İşgüzar danışıqlar
· Hər bir qrammatika mövzusunu avtomatik istifadə səviyyəsinə çatdırın. Qrammatikanı öyrənərkən, dərhal həmin mövzuda cümlə hazırlayın və çalışın bunu artıq düşünmədən etməyi öyrənəsiniz.
İNGİLİS DİLİNİN MÜASİR HƏYATIMIZDA ROLU
Tarixə baxdığımızda, dil qədim zamanlarda toplu yaşayan insanların birbirinə söz demək ehtiyacından, birbiri ilə ünsiyyət saxlamaq zərurətindən ortaya çıxmışdır. Deməli, dil insanlar arasında ünsiyyət vasitəsidir. Dil ünsiyyət vasitəsi ilə yalnız müəyyən şəraitdə insan cəmiyyətində yaranır və fəaliyyət göstərir. Buna görə də dil ictimai hadisə sayılır. Dilin varlığı üçün bəşər cəmiyyətinin var olması mühüm şərtdir. Insan cəmiyyəti olmayan yerdə dil mövcud ola bilməz.
Birdən çox dil bilmək dünyaya birdən çox pəncərədən baxmaq deməkdir.
Hələ Lyüdviq Vitqenşteyn yazırdı ki, “insanın dünyası onun dili kimidir”. Dil, bizim dünyaya baxışımızı və onu necə dərk etdiyimizi müəyyənləşdirir. Bu gün elmdə aktiv şəkildə müzakirə edilən Sepirin “Uorfa” fərziyyəsinə (linqvistik nisbilik fərziyyəsi) görə dil düşüncə və idrak prosesinə təsir göstərir. Buna görə də bir insan birdən çox dil bildiyində onun üçün dünyaya açılan pəncərə də birdən çox olur. Bu isə müqayisə edilməyəcək qədər zəngin bir həyat deməkdir.
Bu gün ingilis dilinə öyrənmək bir sıra səbəblərə görə zəruri əhəmiyyət kəsb edir:
Birincisi, ingilis dili “beynəlxalq ortaq dil” statusunu qazanmış ilk dildir, yəni başqa dillərdə danışan insanlar arasında ortaq ünsiyyət vasitəsidir. İngilis dili müasir dünyada ən çox danışılan dillərdən biridir. Müasir dövrümüzdə ingilis dili siyasi danışıqlar və biznes dilinə çevrilib. Əsas elmi və tibbi araşdırmarlar da ingilis dilində aparılır. Beynəlxalq razılaşmalara əsasən, təyyarələrdə işləyən bələdçilər ingilis dilini bilməlidir. Yer kürəsinin ən güclü dövləti ABŞ başda olmaqla, Avstraliya, Böyük Britaniya, CAR, Yeni Zelandiya, İrlandiya və Sinqapur kimi inkişaf etmiş ölkələrin dövlət dilidir. İngiliscə 400 milyon insanın ana dili, bir milyard 400 milyon insanın isə ikinci dilidir. 53 ölkənin və BMT də daxil olmaqla əksər beynəlxalq təşkilatların əsas rəsmi dillərindən biri, İngilis Millətlər Birliyinin rəsmi dilidir. Bu dil Okeaniyadan Avropaya, Afrikadan Amerikaya qədər dünyanın hər tərəfində əsas ünsiyyət vasitəsidir.
Müxtəlif dillərin danışıldığı ölkələrdə insanların bir-biri ilə ünsiyyətini təmin etmək üçün çox vaxt ingilis dili rəsmi dövlət dili kimi çıxış edir. Hindistan buna yaxşı misaldır. İngilis dili 24 müxtəlif dilin hər birlində bir milyondan artıq insanın danışdığı bu ölkədə hamı üçün ümumi dildir.
İkincisi , İngilis dili hal-hazırda dünyada diplomatiya, kommersiya, dənizçilik, elmi-texniki və kütləvi informasiya dili rolunu oynayır.
Üçüncüsü , iki, üç və daha çox dil bilmək dünyagörüşünün formalaşmasına müsbət mənada təsir edir, hadisələrə daha geniş prizmadan baxmağa kömək edir. Volterin sözü ilə desək, çox dil bilmək bir qalanın bir neçə qapısının açarına sahib olmaqdır. Bir fərd nə qədər savadlı olsa da, əcnəbi dil bilmədən biliyini dar çərçivədən çıxarıb daha da təkmilləşdirməsi, dünya təcrübəsindən faydalanması, elmi mübadilə aparması mümkün deyildir.
Dördüncüsü , İngilis dilini bilmək iş tapmaqda başlıca rol oynayır. Belə ki, bu gün yerli və xarici şirkətlər ingilis dilini səlis bilən mütəxəssislərə üstünlük verir.
