Müqavil forması
Nəzərə alaraq ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 19.8-1-ci və həmin Qanunun 2 nömrəli əlavəsinin 4-1-ci maddələrinə əsasən Lisenziyanın verildiyi tarixdən 30 (otuz) gün müddətində lisenziya sahibi ilə lisenziya verən orqan arasında lisenziya müqaviləsi bağlanılır.
Müqavil forması
AZƏRBAYCAN RESPUBLİKASI
NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİNİN
KOLLEGİYASININ QƏRARI
№ KQ-6/20
Bakı şəhəri 07 sentyabr 2020-ci il
“Lisenziya müqaviləsinin forması və bağlanılma Qaydası”nın təsdiq edilməsi barədə
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 541-VQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 aprel tarixli 1318 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 2.0.6, 3.0.37, 5.11.1 və 5.11.2-ci yarımbəndlərini rəhbər tutaraq, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyası [1]
qərara alır:
1. Sellülar (mobil) rabitə xidmətləri (texnoloji standartın adı göstərilməklə) fəaliyyət növü üzrə “Lisenziya müqaviləsinin forması və bağlanılma Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq şöbəsinə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
3. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri
Ramin Quluzad ə
Katib ,
Sənədlərlə iş şöbəsinin müdiri
Gültən Mirəliyeva
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyasının 07 sentyabr 2020-ci il tarixli KQ-6/20 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Lisenziya müqaviləsinin forması və bağlanılma
1. Ümumi müddəalar
1.1. Sellülar (mobil) rabitə xidmətləri (texnoloji standartın adı göstərilməklə) fəaliyyət növü üzrə “Lisenziya müqaviləsinin forması və bağlanılma Qaydası” (bundan sonra – Qayda) “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 19.8-1-ci və həmin Qanunun 2 nömrəli əlavəsinin 4-1-ci maddələrinə əsasən, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 541-VQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 aprel tarixli 1318 nömrəli Fərmanının 3.1-ci bəndinin icrası məqsədilə hazırlanmışdır.
1.2. Bu Qayda “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar sellülar (mobil) rabitə xidmətləri (texnoloji standartın adı göstərilməklə) fəaliyyət növü üzrə lisenziya müqaviləsinin (bundan sonra – lisenziya müqaviləsi) formasını və bağlanılma qaydasını müəyyən edir.
1.3. Sellülar (mobil) rabitə xidmətləri (texnoloji standartın adı göstərilməklə) fəaliyyət növünə hüquqi şəxs olan telekommunikasiya operatoruna lisenziya verildiyi tarixdən 30 (otuz) gün müddətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (bundan sonra – Nazirlik) ilə lisenziya sahibi arasında lisenziya müqaviləsi bağlanılır. [2]
1.4. Lisenziya müqaviləsində Azərbaycan Respublikasının ərazisində sellülar (mobil) rabitə şəbəkəsinin qurulması, istismarı, genişləndirilməsi və təkmilləşdirilməsi, bu şəbəkə vasitəsilə telekommunikasiya xidmətlərinin göstərilməsi, habelə radiotezliklərdən və nömrə resurslarından istifadə şərtləri, həmçinin tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Lisenziya müqaviləsi yazılı formada bağlanılır (lisenziya müqaviləsinin forması əlavə olunur).
1.5. Lisenziya müqaviləsi sellülar (mobil) rabitə xidmətləri (texnoloji standartın adı göstərilməklə) fəaliyyət növünə verilən lisenziya müddətinə bağlanılır və lisenziyanın müddəti müqavilə qüvvəyə mindiyi tarixdən hesablanır.
1.6. Bu Qaydada istifadə olunmuş anlayışlar “Telekommunikasiya haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan mənaları ifadə edir.
2. Lisenziya müqaviləsinin bağlanılması qaydası
2.1. Lisenziya müqaviləsinin bağlanılması üçün lisenziya sahibi sellülar (mobil) rabitə xidmətləri (texnoloji standartın adı göstərilməklə) fəaliyyət növünə lisenziya verildiyi tarixdən 3 (üç) iş günü müddətində “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə ilə Nazirliyə müraciət edir.
2.2. Ərizə Nazirlik tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə uyğun olaraq qəbul edilir və qeydiyyata alınır.
2.3. Nazirlik ərizəyə onun qeydiyyata alındığı tarixdən 5 (beş) iş günü müddətində baxaraq lisenziya müqaviləsinin bağlanılması barədə bildirişi və bildirişə əlavə olunan bu Qaydanın əlavəsindəki formaya uyğun hazırlanmış lisenziya müqaviləsinin 2 (iki) nüsxəsini lisenziya sahibinə göndərir.
2.4. Lisenziya müqaviləsinin hər 2 (iki) nüsxəsi yazılı bildirişin alındığı gündən 5 (beş) iş günü müddətində lisenziya sahibi tərəfindən imzalanır, hüquqi şəxs, xarici hüquqi şəxsin filialı və ya nümayəndəliyinin möhürü ilə təsdiq edilərək Nazirliyə təqdim olunur və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.
2.5. Lisenziya sahibi tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş lisenziya müqaviləsi onun daxil olduğu tarixdən 3 (üç) iş günü müddətində Nazirlik tərəfindən imzalanır və möhürlə təsdiq olunur.
2.6. Qanunvericilikdə müəyyən olunmuş hallar istisna olmaqla, tərəflər bu müqavilənin imzalanmasından əsassız olaraq imtina edə bilməzlər.
2.7. Lisenziya müqaviləsi lisenziya sahibi tərəfindən lisenziyanın verildiyi tarixdən 30 (otuz) gün müddətində bağlanılmadıqda, Nazirlik lisenziya sahibinə verilmiş lisenziyanın ləğvi ilə bağlı qanuna uyğun tədbirlər görür.
3. Lisenziya müqaviləsinin qüvvəyə minməsi
3.1. Lisenziya müqaviləsi Nazirlik və lisenziya sahibi arasında bağlanıldığı tarixdən qüvvəyə minir.
3.2. Lisenziya müqaviləsinin qüvvəyə minməsi haqqında lisenziya sahibinə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
4. Digər müddəalar
4.1. Lisenziya müqaviləsi 30 (otuz) gün müddətində bağlanmadıqda, sellülar (mobil) rabitə xidmətləri (texnoloji standartın adı göstərilməklə) fəaliyyət növünə verilmiş lisenziya hüquqi nəticələr yaratmır.
4.2. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək sellülar (mobil) rabitə xidmətlərinin həyata keçirilməsi üçün verilmiş və qüvvədə olan lisenziyalara münasibətdə həmin Qanunun 26.2-ci maddəsində nəzərdə tutulan tədbirlərin görülməsi üçün həmin Qanunun 19.12-1-ci və 26.1.9-cu maddələri əsasdır.
4.3. Lisenziya müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 68-ci maddəsində müəyyən edilən qaydada ləğv oluna bilər.
“Lisenziya müqaviləsinin forması
və bağlanılma Qaydası”na
Lisenziya müqaviləsinin forması
Nəzərə alaraq ki, aşağıda Operator kimi istinad edilən _________________________________________________________________________
________________ tarixində sellülar (mobil) rabitə xidmətləri (texnoloji standartın adı göstərilməklə) fəaliyyət növü üzrə Lisenziya verilməsi üçün müraciət etmişdir ;
Nəzərə alaraq ki, Lisenziyanın verilməsinə münasibətdə dövlət orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir;
Nəzərə alaraq ki, _________________ tarixində Operatora _________________ nömrəli Lisenziya verilmişdir;
Nəzərə alaraq ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 19.8-1-ci və həmin Qanunun 2 nömrəli əlavəsinin 4-1-ci maddələrinə əsasən Lisenziyanın verildiyi tarixdən 30 (otuz) gün müddətində lisenziya sahibi ilə lisenziya verən orqan arasında lisenziya müqaviləsi bağlanılır.
1. Müqavilənin tərəfləri
Bu Müqavilə bir tərəfdən, bundan sonra “Nazirlik” adlandırılacaq, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış və fəaliyyət göstərən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (VÖEN: ____________)
(səlahiyyətli şəxsinin vəzifəsi, soyadı, adı və atasının adı)
və digər tərəfdən, bundan sonra “Operator” adlandırılacaq, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun fəaliyyət göstərən,
_______________________________________________________________________________________________________________ ünvanında yerləşən (VÖEN: ____________)
(Operatorun adı)
(səlahiyyətli şəxsinin vəzifəsi, soyadı, adı və atasının adı)
arasında ____________________________________________ tarixdə bağlanmışdır.
2. Əsas anlayışlar
2.1. Bu Müqavilədə aşağıdakı əsas anlayışlar istifadə edilir:
2.1.1. Lisenziya – sellülar (mobil) rabitə xidmətləri (texnoloji standartın adı göstərilməklə) fəaliyyət növünün həyata keçirilməsi üçün Operatora verilən rəsmi sənəd;
2.1.2. Xidmətlər – sellülar (mobil) rabitə xidmətləri, o cümlədən __________________________________________ texnoloji standartı (standartları) üzrə;
2.1.3. Müqavilə – Tərəflər arasında bağlanmış bu Müqavilə və bu Müqaviləyə edilən hər hansı əlavə və dəyişikliklər, habelə bu Müqaviləyə əlavə olunmuş hər hansı əlavə və qoşmalar;
2.1.4. Tərəflər – Operator və Nazirlik.
2.1.5. Xidmətlərin Keyfiyyəti (XK və ya QoS) – Xidmətlərə dair Nazirlik tərəfindən operatorların rəyi nəzərə alınmaqla beynəlxalq, regional, dövlətlərarası və xarici dövlətlərin standartları əsasında müəyyən edilən keyfiyyət tələbləri, o cümlədən bu Müqaviləyə 2 nömrəli Əlavədə göstərilən xidmətlərin keyfiyyət səviyyəsinə dair minimal tələblər;
2.1.6. Əsas Keyfiyyət Göstəriciləri (ƏKG və ya KQI) – Xidmətlərə dair Nazirlik tərəfindən beynəlxalq, regional, dövlətlərarası və xarici dövlətlərin standartları əsasında hazırlanmış və Operator tərəfindən Xidmətlərin göstərilməsində icra və tətbiq edilməli olan əsas keyfiyyət göstəriciləri, o cümlədən bu Müqaviləyə 2 nömrəli Əlavədəki xidmətlərin keyfiyyət səviyyəsinə dair minimal göstəricilər;
2.1.7. MCQS – Mobil Cihazların Qeydiyyat Sistemi (yaxud onu əvəz edə biləcək hər hansı digər sistem);
2.1.8. Texnoloji Neytrallıq Prinsipi – rabitə operatorları tərəfindən onlara ayrılmış radiotezliklərdən əlavə icazə almadan digər mobil rabitə texnologiyalarının tətbiqi üçün istifadə edilməsi.
