Müəllim gününə aid ssenari
Nüfuzu qazanmaq çətin, itirmək isə asandır: O, hər kəsə nümunə olacaq bir şəxsiyyətdir. Hec zaman onun yersiz hərəkətini, ədalətsiz münasibətni görməyib, ehtiyatsız söz eşitməyib. O, hər zaman sözlərinə və hərəkətlərinə məsuliyyətlə yanaşıb, öz nüfuzunun keşiyində durub. Bu keyfiyyəti onu Qızıldaşın əsas söz sahibi, ağsaqqalı, məsləhətçisi edib. O, təkcə müəllim yox, həm də qəsəbəmizin ağsaqqalıdır. Bu nümunəsi onu yolgöstərən, mayak səviyyəsinə qaldırıb. Kimin müşkül işi olsa, onun yanına qaçıb.
Samir Asadli`s Blog
Müəllim sözü müqəddəs deyil, müqəddəs olan müəllimlikdir
Mənim Sərdar müəllimim!
Müəllim! Bu ad hər kəs üçün əzizdir. Hamının müəllimi olub – hətta Hz. Peyğəmbərimiz Məhəmmədin (sav) də.
Həzrət Əli (əlehisalam) deyib ki, hər kim mənə bir hərf öyrətsə, mən ona qul, kölə olaram.
Belə deyim var: “Şəxsiyyətin ahəngdar inkişafı vəzifəsi, ilk növbədə, müəllimin üzərinə düşür”. Müəllim cəmiyyətdə çox böyük rol oynayır. O, yaşlı nəslin təcrübəsini gənc nəslə verir.
Müəllimə dünyanın ən məşhur insanları öz sevgi və sayğılarını müxtəlif aforizmlərlə bildiriblər; müəllimi günəşə, bağbana, mühəndisə bənzədiblər. Deyiblər ki, müəllim günəş kimi gənc qəlbi və ağlı işıqlandırır, uşaqlara bağban qayğısı göstərir, mühəndis kimi insan qəlbinin layihəsini cızır.
Cəmiyyətin, millətin gələcəyi müəllimin əlindədir
Bir az poetikləşdirilsə də, mübaliğə yoxdur, əksinə, müəllim missiyasını bu vaxta qədər deyilmiş heç bir söz tam əhatə eləmir. Çünki nə qədər müəllim varsa, nə qədər şagird olubsa, müəllimin kimliyi də o qədər rəngarəing olub və olacaq. Gərək Yer üzündəki bütün insanlar müəllim sevgilərini desinlər, yalnız onda müəllimin kimliyini tam dolğun müəyyən etmək olar. Ancaq bunun da ömrü yeni şagirdlərin və müəllimlərin gəlişinə qədərdir…
Cəmiyyətin, millətin gələcəyi müəyyən mənada müəllimin əlindədir. Deyirlər ki, bir milləti məhv etmək üçün onun müəlliminin və həkiminin savadsız olması kifayətdir: biri milləti mənəvi cəhətdən, digəri isə fiziki cəhətdən şikəst edəcəkdir.
İnsana ilk düz yol göstərən, onun yaşamaq üçün mükəmməl insan olmasında stimul verən əsas qüvvə müəllim sayılır.
Əlbəttə, söhbət müəllimdən gedir, müəllim adını ləkələyənlərdən yox!
Müəllim yüksək əqidə, məslək sahibi olmalıdır. Müəllim — Vətəndaş olmalıdır. O, xalqın, Vətənin problemləri ilə yaşamalı, gəncliyi də bu ruhda yetişdirməlidir.
Əslində, müəllim sözü müqəddəs deyil, müqəddəs olan müəllimlikdir. Deyəsən, bunu da müdriklərdən kimsə deyib. Yəni müqəddəs olanlar öz vəzifələrini layiqincə yerinə yetirən insanlardır.
Yüksək mədəniyyətə və mənəviyyata malik bir insandır
Sərdar Qənimət oğlu Hacıyev – sözün bütün mənalarında və böyük hərflə yazılası MÜƏLLİMdir.
Mən 65 yaşlı müəllimlərin işdən ayrılmasını yaxşı hal saymıram. Heç cür qəbul edə bilmirəm ki, 65 yaşlı müəllimə “daha bəsdir öyrətdiyin, get” demək olar? Axı, müəllim elə bu yaşda daha müdrik, daha kamil olur!
