Musiqi ədəbiyyatı
Mövcud vəziyyətdə karantinlə bağlı şagirdlərin təhsilinin təşkilində böyük çətinliklər yaranır. Yeni metodlar, texnologiyalar nəzərdə tutulur, tədris materialının məsafədən sürətli mənimsənilməsi üçün innovasiya prinsiplərdən istifadə olunur.
Musiqi məktəblərinin şagirdləri üçün BMA-nın studiyasının yeni elektron dərslikləri çap olundu
Mövcud vəziyyətdə karantinlə bağlı şagirdlərin təhsilinin təşkilində böyük çətinliklər yaranır. Yeni metodlar, texnologiyalar nəzərdə tutulur, tədris materialının məsafədən sürətli mənimsənilməsi üçün innovasiya prinsiplərdən istifadə olunur.
Hazırkı vəziyyətlə əlaqədar Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi-eksperimental laboratoriyası – BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasında tədris prosesini asanlaşdırılması üçün yeni dərs vəasitləri işlənilir və hazırlanır.
“Musiqi ədəbiyyatı” fənni üzrə musiqi və incəsənət məktəblərinin IV, V, VI sinif şagirdləri üçün proqram-konspektlərin elektron variantları artıq Bakı Musiqi Akademiyasının rəsmi saytında yerləşdirilib.
Məktəb-studiyada aprobasiya olunan bu konspektlər lakonikliyi və asan dili ilə fərqlənir və fənnin öyrənilməsində şagirdlər üçün əlverişlidir. Burada hər keçilən mövzuya aid not nümunələri təqdim olunur, onların əvvəlində həmin nümunəyə uyğun “səslənən” internet-linklər verilir ki, şagird yalnız ifa etməyi deyil, həm də bu musiqi nömrələrini dinləyə bilsin. Dərsliklərdə mövzunun əsas mahiyyəti qısaca açıqlanır, erudisiya və zəkanın inkişafına, düşüncə tərzinə və gənc bir musiqiçinin fərdi şəxsiyyətinin formalaşmasına böyük təsir göstərən – ədəbiyyat, rəsm, müxtəlif sənət növləri ilə paralellər aparılır.
Hal-hazırda elektron dərsliklər silsiləsinin davamı üzərində iş gedir. Musiqi ədəbiyyatı fənninin tədrisi üçün VII və VIII sinif şagirdlərinə konspektlər hazırlanır.
Dərsliklər Mədəniyyət Nazirliyinin təsdiq etdiyi proqram üzrə tərtib olunaraq tədqiq olunan mövzu ilə bağlı əsas məlumatları özündə ehtiva etdiyindən həm müəllimlər, həm də tələbələr üçün lazımlıdır.
Azərbaycan və rus bölmələrinin şagirdləri üçün elektron dərsliklərə aşağıdakı linkləri təqdim edirik:
Musiqi ədəbiyyatı
Musiqişünaslıq — musiqini, onun tarixini və nəzəriyyəsini, musiqi estetikasını, musiqi tənqidi və folklorşünaslıq – etnomusiqişünaslıq sahələrini özündə cəmləşdirən elm sahəsidir. İncəsənətin bir sahəsidir. Musiqişünaslığın quruluşuna tarixi (musiqinin ümumi tarixi, ayrı-ayrı milli mədəniyyətlərin və ya onların qruplarının musiqi tarixi, növ və janrların tarixi və s.), nəzəri (harmoniya, polifoniya, ritm, metrik, melodik, alət) istiqamətlərin bir – biri ilə əlaqəli bir sıra fənləri daxildir. Qeyd etmək lazımdır ki, musiqişünaslıq özü olduqca inkişaf etmiş və çoxtərkibli sistemi təşkil edir. Bu, iki səbəblə bağlıdır. Birincisi, musiqişünaslıq haqqında materialların müxtəlifliyi, ikincisi rakursların və bu müzakirə metodlarının müxtəlifliyidir.
