Müəllim üçün metodik vəsait
Azərbaycanda yeni və işlənmiş məhsul elanları, onlayn alış veriş. Əmlak Telefon Aksesuar Maşın Mebel Geyim
7-ci sinif Fizika fənni üçün metodik vəsait – PDF
VII sinif üçün “Fizika” dərslik komplekti Azərbaycan Respublikası Təhsil nazirliyinin təsdiq etdiyi “Azərbaycan Respublikasının Ümumtəhsil məktəbləri üçün Fizika fənni üzrə təhsil proqramı (kurikulumu) (VI–XI siniflər)” əsasında hazırlanmışdır.
Fizika fənni üzrə VII sinif dərsliyi təbiət-cəmiyyət münasibətləri baxımından şagirdlərdə məntiqi, tənqidi, yaradıcı təfəkkürün, sadədən mürəkkəbə doğru inkişafın, fənnin tədrisində yeni texnologiya və kommunikasiya vasitələrinin tətbiq olunması bacarıqlarının inkişafını ön plana çəkmişdir. Dərslik şagirdlərdə tədqiqatçılıq bacarığı, fikirlərini ümumiləşdirərək təqdimatlar etmək, proqnoz vermək, referatlar hazırlamaq, təbiətdə və cəmiyyətdə baş verən hadisə və prosesləri təhlil edib qiymətləndirmək bacarığı formalaşdıracaq, müasir Azərbaycan şagirdinə tolerantlıq, ekoloji mədəniyyət, iqtisadi göstəricilərdən istifadə edə bilmək, nəticə çıxarma, layihələr irəli sürmə bacarıqları verəcəkdir.
Dərsliklərin komplekt şəkildə nəşr olunması təhsil prosesində müəllim-şagird fəaliyyətinin tam təsəvvür olunmasını və üzvi şəkildə əlaqələndirilməsini təmin edir, müəllimin planlaşdırmadan qiymətləndirməyə qədər bütün fəaliyyətini istiqamətləndirir, təlim prosesində şagirdlərin müstəqilliyinin və tətbiq bacarıqlarının genişlənməsinə imkan yaradır. Bu baxımdan şagirdlər məlumatlar əldə etmək üçün axtarışlara cəlb olunur, onlara fəal təlim şəraiti yaradılır. Şagirdlərin fərdi marağı nəzərə alınmaqla zəruri həyati bacarıqların formalaşdırılmasına, məntiqi, tənqidi və yaradıcı təfəkkürün inkişaf etdirilməsinə imkan yaradır, təlimə marağı artırır. Dərslik komplektində Fizika fənni üzrə təhsil proqramında (kurikulumunda) nəzərdə tutulmuş bütün məzmun standartları reallaşdırılmış, faktların dəqiqliyi, əyaniliyin, müasirliyin, qrammatik qaydaların gözlənilməsi ön plana çəkilmişdir. Təlim materiallarında sadədən mürəkkəbə, məntiqi və xronoloji ardıcıllıq nəzərə alınmışdır. Dərslikdə öz əksini tapmış təlim materiallarının yaş səviyyəsinə uyğun, sadə dildə, lakonik olmasına çalışılmışdır. Dərslikdən növbəti illərdə də istifadə ediləcəyindən verilmiş tapşırıqların şagirdlərin dəftərlərində işləməsi nəzərdə tutulur.
Dərsliyin əvvəlində tədris prosesinin metodoloji mərhələlərinə uyğun olaraq təlim blokları haqqında məlumat verilmişdir.
Müəllim üçün metodik vəsait
Müəllimlər üçün metodik vəsait satılır. Azərbaycan dili fənni üzrə. Bakıda montində yerləşir.
300 elanım var. Digər elanlara baxmaq üçün nömrə altında “İstifadəçinin bütün elanları” klikləyin
Bakı 15 Avqust 2017 3107 dəfə Mənbə: tap.az
T
Tariyel
Məhsul satılmışdır
Seçilmişlərə əlavə et
Oxşar Elanlar
“Rus dili” kitabı
5 15 Mart
Clopos Restoran Sistemi
Clopos Reklam
Domino
4 11 Mart
Naxtel nömrə – (060) 212-12-26
60 13 Mart
Coğrafiya test toplusu və dərs vəsaiti
15 12 Mart
Ofis icarəyə verilir, 28 May m.
280 11 Mart
Tar
1 000 12 Mart
Online Rus dili hazırlığı
50 17 Mart
Müəllim işi axtarıram
70 12 Mart
Müəllim işi axtarıram
25 11 Mart
KOMBİNİZON, QRAFİT LAHTI PROFİX L4150156
58 8 Dekabr 2018
Gitara Kursu
30 11 Fevral
Riyaziyyat, kimya və fizika hazırlığı
80 9 saat əvvəl
Riyaziyyat və Fizika hazırlığı
80 16 Fevral
Satıcı tələb olunur
350 13 Fevral
Obyekt icarəyə verilir, Astara r.
