Məktəblərdə riyaziyyat dərnəkləri üçün vəsait çap olundu
Kursun başlıca məqsədi müəllimlərə dərslərini İKT vasitələri əsasında layihələşdirilməsi yollarının öyrədilməsi, dərslərdə bu texnologiyadan səmərəli istifadə üsullarının öyrədilməsidir.
Riyaziyyat fənni üzrə dərslik və metodik vəsaitin elmi-metodik monitorinqi ilə bağlı seminar keçirilmişdir
Bakı, 15 fevral (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) riyaziyyat fənni üzrə dərslik və müəllim üçün metodik vəsaitin elmi-metodik monitorinqi ilə bağlı seminar keçirilmişdir.
TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, seminarda ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün “Riyaziyyat” dərsliyi məzmun, dil və üslub, bədii tərtibat, dizayn, eləcə də verilən tapşırıqların məzmuna uyğunluğu baxımından müzakirə edilmişdir.
Müzakirələrdə Təhsil Nazirliyinin şöbə müdiri Faiq Şahbazlı, şöbənin əməkdaşı Vüsalə Həsənova, Dərslikləri Qiymətləndirmə Şurasının sədri Elmina Kazımzadə, dərslik müəllifləri Nayma Qəhrəmanova, Famil Hüseynov, qiymətləndirmə şurasının ekspertləri və rəyçilər iştirak etmişlər.
İclasda Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəblərinin müəllimləri ilə birlikdə, TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran və Quba regional bölmələrinin müvafiq fənn müəllimləri də gündəlik məsələ ilə bağlı fikirlərini bildirmiş, təkliflərini vermişlər.
Dərslik və müəllim üçün metodik vəsaitlə bağlı yekun rəy müəlliflərə və müvafiq quruma təqdim ediləcəkdir.
Növbəti seminarda 7-ci sinif dərsliyi müzakirə olunacaqdır.
Məktəblərdə riyaziyyat dərnəkləri üçün vəsait çap olundu
XXI əsrdə Müstəqil Azərbaycan Respublikasının Təhsil sisteminin əsas məqsədlərindən biri uşqları və gəncləri müasir dünyadakı həyata hazırlamaq, öyrənməyə can atan, problem qoyub həll etməyi bacaran, hər tərəfli və dərin biliyə, tətbiqi hazırlığa, tənqidi və yaradıcı düşüncəyə malik, dəyişikləri qəbul etməyə və onlarda fəal istiraka hazır olan, özünü yaşadığı cəmiyyətin bir hissəsi hesab edən yeni nəsil-demokratik dövlət vətəndaşları yetişdirməkdir.
Yaşadığımız kompüter dünyasında insanların gündəlik fəaliyyətlərinin riyaziyyat tərkibi olduğudan, onun həyatındakı rolu və əhəmiyyəti yüksəldikcə riyaziyyat elminə daha dərinən yiyələnmək, həyata tətbiqinin optimal və səmərəli yollarını inkişaf etdirmək zərurətə çevrilmişdir. Ona görə də təhsil alanlara verilən riyazi bilik və bacarıq cəmiyyətin tələbatına uyğunlaşdırmalıdır.
Riyaziyyatın təliminə verilən mühüm tələblər öyrənənlərin idrak fəaliyyətini inkişaf etdirmək onlarda öz biliklərini müstəqil surətdə artırmaq nəticələr çıxarmaq, yeni ideyalar yaratmaq və onları müvəffəqiyyətlə həll etmək, yaradıcı fəaliyyətlə məşğul olmaq bacarığı aşılamaqdır.
Vəsaitə hesab, cəbr, triqonometriya və həndəsəyə aid faydalı hesab edilən məsələ və misalların müxtəlif üsullarla həlli daxil edilmişdir.
Məktəblərdə fəaliyyət göstərən və riyaziyyatı dərindən öyrənmək istiyənlər üçün yaradılan dərnəklər, olimpiada hazırlığı qrupları bu məsələdə şagird və müəllimlərə daha geniş imkanlar yaradır. Son dövrlər belə hazırlıqlar üçün vəsait çatışmazlığı hiss olunur. Bu vəsait həmin dərnək və məşğələlər üçün faydalı olduğunu düşünürəm. Bu vəsait öyrənilənlərin riyazi biliyinin keyfiyyətini yülsəltmək, yaradıcı təfəkkürünü inkişaf etdirmək, fənnə marağını artırmaq, problemin orjinal və gözəl həllini axtarmaq, onun müxtəlif metod, üsul və texnikalarla həllini tapmağı bacarmaq, iradəlilik və dözümlük kimi keyfiyyətləri inkişaf etdirmək məqsədi ilə yazılmışdır.
