Press "Enter" to skip to content

Aygül Ağayeva Müəllim Ömrü mp3 indir

– 43 yaşındasınız və deyəsən hələ də ağ atlı şahzadəniz gəlib çıxmayıb.

Müəllim ömrü baba vəziroğlu

Bu dəfə redaksiyamızın qonağı şair, nasir, publisist, az qala hər sözü nəğməyə çevrilən söz adamıdır. Onun şeirlərinə min beş yüzdən artıq mahnı bəstələnib və onlar Azərbaycanın korifey sənətkarlarının ifasında səslənib, dillər əzbəri olub. Əslində, onun haqqında uzun-uzadı danışmağa ehtiyac yoxdur. Çünki o, yaradıcılığı ilə yanaşı, nurlu siması, danışıq tərzi, sadəliyi, yüksək mədəniyyəti, müsbət enerjisi. ilə də özünü xalqına lazımi səviyyədə təqdim edib. Həmsöhbətim Azərbaycan Respublikasının “Əməkdar incəsənət xadimi” Baba Vəziroğludur.

– Baba müəllim, necəsiniz?
– Adi müasir Azərbaycan vətəndaşı necə ola bilərsə, eləyəm. İndiki zamanda çox yaxşı olmaq mümkün deyil, amma heç vaxt pessimizmə qapılmıram. Həmişə planlar qururam və hər şeyin yaxşı olacağına inanıram. Atalar deyir ki, niyyətin hara, mənzilin də ora. Gecə-gündüz ağlayıb-sızlasan, həyatından, yaşayışından şikayət etsən, səadətə çata bilməzsən. Ümumiyyətlə, düşünürəm ki, şükürlü insan olmaq lazımdır. Allah da belə insanları sevir. Naşükür olanları isə nə Allah sevir, nə də bəndə. Bu mövzuda çoxlu şeirlərim də var. Onlar insanları gözütoxluğa, optimizmə çağırır.
Amma mən şükürlü olmaq deyəndə hər şeylə barışmağı, öz taleyi, bəxti ilə razılaşıb oturmağı nəzərdə tutmuram. Allah da deyir ki, səndən hərəkət, məndən bərəkət. Həzrət Əli ən böyük ibadətin iş görmək olduğunu söyləyib. İş, əmək hər şeydən əfzəldir. Ona görə mən əlimi-əlimin üstünə qoyub şükür edənlərdən deyiləm və tövsiyəm də bu deyil. Sadəcə, demək istəyirəm ki, Tanrı heç nədən, təmənnasız bu dünyanı bizə bəxş edibsə, qulağımız eşidirsə, gözlərimiz gözəllikləri görürsə, bunlara görə şükür etməliyik. Mən həmişə şükür edirəm və hər şeydən razıyam.

– Sizin üçün xoşbəxtlik nədir?
– Mənim üçün dünyada ən böyük xoşbəxtlik özünüifadə şansına malik olmaqdır. Bu baxımdan, cəmiyyətdə müəyyən mövqe tutan, tanınan, öz zəhmətinin bəhrəsini görən insanlar çox şanslıdırlar. Çünki Allah onlara belə bir yol açıb. Elə insanlar var ki, həddən artıq istedadlıdırlar, bacarıqlıdırlar, təhsillidirlər, amma Allah onlara kiçik bir şans verməyib ki, həyatda parlasınlar, cəmiyyətdə layiqli mövqe tutsunlar. Bu halda düşünürsən ki, nə yaxşı ki, İlahi mənə özümü ifadə etməyə imkan verdi.
Bu mənada, mən xoşbəxt insanam – həm bütün dövrlərdə özümü lazımi səviyyədə ifadə etmək şansım olduğu üçün, həm də müəyyən yaşa çatdıqda həyatın mütləq həqiqətlərini dərk etdiyim üçün. Bu həqiqətləri dərk etdiyin zaman sənin xoşbəxtliyinə sədd çəkən maneələr tədricən aradan qalxır. Bu həqiqətlərə bəzi insanlar gənc, bəziləri ahıl yaşda çatır. Yəni yaşadıqları illərin sayına görə yox, qazandıqları təcrübəyə, özəl xüsusiyyətlərinə, həyata baxışlarına görə həqiqəti tapa bilirlər. Bundan sonra yaşamaq daha asan olur. Bəziləri isə həyatın mütləq həqiqətlərindən bixəbər həyatdan köçürlər.

– Sizin həyatınızın mütləq həqiqəti nədir?
– Bu dünyada heç nədən və heç kimdən nəsə ummamaq, gözləməmək. İnsan ancaq özündən umub-küsməli, özünə arxayın olmalıdır. Mən bir doqma, ehkam kimi qəbul etmişəm ki, insanın dostu da, düşməni də özüdür. Etdiyin hər şeyə, hər hərəkətə həm dost, həm də düşmən gözü ilə baxırsan, kamil insansansa, obyektiv, dəqiq qiymət verə bilirsən. Amma kənardan kimin dost, kimin düşmən olduğunu, sənə həqiqəti deyib-demədiyini bilmirsən.

– Azərbaycanda şeirləri nəğməyə çevrilmiş şairlər arasında ön sırada dayanırsınız. Nəğməkar şair kimi tanınmaq necə hissdir?
– Bu, böyük bir tituldur. Təsəvvür edin, Azərbaycanın ilk nəğməkar şairlərindən biri Mikayıl Müşfiqdir. Onun yazdığı hər şeirin öz nəğməsi var. O nəğməni qoşacaq ürəyə sahib bəstəkarlar lazımdır. Hər şair nəğməkar ola bilmir. Bu önəmli missiyanı layiqincə yerinə yetirmək qürurvericidir.
Mən hələ universitetin 1-ci kursunda oxuyanda ilk dəfə şeirlərimə musiqilər bəstələnib. Onda hələ 17 yaşım vardı. Həmin nəğmələr Azərbaycan televiziyasında səsləndi. Mənim sözlərimə yazılmış mahnıları Şövkət Ələkbərova, Rəşid Behbudov, Flora Kərimova kimi korifeylər ifa edib. Demək olar ki, Azərbaycandakı bütün bəstəkarlarla, müğənnilərlə işləmişəm. Son zamanlar Kamal müəllimlə 50-dən artıq mahnı yazmışıq və istər siyasi, istər məhəbbət və s. mövzularda olan bu əsərlər dillər əzbəri olub. Bütün əsrlərin ən böyük azərbaycanlısı Heydər Əliyev haqqında yazılmış, Ağadadaş Ağayevin ifa etdiyi “Sən elə bir zirvəsən”, Alim Qasımovun həyat verdiyi “Xatirədir”, “İlahi” bu gün milyonların nəğməsidir.
Yeri gəlmişkən, səhiyyə nazirinin müavini Abbas Vəlibəyovla da bir neçə mahnı işləmişik. Məsələn, Mübariz Tağıyevin gözəl ifa etdiyi “Azərbaycanımız” mahnısı və s.

– Heç olub ki, şeirinizə yazılmış hansısa musiqini dinləyəndə təəssüflənəsiniz və ya kiminsə ifasından narazı qalasınız?
– Hər şey olur. Sel gələndə, özü ilə çör-çöp də gətirir. Onu deyim ki, mahnıların taleyi də insan taleyi kimidir. Bəzən gözəl bir şeirə gözəl musiqi yazılır, ifa da əla alınır, amma bəxti gətirmir. Hərdən isə elə-belə bir mahnı yazırıq, heç böyük gözləntimiz də olmur. Ancaq baxırıq ki, onu milyonlar sevdi. Bəzən isə çox ümid bəslədiyimiz mahnıları naşı ifaçılar korlayırlar. Musiqi naşı əllərdə qorxulu olur. Çünki onunla gözəl şeylər də təbliğ edə bilərsən, xalqın zövqünü korlaya da bilərsən.

