıcı və alıcı, həm də ehtiyac pasportlar ev çıxarış mənzil sahibi.

alış prosedur bütün qaydaları ilə haşiyələnmiş, bu alıcı edilir sonra aşağıdakı sənədləri əlində qalır: satış, transfer sertifikatı və mülkiyyət hüquqlarının sahibi keçid haqqında sənədin birbaşa müqavilənin surəti.

ipoteka mənzil alınması

mənzil satqısı ipoteka vasitəsilə baş verə bilər. Bu halda, sənədlərin əsas paketi olmalıdır əmlakın bazar dəyəri yuxarıda, ekspert rəyi ilə yanaşı, bir sənəd yüklü, mənzil sığorta müqaviləsi qeydiyyatdan. Bu halda bir mənzil satışının təşkil etmək? Yeganə fərq qanunla tənzimlənir uyğunluq olan əsas müqavilə müəyyən şərtlər mətn olmasıdır.

Ən tez-tez faktlar və daşınmaz əmlak transfer vaxtdan aiddir. xüsusi şəraitdə əmlak saxlanılması mümkün point. Fors-major iştirakçıları ilə birbaşa razılaşdırılır.

satıcının öhdəliyi mülkiyyət iddia edə biləcək üçüncü partiyalar haqqında müştəri məlumat təmin etməkdir. müqavilə imzalanmış zaman, alıcı bir üzrlü səbəb olmadan əməliyyat çəkilmə hüququnu itirir. razılaşdırılmış şərtlər əldə yaşayış hesablanması üçün edilməlidir. pul müqavilə məbləğində müəyyən etmək üçün alıcı uğursuzluq halda, satıcı müqavilənin şərtlərinə riayət məsələsini qaldırmaq hüququna malikdir.

lehte ve eksiklikleri haqqında

Bu müqavilənin bağlanması üstünlükləri və mənfi cəhətləri hansılardır? əsas üstünlüyü – notarial və qanunvericilik dəstək imkanı. orada müəyyən şərtlər pozulduğu halda, digər tərəf öhdəlikləri və tərəflərdən hər hansı şərtləri qaydada müqavilə maddələr icrasını tələb etmək qanuni hüququna malikdir.

Biz müqavilə ci maddələrdə əhatə hallar varsa, müvafiq tələb satış prosedurların imza əməl qeydiyyatı və sertifikatlaşdırma gündən üç il müddətinə mümkündür. İl ərzində alıcı əsas tələblərinə narazılıq halda məhkəmədə iddia etmək hüququna malikdir.

Lakin sənədin əsas günah – öz qüvvəsini etiraz etmək imkanı. Bu, yanlış dizayn, və ya əməliyyatın bağlanması haqqında qanun pozuntularına olur. proseduru çətin məhkəmələr vasitəsilə həyata keçirilir. Bu alıcı və satıcı, həm də təşəbbüsü ilə edilə bilər.

Mən agent xidmət lazımdır?

Olsun və ya daşınmaz əmlak agentliyi mənzillərin alınması üçün müraciət? alış seçimi seçilməsi xidmətlərinə görə onun heyəti, lazımi sənədləri və müəyyən faizi sizinlə olacaq əməliyyatın hüquqi qeydiyyat toplamaq ümumiyyətlə pul olduqca etkileyici cəmidir. Amma bu halda, qənaət yersiz hesab edirəm. Bütün sonra, daşınmaz əmlak agentlikləri bu sahədə ixtisaslaşmış mütəxəssislər var. Onlar həmişə nəzərə bütün incəliklərini alaraq, mənzillərin bir standart forma alınması və satış etdi var.

Bildiyiniz kimi, cahil adam müəyyən nüanslar bilmədən tələyə düşmək asandır. Bu yaşayış sahəsi qeydə bütün sual “utryasen” alınması zamanı, deyirlər. Lakin o, əməliyyat həbs zamanı xidmət mənzil insanların qeydiyyatdan əvvəl. cümlənin müddət ərzində belə icarəçi avtomatik xəstəxanadan edilməlidir. Lakin onun qaytarılması, o məhkəmədə bir problem olacaq bu yaşayış sahəsi, yaşayış hüququnu istifadə edə bilər.

hələ öz hərəkət qərarı edənlər üçün, biz hər hansı bir notarius və ya daşınmaz əmlak agentliyi məcburi əsasında mövcud olan bir nümunə olan satış mənzillərin, ilkin müqavilə təqdim edir.

transfer pul

Cash yaxşı ötürmək ictimai şahid və ya etibarlı notarius hesablanması zamanı. Sonra hər fəsadların halda onlar transfer faktı təsdiq edə biləcəklər. əməliyyatlar ən etibarlı və təhlükəsiz seçim ödənişlər bankın xidmətlərindən istifadə edir. Bu halda, pul məbləği bankın nümayəndəsinin iştirakı ilə konvertasiya, bütün tərəflərin imzaları ilə möhürlənir və saxlanılır təhlükəsizlik depozit qutusu müqavilənin bütün bal qədər.

