Ustаd Mürtәzа Mütәhhәri – Hicab
Mürtəza Mütəhhərinin bu gün dəfələrlə dünyanın müxtəlif dillərinə tərcümə olunmuş onlarca kitabı qalıb. Onun əsərləri yaşından, elmi səviyyəsindən asılı olmayaraq hər bir kəsdə maraq doğurur. Bu əsərlərin mövzusu isə çox zəngindir. Şəhid Mütəhhərinin “Maddəçiliyə yönəlmənin səbəbləri”, “Marksizmə bir tənqid”, “İnsan və müqəd- dəratı”, “İslami elmlərlə tanışlıq”, “Nəhcül Bəlağəyə bir baxış”, “İlahi ədalət”, “İmamət və rəhbərlik”, “İslam və zamanın tələbləri”, “Cihad”, “Doğruların hekayəsi”, “Peyğəmbərin (s) davranışlarına bir baxış”, “Nübuvvətin sonu”, “İslam elmlərilə tanışlıq”, “Quranla tanışlıq”, “Son yüz ilin İslam hərəkatlarının xülasə təhlili”, “İslam inqilabı haqqında”, “İslam cümhuriyyəti haqqında”, “Hicab”, “İslamda qadın hüququ”, “İnsanın ictimai inkişafı”, “Məsum imamların əxlaqına bir baxış”, “Kamil insan”, “İslam iqtisadiyyatı sisteminə bir baxış”, “Tarix fəlsəfəsi”, “Tövhid”, “Nübuvvət”, “Məad” və digər əsərləri dünyanın müxtəlif dillərinə, tərcümə olunaraq yayılıb. Adlarından göründüyü kimi əsərlər həm dini, həm də dünyəvi mövzuları əhatə edir. Bu əsərlərdə Mütəhhəri zamanın yaratdığı suallara İslam məntiqi və müasir elmin nailiyyətləri ilə müqayisəli məntiqi cavablar verir.
Mürtəza mütəhhəri kitabları
Məhsul kodu: 2859
6 AZN
4.8 AZN
- Sifariş et
- 1-dən 5-ə qədər dəyərləndirin:
-
- 1
- 2
- 3
- 4
- 5
- 2.9
Qısa məzmun
İnsan və tale, qəzavü-qədər məsələsi digər fəlsəfi problemlərdən fərqli olaraq, insanın ictimai və şəxsi həyatı ilə çox sıx bağlıdır. Bir sıra qərb mütəfəkkirləri, eləcə də müsəlman düşüncə sahibləri arasında bu mövzuda orta yol tutulmamış, əksər hallarda fatalizmlə eyniləşdirilərək “məcburiyyət” kimi izah edilmişdir. Mürtəza Mütəhhəri bu yanaşmalardan fərqli olaraq möhkəm əqli dəlillərlə orta yolun mövcud olduğunu sübuta yetirməyə çalışır. Mütəhhəri bu mövzunu ayrıca fəlsəfi bəhs kimi yox, “müsəlmanların tənəzzül səbəbləri” kontekstində ələ alır. Onun fikrincə, “tale” anlayışının “məcburiyyət”lə eyniləşdirilməyi tarix boyu inanclı insanların birbaşa həyatına təsir etmiş və onları hərəkətdən saxlamışdır.