1 500 13 Mart
Abituriyentlər üçün dərs vəsait “İngilis dili 5-11”
4 12 Mart
3-otaqlı yeni tikili, 6-cı mkr., 86 м²
118 000 11 Mart
ArcGİS Xəritə çəkmə Proqramından hazırlıq
150 17 Mart
Miq hazırlıq kursları
60 22 Yanvar
Hazır biznes
9 900 6 Fevral
Satılır Köhnə tikili, 110m², 5-Otaqlı
117 000 12 Fevral
Ərəb dili kursları
100 17 Mart
Satılır Köhnə tikili, 110m², 5-Otaqlı
138 000 12 Fevral
Ödənişli xidmətlər
Elanınızı Premium edin, ana səhifədə hərkəs görsün!
Ödənişli xidmətlər
Elanınızı irəli çəkin, ana səhifədə hərkəs görsün!
Elanı sil
Azərbaycanda yeni və işlənmiş məhsul elanları, onlayn alış veriş. Əmlak Telefon Aksesuar Maşın Mebel Geyim
Telefon: (012) 566-74-58
Haqqımızda
Yardımçı linklər
Saytın rəhbərliyi yerləşdirilmiş elanların məzmununa görə məsuliyyət daşımır
© UcuzTap bir şirkət məhsuludur
Maddə miqdarı, Molyar kütlə
Dövri sistem cədvəlində hidrogenin nisbi atom kütləsinin Ar(H) = 1,0078, oksigenin nisbi atom kütləsinin Ar(O) = 15,9994 olduğunu tapa bilərik. Bu kütlələri müqayisə etdikdə bir oksigen atomunun bir hid- rogen atomundan təqribən 16 dəfə ağır olduğu məlum olur. Əgər biz 1,0078 q hidrogen və 15,9994 q oksigen atomları götürsək, aydındır ki, hər iki nümunədə olan atomların sayı (N) eyni olacaqdır.
Bəs hər iki elementin götürdüyümüz kütlə miqdarında atomlarının sayı nə qədər ola bilər? Bunu təyin etmək üçün götürdüyümüz nümunələrin kütləsini bir atomun kütləsinə bölmək lazımdır:
Başqa elementlərin əmələ gətirdiyi bəsit maddələr üçün də oxşar hesablamalar aparsaq, hər dəfə eyni ədədin — 6,02•10 23 alındığını görərik. Yəni Ar© ≈ 12, Ar(S) ≈ 32, Ar(N) ≈ 14-dürsə, onda deyə bilərik: 12 q karbonda, 32 q kükürddə, 14 q azotda da 6,02•1023 sayda atomlar olmalıdır.
6,02•1023 ədədi məşhur italyan alimi Amedeo Avoqadronun şərəfinə Avoqadro ədədi (NA) adlandırılmışdır. Bu çox böyük ədəddən praktik hesablamalarda istifadə etmək əlverişli deyil. Ona görə də Avoqadro ədədi qədər hissəciyin sayını ifadə etmək üçün mol adlanan vahid qəbul edilmişdir.
Karbon izotopunun (12C) 12 q-dakı atomların sayı qədər hissəciyi (atom, molekul, ion və s.) olan maddə miqdarı mol adlanır.
Buradan belə nəticə də çıxarmaq olar: hər hansı biratomlu bəsit maddənin 1 molunda Avoqadro ədədi (6,02•1023), yəni NA qədər atom, yaxud istənilən mürəkkəb maddənin 1 molunda, yəni NA => Avoqadro ədədi miqdarında molekul olur.
12 q karbon — (12C) izotopunda 6,02•1023 sayda atom olduğunu artıq bilirik. Deməli, 1 mol karbonda 6,02•1023 sayda atom vardır. Eynilə deyə bilərik ki, hər hansı ikiatomlu bəsit maddənin 1 molunda Avoqadro ədədinin iki misli qədər (2.6,02•1023) atom olmalıdır.
Mol anlayışını molekul və ionlardan təşkil olunmuş maddələrə də tətbiq etmək olar. Məsələn, 1 mol hidrogen qazında 6,02•1023 molekul, 1 mol xörək duzunda (NACl) 6,02•1023 natrium ionu (NA+) və bir o qədər də (6,02•1023) xlor ionu (Cl-) vardır. Maddələrin 1 molunda olan hissəciklərin sayı (6,02•1023) Avoqadro sabiti (NA) adlanır: NA= 6,020•1023 mol-1.
AMEDEO AVOQADRO (1776-1856)
İtalyan alimi, 1811-ci ildə qazlar haqqında qanun kəşf etmiş, sonralar bu qanun onun adı ilə adlandırılmışdır.