3. Müqavilənin predmeti
3.1. Bu Müqavilə L isenziya üzrə Azərbaycan Respublikasının ərazisində Operator tərəfindən şəbəkənin qurulması, istismarı, genişləndirilməsi və təkmilləşdirilməsi, həmçinin bu şəbəkə üzərindən telekommunikasiya xidmətlərinin göstərilməsi, habelə radiotezliklərdən və nömrə resurslarından istifadə şərtlərini tənzimləyir.
3.2. Tərəflər razılaşırlar ki, Lisenziyanın hüquqi qüvvədə qalması üçün hazırki Müqavilədə göstərilən vəzifələrin bu Müqaviləyə və qanunvericiliyə riayət etməklə yerinə yetirilməsi mühüm şərtlərdəndir.
3.3. Operator bəyan edir ki, Xidmətlərə dair və ümumiyyətlə telekommunikasiya sahəsinə dair Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş tələblərə cavab verir və hazırki Müqavilə qüvvədə olan müddət ərzində belə tələblərə cavab verəcəkdir.
3.4. Operator razılaşır ki, Nazirliyə (və ya Nazirlik tərəfindən müəyyən edilmiş şəxslərə (qurumlara)) bu Müqavilənin 1 nömrəli Əlavəsində göstərilən ödənişləri ödəyir.
4. Tətbiq olunan hüquq
Bu müqavilə çərçivəsində Operatorun fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi və bu Müqavilənin müddəaları ilə tənzimlənir.
5. Müqavilənin dili
Müqavilə Azərbaycan Respublikasının dövlət dilində tərtib olunur. Tərəflərdən birinin müraciəti olduqda Müqavilə beynəlxalq təcrübədə geniş istifadə olunan dillərin birinə tərcümə oluna bilər.
6. Tərəflərin hüquq və vəzifələri
Bu Müqavilə üzrə tərəflərin aşağıdakı hüquq və vəzifələri vardır:
6.1 Sellülar (mobil) telekommunikasiya şəbəkəsi üzrə
6.1.1. Operator Xidmətlərin göstərilməsi üçün Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq uyğunluq sertifikatlarına malik olan mərkəzi stansiyalarını, radio baza stansiyalarını və digər müxtəlif növ sellülar (mobil) telekommunikasiya avadanlıqlarını quraşdırmaq, yeniləmək, dayanıqlı və fasiləsiz işlətmək, istismar və inkişaf etdirmək hüququna malikdir.
6.1.2. Operator xidmətlərin göstərilməsi ilə əlaqədar öz transmissiya şəbəkəsini qura, həmçinin Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən digər telekommunikasiya operatorlarının, həmçinin müvafiq infrastruktura malik şəxslərin fiziki, fiber-optik, radio-rele xətləri, kabel-kanalizasiya qurğuları və peyk vasitələrindən müqavilə əsasında istifadə edə bilər.
6.1.3. Azərbaycan Respublikasının bütün ərazisinin mobil rabitə xidmətləri ilə əhatə edilməsi və bu xidmətlərdən istifadə imkanlarının bütün istifadəçilər üçün əlçatan olması məqsədi ilə, Operator özünün infrastrukturunu inkişaf etdirir və şəbəkə imkanlarından, o cümlədən baza stansiyalarından istifadə edir. Qeyd edilənlərə əlavə olaraq, Operator Azərbaycan Respublikasında fəaliyyət göstərən və müvafiq lisenziyaya sahib olan digər mobil operatorlar ilə qarşılıqlı razılaşmaya əsasən, aktiv yaxud passiv infrastrukturdan birgə istifadə barəsində razılıq əldə edə bilər. Tərəflər razılaşır ki, Azərbaycan Respublikasının qanunvericiliyinə və yaxud Nazirliyin özünün səlahiyyətləri çərçivəsində qəbul edilmiş qərarına əsasən Operatorun üzərinə onun istifadə etdiyi infrastrukturdan birgə istifadə imkanının Azərbaycan Respublikasında fəaliyyət göstərən və müvafiq lisenziyaya sahib olan digər operatorlara da təqdim edilməsi öhdəliyi qoyulduqda, Operator digər operatorlara bu kimi istifadə hüququnu təqdim etməyə borclu olur, bu şərtlə ki, qeyd edilən istifadə hüququnu təqdim etməkdən imtina etmək üçün əsaslı səbəblər olmasın (misal üçün, fiziki yaxud texnoloji məhdudiyyətlər və nəticə etibarı ilə, istifadə hüququnun verilməsi qeyri-mümkün olduqda, yaxud verilərsə təqdim edilən xidmətlərin keyfiyyətinin aşağı düşməsinə gətirib çıxara bilərsə).
6.1.4. Operator Azərbaycan Respublikasının ərazisində mobil baza stansiyalarının quraşdırılmasını Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada Radiotezliklər üzrə Dövlət Komissiyası ilə razılaşdırmaqla həyata keçirir və onların istismarını daim nəzarətdə saxlayır.
6.1.5. Operatorun özünün telekommunikasiya şəbəkəsində istismar etdiyi telekommunikasiya vasitə və qurğularına uyğunluq sertifikatlarının verilməsi ilə əlaqədar müraciətlərinə Nazirliyin akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumu və ya akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən baxılır. Operator qeyd olunan avadanlıqlara uyğunluq sertifikatlarının verilməsinə köməklik göstərilməsi üçün Nazirliyə müraciət edir.
6.1.6. Operator özünün telekommunikasiya şəbəkəsində istismar etdiyi telekommunikasiya vasitə və qurğularına uyğunluq sertifikatlarının alınmasını təmin edir.
6.1.7. Operatorun öz telekommunikasiya şəbəkəsini qurması, eyni zamanda Azərbaycan Respublikasında fəaliyyət göstərən digər telekommunikasiya operatorlarının fiziki, fiber-optik, radio-rele xətləri, kabel-kanalizasiya qurğuları və peyk vasitələrindən müqavilə əsasında istifadə etməsi ilə bağlı yarana biləcək mübahisələrin (və ya problemlərin) həlli üçün Nazirlik tərəfindən, özünün səlahiyyətləri çərçivəsində, müvafiq köməklik göstərilir.
6.1.8. Sellülar (mobil) telekommunikasiya şəbəkəsinin qurulması, istismarı, genişləndirilməsi və təkmilləşdirilməsi üzrə vəzifələrin icrası üçün tələb olunan, o cümlədən mövcud qanunvericilik əsasında Nazirlik tərəfindən Operatordan tələb olunan, bütün işlər Operatorun hesabına görülür və Nazirlik tərəfindən Operatorun bununla əlaqədar çəkilmiş xərcləri kompensasiya olunmur.
6.1.9. Operator şəbəkəsinin əhatə dairəsi üzrə və hər təqvim ili üçün Xidmətlərin təqdim edilməsinə dair vəzifələrin konkret göstəriciləri, o cümlədən hər bir yaşayış məntəqəsi üzrə onların hesablanması və sayı qeyd edilməklə məlumatı Nazirliyə təqdim edir.
6.1.10. Operator istifadəsinə ayrılmış radiotezlik resurslarının Azərbaycan Respublikasının sərhədyanı ölkələrlə koordinasiya edilməsində yarana biləcək problemlərin həllinə köməklik göstərilməsi məqsədilə Nazirliyə müraciət edir.
6.2. Xidmətlərin təşkili, telekommunikasiya vasitə və qurğularından istifadə üzrə
6.2.1. Operator istifadəçilərə bu Müqavilədə və Lisenziyada qeyd olunan texnoloji standart (standartlar) əsasında Xidmətləri göstərir.
6.2.2. Operator digər texnoloji standartlar əsasında sellülar (mobil) rabitə xidmətlərini mövcud qanunvericiliyə uyğun Lisenziya aldıqdan və bu Müqaviləyə müvafiq əlavə və dəyişikliklər edildikdən (yaxud ayrıca müqavilə bağlandıqdan) sonra göstərə bilər.
6.2.3. Operator sellülar (mobil) rabitə xidmətlərinin təşkili üçün eyni xidmətlər üzrə digər operatorlara verilən şərtlərdən az əlverişli olmayan şərtləri tələb edə bilər.
6.2.4. Operator şəbəkəsində qurduğu və işlətdiyi avadanlıqları bu Lisenziya Müqaviləsinin 6.4.1-ci yarımbəndində göstərilən standartlara, həmçinin Avropa Komissiyasının Radio və Telekommunikasiya Terminal Cihazları ilə əlaqədar direktivlərinə və aidiyyəti qaydalara uyğun istismar edir.
6.2.5. Operator beynəlxalq standartlara uyğun olmayan və müvafiq sertifikata malik olmayan telekommunikasiya vasitə və qurğularına, o cümlədən mobil cihazlara şəbəkəsində xidmət göstərilməsinə yol vermir.
6.2.6. Operator özünə məxsus telekommunikasiya şəbəkəsinin MCQS-ə qoşulmasını və (və ya) uyğunlaşdırılmasını (uzlaşdırılmasını) təmin edir.
6.2.7. Operator mövcud qanunvericiliyə uyğun olaraq İMEİ nömrələri MCQS-in qara səhifəsində olan mobil cihazlara (İMEİ nömrələri uyğunlaşdırılmış ağ səhifədə olan mobil cihazlar istisna olmaqla) telekommunikasiya xidmətlərini göstərmir.
6.2.8. Operator identifikasiya (eyniləşdirmə) kodu dəyişdirilmiş mobil cihazların İMEİ nömrələrinin müəyyənləşdirilməsi məqsədi ilə abunəçinin mobil (sellülar) nömrəsinin mobil şəbəkə (abunəçi) nömrəsi (MSİSDN – Mobile Station Integrated Services Digital Network) və SİM kartın (abunəçinin identifikasiya (eyniləşdirmə) modulunun) seriya nömrəsi (İMSİ – International Mobile Subscriber Identity) barədə məlumatları Nazirliyə təqdim edir.
6.2.9. Nazirlik bilavasitə və ya müəyyən etdiyi qurum vasitəsilə operatorun şəbəkəsinin MCQS-ə qoşulmasını, Operatora aid cihazların qanunvericiliyə uyğun qeydiyyata alınmasını təmin edir.