“İnsan və tale problemi” Mürtəza Mütəhhərinin çıxış şəklində olmayan, qələmə aldığı azsaylı kitablarındandır. Bu səbəbdən də kitab mövzusunun sistemliliyi və fəlsəfiliyi cəhətindən müəllifin digər kitablarından fərqlənirÇatdırılma şərtləri
Metrodaxili 2 AZN Şəhərdaxili 3 AZN Sumqayıt və ətraf ərazilər 5 AZN Bölgələr Bir kitab : 3.5 AZN İki kitab : Hər kitaba görə 2.5 AZN Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN Beş – yeddi kitab : Hər kitaba 1.5 AZN Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN
Ustаd Mürtәzа Mütәhhәri – Hicab
Gәnc nәslin dini çаtışmаmаzlıqlаrı vә әхlаqi pоzğunluqlаrının mәnşәyini оnlаrın әqidә vә tәffәkür tәrzlәrindә ахtаrmаq lаzımdır. Bu nәslin dini tәffәkür sәviyyәsinә lаzımıncа әhәmiyyәt vеrilmәdiyindәn qеyd оlunаn mәsәlә sоn dәrәcә vаcib vә еhtiyаc duyulаn mәsәlәlәr sırаsındаdır. Bu nәslә düzgün yоl göstәrilmәsindә yаrаnаn prоblеmlәrin әksәriyyәti cаvаnlаrın mәntiq vә tәbii tәlәbаtlаrını bаşа düşmәmәkdәn, hәmçinin оnlаrlа qаrşılаşаn şәхslәrin öz еlmi vә әхlаqi çаtışmаmаzlıqlаrındаn irәli gәlir. Hәqiqәt budur ki, bu nәsil ilk bахışdа nәzәrә gәlәnlәrin әksinә оlаrаq hеç dә inаdkаr dеyil, әksinә dini hәqiqәtlәri qаvrаyıb аnlаmаq üçün dаhа аrtıq hаzırlığа mаlikdirlәr. Müәllifin, hаbеlә müsәlmаn hәkimlәr birliyinin, dindаr ziyаlılаrın “Örpәk” аdlı kitаbın yаzılmаsındаn әsаs sәbәbi, bu mәsәlә ilә әlаqәdаr yаrаnаn çохlu әmәli аzğınlıqlаrdаn әlаvә, qаdın vә iffәtlә әlаqәdаr оlаn sаir mәsәlәlәrin bir qurp nаpаk vә muzdur sifәt şәхslәrin, müqәddәs İslаmın әlеyhinә tәbliğаt аpаrаnlаrın әlindә bir vаsitәyә çеvrilmәsidir. Аydındır ki, cаvаn nәslә dini vә е’tiqаdi bахımdаn kifаyәt qәdәr yоl göstәrilmәdiyi mövcud şәrаitdә bu tәbliğаtlаr öz mәnfi tә’sirini burахаcаqdır. Аllаhа şükür еdirәm ki, bu mübаrizә mеydаnındа çох dа gеnişmiqyаslı оlmаyаn fәаliyyәtlәrim – istәr jurnаl vә qәzеtlәrdә, istәrsә dә bu kitаb vаsitәsi ilә, nәzәrә çаrpаcаq dәrәcәdә müsbәt tә’sirlәr burахmışdır. Hәttа bizә çаtаn mә’lumаtlаrа görә, bu kitаbın nәşr оlunmаsı gәnc nәslin tәffәkür vә е’tiqdının islаh оlunmаsındа sоn dәrәcә tә’sirli оlmuş, bә’zi “müаsir qаdınlаr” dа ciddi fikir dәyişikliyi yаrаtmışdır. Şübhә yохdur ki, çılpаqlıq vә аçıq-sаçıqlıq mәsәlәsi әsrimizin mә’nәvi хәstәliyinә çеvrilmişdir. Gеc-tеz bu hаdisә ümumdünyа sәviyyәsindә böyük bir prоblеm kimi qәbul еdilәcәkdir. Hәttа әgәr biz kоr-kоrаnә şәkildә qәrblilәri tәqlid еtsәk dә bеlә, qәrbin mütәrәqqi şәхsiyyәtlәri bu ictimаi bәlаnın mаhiyyәtini vә nәticәsini е’lаn еdәcәklәr. Lаkin әgәr оnlаrın bu nәticәni е’lаn еtmәlәrini gözlәsәk, bir çох şеylәri, о cümlәdәn әsrlәr bоyu аtа-bаbаlаrımızdаn bizә gәlib çаtаn mә’nәvi dәyәrlәri itirmiş оlаcаğıq. Әgәr