Müəllif hüququ və.əlaqəli hüquq.
IV. “İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 11, maddə 655; 2008-ci il, № 7, maddə 602) 13.2-ci maddəsində “kontrafakt” sözü “pirat” sözü ilə əvəz edilsin.
“MÜƏLLİFLİK HÜQUQU VƏ ƏLAQƏLİ HÜQUQLAR HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ” AZƏRBAYCAN RESPUBLİKASININ 2008-Cİ İL 1 APREL TARİXLİ 580-IIIQD NÖMRƏLİ QANUNUNUN TƏTBİQİ İLƏ ƏLAQƏDAR BƏZİ QANUNVERİCİLİK AKTLARINA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 4, II kitab, maddə 251, № 5, maddə 323, № 12, maddə 835; 2001-ci il, № 1, maddə 24, № 7, maddə 455; 2002-ci il, № 1, maddə 9, № 5, maddələr 236, 248, 258, № 6, maddə 326, № 8, maddə 465; 2003-cü il, № 6, maddələr 276, 279, № 8, maddələr 424, 425, № 12, I kitab, maddə 676; 2004-cü il, № 1, maddə 10, № 4, maddə 200, № 5, maddə 321, № 8, maddə 598, № 10, maddə 762, № 11, maddə 900; 2005-ci il, № 1, maddə 3, № 6, maddə 462, № 7, maddə 575, № 10, maddə 904, № 11, maddə 994; 2006-cı il, № 2, maddələr 71, 72, 75, № 5, maddə 390, № 12, maddələr 1008, 1020, 1028; 2007-ci il, № 2, maddə 68, № 5, maddə 398, № 6, maddələr 560, 562, 579, № 8, maddə 757, № 10, maddələr 937, 941, № 11, maddələr 1049, 1080, 1090, № 12, maddə 1221; 2008-ci il, № 6, maddələr 454, 461, № 7, maddə 602) 165.2-ci maddəsinin sanksiyasının əvvəlinə “əmlakı müsadirə olunmaqla” sözləri əlavə edilsin.
II. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, I kitab, maddə 584; 2001-ci il, № 1, maddə 24, № 3, maddə 139, № 7, maddə 455, № 11, maddələr 680, 698, № 12, maddə 731; 2002-ci il, № 1, maddə 9, № 4, I kitab, maddə 165, № 5, maddələr 234, 237, 239, № 6, maddə 326, № 8, maddə 463, № 12, maddə 692; 2003-cü il, № 1, maddələr 3, 13, 23, № 4, maddələr 177, 178, № 5, maddə 228, № 6, maddələr 257, 276, 279, № 8, maddələr 407, 425, № 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, № 1, maddələr 6, 7, 10, 13, № 4, maddələr 200, 201, 204, № 5, maddələr 313, 314, 317, 321, № 6, maddə 397, № 8, maddələr 596, 597, № 10, maddələr 762, 779, № 11, maddə 900, № 12, maddə 973; 2005-ci il, № 1, maddələr 5, 6, № 2, maddə 61, № 4, maddələr 272, 273, 275, 278, № 6, maddələr 462, 466, № 7, maddə 576, № 8, maddələr 691, 692, № 10, maddələr 875, 877, 904, № 11, maddələr 993, 994, 995, № 12, maddələr 1083, 1085; 2006-cı il, № 2, maddələr 64, 68, № 3, maddələr 219, 220, 223, 225, № 5, maddə 385, № 6, maddə 478, № 11, maddələr 923, 924, 932, № 12, maddələr 1005, 1020, 1024; 2007-ci il, № 1, maddələr 3, 4, № 2, maddələr 65, 68, № 5, maddələr 397, 398, 401, 440, № 6, maddələr 560, 561, 562, 579, № 8, maddə 757, № 10, maddələr 935, 936, 938, 940, № 11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, № 12, maddələr 1195, 1211, 1217, 1218; 2008-ci il, № 2, maddə 47, № 3, maddələr 146, 152, 159, № 4, maddə 249, № 5, maddə 340, № 6, maddələr 454, 460, 461, 464, № 7, maddələr 601, 602, 605; Azərbaycan Respublikasının 2008-ci il 13 iyun tarixli 649-IIIQD nömrəli və 24 iyun tarixli 658-IIIQD nömrəli qanunları) aşağıdakı əlavə və dəyişiklik edilsin:
1. 50-ci maddənin sanksiyasının əvvəlinə “pirat nüsxələr, həmçinin pirat nüsxələrin surətinin çıxarılması (istehsalı) üçün istifadə edilmiş material və avadanlıqlar müsadirə edilməklə” sözləri əlavə edilsin;
2. 50-3-cü maddənin sanksiyasında “kontrafakt” sözü (hər iki halda) “pirat” sözü ilə əvəz edilsin.
III. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12 maddə 740; 2002-ci il, № 12, maddə 706; 2003-cü il, № 1, maddə 23, № 8, maddə 428, № 12, I kitab, maddələr 676, 698; 2005-ci il, № 1, maddə 1, № 6, maddə 462, № 8, maddə 684, № 10, maddələr 873, 905, № 12, maddə 1083; 2006-cı il, № 3, maddələr 223, 225, № 6, maddə 481, № 12, maddələr 1015, 1029; 2007-ci il, № 2, maddə 80, № 12, maddə 1203; 2008-ci il, № 3, maddə 158) aşağıdakı əlavələr edilsin:
1. 2.0.6-cı maddədə, habelə 18-ci və 19-cu maddələrin adlarında “obyektlərinin” sözündən sonra “, əsərin, əlaqəli hüquqlar obyektinin” sözləri əlavə edilsin;
2. aşağıdakı məzmunda 18.62-1-ci maddə əlavə edilsin:
“18.62-1. Müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində:
18.62-1.1. əsərin, əlaqəli hüquqlar obyektinin qeydiyyatı üçün – 5 manat;
18.62-1.2. əsərin, əlaqəli hüquqlar obyektindən istifadə ilə bağlı hüquqların (əmlak hüquqlarının) tam və ya qismən verilməsi haqqında müqavilənin qeydiyyatı üçün – 7 manat.”.
IV. “İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 11, maddə 655; 2008-ci il, № 7, maddə 602) 13.2-ci maddəsində “kontrafakt” sözü “pirat” sözü ilə əvəz edilsin.
V. “Məlumat toplularının hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 11, maddə 885; 2006-cı il, № 12, maddə 1005) aşağıdakı dəyişikliklər edilsin:
1. 5.3-cü, 5.4-cü və 5.5-ci maddələrdə “50” rəqəmi “70” rəqəmi ilə əvəz edilsin;
2. 14-cü maddənin adında və mətnində “kontrafakt” sözü “pirat” sözü ilə əvəz edilsin.
VI. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 oktyabr 2008-ci il.
Müəllif hüququ və.əlaqəli hüquq.
Hüquqi dövlətdə əqli mülkiyyət hüququ
Hüquqi dövlətdə əsas insan və vətəndaş hüquqları və azadlıqlarının bütün növlərinə dövlət təminat verir. Hüquqi dövlət bu hüquqların birini digərindən üstün cəhətlərinə görə fərqləndirmir.
Dövlətin önəm verdiyi hüquqlardan biri də əqli mülkiyyət hüququdur . Əqli mülkiyyət hüququ əsas hüquq və azadlıqlardan sayılır. Qeyri-maddi mülkiyyətləri qorumaqla dövlət insan inkişafına və bununla da bütövlükdə cəmiyyətin inkişafına müvəffəq olur .
Azərbaycanda da əqli mülkiyyət hüquqi tanınır və müdafiə edilir . Ölkənin əsas qanunu olan Konstitusiyada da əqli mülkiyyət hüququ ilə bağlı ayrıca maddə var . Həmin maddədə qeyd edilir ki , hər kəsin əqli mülkiyyət hüququ vardır. Müəlliflik hüququ , ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla qorunur .
Azərbaycanda ayrıca Müəllif Hüquqları Agentliyi də var . Müəllif Hüquqları Agentliyi 2005-ci ildə yaradılıb. Agentlik müəlliflik hüququ , əlaqəli hüquqlar və digər əqli mülkiyyət hüquqları sahəsində mərkəzi icra hakimiyyəti orqanı kimi bu sahədə dövlət siyasətini və idarəçiliyini həyata keçirir . Hazırda Agentliyin inzibati idarəçiliyində 5 Qanun , o cümlədən �Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında�, � İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında�, �Məlumat toplularının hüquqi qorunması haqqında�, �Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında�, �Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında� qanunlar vardır.