6.2.10. Operator mobil nömrə satışını Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada təşkil edir.
6.2.11. Operator qanunsuz rabitə xidmətlərinin təşkilində istifadəsi təsbit edilmiş şəbəkəsinə aid mobil telefon nömrələrinin istifadəçilərinin, həmin nömrələri qanunvericiliyə zidd şəkildə rəsmiləşdirib istifadəyə verən Operatorun diler və distributorlarının, hüquqi və fiziki şəxslərin qanunvericiliyin tələblərinə uyğun məsuliyyətinin müəyyənləşdirilməsi üçün hüquqi tədbirlərin görülməsini təmin edir.
6.3. Abunəçilərin xidmət müqaviləsi üzrə
6.3.1. Operator abunəçilər ilə onlara göstəriləcək xidmətlərin şərtlərini, tərəflərin hüquq və vəzifələrini müəyyənləşdirən müqavilə bağlayır.
6.3.2. Operator istehlakçıların hüquqlarının qorunması məqsədilə abunəçilərə təqdim edilən müqavilənin nümunəsini öncədən razılaşdırılması üçün Nazirliyə təqdim edir və razılaşdırılmış nümunəni özünün rəsmi İnternet saytında yerləşdirir.
6.3.3. Operator abunəçilərlə bağladığı müqavilələrdə sellülar (mobil) rabitə şəbəkəsinə qoşulmaq üçün yalnız müvafiq standartlara uyğunluğu təsbit edilmiş və müvafiq sertifikata malik olan mobil cihazların tətbiqini nəzərdə tutan müddəaları əks etdirir.
6.3.4. Operator abunəçilərlə bağlanılan müqavilələrdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 7 iyul tarixli 131 nömrəli Qərarı ilə təsdiq edilmiş “Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan şərtlər”in əlavəsində göstərilən məlumatların əks olunmasını təmin edir.
6.3.5. Operator abunəçiyə reklamın göndərilməsini fərdi qaydada yayımlaya bilməsi, abunəçinin reklam göndərilməsindən istənilən vaxt imtina etməsi və ya yalnız arzuladığı reklamın yayımlanması üçün imkan yaradılması, razılığı olmadan reklamın göndərilməsi üçün operatorun məsuliyyət daşıması barədə müddəanı abunəçilərlə bağlanılan müqaviləyə daxil edir.
6.3.6. Operator abunəçilərin pretenziyalarına, o cümlədən şəhərlərarası və beynəlxalq telefon xidmətləri, həmçinin “rominq”də (Azərbaycan Respublikasının hüdudlarından kənarda) bağlantının təmin edilməsi ilə bağlı pretenziyalarına, şikayət və digər müraciətlərinə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxır və qanunla müəyyən edilmiş qaydada tədbirlər görür.
6.4. Beynəlxalq standartlar üzrə
6.4.1. Operator Xidmətlərin və şəbəkəsində tətbiq edəcəyi radioelektron vasitələrin, avadanlıqların və ya yüksək tezlikli qurğuların Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə müəyyənləşdirilmiş hədlərdə müvafiq beynəlxalq standartlara, Beynəlxalq Telekommunikasiya İttifaqı (bundan sonra – BTİ), CEPT ( The European Conference of Postal and Telecommunications Administrations – Rabitə və poçt idarələrinin Avropa Konfransı), ECC (Electronic Communications Committee – Elektron Rabitə Komitəsi), ECO (European Communications Office – Avropa Rabitə Ofisi), ETSI (The European Telecommunications Standards İnstitute – Avropa Telekommunikasiya Standartları İnstitutu), ISO ( International Organization for Standardization – Beynəlxalq Standartlaşdırma Təşkilatı), IEEE ( The Institute of Electrical and Electronics Engineers – Elektrik və Elektronika Mühəndisləri İnstitutu), GSMA (GSM Assosiasiyası), 3GPP (The 3rd Generation Partnership Project – 3-cü Nəsil Tərəfdaşlıq Layihəsi) və s. aidiyyəti təşkilatların tövsiyələrinə, həmçinin Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olmasını təmin edir.
6.4.2. Operator mobil rabitə şəbəkəsində tətbiq etdiyi bütün avadanlıqların, o cümlədən baza stansiyaları və ötürücü qurğuların və digər avadanlıqların şüalanma gücü (yaydığı elektromaqnit dalğaların) ətraf mühitə, canlı orqanizmlərə və insan sağlamlığına birbaşa və ya dolayı mənfi təsirinə yol verməməli, bu avadanlıqların yaşayış ərazilərində yerləşdirilməsini texniki reqlamentlərə, tikinti və sanitariya norma və qaydalarına uyğun həyata keçirməli, təhsil, səhiyyə, yaşayış və s. binalarda qanunvericiliklə müəyyən edilən qaydada quraşdırmalıdır .
6.4.3. Operator avadanlıqları quraşdırmazdan öncə bu sahədə tələb olunan bütün sənədləşmə işlərini yerinə yetirir, tələb olunan bütün sənədlərin, o cümlədən avadanlıqların təhlükəsizlik və ekoloji göstəricilərə, telekommunikasiya şəbəkələrinin texniki tələblərinə uyğunluğuna görə uyğunluq sertifikatlarının, ekspertiza rəylərinin alınmasını təmin edir. Sənədləşmə işləri tam başa çatmayan avadanlıqların quraşdırılmasına və yaxud istismarına yol verilmir.
6.4.4. Yaşayış məntəqələrində və onlardan kənarda operator tərəfindən quraşdırılması planlaşdırılan baza stansiyaları və ötürücü qurğular haqqında məlumatları (onların texniki göstəriciləri, ünvanları, icarə müqaviləsinin tərəfləri) avadanlıqların yerləşməsindən bir ay əvvəl və bütövlükdə isə ölkə üzrə mövcud olan avadanlıqlar barədə məlumatların hər növbəti ilin 15 yanvar tarixindən gec olmayaraq Nazirliyə təqdim edir.
6.5. Radiotezlik resurslarından istifadə üzrə
6.5.1. Müqavilənin qüvvədə olduğu müddət ərzində Operator sellülar (mobil) rabitə şəbəkəsini (texnoloji standart göstərilməklə) istismar etmək üçün Radiotezliklər üzrə Dövlət Komissiyasının qərarı ilə ona ayrılan radiotezliklərdən istifadə edir. Operator həmin radiotezliklərin Nazirliyin tabeli qurumu olan Dövlət Radiotezliklər İdarəsində mövcud qanunvericiliyə uyğun qeydiyyata alınması üçün tədbirlər görür və Tarif (qiymət) Şurasının qərarı ilə müəyyən edilmiş tariflərə uyğun ödənişləri aparır. Radiotezliklərin operatorlara hərraclar vasitəsi ilə ayrılması, həmçinin onların qeydiyyatı və istismarı üzrə yeni tariflərin tətbiq edilməsi barədə qanunvericiliyə dəyişikliklər edildikdən və yeni tariflər təsdiq olunduqdan sonra, Nazirlik tərəfindən hesablanan və Operator tərəfindən ödənilən ödəniş (ödənişlər) müqabilində Operatora ayrılmış, yenidən rəsmiləşdirilən, yeni ayrılan radiotezliklərdən bu Müqavilədə müəyyən olunmuş şərtlərlə istifadə edir (bax: Əlavə № 1).
6.5.2. Operator müqavilə müddətində şəbəkənin texnoloji inkişafı və gücünün artırılması məqsədilə əlavə radiotezliklərin ayrılması üçün müraciət edə bilər.
6.5.3. Əlavə radiotezliklərin ayrılması üçün Operator şəbəkə elementlərinin qurulmasına başlamazdan ən azı 3 (üç) ay əvvəl zəruri olan istismar parametləri, ötürücünün gücü, onların tipi, hündürlüyü və s., 1 (bir) ay əvvəl isə anten yerləri haqqında məlumatları Nazirliyə və Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyasına təqdim edir.
6.5.4. Operator ona ayrılmış radiotezliklərdən bu Müqavilənin qüvvədə olma müddəti ərzində mövcud qanunvericiliyin tələblərinə uyğun istifadə edir.
6.5.5. Operatora əlavə radiotezliklərin ayrılması bu Müqaviləyə əlavə ilə rəsmiləşdirilir.
6.5.6. Operator ona ayrılmış radiotezliklərdən Texnoloji Neytrallıq Prinsipinə əsasən istifadə edir.
6.5.7. Lisenziya müddətində Operatorun istifadəsi üçün ayrılmış radiotezliklərə görə mövcud qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri üzrə ödənişlərin Nazirliyin Dövlət Radiotezliklər İdarəsinə müqavilə üzrə vaxtında ödənilməsi Operator tərəfindən təmin edilir. Ödəmə şərtləri və qaydası müqavilə ilə müəyən edilir.
6.5.8. Operator Lisenziya və bu Müqavilə çərçivəsində istifadə üçün əlavə radiotezliklərin mövcud qanunvericiliyə uyğun qaydada ayrılması barədə müraciət edə bilər.
6.5.9. Radiotezliklər spektrindən perspektiv istifadə planında radiotezliklərdən yaxın və ya növbəti il (illər) ərzində yeni texnologiyalarda istismarının təsdiq edilmiş planı və tezlik zolaqlarının ayrılması cədvəli barədə Nazirlik tərəfindən Operatora məlumat verilir.
6.5.10. Operator ona ayrılmış radiotezliklərdən tamamilə və ya qismən imtina edə bilər. Belə imtinanın qayda və proseduraları, o cümlədən imtina edilən radiotezliklərə dair illik ödəmələrin dayandırılması barədə şərtlər Operator və Nazirlik arasında razılaşma ilə müəyyən edilir.
6.6. Nömrə resurslarından istifadə üzrə
6.6.1. Operator Lisenziya və bu Müqavilə müddəti ərzində şəbəkənin istismarı və planlaşdırılan inkişafını təmin etmək məqsədilə Nazirlik tərəfindən mövcud qanunvericiliyə əsasən ayrılmış nömrə resurslarından istifadə qaydalarına və Azərbaycan Respublikasının nömrələnmə planına uyğun istifadə edir, ehtiyac olarsa, əlavə nömrə resurslarının ayrılması üçün Nazirliyə müraciət edir.
6.6.2. Operator ona ayrılmış nömrə resurslarından təyinatı üzrə səmərəli formada istifadə edir və nömrə resurslarının istifadəsi barədə məlumatı hər ilin sonunda, Nazirlik tərəfindən müəyyən edilən forma üzrə, Nazirliyə təqdim edir.
6.6.3. Operator ona ayrılmış nömrə resurslarının 75 %-nin (yetmiş beş faizinin) müvafiq nömrə resurslarının ona ayrılmasından sonra 2 (iki) il ərzində istifadəsini öhdəsinə götürür. Bu müddətdə Operatora ayrılmış nömrə resurslarının 75%-dən (yetmiş beş faizindən) az istifadə edilərsə, Nazirliyin istifadə olunmamış nömrə resurslarını Operatordan geri almaq hüququ vardır.