– Jurnalistika ixtisası üzrə təhsil almısınız və uzun müddət bu sahədə fəaliyyət göstərmisiniz. Sonra niyə davam etmədiniz?
– Sovet dövründə ən populyar müəllif proqramlarının aparıcısı olmuşam. “Ömrün ayları” proqramına hamı həsrətlə, sevgi ilə baxırdı. Amma sonra bu sahədən uzaqlaşdım və düşünürəm ki, doğru qərar vermişəm. Hər dövrün öz tələbi var və mən bu günün standartları ilə uyğunlaşa bilmərəm.

– Baba müəllim, nə qədər həyata müsbət yöndən baxsanız da, yəqin ki, bir yaradıcı insan, ziyalı kimi, cəmiyyətdə sizi narahat edən məsələlər var. Əlinizdə olsaydı, nəyi dəyişmək istəyərdiniz?

– Eyni sualı ayrı-ayrı insanlara ünvanlasanız, tamamilə müxtəlif cavablar eşidərsiniz. Kamil olan və olmayan insan arasındakı fərq də bu zaman ortaya çıxır. Məsələn, biri deyər ki, dolanışığımız yaxşı deyil, hər gün ət yeyə bilmirik. Digəri “JEK” müdirindən şikayətlənər. Təbii ki, bunlar xırda məişət problemləridir. Vaqif Səmədoğlu müsahibələrinin birində şairlərin həmişə müxalifətdə olduğunu demişdi. Mən də bu fikirdəyəm. Amma biz “JEK”lə, hansısa nazirliyin şöbə müdiri ilə yox, Allahla, qlobal istiləşmə ilə, dünya güclərinin savaşı ilə və s. müxalifik. Yazarlar, fikir, düşüncə adamları daha qlobal məsələlərə görə narahat olurlar. Məsələn, mən insanların tədricən bir-birinə biganə olmasından, kitabdan, deməli, həm də mədəniyyətdən, intellektdən, kamillikdən uzaqlaşmasından nigaranam. Bəxtiyar Vahabzadənin məşhur iki misrası var: “Qorxuram dünyada bir zaman gələ, İnsanlar yaşaya, insanlıq ölə. ” Mən də insanlığın ölməsindən narahatam. Təbiətin simasını dəyişməsindən, tədricən geni dəyişdirilməmiş məhsullar tapmayacağımızdan ehtiyatlanıram. Məsələn, artıq bazarda uşaq vaxtı yediyim şaftalıdan tapa bilmirəm, bir azdan təbii meyvələrin görüntüsünü, dadını unudacağıq. Gündəlik məişət məsələləri, xırda problemlər gec-tez düzələcək. Yadınızdadırsa, 1990-cı illərin əvvəllərində ölkəmizdə ciddi xaos hökm sürürdü. Tədricən hər şey yoluna düşdü. Amma qeyd edilən problemlər ildən-ilə böyüyür və onların qarşısını almaq mümkün deyil.

– Şeirlərinizin əksəriyyətinin mövzusu sevgidir. Bu əsərlərin real qəhrəmanı varmı?

– Həmin şeirlərdə bütün qadınlardan zərrə var. Amma heç birində konkret bir insan tərənnüm olunmayıb. Çünki real qadın, hətta dünya gözəli belə olsa, ədəbiyyatın yox, jurnalistikanın, publisistikanın subyekti ola bilər. Əgər sevgiyə əllə toxuna bilirsənsə, gözlə görürsənsə, bədəninlə hiss edirsənsə, artıq o, sevgi deyil. Sevgi əlçatmaz olanda qiymətlidir. Mənim sevgi subyektimin ayağı yerdə ola bilməz. O sevgi böyükdür ki, onun həsrətindəsən, ona toxuna bilmirsən. Şeirlərimdə təsvir olunan, vəsf edilən qadın, sevgili ilahi varlıqdır, Allah kimi. Ona doğru ömür boyu yol gedirsən. Sevgiyə qovuşmaq istəyirsən, amma mümkün olmur. Yəni biz sevgini hər yerdə görürük, hiss edirik, duyuruq, tərənnüm edirik, ona doğru can atırıq. Amma heç vaxt can atdığımız ilahi mərhələyə yüksələ bilmirik. Və nə yaxşı ki, bunu bacarmırıq.

– Yaxşı ki?
– Bəli. İnsan sevgiyə çatırsa, artıq o sevgi deyil. Dillərdə dastan olan sevgilərin heç birinin sonu vüsalla bitmir.

– Əgər tərənnüm etdiyiniz ilahi sevgiyə qovuşmaq, o mərhələni fəth etmək mümkün deyilsə, niyə insanlar bunu bilə-bilə əsrlərdir onun ardınca sürüklənir, bu haqda saysız-hesabsız əsərlər yaranır?
– İnsan çox şeyi bilir, amma dərk etmir. Bilməklə dərk etmək fərqli anlayışlardır. Məsələn, insan bir gün öləcəyini, torpağa özü ilə bir çöp də aparmayacağını bilir. Buna baxmayaraq, daim qurur, yaradır, gələcək üçün planlar cızır, əlindən gəldiyi qədər çox var-dövlət yığmağa çalışır və s. Deməli, ölümü dərk etmir. Bu mənada, biz çox şeyi bilirik, amma dərk etmirik.

– Belə anladım ki, siz də real sevgiyə qovuşmamısınız?
– Bizim yaşadıqlarımız sevgi deyil. Mən onlara münasibət deyirəm.

– İlk məhəbbət haqqında deyilənlər də yalandır?
– Nağıldır. İlk məhəbbət deyilən bir şeyin reallıqla əlaqəsi yoxdur. Onları biz uydurmuşuq və həmin nağıllara inanmağa çalışmışıq. O nağıllar olmasa, insan həyatı, “Nəsimi” filmində deyildiyi kimi, digər canlı məxluqatın həyatından heç nə ilə seçilməz, mənasız olar. Amma o nağıllara inana-inana mənalı, zövqlə yaşayırıq. Primitiv, sadə, uşaqların belə inana bilməyəcəyi nağıllara özümüzü inandırmaq istəyirik. Çünki bunsuz həyat çox boz olardı. Nağıllar mütləq lazımdır.

– Sizin yozumunuzla desək, hər kəsin uydurduğu bir ilk məhəbbət nağılı, xatirəsi var. Yəqin ki, sizin də.

– İlk məhəbbət deyəndə, konkret bir insan, onun siması, adı ağlıma gəlmir. İsmayıllıda çox sərt keçən qış fəsli, kənd məktəbinin darısqal sinif otağı və həmin otaqda məndən ön partada oturan qızın şaxtadan çatlamış əlləri, mürəkkəbə bulaşmış barmaqları yadıma düşür. İlk sevgi məktubu deyəndə də o qızın balaca barmaqları ilə yazılmış, ana dili kitabının arasında mənə verdiyi məktubu xatırlayıram. Məktubda da bircə cümlə: “Bu gün dərsə niyə gecikdin?” Bunun real sevgi ilə nə əlaqəsi var?! Sadəcə, özümüzü inandırdığımız nağıldır. Amma bizim həyatımızın mənalı olması üçün o nağıl çox gözəldir.

– Şeirlərinizə əsasən romantik insan olduğunuzu düşünürdüm, amma.

– Realist və praqmatikəm. Amma mən ona görə xoşbəxtəm ki, günün 24 saatını realist ola bilmirəm. Ümumiyyətlə, yaradıcı insanlar ikili həyat sürürlər. Burada oturub sizinlə söhbət edən insanla yazı masası arxasındakı Baba Vəziroğlu bir-birindən tamamilə fərqlənir. Mən indi real həyatdayam, orada isə günahkar torpaqla əlaqələrimi üzürəm. Yaradıcılıq prosesində başqa bir aləmə düşürəm. O aləmdə valideynlərim hələ sağdır, dünyanın ən gözəl müəllimləri mənə dərs deyir. Orada daha xoşbəxtəm və, ən əsası, özüməm. Real həyatda bizi xoşbəxt edəcək heç nə yoxdur, axı. İş, məişət qayğıları, problemlər və s.

