Press "Enter" to skip to content

Diaqnostik Qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı nə qədər artdı

Müəllimlərin sosial problemlərinin həll olunması üçün ilk növbədə onlara dövlət qulluqçusu statusu verilsin:

Müəllimlərin diaqnostik qiymətləndirilməsi 2018

II-2 II-1 II-2 II-3 II-3

III-3 III-3 III-1 III-1 III-2

Hansı cümlədə “ki” ədat kimi işlənib?

  1. A) Atalar deyib ki, bu gunun işini sabaha qoyma.
  2. B) Elə yaşa ki, sonra utanmayasan.
  3. C) Danış ki, örəyin boşalsın.
  4. D) Mən bilirəm ki, zəhmət qiymətsiz qalmaz.
  5. E) Onun ki bu məsələdən xəbəri yoxdur.
  1. Boluşdurmə əlaqəli tabesiz murəkkəb cumlənintərkib hissələrini bağlayan bağlayıcılar hansılardır?
  1. A) amma, ancaq, lakin B) ya, ya da, gah, gah da
  2. C) nə, nə də, ya, ya da D) həm, həm də, da, də
  3. E) hətta, o cumlədən
  1. Sadalanan xususiyyətlərdən yalnız biri hansısozdədir?
  1. Ahəng qanununun pozulması
  2. Sozdə uzun tələffuz olunan saitin olması
  3. A) asudə B) üsul C) malik
  4. D) elan E) sakit
  1. Verilmiş cumlənin morfoloji təhlili ilə bağlı yanlışfikir hansıdır?

Onun dedikləri görülməli işi yubadır.

  1. A) “Onun” – yiyəlik halda olan şəxs əvəzliyidir.
  2. B) “dedikləri” – isimləşmiş feli sifətdir.
  3. C) “gorulməli” – duzəltmə feldir, məchul novdədir, təsriflənməyən feldir.
  1. D) “yubadır” – xəbər şəklində olan sadə, təsirli feldir.
  2. E) “işi” – mənsubiyyət şəkilcili adlıq halda olan isimdir.
  1. Sinonimlər cərgəsini gostərin
  2. A) cox-az B) goz-qaş
  3. C) qurd-canavar D) tullamaq-yığmaq
  4. E) qəmli-fərəhli
  1. Uzun saitli sozləri gostərin.
  2. amal 2. mutləq 3. sonra
  3. norma 5. namuslu 6. aşpaz
  4. asan 8. kitab
  5. A) 1,3,5 B) 2,4,6 C) 3,5,7 D) 1,4,7 E) 4,6,8
  1. Numunələrdən birində feli bağlama tərkibi səbəbzərfliyi kimi işlədilmişdir:
  1. A) Ana balalarına baxarkən sevinirdi.
  2. B) Birdən dəhşətli ildırım şaqqıltısını eşidib qorxdum.
  1. C) Böyüyə qulaq asanda iş də yaxşı gedir.
  2. D) İnsan yaşa dolduqca daha da müdrikləşməlidir.
  3. E) Maşın sola burulanda sürücü sürəti artırdı.
  1. Tərəflərindən biri ayrılıqda işlənə bilməyənmürəkkəb isimlər olan cərgəni göstərin:
  1. A) mer-meyvə, kağız-kuğuz
  2. B) gecə-gündüz, baramaqurdu
  3. C) ayaqqabı, oğul-uşaq
  4. D) dizin-dizin, əyri-əyri
  5. E) ağacdələn, dəmir-dumur
  1. Hansı misralarda həmcins üzvlər işlənmişdir?

Qara yel gah əsir, gah da dayanır.

Hələ də evlərdə buxarı yanır.

Yağışlar çoxalır, göllənir sular.

Qamış da göyərir canı var kimi.

  1. A) birinci və ikinci B) ucuncu
  2. C) ucuncu və dorduncu D) birinci və ucuncu
  3. E) birinci
  1. Elə baş cümlə seçin ki,həmişə yaxşılıq etsincümləsi təyin budaq cümləsi olsun.
  1. A) O çalışmırdı ki.
  2. B) Söhbət əsasında o da deyildi ki,…
  3. C) Mən insan o adama deyərəm ki,…
  4. D) İnsan o zaman sevilər ki,…
  5. E) Ata oğluna məsləhət etdi ki,…
  1. Fərqləndirilmiş sözlərin arasında hansı sintaktikəlaqə var?

Payız günəşinin mavi sularda əks olunan şüaları onun gözlərini qamaşdırırdı.

