Press "Enter" to skip to content

Muellime destek

6) BİBÖ abveturası nə bildirir?
A) Bilmək İstəyirəm. Bildim. Öyrəndim.
B) Bilmirəm. İstəyirəm bilim. Öyrənərdim.
C) Bilmədiklərim.İstəyirəm bilim. Öyrənərdim.
Ç) Bilik. İstiqamət. Bilmədiklərim. Öyrəndiklərim.
D) Bilirəm. İstəyirəm bilim. Öyrəndim.

Boladimektebi.blogspot.com

5) Biliyin növləri hansıdır?
A) Təlim. Bacarıq. Vərdiş.
B) Məntiqi. Yaradıcı. Tənqidi.
C) Motivasiya. İnteqrasiya. Karusel
Ç) Deklarativ. Prosedural. Kontekstual
D) Hamı.

6) BİBÖ abveturası nə bildirir?
A) Bilmək İstəyirəm. Bildim. Öyrəndim.
B) Bilmirəm. İstəyirəm bilim. Öyrənərdim.
C) Bilmədiklərim.İstəyirəm bilim. Öyrənərdim.
Ç) Bilik. İstiqamət. Bilmədiklərim. Öyrəndiklərim.
D) Bilirəm. İstəyirəm bilim. Öyrəndim.

7) Blumun Taksonomiyası nəzəriyyəsinə görə dərketmənin Səviyyələri hansıdır?
A) 1)Bilik 2)Qavrama 3)Tətbiq 4) Təhlil 5)Sintez 6) Qiymətləndirmə
B) 1)Bilik 2)Tətbiq 3)Təhlil 4)Qiymətləndirmə 5)Sintez
C) 1)Bilik 2)Təhlil 3)Sintez 4)Tətbiq 2) Qiymətləndirmə
Ç) 1)Bilik 2)Qavrama 6) Qiymətləndirmə
D) 1)Bilik 2)Tətbiq 3)Qavrama 4) Təhlil 5)Sintez 6) Qiymətləndirmə

8) Fəal təlim nəyə əsaslanır?
A) Təfəkkürün inkişafına. Təfəkkürün müstəqillik və sərbəstliyinə. Əməkdaşlığa.
B) Biliklərin yaradıcı tətbiqinə. Şagirdin fəal dərketmə mövqeyinə. Problemli şəraitin yaranmasına.
C) Biliklərin müstəqil əldə edilməsi üçün şəraitin yaradılmasına.
Ç) Heç birinə.
D) Hamısına.
9)Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri hansılardır?
A) Humanistlik. Demokratlik. Millilik və dünyavilik. Humanistlik. İnteqrasiya.
B) Humanistlik. Demokratlik. Bərabərlik. Millilik və dünyavilik. Keyfiyyətlilik. Səmərəlik. Daimilik. Varislik. Liberallaşma. İnteqrasiya
C) Demokratlik. Bərabərlik. Millilik və dünyavilik. Keyfiyyətlilik. Humanistlik. İnteqrasiya. Məsuliyyət.
Ç) Millilik və dünyavilik. Keyfiyyətlilik. Səmərəlik. Daimilik. Varislik. Liberallaşma. İnteqrasiya. Kurikulum
D) Humanistlik. Millilik və dünyavilik. Keyfiyyətlilik. Səmərəlik. Daimilik. İnteqrasiya. Kurikulum. İnteqrasiya.