Ən cox sevdiyim müəllimlərimdən olan Sərdar Hacıyev də sevdiyi ocaqdan, müəllim peşəsindən bu səbəb ucbatından uzaqlaşıb. Oturub evdə. Mən bunu təsəvvür edə bilmədim. Yəni Sərdar müəllim dərs demirmi? Belə iş olarmı? Sərdar müəllimsiz 180 saylı məktəb yaşaya, mövcud ola bilərmi? Məktəb yerindədirsə, bəs, onun siması olan Sərdar müəllim hanı?
Sərdar müəllim – ömrünün yarıdan coxunu öz sevimli peşəsinə həsr edib, uzun müddət bu 180 saylı orta məktəbdə fizika müəllimi işləyib.
Sərdar müəllim – yüksək mədəniyyətə və mənəviyyata malik bir insandır. O, zahiri və daxili mədəniyyəti, nəcib əxlaqi keyfiyyətləri özündə birləşdirən: düzlük, ədalətlilik, xeyirxahlıq, humanizm, sadəlik nümunəsidir.
Sərdar müəllim – öz peşəsini dərindən sevən biridir və onun şagirdi olan hər bir şəxs də fizikanı belə sevmişdir.
Oxuyub adam olun!
Sərdar müəllimlə bağlı hər bir şagirdin özünə məxsus təəssüratları var. Şagirdlər onu dərs oxumayan, avaralıq edənlərin düşməni sayır. İllər keçir, insan həyatda yaşamağa qədəm qoyanda Sərdar müəllimi başa düşür. O, “Oxuyub adam olun! Qul olmayın! Kişi kimi yaşayın!” deyir hamıya.
Bizim yaşadığımız Qızıldaş qəsəbəsi fəhlə qəsəbəsidir. Daş karxanaları burda yerləşır. Dərs oxumayan şagirdlərə (mənə də) deyirdi: “Daş karxanasını görürsənmi? Oxusan adam olacaqsan. Əgər avaralıq etsən, tənbəl olsan, gedib orda hanbal kimi maşınlara daş yükləyəcəksən”.
Sərdar müəllim təkcə müəllim kimi yox, sözün həqiqi mənasında yol göstərən, qayğıkeş birisi olub şagirdləri üçün. O, hər kəsə nüfuzu ilə təsir edirdi. Yəni, müəllim yüksək nüfuz sahibi və uşaqlara nümunə olmalıdır. O, belə bir insandır!
Dərin bilik, mədənilik, mənəviyyat nümunəsi olan Sərdar müəllimin nüfuzu da yüksəkdir Qızıldaşda.
Müəllim – ilk növbədə insandır.
Nüfuzu qazanmaq çətin, itirmək isə asandır: O, hər kəsə nümunə olacaq bir şəxsiyyətdir. Hec zaman onun yersiz hərəkətini, ədalətsiz münasibətni görməyib, ehtiyatsız söz eşitməyib. O, hər zaman sözlərinə və hərəkətlərinə məsuliyyətlə yanaşıb, öz nüfuzunun keşiyində durub. Bu keyfiyyəti onu Qızıldaşın əsas söz sahibi, ağsaqqalı, məsləhətçisi edib. O, təkcə müəllim yox, həm də qəsəbəmizin ağsaqqalıdır. Bu nümunəsi onu yolgöstərən, mayak səviyyəsinə qaldırıb. Kimin müşkül işi olsa, onun yanına qaçıb.
Müəllim – ilk növbədə insandır. Sərdar müəllim də hər kəsə insanlıq nümunəsindən yanaşıb, hamıya yardımçı olmağa calışır.
Müəllim nüfuzunu hər hansı qərarla, əmrlə, göstərişlə qaldırmaq qeyri-mümkündür. Müəllimlik peşəsinin nüfuzunu hər bir müəllim öz iş və mənəvi keyfiyyətləri bağlıdır.
Sərdar müəllimlə bağlı təəssüratlarım çoxdur, bir-ikisini deyim.
