Press "Enter" to skip to content

Müəllim haqqında

Xəyalpərəst kədərli olaraq ilk müəllimini xatırlayırsa, o, həyatında yeni bir həyat mərhələsinin başlanğıcında olduğu anlamına gəlir. Bir yuxudakı sinif yoldaşları dostların köməyi ilə idarə oluna biləcək problemləri göstərir.

Müəllim haqqında xəyal nədir?

Bir çox insanın fikrincə, xəyallar gündəlik təəssüratların təsiriylə beyin işinin nəticəsidir. Arzular gələcəklə əlaqədar bilinçaltı ipuçları olduğuna inananların da var. Həqiqi məlumatı əldə etmək üçün, gördüyün şeyi düzgün şəkildə izah etməlisən, sahənin bütün detallarını nəzərə alaraq.

Müəllim haqqında xəyal nədir?

Rüyada bir müəllim, real həyatda problemlərin həllinə kömək edən bir patronu təsvir edə bilər. Xəyalpərəst müəllim qarşısında taxtada durursa və dərsləri xatırlaya bilmirsə – bu çirkin hərəkətin göstərilməsini göstərən pis bir işarədir. Müəllimin bəzi istiqamətləri verdiyi bir yuxu dəyişməyə dəyər olduğunu bir tövsiyə olaraq alına bilər. Xəyali kitablardan birində müəllim müəllimin çətin işi olduğunu göstərir. Müəllim mülayim və xoş sözlər söyləsə – bu, həyatını dəyişdirə biləcək yeni bir tanışlığın məqsədi. Xəyalının özü müəllim olduğu gecə vizionu, bilik və təcrübə keçə biləcək izləyicilərin çatışmazlığı deməkdir. Əsərlərin müəllimi evdə möhkəmləndirilmiş işin əli olduğunu göstərir. Bir musiqi müəllimi yuxuda iştirak edərsə, daha az yalan söyləmək lazımdır, sonra hər şey yaxşı olacaq. Riyaziyyat müəllimi rüsvaylığa səbəb olan xoşagəlməz bir vəziyyətə çarptırır.

Köhnə müəllimlər və sinif yoldaşları haqqında nə düşünürsünüz?

Xəyalpərəst kədərli olaraq ilk müəllimini xatırlayırsa, o, həyatında yeni bir həyat mərhələsinin başlanğıcında olduğu anlamına gəlir. Bir yuxudakı sinif yoldaşları dostların köməyi ilə idarə oluna biləcək problemləri göstərir.

Məktəb və müəllim nə xəyal edir?

Müəllimə məktəbdə baxmaq xəyalçılığın həyatında baş verəcək dəyişikliklər üçün bilinçaltı bir səviyyədə hazırlanmasının bir göstəricisidir.

Müəllimlə mübahisə nədir?

Müəllim dərrakəsiz bir dərsdən dolayı qorxudursa – bu, yuxusuz səviyyədə olan xəyalpərəstin əvvəllər edilən hərəkətə görə günahkar olduğunu göstərməlidir. Digər bir yuxu da ciddi bir skandalın baş verməsi ola bilər.

Müəllim haqqında

AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ

  • Müdafiə naziri
  • Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi
  • Müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi
  • Мüdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi
  • Müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı
  • Мüdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı
  • Мüdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı
  • Müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini
  • Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzi
  • “Azərbaycan Ordusu” qəzeti
  • “Hərbi Bilik” jurnalı
  • “Milli təhlükəsizlik və hərbi elmlər” jurnalı
  • Hərbi And
  • Qanunvericilik
  • Nizamnamələr
  • Bayraqlar
  • Orden və medallar
  • Emblemlər
  • Azərbaycan Milli Qəhrəmanları
  • Geyim qaydası
  • Beynəlxalq hərbi əməkdaşlıq
  • İkitərəfli və çoxtərəfli hərbi əməkdaşlıq
  • NATO ilə əməkdaşlıq
  • Beynəlxalq sülhməramlı əməliyyatlarda iştirak
  • BQXK ilə əməkdaşlıq
  • Beynəlxalq silahlara nəzarət üzrə fəaliyyətlər
  • CISM – Beynəlxalq Hərbi İdman Şurası
  • Azərbaycandakı xarici hərbi nümayəndəliklər
  • Beynəlxalq Ordu Oyunları
  • Azərbaycan Ordusunun hərbi elm və təhsil sistemi
  • Hərbi Elmi Tədqiqat İnstitutu
  • Hərbi İdarəetmə İnstitutu
  • Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi
  • Heydər Əliyev adına Hərbi İnstitut
  • Cəmşid Naxçıvanski və Heydər Əliyev adına Hərbi Lisey
  • Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsi
  • Dövlət rəmzləri
  • Bayramlar
  • Ermənistan-Azərbaycan münaqişəsi
  • Vətən müharibəsi
  • Qan yaddaşı
  • Xəbərlər arxivi
  • Cəbhə xəbərləri arxivi
  • Foto arxiv
  • Video arxiv
  • “Azərbaycan Ordusu” qəzetinin arxivi
  • “Azimut” Bülleteninin Arxivi

Xəbərlər

4 Oktyabr 2017 09:40

“Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”

Ümummilli lider Heydər Əliyev:
Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq.

Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür. Bu əlamətdar gün hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir. Silahlı Qüvvələrimizin təhsil müəssisələrində çalışan müəllimlərimizin də bu əlamətdar hadisədə payı vardır.
Müəllim müqəddəsdir, bütün dövrlərdə bu peşə sahiblərinin üzərinə böyük vəzifələr düşüb. İnsanlara bilik vermək, elm öyrətmək kimi mühüm vəzifənin öhdəsindən onlar gəlir.
Hər birimiz üçün müəllim doğma və əzizdir. Çünki müəllim bizə təhsil verir, dərs öyrədir, yol göstərir, daim qayğımıza qalır. Buna görə də müəllimlərimizi böyük ehtiram və hörmətlə xatırlayırıq. Öyrəndiklərimizə görə həmişə onlara minnətdarıq.
Müəllimlər cəmiyyətin memarlarıdır desək, yəqin ki, səhv etmərik. Bu danılmaz bir həqiqətdir ki, hər kəsin layiqli vətəndaş kimi formalaşmasında müəllimlərimizin əvəzsiz xidmətləri vardır.
Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirirdi. Dahi şəxsiyyət öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı. Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşıb, onların maddi rifah halının qayğısına qalıb. “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq”.
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə də öz peşəsinə, sənətinə ürəkdən bağlı olan müəllimlər tədris etdikləri fənləri gələcəyin zabitləri olacaq kursantlara sevgi və məhəbbətlə aşılayırlar. Onlar tədris otaqlarına qürur hissləri ilə daxil olurlar. Ona görə ki, sabahın zabitlərinə – Vətənin müdafiəçilərinə dərs deyirlər.
Hərbi liseyin şöbə rəisi polkovnik Elman Namazov da müəllimlər haqqında xoş sözlər dedi. Bildirdi ki, müəllimlərimiz öz işlərinə böyük məsuliyyət və diqqətlə yanaşır, fənləri kursantlara əhatəli və geniş öyrətməyə çalışırlar. Polkovnik söhbətində öz peşəsinə məsuliyyətlə yanaşan müəllimlərdən Aynur Gülməmmədovanın, Mətanət Həsənovanın, İlahə Rüstəmovanın adlarını çəkdi.
Tədris otaqlarına üz tuturuq. Riyaziyyat müəllimi Aynur Gülməmmədovanın dərs dediyi sinif otağının qapısını döyüb içəri daxil oluruq. Müəllim dərsin mövzusunu şagirdlərə izah edir. Bu vaxt zəng vurulur, kursantlar fasiləyə çıxırlar. Aynur xanımla söhbət edirik. O, müəllimlik peşəsindən böyük sevgi ilə söz açaraq deyir:
– Müəllimlik şərəfli işdir, çünki o, öz həyatını xalqın gələcəyinə həsr edir. Müəllimlik məsuliyyətli işdir, çünki gələcək nəsillərin böyüməsində və tərbiyə olunmasında həlledici rol oynayır. Mən də Cəmşid Naxçıvanski adına Hərbi Liseydə çalışmağımdan qürur duyuram, gələcəyin zabitlərinə dərs deməkdən iftixar hissləri keçirirəm. Teymur Mehtiyev, Vahid Mərdanlı, Qurban Qurbanov və Fərid Cəfərov kimi kursantların müəllimi olmağımla qürur duyuram.

Vahid MƏHƏRRƏMOV, C.Naxçıvanski adına Hərbi Lisey

Mənim ana dili müəllimim

Müəllimi, doğurdan da, bağbana bənzətmək ən düzgün fikirdir. Bağban müxtəlif ağaclardan müxtəlif meyvələr aldığı kimi müəllim də müxtəlif uşaqlardan aldığı nəticə fərqlidir.

Mənim fikrimcə, dunyada müəllimdən xoşbəxt insan yoxdur.

Bütün rəhbər işçilər, peşə və sənət sahiblərinin hamısının müəllimi olmuşdur. Eləcə də, bağbanın özü də müəllimdən dərs almışdı.

Günlər keçir, illər illərə calanır, insan çox şeyi unudr. Lakin heç zaman müəllim yaddan çıxmır, xatirədən silinmir. Axı insana elm qapısının açarını müəllim təqdim edir, onu gözəl dünya ilə müəllim qovuşdurur.

Müəllim haqqında povest, hekayə yazmaq azdır. Müəllim haqqında roman yazmaq lazımdır.

Mən öz ana dili müəllimim barədə yazmaq istəyirəm. O müəllim ki, məni şıfahi xalq yaradıcılığımızın nümunələri ilə tanış etmişdir. Bizə həyatın ən gözəl simfoniyası olan laylanı, ürəkləri riqqətə gətirən bayatıları ötrətmiş, “Ana” kitabımız olan “Kitabi – Dədə Qorqud” dastanlarının hər bir boyu ilə bizi tanış etmişdir. O müəllim ki, Babək, Koroğlu, Nəbi kimi mərd, vətənpərvər, Nigar və Həcər kimi namuslu olmağı bizə tövsiyə etmişdir.

