Müqavilə növləri, Müqavilə Formaları barədə – CLC
Şirkət ilə şəxs arasında faktiki əmək münasibətləri olduğu halda onunla xidmət müqaviləsinin bağlanılması qanunsuzdur. Əmək münasibətlərinin əlamətləri isə iş rejiminə tabe olmaq, əmək haqqı almaq, məzuniyyət hüququ və Əmək Məcəlləsində işçi üçün nəzərdə tutulmuş digər hüquqlar və münasibətlərin əlamətləridir.
Müqavilə forması
Satışı bitən “Vergi uçotu: A-dan Z-yə” (II nəşr) kitabından seçmə
Bakı şəhəri «___»______20 -ci il.
Bir tərəfdən «AA» MMC (bundan sonra SİFARİŞÇİ adlandırılacaq), cəmiyyətin direktoru __________________ şəxsində, digər tərəfdən «SS» MMC (bundan sonra İCRAÇI adlandırılacaq), cəmiyyətin direktoru __________________________ şəxsində bu müqaviləni aşağıdakı şərtlərlə bağladılar.
- MÜQAVİLƏNİN PREDMETİ
1.1. SİFARİŞÇİ ona məxsus olan köhnə avadanlıqların əsaslı təmirini, modernləşdirilməsini İCRAÇIya sifariş verir və İCRAÇI həmin sifarişi mütəmadi olaraq yerinə yetirir.
1.2. Müqavilə imzalandığı gündən 2 (iki) il müddətində qüvvədədir.
- TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
2.1.1. əsaslı təmir, modernləşdiriləsi avadanlıqlar barəsində əvvəlcədən İCRAÇIya məlumat verməlidir;
2.1.2. xidmət haqqının vaxtında ödənilməsini təmin etməlidir;
2.1.3. avadanlıqların ona məxsus olmasına cavabdehlik daşıyır;
2.1.4. istehsalat zərurəti yarandıqda avadanlıqların təmiri üçün onları İCRAÇInın iş yerinə çatdırmalıdır.
2.1.5. əsaslı təmir, modernləşdirilmiş avadanlıqlarda görülmüş işləri təhvil-təslim aktı ilə təhvil almalıdır.
2.2.1. verilmiş sifarişin vaxtında yerinə yetirilməsini öhdəsinə götürür.
2.2.2. İCRAÇIdan xidmət haqqının vaxtında ödənilməsini tələb edir.
2.2.3. görülmüş işləri müvafiq sənədlərlə (aktlarla) rəsmiləşdirməklə təhvil verir.
2.2.4. avadanlıqların təmirini, modernləşdirilməsini SİFARİŞÇİnin iş yerində həyata keçirməlidir. İstehsalat zərurəti yaranarsa, öz iş yerində həmin işləri yerinə yetirə bilər, bu haqda əvvəlcədən SİFARİŞÇİyə məlumat verməlidir.
3.1. SİFARİŞÇİ ilə İCRAÇI arasında görüləcək işlərin ümumi dəyəri 10.000 (on min) manat müəyyənləşdirilir. Görülmüş işlərin, istifadə olunmuş mal-materialların, ehtiyat hissələrinin dəyəri təhvil-təslim sənədlərində öz əksini tapacaq.
3.2. Ödəniş təhvil-təslim aktına əsasən aparılacaqdır.
3.3. Xidmət haqqı, hər bir görülmüş iş üçün təhvil-təslim aktı imzalandıqdan sonra SİFARİŞÇİ tərəfindən İCRAÇIya 3 (üç) gün ərzində köçürmə qaydasında ödəniləcək.
- TƏRƏFLƏRİN MƏSULİYYƏTİ
4.1. Bu müqavilənin şərtlərinin pozulması və ya yerinə yetirilməməsi nəticəsində tərəflər bir-birinə vurduqları zərərə görə mülki-hüquqi məsuliyyət daşıyırlar. Tərəflər fors-major hallarında bu müqavilə şərtlərinin icra edilməməsinə və ya lazımi qaydada icra edilməməsinə görə məsuliyyətdən azad edilirlər.