10) Təhsilalma Formasi deyil?
A) Sərbəst B) Əyani C) Qiyabi Ç) Özəl D) Məsafəil

Cavablar: 1.D 2.A 3.C 4.Ç 5.Ç 6.D 7.A 8.D 9.B 10.Ç
1. Təhsil islahatı neçənci illəri əhatə edir?
a) 1999—2007 b) 2001—2011
d) 1999—2013
c) 1999—2009
2. Kurrikulum nədir?
a) Təlimin təşkilinə qoyulan tələblər və qiymətləndirmə nümunələri toplusu
b) Təlim prosesi ilə bağlı bütün fəaliyyətlərin səmərəli təşkilinə, məqsədyönlü və ardıcıl həyata keçirilməsinə imkan yaradan konseptual sənəd.
c) Dərs nümunələri, qiymətləndirmə nümunələri və müəllimlər üçün digər metodik göstərişlər toplusu
d) Təlim metodu, forma və vasitələrin məcmusu
3. Milli Kurrikulum hazırlanarkən aşağıda göstərilən prinsiplərin hansı nəzərə alınmamışdır?
a) tələbyönümlük
b) nəticəyönümlük
c) subyektivlik
d) şəxsiyyətyönümlük
4. İbtidai təhsil pilləsi üçün neçə fənn kurrikulumu hazırlanıb?
a) 10 b) 9
c) 11 d) 12
5. Kurrikulumlarda fənnin məzmunu necə verilmişdir?
a) bacarıqlar şəklində ifadə edilən təlim nəticələri- standartlar formasında
b) qimətləndirmə standartları şəklində ifadə edilən təlim nəticələri- standartlar formasında
c) biliklər şəklində ifadə edilən təlim nəticələri — standartlar formasında
d) oyun və fəaliyyət şəklində ifadə edilən təlim nəticələri- standartlar formasında
6. Kurrikulumda məzmun standartı nədir?
a. şagirdlərin bilik və bacarıq səviyyəsini qiymətləndirmək üçün konkret ölçülərdir.
b. təhsilin müəyyən mərhələsində şagirdlərin və müəllimlərin bilik və bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir
c. təhsilin müəyyən mərhələsində şagirdlərin bilik və bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir
d. yalnız şagird fəaliyyətinin mərhələlərini əhatə edir
7. Aşağıdakı ifadələrdən hansılar alt-standartlara aid deyil?
a. əsas standartın tərkib hissəsi olub ona xidmət edir
b. təlimin müxtəlif mərhələləri üzrə şagirdlərin inkişafını izləməyə imkan verir
c. təlim prosesinin planlaşdırılması və qurulmasını istiqamətləndirir
d. təhsil pillələri üzrə dəyişməz qalır
8. 4.1.4. Ədədin kəmiyyətin göstəricisi olduğunu başa düşdüyünü nümayiş etdirir. Bu standart hansı bilik və fəaliyyət növünə aiddir?
a) deklorativ bilik bilik – idraki fəaliyyət b) kontekstual bilik – psixomator fəaliyyət
c) prosedural bilik – idraki fəaliyyət d) deklorativ və kontekstual bilik
9. Təlim strategiyaları seçilərkən aşağıdakıların hansı nəzərə alınmır?
a) Qiymətləndirmə standartları b) Fənnin məqsədləri c) Valideynin arzusu
d) Fənnin məqsəd və vəzifələri
10. Fənn kurrikulumlarında təlim strategiyalarına nə daxil deyil?
a) Fənnin təliminə verilən əsas tələblər
b) Təlimin təşkilində istifadə olunan forma və üsullar
c) Fənn üzrə təlimin planlaşdırılması
d) Kurrikulum islahatının mərhələləri
11. Təlim üsullarını seçin
1. Müzakirə 2. Qeyri —standart dərs 3. Beyin həmləsi 4. Kiçik qruplarla iş 5. Venn diaqramı 6. Debatlar
7. Dərs oyun
a) 1,3,5,6 b)1, 2,4,6 c) 1, 4,5, 7 d) 3,4,5,6
12) Təhsildə qiymətləndirmə nədir?
a) təhsil prosesində şagird nailiyyətlərinin beynəlxalq tələblərə uyğun müvafiq rəqəmlərlə ölçülməsi
b) təhsil prosesində nailiyyətlərin müəyyən olunmuş keyfiyyət səviyyəsinə uyğunluğunun obyektiv, etibarlı vasitələrlə ölçülməsidir.
c) təhsil prosesində nailiyyətlərin müəyyən olunmuş keyfiyyət səviyyəsinə uyğunluğunun müəllimin seçdiyi kriteriyalarla ölçməsi.
d) təhsil prosesində nailiyyətlərin müəyyən olunmuş keyfiyyət səviyyəsinə uyğunluğunun yalnız testlərlə ölçülməsidir
13. Hansı məktəbdaxili qiymətləndirmənin növlərinə aid deyil?
a) diaqnostik qiymətləndirmə b) formativ qiymətləndirmə
c) summativ qiymətləndirmə d) milli qiymətləndirmə
14. Summatıv qiymətləndirmə nə vaxt aparılmır?
a) yarımilin sonunda b) dərs ilinin əvvəlində
c) ayın sonunda d) bölmə başa çatdıqda
15. Qiymətləndirmə standartları nədir?
a. təhsilin müəyyən mərhələsində şagirdlərin və müəllimlərin nailiyyət səviyyəsinə qoyulan tələb.
b. tədris ilinin sonunda şagirdlərin nailiyyət səviyyəsinə və məktəbin fəaliyyətinə qoyulan dövlət tələbidir.
c. təhsilin müəyyən mərhələsində şagirdlərin nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir.
d. Şagird və müəllimlərin bilik və bacarıqlarına qoyulan tələb
16. Qiymətləndirmə standartları sxem üzrə neçə səviyyədə hazırlanır?
a) 3 b) 5 c) 4 d) 2
17. Tədris prosesinin sonunda bütün səviyyələr üzrə sualların bölgüsü necə olmalıdır?
a) 1-ci səviyyə üzrə suallar 20%
2-ci səviyyə üzrə suallar 30%
3-cü səviyyə üzrə suallar 30%
4-cü səviyyə üzrə suallar 20%
b) 1-ci səviyyə üzrə suallar 20%
2-ci səviyyə üzrə suallar 20%
3-cü səviyyə üzrə suallar 30%
4-cü səviyyə üzrə suallar 20%
5-ci səviyyə üzrə suallar 10%
c) 1-ci səviyyə üzrə suallar 30%
2-ci səviyyə üzrə suallar 30%
3-cü səviyyə üzrə suallar 30%
4-cü səviyyə üzrə suallar 10%
d) 1-ci səviyyə üzrə suallar 30%
2-ci səviyyə üzrə suallar 20%
3-cü səviyyə üzrə suallar 30%
4-cü səviyyə üzrə suallar 20%
18. Qeyd olunan bəndlərdən hansı qiymətləndirmə standartıdır?
a) 3.4.1.Q1.Borc analayışını izah etməyi bacarır.
b) 3.4.1. Mənəvi borc (böyüklərə hörmət, kiçiklərə və xəstələrə qayğı) haqqında təsəvvürlərini ifadə edir.
c) 3.3.2. Dinlər haqqında ilkin təsəvvürlərini sadə şəkildə izah edir.
d) 3.2.2. Mənəviyyata zidd xüsusiyyətlərə(yalançılıq, paxıllıq, xəbərçilik) münasibət bildirir.
19. Test nümunələri nəyin əsasında hazırlanır?
a) Əsas standartların b) Qiymətləndirmə standartlarının c) Alt standartların
d) Əsas və alt standartların
20. “Beyin həmləsi” nədir?
a) İş üsulu b) Dərs forması c) Təlim üsulu d) Dərs nümunəsi
1 — d Mənbə :Tarix.info saytı
2 – b
3 – c
4 – c
5 – a
6 – c
7 – d
8 – a
9 – c
10 – d
11 – a
12 – b
13 — d
14 – b
15 – c
16 – c
17 – a
18 – a
19 – b
20 – c