Qeyd edək ki , ölkəmizdə əqli mülkiyyət sahəsinin inkişafına və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə dövlət tərəfindən xüsusi diqqət yetirilir . 1993-cü ilin ikinci yarısından başlayaraq , Azərbaycanda milli müəllif-hüquq institutunun yaradılmasına başlanılıb, 1995-ci ild ə qəbul edilən Konstitusiyasında ilk dəfə olaraq müəlliflik hüququ , əlaqəli hüquqlar və digər əqli mülkiyyət hüquqları təsbit olunub , Azərbaycanda onun sovet dövrü də daxil olmaqla ilk dəfə olaraq �Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında� Qanun (1996) qəbul edilib .
Agentliyin məlumatına görə, milli müəllif-hüquq institutunun inkişafı və təkmilləşdirilməsi sonrakı illərdə davam etdirilib , əqli mülkiyyət hüquqlarının qorunmasına aid bir sıra yeni qanunvericilik aktları qəbul edilib . 2002-ci ildə qəbul edilən � İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında� Qanun MDB məkanında, 2003-cü ildə qəbul edilən �Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında� Qanun isə Şərqi Avropa və Asiyada ilk qanunlar olyb . Buraya 2004-cü ildə qəbul edilən �Məlumat toplularının hüquqi qorunması haqqında� Qanunu , 2012-ci ildə qəbul edilən �Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında� Qanunu da əlavə etsək, görərik ki , Azərbaycan hazırda MDB ölkələri arasında ən zəngin qanunvericilik bazasına malikdir .
Bundan başqa , 2015-ci ildə � Reklam hüqqında� Qanun qəbulu da əqli mülkiyyət hüququnun qorunmasında mühüm rol oynayır. Bununla belə, əqli mülkiyyət sahəsindəki müasir inkişaf tendensiyaları nəzərə alınmaqla Azərbaycanın əqli mülkiyyət qanunvericiliyi daim inkişaf edir və təkmilləşdirilir.
Əqli mülkiyyətin iqtisadi inkişafa böyük töhvəsi olur . Son 20 ildə əqli mülkiyyət sürətlə inkişaf edən və ictimai rəyi xüsusilə cəlb edən mürəkkəb fenomen kimi çıxış edir . Əqli mülkiyyətin iqtisadi kateqoriya kimi araşdırılmasının nəticələrinə əsasən müəyyən edilib ki , əqli mülkiyyət əmlak dəyəri olan qeyri-maddi nemətlərdir. Onun iqtisadi xarakteristikası və funksiyaları göstərir ki , əqli mülkiyyət iqtisadi münasibətlərində fəal iştirak edir , əqli mülkiyyət qanunverisiliyi isə tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların istehsalı və yayılması arasında tarazlıq yaradır.
Son illər əqli mülkiyyətin iqtisadi mənada çəkisi artıb. O cümlədən makroiqtisadi səviyyədə iqtisadi artım əqli mülkiyyət və onunla bağlı dövlət siyasətinin fəal amili kimi səciyyələnir. Müəlliflik hüququna əsaslanan mədəni ( kreativ ) sənaye sürətlə inkişaf edir . İnternet əqli mülkiyyətin virtual bazarına çevrilib . Müəllif hüquqlarının inkişafına yaradılan şərait sayəsində iqtisadiyyatda da onun payının artmasına şərait yaradıb. Əqli mülkiyyətə əsaslanan kreativ iqtisadiyyatın davamlı inkişafının zəruriliyi və bununla əlaqədar ölkənin ÜDM-də onun payının artırılması üzrə tədbirlərin həyata keçirilməsinin vacibliyi BMT tərəfindən də xüsusi qeyd olunur . Yalnız son 10 ildə müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan iqtisadiyyatın ÜDM-də payı 2003-cü ildə olan 2,1%-dən 2014-cü ildə 5,5%-ə çatıb və hazırda inkişaf etmiş ölkələrin orta səviyyəsinə yaxındır.
