Press "Enter" to skip to content

Müəllimlərin İŞƏ Qəbulu və Yerdəyişmə Qaydaları ƏMR № 165

Məktəblərin istilik təminatı – nazirliyə 1,7 min müraciət daxil olub

Müəllimlərin resurs mərkəzi

2022-02-16 11:29:00

Müəllimlərin yerdəyişməsi BU TARİXDƏN aparılacaq

“Bu il müəllimlərin yerdəyişməsinə iyun ayından başlanılması nəzərdə tutulur”. AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov online brifinqdə deyib. Şöbə müdiri bəzi müəllimlərə vakansiya mərhələsində öncəlik veriləcəyini açıqlayıb: “İlk olaraq daimi əsaslarla işləyənlərə və şəhid ailəsi üzvlərinə vakansiya mərhələsində öncəlik veriləcək. Növbəti mərhələdə digər kateqoriyada olan namizədlər iştirak edə biləcəklər. Bakı, Sumqayıt və Abşeron üzrə müəllimlərin yerdəyişməsi MİQ vasitəsilə, digər bölgələrdə isə açıq şəkildə olacaq”. O, qeyd edib ki, həvəsləndirmə tədbirləri tətbiq olunan müəllimlərin fəaliyyəti hər zaman diqqət mərkəzində olur: “Onlar arasında da 3 il müddətində fasiləsiz işləyən müəllimlərin nəticələri yerdəyişmə zamanı 1.05, 5 ildən çox işləyən müəllimlərin balı isə 1,1 əmsalına görə hesablanacaq”.

Şükufə Süleymanlı

Bu bölməyə aid digər xəbərlər

Emin Əmrullayevdən Novruz paylaşımı

2023-03-20 11:47:38

Nazirlik deputatı təkzib etdi

2023-03-17 20:16:02

Daha 10 məktəbin inkişaf planı hazırlanır

2023-03-17 16:41:58

Peşə məktəblərində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək – FƏRMAN

2023-03-17 15:32:38

Məktəblərin istilik təminatı – nazirliyə 1,7 min müraciət daxil olub

2023-03-17 13:36:01

Beynəlxalq Kimya Olimpiadasına seçmə imtahanı təşkil olunub

2023-03-16 17:54:00

Nazirlik 5 universiteti təltif etdi – SİYAHI

2023-03-16 17:42:58

Pilot məktəblərin direktor müavinlərinə təlim keçilir

2023-03-16 15:41:19

Xaricdə doktorantura təhsilinə sənəd qəbulu davam edir

2023-03-16 14:12:00

Beynəlxalq Riyaziyyat Müsabiqəsinə qeydiyyat başlandı

Müəllimlərin İŞƏ Qəbulu və Yerdəyişmə Qaydaları ƏMR № 165

Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi

QAYDALARI
1. Ümumi müddəalar

1.1.“Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları” (bundan sonra – Qaydalar) “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 16.01.2015-ci il tarixli 994 nömrəli Sərəncamına, “Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və

bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması haqqında” Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.10.2015-ci il tarixli 994 nömrəli əmri ilə təsdiq edilmiş qaydalara, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” 14.04.2010-cu il tarixli 67 nömrəli, “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” 24.11.2010-cu il tarixli 215 nömrəli, “Mərkəzi

icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 24.11.2011-ci il tarixli 191 nömrəli qərarlarına, Təhsil Nazirliyinin “Təhsil, təlim – tərbiyə müəssisələrinin rəhbər, inzibati – təsərrüfat, tədris – köməkçi və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında” 26.01.1999-cu il tarixli 59 nömrəli əmrinə uyğun olaraq hazırlanmışdır.