– Deyirlər ki, yaradıcı insanlarla ömür sürmək çətindir. Sizcə də bu belədir?
– Bunu deyənlərin yaradıcı insanların həyat mətbəxindən xəbəri yoxdur. Məsələn, şair ancaq iş prosesində yaradıcılıqla məşğuldur. Qalan bütün zamanlarda həm də ərdir, valideyndir, hətta millət vəkilidir, nazirdir, haradasa müəllimdir, həkimdir. Yəni o da hamı kimi bu cəmiyyətin bir üzvüdür. Əslində, yaradıcı insanlar ailədə çox sakit olurlar. Onlar xırda məişət detallarına varmazlar, çox qayğı tələb etməzlər. Məişət üstünlüklərindən özünü göstərmək üçün istifadə etməzlər, əksər hallarda dəb, geyim həvəskarı olmazlar. Çünki dərk edirlər ki, bir insan digərindən yalnız elminə, savadına görə üstün ola bilər.

– Deyirlər ki, qadınlar qulaqları ilə sevirlər. Bu baxımdan, söz ustası olanların qadınlarını daha şanslı saymaq olarmı?
– İlkin mərhələdə şanslı sayılırlar. Qadınlar romantikaya daha çox meyillidirlər və buna görə həmin dövrdə affekt vəziyyətə düşürlər. Həm də birdən-birə hamının tanıdığı, sevdiyi insanla ailə qurduqları üçün heyranlıq hissləri olur. Sonradan isə hər şey adiləşir. Hamıda olduğu kimi. Kobud səslənsə də, “məhəbbətin ömrü nikah masasının kandarına kimidir” fikrində həqiqət var. Çünki tədricən məişət qayğıları, gündəlik problemlər insanı romantikadan da, heyranlıqdan da, qəribə ovqatdan da ayırır.

– Müsahibələrinizdən birində qeyd edirsiniz ki, qadının missiyası öz ocağını qoruması və övlad yetişdirməsidir. Bu fikrinizlə əks cinsin nümayəndələrini özünüzdən narazı salmırsınız ki?
– Qətiyyən. Mən təbiətin əzəl yaradılış prinsiplərinə dayanaraq deyirəm ki, Allah insanı qadın və kişi olaraq yaradıb və hərəsinin öz missiyasını müəyyənləşdirib. Min illər keçməsinə baxmayaraq, yenə o prinsiplər, əzəli missiyalar olduğu kimi qalır. Onlar, sadəcə, elmi-texniki inkişaf hesabına formasını dəyişib. Uşağı yenə qadın doğur. Buna görə deyirəm ki, qadın gərək birinci növbədə əzəli missiyasını yerinə yetirsin, sonra istədiyini etsin. İstər millət vəkili olsun, istərsə də müğənni. Amma “mən filan yerdə işləyirəm, filan vəzifədəyəm” deyib, uşağına baxmırsa, tərbiyəsi ilə məşğul olmursa və buna bəraət qazandırırsa, bu, bağışlanmazdır. Əgər qadının işləməsi və özünə vaxt ayırması övladının tərbiyəsinə, ocağının yanmasına zərər gətirmirsə, onda bunu etmək olar. Əsas missiyasını unudaraq həyatını sürən qadını onun təyinatını yazan Tanrı bağışlamaz. Hətta bəzi qadınlarımız kişilərin missiyasını da öz üzərlərinə götürməyə çalışırlar. Bu zaman biz təbiətə, onun qanunlarına asi çıxmış oluruq. Qadın qadın kimi olanda gözəldir, kişiyə bənzəyəndə eybəcərləşir. Bunları nəzərə almayıb, müxtəlif kampaniyalara, konyunkturlara uyan insanları sevmirəm.
Mən bunları nəzərdə tutub o fikri demişəm. Yoxsa, illərdir qadınları vəsf edən adam necə başqa cür düşünə bilər?!

– Bağışlamağı bacarırsınız?
– Bu suala birmənalı cavab vermək mümkün deyil. Elə şeylər var ki, bağışlayarsan. O şeyləri Allah da bağışlayar. Amma elə şeylər var ki, onları nə Allah, nə bəndə bağışlayar. İnsan təməl prinsiplərə – əqidəyə, Vətənə, yaradana, özünə xəyanət edən adamı necə bağışlaya bilər? Mümkün deyil. Məncə Allah da Vətənini satanı, yolunu azanı, əqidəsini hər gün dəyişəni sevmir, bağışlamır. Mən də bağışlamaram. Əgər hər şeyi bağışlasan, görməzdən gəlsən, heç bir insani dəyər qalmaz.

– Bir az da ata Baba Vəziroğludan danışaq.
– İki böyük qızım, iki qız nəvəm və ikinci sinfə gedən oğlum var. Qızlarımdan biri ailəlidir, o biri Türkiyədə yaşayır. Qayğıkeş ata olduğumu düşünürəm və mən də o fikirdəyəm ki, qızlar atalarını daha çox sevirlər. Bəlkə də oğlum yanımda yaşadığı üçün, bəlkə də yaşının azlığından atanın necə böyük sərvət olduğunu dərk etmir. Mən bu yaşımda da atasızlığı hiss edirəm. Ədəbi təxəllüs kimi atamın adını götürmüşəm ki, heç olmasa, mənim üçün etdiklərinin cüzi bir hissəsini qaytarım. Onun adı gündə bir neçə dəfə xoş məramla səslənsin. Həyatımın məramı iki adı doğrultmaqdır. Müqəddəs Baba dağının adını, bir də atamın. Çox ucalda bilməsəm də, heç olmasa yaşatmağa çalışıram.

– Atanın böyük sərvət olduğunu dediniz. Bu sərvəti övladlarınız üçün uzun illər qorumaq, yaşatmaq naminə sağlamlığınıza diqqət edirsinizmi?
– Doğrusu, sağlamlığımla bağlı ciddi şikayətim yoxdur. Ümumiyyətlə, elə insanlar var ki, nə vaxt hal-əhval tutsan, deyir “ağrıyıram, ölürəm”. Hətta bəziləri həkimə ona görə gedir ki, onda xəstəlik tapsın. Bu cür vasvasılıq bir şey deyil. Mən belə insan deyiləm. Bu, pessimist adamların işidir. Amma sağlamlığıma qarşı biganə də deyiləm. Nə gəldi yemirəm. Xaraktercə təbii insan olduğum üçün qadının da, heyvanın da, qidanın da təbiisini sevirəm. Məsələn, nə qədər heyvansevər olsam da, şəhər itlərini xoşlamıram. İsmayıllıda bağ evimdəki heç bir təlimi, bicliyi olmayan, doğmalarına mehribanlıq göstərən, yad adamlara hürən iti sevirəm. İnsan da süni oldusa, onunla ikinci dəfə görüşməyi arzulamıram. Riyakar adamlarla oturub-durmuram. Ondansa kitab oxuyaram. Ona görə də dar çevrəm var.
Qidanın da təbiisinə üstünlük verirəm. İndiyədək mağazada hazır satılan heç bir şirniyyatı yeməmişəm, qablaşdırılan suları qəbul etməmişəm. Ancaq bulaq suyu içirəm. Bunu prinsipial olaraq etmirəm. Xislətimdə təbiilik var deyə, süni heç nə məni çəkmir. Bir də qırmızı əti, təbii dadlı yeməkləri çox sevirəm.
Bəlkə də bu səbəbdən ruhumu, mənəviyyatımı, orqanizmimi sağlam saxlamağı bacarmışam.