  1. A) uzlaşma, idarə B) yanaşma
  2. C) idarə D) uzlaşma
  3. E) idarə, yanaşma
  1. Mürəkkəb adlar haqqındakı fikirlərdən biri səhvdir.
  2. A) Frazeoloji birləşmələr də mürəkkəb addır, bəzən onlara “abreviatur”deyilir.
  1. B) Mürəkkəb adların bir çoxunun qəbul edilmiş vahid ixtisar forması var.
  1. C) Bütövlükdə cümlənin bir üzvü olur.
  2. D) Tərkibindəki hər sözün öz vurğusu olur.
  3. E) Tərkibindəki sözlər ayrı yazılır.
  1. “Üstünlük”sözünün fonetik təhlili ilə bağlı düzgünfikirləri secin:
  1. Sözdə 8 səs, 8 hərf vardır.
  2. Deyilişi ilə yazılışı fərqlənmir.
  3. [u] – incə, dodaqlanan, qapalı saitdir.
  4. Sözdəki [s], [t], [x`] kar, [n], [l] cingiltili samitlərdir.
  1. Sözdə incə saitlərin ahəngi vardır.
  1. Vurğusu ikinci hecaya duşur.
  2. A) 2, 3, 6 B) 1, 3, 5 C) 1, 4, 5
  3. D) 3, 4, 5 E) 2, 5, 6
  1. Hansı sözün yazılışı səhvdir?
  2. A) əhvali-ruhiyyə B) müəssisə
  3. C) açıq-qırmızı D) müdrük
  4. E) peşman
  1. Sözlərdən yalnız birinə saitlə başlanan hal şəkilçisiartırdıqda söz kökündəki son sait düşmür:
  1. A) çiyin B) sətir C) isim
  2. D) fəsil E) ətir
  1. Mübtədası sadə olan cümlə hansıdır?
  2. A) Şairin həyatı cox acınacaqlı keçib.
  3. B) ≪Od gəlini≫ faciəsini Cəfər Cabbarlı yazıb.
  4. C) Araz çayı Azərbaycanı iki yerə ayırır.
  5. D) Yaxşı oxumaq hamıdan tələb olunur.
  6. E) Əlimuxtar və Şahsənəm bu məsələni birlikdə həll edəcəklər.
  1. Fikirlərdən biri səhvdir.
  2. A) servis-qab dəsti, serviz-əhaliyə məişət xidməti deməkdir.
  1. B) qala sözü omonim olub isim və fel kimi işlənir.
  2. C) zindan eyni nitq hissəsinə aid omonim sözdür.
  3. D) bekar-işsiz,məşğuliyyətsiz deməkdir.
  4. E) iffətli –ismətli, həyalı, namuslu sözləri ilə sinonimdir.
  1. Cümlədəki isimlərin hansı halda olduğunuardıcıllıqla göstərin.

Həkim məsləhəti ilə xəstələrin hamısını müayinə etdilər.

  1. A) yiyəlik, adlıq, yiyəlik, təsirlik
  2. B) yiyəlik, adlıq
  3. C) adlıq,təsirlik, yiyəlik, adlıq
  4. D) adlıq, adlıq,
  5. E) yiyəlik, təsirlik
  1. Verilmiş nümunənin müəllifini və janrınımüəyyənləşdirin.

Dadi- fəryad, ey guruhi-izam,

Oldu zaye bu milləti-islam.

Günü-gündən zəlili xar olduq,

Möhnəti qüssəyə düçar olduq.

A)S.Ə.Şirvani, murəbbe B)M.Ə.Sabir, qitə

  1. C) Füzuli,müxəmməs D) S.Ə.Şirvani, məsnəvi
  1. Hacı Qaraəsərində Heydər bəy nədənşikayətlənirdi?
  1. A) pulsuzluqdan B) işsizlikdən
  2. C) dostlarından D) qocalıqdan
  3. E) vəfasızlıqdan
  1. H.CavidinAnadramında gümüş kəmər kiməbağışlanır?
  1. A) Qanpolada B) Səlmaya C) Səlimə
  2. D) İsmətə E) İzzətə
  1. Verilən cavablardan hansı XIII-XVI əsr Azərbaycanədəbiyyatına aid edilə bilməz?
  1. A) dastan yaradıcılığının geniş yer tutması
  2. B) anadilli şeirin yaranması və inkişafı
  3. C) heca vəzninin yazılı ədəbiyyata gəlişi
  4. D) tuyuq janrının ədəbiyyata gəlişi
  5. E) bədii nəsr nümunələrinin yaranması
  1. Verilmiş nümunənin misradaxili bölgüsünümüəyyənləşdirin.

Bu dağda maral azdı,

Ovçu çox, maral azdı.