Yuxarı siniflər “Sərdar müəllim yaman uşaq döyəndir” deyirdi və hamı ondan qorxurdu. 45 dəqiqə dərs müddətində heç kimin cınqırı da çıxmırdı. Onun qorxusundan nəfəsi də güclə alırdıq. Sinifdə milçək uçsa, səsin eşidirdik. Hamı gözləyirdi ki, kimi dərs danışmağa çağıracaq. Hətta dərs bilən də qorxudan dərsi unudurdu ilk vaxtlar. Ona, onun dərs metonduna vaxt keçdikcə bələd olduqdan sonra hamımız onu sevdik. Sərdar müəllim dərsi şagirdə elə izah edirdi ki, kitab oxumağada ehtiyac olmurdu.
180 saylı məktəb birincidir
Mən, texniki fənləri elə də sevməmişəm. Daha cox humanitar fənlərə üstünlük vermişəm. Bir dəfə Sərdar müəllim məni dərs danışmağa cağırdı. Dedim, bilmirəm. (Onu da deyim ki, dərs oxumayanları ciddi tənbeh, həm də bu tənbehi ömrümüz uzunu unutmarıq). Dedi, kitabı götür, arxada otur. Dərs qurtardı, Sərdar müəllimsə məni evə buraxmadı. Qapını bağlayıb getdi. Düz axşam 6-da kimisə göndərmişdi ki, gedin, qapını açın, getsin, yəqin ağlı başına gələr!
Ağlım başıma gəlmışdi… :)))
O, bu cür etməklə hamını oxumağa məcbur edirdi. Bu gün də Sərdar müəllim kimi insanların əməyinin xidmətidir ki, 180 saylı məktəb dərs keyfiyətinə, şagirdlərin bilik bacarığına görə ilk yerlərdən birini tutur.
Qoy, Sizi şagirdlərdən ayıranlar utansın!
Biz, Zöhrə Qədirovaya, Məleykə Abdullayevaya, Umud Əmrahova, Yaqub Məmişova, Mübarək Yusifova, Fariz Kazımova, Ziyafət Şükürova, Malik Qasımova, Müləzzim müəllimə, Nina müəllimə, Fəridə müəlliməyə, Solmaz müəlliməyə, Zəhra müəlliməyə, Fatimə müəlliməyə, Mənsümə müəlliməyə, Surxay müəllimə, Zakir müəllimə, İbrahim müəllimə borcluyuq. Onların səyinin nəticəsidir ki, Qızıldaş ali təhsilli şəxslərinə görə Qaradağ rayonunda ilk yerdədir.
Sərdar müəllim, siz xoşbəxt insansınız ki, minlərlə balanız var, minlərlə ürək Sizə sevgi ilə döyünür.
Sizin məktəbdən uzaqlaşmanız Sizin üçün dərd deyil, yeni nəsil üçün dərddir.
Qoy, Sizi şagirdlərdən ayıranlar, gəncləri şikəst edənlər utansın!
Müəllim gününə aid ssenari
(Birinci yazı)
Sovetlər dönəmindən bəri müəllim günü hər il təntənəli olmasa da, rəsmi səviyyədə qeyd edilir. Azərbaycanda həmin gün onunla yadda qalır ki, bir qrup müəllimə “Əməkdar müəllim” adı və s. mükafatlar verilir. Ancaq nə onda, nə də indi bir dəfə də görməmişəm ki, rəsmi tədbirlərdə, telekanallarda, qəzetlərdə kimsə, hansısa dövlət məmuru və ya ziyalı müəllim günündə müəllimin günü, yəni onun gerçək ictimai nüfuzu, elmi-pedaqoji peşəkarlığı, sosial-maddi durumu barədə həqiqətləri söyləsin.
Bu gün müəllimə siyasi-ideoloji təzyiqlər edilmirmi.
