Press "Enter" to skip to content

Müllimlrin etik davranış qaydaları

2022-10-18 12:44:00

Facebook

Вы используете браузер, который Facebook не поддерживает. Чтобы все работало, мы перенаправили вас в упрощенную версию.

Смотреть видео

İnsan Resursları Mərkəzi

Müəllimlərin etik davranış qaydaları

· 12 комментариев · 149 репостов

İnsan Resursları Mərkəzi

24 Fevral – Abdulla Şaiqin doğum günüdür

Bu gün münasibətilə müxtəlif məktəblərdə təhsil alan şagirdlər tərəfindən Azərbaycan milli uşaq ədəbiyyatının banisi Abdulla Şaiqin şeirləri anılıb.

Смотреть видео
Комментарии: 1 15 репостов

İnsan Resursları Mərkəzi

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günüdür

Bu gün xalqın maariflənməsi və tərəqqisi yolunda yorulmadan fəaliyyət göstərən, bilikli, intellektual, vətənpərvər gənclərin yetişməsində əvəzsiz rolu olan müəllimlərin günüdür. Əziz müəllimlər! Təhsilin inkişafındakı xidmətlərinizə görə sizə təşəkkür edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq!

Peşə bayramınız mübarək!

Müllimlrin etik davranış qaydaları

2019-12-21 11:39:00

Müəllimin etik davranış prinsipləri: vicdanlılıq, gender bərabərliyi, loyallıq.

Müəllimlərin etik davranış qaydaları təhsilin bütün səviyyələrində peşə fəaliyyəti zamanı təhsilverənlərin ümumi davranışını və təhsil prosesi iştirakçıları ilə qarşılıqlı münasibətlərini tənzimləyən normalar məcmusundan ibarətdir. Bu qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa, digər qanunvericilik aktlarına və “Təhsil prosesi iştirakçılarının etik standartlar modeli”nə uyğun hazırlanıb. Qaydalar müəllimlərin etik davranış prinsiplərini və onlara uyğun tələbləri, təhsil prosesi iştirakçılarının qarşılıqlı münasibətlərinin xüsusiyyətlərini müəyyən edir və onları tənzimləyir və bütün növ təhsil müəssisələrində çalışan müəllimlərə şamil edilir. AzEdu.az müəllimlər üçün etik davranış prinsipləri və onlara uyğun tələbləri təqdim edir: Qanunun aliliyi – müəllim vəzifə funksiyalarının icrası zamanı Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə, insan hüquqlarına və demokratik prinsiplərə əməl etməyə borcludur. Vicdanlılıq – müəllim cəmiyyət və dövlətin maraqları naminə öz peşə fəaliyyətini keyfiyyətlə və səmərəli yerinə yetirməyə borcludur. Müəllim bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. Peşəkarlıq və fərdi məsuliyyət – müəllim öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində peşəkar səviyyədə yerinə yetirməyə borcludur və vəzifə funksiyalarının keyfiyyətlə yerinə yetirilməsinə görə məsuliyyət daşıyır. Müəllim peşəkar fəaliyyəti və şəxsi nümunəsi ilə təhsilalanların, valideynlərin, cəmiyyətin təhsil sisteminə, təhsil müəssisəsinə və təhsil işçilərinə inamını artırmalı və möhkəmləndirməlidir. Loyallıq – müəllim onun peşə vəzifəsinə aid olmadığı hallarda işlədiyi və digər təhsil müəssisələrinin, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Müəllim peşə fəaliyyəti zamanı müəllim adına və nüfuzuna, habelə təhsil müəssisəsinin işgüzar nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir. Mədəni davranış – müəllim təhsilalanlarla, rəhbərlik və həmkarları ilə davranışında nəzakətli, xeyirxah, diqqətli və təmkinli olmalıdır. Müəllim peşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli və onlardan düzgün nəticə çıxarmalıdır. Müəllim səmimi, çalışqan, intizamlı, təşəbbüskar olmalı, xarici görkəminə, geyiminə xüsusi fikir verməli, hər zaman səliqəli olmalıdır. Qərəzsizlik – müəllim peşə vəzifəsini yerinə yetirərkən qərəzsiz olmalı, irqinə, milliyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, dinə münasibətinə, əqidəsinə, ictimai mənsubiyyətinə görə təhsilalanlara və təhsil prosesinin digər iştirakçılarına fərq qoymamalıdır. Müəllim özünün və ya maraqlı şəxslərin mənafelərinin vəzifə funksiyalarının icrası zamanı ona təsir etməsinə yol verməməli və buna şərait yaratmamalıdır. Müəllim öz peşə vəzifəsindən və səlahiyyətlərindən kənar məsələlərə müdaxilə etməməlidir. Müəllim peşə fəaliyyətini yerinə yetirərkən siyasi bitərəfliyə əməl etməyə borcludur. Gender bərabərliyi – müəllim təhsil və tərbiyə prosesində kişi və qadın cinsindən olan təhsilalanların bərabərliyi prinsipinin gözlənilməsinə davamlı olaraq əməl etməlidir. İctimai etimad – müəllim peşə nüfuzunu möhkəmləndirməyə, müəllim adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. Müəllim etik davranış qaydalarını pozduğu halda pozuntunu tez bir zamanda aradan qaldırmalı, ictimai etimadın bərpasına çalışmalıdır. Müəllim işlədiyi təhsil müəssisəsinin fəaliyyəti barədə KİV nümayəndələrinin qanunla müəyyən edilmiş qaydada doğru məlumatlanmasına kömək göstərməlidir. Konfidensiallıq – qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, müəllim peşə vəzifələrinin icrası ilə bağlı təhsilalanların, onların valideynlərinin, habelə həmkarlarının şəxsi həyatı barədə ona məlum olan məlumatların konfidensiallığını təmin etməlidir. Qeyd edək ki, bu qaydalar Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16 may 2014-cü il tarixli, 600 nömrəli əmri ilə təsdiq edilib.