Ağlama, xumar gözlüm.

Ölmərəm, yaram azdı.

  1. A) 5-2 B) 4-3 C) 3-4 D) 2-5 E) 2-2-3
  1. B.Vahabzadənin əsərləri ilə bağlı uyğunsuzluğumüəyyən edin.

A)”Cavab”-ana və ana dili anlayışları yanaşı qoyulub həll olunur.

  1. B) “Ana dili”-dilimizə xor baxanlara qarşı etiraz öz əksini tapıb.
  1. C) “Vətəndaş”- insanın vətən qarşısında borcu Tanrı qarşısında borcuna bənzədilir.
  1. D) “Şəhid məzarları”-Vətən yolunda canından keçənlər şəhid adlanır.
  1. E) “Təyyarələr”-döyüşçü idealını mənzilə doğru yolda ölən təyyarə obrazına bənzədir.

Azərbaycan dili və Ədəbiyyat B variantı

Bakı şəhəri üzrə Təhsil İdarəsi

  1. Bu hekayələrdən biri M.İbrahimovunCənubhekayələrinə aid deyil:
  1. A) ≪Qələbə≫ B) ≪On iki dekabr≫
  2. C) ≪ Azad≫ D) ≪İztirabın sonu≫
  3. E) ≪Tonqal başında≫
  1. Dağlarşeirində Aşıq Ələsgər nəyi təsvir etmişdir?
  2. A) doğma yurdun gözəlliyini, ucalığını
  3. B) namərdliyə, ikiüzlülüyə qarşı nifrəti
  4. C) el igidlərinin qəhrəmanlığını
  5. D) el gözəllərini
  6. E) rus hakimiyyətinin xalqla pis rəftarını
  1. “Qazan xanın oğlu Uruz bəyin dustaq olduğu boy”unqəhrəmanlarını göstərin:
  1. Qazan xan
  2. 2. Banuçiçək
  3. 3.Uruz
  4. Burla xatun
  5. Dəli Domrul
  1. A) 2, 3, 5 B) 1, 5 C) 1, 2 D) 1, 3, 4 E) 1, 2, 4
  1. Ə.Cavadın poemalarından ibarət cərgəni göstərin.
  2. A) ≪Göygöl≫, ≪Dan ulduzu≫
  3. B) ≪Azərbaycan, Azərbaycan≫
  4. C) ≪Pambıq dastanı≫, ≪Qoşma≫
  5. D) ≪Qoşma≫, ≪Dalğa≫
  6. E) ≪Səsli qız≫, ≪Kür≫
  1. Dramatik növə aid verilmiş fikirlərdən biri səhvdir.
  2. A) Səhnədə oynamaq, tamaşaçılar qarşısında ifa etmək üçündür.
  1. B) Dramatik növün komediya, dram, faciə janrları vardır.
  1. C) Həm nəzmlə, həm də nəsrlə yazılır.
  2. D) Əsasən, nəsrlə olub həyat hadisələrini müfəssəl, ətraflı təsvir edir.
  1. E) Dramatik növün inkişafı teatr sənətinin yaranmasına gətirib çıxarmışdır.
  1. Ş.İ.Xətai ilə bağlı fikirlərdən biri doğrudur:
  2. A) “Bahar oldu ki. ” şeiri məsnəvi formasındadır.
  3. B) Ancaq əruz vəznində əsərlər qələmə almışdır.
  4. C) Yalnız lirik növdə yazmışdır.
  5. D) Türk, ərəb, fars dillərində yazmışdır.
  6. E) “Ayrılır” qəzəli əruz vəzninin həzəc bəhrindədir.
  1. C.Məmmədquluzadənin “Anamın kitabı” əsərindəZəhrabəyimin övladlarının kitabxanasında axtarışaparan hökumət məmuru nədən şübhələnir?
  1. A) qardaşların iranpərəst olmalarından
  2. B) iştirak etdikləri “cəmiyyəti-xeyriyyə”də inqilabi intibahnamələr yaymalarından
  1. C) qardaşların birləşib imperiya əleyhinə çıxmaları və milli istiqlaliyyət fikrinə duşmələrindən
  1. D) qardaşların osmanlıpərəst olmalarından
  2. E) qardaşların yoxsul, zəhmətkeş təbəqələrlə çox güclü əlaqələrinin olmasından
  1. Məmmədəli Məhzunun həyat və yaradıcılığı ilə bağlısəhv cavabı göstərin.
  1. A) Qəzəl janrına üstünlük vermişdir.
  2. B) ≪Hicran xəstəsi≫ ilk şeirlər kitabıdır.
  3. C) Cənubi Azərbaycan şairidir.
  4. D) ≪Təbriz≫ şeiri vətənpərvərlik mövzusundadır.
  5. E) ≪Qəzəllər≫ kitabı 1945-ci ildə çap olunmuşdur.
  1. Biri C.Cabbarlının əsəridir.
  2. A) “Od gəlini” B) “İranda hürriyyət”
  3. C) “Maral” D) “Quzu”
  4. E) “Səttarxana”
  1. Füyuzatjurnalı ilə bağlı səhv fikrimüəyyənləşdirin.
  1. A) Cəmi 32 sayı çap olunmuşdur.
  2. B) Jurnalda rus çarizminin müstəmləkəçilik siyasəti tənqid olunsa da, Türkiyədəki monarxist rejimə rəğbətlə yanaşılmışdır.
  1. C) 1906-cı ildə nəşrə başlamışdır.
  2. D) 1 noyabr 1907-ci ildə “Füyuzat”ın nəşri dayandırılmışdır.
  1. E) Jurnal romantizm ədəbi cərəyanının əsas tribunasına çevrilmişdir.
  1. “İsgəndərnamə”poemasındakı Nüşabə surəti iləbağlı səhv fikri göstərin.
  1. A) Bərdə hökmdarıdır.
  2. B) Ağıl və müdriklikdə, qocaqlıqda kişilərdən geri qalmır.
  1. C) Nizaminin yaratdığı ilk ideal qadın obrazıdır.
  2. D) Ruslar tərəfindən əsir götürülür və İsgəndər tərəfindən xilas edilir.
  1. E) İsgəndər kimi bir dünya fatehinə ağıl öyrədərək, ona