İnsafla danışsaq, sovet dövründə müəllimin ümumi nüfuzu, maddi durumu, eləcə də elmi-pedaqoji səviyyəsi indikindən xeyli yüksək idi. Söhbət öz yüksək mənəviyyatı, fədakarlığı hesabına dünən də, bu gün də müəllimlik nüfuzunu qoruyub saxlayan nadir şəxsiyyətlərdən getmir. Düzdür, insan şəxsiyyətini əzən, onun azadlığını əlindən alan o dövrkü ideoloji çərçivələr bütün sahələrə olduğu kimi, təhsilə də siraət etmişdi. Bununla belə, müəllimə maddi durumuna görə istehza ilə baxan kiçik meşşan təbəqə istisna olmaqla, aşağıdan yuxarı bütün cəmiyyət müəllim adını uca tutur, bu peşənin sahiblərinə səmimi hörmətlə yanaşırdı. Hər halda əksər şagirdlər hörmət əlaməti olaraq müəllimin yanında nəinki tum çırtlamaz, nəsə yeməz-içməz, hətta icazəsiz danışmazdı. İdeoloji şərçivəyə gəldikdə, məgər bu gün polisə, əsgərə, həkimə, hətta fəhləyə, süpürgəçiyə olduğu kimi, müəllimə də siyasi-ideoloji, mənəvi təzyiqlər mövcud deyilmi. Sovet imperiyası zamanında Lenin, Stalin, Brejnev haqqında yazildığı kimi, bu dövrdə – müstəqil (!) Azərbaycanda da ildə azı üç dəfə orta məktəb şagirdlərinə həvəsi oldu-olmadı, zorla Heydər Əliyev haqqında inşalar yazdırdırılıb qondarma müsabiqələr keçirilmirmi? Məktəblərdə nəinki müəllimlər, hətta texniki işçilər, fəhlə və süpürgəçilər də məcburən rayon icra hakimiyyətlərinin qəzetlərinə, yaxud “Yeni Azərbaycan” qəzetinə abunə etdirilmirmi. O vaxtlar təhsil şöbələri, “raykomlar”, Təhsil Nazirliyi bu günkü qədər müəllimin məvacibinə göz dikirdimi? Müəllimin maaşindan “rayon mərkəzində abadlıq, yaşillaşdırma” və s. adı ilə pul tutulurdumu? Müəllimlərə küçə süpurtdürülürdümü.
Amacım sovet dövrünü tərifləmək deyil. Sadəcə, müəllimin bu günkü vəziyyəti barədə az da olsa, təsəvvür yaratmaq istəyirəm.
Azərbaycanda müəllim işləyənlər başıxarabdırmı.
Müəllimin bu gününə hər üç əsas aspektdən, yəni mənəvi baxımdan – şəxsiyyət, pedaqoq kimi ümumi ictimai nüfuzu, elmi baxımdan – intellektual-pedaqoji peşəkarliği və iqtisadi baxımdan – sosial-maddi durumuna münasibətdə yanaşdıqda acınacaqlı vəziyyət aşkarlanır. Əvvəla, məlum olur ki, müstəqil Azərbaycan müəlliminin şəxsiyyəti sovet müəlliminə nisbətən daha çox deqradasiyaya, tənəzzülə məruz qalıb. İkincisi, sırf ixtisasa yiyələnmə baxımından da müəllim çox aşağı səviyyədədir. Bu gün təhsil ocaqlarında orta məktəb şagirdi səviyyəsində savadı olmayan “müəllimlər” işləyir. Üçüncüsü, hər il hay-küylə maaşların artırılmasından danışılsa da, həmin artim qiymətlərin, eləcə də rüşvət və korrupsiyanın artimi ilə düz mütənasib olduğundan bütün məmləkət əhli kimi, müəllimlərin də dolanışığına elə bir təsir göstərmir.
Əvvəllər çox tənqid etdiyim təhsil naziri Misir Mərdanov son çıxışlarından birində axır ki, bu həqiqəti açıq dilə gətirdi. Söylədi ki, “bu gün Azərbaycanda əlüstündə gəzdiriləsi müəllimlər var, amma biz onlara 200 manat veririk. Normal, ağlı başında olan adam 200 manata müəllim olub əsəblərini korlamaz. ”.
Hörmətli nazir sonra öz işçilərindən soruşdu ki, “siz 200 manata dolanarsınızmı?” Və əlavə etdi ki, “müəllimə 200 yox, 2000 manat versək, görün o repetitorluq edərmi?”.
Bir daha bəndəniz də sual edir: görəsən, hansı TŞ müdiri, hansı nazir və ya müəllimləri 20 manat artıq hesablanmış maaşdan, 1 saat dərsdən ötrü gözümçıxdıya salan hansı maliyyə müfəttişi ayda 200-300 manatla 4-5 nəfərlik ailəni dolandıra bilər. (Yaxşı ki, məcburi köçkün müəllimlərə görə dövlət hər ay adambaşına 2-5 manatlıq qazpulu, 9 manatlıq işıqpulu ödəyir) Fikri-zikri məişət problemlərində olan müəllimdən dövlətin, Təhsil Nazirliyinin keyfiyyətli tədris tələb etməyə haqqı varmı.