2013-2014-cü illər üçün Azərbaycan innovasiya göstəricisinə görə 148 dövlət arasında 51-ci yerdə, texnoloji səviyyəyə görə isə 50-ci yeri tutur və bununla , MDB məkanında liderdir . Cənubi Qafqaz regionunda Azərbaycanın göstəriciləri texnoloji hazırlıq səviyyəsi üzrə 18 pillə Gürcüstandan və 22 pillə Ermənistandan yüksəkdir, innovasiyalar üzrə isə Ermənistanı 52, Gürcüstanı isə 75 pillə üstələyir. Xüsusilə qeyd edək ki , Azərbaycan texnoloji səviyyəyə görə öz göstəricisini 11 pillə yaxşılaşdırıb. İnnovasiya göstəricisinin � innovasiya potensialı� komponenti üzrə Azərbaycan dünyada 35-ci yerdə gedir , �qabaqcıl texnologiyaların dövlət satın-alınmasına� görə isə 148 ölkə sırasında 14-c ü yeri tutur .
Mövcud vəziyyət Azərbaycanın hazırkı yeni texnologiyalara keçidini , innovasiyaların tətbiqi və iqtisadiyyatın diversifikasiyası nailiyyətləri ilə yanaşı, aparılan dövlət siyasəti nəticəsində gələcəkdə yeni uğurlara zəmin yaradılmasından bəhs edir .
Ölkəmizdə elektron ticarəti də sürətlə inkişaf edir . Milli statistika orqanının məlumatına əsasən, yalnız 2015-ci ildə bu növ ticarətin artımı ötən ilin həmin müddəti ilə müqayisədə 1,7 dəfə artıb.
E-hökumət xidmətləri də getdikcə genişlənir. Statistikaya əsasən, bir ildə E-gov portalına 325 mindən artıq müraciət olunub , 195 minə yaxın insan 420 min elektron xidmətləri həyata keçirib . Onların istifadəsinə artıq sayca 251 növ elektron xidmət təklif olunur .
Azərbaycan əqli mülkiyyət sahəsində beynəlxalq əməkdaşlığa da önəm verir . Ölkəmiz əqli mülkiyyət hüquqlarının qorunması sahəsində geniş beynəlxalq əlaqələr qurub . 1995-ci ildən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) üzvü olan Azərbaycanın bu sahəd əki əlaqələri getdikcə artır. Azərbaycan ÜƏMT-nin inzibati idarəçiliyində olan müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində konvensiya və müqavilələrə, o cümlədən: �Ədəbi və bədii əsərlərin qorunması haqqında� Bern Konvensiyasına (1999), �ÜƏMT-nın Fonoqram istehsalçılarının mənafelərinin onların fonoqramlarının qanunsuz təkrar istehsalından qorunması haqqında� Konvensiyasına (2001), �İfaçıların, fonoqram istehsalçılarının və yayım təşkilatlarının verilişləri haqqında� Roma Konvensiyasına (2005), � Ümümdünya Əqli Mülkiyyət Təşkilatının Müəlliflik hüququna dair Müqaviləsi�nə (2005) və � Ümümdünya Əqli Mülkiyyət Təşkilatının İfalar və fonoqramlara dair Müqaviləsi�nə (2005) qoşulub .
Azərbaycan həmçinin YUNESKO-nun �Müəllif hüququ haqqında Ümumdünya Konvensiyası�na (1997) qoşularaq , geniş beynəlxalq əməkdaşlığa cəlb olunub . Sadalanan beynəlxalq Sazişlərə qoşulma qanunlar kimi qəbul edilərək milli qanunvericilik bazamızı tamamlayır və onun tərkib hissəsi kimi çıxış edir . Beləliklə, Azərbaycan müəlliflik hüququ , əlaqəli hüquqlar və digər əqli mülkiyyət hüquqları sahəsində ən vacib konvensiya və sazişlərin hamısında iştirak edir . Bundan əlavə, Azərbaycan hökuməti ilə Özbəkistan, Qazaxıstan, Ukrayna və Türkiyə hökumətləri arasında müəlliflik hüququ və əlaqəli hüquqların qorunması sahəsində əməkdaşlıq haqqında sazişlər imzalayıb.
Həmçinin 2001-ci ildə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi və Rusiya Müəllif Cəmiyyəti arasında müəlliflərin əmlak hüquqlarının idarəçiliyi sahəsində əməkdaşlıq haqqında saziş bağlanıb.