Nəzrin Cavid

Bu bölməyə aid digər xəbərlər

500-dək müəllim sertifikasiya imtahanı barədə məlumatlandırılıb

2023-03-10 10:43:00

Müəllimlərin sertifikasiyası Naxçıvanı da əhatə edəcək? – Rəsmi CAVAB

2023-03-02 14:29:00

Sertifikasiyadan keçməyən müəllimləri nə gözləyir? – Nazirlik CAVAB VERDİ

2023-03-01 14:50:00

Elm və təhsil naziri bu bölgələrdə vətəndaşları qəbul edəcək

2023-02-15 16:48:00

Yerdəyişmə edəcək müəllimlər üçün vacib xəbər – Sayt aktiv ediləcək

2023-01-25 13:39:00

“Nobel qardaşlarının Azərbaycandakı mirası” adlı tədbir keçirilib

2023-01-19 12:26:00

SABAH qruplarına müəllim seçiminin son günü

2023-01-13 13:27:00

Emin Əmrullayev nazirlik yanında agentliklərin funksiyalarına aydınlıq gətirib

2022-12-15 13:36:00

Sertifikasiyanın fənlər üzrə keçirilmə ardıcıllığı necə müəyyən olunmalıdır?- Nələrə diqqət ediləcək?

2022-10-18 12:44:00

Müəllimlərin sertifikasiyasında müsahibə mərhələsi çox asan olacaq-ZƏRURİ TÖVSİYƏLƏR

Metodiki Tövsiyə

Biz Hər zaman sizinləyik! Sualınız var? Dərsi qurmaqda çətinlik çəkirsiniz? İmkan tapıb kurslara gedə bilməmisiniz? İmtahana hazırlaşmaq üçün metodiki vəsaitlərə ehiyacınız var? Narahat olmağa dəyməz! Sullarınızla müraciət edə, bloqumuzdan yararlanaraq, çətinliklərinizi qismən aradan qaldıra bilərsiniz.

  • Əsas Səhifə
  • Bloqdan Istifadə Qaydası
  • Əlaqə

DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

27 Eylül 2015 Pazar

Müəllimlərin etik davranış qaydaları

Paylaşıldı 00:38 by Leyla Bayramova
Azərbaycan Respublikası Təhsil Nazirliyinin
16 may 2014-cü il tarixli,
600 nömrəli əmri ilə təsdiq edilmişdir

MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI
1. Ümumi müddəalar

1.1. Müəllimlərin etik davranış qaydaları (bundan sonra – Qaydalar) təhsilin bütün səviyyələrində peşə fəaliyyəti zamanı təhsilverənlərin ümumi davranışını və təhsil prosesi iştirakcıları ilə qarşılıqlı munasibətlərini tənzimləyən normalar məcmusundan ibarətdir.