6.6.4. Nömrələrin satışı zamanı ərizəçiyə dair məlumatlar Nazirliyin tabeliyində olan Məlumat Hesablama Mərkəzi üzərindən, fiziki şəxslər üçün “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi”, hüquqi şəxslər üçün isə Elektron Hökumət Portalına qoşulmuş informasiya sistemləri vasitəsilə identifikasiya edilərək mövcud qanunvericiliyə uyğun olaraq Operatorun və Məlumat Hesablama Mərkəzinin vahid məlumat bazasına onlayn rejimdə elektron formada daxil edildikdən sonra telefon nömrələrinin 24 saat müddətində aktivləşdirilməsi təmin edilir.
6.6.5. Operator mövcud qanunvericiliyə uyğun olaraq digər hüquqi və fiziki şəxslərə ayrılan nömrə resurslarının Nazirlik tərəfindən göndərilən bildirişə uyğun olaraq öz şəbəkəsində tanıtdırılmasını təmin edir. Nazirliyin rəsmi bildirişi olmadan hər hansı yeni nömrə resurslarının şəbəkədə tanıtdırılmasına icazə verilmir.
6.6.6. Operator özünə məxsus olan telekommunikasiya şəbəkəsinin sellülar (mobil) nömrə daşınması üzrə mərkəzi baza sisteminə (SNDMBS) qoşulmasını təmin edir, sellülar (mobil) nömrə daşınması xidmətini mövcud qanunvericiliyə uyğun olaraq, həmçinin Nazirliyin tabeliyində olan Məlumat Hesablama Mərkəzi ilə imzalanmış sellülar (mobil) nömrə daşınması üzrə mərkəzi baza sistemi xidmətlərinə dair müqavilə şərtlərinə uyğun həyata keçirir, şəbəkəsindəki aktiv abunəçi sayları barədə rüblük məlumatları vaxtında Məlumat Hesablama Mərkəzinə təqdim edir və müqavilə üzrə ödənişləri təqdim edilən hesablara əsasən vaxtında ödəyir.
6.6.7. Operator sellülar (mobil) nömrə daşınması xidmətlərindən istifadə etmək istəyən abunəçilərin müraciətlərinə (korporativ müştərilər də daxil olmaqla) əsaslandırılmış səbəblər olmadan imtinaların verilməsinin və bununla bağlı yarana biləcək sui-istifadə hallarının qarşısının alınması üçün tədbirlər görür.
6.6.8. Təkmilləşdirmə məqsədilə Azərbaycan Respublikasının telekommunikasiya şəbəkəsinin nömrələmə planında ediləcək dəyişiklik/dəyişikliklər barədə Nazirlik tərəfindən Operatora əvvəlcədən məlumat verilir.
6.6.9. Lisenziya və bu Müqavilə müddəti ərzində göstərdiyi xidmətlərlə əlaqədar Operatora əlavə nömrə resurslarının ayrılmasına zərurət yarandıqda, Nazirlik tərəfindən nömrə resurslarının mövcud qaydalara uyğun ayrılması təmin edilir.
6.6.10. O perator şəbəkəsində müxtəlif xidmətlər üçün istifadə edəcəyi üç, dörd və ya beş rəqəmli qısa nömrələri “Nömrə resurslarının ayrılması və istifadəsi Qaydaları”na əsasən Nazirliklə razılaşdırmaqla tətbiq edir.
6.7. Keyfiyyət təminatı üzrə
6.7.1. Nazirlik lisenziyada təsbit edilən texnoloji standarta uyğun olan Xidmətlərin Keyfiyyətini və Əsas Keyfiyyət Göstəricilərini və onların bu standarta uyğunluğunu ölçmə/hesablama metodları ilə müəyyən edilən minimal tələbləri müəyyən edir. Xidmətlərin keyfiyyət səviyyəsinə dair minimal tələblər və göstəricilər bu Müqavilənin 2 nömrəli Əlavəsində göstərilir.
6.7.2. Operator Xidmətlər üçün zəmanətli nəzarət və keyfiyyətli ölçü sistemi qurmağı təmin edir. Operator ölçü sisteminin keyfiyyət standartları ilə əlaqəli parametrlərini BTİ-nin standartlarına paralel şəkildə müntəzəm surətdə modernləşdirir.
6.7.3. Operator abunəçilərinə göstərdiyi Xidmətlərin keyfiyyət göstəricilərini daim nəzarətdə saxlayır, əhatə dairəsində siqnalın lisenziyada müəyyən edilən standarta uyğun səviyyədə olmasını təmin edir, sistemdə baş verən texniki problemlərin, o cümlədən zənglərin baş tutmaması və ya gecikməsi, siqnalın zəif olması, səsin qırılması, danışıq zamanı kəsintinin olması, SMS göndərişlərinin itməsi, internetin sürətinin aşağı olması və s. problemlərin qısa zamanda həll edilməsi üçün operativ tədbirlər görür.
6.7.4. Operatorun şəbəkəsinin əhatə etdiyi ərazilərdə genişzolaqlı internet xidmətindən istifadə zamanı abunəçinin məlumat yükləmə sürəti Operatorun təqdim etdiyi texnoloji standart üzrə müəyyən edilmiş sürət həddindən aşağı olmamalıdır.
6.7.5. Operator göstərdiyi Xidmətlərin keyfiyyət göstəriciləri ilə əlaqədar bu Müqavilənin 2 nömrəli Əlavəsi ilə müəyyən edilən tələblərlə bağlı həyata keçirilən tənzimləyici mexanizmlərə (tələblərə) əməl edir, xidmətlərin keyfiyyət göstəriciləri barədə məlumatları hər rüb Nazirliyə təqdim edir.
6.7.6. Sabit telefon şəbəkəsində (PSTN), yaxud digər əlaqəli şəbəkələrdə keyfiyyət və ya kanal çatışmazlığı üzündən yaranan problemlərlə bağlı Operator tərəfindən zəruri tədbirlər görülür və bu tədbirlər nəticə vermədikdə Nazirliyi bu barədə məlumatlandırır.
6.7.7. Operator, əvvəlcədən nəzərdə tutula bilməyən istismar problemləri istisna olmaqla, şəbəkəsi daxilində aşağıdakı minimum şərtlərə əməl edir:
6.7.7.1 şəbəkənin istismarı ilin bütün günlərində fasiləsiz xidmət üçün planlaşdırılır;
6.7.7.2. Operator növündən asılı olaraq ən qısa müddət ərzində bütün nasazlıqların aradan qaldırılmasını və xidmətin bərpasını təmin edir;
6.7.7.3. s ellülar (mobil) telefon standartlarına uyğun olaraq bütün xidmətləri (qanunsuz beynəlxalq rabitə xidmətləri və telefon trafikinin təşkilinə şərait yaradan xidmətlər istisna olmaqla) abunəçilərinə göstərməyi təmin edir;
6.7.7.4. O perator şəbəkəsində əlavə ödənişli xidmətlərin (VAS) göstərilməsi zamanı abunəçilərin həmin xidmətə qoşulması barədə razılığının iki pilləli təsdiqləmə əsasında həyata keçirilməsini təmin edir;
6.7.7.5. Operator şəbəkəsində əlavə ödənişli xidmətlərin (VAS) göstərilməsi zamanı abunəçilərin həmin xidmətdən imtina etməsi üçün əyani imkanlar müəyyənləşdirir və imtina edilmə sorğuları üçün ödəniş tətbiq etmir.
6.7.7.6. Operator şəbəkəsinin inkişaf etdirilməsi üçün zəruri olan, eləcə də icrası uzun müddət tələb edilən tədbirlərin (işlərin) yerinə yetirilmə müddətlərinin minimuma endirilməsi üçün bütün tədbirləri görür.
6.7.8. Operatorun şəbəkəsinin ümumistifadəli telekommunikasiya və digər operatorların şəbəkəsinə qoşulması ilə əlaqədar yaranan texniki və digər problemlər Operatorun göstərdiyi Xidmətlərin keyfiyyət göstəricilərinə mənfi təsir edərsə, həmin problemlərin həll edilməsi üçün Nazirlik tərəfindən səlahiyyətləri çərçivəsində tədbirlər görülür.
6.7.9. Nazirlik, istehlakçı hüquqlarının qorunması baxımından bu Müqavilənin 2 nömrəli Əlavəsi ilə müəyyən edilən keyfiyyətə dair tələblərə Operator tərəfindən əməl edilib-edilməməsinə nəzarət etmək, monitorinqlərin aparılmasını təşkil etmək və nəticələr barəsində məlumatı Kütləvi İnformasiya Vasitələrində (KİV) paylaşmaq hüququna malikdir. Nazirlik monitorinqlərin nəticəsində müəyyənləşdirilən çatışmazlıqların 1 (bir) ay müddətində aradan qaldırılması üçün Operatora xəbərdarlıq edir, tövsiyələr verir. Çatışmazlıqlar göstərilən müddətdə aradan qaldırılmazsa, qanunvericiliyin tələblərinə uyğun tədbirlər görür.
6.8. Şəbəkələrarası (şəhərlərarası və beynəlxalq rabitə üzrə) qoşulmalar
6.8.1. Operatorun şəbəkəsinin Azərbaycan Respublikasının ümumistifadəli telekommunikasiya şəbəkəsinə, o cümlədən digər mobil və sabit şəbəkə operatorlarına qoşulması, şəhərlərarası və beynəlxalq giriş-çıxış rabitəsinin təşkili qanunvericiliyə və bu Müqaviləyə uyğun tənzimlənir.
6.8.2. Operator mövcud qanunvericiliyə uyğun olaraq hazırlanmış standart arabağlantı müqaviləsi nümunəsinin öz internet səhifəsində yerləşdirilməsini təmin edir.
6.8.3. Operator beynəlxalq giriş-çıxış rabitəsinin təşkilini yalnız bu xidmətləri göstərmək üçün lisenziyası olan operatorun xidmətlərindən istifadə etməklə, onunla bağladığı müqavilə şərtlərinə uyğun yerinə yetirir. Operator öz şəbəkəsinə və şəbəkəsi üzərindən digər şəbəkələrə beynəlxalq giriş trafikinin qanunsuz yollarla (sim-box və digər bənzər üsullar) daxil olmasının qarşısının alınması üçün ciddi tədbirlər görür, bununla bağlı şəbəkəsini qabaqlayıcı tədbirlər görülməsi üçün zəruri avadanlıqlarla təchiz edir.