Musiqişünaslığın aşağıdakı sahələri var:
- ➝ Musiqi nəzəriyyəsi
- ➝ Musiqinin tarixi
- ➝ Musiqi sosiologiyası
- ➝ Musiqinin fəlsəfəsi(eləcə də estetika bölməsi)
- ➝ Musiqi entoqrafiyası
- ➝ Musiqi tənqidi
- ➝ Musiqi akustikası
- ➝ Musiqi psixologiyası
- ➝ Musiqi tekstologiyası
- ➝ Musiqi folklorşünaslığı
- ➝ Liberettologiya
İxtisasın tarixi
Təxminən 50.000 il əvvəl insanlar həyat üçün yararlı qitələrdə məskunlaşmışdır. Tarixçilər təcrid edilmiş bir qrup tayfaların belə musiqisi olduğunu nəzərə alaraq ilk musiqinin də məhz Afrikada yarandığını güman edirlər. Afrikada yaranması güman edilən musiqi, 50.000 ildir ki, insan həyatının ayrılmaz bir hissəsinə çevrilmişdir. Müasir dövr də isə Azərbaycana musiqinin yaranma tarixi çox qədimə dayanır. Azərbaycan milli folklorunu təmsil edən, xalq və ya ayrı-ayrı azərbaycanlı bəstəkarlar tərəfindən yaradılmışdır. Azərbaycan musiqisi çoxəsrlik inkişaf yolu keçmişdir. Onun kökləri əsrlərin dərinliklərinə gedib çıxır. Çox qədim zamanlardan – Qobustanda qayaüstü rəsmlərdən (yallı-rəqs) – başlayaraq Azərbaycanda melodiya və ritm zənginliyi ilə fərqlənən çoxlu sayda mahnılar, müxtəlif rəqslər, çobanların tütəkdə çaldığı havalar səslənir. İxtisas halında tədrisinə isə “Musiqi sənəti” ixtisası adı altında 25.08.2001- ci il tarixdən Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində fakültə olaraq yaradılmışdır.
Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)
- ➝ Tələbələrə musiqi, onun tarixi haqqında, musiqi nəzəriyyəsi klassik musiqi təfəkkürü, musiqi necə olmalıdır, bəstəkarların yaradıcılığını öyrətmək;
- ➝ Musiqi əsərlərinin düzgün qavranılmasını öyrətmək;
- ➝ Tələbələrə düzgün musiqinin bəstələnməsini öyrətmək;
- ➝ Musiqi ədəbiyyatı, solfecio, musiqi akustikası, musiqi estetikası, folklorşünaslıq, musiqi psixologiyası fənlərini tələbələrə tədris etmək;
- ➝ Materialların hazırlanması, həmçinin annotasiyalar, icmallar, məqalələr, toplular, ensiklopediyalar, dərsliklər, tədris vəsaitlərinin tərtib etmək;
- ➝ Tələbələrə Azərbaycan ladları, səs sıralarını qurmaq major-minor sistemi öyrətmək;
- ➝ Azərbaycan ladlarını eşitmək qabiliyyətini aşılamaq;
- ➝ Musiqi tənqidi, məsləhət işləri;
- ➝ Filarmoniyalarda və digər mədəniyyət və incəsənət qurumlarında repertuarın formalaşdırılması;
- ➝ Mövzuların seçilməsi, mühazirələrin və konsertlərin təşkili və keçirilməsi;
- ➝ Pedaqoji və musiqi sahəsində tədqiqat fəaliyyəti
Harada bu ixtisasa sahiblənmək olar?
- ➝ Asəf Zeynallı adına kollec
- ➝ Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
- ➝ Azərbaycan Milli Konservatoriya
- ➝ Naxçıvan Dövlət Universiteti
- → Bakı Musiqi Akademiyası
Bu ixtisas üzrə harada çalışmaq olar?