– Bəs, zərərli vərdişləriniz varmı?

– Heç bir zərərli vərdişin aludəçisi deyiləm. Düzdür, gənclik illərində çox siqaret çəkirdim, amma sonra atdım. O dövrdə içkini də bir az artıq içirdim. Çevrəm elə idi ki, istər-istəməz oyunun qaydalarına uyurdum. Sonra işlədikcə, onlardan uzaqlaşdım. Hərdən yaxşı məclis olanda siqar çəkirəm. Sükan arxasındayamsa, heç vaxt, adi vaxtlarda isə həddini bilərək içirəm.

– Sonda həkimlərə arzularınız.
– Həkimlər mənim dostlarımdır. Onlarla ünsiyyətdə olmağı, söhbət etməyi xoşlayıram, amma pasiyentləri olmağı yox. Həkimlərə də arzulayıram ki, heç vaxt bir-birlərinin pasiyenti olmasınlar.

Aygül Ağayeva Müəllim Ömrü mp3 indir

Aygül Ağayeva Müəllim Ömrü şarkısını 320 Kbps bit hızına kadar indirebilirsiniz. Aynı zamanda tüm şarkıları burada bulmanız da mümkündür. Ayrıca bilgisayarınıza, cep telefonunuza veya tabletinize de indirmek oldukça kolay bir şekilde gerçekleşir. Sadece en sevdiğiniz sanatçının şarkısını aramanız, istediğiniz şarkıyı liste içerisinden seçerek ve ardından onu cihazınızda dinleyebilmek için ücretsiz olarak da indirmeniz yeterli olacaktır.

  • Şarkı: Aygül Ağayeva – Müellim Ömrü
  • Süre: 04:45
  • Hit: 164563

Aygül Ağayeva – Müellim Ömrü

04:45 192 kbps 6.32 MB Dinle MP3 İNDİR

Müəllim Ömrü

00:36 192 kbps 0.51 MB Dinle MP3 İNDİR

Aygul Agaeva | Şeir: Bakı |aygül Ağayeva| Şeir |

00:45 192 kbps 0.64 MB Dinle MP3 İNDİR

Aygun Agayeva – Avarem 2022

03:26 192 kbps 4.63 MB Dinle MP3 İNDİR

Müəllim Mahnısı 2019

03:39 192 kbps 4.81 MB Dinle MP3 İNDİR

Müellim Ömrü.

05:22 192 kbps 7.41 MB Dinle MP3 İNDİR

Muellim Omru

00:42 192 kbps 0.6 MB Dinle MP3 İNDİR

Müəllim Ömrü

00:04 192 kbps 0.06 MB Dinle MP3 İNDİR

Müəllim Ömrü.

07:04 192 kbps 10 MB Dinle MP3 İNDİR

Müellim Ömrü

02:00 192 kbps 2.84 MB Dinle MP3 İNDİR

Müəllim Ömrü

02:03 192 kbps 2.88 MB Dinle MP3 İNDİR

Qızıl Fonddan Həsən Əblucun Səsində “müəllim Ömrü” – Baba Vəziroğlu Şeiri.

00:03 192 kbps 0.04 MB Dinle MP3 İNDİR

Müəllim Ömrü Şeiri Nihad Müşfiqoğlu

00:04 192 kbps 0.06 MB Dinle MP3 İNDİR

Muellim Omru

04:45 192 kbps 6.32 MB Dinle MP3 İNDİR

Müəllim Ömrü

04:37 192 kbps 6.21 MB Dinle MP3 İNDİR

“muellim Omru”

00:21 192 kbps 0.3 MB Dinle MP3 İNDİR

Cəlilli Məktəbi Müəllim Ömrü

02:40 192 kbps 3.41 MB Dinle MP3 İNDİR

Müəllim Ömrü

04:12 192 kbps 5.85 MB Dinle MP3 İNDİR

Baba Vəziroğlu-müəllim Ömrü

00:50 192 kbps 0.71 MB Dinle MP3 İNDİR

“müəllim Ömrü” Iı Sinif Şagirdlərinin Təqdimatında

00:06 192 kbps 0.09 MB Dinle MP3 İNDİR

Aygül Ağayeva Müəllim Ömrü mp3 indir , Aygül Ağayeva Müəllim Ömrü müzik indir, Aygül Ağayeva Müəllim Ömrü şarkı indir, Aygül Ağayeva Müəllim Ömrü 04:45 saniye olarak Online Dinle, Aygül Ağayeva Müəllim Ömrü cepten ücretsiz indir, Aygül Ağayeva Müəllim Ömrü cep telefonuna mp3 indir, Aygül Ağayeva Müəllim Ömrü mp3 indir dinle.

  1. Arama kutusuna sanatçı veya şarkı adını girin
  2. Şarkını indirmeden önce Dinle buttonuna tıklayarak şarkını online dinleyin
  3. İndir buttonuna basın, bir kaç saniye bekleyin ve Bedava mp3 indirmeye hazır olun

Sitede telif hakkınızı ihlal eden bir içerik bulduysanız, bu tür içeriklerle ilgili şikayette bulunmak için site yönetimine [email protected] mail adresi ile başvurabilirsiniz

Tammp3indir.Com © 2021 – 2022

Baba Vəziroğlunun qızı: “Məni erməni ilə eyni otağa saldılar və. ” – MÜSAHİBƏ

O, dünyanı gəzə-gəzə ölkəmizi tanıdıb. Perudan, Myanmara, Yaponiyaya qədər dünyanın 55 ölkəsində olub. Haqq səsimizi dünyada tanıdıb. 11 ildir Azərbaycanda yaşamır.

Həmsöhbətimiz dünyanın modern səyyahlarından və xaricdəki ən fəal diaspor nümayəndələrimizdən olan Minay Məsimovadır. O, xaricdə olarkən başına gələn əhvalatlardan, ermənilərlə münasibətindən, 43 yaşa qədər evlənməməsinin səbəblərindən, Şuşa təəssüratlarından danışıb.

Publika.az şair Baba Vəzioğlunun qızı Minay Məsimova ilə müsahibəni təqdim edir:

– Minay xanım, Baba Vəziroğlu kimi mühafizəkar bir atanın ailəsində böyümüsünüz, onun tərbiyəsini almısınız. Buna baxmayaraq, dünyanı gəzməyə icazə ala bilmisiniz. Bəs o stereotipləri necə qırdınız? Evdən kənara çıxmağa, hətta dünyanı gəzməyə Baba müəllimi necə razı sala bildiniz?

– Bilirsiniz, Baba müəllim tək deyil ki. Ailədə həm də ana var. Doğrudan da siz Baba Vəziroğlunu çox düzgün təsvir elədiniz (gülür). Baba müəllim od olanda, anam su olub. Anamın xasiyyəti daha yumşaq, loyaldır. Anam universiteti bitirdikdən sonra işləməyə başlamışdı. O da ölkə xaricində səfərlərdə olmuşdu. O baxımdan ana hisslərini daha açıq şəkildə ifadə edən, ata isə daha çox qapalı idi. Ata bütün gün televiziyada, verilişlərdə, tədbirlərdə olurdu. Baba müəllimi bir yerə çağırmasalar, o heç evdən bayıra çıxmaz. Öz kitabları, yazı-pozu işləri ilə məşğul olar. Anam isə bir qədər başqadır: hələ uşaq olarkən anam bizi muzeylərə, teatrlara aparardı. Biz bacım Günay xanımla bir evdə böyümüşük. Yalnız atamızın təsiri altında qalmadıq, anamızın da xarakterindən nələrisə əxz elədik. Təbii ki, bir insan kimi formalaşmağımızda atamızın da tərbiyəsinin çox böyük qatqıları olub. Eyni zamanda, hər ikisinin – həm atamın, həm də anamın böyük rolu olub – desəm, yanılmaram. Hətta uşaqlıqda atam məni oğlan uşağı kimi böyütmüşdü. Çünki evdə iki qız idik. Mənə evdə oğlan uşağı rolu düşmüşdü. Həm də balaca idim deyə, daha ərköyün idim. Ona görə də atam məni çox rahat şəkildə axşam saat doqquzda və ya onda dükana göndərə bilərdi. Bunu misal üçün çəkirəm. İndi sevinirəm, yaxşı ki məni elə böyüdüb – deyə düşünürəm. Bu, gələcəkdə mənə dünyanı gəzərkən, səyahət edərkən çox böyük kömək oldu. Özümə inamın, özgürlüyümün təməlləri atamın sayəsində hələ uşaqlıq olarkən atılıb. Məhz onun məni mağazaya, dükana göndərdiyi dönəmlərdə.