6.8.4. Rominq xidmətləri:
6.8.4.1. Operator öz abunəçilərinin digər ölkələrin mobil operatorlarının şəbəkəsinə qoşulmasını, eyni zamanda digər ölkələrin abunəçilərinin Operatorun şəbəkəsinə qoşulmasını xarici ölkələrin mobil operatorları ilə bağlanan müqavilələr əsasında təşkil edir.
6.8.4.2. Operator Azərbaycan Respublikasında fəaliyyət göstərən digər mobil operatorlarla qarşılıqlı razılıq və müqavilə əsasında ölkədaxili rominq xidmətlərinin təşkili üçün şərait yaradır, özü də belə bir imkandan istifadə edir.
6.8.4.3. Operator bütün istiqamətlər üzrə hazırda tətbiq etdiyi rominq xidmətləri üzrə tariflərin milli valyuta ilə öz internet səhifəsində yerləşdirilməsini təmin edir.
6.8.4.4. Hazırda tətbiq olunan rominq xidmətləri üzrə tariflərin beynəlxalq təcrübəyə uyğun olaraq aşağı salınması məqsədilə xarici ölkələrin mobil operatorları ilə mütəmadi olaraq müvafiq danışıqlar apararaq tariflərin endirilməsi üçün Operator tərəfindən müvafiq tədbirlər görülür və görülmüş tədbirlər barədə ildə iki dəfə, iyul və növbəti ilin yanvar aylarında Nazirliyə məlumat təqdim edilir.
6.8.4.5. Operator rominq rabitəsinin təşkili ilə bağlı yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyan nüfuzlu beynəlxalq telekommunikasiya şirkətləri ilə tərəfdaşlıq münasibətləri qurur, rominq tərəfdaşlarının işğal olunmuş Azərbaycan Respublikasının ərazisində qeyri-qanuni fəaliyyət göstərən şirkətlərlə hər hansı bir formada əməkdaşlığına yol verilməməsi üçün ciddi tədbirlər görür. Eyni zamanda, Ermənistanda və Azərbaycan Respublikasının işğal olunmuş ərazisində xidmət göstərən şirkətlərin abunəçiləri ilə arabağlantıların qadağan rejiminə riayət edir və buna görə məsuliyyət daşıyır.
6.8.5. Operatorun şəbəkəsinin Azərbaycan Respublikasının ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulması, habelə digər mobil və sabit şəbəkə operatorları ilə arabağlantının təşkili, arabağlantı müqavilələrinin bağlanması və qarşılıqlı hesablaşmaların aparılması ilə bağlı yaranan problemlərin həll edilməsinə Nazirlik tərəfindən köməklik göstərilir.
6.8.6. Rominq xidmətləri üzrə tariflərin aşağı salınması məqsədilə xarici ölkələrin mobil operatorları ilə danışıqların aparılmasına hüquqi əsas yaradacaq hökumətlərarası razılaşma sənədlərinin (müqavilə, saziş, anlaşma memorandumu, protokol) imzalanması üçün Nazirlik tərəfindən müvafiq işlər görülür.
6.9.Tariflər (qiymətlər) və qaimələr üzrə
6.9.1. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən təsdiqlənmiş tariflər, o cümlədən Nazirliyin müəyyənləşdirdiyi prinsip və şərtlərə əsasən müəyyən olunmuş müvafiq arabağlantı qiymətləri istisna olmaqla, Operator öz şəbəkəsi üzrə göstərilən Xidmətlərə görə tarifləri bazar münasibətlərinə uyğun olaraq tələb-təklif əsasında, həmin Xidmətlərin qiymətin əmələ gəlməsində iqtisadi cəhətdən əsaslandırılmış xərclərin ödənilməsi prnisipi əsas götürülməklə müəyyən edir.
6.9.2. Operator göstərdiyi Xidmət üzrə tarifləri (qiymətləri) və şərtləri, həmin tariflər (qiymətlər) və ya şərtlərdə edilən əlavə və dəyişikliklər haqqında məlumatları özünün internet səhifəsində (tariflər milli valyutada göstərilməklə) aydın şəkildə yerləşdirir, həmçinin KİV ilə ictimaiyyətə çatdırır.
6.9.3. Operator tərəfindən tətbiq olunan qaimə sistemlərində şəbəkə üzrə bütün çıxış zəngləri, zəng edən və zəng edilən abunəçilərin telefon nömrələri, zəng etmə tarixi, vaxtı (saatı və dəqiqəsi) və müddəti qeyd edilir.
6.9.4. Operator abunəçinin istifadəsinə verilmiş müvafiq nömrəyə aid olan və abunəçinin həmin nömrədən istifadəsinə görə ödəniləcək pul məbləğini göstərən və təsdiq edən maliyyə sənədini (hesab-faktura) tərtib edərək abunəçilərə təqdim edir.
6.10. İxtisaslaşdırılmış təcili yardım xidmətləri üzrə
6.10.1. Operator mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən olunan ixtisaslaşdırılmış təcili yardım xidmətlərindən abunəçlərin pulsuz istifadəsini, habelə telekommunikasiya xidmətinin göstərilməsi məhdudlaşdırıldığı halda da ixtisaslaşdırılmış təcili yardım xidmətləri ilə əlaqəni təmin edir .
6.10.2. Nazirlik tərəfindən ixtisaslaşdırılmış təcili yardım xidmətləri üçün müvafiq qurumlara ayrılan qısa nömrələrin Operator öz şəbəkəsində tanıtdırılmasını təmin edir. Nazirliyin rəsmi bildirişi olmadan hər hansı yeni nömrənin şəbəkədə tanıtdırılmasına yol verilmir.
6.11. Fövqəladə vəziyyətdə rabitənin təşkili üzrə
6.11.1. Operator fövqəladə vəziyyət halları zamanı öz şəbəkəsindən qanunvericiliyin tələblərinə əsasən müvafiq dövlət qurumlarının istifadə etməsinə şərait yaradır.
6.11.2. Operatorun şəbəkəsinə məxsus nömrələrdən Fövqəladə Hallar Nazirliyinin (FHN) 112, Daxili İşlər Nazirliyinin (DİN) 102, həmçinin Nazirliyin bildirişinə əsasən digər aidiyyəti dövlət qurumlarının ixtisaslaşmış xidmətlərinin qaynar xətt nömrələrinə daxil olan bütün zənglərin (zəng edənin) yerinin (coğrafi koordinatının) təyin olunması sisteminin aidiyyəti dövlət qurumları ilə razılaşdırılmaqla yaradılması üçün Operator tərəfindən tədbirlər görülməlidir.
6.12. Təhlükəsizlik təminatı üzrə
6.12.1. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Operator müəyyən edilmiş qaydada əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin keçirilməsi üçün şərait yaradır, bu məqsədlə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid olan hissədə isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin müəyyən etdiyi şərtlərə uyğun telekommunikasiya şəbəkələrini əlavə texniki vasitələrlə təchiz edir, təşkilati məsələləri həll edir və bu tədbirlərin keçirilməsində istifadə olunan üsulları gizli saxlayır.
6.13. Məlumatla təmin edilmə üzrə
6.13.1. Operator, bu Müqavilənin şərtlərinə əməl edib-etməməsinə nəzarət məqsədilə lazımi iqtisadi, texniki, təşkilati, xidmətlərin keyfiyyətinə dair məlumatları, həmçinin Nazirlik tərəfindən tərtib edilən xüsusi sorğuya uyğun olaraq beynəlxalq təcrübədə bu sahənin qiymətləndirilməsi üçün istifadə olunan iqtisadi-statistik məlumatları hər rüb üzrə növbəti rübün ilk ayının birinci yarısında kağız və elektron formada Nazirliyə təqdim edir. Məlumatların operativ təqdim edilməsi üçün Nazirlik və Operator arasında müvafiq elektron informasiya sistemi yaradılır. Sistem istismara verildikdən sonra məlumatlar sistem vasitəsilə təqdim edilir.
6.13.2. Azərbaycan Respublikasının telekommunikasiya operatorlarına və dövlətə külli miqdarda maddi ziyan dəyməsi ilə nəticələnən qeyri-qanuni rabitə xidmətlərinin göstərilməsi hallarının, baş verə biləcək cinayət və terror hadisələrinin, mobil cihaz oğurluğunun, oğurlanmış telefonlardan cinayət işlərində və qeyri-qanuni telefon trafiki mübadiləsinin təşkilində istifadə edilməsi hallarının qarşısının alınması, eyni zamanda telekommunikasiya o peratorlar ı arasında trafik mübadiləsi üzrə qarşılıqlı hesablaşmalar ın şəffaflığın ın təmin edilməsi və xidmət keyfiyyətinin göstəriciləri barədə dəqiq məlumatların əldə edilməsi məqsədilə şəbəkəsində mübadilə edilən şəbəkədaxili, şəbəkələrarası və beynəlxalq zənglər in qeydiyyatı üzrə məlumatlar (gələn-çıxan bütün zənglər, zəng edən və zəng edilən abunəçilərin telefon nömrələri, zəng etmə tarixi, saatı , müddəti və s air ) yazılan CDR fayllarını Operator qanunvericiliyə uyğun olaraq onlayn rejimdə Nazirliyin Məlumat Hesablama Mərkəzinə təqdim edir.
6.13.3. Operator Nazirlik tərəfindən sorğu edilən yuxarıda qeyd olunan məlumatların təqdim edilməsindən imtina edə bilməz.
6.13.4. Operator qanunvericiliyə uyğun olaraq Nazirliyin sorğularına 3 (üç) iş günündən gec olmayaraq cavab verir və tələb olunan məlumatları təqdim edir.
6.13.5. Operatorun təqdim etdiyi məlumatlar Nazirlik tərəfindən müvafiq qaydada nəzərə alınır və konfidensiallığı təmin edilir.
6.14. Əhatə dairəsi üzrə
6.14.1. Lisenziyaya və bu Müqaviləyə uyğun olaraq Azərbaycan Respublikası ərazisində göstərilən sellülar (mobil) xidmətlər üzrə rabitə şəbəkəsinin əhatə dairəsinin təmin edilməsi mərhələləri və bununla bağlı son müddətlər Nazirlik ilə Operator arasında bu Müqaviləyə uyğun olaraq əlavə razılaşdırılır.
6.14.2. Azərbaycan Respublikasının bölgələrinin mobil rabitə xidmətləri ilə tam əhatə edilməsi üçün görüləcək işlərin, o cümlədən Operatorun şəbəkə resurslarının genişləndirilməsi və müasir texnologiyalara uyğun yenilənməsi ilə əlaqədar icazələrin alınması, həmçinin avadanlıqların yerləşdirilməsi üçün Nazirliyin tabeliyində olan qurumlarına aid ərazi və sahələrin qanunvericiliyə uyğun Operatorun istifadəsinə verilməsinə Nazirlik tərəfindən köməklik edilir.