ÜƏMT və Avropa İttifaqının mütəxəssislərinin rəyinə görə, bu gün Azərbaycan MDB və Şərqi Avropa məkanında əqli mülkiyyət üzrə təkmil milli idarəetmə sisteminə və zəngin qanunvericilik bazasına malik olan ölkələrdən biridir . 2010-cu ildə dünyanın əksər dövl ə tlərinin nümayəndələrinin iştirak etdiyi ÜƏMT-nin əqli mülkiyyət avtoritetlərinin II Qlobal Simpoziumunda MDB ölkələrindən ilk dəfə olaraq Azərbaycanın müəllif-hüquq sisteminin təcrübəsi və nailiyyətləri barədə xüsusi məruzə edilib , 2012-ci ildə Bakıda İnternetin İdarəçiliyi üzrə Qlobal Beynəlxalq Forumda Şərqi Avropa ölkələrinin təmsilçisi kimi Azərbaycan nümayəndəsinin müəlliflik hüququ və İnternet mövzusunda prezentasiyanın təqdimatı olunub .
Görülən işlər sayəsində Azərbaycan 2006-cı ildə ABŞ Hökumətinin müəllif hüquqlarını pozan ölkələr siyahısından çıxarılıb, ÜƏMT-nin Akademiyası tərkibində �Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi� fəaliyyətə başlayıb, rəqəmli hüquqlar ın idarə edilməsi sistemi və elektron xidmətlər yaradılıb, �Azərbaycan 2020: gələcəyə baxış� İnkişaf Konsepsiyasında müəlliflik hüququ və digər əqli mülkiyyət hüquqları prioritet istiqamət kimi qəbul edilib .
Qeyd etdiklərimiz öz əksini Dünya İqtisadi Forumunun rəqabətqabiliyyətliliyi ilə bağlı müvafiq Hesabatlarında da tapıb. Əqli mülkiyyətin qorunmasında Azərbaycan institutları MDB məkanında 2013-2014-cü illərin Hesabatına əsasən, şərhsiz lider mövqeyindədir. Ümumiyyətlə, son illərin hesabatlarına əsasən, Azərbaycan əqli mülkiyyət sahəsində Cənubi Qafqazda ən qabaqcıl dövlət kimi təqdim olunur .
Vasif CƏFƏROV
Ekspress.-2016.-16 avqust.-S.10.
Bakıda müəlliflik hüququ və əlaqəli hüquqların kollektiv əsasda idarə edilməsinə dair beynəlxalq regional seminar işə başlayıb (FOTO)
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Bakıda keçirdiyi “Müəlliflik hüququ və əlaqəli hüquqların kollektiv əsasda idarə edilməsi: əsas prinsiplər və beynəlxalq təcrübə” mövzusunda beynəlxalq regional seminar işə başlayıb.
Trend-in məlumatına görə, böyük maraqla qarşılanan bu beynəlxalq tədbirdə Polşa, Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan və digər ölkələrdən xarici qonaqlar iştirak edir: ÜƏMT, CISAC, Avrasiya İqtisadi Komissiyası, Sony-Music kimi beynəlxalq təşkilatlar geniş təmsil olunur. Tədbirdə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov beynəlxalq regional seminarın mövzusunun aktuallığından danışıb.
Diqqətə çatdırıb ki, texnologiyaların təsiri altında dinamik şəkildə dəyişən dünya, meydana çıxan qlobal çağırışlar milli dövlətlərin qarşısında davamlı inkişaf yollarını axtarmaq vəzifələri qoyur. Müstəqil inkişaf yolu olan Azərbaycan bu gün ölkə rəhbərliyinin təşəbbüsü ilə başlamış və müsbət inkişaf üçün bütün pozitiv imkanları optimallaşdırmağa yönələn islahatların yeni mərhələsindən keçir. İctimai tələblərə adekvat islahatlar cəmiyyət həyatının bütün sahələrini əhatə edir. Azərbaycan “Doing Business-2019” reytinqinə görə 190 ölkə arasında 25-ci yerdə, o cümlədən “biznesin başlaması” göstəricisi üzrə 9-cu, “kiçik investorların maraqlarının qorunması” üzrə 2-ci, “vergilərin ödənilməsi” üzrə 28-ci yerdədir. “Doing Business-2020” hesabatında Azərbaycan yüksək nəticə ilə 34-cü yeri tutaraq, hətta “kreditlərin əlçatanlığı” göstəricisinə əsasən, birincidir və islahatçı 20 ölkə sırasına daxil edilib.