– Bacınız Günay xanım deyirdi ki, atanız hələ uşaq olanda rus dilində araşdırma xarakterli mətnləri gətirirdi və tələbkarlıqla onları oxuyub Baba müəllimə danışmağınızı istəyirmiş. İndi 5 dil bilirsiniz. Poliqlot olmağınız atanızın tələbkarlığıdır, yoxsa özünüzə qarşı da bu tələbkarlığınız var?

– Mənə elə gəlir ki, Azərbaycanda biz xoşbəxt insanlarıq, iki dildə böyüyürük. Söhbət Azərbaycan və rus dillərindən gedir. Bu iki dil çox fərqlidir. Beyin bu dillərin quruluşuna uşaqlıqdan öyrəşdiyi üçün sonradan başqa dilləri mənimsəmək daha da asanlaşır. Biz həmişə şəhərin mərkəzində yaşamışıq. Baxın, sovetlər dönəmində mərkəzdə kimlər yaşayırdı, ermənilər. Həmişə ən yaxşı evdə onlar məskunlaşıblar. Belə baxanda bizim qonşuluğumuzda da nə qədər erməni, rus, yəhudi var idi. Onlarla ünsiyyətdə olmaq üçün rus dilini bilmək lazım idi, rus dili evdə bədii, küçədə isə daha çox jarqon dili idi. Mən oğlan uşağı kimi böyüdüyüm üçün həyətdə daha çox vaxt keçirirdim. Başqa dillərdə ünsiyyət, başqa millətlərin nümayəndələri ilə dil tapa bilmək həm də uşaqlığımdan gəlir. Bütün bunların 5 dil öyrənməyimdə rolu böyük oldu.

– Özünüzü başqalarına Minay Məsimova kimi təqdim edirsiniz, yoxsa Baba Vəziroğlunun qızı Minay kimi?

– Uşaqlıqda mən atamla çox yerlərə gedirdim. Ona da daha çox oxşayırdım. Hamı başa düşürdü ki, mən Babanın qızıyam. Atam o zamanlar Yazıçılar İttifaqında işləyirdi. Mən onun iş yerinə çox tez-tez gedirdim. Ora mənim çox xoşuma gəlirdi. Çünki orada Süleyman Rüstəmdən tutmuş Balaş Azəroğluna, Rəşid Behbudova qədər bir çoxları ilə tanış olmuşam. O vaxt mən balaca uşaq idim, o cür böyük, korifey insanlarla tanış olmaq mənə qismət olmuşdu. Onlar məni adımla çağırmırdılar, mənim bir adım var idi – “Babanın qızı”. Bir dəfə balaca olanda öz-özümə dedim ki, eybi yox, vaxt gələcək, atama deyəcəklər ki, siz Minayın atasısınız? (gülür). Doğrudur, sonralar buna nail ola bildim. Mən heç vaxt atamın adından istifadə eləməyi xoşlamamışam. Sosial şəbəkələrimdəki hesablarımda insanlar illər sonra bildilər ki, mən Baba müəllimin qızıyam. Bəlkə də sadəlöhv, təvazökar davranmışam, yəni atamın adından istifadə eləməmişəm. Hətta istəmişəm ki, atama “siz Minayın atasısınız?” – desinlər və atamda da mənimlə fəxr etsin.

– İxtisasınız nədir?

– Qərb Universitetində bakalavr təhsili almışam. Fərqli xtisaslar üzrə təhsili almışam, politologiya oxumuşam. Eyni zamanda, Amerikada bəslənmə ilə bağlı təhsilimi inkişaf etdirmişəm. Eləcə də enerji terapiyası ilə bağlı təhsilim var. Turizm sahəsindən 16 illik təcrübəm var. Ölkəm üçün hansı sahədə daha faydalı olaramsa, o sahədə də xidmət edərəm.

– Sizin evdən xaricə getmək ənənənizin əsası 11 il əvvəl qoyulub, yoxsa, daha əvvəl də ölkələri gəzirdiniz?

– Bilirsiniz, mən 11 ildir Azərbaycanda yaşamıram. Amma ilk dəfə 90-cı illərdə getmişəm. 1995-ci ildə ABŞ-da təhsil almışam. İlk dəfə o zaman getmişəm. Mən Hüseyn Cavid adına 132 nömrəli məktəbdə təhsil almışam. Məktəbimiz ərəb dili təmayüllü idi. İkincisi sinifdən ərəb, dördüncü sinifdən ingilis dili öyrənirdik. Mənim hər iki dilə həvəsim var idi. Hər gün dəftərlərimi, kitablarımı açıb özümlə məşğul olurdum. Hətta müəllim yanına da getməmişəm. Bir dəfə bizim məktəbdən Küveytə tələbə göndərmək istədilər. Mən də ərəb dilini bilən ən yaxşılardan idim. Ərəb dili müəllimim əslində Küveytə göndərilənlərin siyahısına mənim adımı saldı. 1993, ya da 1994-cü il idi. Atam isə dedi ki, hara gedirsən, nə Küveyt, nə xarici ölkə. Mən səni heç yerə göndərmirəm (gülür). O zaman Küveyt məsələsi beləcə bağlandı. Sonra Amerikaya getmək, orada təhsil almaq məsələsi gəldi. Atanın mühafizəkar tərəfi yenə də özünü göstərdi. Amerikada təkbaşına nə edəcəksən, yox, olmaz – dedi. O vaxt Amerika dövlətinin Azərbaycana etdiyi təhsil yardımı proqramı – SSA təzəcə fəaliyyətə başlamışdı. Evdən imtahana da getməyə qoymamışdılar. Ata məni azad ruhlu böyütmüşdü. Ondan sonrakı il düşündüm ki, gedim həmin imtahanlara, bəlkə heç daxil ola bilməyəcəyəm. Həmin imtahanlara getdim, sınaqların hamısından keçdim. Sonra da evə gəlib dedim ki, bilirsiniz nə var, mən həmin imtahanların hamısından uğurla keçmişəm və bu, hamıya qismət olmur. Çünki bu şansdan ancaq 50 nəfər yararlana biləcək. Ona görə də icazə verin, gedim Amerikada oxuyum.

– Yəni evdəkiləri razı sala bildiniz?

– Hə. 16 yaşım var idi. Atam özü də yaxşı bilirdi ki, onun, anamın bizə verdiyi tərbiyənin bünövrəsi çox möhkəmdir. Amerikada olmur, Ayda, Marsda olsun, öz uşaqlarına hansı tərbiyəni verdiklərini yaxşı başa düşürdülər, ona görə də razılaşdılar. Yəni, həmin tərbiyədən, haşiyədən kənara çıxmayacağımı, özümü necə aparacağımı bilirdilər. Doğrudan da atam bizi uşaqlıqda hərbi rejimdə böyütmüşdü (gülür).