qәrbdә çılpаqlıq mәdәniyyәtinin hаnsı sәviyyәyә çаtdığını vә kimlәrin bu mәsәlә ilә әlаqәdаr е’tirаz sәslәrini ucаltdıqlаrını bilmәk istәsәk, dünyаnın mәşhur incәsәnәt хаdimlәrindәn birinin yаzdığı mәktubа diqqәt yеtirmәk yеrinә düşәrdi. Öz е’tirаflаrınа görә, оnun qızı qırх il müddәtindә tаmаşаçılаr qаrşısındа insаnlаrı güldürmüşdür. Bu mәktub еl аrаsındа işlәnәn mәşhur bir аtаlаr sözünü хаtırlаdır: “Nеcә böyük bir mаtәmdir ki, оnа ölünü yuyаn dа аğlаyır (yә’ni müsibәtin аğırlığındаn, pеşәsi dаim ölü yumаq оlаn şәхslәr dә tә’sirlәnib аğlаyır-rеd).” О şәхs öz qızınа yаlnız incәsәnәt işlәri ilә әlаqәdаr оlаrаq çılpаq hаldа sәhnәyә gәlmәsinә icаzә vеrmiş, sоnrа tә’kid еtmişdi ki, bu çılpаqlıq yаlnız bu pеşәnin tәlәb еtdiyi zәrurәt qәdәrindә vә tәkcә sәhnәdә оlmаlıdır. О sоnrа yаzır: “Çılpаqlıq әsrimizin хәstәliyidir. Mәn qоcа bir kişiyәm, bәlkә dә sözlәrim gülünc görünәcәk. Аmmа mәnim nәzәrimә görә, sәnin çılpаq bәdәnin о şәхsә mәхsus оlа bilәr ki, оnun ruhunu çılpаq hаldа görmәk istәyirsәn. Әgәr sәnin tәfәkkürün 10 il bundаn qаbаqkı zаmаndа, аz-çох örpәk vә hәyа оlduğu bir vахtdа оlsаydı, nеcә dә yахşı оlаrdı. Qоrхmа, bu оn il sәni hеç dә qоcаltmаyаcаqdır. Ümidvаrаm ki, sәn çılpаqlаr аdаsının sоn vәtәndаşı оlаcаqsаn!” Bu mәktubu yаzаn şәхs bә’zi аli-insаni nәzәriyyәlәri ilә mәşhurdur. Еlә bu sözlәr dә оnun insаni tәffәkürә mаlik оlmаsının bir sübutudur.
Kitаbın birinci çаpının müqәddimәsindә әziz охuculаrın nәzәrinә çаtdırıldığı kimi, оnun ilkin möhtәvа vә mәzmunu bir sırа bәhs vә dәrslәrdәn ibаrәtdir ki, müsәlmаn hәkimlәr birliyinin tәdbirlәrindә bәyаn еdilәrәk mаqintоfоn lеntlәrinә yаzılmış, dаhа sоnrа kаğız üzәrinә köçrülәrәk tәnzim еdilmiş, müәyyәn cümlәlәri islаh еdilәrәk düzәlişlәr vеrilmiş vә bә’zi mәtlәblәr әlаvә оlunmаqlа kitаb hаlınа sаlınmışdır. İkinci çаpdа birinci çаpа nisbәtәn bә’zi dәyişikliklәr еdilmişdir. Оnun müqәddimәsindә qеyd еtdiyimiz kimi, bu әlаvәlәrdә hеç bir mәtlәb iхtisаrа sаlınmаmış, әksinә, оnlаrа bә’zi şеylәr dә әlаvә оlunmuşdur. Әlаvә mәtlәblәr әksәr hаllаrdа birinci çаpdа оlаn mәtnin tәkmillәşdiricisidir. Bunа görә dә оnlаr bә’zi fәsillәrin dахilindә yеrlәşdirilmiş, yаlnız kitаbın ахırındа “qаdının cәmiyyәtdә rоlu” аdlı bir fәsil әlаvә еdilmişdir. Әlbәttә birinci çаpdа müctеhidlәrin bu bаrәdә iхtisаrlа vеrilmiş fәtvаlаrı ikinci çаpdа tәkmllәşdirilmiş vә аyrıcа bir fәsil kimi gәtirilmişdir. İkinci çаpdа bә’zi mәtlәblәrin yеri dәyişdirilmiş, cüz’i islаhаtlаr аpаrılmışdır. Hәdis vә rәvаyәtlәrin mәnbәlәri vәrәqаltı hаşiyәlәrdә göstәrilmişdir. Bu bахımdаn ikinci çаp birinci çаpа nisbәtәn dаhа kаmil vә әhаtәlidir. (Bu әlаvәlәr birinci çаpın tәqribәn üçdә birini tәşkil еdir.)