Beşincisi , ingilis dilini bilmək vaxta və xərclərə qənaət etmək deməkdir. Tərcüməçiyə müraciət etmədən informasiyanı alır, analiz edir, ötürür, bir sözlə, öz işimizi özümüz görürük.
Altıncısı , bu gün nəşr olunan və son iki əsrdə nəşr olunmuş ədəbiyyatın və kütləvi mətbuatın böyük qismi, internet resurslarının 80%-i ingilis dilindədir. Yəni istər elmi biliklərin öyrənilməsində, istər diplomatik münasibətlərin, istər ticari, iqtisadi əlaqələrin qurulmasında, istər xarici ölkələrə səfərlərdə dünyanın hansı ucqar nöqtəsi olur-olsun, ingilis dili əvəzedilməz funksiya ifa edir.
“Bəs ingilis dilini necə öyrənə bilərəm?” sualını özünüzə verirsinizsə bu zaman bəzi təməl nüanslara riayət etməniz bu suala cavab verməkdə Sizə köməklik göstərə bilər.
Müasir dövrümüzdə ingilis dilinin tədrisində bir çox effektiv metodlardan istifdə olunur. Bu metodlar dilin öyrənilməsində uğur qazanılmasında çox böyük rol oynayır
Xarici dil öyrənərkən özümüz-özümüzə mane ola bilirik. Amma, əslində bunların öhdəsindən gəlmək o qədər də çətin deyil. Etməli olduğunuz şey başlamaq, davam etmək və tərk etməməkdir.İngilis dilini öyrənərkən bəzi təməl qaydalara riayət etsək bu dili həm özümüz üçün maraqlı hala gətirə bilərik, həm də daha asan öyrənə bilərik. Bəs bu təməl qaydalar hansılardır ?
1. Öz biliklərimizi təcrübədə istifadə edirik.
Bir çox insanın əsas problemi odur ki, onlar qrammatika qaydalarını və sözləri bilirlər, ancaq danışıqda istifadə edə bilmirlər. Bu niyə baş verir?
İstənilən dilin öyrənilməsi 2 hissədən ibarətdir: nəzəri hissədən və praktiki hissədən. Əgər siz nəzəriyyəni öyrənirsizsə və öyrəndiklərinizi təcrübədə istifadə etmirsinizsə, onda öyrəndiklərinizi real danışıqda istifadə edə bilməyəcəksiniz və tez bir zamanda unudacaqsınız. Buna görədə öyrəndiklərinizi təcrübədə istifadə etməyə məcbursuz. Bunu daha yaxşı olar ki bir neçə addımla edəsiniz.
· Yeni öyrəndiyiniz istənilən mövzunun (qrammatika, oxu, qulaq asma və s.) bütün bilmədiyiniz sözlərini dəftərdə qeyd edin və həmin sözləri dərhal öyrənin.
· Yeni öyrəndiyiniz istənilən mövzu (qrammatika, oxu, qulaq asma və s.) haqqında 5-10 cümlə fikirləşin və dəftərdə qeyd edin.
2. Söz ehtiyatımızı artırırıq.
Öz fikirlərimizi sərbəst ifadə etmək üçün, bizə təkcə cümlələr qurmaq deyil, həmçinin həmin cümlələrdə istifadə olunacaq sözləri bilmək lazımdır. Nə qədər söz biliyiniz geniş olsa, bir o qədərdə sərbəst şəkildə öz fikirlərinizi ifadə edə biləcəksiniz.
Niyə siz yeni sözlər öyrənirsiz, ancaq söz bazanız artmır? Çünki söz bazası iki yerə bölünür: aktiv və passiv. Aktiv bazaya gündəlik həyatda istifadə olunan sözlər daxildir. Passiv bazaya isə bildiyimiz, ancaq gündəlik həyatda istifadə etmədiyimiz sözlər. Bu növ sözləri biz adətən unuduruq və ya lazımi anda xatırlaya bilmirik.
Sözləri effektiv yadda saxlamaq və danışıqda istifadə etmək üçün, onları düzgün öyrənmək lazımdır. Yeni öyrəndiyiniz sözü dərhal istifadə edin və həmin sözlə 5-10 cümlə hazırlayın.
Söz bazanızı artırmaq üçün:
· Sözləri ayrı-ayrı mövzulara bölün və siyahı şəklində öyrənin. Məsələn: iş, səyahət, ailə, heyvanlar və s.