1.2. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa, digər qanunvericilik aktlarına və “Təhsil prosesi iştirakcılarının etik standartlar

modeli”nə uyğun hazırlanmışdır.

1.3. Bu Qaydalar müəllimlərin etik davranış prinsiplərini və onlara uyğun tələbləri, təhsil prosesi iştirakcılarının qarşılıqlı munasibətlərinin xüsusiyyətlərini müəyyən edir və onları tənzimləyir.

1.4. Bu Qaydalar bütün növ təhsil muəssisələrində calışan müəllimlərə şamil edilir.

1.5. Bu Qaydaların tətbiqində əsas məqsəd təhsil muəssisələrində sağlam işguzar durumun bərqərar olmasına, vətəndaşların təhsil muəssisəsinə və muəllimə etimadının artırılmasına, təhsil muəssisələrinin idarə olunmasında valideynlərin və cəmiyyətin daha yaxından iştirakının təmin edilməsinə, təhsil muəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasına, təhsil muəssisəsində korrupsiya hallarının və maraqların toqquşmasının

qarşısının alınmasına və müəllim nüfuzunun yüksəldilməsinə nail olmaqdan ibarətdir.
2. Etik davranış prinsipləri və onlara uyğun tələblər

Müəllim peşə fəaliyyətində aşağıdakı etik davranış prinsiplərini gözləməli və müvafiq tələblərə ciddi şəkildə əməl etməlidir.

Qanunun aliliyi – müəllim vəzifə funksiyalarının icrası zamanı Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar cıxdığı beynəlxalq müqavilələrin tələblərinə, insan huquqlarına və demokratik prinsiplərə əməl etməyə borcludur.

Vicdanlılıq – müəllim cəmiyyət və dövlətin maraqları naminə öz peşə fəaliyyətini keyfiyyətlə və səmərəli yerinə yetirməyə borcludur. Müəllim bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır.

Peşəkarlıq və fərdi məsuliyyət – müəllim öz fəaliyyətini Azərbaycan

Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərcivəsində peşəkar səviyyədə yerinə yetirməyə borcludur və vəzifə funksiyalarının keyfiyyətlə yerinə yetirilməsinə görə məsuliyyət daşıyır. Müəllim peşəkar fəaliyyəti və şəxsi nümunəsi ilə təhsilalanların, valideynlərin, cəmiyyətin təhsil sisteminə, təhsil müəssisəsinə və təhsil işcilərinə inamını artırmalı və möhkəmləndirməlidir.

Loyallıq – müəllim onun peşə vəzifəsinə aid olmadığı hallarda işlədiyi və digər təhsil müəssisələrinin, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, cıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir.

Müəllim peşə fəaliyyəti zamanı müəllim adına və nüfuzuna, habelə təhsil müəssisəsinin işguzar nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir.

Mədəni davranış – müəllim təhsilalanlarla, rəhbərlik və həmkarları ilə davranışında nəzakətli, xeyirxah, diqqətli və təmkinli olmalıdır. Müəllim peşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli və onlardan düzgün nəticə cıxarmalıdır. Müəllim səmimi, calışqan, intizamlı, təşəbbuskar olmalı, xarici görkəminə, geyiminə xüsusi fikir verməli, hər zaman səliqəli olmalıdır.

Qərəzsizlik – müəllim peşə vəzifəsini yerinə yetirərkən qərəzsiz olmalı, irqinə, milliyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, dinə münasibətinə, əqidəsinə, ictimai mənsubiyyətinə görə təhsilalanlara və təhsil prosesinin digər iştirakcılarına fərq qoymamalıdır. Müəllim özünün və ya maraqlı şəxslərin mənafelərinin vəzifə funksiyalarının icrası zamanı ona təsir etməsinə yol verməməli və buna şərait yaratmamalıdır. Müəllim öz peşə vəzifəsindən və səlahiyyətlərindən kənar məsələlərə müdaxilə etməməlidir. Müəllim peşə fəaliyyətini yerinə yetirərkən siyasi bitərəfliyə əməl etməyə borcludur.