Yükləməyə Keç [2,04 Mb] [ : 1188] –>
Ustad Mürtəza Mütəhhəri
Mürtəza Mütəhhəri 1920-ci ildə Xorasan vilayətinin Fəriman kəndində ruhani ailəsində dünyaya gəlib. Onun atası şeyx Məhəmmədhüseyn Mütəhhəri dövrünün savadlı və təqvalı ruhanisi olub. Mürtəza Mütəhhəri doğulduğu qəsəbədə ilkin təhsilini alsa da, 12 yaşında Məşhəd şəhərinə gələrək mədrəsə təhsili almağa başlayır. 4 il Məşhəddə təhsil aldıqdan sonra gələcəyin böyük ustadı elm ardınca dövrün böyük İslam elmi hövzəsi olan Qum şəhərinə yollanır.
M.Mütəhhəri Qumda 15 il İslam elmlərini öyrənir. Bu müddətdə o, ayətullah Təbatəbai Burucerdi, imam Xomeyni, əllamə Təbatəbai Təbrizi, Seyyid Muhəmməd Hüccət, Seyyid Sədrəddin Sədr, Seyyid Muhəmmədtəqi Hənsari kimi böyük alimlərdən dərs alır. Onun təhsil aldığı elmlərin siyahısı isə çox zəngin idi. Ayətullah Xomeynidən fiqh və üsul, Burucerdidən Molla Sədra fəlsə- fəsini, əxlaq, üsul və ilahiyyat, ibn Sina təbabətini və digər mühüm İslam elmlərini isə Məhəmmədhüseyn Təbatəbaidən öyrəndi. Bundan başqa, dövrün böyük irfan ustadı Ayətullah Mirzə Əli Şirazidən irfan dərslərini aldı. M.Mütəhhəri Qumda təhsillə yanaşı, ictimai işlərdə də fəallıq göstərir, şah əleyhinə fəaliyyət göstərən təşkilatla əməkdaşlıq edirdi.
1952-ci ildə ustad Mürtəza Mütəhhəri təhsilini başa vuraraq Tehrana gəlir. Bu zaman o, artıq dövrünün savadlı ruhanilərindən biri idi. Tehranda olduğu müddətdə M.Mütəhhəri həm elmi tədqiqatla məşğul olur, fəlsəfi, elmi mövzuda əsərlər yazır, həm də müsəlmanlar qarşısında müxtəlif dini, elmi mövzularda çıxışlar edirdi. 1955-ci ildən başlayaraq “Tələbə İslam Cəmiyyəti”ndə təfsir dərsləri verir, daha sonra isə Tehran Universitetinin İlahiyyat fakültəsində müəllim kimi fəaliy- yətə başlayır. 1959-cu ildə isə Mütəhhəri “Müsəlman Təbiblər Cəmiyyəti”nə vaiz kimi dəvət olunur. Qumda Ayətullah Xomeynidən dərs alan Mürtəza Mütəhhəri böyük ustaddan həm də inqilab ideyalarını əxz etmişdi. Hələ gəncliyindən ictimai- siyasi proseslərə fəal şəkildə qatılan Xomeyninin bu tələbəsi 1962-ci ildən sonra inqilabi proseslərə qoşulur. “15 xordad” (xordad İranda ay adıdır, xordadın 15-də şah hökumətinə qarşı İranda ciddi etiraz aksiyası keçirilir) hadisələrinin əsas təşkilatçısı olur. Eyni zamanda Tehranda müsəlmanlar qarşısında etdiyi çıxışlarda şah hakimiyyətini sərt şəkildə tənqid edir, insanlar arasında İslam inqilabı ideyalarını yayırdı. Məhz sərt çıxışlarına görə 1963-cü ildə həbs olunur. Ancaq az sonra azad edilərək yenidən inqilabi fəaliyyətini davam etdirir.