5.1. Tərəflərin istək və arzularından asılı olmayan, qabaqcadan bilinməsi və ya ağlabatan vasitələrin köməyi ilə qarşısının alınması mümkün olmayan şərait üzündən , o cümlədən, müharibə elan edilməsi, yaxud faktiki müharibə, mülki iğtişaşlar, epidemiyalar, blokada, embarqo, zəlzələlər, daşqınlar, yanğınlar, başqa təbii fəlakət və hökumətin qadağa tədbirləri nəticəsində öhdəliklərin yerinə yetirilməməsinə görə tərəflərdən heç biri digər tərəf qarşısında məsuliyyət daşımır.
- MÜBAHİSƏLƏRİN HƏLLİ
6.1. Tərəflər arasında bu müqavilənin icrasından irəli gələn mübahisələr qarşılıqlı razılıqla həll olunur.
6.2. Qarşılıqlı razılıqla həll olunmayan mübahisələr məhkəmə qaydasında həll edilir.
- TƏRƏFLƏRİN HÜQUQİ ÜNVANLARI VƏ REKVİZİTLƏRİ
Direktor: ___________ Direktor: __________
“A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı yeni nəşri SATIŞDA
Müqavilə növləri, Müqavilə Formaları barədə – CLC
Müqavilə iki tərəfli əqddir. Müqavilə elə razılaşma formasıdır ki, ən azı iki tərəf iştirak etmiş olsun. Müqavilə növlərini mülki müqavilə və əmək müqaviləsi olmaqla iki yerə bölmək olar. Digər meyarlar üzrə də müqavilə növləri təsnifləşdirilə bilərlər, məsələn əvəzli müqavilələr və əvəzsiz müqavilələr; Real Müqavilələr (predmetin təqdim edilməsi ilə bağlanır) və konsensual müqavilələr (öhdəliyin götürülməsi ilə bağlanır). Müqavilə növlərindən asılı olaraq şifahi, yazılı və ya notariat qaydasında bağlanıla bilər.
Mülki müqavilə – kommersiya müqavilə növləri
Mülki müqavilə növləri, yəni kommersiya müqavilə növləri əsasən malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə bağlı müqavilələrdir. Mallarla bağlı alqı-satqı müqaviləsi, əşyaların saxlanca verilməsi müqaviləsini misal göstərmək olar. İşlərin görülməsi müqavilələri adətən podrat müqavilələri hesab edilir: tikinti müqavilələri, təmir müqavilələri, habelə nəticəsində hazır məhsul təqdim edilməsi olan digər müqavilələr bura aiddir. Xidmətlərin göstərilməsi ilə bağlı müqavilələrə müxtəlif xarakterli məsləhət xidmətlərini, texniki dəstək müqavilələrini, icarə xidmətlərini, maliyyə xidmətlərini vəs göstərmək olar.
Şirkət ilə şəxs arasında faktiki əmək münasibətləri olduğu halda onunla xidmət müqaviləsinin bağlanılması qanunsuzdur. Əmək münasibətlərinin əlamətləri isə iş rejiminə tabe olmaq, əmək haqqı almaq, məzuniyyət hüququ və Əmək Məcəlləsində işçi üçün nəzərdə tutulmuş digər hüquqlar və münasibətlərin əlamətləridir.
Müqavilə formaları
Müqavilə növündən asılı olaraq müqavilə forması seçilməlidir. Müqavilə formaları adətən qanunla müəyyən olunmur və təsdiqlənmir. Azad bazar iqtisadiyyatında müqavilə tərəflərinin könüllülüyü prinsipi əsas götürüldüyündən, müqavilə şərtlərini tərəflər özləri müəyyən etməlidir. Bu zaman konkret müqavilə növü üzrə qanunda göstərilmiş zəruri şərtlərə əməl edilməlidir. Qanundakı zəruri şərtlərə zidd olan müqavilə şərtləri etibarsız hesab ediləcəkdir.