Avoqadro sabitinin Avoqadro ədədindən fərqi onun müəyyən vahidlə (mol-1) ölçülməsidir.
Aydındır ki, maddə miqdarı (onu v hərfi ilə işarə edək) dəyişdikdə hissəciyin sayı da dəyişəcəkdir. Bu asılılığı aşağıdakı düsturla ifadə etmək olar: N = v • NA
Bu düstur əsasında müxtəlif hesablamalar aparmaq olar:
Məsələ 1. 2 mol və 0,1 mol sudakı molekulların sayı nə qədərdir?
N(H20) = 2.6,02•1023 = 12,04•1023 molekul
N(H20) = 0,1.6,02•1023 = 0,602•1023 və ya 602•1020 molekul.
Məsələ 2. Molekulların sayı 6,02•1024 olan oksigenin maddə miqdarı (v) nə qədərdir?
Mürəkkəb maddənin verilmiş mol miqdarında hər hansı elementin atomlarının sayı soruşulursa, onda maddənin mol miqdarını soruşulan elementin indeksinə, alınan hasili isə Avoqadro ədədinə vurmaq lazımdır. N(atom)= v (maddə) • İndeks • NA. Əgər atomların ümumi sayı soruşulursa, maddənin mol miqdarı elementlərin indeksləri cəminə, alınan hasil isə Avoqadro ədədinə vurulmalıdır.
N(atom) ümumi = v (maddə) • (indekslər cəmi) • NA
1 ədədi indeksdə yazılmır, əgər indeks yoxdursa, onu 1 götürmək lazımdır.
Məsələ 3. 0,5 mol suda neçə oksigen atomu vardır?
N(H20) = 0,5•6,02•1023=3,01•1023 molekul. N(0)= N(H20)
Suyun bir molekulunda 1 oksigen atomu olduğundan 0,5 molundakı oksigen atomlarının sayı su molekullarının sayına bərabər olacaqdır.
Məsələ 4. 0,5 mol H2SO3-dəki atomların ümumi sayını müəyyən edin.
N(atom) ümumi = v • (indekslərin cəmi) • NA=0,5 • (2+1+3) • 6,02•1023 = 3.6,02•1023 = 18,06•1023
Molyar kütlə. Maddənin 1 molunun qramla ifadə olunmuş kütləsinə molyar kütlə deyilir (vahidi q/mol olur).
Hər hansı maddənin molyar kütləsini (M) hesablamaq üçün Avoqadro sabitini maddəni təşkil edən hissəciklərin (atom, molekül, ion) qramla ifadə olunmuş kütləsinə vurmaq lazımdır:
Beynəlxalq vahidlər sistemində molyar kütlənin vahidi kq/mol ilə ölçülsə də, məktəb kursunda, əsasən, q/mol vahidindən istifadə edilir.
Hesablamalar göstərir ki, maddənin molyar kütləsi qramlarla ifadə olunduqda, ədədi qiymətcə onun nisbi atom kütləsinə (əgər o atomlardan təşkil olunursa) və ya nisbi molekul kütləsinə (əgər molekullardan təşkil olunursa) bərabərdir. Müqayisə üçün yazaq:
- Müqayisədən göründüyü kimi, maddələrin molyar kütləsi vahidinə görə nisbi atom və ya nisbi molekul kütlələrindən fərqlənir. Yəni molyar kütlə ölçü vahidinə malikdir.
- Yuxarıda yazılanlardan məlum olur ki, molyar kütlə anlayışı həm kimyəvi elementlərə, həm də molekulyar və qeyri-molekulyar quruluşlu bəsit və mürəkkəb maddələrə tətbiq olunur.
- Maddələrin molyar kütləsindən və Avoqadro sabitindən istifadə etməklə istənilən maddənin bir molekulunun və ya bir atomunun kütləsini hesablamaq mümkündür:
Maddələrin molyar kütləsi ilə onun maddə miqdarı (v) və ixtiyari kütləsi (m) arasında aşağıdakı asılılıq mövcuddur:
Molyar kütlə anlayışı əsasında hesablamalar
1. Maddə miqdarına görə kütlənin və əksinə, kütləyə görə maddə miqdarının hesablanması:
Məsələ 1. a) 3 mol karbon qazının (CO2); b) 0,2 mol suyun kütləsi nə qədərdir?
m(CO2) = M(CO2) • v (CO2) = 44 q/mol • 3 mol = 132 q
m(H2O) = М(H2О) • v (H2O) = 18 q/mol • 0,2 mol = 3,6 q
Məsələ 2. a) 4 q hidrogen qazı; b) 28 q dəmir neçə moldur?
Comments are closed, but trackbacks and pingbacks are open.