Öyrəndiyiniz mövzulardan öz həyatınızdan səhnəcik düzəldin və ya həmin mövzunu istifadə edərək ingilis dilində bilən dostlarınıza öz həyat təcrübənizdən danışın. Məsələn: səyahət mövzusunda sözləri öyrəndikdən sonra, sonuncu səyahətiniz barədə öyrəndiyiniz sözləri istifadə edərək danışın.
· Ilk öncə gündəlik həyatınızda i stifadə edəcəyiniz sözləri öyrənin. Əgər sizin astronomiya ilə heç bir əlaqəniz yoxdursa, onda bu mövzuda sözlərə başlanğıcda üstünlük vermək öyrənmək faydasız olacaq. Bu sözləri heç bir yerdə istifadə edə bilməyəcəksiniz və tez bir zamanda unudacaqsınız. Sözləri düzgün qaydada və siyahılarla öyrənərək, siz qısa zamanda öz söz ehtiyatınızı artıracaqsınız.
3. İngilis dilinində nitqi anlama qabiliyyətimizi inkişaf etdiririk.
İngilis dilində nitqi anlamaq qabiliyyəti bizim söz və qrammatika biliyimizdən asılıdır. Ancaq ki söz və qrammatika biliyimiz hələ tam mənada nitqi anlama mənasına gəlmir. Bu ona görə baş verir ki biz ayrı-ayrılıqda sözləri eşidib başa düşürük, ancaq cümlədə sözləri ayırıb və mənalarını başa düşə bilmirik.
Bunu ancaq daimi praktika ilə düzəldə bilərik. Nə qədər çox qulaq assaz, bir o qədərdə daha yaxşı nitqi başa düşəcəksiniz. Yaxşı olar ki sadə videolardan və cizgi filmlərindən başlayasınız. Tövsiyə: əgər siz ancaq anlama qabiliyyətini deyil, həmçinin öz nitqinizidə inkişaf etdirmək istəyirsinizsə onda eşitdiyiniz ifadələri yenidən söyləyin və diktofona yazın, sonra isə qulaq asın və analiz edin.
4. Öyrəndiyimiz dildə fikirləşməyi öyrənirik.
Daimi olaraq fikrən cümlələri azərbaycan dilindən ingilis dilinə tərcümə etmək – çox pis vərdişdir. Sadəcə fikirləşin, buna nə qədər vaxt gedir. Sizə azərbaycan dilində bir şey söyləməyi fikirləşmək lazımdır, sonra bu cümləni ingilis dilində necə deməyi fikirləşmək lazımdır, lazımi sözləri yada salmaq lazımdır və s. Çox çətindir, elə deyil mi? Buna görədə sizə ingilis dilində fikirləşməyi məsləhət görürəm.
Bunun üçün sizə nə lazımdır?
· Azərbaycan dilindəki sözləri ağlınızda ingilis sözləri ilə əvəz etmək. Hər bir sözü məşq edin, o vaxta kimi o sizin ağlınızda avtomatik olaraq əmələ gələcək.
· Hər bir qrammatika mövzusunu avtomatik istifadə səviyyəsinə çatdırın. Qrammatikanı öyrənərkən, dərhal həmin mövzuda cümlə hazırlayın və çalışın bunu artıq düşünmədən etməyi öyrənəsiniz.
· Öz ağlınızda mümkün qədər çox cümlə fikirləşin. Bunu necəetmək olar? Hər gün yolda gördüyünüz hadisələri özünüzə ingiliscə danışın. Ətrafınızda gördüyünüz insanların görünüşü haqqında özünüzə danışın. Əgər hər hansı bir sözü unutmusunuzsa, onda həmin sözü başqa sözlə əvəzləməyə çalışın.
Yeni bir dil öyrənmək heç zaman gec deyil əgər qarşınızda bir məqsəd varsa və qeyd etdiyim sadə qaydalara riayət etsəniz mütləq öz istədiyinizə nail ola bilərsiniz.
İşgüzar danışıqlar
Bir insanın mədəniyyəti, ilk növbədə, düşüncələrini sözlü və yazılı formada düzgün ifadə etmək qabiliyyəti ilə müəyyən edilir. İşgüzar ünsiyyət yalnız ümumi mədəniyyətə deyil, həm də işgüzar qaydalara hörmət tələb edir.
İşgüzar nitqin xüsusiyyətləri və səmərəliliyi
Bir iş çıxışının xüsusiyyətləri aşağıdakılardır:
İşgüzar danışıq və işgüzar söhbət sözlərin düzgün seçilməsi, qrammatik və sintaktik konstruksiyalar, kommunikasiya mədəniyyətinin qaydalarına riayət edilməsi, standart söz formalarının və mətn konstruksiyalarının istifadəsi ilə təsirli olacaqdır. Biznes üslubunda stilistik cəhətdən neytral şifahi vasitə, işəgötürən və iş sözləri, düşüncələrin dəqiq təqdimatı ilə ümumi kompleks cümlələr daxildir.