Dünya İqtisadi Forumunun “Qlobal rəqabətqabiliyyətlilik indeksi–2019” hesabatında Azərbaycan 11 pillə irəliləyərək, 141 ölkə arasında 58-ci yeri tutur və 12 indikatordan 8-i üzrə irəliləyib. Bununla da ölkənin inamlı innovasiyalı inkişafı təsdiqlənir. Belə ki, Azərbaycan qanunvericiliyin effektivliyi subindeksinə görə 13-cü, rəqəmli biznes modellərinə hüquqi çərçivənin uyğunlaşması üzrə 23-cü, hökumətin dəyişikliklərə olan reaksiyası üzrə 5-ci və hökumətin gələcəyə yönəlmiş fəaliyyətinə uzaqgörənliyinə görə 10-cu yerləri tutur.
Kamran İmanov bildirib ki, son rəqabətqabiliyyətlilik indeksinə əsasən, Azərbaycan “əqli mülkiyyətin qorunması” göstəricisi üzrə 141 ölkə arasında 30-cu yerdə qərarlaşıb. Burada diqqəti cəlb edən odur ki, 2015-2016-cı illərdən, yəni islahatların yeni mərhələsindən başlayaraq, bu göstərici ardıcıl olaraq yaxşılaşır. 2015-ci ildə 92-ci yerdən 2016-2017-ci illərdə – 71-ci, 2017-2018 – 37-ci, sonra 36-cı və nəhayət 2019-cu ildə 30-cu yerdə qərarlaşıb. Buna paralel olaraq, patent sifarişlərində də artım görünür.
Bu ilin oktyabr ayında ÜƏMT-nin Baş Assambleyasında Azərbaycan Büdcə və Proqram Komitəsinə seçilib, rotasiya əsasları ilə Koordinasiya Komitəsində təmsil olunacaq və Azərbaycanın nümayəndəsi ilk dəfə olaraq, müəllif hüququ üzrə 1886-cı ildən qüvvədə olan və 170 ölkəni birləşdirən məşhur Bern Konvensiyası Assambleyasının sədri vəzifəsinə layiq görülüb. Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri vurğulayıb: “Bütün bunlar Prezident İlham Əliyevin islahatlarının dərinləşdirilməsinin qiymətləndirilməsidir, islahatların davamlılığına verilən beynəlxalq dəyərdir, bir tərəfdən dövlət başçımızın iqtisadi strategiyasının doğru yolda olmasıdır, digər tərəfdən institusional islahatların həyata keçirilməsinin nəticəsidir.
Əqli mülkiyyət sahəsi həyata keçirilən islahatların innovasiyalı əsasları ilə dəqiq rezonans yaradaraq, bunların nəticəsində əhəmiyyətli, institusional və funksional dəyişikliklərlə müşahidə olunur. Əqli Mülkiyyət Agentliyi yaradılıb, onun mandatı həm müəlliflik hüquqları və əlaqəli hüquqlar sahəsini, həm də sənaye mülkiyyəti sahəsini əhatə edir. Agentliyin tabeliyində Patent və Əmtəə Nişanlarının Ekspertizası və Əqli Mülkiyyət Hüquqlarının Təminatı mərkəzləri yaradılıb, Respublika Elmi-Texniki Kitabxanası onun tərkibinə verilib.
Texnologiyaların transferi və kommersiyalaşdırılması mərkəzlərinin və İnnovasiyalara dəstək mərkəzlərinin yaradılması və onların fəaliyyəti üzrə genişmiqyaslı iş aparılır. Beləliklə, aparılmış islahatlar nəticəsində özündə vəhdət təşkil edən üçlük formulu: koqnitivlik, kreativlik və kommersiyalaşmanı birləşdirən özünəməxsus idarəetmə modeli aktuallaşıb”.