Gender bərabərliyi – müəllim təhsil və tərbiyə prosesində kişi və qadın cinsindən olan təhsilalanların bərabərliyi prinsipinin gözlənilməsinə davamlı olaraq əməl etməlidir.

İctimai etimad – müəllim peşə nüfuzunu möhkəmləndirməyə, müəllim adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. Müəllim etik davranış qaydalarını pozduğu halda pozuntunu tez bir zamanda aradan qaldırmalı, ictimai etimadın bərpasına calışmalıdır. Müəllim işlədiyi təhsil müəssisəsinin fəaliyyəti barədə KİV nümayəndələrinin qanunla müəyyən edilmiş qaydada doğru məlumatlanmasına kömək göstərməlidir.

Konfidensiallıq – qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, müəllim peşə vəzifələrinin icrası ilə bağlı təhsilalanların, onların valideynlərinin, habelə həmkarlarının şəxsi həyatı barədə ona məlum olan məlumatların konfidensiallığını təmin etməlidir.

3. Müəllim şəxsiyyəti

3.1. Müəllimin peşə fəaliyyəti qanunvericiliklə müəyyən olunmuş vəzifələrinin yerinə yetirilməsi və huquqlarının təmin olunması ilə əlaqədar fəaliyyətdir.

3.2. Müəllim təhsil sahəsində dovlət siyasətinin həyata kecirilməsində iştirak edir, təhsil proqramlarının təhsilalanlar tərəfindən mənimsənilməsini təmin

3.3. Müəllim təhsilalanlarda fəal vətəndaş movqeyi formalaşdırır, onları vətənpərvərlik, azərbaycancılıq və dovlətcilik ruhunda tərbiyə edir, müstəqil həyata və əmək fəaliyyətinə hazırlayır.

3.4. Müəllim əlavə təhsil və ozunutəhsil yolu ilə ixtisasını, elmi-pedaqoji və peşəkarlıq səviyyəsini daim artırır, təhsilin nəticə və gostəriciləri uzrə araşdırma və təhlillər aparır, keyfiyyətin yuksəldilməsi və nailiyyətlərin əldə edilməsi üçün təkliflərlə cıxış edir.

3.5. Müəllim yenilikcidir, innovasiya və yeni tədris texnologiyalarını mənimsəyir və oz təcrubəsində tətbiq edir.

3.6. Müəllim ona həvalə edilmiş işin keyfiyyətinə və nəticələrinə gorə və hər bir təhsilalanın intellektual, emosional, mənəvi inkişafı ucun məsuliyyət daşıyır.

3.7. Müəllim gənc nəslə milli və bəşəri dəyərləri aşılamaqla təhsilalanların mədəni inikişafı prosesində birbaşa iştirak edir.

3.8. Müəllim təhsilalanlara keyfiyyətli təhsil verməklə peşəsinə olan ictimai etimad və horməti doğruldur.

3.9. Müəllim pedaqoji etika və əxlaq normalarına riayət edir, muəllim nufuzunu yüksək tutur, ziyalılıq numunəsi göstərir.

3.10. Müəllim şəxsi numunəsi ilə təhsilalanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, dovlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və umumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf muhitə hormət və qayğı hissi aşılayır.

3.11. Müəllim təhsilalanların şərəf və ləyaqətinə hormətlə yanaşır, əsassız mühakimələrə yol vermir, obyektivlik və qərəzsizlik numayiş etdirir.

3.12. Müəllim peşə fəaliyyəti dovrundə maraqların toqquşmasına yol vermir və vəzifə səlahiyyətlərindən şəxsi maraqları ucun istifadə etmir.

3.13. Müəllim bilərəkdən yalan, təhrif olunmuş, yaxud öz şəxsi marağı naminə həmkarının vəziyyətini pisləşdirən və ya yaxşılaşdıran məlumat verilməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.

3.14. Müəllim təhsil muəssisəsinin əmlakından səliqəli və səmərəli istifadə edir, onu qoruyur. Müəllim təhsil muəssisəsinə məxsus əmlakdan (sinif otağı, tədris resursları, telefon, kompyuter, mebel və s.) şəxsi maraqları üçün istifadə etmir.

3.15. Müəllim icra və əmək intizamına riayət edir, iş vaxtında kənar işlərlə məşğul olmur, üzürsüz səbəbdən işdən yayınmır.

Comments are closed, but trackbacks and pingbacks are open.