6.15. Maliyyələşdirmə üzrə
6.15.1. Operator 1 nömrəli Əlavədə qeyd edilən ödənişləri bu Müqavilənin şərtlərinə əsasən aparır. Bu Müqavilə imzalandıqdan sonra, Nazirlik tərəfindən telekommunikasiya xidməti bazarının təhlil edilməsi, sahə üzrə tənzimləyici sənədlərin hazırlanması və onların əsasında tənzimləmə fəaliyyətinin həyata keçirilməsi, müvafiq lisenziyaların şərtlərinə riayət olunması üçün bazara nəzarət edilməsi, aidiyyəti üzrə əlaqələndirmənin, beynəlxalq əməkdaşlığın həyata keçirilməsi, uyğunluğun qiymətləndirilməsi işlərinin təşkili, xidmətlərin keyfiyyət göstəricilərinin müəyyən edilməsi, mülkiyyət və təşkilati-hüquq formasından asılı olmayaraq bu sahədə fəaliyyət göstərən təsərrüfat subyektlərinin xidmətlərinin keyfiyyətinə nəzarət edilməsi və monitorinqlər aparılmaqla xidmətlərin qiymətləndirilməsi, eləcə də Azərbaycan Respublikasının bütün ərazisi üzrə universal telekommunikasiya xidmətlərinin təmin edilməsi (ucqar yaşayış məntəqələrinin müxtəlif rabitə xidmətləri ilə təmin olunması, bu xidmətlərin genişləndirilməsi) və s. fəaliyyətlərlə bağlı yaranan xərclər bu Müqavilənin 1 nömrəli Əlavəsində göstərilən ödənişlər hesabına qarşılanır.
6.16. Mütəmadi hesabatların verilməsi
6.16.1. Operator hər rüb başa çatdıqdan sonra növbəti rübün ilk ayının birinci yarısından gec olmayaraq XK-nə dair göstəricilər barədə hesabatı bu Müqavilənin 6.13.1-ci bəndinə müvafiq olaraq Nazirliyə təqdim edir. Hesabatın forması Nazirlik tərəfindən hazırlanır, bütün mobil operatorlar üçün eyni olur və məcburi xarakter daşıyır. Hesabat forması Nazirliyin elektron saytında yerləşdirilir.
6.16.2. XK-yə dair hesabatın hazırlanması məqsədilə Operator Nazirlik tərəfindən müəyyən edilmiş formada və qaydalara uyğun axırıncı 3 (üç) ilə görə keyfiyyət göstəricilərinin ölçülməsi barədə dürüst qeydlər aparmalıdır. Nazirlik sorğu etdikdə, Operator müvafiq məlumatları Nazirlik tərəfindən müəyyən edilən formada və müddətdə Nazirliyə təqdim edir.
6.16.3. Əlavə olaraq, Operator Nazirliyə aşağıda göstərilən məlumatları təqdim edir:
· Abunəçilərin sayı barədə;
· ARPU (bir istifadəçi üçün orta gəlir göstəricisi) barədə;
· Mobil rabitənin əhatə dairəsi barədə (istifadə olunan texnologiyalar üzrə bölünməklə) o cümlədən, bu Müqavilədə qeyd edilən göstəricilər;
· Bu Müqavilədə qeyd olunmuş keyfiyyət göstəriciləri barədə;
· Saytların (platformaların) sayı, texnologiyalar (2G/ 3G/, 4G və s.) üzrə baza stansiyaları barədə;
· BTİ və digər beynəlxalq təşkilatlara təqdim edilməsi üçün lazım olan digər göstəricilər barədə.
Yuxarıda qeyd olunan məlumatlarda, Nazirliyin göstərişlərinə əsasən, həm bütövlüklə Azərbaycan Respublikasının ərazisinə həm də ayrı-ayrı yaşayış məntəqələrinə aid olan məlumatlar əks olunmalıdır.
Məlumatlar Nazirlik tərəfindən hazırlanmış formada və müəyyən edilən müddətlərdə təqdim olunmalıdır.
Məlumatların dəqiqliyinə görə Operator məsuliyyət daşıyır.
6.16.4. Müəyyən edilmiş müddətdə məlumatları təqdim etməyən Operator barəsində qanunvericilikdə müəyyən edilmiş tədbirlər görülür.
6.17. Monitorinqlər
6.17.1. Nazirlik Xidmətlərin keyfiyyət səviyyəsinə dair minimal tələb və göstəricilərin Operator tərəfindən yerinə yetirilməsini şəbəkədə vaxtaşırı təşkil etdiyi monitorinqlər vasitəsilə müəyyən edə bilər. Monitorinqlərin keçirilməsi metodları Operator tərəfindən XK-nə dair hesabatların təqdim olunması üçün istifadə edilən göstəricilərin ölçmə metodları ilə eyni olmalıdır. Monitorinq zamanı əsaslandırılmış qərar qəbul edilməsi üçün Nazirliyin Operatora aid müvafiq ərazilərə, telekommunikasiya vasitə və qurğularına, həmçinin sənədlərə baxış keçirmək hüququ vardır.
6.17.2. Bu Müqaviləyə 2 nömrəli Əlavədəki Xidmətlərin keyfiyyət səviyyəsinə dair minimal göstəricilərə əməl etməyən Operatora qarşı Nazirlik Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada inzibati tədbirlər tətbiq edir.
6.17.3. Nazirlik Operatorun fəaliyyətinin qiymətləndirilməsi üçün onun abunəçilərinin məmnunluğunu yoxlaya bilər. Belə yoxlamalar müxtəlif formalarda keçirilə bilər (məsələn: müstəqil texniki audit, birdəfəlik testlər, müştərilərin sorğuları və s.). Müştəri məmnunluğunun yoxlanılması Nazirliyin hesabına aparılır. Nazirliyin belə yoxlamalara çəkilən xərclərin qismən və ya tamamilə kompensasiya edilməsini Operatordan tələb etmək hüququ yoxdur, öz növbəsində Operator isə belə kompensasiyanı Nazirliyə ödəməyə məcbur deyil.
Nazirlik yoxlama keçirilən zaman istifadə edilən metodların və göstəricilərin şəffaflığını təmin edir.
Müştəri məmnunluğu yoxlamaları bütün operatorlar üçün eyni metodlar tədbiq etməklə aparılır.
6.17.4. Nazirlik müştəri məmnunluğunun qiymətləndirilməsi üçün göstəriciləri işləyib hazırlaya bilər, məsələn:
· Səsin əhatə dairəsinin keyfiyyəti (məs. Quality of Coverage, Test Area Coverage);
· Məlumatların ötürülməsi şəbəkəsinin əhatə dairəsinin keyfiyyəti (məs. Quality of Coverage, Test Area Coverage) 2G/ 3G/ 4G texnologiyaları üzrə əhatə dairəsi (məs. Quality of Coverage, Test Area Coverage);
· Abunəçilər üçün məlumatların ötürülməsinin sürəti (məs., 10% EA faster than, 10% Users faster than, Average Users best throughtout və s.);
· Məlumatların ötürülməsi xidmətlərinin mümkünlüyü (məs., Number of degraded days, Number of degraded hours və s.);
· Səs xidmətləri (məs. call success ratio, call setup time, speech quality);
· Məlumatların ötürülməsi xidmətləri (məs. success ratio, throughput, 90% / 10% faster than reaction time və s.)
6.17.5. Nazirliyin müştəri məmnunluğunun yoxlamasının nəticələrini KİV-də dərc etmək ixtiyarı vardır.
6.17.6. Müştəri məmnunluğunun yoxlamasının nəticələri və metodları dərc edilməzdən əvvəl Operatorun həmin məlumatlarla tanış olmaq və nəticələrə dair şərhlərini vermək ixtiyarı vardır.
6.18. Sorğular
6.18.1. Nazirlik qeyri-hökumət təşkilatlarının nümayəndələrini cəlb etməklə mütəmadi olaraq abunəçilər arasında XK-yə dair sorğular keçirir.
6.18.2. Belə sorğuların metodları statistik baxımdan əhəmiyyətli olmalı və qiymətləndirmədə qərəzsizlik təmin edilməlidir.
6.18.3. Sorğuların aparılması metodları Operator üçün şəffaf olmalıdır.
6.18.4. Sorğuların aparılması üçün bütün mobil operatorların müştəri bazası təqdim olunmalıdır.
7. Hüquq və vəzifələrin icrası, məsuliyyət
7.1. Tərəflər bu Müqavilədə nəzərdə tutulan vəzifə və öhdəliklərin yerinə yetirilməsi üzrə məsuliyyət daşıyırlar.
7.2. Tərəflər Müqavilənin icrası ilə bağlı olan bütün şərtləri, tələbləri və buna aid məlumatları öyrəndikdən sonra Müqaviləni imzalayırlar. Operatorun bu cür şərtləri, tələbləri və məlumatları bilməməsi onu Müqavilə üzrə götürdüyü vəzifələrdən azad etmir.
7.3. Operator Müqavilənin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, “Lisenziyalar və icazələr haqqında”, “Telekommunikasiya haqqında”, “Fərdi məlumatlar haqqında” və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarının və digər normativ hüquqi aktların tələblərinə riayət edir və həmin qanunvericiliyin pozulması hallarına görə məsuliyyət daşıyır.
8.1. Bu Müqavilənin müddəti lisenziyalaşdırılma sahəsində Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun qaydada Nazirlik tərəfindən Operatora verilən Lisenziyanın müddəti ilə eyni olaraq müəyyən edilir. Lisenziya müqaviləsi Nazirlik və lisenziya sahibi arasında bağlanıldığı tarixdən qüvvəyə minir və 10 (on) il müddətində qüvvədə qalır.
8.2. Tərəflər Lisenziyanın və Müqavilənin müddəti bitəndən sonra yeni alınmış Lisenziyanın müddətinə uyğun Müqavilə bağlayır, o cümlədən XK-yə dair tələblərə yenidən baxılır.
8.3. Operatora ayrılmış radiotezliklərin istifadəsi hüququ Müqavilənin müddəti ilə məhdudlaşır.
9. Hüquqların başqasına ötürülməsi
9.1. Operator Xidmətləri fəaliyyət növünə görə ona verilən Lisenziyadan və bu Müqavilə üzrə hüquqlardan yalnız özü istifadə edə bilər və bu hüquqları üçüncü şəxslərə ötürə bilməz. Lisenziyanın və bu Müqavilənin qüvvəsi Operatorun təsisçisi olduğu hüquqi şəxslərə, habelə Operatorla birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir.