Bu müəllim, bayaq qeyd ettiyim kimi, mənim ana dili müəllimim – Səlimə müəllimədir. Isayeva Səlimə Əlibala qızı Azərbaycan Respublikasının gözəl guşələrindən biri olan Xaçmaz rayonunda dünyaya göz açmış, orta təhsilini başa vurduqdan sonra Bakı şəhərində pedaqojı institutunun filologiya fakultəsini bitirmişdir. Sonra isə tale onun həyatını bizim gözəl Dərbənd şəhərimizlə bağlamışdir. İyirmi ildir ki, Səlimə müəllimə Sovet İttifaqı qəhrəmanı Şəmsulla Əliyev adına dörd saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyir. O, həm də Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialında da 17 ildir ki, fəaliyyət göstərir.

Həm şagirdləri, həm də tələbələri Səlimə müəlliməni çox sevirlər. O, şagirdlərə və tələbələrə Azərbaycan dilinin incəliklərini sevə-sevə öyrədir, Azərbaycan şifahi xalq ədəbiyyatını, yazılı ədəbiyyatı ən zəngin ədəbiyyat kimi bizlərə aşılayir.

Mənim əziz müəlliməm Dərbənd şəhərini öz vətəni hesab edir. Bizimlə olan söhbətlərində o, tez –tez qeyd edir ki, “Mən ömrümün yarısından çoxunu Dərbənddə keçirmişəm. Dərbənd mənim vətənimdir” Bu mövzuda onun çoxlu şeirləri də var. Axı Səlimə müəllimə həm də bədii yaradıcılıqla məşğuldur, gözəl şeirlər yazır. O, ozünü şair saymır, amma biz onu şair adlandırırıq.

Hər il “Novruz” şənliyini o, çox yüksək səviyyədə hazırlayır. Ötən ilki “Novruz” şənliyimiz bütün şəhərə əks – səda salmışdı. Bayramın səhərisi gün müxtəlif şəhər təşkilatlarından “Təşəkkürnamə”lər alarkən bizim sevincimizin həddi – hüdudu yox idi.

Səlimə müəllimə öz peşəsi ilə fəxr edir. Başladığı hər bir işi mütləq, sona çatdırır. Hər bir tədris ili Səlimə müəllimə üçün uğurla başa çatır. Belə ki, onun şagirdləri müxtəlif şəhər müsabiqələrdə, tədbirlərdə müvəffəqiyyətlə iştirak edirlər. Şəhər və respublika üzrə olimpiadalarda qaliblər və mükafatçılar kimi həmişə öndə olurlar. Səlimə müəllimənin tez-tez çox maraqlı açıq dərsləri olur.

Bu danışdıqlarım əziz müəlliməmin pedaqoji fəaliyyətinin kiçik bir hissəsidir. Bu mehriban qadın bizimlə tərbiyyəvi mövzularda maraqlı söhbətlər aparır. Biz qızlara o qədər dəyərli məsləhətlər verir ki… Səlimə müəllimə bizimçün əsl dostdur. Hər bir vəziyyətdə bizə müdrik məsləhətlər verir. Çətin vaxtlarda elə sözlər, elə misallar gətirir ki, ürəklərimiz istilənir. Elə oğlanların da həyata hazırlanmasında onun əməyi var. Birimizin başı ağrısa, muəllimə özünə yer tapa bilmir, qayğısı, nəvazişi, məlhəm təsirli şirin sözləri ilə bizə şəfa verir. Onun ürəyi sanki bir məşəldir və bizim hamımızı işıqlandırır, qəlbimizə nur gətirir. Hər dəfə bu hissləri keçirərkən sanki göyün yeddinci qatına qalxır, qürurlanır, fəxr edirik.

Ürəklərdə diləkdir ana dili müəllimim.

İnsan deyil, mələkdir ana dili müəllimim.

Bizə doğma anadır, odumuza yanandır,

Bizim üçün sonadır ana dili müəllimim.

Bu iki bənd mənim ürəyimdən keçəənlərin qısa məzmunudur…

Mən bütün müəllimlərimi sevirəm. Ana dili müəllimimi isə heç vaxt unutmayacağam. Yəqin, bu ona gorədir ki, dünyaya rus dilli bir cəmiyyətdə gğz açan bizlərə məhz Səlimə müəllimə ana dilimizin şirinliyini, gozəlliyini, ədəbiyyatımızın zənginliyini həzin Azərbaycan dilində bizə çatdırmışdır. Buna görə də biz ona minnətdarlığımızı bildiririk.

Mən öz sevimli, əziz müəlliməmə uzun ömür,can sağlığı, ailə xoşbəxtliyi və seçdiyi çətin və şərəfli işındə uğurlar arzulayıram. Söz verirəm ki, onun kimi səmimi, düzgün, xeyirxah bir insan olacağam.

Comments are closed, but trackbacks and pingbacks are open.