Press "Enter" to skip to content

Riyaziyyat müəllimləri üçün resurs bazası

İmtahanlar bitdikdən dərhal sonra diaqnostik qiymətləndirilmənin nəticələri açıqlanıb. Müəllimlər Təhsil Nazirliyinin müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə əlaqədar yaradılmış rəsmi saytından (www.dq.edu.az) şəxsi səhifələrinə daxil olaraq, nəticələri ilə tanış ola bilərlər.

Müəllimlərin diaqnostik qiymətləndirilməsinin nəticələri açıqlanıb

Masallı və Cəlilabad rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsinin nəticələri açıqlanıb.

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva – Trend:

Masallı və Cəlilabad rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsinin nəticələri açıqlanıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, diaqnostik qiymətləndirmədə 19 ümumi təhsil fənni üzrə 5000-dən çox müəllim, imtahana dəvət olunmuş müəllimlərin 99,17 faizi iştirak edib.

İmtahanlar bitdikdən dərhal sonra diaqnostik qiymətləndirilmənin nəticələri açıqlanıb. Müəllimlər Təhsil Nazirliyinin müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə əlaqədar yaradılmış rəsmi saytından (www.dq.edu.az) şəxsi səhifələrinə daxil olaraq, nəticələri ilə tanış ola bilərlər.

Qiymətləndirmə zamanı iştirakçılara ixtisas üzrə ümumi təhsil proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə 20 test tapşırığı verilib. Müvafiq qaydalara görə, hər bir düzgün cavab 1 balla qiymətləndirilir. Test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə düzgün cavab vermiş müəllimlər bilik və bacarıqları diaqnostik qiymətləndirilmiş hesab olunurlar.

Diaqnostik qiymətləndirmədə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində əsas iş yeri kimi əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak ediblər.

Qeyd edək ki, diaqnostik qiymətləndirmənin məqsədi müəllimlərin bilik və bacarıq səviyyələrinin müəyyənləşdirilməsi, onların dərs yükü normasını və əməkhaqqını artırmaqla maddi rifahının yaxşılaşdırılması, eləcə də qiymətləndirmənin nəticəsi əsasında inkişafyönümlü təlimlərə cəlb edilməsidir.

Riyaziyyat müəllimləri üçün resurs bazası

Bloqu yaratmaqda məqsəd riyaziyyat müəllimlərinin daim istifadə edəcəyi resurs bazasını yaratmaqdır.

text

Riyaziyyat bütün elmlərin açarıdır. Riyaziyyat sahəsində son yeniliklər, sİniflər üzrə summativ testlər, açıq dərs nümunələri, dərs icmalları, abituriyent hazırlığı ilə bağlı materiallar və s. sayta yerləşdirilir.

Ana səhifə

  • Ana səhifə
  • Fayllar
  • Metodiki tövsiyələr(yeni)
  • Praktik riyaziyyat
  • İş vərəqləri
  • E-RESURSLAR
  • Videolar
  • _İnteraktiv tapşırıqlar
  • Müasir innovasiyalar
  • Faydalı saytlar
  • Peşə fəaliyyətim
  • Təlim üsulları
  • Kurikulum
  • Məntiq
  • Olimpiada sualları
  • Buraxılış imtahanı
  • Riyaziyyatçı alimlər
  • Riyazi-tarix
  • Əlaqə
  • test
  • Geogebra
  • Qrant layihə 2018
  • ONLİNE SINAQLAR

Diaqnostik qiymətləndirmə

Testlər Riyaziyyat_AZ_D.pdf
müəllif: Vüsalə Rüstəmova tarix:15.11.2014

Комментариев нет:

Отправить комментарий

Подписаться на: Сообщения (Atom)

Elektron dərs resursları

  • Təhsil portalı
  • Videodərslər
  • Elektron testlər
  • Elektron dərsliklər

Layihə işi

Şagirdlərdə dərsə maraq yaratmaq müəllimin başlıca vəzifələrindən biridir.

İnteraktiv resurslarla iş

Çevrə və düz xəttin qarşılıqlı vəziyyəti

Qruplarla iş(nümunə)

Arxiv

Google+

Dairəvi diaqramda faizin tapılması(V sinif)

Üçbucağın qurulması(V sinif)

Hava

“Müasir tədris və təlim müəllimdən əyanilik tələb edir”

Palitra qəzetindəki müsahibədən..