Siz notarius xidmətləri işə qərar deyilsə, bu namizəd kimi özünü ona seçmək, və təklif olunan satıcı razı yaxşı deyil. Həmçinin, satıcı ən azı altı ay onu sahibi əgər diqqətlə əmlakın mülkiyyət sənədləri yoxlamaq üçün əmin olun.

Alınması və mənzillərin – bir əmanət

İndi bir əmanət kimi, bu anlayış haqqında danışmaq edək. Bu mənzil əldə ciddi sübut kimi alıcı tərəfindən satıcı tərəfindən köçürülmüş pul məbləği aiddir. əmanət aldıqdan sonra, satıcı üçüncü tərəflərə əmlakın satışından çəkinmək müəyyən bir müddət öz üzərinə götürür.

Əmanətin mənası – əqdin uğurlar zəmanət və tərəflərin niyyətlərini təmin edir. Əmanətin məbləği son hesablanması rəsmən mənzil ümumi dəyərinin bir hissəsi kimi kredit üçün.

depozit müqavilə (ilkin müqavilə hətta qanuni təsdiqlənmiş deyil ki, bir nümunə olan mənzilin satış) bütün hüquqi texniki uyğun olaraq, lakin edilir, yalnız o, qanun qüvvəyə olacaq. Belə bir razılaşma bəzədilib, və əmanət köçürülür, bu, onu almaq üçün alıcının məsuliyyət bu mənzil olur. Alternativ üstünlük halda, bu satıcı sərəncamında qalır depozit, bütün məbləği itirir. Onun diler əldə sonuna əməliyyat gətirmək fikrini dəyişdi sonra, lakin, o, bir qayda olaraq, iki dəfə məbləği depozit məbləği qayıtmaq məcburiyyətində olunur. Amma bu mütləq yazılı müqavilə həyata yazıldığına olmalıdır.

Normal geri məbləğ olduqca yaxşı bir səbəbdən əməliyyat cəlb tərəflərdən birinin təqdirdə mümkündür (maliyyə vəziyyəti kəskin açılan hər hansı bir fors-major baş). Bu, yalnız tərəflərin qarşılıqlı razılığı ilə proseduru belə geri gedir.

dizayn intricacies haqqında

Necə savadlı depozit müqaviləsi tərtib? O, mütləq mənzil satmaq sahiblərinin sayı daxil olan bütün müraciət etməlidir. Bu, bütün alıcılar təyin və həmçinin arzu, lakin müqavilə onlardan biri ilə tərtib edilə bilər. pasport məlumatları göstərir əmin olun, tam adı yaşayış ünvanı, mənzil qısa təsviri ilə bütün bu.

belə bir müqavilənin hüquqi hazırlanması hüququ laqeyd və normal alınması məhdudlaşdırmaq Əgər məhkəmədə pozulmuş hüquqlarını müdafiə etmək üçün cəhd zaman, daha fəsadlar mümkündür. alıcı, mənzil satmaq satıcı təqdirdə, ödənişli depozit itirə bilər. Məsələn, qeyri-kafi vəziyyəti haqqında tibbi arayış qohumları satıcı mümkün təqdim pul alan və daxilolmalar verilməsi zamanı. Bu ifrat halda, hətta məhkəmə gücsüz edir.

qəbz unutmayın

müqavilənin imzalanması və bir əmanət kimi transfer pul müəyyən məbləğ pul köçürülməsi və alınması üçün qəbz həyata ediləcək. bu Be satıcı alıcının iştirakı ilə borcludur. yazı yazdı müəyyən edə bilər məhkəmə problem imtahan olduğu kimi, yalnız əl ilə belə bir sənəd yalnız bir ballpoint qələm (heç bir karandaş və ya helium paste) və yazılı.

qəbz nömrəsi və imzalandığı gündən ilə mənzilin alqı-satqı bağlanmış müqaviləyə istinad məzmunu masa olmalıdır. Bu partiyalar və verilmə tarixi, həm də pasport detalları veriləcək lazımdır. depozit məbləği rəqəmlə və lazımi sözləri göstərilir. Əlbəttə transfer məbləği başqa bir şey status əmanət edir, və ki, qeyd etmək lazımdır.

alınması, əlavə, mülkiyyət məlumatların göstərilməklə əmlak qısa təsviri olmalıdır. alınması satıcının Signature pasport bir uyğun olmalıdır. Siz onu çap və əl ilə çəkmək deyil istəsəniz, bu, çox arzu olunandır notariat qaydasında təsdiqi.

azad hazırlıq Money şahidlərin qarşısında satıcı ötürülən olmalıdır. Ötürücü vəsait vərəqələrinin hesablayır və göstərilən məbləğin iştirakı və öz iddiaları olmaması təsdiq ana tələb olunmalıdır.