Muellime destek

Bu program müəllimlərin işə qəbulu diaqnostik qiymətləndirilməsi və yer dəyişməsinə hazırlaşan müəllimlər üçün test sınaq proqramıdı . Programda sınaqdan əlavə Kurikulum kitabları tehsil xəberleri üçün xəbər bölməsi reytinq cədvəli və müəllimlər üçün müzakirə kabineti mövcutdur.

Популярные запросы

LD Player – #1 Android Emulator

Лучший Эмулятор Андроида для ПК

Приложения · Hot

IronMeta One – Proxy Master IronMeta Studio · Инструменты

Google Play Маркет Google LLC · Инструменты

自由浏览 Greatfire.org · Связь

Instagram Instagram · Социальные

Читы на стандофф 2 на голду Tim_Dev · Книги и справочники

Популярные

MyStat mobile ITstep · Образование

ELSCHOOL АО «Башкирский регистр социальных карт» · Образование

Калькулятор в столбик Andrei Brusentsov · Образование

Интра 42 Paul Varry · Образование

O’zbekcha Ruscha Tarjimon BEST TRANSLATE APPS · Образование

Словарь WordHunt (Вордхант) OneDict · Образование

ОК ГДЗ – получи за домашку 5 SIA Ksenokss · Образование

Химический калькулятор safchemist · Образование

Англо – Русский Переводчик Suvorov-Development · Образование

ГДЗ: решебник по фото учебника Sfera LLC · Образование

APKCombo Installer

Порядок установки XAPK, APKS, OBB?