– Myanmarda, Peruda yaşamısınız. Seçimizin həmişə eqzotik ölkələr olub? Həmin ölkələrdə nə qədər yaşamısınız?

– Peruda 6 ay yaşamışam. Orada ispan dilini daha da mükəmməlləşdirdim. İspan dilini hazırda təmiz bilirəm.

– Dilləri həmin ölkələrdə yaşayaraq öyrənirsiniz, yoxsa.

– Amerikada, Kaliforniyada məktəbdə oxuyarkən – çox istəmişdim və orada təhsil almaq mənim üçün böyük şans idi – cənub tərəfdə idim. Orada meksikalılar çoxdur. Ona görə də ətrafda hamı ispan dilində danışırdı. Mən də həmişə çalışmışam ki, hamı ilə rahat şəkildə ünsiyyət qura bilim. Amerikalılar elə deyillər. Onlar ancaq ingilis dilinə üstünlük verirlər və bilirlər ki, bu dili bilməklə dünyanın istənilən ölkəsinə gedə bilərlər və onlara başqa dil lazım deyil. Amma mən belə insan deyiləm. Hardayamsa, gərək oranın dilini bilim. Ona görə də heç vaxt Almaniyada yaşamaq istəməmişəm, çünki alman dilini xoşlamıram. Kaliforniyada oxuyarkən məktəbdə ispan dilini öyrəndim. Hətta fransız dili var idi, onu da seçmişdim. Sonra mənə dedilər ki, ta ağ eləmə, sən buraya ingilis dilini öyrənməyə gəlmisən və dərslərini də ingilis dilində oxuyasan. İspan dilini öyrən, amma fransızca sənin üçün çox çətin olacaq – dedilər. Fransız dilini öyrənməyə qoymadılar, yoxsa onu da öyrənərdim. Sonra Azərbaycana qayıtdım və gördüm ki, ispan dilini artıq itirməyə başlamışam. 1996-cı il idi. Amerikadan təzə qayıtmışdım. İspan dilini bilən bizdə təzə-təzə çoxalıb. O zaman indiki imkanlar yox idi. Qərb Universitetində müəllimimiz var idi, Yevgeniya xanım, mən və Amerikada mənimlə birgə oxuyan yoldaşım ondan dərslər almağa başladıq. Biz onun evinə gedirdik, bizim ispan dilinin qrammatikası ilə bağlı bilgilərimizi əməlli-başlı yoluna qoydu. Çünki Amerikada ancaq danışmağı öyrədirlər, qrammatikaya o qədər də önəm verilmir.

– Bu qədər ölkələri gəzirsiniz, bəs onun maliyyə tərəflərini necə qarşılayırsınız?

– Mən özümə çox asan dost tapıram. Bəxtim gətirib ki, dünyanın hər yerində dostum var. Amerikada oxuyarkən tələbə mübadiləsi ilə gələnlərlə dostlaşdım. Məsələn, Fransadan dostlaşdığım qızın evinə getdim. 5 həftə Fransada qaldım. Mən də onları Azərbaycana çağırırdım. Peruya necə getdim? Əvvəlcə oradan olan yaxın rəfiqəm gəldi, 2 həftə bizdə, Azərbaycanda qaldı. Sonra o mənə dedi ki, sən də Peruya gəl. Ünsiyyətdə olmağı xoşlayıram deyə, özümə tez dost tapıram. Həm də Azərbaycankı “Rotaracat” klubun qurucu üzvlərindən biriyəm. “Rotaracat” – tələbə klubları dünyanın hər yerində var. “Rotaracat” “Rotary” klubunun daha gənc versiyasıdır. “Rotaracat”da 18-30 yaş arası insanlar, “Rotary”da daha böyük yaşlı insanlar olur. Məsələn, Brazilyaya, Argentinaya getməmişdən əvvəl yazmışdım ki, mən Azərbaycan “rotaracat”ıyam, gəlirəm. Argentinadan az cavab gəldi, amma Brazilyanın hər yerindən yazdılar ki, gəl, bizdə qal. Braziliyalılar belə insanlardır. Mən onların, onlar da burada mənim evimdə qalırlar. Hətta bir ara anam deyirdi ki, bizim evimiz oteldir. O vaxt turist səhifələri var idi, Azərbaycan və Bakı haqqında məlumat səhifələrində birinci yeri tuturdum. Oradakı məlumatlara görə. O vaxt Bakıda “Rodisson” və “Hyatt” otelləri var idi, onlar da çox bahalı idi. Hostellər yox idi. Azərbaycana gəlmək istəyənlər, az büdcə ilə səyahət etmək niyyəti olanların hamısı mənə yazırdılar. Onlar da gəlib bizdə qalırdılar.

– Minay xanım, deyirsiniz ki, insanlarla daha tez ünsiyyətə girə bilirsiniz, bəs ermənilərlə necə, ünsiyyətə girmək asandırmı?

– Bu, bir az çətin məsələdir. Mən “Koç” Universitetində də oxumuşam. Orada Ermənistan nümayəndələri də var idi. Daha çox onlar bizimlə, Azərbaycan qrupu ilə ünsiyyətə can atırdılar, nəinki biz. Hətta 16 yaşımda Amerikaya gedəndə elə oldu ki, məni erməni qızla bir otağa saldılar. Mən gedib dedim ki, bu qızla bir otaqda qalmaq istəmirəm. Doğrudur, Krosnadardan gəlmişdi, Rusiyanı təmsil edirdi, amma yenə də erməni idi. 1995-ci ildə olub bu hadisə. Dedilər ki, biz Amerikadayıq, burada demokratiyadır, sənə bu otaq verilib və sən orada qalacaqsan. Mənim üçün ən vacib məsələ kiminsə milliyətindən öncə insan olmasıdır. Sonra düşündüm ki, çıxış yolu yoxdur, qarşımdakı ermənidən öncə bir insandır, əlimdən gəldiyi qədər təmkinli olacağam və özümü özüm kimi aparacağam. Mən Minayam, o da Anjela olmağında qalsın. Sonradan erməni qız gördü ki, mən ona kin bəsləmirəm, mənfi münasibət göstərmirəm. Sonra aramız bir qədər yaxşılaşdı. Çünki bu qız Rusiyadan gəlmişdi. Amma Ermənistandan gələn qrup elə deyildi. Dərslərdə xəritə çəkərkən aramızda çoxlu mübahisələr olurdu. Onlar bizdən, bizdə onlardan uzaq dururduq ki, ara qızışmasın. Yəni, orada başqa respublikalardan da adamlar var idi, kimsə kiminsə tərəfini tutmaq məcburiyyətində qalmasın. Yenə də münasibətləri saxlaya bildik.

– Ermənistana səfər məsələniz də olub, amma alınmayıb.

– 1990-cı ilin sonları idi. Bizim ABŞ-dakı Məzunlar Assosasiyası hər yerdə görüş keçirirdi. Bu regiondakı görüşlər çox vaxt Gürcüstanda reallaşırdı ki, azərbaycanlılara və ermənilərə həmin görüşdə iştirak etmək asan olsun. O vaxt Gürcüstanda vəziyyət pis idi. Saatlarla işıqlar sönürdü. Su olmurdu. Doğrudan da o vaxt Azərbaycanda həm siyasi, həm iqtisadi baxımdan vəziyyət çox yaxşı idi. Erməniləri buraya gətirmək isə bir qədər çətin idi. Birdən-birə qərar verildi ki, görüşü İrəvanda keçirsinlər. Bu görüş dövlətlər səviyyəsində olan bir şey idi. Biz Ermənistana getsəydik, təhlükəsizliyimizə də zəmanət verirdilər. Mən görüşün İrəvanda olmasına sevindim. Çünki səyahəti sevən bir insanam. Mənim üçün həmişə fərqli ölkələri, yerləri görmək maraqlıdır. Digər tərəfdən, mənə maraqlı idi ki, siyasətdən kənar bir ortamda görəsən, ermənilərlə ünsiyyət necə ola bilər?! Həm də İrəvan bizim tariximizin bir parçasıdır. İrəvan xanlığının mərkəzidir. Orada öz torpağımızdır, nə olsun ki, indi orada kimlərsə yaşayır. Düşündüm ki, ölkəmin tarixinin hər ucunu-bucağını görüm. Fikirləşirdim ki, bəlkə də bu bir şansdır və bir daha İrəvana gedib çıxa bilməyəcəm. Ona görə də arzum, istəyim var idi ki, İrəvana səyahət edim. Amma İrəvan səfərimiz baş tutmadı. Hətta anam da dua edirdi ki, bu səfər baş tutmasın (gülür). Çünki anam bu səfərdən çox narahat idi.