Günay Hüseynzadə: “Keçdiyim təlimlərdə iştirak edən müəllimlərin fikirlərinə əsaslanaraq onu deyə bilərəm ki, interaktiv lövhə ondan istifadə edən hər bir müəllimin dərsinin əvəzedilməz köməkçisidir”

Müəllimlərin diaqnostik qiymətləndirilməsi başlayır

Bu gündən Azərbaycanın regionlarındakı müəllimlər üçün ilk diaqnostik qiymətləndirmə imtahanlarının keçirilməsinə başlanır.

Təhsil Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, ilk qiymətləndirmə Xaçmaz rayonunun ümumtəhsil müəssisələrinin müəllimləri üçün keçirilir.

Xaçmaz Olimpiya İdman Kompleksində keçiriləcək diaqnostik qiymətləndirmədə 2300-dən çox müəllimin iştirakı nəzərdə tutulur.

Test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə düzgün cavab vermiş müəllimlər bilik və bacarıqları diaqnostik qiymətləndirilmiş hesab olunurlar.

Xaçmaz müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi sabah da davam edəcək.

Masallı və Cəlilabad rayonlarının ümumi təhsil müəssisələrinin müəllimləri üçün qiymətləndirmənin 4-6 dekabr tarixlərində Masallı rayonunda, İmişli, Saatlı, Sabirabad, Hacıqabul rayonlarının və Şirvan şəhərinin ümumi təhsil müəssisələrinin müəllimləri üçün 9-13 dekabr tarixlərində Şirvan şəhərində, Abşeron, Qubadlı rayonlarının və Sumqayıt şəhərinin ümumi təhsil müəssisələrinin müəllimləri üçün 16-20 dekabr tarixlərində Sumqayıt şəhərində, Gəncə şəhərinin ümumi təhsil müəssisələrinin müəllimləri üçün isə 24-25 dekabr tarixlərində Gəncə şəhərində keçirilməsi nəzərdə tutulub.

Diaqnostik qiymətləndirmədə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinin (ibtidai, ümumi orta və tam orta məktəblər, ümumtəhsil internat məktəbləri və istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylər) və xüsusi tipli ümumi təhsil müəssisələrinin (xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, cəzaçəkmə müəssisələrindəki ümumtəhsil məktəbləri) müəllimləri iştirak edə bilərlər.

Diaqnostik qiymətləndirilmə imtahanları elektron proqram təminatı vasitəsilə keçiriləcək. Bununla da imtahan iştirakçılarının sualları cavablandırarkən seçdikləri cavabları imtahan vaxtı ərzində dəyişmək, imtahanın vaxtını monitorda izləmək, ekrandakı elektron kalkulyatordan istifadə etmək kimi imkanları yaranacaq.

Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanları 90 (hər bir suala orta hesabla 1.5 dəqiqə) dəqiqədən ibarət olur.

Qiymətləndirmə zamanı iştirakçılara ixtisas üzrə ümumi təhsil proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə ümumi olaraq 20 test tapşırığı verilir və hər bir düzgün cavab 1 balla qiymətləndirilir.

Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində keçid balını toplamayan, eləcə də aşağı bal toplayan müəllimlər növbəti diaqnostik qiymətləndirmə imtahanlarında iştirak edə bilərlər.

İki və daha artıq fəndən tədris aparan müəllimlər öz seçimlərinə əsasən yalnız bir fənn üzrə diaqnostik qiymətləndirmədə iştirak edə bilərlər. Müəllimlər bu seçimləri ilə əlaqədar əsaslandırılmış səbəbi müəssisə rəhbərinə bildirməlidirlər.

İki və daha artıq fəndən tədris aparan müəllimlər imtahanda keçid balını topladıqları təqdirdə, əməkhaqqı artımı tədris etdikləri bütün fənlərə şamil ediləcək.

Qeyd edək ki, diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqları yanvarın 1-dən artırılacaq.

Bakı şəhərinin müəllimlərinin diaqnostik qiymətləndirilməsi ötən il keçirilib.

Comments are closed, but trackbacks and pingbacks are open.