Bu müvəffəqiyyətlərlə yanaşı, müəllif-hüquq sahəsində kollektiv idarəetmə məsələlərinin önəminə diqqət çəkən Kamran İmanov bildirib ki, müəllif-hüquq sisteminin bu istiqaməti yaradıcıları stimullaşdırmalı, onların əsərlərinin istifadəsi ilə bağlı qonorar yığımını təşkil etməli, hətta müəllifləri layiqincə həvəsləndirməklə müəllif-hüquq sisteminin nüfuzunu artırmalıdır. Odur ki, Əqli Mülkiyyət Agentliyi ÜƏMT qarşısında təşəbbüslə çıxış edərək, bu beynəlxalq regional seminarın keçirilməsinə nail oldu.
Əqli Mülkiyyət Agentliyinin Idarə Heyətinin sədri bildirib ki, konfransda müzakirəyə çıxarılan məsələlər sırasında böyük əhəmiyyətə malik olan problemlər mövcuddur. Kamran İmanov deyib: “İlk növbədə, regionun müəllif hüquqları və əlaqəli hüquqlarla bağlı kollektiv idarəetmənin hüquqi bazasının müqayisəli təhlilidir. Bu sıraya rəqəmsal erada kollektiv idarəetmə qarşısında duran yeni çağırışlar və onlara adekvat cavabların axtarışı daxildir. Hesab edirəm ki, kollektiv idarəetməyə strateji yanaşma – hüquq sahiblərinin müstəsna hüquqlarının məhdudlaşdırılması və bununla bağlı məcburi və könüllü kollektiv idarəetmənin həyata keçirilməsi, dövlət və ya özəl kollektiv idarəetmə təşkilatlarına üstünlüyün verilməsi aktual problemlərdən biridir. Nəhayət, kollektiv idarəetmənin şəffaflığı, dürüstlüyü, transparentliyi, korporativ maraqlara, ayrı-seçkiliyə yox, yalnız hüquq sahiblərinin mənafeyinə xidmət edilməsi, dövlətin bu təşkilatlarla bağlı nəzarət sisteminin səmərəliliyinin artırılması məsələsidir.
Həmin məsələlər ətrafında müzakirələrin aparılmasını, uğurlar və həllini gözləyən problemlər üzrə rəylərin səslənməsini, qabaqcıl təcrübənin mübadiləyə çevrilməsini, bir sözlə, bütün bunları kollektiv idarəetmənin gələcəyi naminə verilən töhfə kimi qiymətləndirirəm”.
Kamran İmanov qeyd edib ki, mədəni müxtəlifliyə hörmət və ehtiram mədəni hüquqların, o cümlədən əqli mülkiyyət hüquqlarının həyata keçirilməsindədir. Bu isə öz növbəsində kreativliyin və yenilikçiliyin həvəsləndirilməsidir. Fərdi səviyyədə buna qulluq edən müəlliflik hüququ və sənaye mülkiyyəti obyektlərinin qorunmasına dair qanunvericilik bazası və onu icra edən dövlət orqanı və digər sahə subyektləridir. Kütləvi (icma, etnos, millət) səviyyədə isə ənənəvi mədəni nümunələrin (folklorun) və ənənəvi biliklərin qorunmasına aid müvafiq qanunvericilik və icrasını təmin edən müvafiq orqandır. Azərbaycanda bu sadalanan funksiyaları yerinə yetirən Əqli Mülkiyyət Agentliyidir. KİT-ları isə müəllif-hüquq sahəsinin subyektləridir.
“Xarici qonaqların, peşəkarların bu tədbirdə iştirakını nəzərə alaraq, qeyd etməliyəm ki, əqli mülkiyyət obyektlərinin başında mədəni ənənələr durur, bu dünyaya gəldiyimiz gündən və beşikdən başlayaraq son mənzilimizə qədər bizi müşayiət edən də ənənələrdir. Ənənələrdə etnosun həm təbii-bioloji, həm də yaradıcı – mənəvi gücü və qüdrəti təbiətlə və doğma torpaqla bağlıdır. Milli təfəkkür və fərdi təəssübkeşlik, etnik dərketmə və fərdi səciyyə, mənəvi dəyərlər və fərdi davranış stereotipləri – bütün bunlar doğma yurdla, əcdadlarla ayrılmaz tellərlə əlaqədədir.
Comments are closed, but trackbacks and pingbacks are open.