– Artıq müharibə bitib. Görünən odur ki, hər şey normallaşmaya doğru gedir. Gələcəkdə yenə də İrəvana getmək istəyərsinizmi? Ümumiyyətlə, sizi orada qarşılayacaq erməni rəfiqələriniz varmı?

– Yox, rəfiqələrim yoxdur. Çalışıram ki, ayrıseçkilik salmayım. Dünyanın bir çox yerlərində yaşamışam. Qarşıma hər cür insan çıxıb. Hər millətin yaxşısı da, pisi də var. Son 11 ildir Türkiyədə yaşayırdım, orada erməni çoxdur. Uzun illərdir ki, orada yaşayırlar. Onların arasında biri mənim müdirim idi. İnanırsınız, o vaxt Qarabağ məsələsində bizə daha çox dəstək göstərirdilər, nəinki Ermənistana. Deyirdilər ki, diaspor ermənilərinin bizim burada nə yaşadığınmızdan, nə çəkdiyimizdən xəbərləri yoxdur. Söyləyirdilər ki, bizim işimizə qarışmasınlar, icazə versinlər öz məsələmizi özümüz həll edək. Doğrudan da Türkiyədəki ermənilərin əksəriyyəti Azərbaycanı dəstəkləyir. Mən bunu öz gözlərimlə görmüşəm, onlar artıq türkləşmiş ermənilər idi, hətta öz dillərini belə bilmirdilər. Ancaq ermənilərin xislətləri elədir ki, müəyyən mərhələlərdə özünü mütləq büruzə verir. “Koç” Universitetindəki proqramda bir nəfər var idi, həmişə bizimlə ünsiyyətə can atırdı. Azərbaycan dilini, türk dilini çox gözəl bilirdi. Elə bilirdik ki, Türkiyədə yaşayan ermənilərdəndir. Hətta son ana qədər erməni olduğunu bəlli etməmişdi. Son məqamda bildik ki, həmin şəxs Ermənistandan gəlib. Biz deyirik ki, ayrıseçkilik olmasın, hamımız insanıq, bir sıra hallarda bu, onlar üçün keçərli olmur.

– Bu yaxınlarda Şuşada oldunuz. Təəssüratlarınızı almaq istərdik. Hansı hisslər keçirdiniz ilk ayaq basanda? Yəqin ki, ilk dəfə olurdunuz Şuşada?

– İndiyə qədər heç vaxt Şuşada olmamışdım, birinci dəfə idi. Sovetlər dönəmində “putyovkalar” olurdu, ildə bir dəfə harasa gedirdin, ya da qohumlar olan rayonlara üz tuturdun. Biz daha çox ana tərəfdən qohumlarımız olan Lənkərana, ya da İsmayıllıya, Göyçaya yollanırdıq. Zaqatalaya da gedirdik, çünki atanın dostu orada icra başçısı idi. Hələ uşaq olanda bilirdim ki, Azərbaycan nə qədər balaca olsa da, çox gözəl yerləri var. Hamısını görmək maraqlı idi. Sonra müharibə başladı, Şuşaya getmək qismət olmadı. Müharibə dövrünü, 1988-ci illəri çox yaxşı xatırlayıram. Qonşuluğumuzdakı ermənilər də çıxıb getdilər. Qayıdım, Şuşa səfərinə. Azərbaycanın bütün rayonlarında olmuşdum, hətta Naxçıvana qədər gedib gəzmişdim. Amma həmişə içimdə bir narahatlıq var idi ki, görəsən, mən Qarabağı görəcəyəmmi?! Şuşanın bizim üçün yeri başqadır, oxuduğumuz kitablarda, dinlədiyimiz musiqilərdə. Üzeyir Hacıbəyovdan tutmuş, Bülbülə qədər Şuşa özü bir tarixdir. “Üzeyir ömrü” filminə həsrətlə baxırdıq. Açığı, düşünmürdüm ki, nə vaxtsa oranı görmək mənə qismət olacaq. Dünyanı gəzirdik, söhbət Qarabağ məsələsinə gələndə başımız aşağı idi. Müharibənin başladığı ilk günlərdə yenə də inamsızlıq var idi, yenə də Rusiyadan zəng gələcək və savaş dayanacaqmı? – deyə düşünürdük. Hər an gözləyirdim ki, dayanacağımızı deyəcəklər. Bir neçə gün keçdi, gördüm ki, yox, hələ də davam edir. İçimdə bir ümid cücərməyə başladı. Bilirdik ki, biz emənilərdən güclüyük, çox güclü ordumuz var. Əlimizin altında hər şey var, bizə heç kim mane olmasa biz qalib gələcəyik – bunu bilirdim. Amma “kiminsə mane olması” arzularımıza kölgə salırdı. Şuşanın alınması xəbərini qürbətdə eşitdik. İnsan qürbətdə daha çox vətənə bağlı olur. İstanbulda idim, Amsterdamda yaşayan bakılı bir rəfiqəm var idi, o gəlmişdi. Alaniyaya getdik. Gördük ki, hər yerdə Azərbaycan bayrağı var. Qürur hissi məni bürüdü. Şuşa alınan gün biz Azərbaycan bayrağı axtarıb tapdıq və paraşütlə onu qaldırdıq, həmin gün Azərbaycan bayrağı Şuşa üçün Alaniyada dalğalandı. Sonra bir kafeyə getdik və ən bahalı şampanskini sifariş verdik. Kafedə oturanların hamısına dedik ki, qonağımızsınız, Şuşanın alınmasını qeyd edirik. Orada xaricilər də, türklər də var idi, bizə baxdılar ki, şərabı götürsünlər ya yox. Çünki bahalı şərab idi. Biz də ofisiantı çağırdıq, hər kəsin staolunun üzərinə bakalları düzdülər və həmin insanlarla Şuşanın alınmasını qeyd elədik. İçimizdə bir hiss var idi ki, kaş həmin an Vətəndə olardıq. Bu qələbəni xalqımızla qeyd edərdik. Türkiyə də qardaş dövlətdir, elə vətəndəki kimi qeyd edə bildik. Şuşaya ilk addımımı atanda isə dərindən nəfəs aldım. Orada nəfəs ala bilmək, həmin anı yaşamaq deməkdir. Orada nəfəs alıramsa, demək, oradayam, həmin anı yaşaya bilirəm. Mən yaşayıram, torpaq da onu yaşayır, birgə yaşayırıq. Torpaq da nəfəs alırdı. Cıdır düzündə oturub meditasiya elədim. Oranın enerjisi o qədər güclüdür ki, fikirləşdim ki, özümü buraxsam, külək bu dəqiqə məni aparacaq. Havası çox təmizdir. Şuşa tamamilə fərqli bir yerdir. Mən bunu indi başa düşürəm. Şuşanın verdiyi enerji də möcüzəvidir. Günəşin ilk çıxıb son batdığı yerdir sanki. Şuşanın torpağına hopub onun bir parçası olmaq istəyirdim. İndiyə qədər belə bir şey hiss eləməmişdim.