Mülkiyyət Sənədini Necə Qeyd Etmək Olar

Daşınmaz əmlak və bəzi hallarda daşınar əmlak üçün bağış müqaviləsi qeydiyyata alınmalıdır, əks təqdirdə bağış etibarsız sayılacaqdır. Qeydiyyatsız hədiyyə sənədi altında əmlakı yalnız məhkəmə qərarı ilə almaq mümkündür və burada müsbət hökm çox nadir hallarda olur. Odur ki, ianənin düzgünlüyünə əvvəlcədən baxın. Mülkiyyət sənədini necə qeyd etmək olar

Zəruri

  • – iki tərəf tərəfindən imzalanmış fədakarlıq;
  • – bağışlamaq istədiyiniz əmlaka sahibliyinizi təsdiqləyən sənədlər;
  • – Federal Qeydiyyat Xidmətinin Ofisində qeydiyyat.

Təlimat

Addım 1

Bağış müqaviləsini imzaladıqdan dərhal sonra və ya müəyyən bir anda əmlakınızı bağışlaya bilərsiniz (hərəkətiniz, müəyyən şərtlərin yerinə yetirilməsi və s.). Bu sözdə razılaşma müqaviləsidir. Daşınmaz əmlak bağışlamaq üçün yazılı olaraq bir ianə müqaviləsi bağladığınızdan və Federal Qeydiyyat Xidmətinin Ofisində qeydiyyatdan keçirdiyinizdən əmin olun.

Addım 2

Daşınar əmlak üçün yazmaq aşağıdakı hallarda zəruridir: – bağışlayan hüquqi şəxsdir və hədiyyənin dəyəri minimum əmək haqqının beşindən çox olduqda; – müqavilədə gələcəkdə ianə vədi verilmişdir. dəyərsiz (etibarsız). Dövlət qeydiyyatına alınmalı olan bir müqavilə dövlət orqanlarında qeydiyyata alındığı andan bağlanmış sayılır.

Addım 3

Bağışı qeyd etmək üçün Federal Qeydiyyat Xidmətinin İdarəsinə bağış müqaviləsinin özünü 3 nüsxədə təqdim edin, həmçinin bağışlanan əmlaka sahib olduğunuzu təsdiqləyən sənədləri (BTİ sənədləri, ev kitabından çıxarış, texniki pasport və s.) Təqdim edin.), dövlət rüsumlarının ödənilməsi üçün qəbz və bəzi hallarda ailə üzvlərinin əmlakın köçürülməsinə razılığı və qəyyumluq orqanlarının razılığı. Hər bir konkret halda bağış müqaviləsinə əlavə edilməli sənədlərin siyahısı ayrıca müəyyən edilir.

Addım 4

Bağışı müəyyən bir formada həyata keçirin, hansı ki sapma qeyd sənədlərinin qəbul edilməməsi və ya qeydiyyatının dayandırılması ilə nəticələnə bilər. Buna görə əvvəlcədən bir notariusa və ya bir vəkilə müraciət etmək daha yaxşı olardı. Bununla birlikdə, bağış müqaviləsi sadə bir yazılı şəkildə, notariat qaydasında təsdiq olunmadan tərtib edilə bilər. 1996-cı ilə qədər bir bağış müqaviləsi notariat qaydasında təsdiq edildiyi təqdirdə etibarlı sayılırdı. Ancaq 1997-ci ildən bəri sənədləri yoxlamaq üçün bir notariusun funksiyaları Qeydiyyat Xidmətinin işçilərinə həvalə edilmişdir.

Addım 5

Hədiyyənin qeydiyyatı üçün vergi ödəyin, bu hədiyyə verən və istedadlılar arasındakı qohumluq dərəcəsindən asılıdır. Verən və istedad edənlər eyni ailənin üzvləri və ya yaxın qohumlardırsa (həyat yoldaşları, övladları, valideynləri, babaları, nənələri, nəvələri, qardaşları, bacıları), vergidən azaddırlar. Bağış verən və istedadlı bir-birindən uzaq qohumdurlarsa (bibilər, dayılar, qardaş oğlu, əmiuşağı) və ya qohumluq əlaqəsi olmadıqda, mənzilin dəyərinin 13% -ni ödəməli olacaqlar. Sonuncu halda, əmlakın alqı-satqı müqaviləsini simvolik bir qiymətə yazmaq, əmlakın dəyərinin 13% -ni Texniki İnventarlaşdırma Bürosu mütəxəssisləri tərəfindən qiymətləndirilməkdən daha ucuzdur.

Comments are closed, but trackbacks and pingbacks are open.