Misir müəllimin çıxışından acınacaqlı məqamlar ortaya çıxır; əcəba Azərbaycanda müəllim işləyənlər anormal, başıxarabdırmı.
Dərindən, məntiqlə düşünəndə belədir. Amma müəllimlərin xeylisi yuxarılardan nümunə götürərək bu anormallıqdan çıxış yolunu harama qurşanmaqda – şagirdlərinin, tələbələrinin əlinə baxmaqda görürlər. Yəni, köhnə və yeni Azərbaycan düşüncəsi ilə desək, hamı bir-biri ilə dolanır. Hörmətli nazirin çıxışının hökumət üçün bir müsbət nəticəsi ola bilər ki, bundan sonra yalnız quru məvaciblə dolanan müəllimlərin ağlı başına gəlib ya işdən çıxarılar(yəni ölkədə müəllim sıxlığı aradan qalxar), ya da onlar da “başlarını aşağı salıb” başqaları kimi şagirdlərinin əlinə baxarlar.
Məktəb direktorları qul, kölə kimi istismar edilirlər.
Təhsil naziri məktəb direktorlarının əmək haqlarının azlığını da qeyd etdi: direktora 160 manat əmək haqqı veririk, ondan hansı iş tələb edə bilərik. Doğrudan da “analoqu olmayan iqtisadi inkişaf”dan dəm vuran neft-qaz ölkəsi üçün çox, özü də həddindən artıq çox acınacaqlı, utandırıcı, başalçaldıcı bir faktdır. Məktəb direktoru hərbi hissə, alay komandiri səviyyəsində bir şəxsiyyət kimi dəyərləndirilməlidir. Onun rəhbərliyi ilə ölkənin gələcəyi; müəllimi, həkimi, iqtisadçısı, polisi, hərbçisi yetişir. 160 manat direktorun heç bir günlük yazı-pozusuna sərf etdiyi enerjini ödəmir. Bu 200 minə yaxın müəllim ordusu içində 4500-ə yaxın məktəb direktorunu da – ziyalını(!) qul, kölə kimi istismar etməkdir. Bəs onlar niyə haqq səslərini çıxarmırlar. Ona görə ki, əksəriyyəti məcburən, ya da ürəkdən bu təhsil bazarının alverçisinə dönüblər. Əgər hələ qaçqın rayonun TŞ müdiri direktordan məktəb şəbəkəsinin təsdiqi üçün azı 200-300 manat rüşvət tələb edirsə, həmin direktor nə etməlidir. Ya işdən çıxmalı, ya da həmin məbləği müəllimlərdən toplamalıdır. Çox nadir şəxsiyyətlər birinci yolu seçirlər.
Son 15-20 ildə Azərbaycan müəlliminin, ziyalısının bu günə düşməsinin əsas iki səbəbi vardir: bəşəri mənəviyyata zidd olan iyrənc siyasi-ideoloji, mənəvi basqı və məmləkəti yuxarıdan-aşağı gəmirən biabırçı korrupsiya və rüşvətxorluq.
Azərbaycan müəlliminin gününün yaxşı olmasında israr edən məddahların əsas arqumentləri bunlar ola bilər; birincisi, hər bir vətəndaşa olduğu kimi müəllimə də heç bir siyasi-ideoloji basqı göstərilmir: hər kəs seçimində azaddır. İkincisi, 1993-cü ildən bəri Azərbaycanda təhsil sahəsində uğurlu islahatlar həyata keçirilir, ölkəmiz də Boloniya sisteminə qoşulur. Üçüncüsü, hər il yeni-yeni məktəblər tikilib istifadəyə verilir. Dördüncüsü, məktəblərimizin xeyli hissəsi kompüterləşdirilib. Beşincisi, müəllimlərin əmək haqları ildən-ilə artırılır. Və hamısı yaxşı dolanır. Altıncısı, hökumətimiz müəllimlərin zəhmətini yüksək qiymətləndirir, prezident yüzlərlə müəllimə “əməkdar müəllim” adı verib, neçələrinə prezident təqaüdü təyin edib. Yeddincisi, hər il yüzlərlə orta məktəb məzunu ali məktəblərə daxil olur, prezident qəbulda ən yüksək bal toplayanlara təqaüd verir.