İnqilabçı ruhani
Bu dövrdə İranda həm də islam inqilabının nəzəri əsasları hazırlanırdı. Əgər İmam Xomeyni Nəcəfdə xaric dərslərində ruhanilərə siyasi İslam hakimiyyətinin nəzəri əsaslarını işləyib hazırlayır və tədris edirdisə, Mürtəza Mütəhhəri Tehranda sadə xalq kütlələri arasında İslam inqilabının ideya və dəyərlərini açıqlayır, cəmiyyəti yeni dövrə hazırlayır, inqilabı xalqın daxilində yaradırdı. Bu həm də dövrün sərt qanunlarına qarşı ideoloji savaş idi. Mütəhhəri bu savaşdan qalibiyyətlə ayrıldı. 1967-ci ildə onun rəhbərliyi ilə Tehranda “İrşad Hüseyniyyəsi” yaradıldı. Bu mərkəz İslam inqilabının ideya bazası oldu.
Ustad Mütəhhəri həm də İslami vəhdət ideyasının ən fəal təbliğatçılarından biri idi. Onun Fələstin, Qüdsün azad olunması mövzusundakı çıxışları bu gün də aktuallığını qoruyub saxlayır. Məhz İsrail əleyhinə sərt çıxışlarına görə şah hökuməti M.Mütəhhərini həbs etdirdi. Amma bütün bu təzyiq və təqiblər Mütəhhərini başladığı mübarizədən kənarlaşdıra bilmədi. Nəhayət şah hökuməti ən sonuncu vasitəyə əl atdı: Mütəhhərinin insanlar qarşısında çıxış etməsi yasaqlandı. Bundan sonrakı dövrdə o, kütlə qarşısında çıxış edə bilmirdi.
1976-cı ildə Mütəhhəri İraqa gedərək burada sürgün həyatı yaşayan İmam Xomeyni ilə görüşür. Bu həm də inqilabın yeni dönəminin başlanğıcı idi. Bu tarixdən ömrünün sonuna qədər Mürtəza Mütəhhəri İslam inqilabının əsas təşkilatçılarından biri olur. Tehranda şahın devrilməsi ilə sonuclanan böyük xalq üsyanının, İmam Xomeyninin İrana qayıtması hadisəsinin əsas təşkilatçılarından biri Mütəhhəri idi.
Mürtəza Mütəhhərinin bu fəaliyyəti düşmənləri qıcıqlandırırdı. Amma şah tərəfdarları ona qəsd etməyə cəsarət etmirdilər. Ancaq inqilab qələbə çaldıqdan sonra əlləri hər şeydən üzülən düşmənlər quduzlaşırlar. İnqilabın əsas simaları bu dövrdə düşmən əli ilə qətlə yetirildi. Mürtəza Mütəhhəri inqilabın beyin mərkəzi olduğu üçün düşmənlərin əsas hədəfi idi. Beləcə, İslam və əslində mütərəqqi bəşəriyyət cılız düşmənin əli ilə böyük bir şəxsiyyəti itirdi…
Ustadın söylədiyi bu fikirlər isə günümüzlə çox səsləşir: “Zülmə baş əymək və rəhm diləmək o xüsusiyyətlərdəndir ki, Peyğəmbər və Peyğəmbərin vəsiyyət etdiyi adamlar heç vaxt ona itaət etməmişlər; yəni belə hal olmayıb ki, bir yerdə düşmən olduqda, bu iki vəsilədən birinə əl atsınlar; biri bu ki, rəhm diləsinlər, yəni boyunlarını çiyinlərinə qoyub, yalvarıb-yaxarmağa başlasın, iltimas və ahu-nalə etsinlər ki, bizə rəhm edin? İnzilam necə? Yəni zülmə baş əymək də əsla ola bilməzdi. Bunlar bir sıra xüsusiyyətlərdir ki, əziz Peyğəmbər, onun vəsiyyət etdiyi böyüklər və hətta onun məktəbinin yetirməsi olanlar da bu xüsusiyyətlərdən əsla istifadə etməmişlər”.