– Şuşadan Xankəndi necə görünürdü?

– Baxdıq. İçimdə bir hiss var idi ki, bura da mənim torpağımdır, mən niyə oraya gedə bilmirəm. Mən niyə qorxmalıyam ki, oradan snayper baxır?! Niyə rahat hərəkət edə bilməyim? – kimi içimdə hisslər var idi. İnanıram ki, çox qısa zamanda Xankəndinə də gedəcəyik. Xankəndi artıq bir addımlığımızdadır. Bura qədər gəlmişiksə, məncə, burdan sonrası daha asandır. Hətta müharibə dövründə türkiyəli dostlarımız deyirdilər ki, bizi aparsalar, biz də Qarabağ üçün savaşarıq. Hətta mən düşünürəm və gözləyirəm ki, Şuşada bir sağlamlıq mərkəzi açım. Söhbət ruhun və bədənin sağlamlığından gedir. Müharibədən çıxmış, yaxınlarını itirmiş insanlara böyük dəstək lazımdır. Əgər desələr ki, turizm sahəsi ilə bağlı köməyinizə ehtiyacımız var, ora da gedə bilərəm. Amma məncə, insanlarımızın psixoloji dəstəyə daha çox ehtiyacı var. Mənim arzum var, elə bir yer yaradaq ki, insanlar təkcə bədənini deyil, ruhunu da dinləndirə bilsinlər. Onlar üçün mənəvi dəstək verən bir yer olmalıdır – deyə düşünürəm. Bu, çox vacibdir.

– 43 yaşındasınız və deyəsən hələ də ağ atlı şahzadəniz gəlib çıxmayıb.

– Əvvəllər deyirdim ki, hələ tezdir. Görüləcək işlərim çoxdur – deyə düşünürdüm. Dünyanı gəzmək istəyirdim. Məncə, insan ilk olaraq böyüməli və özünü tanımalıdır ki, sonra da başqasını tanımağa imkanı olsun. Dünyanı gəzib tanımaqla yolda, gəzərkən həm də özümü daha yaxından tanıyırdım. Mən hazır olmaq istəyirdim. Mənim üçün ailə qurmaq əsas şərt deyil, əsas şərt “evlənək, uşaq olsun” deyil, evlənək, “cütlük olaraq bu dünyaya xeyrimiz dəysin” – olmalıdır. Ona görə də gərək insan özünü tanısın və başqalarını daha rahat tanıya bilsin və gözəl şəxsiyyət kimi inkişaf eləsin.

– Yəqin ki, planlarınızda evlənmək var?

– Qismət olarsa. (gülür). Təbii ki, bu iş qismət deyil. Bir məsəl var, tələbə hazır olanda müəllim də gəlir. Mən özümü nə vaxt hazır hiss etsəm, yəqin ki, o zaman müəllim də gələcək (qəşş edib gülür).

– Olubmu ki, səyahət vaxtı kimsə sizə evlilik təklifi etsin?

– Amerikada olub. Bir müddət orada yaşamışam. Bilirsiniz, Amerika çox uzaqdır. Hamı ilə rahat dil tapa bilsəm də, Amerikada qalmaq istəməmişəm. Sırf ona görə də həmin evlilik təklifini geri çevirdim. Hətta “green card” udub geri verənlərdənəm. Çox insanın buna görə məndən zəhləsi gedir, çünki mənə görə şanslarını itirdilər. Baxın, Peruda yaşamışam və oradakı insanlar xasiyyətcə bizə yaxındırlar, nəinki amerikalılar. Perunun meyvəsi, təbiəti, insanları bizə çox yaxındır. Şimali Amerikanın enerjisi heç zaman məni tutmadı. Hətta mən Amerika-Azərbaycan Ticarət Palatasında işləmişəm. Çox yaxşı işlərim olub, Kaliforniyada, Floridada yaşamışam. Orada vəziyyətim pis olmayıb. Amerikalılar dünyadan xəbərsizdirlər. Onların cəmi 1 faizində xarici pasport var. Ailələrdə qalmışam, dünyadan bixəbərdirlər.

– Bəs Azərbaycanı necə tanıyırlar?

– Azərbaycan haqqında heç nə bilmirlər. Deyirsən ki, Türkiyənin, Rusiyanın yanındayıq, onda təyin edə bilirlər, Brazilyada Azərbaycanı daha çox tanıyırlar, nəinki Amerikada. Hətta mən Amerika-Azərbaycan Ticarət Palatasında çalışarkən Ağ Evdə işləyən bir insanla tanış olmuşdum, mən ona Azərbaycandan olduğumu dedim. Üzərimdə Londondakı “Big Ben” olan bir köynək var idi. Mənə dedi ki, Azərbaycanın paytaxtı buradır?! Bunu mənə Vaşinqtonda yaşayan və Ağ Evdə işləyən şəxs dedi. Orada bütün səfirliklər var. Hətta “Massachusetts Avenue”da bir az gəzsələr, bütün ölkələrin bayraqlarını görəcəklər, ölkələr haqqında məlumat alacaqlar. Bu da ABŞ-ın paytaxtında olan insanlar. Əlbəttə orada dünyanı dərk edən, ağıllı insanlar da var idi. Onlar azlıq təşkil edə bilərlər, amma intellektual insanlar da var.

– Azərbaycanı xarici ölkələrdə hansı şəraitdə təmsil etmisiniz?

– Mən həmişə gəzmək üçün eqzotik yerlər seçmişəm. Ona görə də məndən əvvəl oradakı insanlar heç bir azərbaycanlı ilə rastlaşmayıblar. Məni tanıyanlar elə bilirdilər ki, Azərbaycanda hamı beş dil bilir. Onlar mənim vasitəmlə Azərbaycanı tanıyırdılar. İlk dəfə Myanmara gedəndə Azərbaycan pasportunun hər tərəfinə baxdılar, çünki ölkəmizi orada tanımırdılar. Hansı ki, özü 70 il dünyaya bağlı qalıb. Mən oraya gedəndə küçədə səkilər yox idi, vatsap işləmirdi. Mobil telefonu əlindən alırdılar, bir də ölkədən çıxanda qaytarırdılar. Brazilyada, Paraqvayda mənə görə Azərbaycanın ya adını eşidirdilər, ya da tanıyırdılar. Hətta Peruda qaldığım ailəyə Azərbaycan yeməkləri bişirmişdim. Dünyanın 55 ölkəsində olmuşam. Amerikada da çox işlər görmüşük.

– Hobbiniz varmı?

– Gəzdiyim yerlərdən heykəllər toplayıram. Əvvəllər maqnitlər alırdım, ev dəyişdikcə, problemlər yaşayırdım (gülür). Bir də hər ölkədən gəldikcə, həmin ölkələrdən cibimdə pullar qalır. O gün İstanbuldakı iş yerimdə bir gombul zərf tapdım, içində də gəzdiyim ölkələrdən pullar. İsraildən qayıdanda 170 şekelim qalmışdı. Baxım ki, 700 lirədən artıqdır. Düşündüm ki, az pul deyil, mən bunu niyə xərcləməmişəm?! (gülür). Ümumiyyətlə, harada yaşamağımdan, işləməyimdən asılı olmayaraq, Azərbaycanı layiqincə təbliğ etməyə çalışacağam.

P.S. Yeri gəlmişkən, bu gün Minayın atasının, Azərbaycanda bir çoxlarının sevimli şairi Baba Vəziroğlunun doğum günüdür. Redaksiyamız adından həm Baba müəllimi, həm də onun səyyah qızı Minay Məsimovanı səmimi qəlbdən təbrik edirik!

Comments are closed, but trackbacks and pingbacks are open.