Bir iş çıxışında, emosional rəngli sözlər minimum səviyyədə saxlanmalı, danışma jarqonu və danışıqlar istisna olunmalıdır. Nadir hallarda, bu üsullar tamaşaçı qarşısında çıxış zamanı ifadə mənbəyini əldə etmək üçün istifadə edilə bilər.
Şifahi danışma mədəniyyəti, iş ortağı, kiçik bir qrup, bir tamaşaçı ilə kişilərarası ünsiyyət yollarının saxlanılmasını nəzərdə tutur. Telefonda işgüzar söhbət həmçinin müəyyən ünsiyyət normalarına riayət etməyi nəzərdə tutur. Belə normalar aşağıdakılardır:
- Tanışma və özünü tanıma qaydaları;
- müalicə formasının bilikləri;
- qulaq asmaq qabiliyyəti;
- söhbətin məqsədini qısaca formulaşdırmaq qabiliyyəti;
- söhbətə son vermək imkanı.
İşgüzar danışıqların inkişafı üç yolla baş verə bilər:
- biznes danışıqları prosesində biliklərin tədricən artırılması və kommunikasiya bacarıqlarının öyrədilməsi metodu;
- işgüzar qaydaların qaydalarını əks etdirən xüsusi ədəbiyyatı öyrənmək metodu;
- İşgüzar ünsiyyət bacarıqları inkişaf etdirilən xüsusi təlimlərə başlama metodu.
İşgüzar danışıqların inkişaf etdirilməsinin ən yaxşı yolu qısa müddətdə işgüzar ünsiyyət qaydalarına sahib olmağa imkan verən təlimlərdir.
Xankəndi
Milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifəsindən azad edilməsinə səbəblərdən biri kimi onun yüksək çinli məmurların telefon danışıqlarını dinləməsi söylənilir. Bəs telefon danışıqlarını MTN-dən başqa kimlər dinləyə bilər?
AzVision.az xəbər verir ki, məsələ ilə bağlı musavat.com-a danışan “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz bildirib ki, son zamanlar artıq telefon danışıqlarının dinlənilməsi Milli Təhlükəsizlik Nazirliyindən başqa Daxili İşlər Nazirliyinə və digər orqanlara da tapşırılıb: “Bu proses “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunla tənzimlənir. Qanunda səlahiyyət bölgüsü var. Qanuna görə, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsinə müvəkkil edilməmiş fiziki və hüquqi şəxslər tərəfindən işlənilməsi, istehsalı, satışı, alınması, ölkəyə gətirilməsi və ölkədən çıxarılması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada lisenziyalaşdırılmalıdır. Artıq qanunvericilik imkan verir ki, qanuna uyğun olaraq, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi istənilən vaxt dinləmələr aparıb, informasiya əldə edə bilsinlər. Dünyada da bu proses mövcuddur. Əvvəllər bu primitiv qaydada həyata keçirilirdi. İndi qanunvericilik tələb edir ki, sistem öncədən elə qurulmalıdır ki, müvafiq qurumlar istədikləri zaman müdaxilə edib, axtarış, dinləmə həyata keçirə bilsinlər. Bu o deməkdir ki, mobil operator öz sistemini qurub, lisenziya aldığı zaman artıq onlardan bu məqam tələb olunur ki, elə sistem qurmalıdırlar, dinləmə üçün şərait olsun. Bunu artıq yuxarıda qeyd etdiyim qanunun maddələri tələb edir”.
Bəs “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunun maddələrində nə yazılıb? Qanunun 10-cu maddəsinin dördüncü bəndində deyilir:
– IV. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan:
1) şəxsiyyət əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün telefon danışıqlarına qulaq asa, poçt, teleqraf və digər göndərişlərini yoxlaya, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxara, habelə insanları güdə bilərlər; Qanunun 1-cü maddəsinin ikinci bəndində deyilir: Telefon və digər danışıqlara qulaq asılması və onların yazılması, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması, poçt-teleqraf göndərişlərinin yoxlanılması və mənzillərə baxış keçirilməsi ilə əlaqədar tətbiq edilən əməliyyat-axtarış tədbirlərində əməliyyat-axtarış fəaliyyəti subyektlərinin müvəkkil edilmiş şəxslərində həmin tədbirlərin tətbiqinə dair qərar və özlərinin xidməti vəsiqələri olmalıdır. – See more
Sizə teleqram var Vaxtında, Aydın, Lazımlı!
Comments are closed, but trackbacks and pingbacks are open.