İslahatların bəzi məqamlarını, yeni məktəblərin tikilməsi və kompüterləşdirməni və müəyyən mənalarda müəllimlərə fəxri adlar, təqaüd və seçilən tələbələrə prezident təqaüdü verilməsini təqdirəlayiq hal hesab etmək olar. Fəqət, yalnız yuxarıda göstərdiyim cəmi iki amil bütün bu arqumentləri, onların xalqın bu günü və gələcəyi üçün səmərə və effektivliyini alt-üst edir.
Müəllim seçkilərdə istədiyi namizədə səs verə bilirmi?
Azərbaycanda kütləvi simasızlıq, yaltaqlıq təlqinini, eləcə də rüşvətxorluq və korrupsiyanı danmaq göydə günəşi danmaq kimi bir şeydir. Məgər 15-20 ildir ki, parlament, prezident, bələdiyyə seçkilərində, referendumlarda büdcədən maliyyələşən bütün təbəqələr kimi, müəllimlər də istəmədiyi bir şəxsə, bəyənmədiyi maddəyə səs verməyə birbaşa, yaxud dolayisiyla məcbur edilmirmi.
Prezident, parlament və ya bələdiyyə seçkisinə 10-15 gün qalmış hansısa müəllim desə ki, onun direktoru və ya rektoru seçkilərdə hansı namizədə səs vermək haqqında ona təlimat keçməyib, ya qorxusundan yalan danışır, ya da onun rəhbəri hakimiyyətə sadiq kadr (!) deyil.
Sovet dönəmindən bəri Azərbaycanda çox nadan bir baxış formalaşdırılıb; dövlətin büdcəsindən maaş alırsansa, onun başında olan iqtidarın hər bir əmrini canla-başla yerinə yetirməlisən. Yəni, belə çıxır ki, hakimiyyətdəkilərin saxtakarlığına, oğurluğuna da şərik olmalısan. Əvvəla, hər hansı bir vətəndaşın, o cümlədən müəllimin aldığı maaş kiminsə dədəsinin xəzinəsindən yox, xalqın yeraltı, yerüstü sərvəti, ödədiyimiz vergi, rüsum və s. hesabına formalaşan dövlət büdcəsindən verilir. İkincisi, əgər büdcədən maliyyələşən vətəndaş, eləcə də müəllim öz vəzifə borclarını vaxtında, bacardığı qədər keyfiyyətlə yerinə yetirirsə, nəyə görə halal, özü də çəkdiyi zəhmətin müqabilində çox cüzi olan əmək haqqını qorxa-qorxa, minnətlə almalıdır.
Müəllimi gözükölgəli edənlər xalqın gələcəyinə də kölgə salır.
Təəssüf ki, kütləvi qanunsuzluq, rüşvətxorluq, simasızlıq, yaltaqlıq və düşünülmüş şəkildə formalaşdırılan məvacib azlığı nəticəsində Azərbaycanda əksər vətəndaşlar kimi müəllimlər də həm yuxarılar, həm də şagird, valideyn qarşısında gözükölgəli vəziyyətdədir. Fukir verin. Tutaq ki, azı 3-4 nəfər ailə üzvü olan, evi-eşiyi olmayan, kirayənişin yaşayan gənc müəllimin bir məktəbdə 15-20 saat dərsi var və bunun müqabilində təxminən 150-250 manat maaş alır. Təbii ki, o, bu qazancla öz ailəsini dolandıra bilməyəcək və başqa çıxış yolu axtarmağa başlayacaq; ya gedib bazarda alver edəcək, ya heyvandarlıqla, əkinçiliklə məşğul olacaq, ya repetitorluqla məşğul olacaq- şagird hazırlayacaq, ya da başqa bir məktəbdə də mümkün qədər əlavə dərs götürməli olacaq. Və bu halda o, bir müəllim, ziyalı kimi öz üzərində işləməyə vaxt tapmayacaq, beləliklə, tədris etdiyi dərsin keyfiyyəti də aşağı düşəcək, sənədləşdirmə işlərini normal qaydada apara bilməyəcək və s. Bundan əlavə, dərs saatlarının cəmi bir müəllim üçün Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş 24 saatlıq limiti ötüb keçəcək və o, artıq saatları digər bir müəllimin adına yazdırmalı olacaq. Nəticədə həmin müəllim həm direktorun, həm rayon təhsil şöbəsinin, həm də TN-dən, yaxud Maliyyə Nazirliyindən gələ biləcək yoxlamanın yanında gözükölgəli olacaq.