Canlı İslam ensiklopediyas
Mürtəza Mütəhhərinin bu gün dəfələrlə dünyanın müxtəlif dillərinə tərcümə olunmuş onlarca kitabı qalıb. Onun əsərləri yaşından, elmi səviyyəsindən asılı olmayaraq hər bir kəsdə maraq doğurur. Bu əsərlərin mövzusu isə çox zəngindir. Şəhid Mütəhhərinin “Maddəçiliyə yönəlmənin səbəbləri”, “Marksizmə bir tənqid”, “İnsan və müqəd- dəratı”, “İslami elmlərlə tanışlıq”, “Nəhcül Bəlağəyə bir baxış”, “İlahi ədalət”, “İmamət və rəhbərlik”, “İslam və zamanın tələbləri”, “Cihad”, “Doğruların hekayəsi”, “Peyğəmbərin (s) davranışlarına bir baxış”, “Nübuvvətin sonu”, “İslam elmlərilə tanışlıq”, “Quranla tanışlıq”, “Son yüz ilin İslam hərəkatlarının xülasə təhlili”, “İslam inqilabı haqqında”, “İslam cümhuriyyəti haqqında”, “Hicab”, “İslamda qadın hüququ”, “İnsanın ictimai inkişafı”, “Məsum imamların əxlaqına bir baxış”, “Kamil insan”, “İslam iqtisadiyyatı sisteminə bir baxış”, “Tarix fəlsəfəsi”, “Tövhid”, “Nübuvvət”, “Məad” və digər əsərləri dünyanın müxtəlif dillərinə, tərcümə olunaraq yayılıb. Adlarından göründüyü kimi əsərlər həm dini, həm də dünyəvi mövzuları əhatə edir. Bu əsərlərdə Mütəhhəri zamanın yaratdığı suallara İslam məntiqi və müasir elmin nailiyyətləri ilə müqayisəli məntiqi cavablar verir.
“Son yüz ilin İslam hərəkatlarının xülasə təhlili” əsərində panislamizm cərəyanı və onun mühüm nümayəndələri ilə bağlı məlumat verməklə yanaşı, özünün gördüyü və İslamın dəyərləri baxımından ən ideal din təbliğatı nəzəriyyəsini ortaya qoyub. Bu kitabı heç bir tərəddüdsüz İslamın yeni dövrün tələblərinə uyğun şəkildə təbliği konsepsiyası adlandırmaq olar. Oxşar fikirləri Mürtəza Mütəhhərinin digər əsərləri barəsində də söyləmək olar.
“Peyğəmbərin davranılşlarına bir baxış” əsərində isə Mütəhhəri orta əsrlərdə formalaşmış və bu gün də dünya siyasətinin ana xətti olan “məqsəd vasitəyə haqq qazandırır” tezisini darmadağın edir. Bu əsərdə o, Peyğəmbərin hədisləri və sirəsinə (davranışına) istinad etməklə sübut edir ki, məqsəd ali olduğu qədər, vasitə də yolverilən, bəyənilən olmalıdır. Halbuki artıq bütün dünyada – şərqli, qərbli hər kəsdə belə bir fikir formalaşırdı ki, böyük məqsədlərə nail olarkən əxlaqi dəyərlər o qədər də önəm daşımır. Amma Mütəhhəri İslam fəlsəfəsindən çıxış edərək bu nəzəriyyəni tənqid edir: “Haqq üçün haqdan istifadə etmək lazımdır. Bu sözün mənası budur: Əgər mən bilsəm ki, bir nahaq və doğru olmayan sözü, bir yalanı, bir zəif hədis, özüm yalan olduğunu bildiyim bir hədisi sizə oxusam, lap elə bu gecə sizin bütün günahkarlarınız tövbə edib, hamınız gecə namazı qılan olarsınız, (eyni halda) yenə də islam belə bir iş görməyə icazə vermir. İslam bizə icazə verirmi ki, xalqın imam Hüseynə ağlaması üçün biz yalan deyək və dinləyənlər də bunun yalan olduğunu bilməsin? (Şübhə yoxdur ki, imam Hüseynə ağlamığın da savabı vardır). Əsla icazə vermir. İslamın belə yalanlara ehtiyacı yoxdur. Haqqı batilə qatmaq haqqı aradan aparar. İnsan haqqı batilə qatsa, haqq daha davam edə bilməyib, aradan gedər. Haqq batil ilə yoldaş olub qalmağa dözə bilməz. Dinə müxtəlif sahələrdən zərbə dəyən yollardan biri bu xüsusiyyəti nəzərə almamaqdır ki, hədəfimizin müqəddəsliyi lazım olduğu kimi, bu müqəddəs hədəf üçün istifadə etdiyimiz vəsilələr də müqəddəs olmalıdır. Məsələn, biz yalan deməməli, qeybət
Comments are closed, but trackbacks and pingbacks are open.