1.2.Bu Qaydalar Təhsil Nazirliyi (bundan sonra – Nazirlik) sisteminə daxil olan ümumi təhsil müəssisələrində (ibtidai, ümumi orta və tam orta məktəblərində, ümumtəhsil internat məktəblərində və istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylərdə) və peşə liseylərində (bundan sonra – müəssisə) müəllimlərə tələbatın müəyyənləşdirilməsini, pedaqoji işçilərin işə qəbulunu və yerdəyişməsini tənzimləyir, bu sahədə təhsili idarəetmə orqanlarının, müəssisə rəhbərlərinin səlahiyyət və vəzifələrini müəyyən edir.

1.3.Məhkəmənin qərarına əsasən, yaxud sağlamlığı ilə əlaqədar pedaqoji fəaliyyət göstərməsi qadağan olunan şəxslər pedaqoji işdə çalışa bilməzlər. Həmin kateqoriyadan olan şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqəyə buraxılmırlar.

1.4.İnzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar işdən kənarlaşdırılmış müəllimlərin pedaqoji işə qaytarılması məsələsinə mövcud qanunvericilik və bu Qaydalar əsasında baxılır.

2. Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

2.1.Müəssisələrdə işləyən müəllimlər arasında dərs bölgüsü “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 16.01.2015-ci il tarixli 994 nömrəli Sərəncamına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” 24.11.2010-cu il tarixli 215 nömrəli qərarına və “Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin

aparılması haqqında” Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.10.2015-ci il tarixli 994 nömrəli əmri ilə təsdiq edilmiş qaydalara uyğun aparılmaqla vakant yerlər müəssisə rəhbərliyi tərəfindən müəyyənləşdirilir.

2.2.Dərs bölgüsü aparılarkən müəssisədə işləyən müəllim üçün həftəlik dərs yükü 18 saat (bu zaman həftəlik dərs yükü 36 saatdan çox olmamalıdır) müəyyənləşdirilir. Vakant dərs yükü 18 saatdan az olarsa, həmin saatlar ilk növbədə müəssisənin ixtisaslı müəllimləri arasında, müəyyənləşdirilmiş yuxarı hədd gözlənilməklə bölüşdürülür. Müəssisədə hər hansı ixtisasdan kadr olmadıqda, həmin ixtisas üzrə tədris planına əsasən müəyyənləşdirilmiş həftəlik dərs yükü 18 saatadək olduğu halda digər müəssisələrdən əvəzçiliklə və ya saathesabı qaydasında müəllim dəvət olunması məsələsinə baxılır, bu mümkün olmadıqda

həmin dərs saatları vakant hesab olunur və müsabiqəyə çıxarılması üçün təqdim edilir.

2.3.Çalışmanın yaş həddinə çatmış işçilərlə əmək müqaviləsinin müddəti Azərbaycan Respublikasının Əmək Məcələsinin 10-1-ci maddəsi və Nazirliyin 15.07.2011-ci il tarixli 1404 nömrəli əmri ilə müəyyənləşdirilmiş tələblər və meyarlar (son 1 ildə haqqında intizam tənbehi tədbirlərinin tətbiq edilməməsi, elmi dərəcə və ya elmi adının olması, dövlət təltifi ilə təltif edilməsi,attesta-siyadan 2 dəfə müvəffəqiyyətlə keçməsi, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olması, müəssisədə ixtisaslı kadr olmadıqda və ya işçini başqa işçi ilə əvəz etmək mümkün olmadıqda, səhhəti vəzifəsinin icrasına imkan verdiyi halda, işlədiyi kollektivdə və

cəmiyyətdə nüfuza malik olması)və həmin fəndən ixtisaslı müəllimlərin orta dərs yükü 18 saatdan aşağı olmaması şərti gözlənil-məklə tabelik üzrə təhsili idarəetmə orqanının razılığı əsasında müəssisə rəhbəri tərəfindən hər dəfə cari tədris ilinin sonuna kimi uzadıla bilər.Yuxarıda qeyd edilən meyarlar çərçivəsində çalışma müddətinin 5 ildən çox uzadılmasına yol