Müqavilə formalarının tərtib edilməsi zamanı müqavilə növlərindən asılı olaraq həmin sahə üzrə qeyri-hüquqşünasların da tövsiyələri alınmalıdır. Məsələn, tikinti müqaviləsi tərtib olunarkən tikinti və mühəndislik sahəsində mütəxəssisin rəyinin alınması tikintinin gedişatı, texniki proseslər və risklər barədə daha ətraflı məlumatlandrma baxımından faydalı olar. Amm hər bir halda bu rəylər əsasında müqavilə növündən asılı olmayaraq hüquqşünas tərəfindən şərtləd müqavilə formasına daxil edilməlidir.
Müqavilə növləri, müqavilənin xüsussiyyətləri, müqavilə formaları, müqavilə şərtləri barədə daha ətraflı məlumat üçün və ya məsləhət üçün bizimlə əlaqə saxlayın: [email protected], mobil: 050 289 89 73
Caspian Legal Center geniş-çeşidli hüquq və vergi xidmətləri göstərən və Bakıda yerləşən konsaltinq şirkətidir. Əsasən transmilli şirkətlərə tam hüquq, vergi və əlaqədar mühasibatlıq xidmətləri göstərən CLC Legal 500, IFLR 1000, World Tax 2020, Lawyers Global və Global IP Lawyers tərəfindən Azərbaycanda aparıcı şirkət kimi qiymətləndirilmişdir. Xidmətlərimiz bütün Azərbaycan ərazisini, habelə beynəlxalq əməliyyatları və beynəlxalq vergi məsələlərini də əhatə edir.
- 15 Nobel Avenue, Azure Business Center,, 15th floor, office 98,, Bakı 1025, Azerbaijan
- (+994 50) 289 89 73
- (+994 55) 260 49 40
- (+994 12) 480 14 86
- [email protected]
“Tibbi xidmətlərin göstərilməsi haqqında Müqavilə”nin Nümunəvi forması” təsdiqlənib
Nazirlər Kabineti “Tibbi xidmətlərin göstərilməsi haqqında Müqavilə”nin Nümunəvi forması”nın təsdiq edib.
Day.Az-ın məlumatına görə, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.
Müqavilə icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin göstərilməsi məqsədilə tibb müəssisəsi ilə İcbari tibbi sığorta üzrə dövlət agentliyi arasında münasibətləri tənzimləyir.
Müqaviləyə əsasən, tibb müəssisəsi Qanunun və Müqavilənin şərtlərinə uyğun olaraq sığortaolunanlara xidmətlər zərfinə daxil olan tibbi xidmətlər göstərməyi, Agentlik isə Qanunla müəyyən olunmuş qaydada sığorta ödənişini həyata keçirməyi öz öhdəsinə götürür.
Agentliyin hüquqları aşağıdakılardır:
– Müqavilənin sığortaolunanlara xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin (bundan sonra – tibbi xidmətlər) göstərilməsi şərtlərinə riayət edilməsinə nəzarət etmək məqsədilə tibb müəssisəsində göstərilən tibbi xidmətlərin növü, həcmi, müddəti, keyfiyyəti və şərtləri barədə məlumatları almaq, o cümlədən “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığortaolunanlarla bağlı həkim sirri təşkil edən məlumatların qorunmasını tələb etmək;
– Qanunda və Müqavilədə nəzərdə tutulmuş qaydada vəzifələrin tibb müəssisəsi tərəfindən yerinə yetirilmədiyi və ya qismən yerinə yetirildiyi təqdirdə, göstərilmiş tibbi xidmətlərin dəyərini ödəməmək, qismən ödəmək və ya tibb müəssisəsindən ödənilmiş vəsaitlərin geri qaytarılmasını tələb etmək;
– tibb müəssisəsinin təqsiri üzündən sığortaolunana vurulmuş zərərin ödənilməsi üçün məhkəməyə müraciət etmək;
– Qanunda nəzərdə tutulmuş qaydada və müddətdə tibb müəssisəsində göstərilən tibbi xidmətlər barədə hesabatı tələb etmək.