Müəllimi gözükölgəli edənlər xalqın gələcəyinə də kölgə salır.
(inşallah, ardı olacaq)
Müəllim gününə aid ssenari
Beynəlxalq müəllimlər günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır.
Müəllimlər günü münasibəti ilə bütün müəllimləri təbrik edirik. Şərəfli sənət sahiblərini, bu adın mənəvi yükünü təmiz vicdanla daşıyan və bu ada layiq olan bütün müəllimləri təbrik edirik!
5 oktyabr müəllimlər günü təbrikləri
Siz bizi gələcəyə hazırlayırsız. Fəth etdiyimiz zirvələr üçün təşəkkürlər!
Müəllimlərin haqqını heç vaxt ödəyə bilmərik.
Müəllimin bir canı yoxdur, müəllimin şagirdləri qədər canı var.
Müəllim keçmişin öyrədicisi, gələcəyin qurucusudur.
Dostumuz, ümidimiz, gələcəyimiz, biliyimiz, təhsilimiz, sirdaşımız, savadımız – Bayramınız mübarək əziz müəllim!
Sən dünyanın ən gözəl çiçəyisən, əziz müəlliməm.
Əziz müəllimim, mənim üçün dünyanın tək qanadsız mələyisən.
Müəllimlərin sinifdə ən çox işlətdiyi cümlələr 🙂 Siz bizə yaxşı şeylər öyrətmək istəsəniz də, bizim yadımızda daha çox bunlar qaldı. Sizi sevirik
Ölkəmizin fədakar müəllimləri, hər şeyin ən yaxşısına layiqsiniz.
Sabahınız xeyir müəllim, bu gün sizin gününüzdür, Azərbaycan təhsili sizinlə davam etdirir.
Müəllimlərimizə çox borcluyuq, onlarsız bilik sahibi ola bilməzdik.
Müəllimlərinizə HƏR AN təşəkkür edin.
Gələcək nəsillərimiz üçün ümid etdiyimiz əsl güc müəllimlərimizdir.
Müəllimlər gül kimidir, qoxusunu hiss edir və gözəllik göstərir, amma heç vaxt tikanlarını sancmazlar.
Valideynlərimdən sonra ən çox güvəndiyim insana, müəllimə minnətdarlığımı bildirmək istəyirəm.
Mən yeganə, əziz müəllimim, yanımda olduğunuz üçün çox şadam. Təşəkkürlər, müəllimlər gününüz mübarək.
Dünyanın ən müqəddəs vəzifəsini yerinə yetirən bütün müəllimlərimi səmimi qəlbdən təbrik edirəm və əllərindən öpürəm.
Ey hörmətli müəllim, hər könüldə yerin var!
Bizi bu ölkə üçün böyüdən, ən çətin anlarımızda bizə kömək edən, lazım gəldikdə dost kimi bir sirr saxlayan mənim əziz müəllimimsiniz. Sizi çox sevirəm.
Bəzən müəllimimə baxırdım, siz bizim üçün o qədər çox çalışırdınız ki, sanki özünüz imtahan verəcəkmiş kimi düşünürdüm. Siz bizim üçün bizdən daha çox çalışdınız. Əziz müəllimim.
Siz müəllimlər dünyanın ən dəyərli varlıqlarısınız! Bu gün müəllimlərin şərəf günüdür. Onlara hörməti təzələmək üçün böyüklüyünü anma günüdür. Hamınızı belə bir mənalı gün münasibətilə ürəkdən təbrik edirik. Müəllimlər gününüz mübarək!
Müəllimlər gününüz mübarək müəllim, sizə olan sevgimi bu sətirlərə sığdıra bilmirəm, amma yenə də bir az yazmaq istəyirəm. Sizi oxumaq və yazmaqla birlikdə bizə sevgi, hörmət və qardaşlıq hisslərini öyrədən ilk müəllimim olaraq xatırlayacağam.
Comments are closed, but trackbacks and pingbacks are open.