9.2. Operator, mövcud qanunvericiliyə və bu Müqavilənin şərtlərinə əməl edərək, özünün göstərəcəyi xidmətlərin təşkili ilə bağlı digər şəxslərlə müstəqil surətdə müqavilələr bağlaya bilər.
10. Müqavilənin dəyişdirilməsi, dayandırılması və ləğv edilməsi
10.1. Bu Müqavilənin dəyişdirilməsi, dayandırılması və ləğv edilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tənzimlənir.
10.2. Bu Müqavilənin şərtlərinin dəyişdirilməsi, əgər qanunvericilikdə başqa qayda nəzərdə tutulmayıbsa, Tərəflərin qarşılıqlı razılğı əsasında aparılır.
10.3. Nazirlik dövlət təhlükəsizliyi ilə bağlı əsaslar mövcud olduqda və qanunvericilikdə nəzərdə tutulan digər hallarda Müqaviləni birtərəfli qaydada ləğv edə, Müqaviləyə əlavə və dəyişiklik edə bilər. Belə dəyişikliklər Müqavilənin kommersiya şərtlərinə (ödənişlər, müddətlər, sanksiyalar və s.) aid ola bilməz. Yalnız qeyd edilənlər ilə məhdudlaşmadan, dəyişikliklər Operatora ayrılmış radiotezlik diapazonlarına, ictimai və ya özəl əmlakdan istifadənin məhdudlaşdırılmasına və milli təhlükəsizlik maraqları ilə bağlı yeni öhdəliklərə aid ola bilər.
10.4. Yuxarıda qeyd olunan dəyişikliklər edildikdə və icra olunduqda, Nazirlik birtərəfli qaydada edilmiş əlavə və dəyişikliklər nəticəsində Operatorun çəkdiyi xərclərinin əvəzini ödəmək üçün öhdəlik və ya istənilən dolayı zərər ilə bağlı hər hansı məsuliyyət daşımır.
10.5. Operator tərəfindən göstərilən Xidmətlər, şəbəkənin işi, sahə üzrə mövcud qanunvericiliyə və qaydalara əməl edilməsi ilə əlaqədar Nazirlik tərəfindən müəyyən edilən xüsusi tələblər, həmçinin bu Müqavilədə göstərilmiş vəzifə və öhdəliklər Operator tərəfindən əsassız olaraq icra edilmədikdə, Nazirlik qanunvericilikdə nəzərdə tutulan qaydada Müqaviləni dayandıra və ya ləğv edə bilər.
10.6. Yuxarıda qeyd edilənlərə xələl gətirmədən, bu Müqavilə aşağıdakı hallarda da ləğv edilir:
10.6.1. Lisenziyanın qüvvədəolma müddəti başa çatdıqda;
10.6.2. Hüquqi şəxs, xarici hüquqi şəxsin filialı və ya nümayəndəliyi olan Operator ləğv edildikdə;
10.6.3. Bu Müqavilənin etibarsız olması haqqında məhkəmənin müvafiq qərarı olduqda.
11. Fors major hallar
11.1. Yanğın, ildırım, sel, daşqın, zəlzələ, digər təbii fəlakətlər, epidemiyalar, epizootiyalar, karantinlər, embarqolar, müharibələr və ya inqilablar, fövqəladə hallar və hərbi vəziyyət, beynəlxalq və ya yerli miqyasda gözlənilməz hadisələr, bu müqavilənin tərəfləri olmayan şəxslərin günahı üzündən və ya tərəflərdən asılı olmayan səbəblərə görə bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi və müqavilənin pozulmasına görə tərəflər heç bir məsuliyyət daşımırlar.
11.2. Bu Müqavilənin icrasına fors-major hallar təsir göstərərsə, üzərinə düşən vəzifəni yerinə yetirə bilməyən Tərəf, hadisə baş verən vaxtdan ən geci 3 (üç) gün keçənə qədər digər Tərəfi xəbərdar etməlidir.
12. Mübahisələrin həlli
12.1. Tərəflər, bu Müqavilə ilə əlaqədar ortaya çıxan bütün anlaşılmazlıqları, Müqavilənin icrasından və ya ləğvindən irəli gələn hər hansı mübahisə və ya fikir ayrılığını əvvəlcə öz aralarında müzakirə yolu ilə həll etməlidirlər. Razılıq əldə olunmadığı halda, mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının kommersiya məhkəmələrinə müraciət edilməklə həll edilir.
13. Məxfilik
13.1. Operator abunəçilər və yaxud da üçüncü şəxslər tərəfindən verilən məlumatların məxfiliyini “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təmin etməyə zəmanət verir.
13.2. Tərəflər bu Müqavilə üzrə əldə etdiyi məlumatların məxfi saxlanılmasına təminat verirlər.
14. Yekun müddəalar
14.1. Hazırki müqavilə Nazirlik və Operator arasında bağlanıldığı tarixdən qüvvəyə minir və tərəflər üçün məcburidir.
14.2. Bu Müqavilə eyni hüquqi qüvvəyə malik olan iki nüsxədə tərtib edilir və imzalandıqdan sonra bir nüsxə Nazirlikdə, digər nüsxəsi isə Operatorda saxlanılır.
15. Tərəflərin imzaları və möhürləri
Azərbaycan Respublikasının
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
___________________________________
Səlahiyyətli şəxsin vəzifəsi, soyadı, adı
___________________________________
və atasının adı
İmza: ____________
Lisenziya sahibi/
__________________________________
Səlahiyyətli şəxsin vəzifəsi, soyadı, adı
___________________________________
və atasının adı
İmza: ____________
Lisenziya müqaviləsinin formasına
1 nömrəli Əlavə
Müqavilə üzrə Operatorun ödənişləri
1. Operator qanunvericilikdə və bu Müqavilədə nəzərdə tutulmuş qaydada aşağıda göstərilən ödənişləri etməlidir:
Birdəfəlik ödənişlər
I. Lisenziya alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə dövlət rüsumu;
II. Qanunvericiliyə uyğun olaraq radiorabitə şəbəkəsi üçün radiotezliyin ayrılmasına görə birdəfəlik ödəniş;
III. Nömrə resurslarının ayrılması üçün birdəfəlik ödəniş.
Dövrü ödənişlər
Nömrənin aktiv edilməsinə görə
Hər bir nömrə üçün _________AZN
Bir nömrənin aktiv edilməsinə görə ödəniş Operatorla Nazirliyin Məlumat Hesablama Mərkəzi arasında bağlanmış müqavilə ilə müəyyən edilir və Operator tərəfindən Məlumat Hesablama Mərkəzinə ödənilir.
[konkret tarixlər göstərilməklə]
Ümumistifadəli sellülar rabitə sistemlərində istismar olunan baza stansiyalarında radiotezliklərin istifadə edilməsinə görə
0-1000 MHs (1000 MHs daxil olmaqla) tezlik zolağında hər 1 (bir) MHs üçün _______ min AZN;
1000-2100 MHs (2100 MHs daxil olmaqla) tezlik zolağında hər 1 (bir) MHs üçün _______ min AZN;
2100 MHs-dən çox tezlik zolağında hər 1(bir) MHs üçün _______ min AZN.
Radiotezliklərin istifadə edilməsi üçün ödənişlər aşağıdakı kimi hesablanır:
Ödənişin məbləği = BD * Bütün diapazonların cəmi (diapazonlarda zolaqların eni) * diapazonun dəyərinin əmsalı
BD – Baza dərəcəsi = 1 QHs-dək tezlik diapazonundakı 1 MHs enində olan tezlik nominalının manatla xüsusi dəyəri.
Baza dəyəri hər növbəti il üçün əvvəlki ilin inflayasiya səviyyəsinə görə dəyişə bilər.
Diapazonun dəyərinin əmsalları:
1000 MHs-dən aşağı – 100%
1000-2100 MHs – arası – 35%
2100 MHs-dən çox – 16%
Radiotezliklərə görə ödənişlər Nazirliyin Dövlət Radiotezliklər İdarəsinə ödənilir.
[konkret tarixlər göstərilməklə]
Universal Telekommunikasiya Xidmətləri üzrə
Universal Telekommunikasiya Xidmətləri üzrə ödənişin baza dərəcəsi Operatorun illik əsas əməliyyat gəlirinin 1,5%-nə bərabərdir və Nazirliyin Dövlət Xəzinədarlıq Agentliyində olan Universal Telekommunikasiya Xidmətləri Hesabına ödənilir.
[konkret tarixlər göstərilməklə]
Nömrə resurslarının istifadəsinə görə
Nömrə resurslarının istifadəsinə görə ödənişlər qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş tariflər əsasında Nazirliyin Dövlət Xəzinədarlıq Agentliyində olan Universal Telekommunikasiya Xidmətləri Hesabına ödənilir.
[konkret tarixlər göstərilməklə]
Aktiv abunəçi sayına görə
Aktiv abunəçi sayına görə ödənişlər qanunvericiliyə uyğun olaraq müəyyən edilir və Nazirliyin Məlumat Hesablama Mərkəzinə ödənilir.
Aktiv abunəçi sayına görə ödənişlərin hesablanması üçün əsas hesabat müddəti üzrə Operatorun aktiv abunəçilərin sayıdır.
[konkret tarixlər göstərilməklə]
2. Radiotezliklərin istifadə edilməsi üçün yuxarıda göstərilən ödənişlər qanunvericilikdə müvafiq dəyişikliklər aparıldıqdan sonra tətbiq ediləcəkdir. Qanunvericilikdə müvafiq dəyişikliklər edilənədək radiotezliklərin istifadə edilməsi üçün illik ödənişlər qüvvədə olan mövcud tariflərə uyğun aparılacaqdır.
3. Yuxarıda qeyd olunan ödənişlərin məbləği və ödəniş şərtləri, qanunvericilikdə və bu Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, birtərəfli qaydada dəyişdirilə bilməz.
4. Müqavilə vaxtından əvvəl ləğv edildikdə, qanunvericilikdə nəzərdə tutulmuş ödənişlər qaytarılmır. Müqavilə, Operatorun təqsiri olmadan, vaxtından əvvəl ləğv edildikdə Nazirliklə bu Müqaviləyə uyğun olaraq razılaşdırılmış və gələcək dövrlərə aid olan və istifadə olunmamış ödənişlər, Tərəflərin qarşılıqlı yazılı razılaşmasına uyğun olaraq, Müqavilə ləğv edildikdən sonra 1 (bir) il ərzində Operatora qaytarılır.