- ➝ Asəf Zeynallı adına kollecdə
- ➝ Dövlət məktəblərində
- ➝ Özəl məktəblərdə
- ➝ Musiqi kurslarında: Desperado Music school, ZE Academy, Akkord Gitara kursları, Gitara Baku,
- ➝ Milli Konservatoriyada
- ➝ Mədəniyyət və İncəsənət Universitetində
- ➝ Bağçada
Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)
- ➝ İxtisas üzrə bilik və bacarıqlara yiyələnmək;
- ➝ Musiqi psixologiyasını bilmək;
- ➝ Fikrini rahat ve qısa zamanda çatdırmaq üçün səlis və lakonik nitq qabilliyəti;
- ➝ İdarəetmə bacarığı;
- ➝ Öyrətmək həvəsi olmalı;
- ➝ Güclü zehni yaddaş;
- ➝ Tələbələrlə işləmək;
- ➝ Öz biliklərini asanlıqla və anlaşılan dildə çatdırmaq;
- ➝ Pedaqoji biliklər, psixologiya üzrə nəzəri və praktiki bilik;
- ➝ Musiqini duymaq və təhlil etmək;
- ➝ Kollektivlə və komandada işləməyi bacarmalıdır;
- ➝ Musiqiyə sevgi;
- ➝ İstedadın olması;
- ➝ Geniş dünya görüşünün olması;
İxtisasın gələcəyi
Nə qədər cəmiyyət var, o vaxtda qədər də musiqi olacaq və yaşayacaq. Musiqinin var olduğu yerdə isə mütləq şəkil də musiqişünaslıq ixtisası tədris olunmalıdır. Çünki müsiqişünaslıq insanlara musiqi tarixini, ədəbiyyatını öyrədir. Ona görədə Azərbaycanda və xaricdə lazımlı və daim yaşayan, inkişaf istəyən sahə hesab olunur. Azərbaycanda da bu sahənin inkişafı üçün bu sahədə bilikli və bacarıqlı insanlara tələbat artacaqdır.
Əmək haqqı
Ortalama aylıq məvacib 250 – 450 AZN civarında dəyişir. Lakin, özəl və dövlət müəssisələrinə görə bu maaş fərqlilik təşkil edə bilər.
“Azərbaycan musiqi ədəbiyyatı” işıq üzü görüb
“Adiloğlu” nəşriyyatında ikihissəli “Azərbaycan musiqi ədəbiyyatı” dərsliyi işıq üzü görüb. Dərsliyin birinci hissəsinin müəllifi Solmaz Qasımovadır. Burada Azərbaycan musiqi mədəniyyəti tarixinin əsas inkişaf mərhələlərinin şərhi və qısa icmalı verilib. Dərslikdə görkəmli bəstəkarlar – Ü.Hacıbəyli, M.Maqomayev, A.Zeynallı, Q.Qarayev, F.Əmirov, C.Hacıyev və Ə.Bədəlbəylinin həyat və yaradıcılıqları işıqlandırılıb. Dərsliyin ikinci hissəsini Zemfira Abdullayeva qələmə alıb. Burada da ötən əsr Azərbaycan musiqi mədəniyyətinin ümumi şərhi verilib, Niyazi, S.Hacıbəyov, C.Cahangirov, A.Məlikov, V.Adıgözəlov, S.Rüstəmov, T.Quliyev, R.Hacıyev və X.Mirzəzadənin həyat və yaradıcılıqları monoqrafik prinsip əsasında təqdim olunub. XX əsri Azərbaycan incəsənəti tarixində yüksəliş dövrü kimi səciyyələndirən müəllif, dərslikdə adları çəkilən sənətkarların bəşər mədəniyyətinə böyük töhfələr verdiyini diqqətə çatdırıb. Dərslik Təhsil Nazirliyinin təsdiq etdiyi proqram əsasında hazırlanmışdır. Dərsliyin redaktoru, fəlsəfə elmləri doktoru, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadədir.
Comments are closed, but trackbacks and pingbacks are open.