2.4.Çalışmanın yaş həddinə çatmış işçilərlə əmək müqaviləsinin 5 ildən artıq müddətə uzadılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2011-ci il tarixli 180 nömrəli Qərarı ilə müəyyənləşdirilmiş meyarlar (Azərbaycan Respublikasının orden və medalları ilə təltif edilməsi, Azərbaycan Respublikasının fəxri adlarına layiq görülməsi, işlədiyi sahə üzrə elmi dərəcəsinin və ya elmi adının olması, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və ya müxbir üzvü olması, Dövlət mükafatı laureatı olması, 1991-ci il oktyabrın 18-dək orden və medallarla təltif edilməsi) gözlənilməklə tabelik üzrə təhsili idarəetmə orqanının razılığı əsasında müəssisə rəhbəri tərəfindən hər dəfə cari tədris ilinin sonuna kimi uzadıla bilər.

2.5.Sosial məzuniyyətdə olan müəllimlərə hər dərs ilinin əvvəlində tarifləşmə cədvəlində həftəlik dərs yükü ayrılır və əmrləşdirilir. Sosial məzuniyyətdə olan müəllimin dərs yükü müəssisədə çalışan müəllimlər arasında bölüşdürülməsi mümkün olmadığı halda, həmin müəssisəyə müddətli əmək müqaviləsi ilə işə götürülən işçiyə verilir və tarifləşmə cədvəlində qeyd edilir. Müddətli əmək müqaviləsi bağlanmış işçi ilə əmək müqaviləsi hər tədris ilinin sonunda və ya sosial məzuniyyətdə olan müəllim işə qayıtdığı gündən ləğv edilir.

2.6.Zəruri ehtiyac olduqda təhsil müəssisələrinin təqdimatına əsasən ibtidai siniflərdə müəllimlərin iki sinif komplektində dərs aparmasına tabelik üzrə təhsili idarəetmə orqanının razılığı ilə yol verilir.

2.7.İbtidai siniflərdə fiziki tərbiyə, musiqi, texnologiya və təsviri incəsənət dərsləri ibtidai sinif müəllimlərinin özləri tərəfindən tədris edilir. İbtidai sinif müəllimlərinin yazılı razılığı əsasında həmin dərslərin ixtisas müəllimləri tərəfindən tədrisinə icazə verilir. İbtidai siniflərdə xarici dil və informatika fənləri ixtisaslı kadrlar tərəfindən tədris edilir. Kadr olmadığı halda,informatika fənni ibtidai sinif müəllimi tərəfindən tədris oluna bilər.

2.8.Müəllimlərin yeni tədris ili üçün dərs yükü müəssisə rəhbəri tərəfindən müəllimlər əmək məzuniyyətinə çıxanadək müəyyənləşdirilir və onlara bu barədə məlumat verilir.Müəllimlərin dərs yükü tədris ili ərzində, bir qayda olaraq, sabit saxlanılır.

3. Müəllimlərin yerdəyişməsi

3.1.Müəssisələrdə müddətsiz müqavilə ilə işləyən müəllimlərin bir rayondan (şəhərdən)başqa rayona (şəhərə) yerdəyişməsi Nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqənin keçirilmə vaxtı hər il Nazirlik tərəfindən müəyyənləşdirilərək elan edilir.

3.2.Müəssisələrdə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni rayon(şəhər) daxilində dəyişdirilməsi hər iki müəssisə rəhbərinin rəyi əsasında tabelik üzrə təhsili idarəetmə orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

3.3.Müəssisələrdə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin Nazirliyin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinə dəyişdirilməsi müəssisə rəhbərinin təqdimatı əsasında Nazirlik tərəfindən müsahibə yolu ilə həyata keçirilir.

3.4.İlk peşə, orta ixtisas və ali təhsil müəssisələrindən, digər dövlət qurumlarının tabeliyindəki və özəl təhsil müəssisələrindən müəllimlərin iş yerinin Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə və peşə liseylərinə dəyişdirilməsi Nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir.