Agentliyin vəzifələri aşağıdakılardır:
– tibbi xidmətlərə görə tibb müəssisəsinə Müqavilədə nəzərdə tutulmuş qaydada və müddətlərdə sığorta ödənişini həyata keçirmək;
– sığortaolunanların səhhətinə dair məlumatların, həmçinin həkim sirri təşkil edən məlumatların mühafizəsini və məxfiliyini təmin etmək;
– sığortaolunanların icbari tibbi sığorta ilə bağlı hüquq və mənafelərini qorumaq;
– tibbi xidmətin həcminə, müddətinə, keyfiyyətinə və şərtlərinə nəzarət etmək.
Tibb müəssisəsinin aşağıdakı hüquqları vardır:
– göstərilmiş tibbi xidmətə görə Müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə sığorta ödənişini Agentlikdən tələb etmək;
– Agentliyin Qanunda nəzərdə tutulmuş qaydada apardığı ekspertizanın nəticələrini mübahisələndirmək;
– kütləvi informasiya vasitələrinə qanunvericiliklə qadağan olunmayan məlumatları təqdim etmək.
Tibb müəssisəsinin aşağıdakı vəzifələri vardır:
– Qanunun və Müqavilənin şərtlərinə uyğun olaraq sığortaolunanlara tibbi xidmətlər göstərmək;
– bu Müqavilənin şərtlərinə uyğun olaraq göstərilən tibbi xidmətin növünə, həcminə, müddətinə, keyfiyyətinə və şərtlərinə təminat vermək;
– sığortaolunanlara göstərilən tibbi xidmətlərin uçotunu aparmaq;
– sığortaolunanlara göstərilmiş tibbi xidmətin növünə, həcminə, müddətinə, keyfiyyətinə və şərtlərinə nəzarətin həyata keçirilməsi məqsədilə sığortaolunanlar, onlara göstərilən tibbi xidmətlərin növü, həcmi, müddəti, keyfiyyəti və şərtləri barədə məlumatları, o cümlədən “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığortaolunanlarla bağlı həkim sirri təşkil edən məlumatları Agentliyə vermək;
– sığortaolunanlara göstərilən tibbi xidmətlər barədə hesabatları Qanunda nəzərdə tutulmuş qaydada və müddətdə Agentliyə təqdim etmək;
– ixtisaslaşdırılmış tibbi yardım xidmətinin göstərilməsi mümkün olmadıqda, təcili və təxirəsalınmaz hallarda sığortaolunanı bu xidməti göstərən digər tibb müəssisəsinə göndərmək;
– həyata keçirilmiş sığorta əməliyyatlarına dair sənədləri, habelə belə əməliyyatlar üzrə elektron daşıyıcılarda olan məlumatları müvafiq hüquq münasibətlərinə xitam verildikdən sonra ən azı 5 (beş) il müddətində saxlamaq.
Qərarda qeyd olunub ki, tibb müəssisəsi tərəfindən göstərilən tibbi xidmətlərə görə sığorta ödənişləri Qanunun tələblərinə uyğun olaraq həyata keçirilir.
Xidmətlər zərfində nəzərdə tutulmuş ilkin səhiyyə xidməti üzrə sığorta ödənişi Qanunun 15-15.2-ci maddəsinə əsasən ilkin səhiyyə xidməti göstərən tibb müəssisəsinə təhkim olunmuş şəxslərin sayına uyğun ödənilir.
Comments are closed, but trackbacks and pingbacks are open.