Məktəblərdə «Sağlam təhsil»

“Ötən tədris ilindən fəaliyyət göstərən 15 “Sağlam təhsil” sinfində keçirilmiş tibbi monitorinq bu siniflərdə tətbiq edilən texnologiyaların uşaqların fiziki sağlamlığına müsbət təsir etdiyini aşkara çıxarıb. Eyni zamanda, belə siniflərdə təhsil alan şagirdlərin fiziki və intellektual cəhətdən daha yaxşı inkişaf etdiyi, onların öyrənmə qabiliyyətinin, habelə emosional-psixoloji durumunun yüksəldiyi müəyyən edilib”. 47 saylı tam orta məktəbdə bu ildən başlayaraq ilk dəfə fəaliyyət göstərən “Sağlam təhsil” sinfinə Təhsil Nazirliyinin təşkil etdiyi mediatur çərçivəsində səslənən bu fikirlər jurnalistlərə yeni modellə yaxından tanışlıq imkanı yaratdı.
Məlumat verildi ki, 2015-2016-cı ilin “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində daha 52 “Sağlam təhsil” sinfi yaradılıb. Hazırda Bakıda 33, Sumqayıtda 1 ümumtəhsil məktəbi olmaqla, ümumilikdə 34 təhsil ocağında 67 “Sağlam təhsil” sinfi fəaliyyət göstərir. Həmin siniflərdən 15-i ötən tədris ilində yaradılıb. “Sağlam təhsil” siniflərində tədris hərəkətli təlim şəraitində həyata keçirilir. Şagird masaları həm oturacaq, həm də ayaqüstə çalışmaq imkanı verir. Belə siniflərdə dərs deyən müəllimlərin maarifləndirməsi işini daha səmərəli təşkil etmək məqsədilə “Sinif gigiyenası” adlı metodik vəsait hazırlanıb və həmin vəsait müəllimlərə çatdırılıb.
“Sağlam təhsil-sağlam millət” layihəsinin əsas məqsədi təhsilalanların təlim nailiyyətlərini yüksəltməklə yanaşı, tədris şəraitindən irəli gələn hərəkət məhdudiyyətini və digər amilləri aradan qaldırmaq, onların sağlamlığını qorumaqdan ibarətdir.

Təhsil Nazirliyində pilot layihələrlə iş sektorunun aparıcı məsləhətçisi və layihənin pedaqoji işlər üzrə eksperti Afət Süleymanova jurnalistləri “Sağlam təhsil” sinfi ilə tanış edərək “Bu, bucaqsız sinif otağıdır. Otaqda düz xətlər görə bilməzsiniz. Bu, uşaqları psixi stressdən qorumaq üçün nəzərdə tutulub. Otaqda panorama effekti yaradılıb. Görünən bucaqlarda ağac şəkilləri çəkilib. Uşaqlar özlərini bir məkanda hiss edirlər”- deyə qeyd etdi.
Sinif otağında şagirdlərin bir qismi otursa da, bir qismi ayaq üstədir. Otaqda yerləşdirilən masalar hündür və oturacaqlı olmaqla iki hissədən ibarətdir. Belə ki, uşaqlar 15 dəqiqədən bir yerlərini dəyişirlər. “Oturmaq ölümdür” devizi ilə keçirilən dərs həm də uşaqların fiziki sağlamlığına hesablanıb. “Müəllimə dəstək məqsədilə siqnal çalınan kimi o, 15 dəqiqənin başa çatdığını bilir. Uşaqların reaksiyalarının formalaşması üçün tavanda quraşdırılan lampalar onların boyun, baş, ümumi bədən hərəkətlərini yerinə yetirmək üçündür. İlk 15 dəqiqədən sonra onlar yerlərini dəyişirlər. Tavandakı göz trenajoru rus akademiki Vladimir Filippoviç Bazarnının patentidir ki, Azərbaycan bunları öz məktəblərimizdə tətbiq etmək üçün alıb. Şagirdlər bununla ikinci 15 dəqiqədə fəaliyyətlərini yerinə yetirir və sonra yerlərini dəyişirlər”. A.Süleymanovanın bildirdiyinə görə, model onların fiziki sağlamlığı üçün faydalıdır. Belə ki, sinif otağının ölçüsündən asılı olaraq hər uşağa 2,2-2,5 sahə düşməlidir. Layihə çərçivəsində yaradılan siniflərdə maksimum 22-24 uşaq oxuyur. “Bu gün siniflərdə uşaqların sayı həddən artıq çox olur. Bu da təhsilin keyfiyyətinə, müəllim-şagird ünsiyyətinə öz təsirini göstərir. Nəticədə şagirdin məktəbə, dərsə marağı da azalır. Ona görə layihə çərçivəsində təhlillər aparılır ki, uşaqların hər biri Nazirlər Kabinetinin verdiyi standartlara uyğun olaraq sinifdə 2 kv.m sahədə yerləşdirilsin. Bu, təhsilin keyfiyyətinə də müsbət təsir göstərər. Təhlillər aparılandan sonra bu məsələ üzərində düşünüləcək”. A.Süleymanova qeyd etdi ki, layihə çərçivəsində bir sıra ölkələrin təcrübəsi öyrənilib: “Sağlam təhsil-sağlam millət” modeli Azərbaycan üçün müxtəlif ölkələrin təcrübələri öyrəniləndən sonra tətbiq edilən unikal bir modeldir. Layihəni həyata keçirmək üçün Rusiyanın, İngiltərənin təcrübəsi də öyrənilib. Hazırda İngiltərədə ayaqüstü təhsil həyata keçirilir. Hansısa bir ölkədən bu modelin surətini çıxarıb götürməmişik. Ümumiyyətlə, islahat məsələlərində bu cür yanaşma doğru hesab edilə bilməz. Azərbaycan təhsilinin öz spesifik xüsusiyyətləri var ki, mütləq bunlar nəzərə alınmalıdır”. Ekspertin sözlərinə görə, hazırda 34 məktəbdə layihənin dərinləşdirilməsi nəzərdə tutulur: “Nəticələr əldə edildikdən sonra layihənin genişləndirilməsi ilə bağlı rəhbərlik qərar verəcək”. Modelin kurikulum proqramından fərqini izah edən A.Süleymanovanın sözlərinə görə, kurikulumda uşaqlar oturaq iş rejiminə təhrik edilirlər və müəllimlərin hazırlığı bəzən sinfin fəallığını tam təmin etməyə imkan vermir. “Siniflərin çoxunda müəllimlər ənənəvi qaydada işləməyə çalışırlar. Bu modeldə isə uşaqlar yaradıcı prosesin bir hissəsinə çevrilirlər”.