Vəsaitdən ümumtəhsil məktəblərinin müəllim və şagirdləri dərnək və maraq kursuna aid məşğələlərdə, eləcə də riyaziyyat olimpiadalarına hazırlaşarkən istifadə edə bilərlər.
İDRAK MƏKTƏBİ
Kurikulumun inkişafında innovativ yanaşmalar
24 мая, 2013 | Author: İdrak-M
Təhsil Nazirliyinin qrifi ilə çap olunacaq «Kurikulumun inkişafında innovativ yanaşmalar» metodik məcmuəsinə hər bir innovativ müəlim öz dərsini göndərə bilər.
Bu metodik vəsait kurikulumun təlim strategiyasının genişləndirilməsi istiqamətində hazırlanır. Metodik vəsaitin məqsədi geniş müəllim auditoriyasını dünya pedaqoji məkanında işlənən , tədris olunan yeni təlim texnologiyaları ilə tanış etməkdir. Bu vaxta qədər kurikulumun təlim strategiyası fəal təlim kimi qəbul edilib, bu metodik vəsaitdə isə müəllimlərin proyekt, problem, konstruktiv Read the rest of this entry »
Azərbaycan –Türkiyə Yeni Ortaq Egitim Sistemi — YOES layihəsinin növbəti mərhələsi
23 августа, 2012 | Author: İdrak-M
YOES- Azərbaycan –Türkiyə Yeni Ortaq Egitim Sistemi layihəsinin ikinçi mərhələsi interaktiv texnologiya olan Kooperativ təlimin dərs prosesində tətbiqinə yönələçəkdir. Amerika aimi Kaqan Spenserin yaratdığı bu təlimdə şagird və müəllim arasında qarşılıqlı təlim əlaqələri yaradır. Şagirdlər təlim fəaliyyət strukturlarında qarşılıqlı fəaliyyətdə olmağı öyrənirlər. Onlar komandada fikir mübadiləsi aparırlar, yeni fikir yaradırlar , onu sosiallaşdıraraq yeni social və akademik biliklərə cevirirlər. Treninq dövrü hər bir müəllim nəzəri bilikləri praktiki işə cevirəcəkdir. Tədris etdiyi fənnin bir necə dərslərini interaktiv təlim olan- Kooperativ təlimin əsasları və prinsiplərinə uyğun olaraq İKT vasitəsi ilə qurub Read the rest of this entry »
Azərbaycan – Turkiyə Yeni Ortaq Egitim Sistemi –YOES layihəsinin birinci mərhələsi artıq başa catır
23 августа, 2012 | Author: İdrak-M
Fatma xanım Bunyatova
Azərbaycan – Turkiyə Yeni Ortaq Egitim Sistemi –YOES layihəsinin birinci mərhələsi artıq başa catmaq üzrədir.
Kursun başlıca məqsədi müəllimlərə dərslərini İKT vasitələri əsasında layihələşdirilməsi yollarının öyrədilməsi, dərslərdə bu texnologiyadan səmərəli istifadə üsullarının öyrədilməsidir.
Kurs dövru son informasiya və kommunikasiya texnologiyası olan Windous office-2010 proqramından istifadə edən müəllimlər öz layihələrini yaratmışlar. Layihələrin müzakirəsindən sonra onun Read the rest of this entry »
Təbriklər!
2 февраля, 2012 | Author: İdrak-M
F. Bunyatovanın “Konstruktiv təlim mərkəzi” yaradıcı müəllim Göygöl rayonunun Üctəpə kənd orta məktəbinin müəllimi Nurlan Quliyevanı “Riyaziyyatın konstruktiv təlimlə tədrisi metodikası” metodik vəsaitinin işıq üzü görməyi ilə təbrik edir.
Kitab Azərbaycan Respublikasının TN əmrinə əsasən metodik vəsait kimi təsdiq edilmişdir
Kitab riyaziyyatın konstruktiv təlimlə tədrisinə aid metodik , göstərişlərdən, dərs nümunələrindən və riyazi anlayışlarının bədiləşdiyi elmi hekayələrdən ibarətdir. Müəllif, vəsaitdə riyaziyyatın həyatdakı rolunu göstərməklə , elmi həyatiləşdirməyə yaradıcı öyrənmənin mahiyyətini açmağa çalışmışdır. Kitabdakı tövsiyələr elmin anlam yolu ilə qavranılması ücün yaradıcı təfəkkürün formalaşmasına xidmət edir. Metodik vəsait orta məktəb çagirdləri, tələbələr və müəllimlər üçün nəzərdə tutulmuşdur.
Comments are closed, but trackbacks and pingbacks are open.