Diaqnostik Qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı nə qədər artdı?

Xəbər verildiyi kimi, Diaqnostik Qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı artırılıb. 2018-ci il yanvarın 1-dən ötən ilin may-aprel aylarında diaqnostik qiymətləndirmədən keçən 42 minə yaxın müəllimin əməkhaqqı artırılıb.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, mərkəzləşdirilmiş müsabiqə yolu ilə dövlət ümumtəhsil müəssisələrinə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulur. Bu qərara əsasən, 2017-ci ildə müəllimlərin işə qəbulu imtahanından uğurla keçib təyin olunan 6 minə yaxın müəllimin də əməkhaqqı artırılıb.

Azərbaycan Respublikası Prezidentinin “Dövlət ümumtəhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” 16 yanvar 2015-ci il tarixli, 994 nömrəli Sərəncamında bu kateqoriyadan olan müəllimlərin həftəlik dərs yükü normasının 1,5 dəfə, aylıq vəzifə maaşının 2 dəfə artırılması nəzərdə tutulub.

Qeyd edək ki, 2014-cü ildən etibarən ölkə üzrə ümumilikdə 140.000-dək müəllim, o cümlədən ümumi saydan 41 360 nəfəri 2017-ci ildə diaqnostik qiymətləndirmədən keçib. Beləliklə, ölkənin ümumtəhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirməsinə yekun vurulub.

Diaqnostik Qiymətləndirmədən keçən 42 minə yaxın müəllimin əməkhaqqının artırılması nə dərəcədə məqbuldur?

Məlumdur ki, 2014-cu ildən etibarən orta məktəb müəllimlərinin biliklərinin diaqnostik qiymətləndirilməsi aparılır:

“Prezident İlham Əliyevin 2016-cı il yanvarın 1-də imzaldığı Sərəncama əsasən, müəllimlərin dərs yükü 1,5 dəfə, əməkhaqqı isə 2 dəfə artırıldı. Buna qədər müəllimlərin dərs saatı 12 saat idisə, 2016-cı ilin yanvar ayından etibarən isə 18 saata artırıldı. 18 saat dərs dəyən müəllimin əməkhaqqında ciddi dəyişiklik hiss olundu. Xatırladım ki, ilk olaraq müəllimlərin əməkhaqqı artırıldı. Bəlli olduğu kimi, son diaqnostik qiymətləndirmə ötən ilin dekabr ayında keçirildi və 42 min müəllim həmin prosesdə iştirak etdi”.

Lənkəran, Astara, Lerik, Masallı, Daşkəsən, Gədəbəy bölgələrində bir çox müəllimlərin əməkhaqqı 800 manatdan yüksəkdir. Bakı şəhərində çalışan müəllimlərin 45 faizinin isə aylıq məvacibi 500 manatdan üstündür. Amma bunu bütün müəllimlərə şamil etmək olmaz:

“Çünki müəllimlərin əməkhaqqı onların diaqnostik qiymətləndirmədə əldə etdiyi nəticəyə görə müəyyən olunur. İxtisas üzrə minimum 10 faiz nəticə göstərən müəllimlər maksimum 6 saat dərs deyə bilər”.