5. Yuxarıda qeyd olunan ödənişlərin Nazirlik və Nazirliyin aidiyyəti tabeli qurumları tərəfindən təqdim edilən hesablara əsasən vaxtında ödənilməsi Operator tərəfindən təmin edilir. Operator tərəfindən yuxarıda qeyd edilən ödənişlərin ödənilməsi gecikdirildikdə, ödənişin hər gecikdirdiyi gün üçün borc məbləğinin 0,05% miqdarında cərimə hesablanır və Operator tərəfindən Nazirliyə və Nazirliyin aidiyyəti tabeli qurumuna ödənilməlidir.
6. Digər telekommunikasiya xidmətləri üzrə ödənişlər qüvvədə olan mövcud tariflərə uyğun olaraq, həmçinin Operatorun Nazirliyin strukturuna daxil olan və strukturuna daxil olmayan tabeli qurumları ilə imzalanmış müqavilələr əsasında həyata keçirilır.
Lisenziya müqaviləsinin formasına
2 nömrəli Əlavə
Xidmətlərin keyfiyyət səviyyəsinə dair minimal tələblər və göstəricilər
Xidmətlərin keyfiyyət səviyyəsinə dair minimal tələblər və göstəricilər səs və məlumat ötürülməsi xidmətləri, SMS xidmətləri, həmçinin abunəçilərə xidmətlərin göstərilməsi, şikayətlərə baxılması, çatışmazlıqların aradan qaldırılmasına dair tələbləri və göstəriciləri əhatə edir. Belə tələb və göstəricilərə aşağıdakılar daxildir:
QoS / KQI in English
XK / ƏKG Azərbaycan dilində
Müqavil forması
Əmək Məcəlləsində dəyişikliklər edilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış yeni qanun layihəsində əmək müqaviləsinin forması ilə bağlı da Məcəllədə təkmilləşdirmənin aparılması nəzərdə tutulub.
“Qafqazinfo” xəbər verir ki, məcəlləyə əsasən, əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunmaqla, onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılmalıdır.
Lakin işçinin əmək müqaviləsinin bir nüsxəsini alması faktını müəyyən edən qayda nəzərdə tutulmayıb. Həmçinin əmək müqaviləsinin həcmi böyük olduğu üçün bu müqavilə bir vərəqdə yerləşmir və bir neçə səhifədən ibarət olur. İşəgötürən və işçi əmək müqaviləsinin yalnız sonuncu səhifəsini imzalayırlar.
Belə olan halda, təcrübədə müqavilənin bir nüsxəsinin işçiyə verilmədiyi zaman işəgötürən tərəfindən bundan sui-istifadə edilməklə müqavilənin əvvəlki səhifələrində dəyişiklik (məsələn, müqavilənin müddəti ilə bağlı) edilə bilməsinə şərait yaranır.
Belə sui-istifadə hallarına imkan yaranmaması üçün layihədə Əmək Məcəlləsinin 44-cü maddəsinin 3-cü hissəsinin təkmilləşdirilməsi nəzərdə tutulur.
Yəni həmin hissədə əmək müqaviləsinin iki nüsxədən az olmayaraq tərtib olunması, işçi və işəgötürən tərəfindən müqavilənin sonuncu deyil, bütün səhifələrinin imzalanması, son səhifənin işəgötürənin möhürü (möhür olmadıqda imzası, VÖEN-i qeyd edilməklə) ilə təsdiqlənməsi, müqavilənin bir nüsxəsinin işçidə, digər nüsxəsinin işəgötürəndə saxlanılması, işçinin əmək müqaviləsinin nüsxəsini aldığını işəgötürəndə saxlanılan nüsxədə bu barədə müvafiq qeydi imzalaması ilə təsdiq etməli olduğunun qeyd edilməsi təklif olunur.
Son xəbərlər
- 10:18 | İlk dəfə birlikdə görüntüləndilər – Foto
- 09:45 | “Barselona” “Real”ı son dəqiqədə məğlub etdi – Video
- 09:30 | Ceyhun Bayramov Brüsselə getdi
- 09:18 | Ermənilər Zəngilan istiqamətində mövqelərimizi atəşə tutdu – Hərbçimiz yaralandı
- 09:17 | Cəlilabadda əməliyyat, 3 nəfər tutuldu – Foto
- 09:07 | Mehriban Əliyevadan Novruz bayramı paylaşımı
- 00:01 | Azərbaycanda Novruz bayramıdır
- 19.03.2023 23:25 | Qazaxıstanda parlament seçkiləri başa çatdı
- 19.03.2023 22:51 | Cennifer Lopezdən yeni kolleksiyası üçün cazibədar – Fotolar
- 19.03.2023 22:24 | Abşeron RPİ-yə rəis müavini təyin edildi
- 19.03.2023 22:02 | İraqla İran sərhəd təhlükəsizliyinə dair saziş imzaladı
- 19.03.2023 21:48 | Güləşçimiz Avropa çempionatında qızıl medal qazanıb
- 19.03.2023 21:38 | Pakistanın bu bölgələrində toplaşma qadağası qoyuldu
- 19.03.2023 21:15 | AZAL sərnişinlərinə Novruz bayramı münasibətilə endirim hədiyyə edir
- 19.03.2023 21:14 | Prezidentdən Novruz bayramı ilə bağlı paylaşım
- 19.03.2023 21:00 | “PAŞA Holding”dən şəhid ailələrinə bayram sovqatları – Fotolar
- 19.03.2023 20:47 | “Azəriqaz”ın rəhbər şəxsləri müraciətləri özləri cavablandırıb – Video
- 19.03.2023 20:15 | İşğal altındakı Mariupolda ilk dəfə – Fotolar
- 19.03.2023 19:42 | Mahir Emreli millinin toplanışında iştirak etməyəcək
- 19.03.2023 19:18 | “Artıq bəsdir” – Demetdən boşanma iddialarına cavab
- 19.03.2023 18:53 | Fransada pensiya yaşına etiraz edən 500 nəfər saxlanıldı
- 19.03.2023 18:28 | Putinin həbsi üçün İnterpola müraciət olunacaq
- 19.03.2023 17:45 | Kahramanmaraşda ard-arda iki zəlzələ oldu
- 19.03.2023 17:27 | Bu gün neçə vaksin vurulub?
- 19.03.2023 17:26 | Yoluxanların sayı açıqlandı
- 19.03.2023 17:20 | Ukraynanın Azərbaycandakı səfirindən Novruz bayramı təbriki
- 19.03.2023 16:52 | Azərbaycan XİN-dən Ermənistana cavab
- 19.03.2023 16:47 | Ukrayna Bəşər Əsədə sanksiyalar tətbiq etdi
- 19.03.2023 16:22 | İbrahimoviçdən tarixi qol
- 19.03.2023 16:00 | Bakı metrosunda retro vaqonlar nümayiş etdirilir
- 19.03.2023 15:28 | Bu gün “El-Klasiko” var
- 19.03.2023 14:46 | “Nicat Lənkəranski” həbs olundu
- 19.03.2023 14:39 | Xərçəngə qalib gəldi, 531 gündən sonra meydana çıxdı
- 19.03.2023 14:12 | Zakir Həsənov yaralı hərbçilərimizlə görüşdü – Fotolar
- 19.03.2023 13:45 | Füzuli şəhəri belə inşa ediləcək
- 19.03.2023 13:34 | Gəncədə kişi keçmiş arvadını öldürdü
- 19.03.2023 13:31 | Boksçumuz DÇ-nin finalına yüksəldi
- 19.03.2023 13:01 | “Demişdim ki, öldü var, döndü yoxdur” – Prezident
- 19.03.2023 12:41 | Qanunsuz kömür istehsalının qarşısı alındı
- 19.03.2023 12:32 | Sabah hava necə olacaq?
- 19.03.2023 12:21 | Sabunçu rayonunda Novruz bayramı təntənəli şəkildə qeyd edildi
- 19.03.2023 12:01 | Əlinin qətlini arvadı təşkil edibmiş – Rəsmi
- 19.03.2023 11:35 | Prezidentin o tviti. – Foto
- 19.03.2023 11:22 | Samuxda 14 yaşlı qız intihar etdi
- 19.03.2023 11:12 | Nərimanov rayonunda Novruz bayramı coşqusu – Fotolar+Video
- 19.03.2023 10:42 | FHN əhaliyə təkrar müraciət etdi
- 19.03.2023 10:37 | Binəqədidə bayram konserti təşkil olunub
- 19.03.2023 10:07 | “İndi bizdən qorxurlar” – Prezidentlə kənd sakini arasında maraqlı dialoq+Video
- 19.03.2023 09:52 | Ekvadorda 6,9 bal gücündə zəlzələ – Ölənlər var
- 19.03.2023 09:20 | “Qarabağ” – “Qalatasaray” matçının hakimləri açıqlandı
Əmək müqaviləsinin forması
İşçi və işəgötürənin fərdi qaydada, nümunəvi əmək müqaviləsi formasına uyğun razılaşma, onların hüquqlarını və vəzifə öhdəliklərini şərh edir.
Əmək müqaviləsi haqqında daha ətraflı buradan məlumat almaq olar.
Əmək müqaviləsinin forması
- işçiyə;
- insan resursları;
- mühasibatlıq şöbəsinə verilə bilər.
Bəzən insanlar elə düşünür ki, əgər əmək müqaviləsinin elektron forması varsa, elektron olaraq qeydiyyatdan keçirilibsə, yazılı olaraq bağlamağa ehtiyac qalmır. Ancaq bu qanuna ziddir. Müqavilə əmək münasibətlərini rəsmiləşdirən sənəddir. Buna görə də yazılı formada hazırlanması zəruridir. Müqavilə imzalandığı gündən qüvvəyə minir. Əgər işçı işəgötürən tərəfindən müqaviləsiz işə qəbul olunmuşsa, müqavilə onun işdə olduğu gündən bağlanmış sayılır, ən gec 3 gün ərzində sənəd hazırlanmalıdır.
Nümunəvi əmək müqaviləsi forması Əmək Məcəlləsinə əlavə olunub.
Əmək müqaviləsinin tərkibi
- Müqaviləni (kontraktı) bağlayan tərəflər haqqında məlumatlar
- Müqavilənin müddəti
- İşçinin əmək funksiyası
- Əmək şəraitinin şərtləri
- Vurulmuş ziyana görə tərəflərin qarşılıqlı maddi məsuliyyəti
- Sosial müdafiə məsələləri
- Mülkiyyət münasibətlərinin tənzimlənməsi
- Dəyişikliklər və əlavələrin edilməsi barədə məlumatlar
- Müqaviləyə xitam verilməsi
- Yekun qaydalar
- Tərəflərin imzaları və ünvanları
Nümunəvi əmək müqaviləsi forması əsasında tərtib edilən razılaşma tərəflərin imzası(möhürü) ilə təsdiqlənməlidir.
Comments are closed, but trackbacks and pingbacks are open.