Layihə üzrə həkim Şəhla Balayeva qeyd etdi ki, uşaqlarda diqqət davamlılığı 15 dəqiqədən artıq olmadığından onlarda yorulma baş verir: “Yorulma nəticəsində fizioloji və patoloji pozulma halları yaranır. Bunun üçün də hər 15 dəqiqədən bir fəaliyyətin dəyişdirilməsi və dərsin hər 15 dəqiqəsində uşaqlara mikropauzaların verilməsi daha məqsədəuyğun hesab edilir. Bunu nəzərə alaraq, biz uşaqların fəaliyyətinə hər 15 dəqiqədən bir fasilə veririk. Onlar həm oturaq, həm də ayaq üstdə iş rejimlərini dəyişirlər. Həmçinin bunun mikropauzalarda fiziki hərəkətləri yerinə yetirərək göz idmanı vasitəsilə yorğunluğu, əzələlərdə statik gərginliyi qaldırmağa böyük təsiri olur”. Həkimin sözlərinə görə, bir il ərzində uşaqlar üzərində aparılan dinamik müşahidələr onların sağlamlığına müsbət təsir etdiyini üzə çıxarıb. “Bu, bizim əsas şərtlərimizdən biridir. Uşaqların boy ölçülərinə uyğun partaların, iş zamanı masalarda 16 dərəcə meyilliyin olması və işıqlanmanın 300-500 lyuksdan aşağı olmaması lazımdır. Bütün bunlar normal iş şəraiti yaradır. Gözlə idman hərəkəti uşaqların görmə qabiliyyətlərinin yaşına uğun inkişafına təkan verir və pozuntuların qarşısını alır”.

Hələlik layihəyə birinci siniflərdən start verilib. Əgər bir məktəbdə bir sinif varsa, bu sinif layihə üçün seçilmir, layihəyə cəlb edilən siniflər yalnız 3-4 sinif arasından seçilir. Həmçinin valideynlərin istəyi də nəzərə alınır. Ərizə ilə müraciət edən valideynlərin uşaqları həmin siniflərə cəlb edilir.

Valideyn Sevinc Novruzova sinifdə uşaqların daha sərbəst, sıxılmadan hərəkətini, tez-tez yerlərini dəyişmələrini təqdir etdiyini bildirdi: “Fiziki hərəkətlər uşaqların inkişaflarını təmin edəcək. Müşahidələrimiz də göstərir ki, şagirdlər sinfə çox həvəslə gəlirlər”.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Comments are closed, but trackbacks and pingbacks are open.