Qeyd edək ki, Azərbaycanın 4551 ümumtəhsil məktəbində 151 min müəllim çalışır. Bunların 142 mini diaqnostik qiymətləndirmədən keçib. Bu tədris işçiləri cari il yanvarın 1-dən tətbiq olunan artımla əməkhaqqı alacaqlar. Ancaq 142 min müəllimin 45 faizi çox az nəticə göstərib. Bu o deməkdir ki, Azərbaycanda 40 faizə qədər müəllimin əməkhaqqı 100 manat dəyərindədir:

“Qalanları isə diaqnostik qiymətləndirmədə əldə olunan nəticələrlə saatlar müəllimlərə həvalə olunduğuna görə artım buna uyğun həyata keçirələcək. Sadəcə bəzi bölgələrdə müəllim çatışmazlığına görə əksər müəllimlər bir çox fənni tədris edirlər. Nəticədə onlarınm əldə etdiyi aylıq məvacib yüksək olur”.

Müəllimlərin orta əməkhaqqı 200-250 manat civarında dəyişir. Bu da onların sosial problemlərinin həll olunmasında yetərli deyil.

Müəllimlərin sosial problemlərinin həll olunması üçün ilk növbədə onlara dövlət qulluqçusu statusu verilsin:

“Tədris işçiləri kommunal xərclərdən azad olunmalıdırlar ki, aldıqları əməkhaqqı, az olsa belə, onların ehtiyaclarını ödəsin. Etiraf edək ki, əksər müəllimlər son zamanlar ixtisaslarına uyğun nəşr olunan vəsaitlər ala bilmirlər. Bunun səbəbi isə aylıq məvacibin yüksək olmaması ilə bağlıdır.

Amma onlara dövlət qulluqçusu statusu verməklə kommunal və digər ehtiyacları ödənilər. Beləliklə, müəllimlərin əməkhaqqı onların sosial rifahına ciddi təsir göstərər”.

Müəllimlərin diaqnostik qiymətləndirilməsi 2018

2018-ci ilin birinci yarısında ölkədə fəaliyyət göstərən ilk-peşə ixitsas təhsili üzrə müəllim-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsinin davam etdirilməsi nəzərdə tutulur.

Reyting.az saytı Təhsil Nazirliyinə istinadla xəbər verir ki, ötən ilin əvvəllərində ilk peşə-ixtisas təhsili müəssisələri üzrə bütün ümumtəhsil fənn müəllimlərinin diaqnostik qiymətləndirilməsi təşkil edilib və həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb olunub. 2017-ci ilin sonunda isə rasionallaşdırılmış peşə təhsili müəssisələri üzrə Bakı və Gəncə şəhərlərində, Qəbələ rayonunda yaradılmış 14 dövlət peşə təhsil mərkəzinin 300-ə qədər mühəndis-pedaqoji heyətinin diaqnostik qiymətləndirilməsi keçirilib. 51 peşə-ixtisas istiqaməti üzrə tədris etdikləri ixtisaslara müvafiq ali və ya orta ixtisas təhsilli fənn müəllimləri və istehsalat təlimi ustalarının diaqnostik qiymətləndirilmədə iştirakına şərait yaradılıb. Diaqnostik qiymətləndirmənin bu mərhələsində daha çox “Aşpaz”, “Kompüter ustası”, “Avtomobil təmiri çilingəri”, “Dərzi”, “Geyim üzrə dizayner”, “Əl elektrik qaynaqçısı” ixtisasları üzrə mühəndis-pedaqoji heyət iştirak edib, ixtisas və metodika sahəsində sualları cavablandırıb. Nəticələrdən asılı olaraq mühəndis-pedaqoji heyətin bilik və bacarıqlarının ixtisasartırma və yenidənhazırlanma təlimləri vasitəsi ilə əmək bazarının tələblərinə uyğunlaşdırılması nəzərdə tutulur.

Diaqnostik qiymətləndirmənin keçirilməsində məqsəd “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən peşə təhsili müəssisələri üzrə kadr hazırlığı prosesinin müasirləşdirilməsi üçün müəllim-pedaqoji heyətin bilik və bacarıqlarının yoxlanılması, nəticələrdən asılı olaraq onların ixtisasartırma və yenidənhazırlanma təlimləri vasitəsilə əmək bazarının tələblərinə uyğunlaşdırılmasıdır.

Comments are closed, but trackbacks and pingbacks are open.