3.5.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.04.2010-cu il tarixli 67 nömrəli Qərarı ilə tənzimlənən həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu müəssisədə işləyən gənc mütəxəssislərin nəzərdə tutulmuş müddət başa çatanadək iş yerinin dəyişdirilməsinə icazə verilmir. Xüsusi hallarda məsələyə təsdiqedici sənədlərin surəti təqdim olunmaqla fərdi qaydada Nazirlik tərəfindən baxılır. Həvəsləndirmə tədbirləri şamil olunan müəllimlərin iş yeri öz istəyi əsasında dəyişdirildikdə, onlara əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin tətbiqi dayandırılır.

3.6.Müəssisələrdə müddətsiz müqavilə ilə işləyən hərbi qulluqçuların arvadlarının(ərlərinin) iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi məsələsinə müvafiq vakansiya olduğu təqdirdə təsdiqedici sənədlər təqdim edilməklə Təhsil Nazirliyi tərəfindən müsahibə yolu ilə həyata keçirilir.

4. Müəllimlərin işə qəbulu

4.1.Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə, xüsusi tipli ümumi təhsil müəssisələrinə (xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, cəzaçəkmə müəssisələrindəki ümumtəhsil məktəblərinə) və peşə

liseylərinə müddətsiz müqavilə ilə ixtisaslı müəllim kadrlarının işə qəbulu Nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqənin keçirilmə vaxtı hər il Nazirlik tərəfindən müəyyənləşdirilərək elan edilir.

4.2.Ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsilini başa vurmamış, həmçinin qeyri-pedaqoji təhsilli və xaricdə təhsil alaraq təhsil sənədi Nazirlik tərəfindən tanınmamış şəxslərin müəssisələrə müəllim vəzifəsinə işə qəbuluna icazə verilmir.

4.3.Ümumtəhsil məktəblərinin tədris planında “İctimai fənlər” bölməsində nəzərdə tutulan fənlərin tədris edilməsi üçün xarici ölkələrdə təhsil almış müəllimlərin saathesabı,əvəzçilik qaydasında və ya müddətli əmək müqaviləsi ilə işə qəbulu qadağandır.

4.4.Müəllimlərin yalnız fakultativ, fərdi və qrup, dərsdənkənar məşğələlər, eləcə də dərnək məşğələləri üçün ayrılmış saatlara işə qəbuluna icazə verilmir.

4.5.Müsabiqə yolu ilə işə qəbul olunan müəllimlər yalnız müsabiqədən keçdiyi ixtisas üzrə dərs apara bilərlər. Müəssisələrə işə qəbul olunan müəllimlərin ikinci ixtisas üzrə dərs aparmaları üçün onların həmin ixtisasdan da mərkəzləşdirilmiş müsabiqədə iştirak etməsi

tələb olunur.
4.6.Müddətli müqavilə ilə (sosial məzuniyyət yerinə, əvəzçilik və saathesabı
qaydasında) müəllimlərin işə qəbulu tabelik üzrə təhsili idarəetmə orqanının razılığı ilə
müəssisə rəhbəri tərəfindən həyata keçirilir. İşə qəbul zamanı üstünlük mərkəzləşdirilmiş
müsabiqədən keçid balı toplayan namizədlərə verilir.
4.7.Müəssisələrdə digər kadrların (müəllim köməkçiləri, tərbiyəçilər, defektоlоqlar,
lоqоpedlər, istehsalat təlimi ustaları, praktik psiхоlоqlar, sоsiоlоq-pedaqоqlar, məktəb uşaq

birliyi təşkilatı rəhbərləri, mühəndis-teхniki, tədris-köməkçi işçilər, laborantlar, kitabxana müdiri

Comments are closed, but trackbacks and pingbacks are open.