Press "Enter" to skip to content

Hezin Musiqi Скачать mp3

Ana Mahnisi 2020

Musiqi tarixinə səyahət

Musiqi ən qədim zamanlardan həyatımızın bir hissəsi olmuşdur. Bu bağlılıq beşikdən ana laylası ilə başlayaraq həyatımızın sevinci, kədərli günləridə bizi müşayiət etmişdir. Dünyada elə bir xalq yoxdur ki onun özünəməxsus musiqisi olmasın. Maraqlısı da odur ki, biz müəyyən bir xalqın dilini bilmədiyimiz halda onun yaratdığı musiqi nümunələrində təcəssüm olunan fikir və hisləri asanlıqla dərk edirik. İbtidai dövrlərdən insanlar suların şırıltısından, quşların, yağışın, küləyin səsindən təsirlənərək qamış, heyvan dərisi, daş, odun və s. vasitələrdən istifadə edərək təbiətdəki səsləri təqlid etməyə başladılar. Dini ayinlərdə, totemlərdə istifadə edərək təbiət qüvvələrinə qalib gəlmək istəmişlər. Əvvəllər işarə məqsədi ilə istifadə etdikləri bu səsləri sonralar daha ahəngdar formaya salaraq ilk musiqi nümunələrini yaratdılar. Dövrümüzə çatan ən qədim yazılı musiqi nümunələri Hindistanda dini “Veda” mətnləridir. Qədim Şumer, Akkad, Ur, Babil, Aşşur kimi dövlətlərdə canlı musiqi sferası formalaşmışdı. Burda əsasən məbədlərdə din xadimləri musiqi ilə məşğul olurdu. Babilistanda fleyta, hoboy və simli alətlərdən istifadə etməyə başlanmışdır. E.ə. X əsrdə Şumerdə ilk nota köçürmə cəhdi edilmişdi. Burada tapılan gil lövhəcikdə 3 min il əvvəl bəstələnmiş qədim mahnının sözləri və melodiyası yazılmışdır. Musiqi sənəti haqqında ilkin mülahizələr qədim Misirə aiddir. E.ə. 2800-2160-cı illərdə Misirdə saray musiqisi ilə dini musiqi bir-birindən ayrılmışdı. Musiqidə “pərdə” anlayışı və hecalarla oxunuşuna ilk dəfə Misirdə rast gəlinir. E.ə 1500-cü illərdən hərbi musiqi inkişaf edir, qadın musiqiçilər əyləncə və rəqsi musiqiləri yaradırlar. Musiqi ilə bağlı ilk nəzəriyyə qədim yunanlarla bağlıdır. “Musiqi” sözü qədim Yunanıstanda incəsənət ilahələri Muzaların (Muse) adından götürülmüşdür. Muzalar Zevsin qızlarıdır və hər birinin öz vəzifəsi vardır:
Efterpe-fleyta-musiqi
Erato-eşq şeirləri.
Kalliopa-dastan epik şeir.
Kleio-tarix.
Melpemon-tragediya.
Terpsixor-rəqs
Talia-komediya.
Urania-səma
Qədim yunanda musiqi ciddi bir iş idi və bütün yaxşılıqların mənbəyi hesab olunurdu. E.ə. VI yüzillikdə akustikanın təməlini qoyan Pifaqor musiqinin riyazi üsulla şərhini vermişdi. Burada məktəblərdə musiqi dərsi keçilir və 30 yaşına qədər musiqi ifaçılığı məcburi hesab olunurdu. Qədim Yunan dramaturqları Sofokl, Evripid, Esxil öz tragediyalarında musiqiyə geniş yer vermişlər. Qədim dövr musiqi mədəniyyətinin son mərhələsi Roma imperiyasının adı ilə bağlıdır. Böyük imperiyada müxtəlif xalqların mədəniyyəti qovuşmuş və rəngarəng musiqi mədəniyyəti yaranmışdı. Qədim Romada icad edilmiş alətlər, janrlar, nəzəriyyələr sonrakı dövrlərin musiqi mədəniyyətinə böyük təsir göstərmişdi. Orta əsrlərdə musiqi həyatında mühüm dəyişikliklər baş verdi. Bu dövrdə Avropanın bir çox ölkələrində xristian dini qəbul edildi və digər sahələrlə yanaşı musiqi də dinin sərt nəzarəti altına düşdü. Kilsənin tələbatına uyğun olaraq musiqinin məzmunu və bədii imkanları məhdudlaşdırıldı.
Məhz kilsələr musiqi ocağına çevrilmişdi. Burada dini mətnlər tək səsli vokal formada ifa olunurdu. Kilsədən kənar musiqilər qadağan olunmuşdu. Kilsə kitabxanalarında musiqi araşdırmalarına dair kitablar saxlanılırdı. X əsrdə kilsə xadimi rahib Qvido Aretso not yazısını icad etdi. Yaxın və Orta Şərq ölkələrində də orta əsrlərdə mühüm nailiyyətlər əldə olunmuşdur. VII əsrdə İslam dininin meydana gəlməsi və ərəb xilafətinin yaranması böyük bir ərazidə musiqi sənətində köklü dəyişiklikərə səbəb oldu. Quran avazla qiraət edilir, məscidlərdə azan oxunurdu. Şərq musiqisinin incisi muğam-məqam janrı da bu dövrdə bütün Şərqə yayılır. Orta əsr görkəmli Şərq alimləri Səfiəddin Urməvi, Əbdülqadir Marağayi, Əbunəsr Əl-Fərabi, İbn Sina öz əsərlərində Şərq musiqisinin əsas xüsusiyyətlərini, tarixini, nəzəriyyəsini göstərmişlər. XV-XVII əsr intibah dövrü, mədəniyyətin çiçəklənmə dövrüdür. Humanizm dünyagörüşünü təbliğ edən renessans nəinki Avropada, həmçinin Yaxın və Uzaq Şərq ölkələrinə də təsir göstərmişdi. Bu dövrdə dini və dünyəvi musiqi janrları eyni zamanda inkişaf etmişlər. Kilsənin musiqi üzərində olan sərt məhdudiyyəti yumşalır, artıq yeni bədii xüsusiyyətlər meydana gəlir. İtaliyada Covanni Palestrina, Niderlandda Josken Depre və Orlando Lasso kimi bəstəkarlar möhtəşəm xor kompozisiyaları yaradırlar. Bu dövrdə Peri və Rinuççinin birgə yaratdığı ” Dafna” (1595) və “Evridika”(1600) musiqidə ilk operalar hesab olunur. Opera janrının vətəni İtaliyada ilk konservatoriya təşkil edilir. Barokko adlandırılan bu dövrdə görkəmli bəstəkarlar K. Monteverdi, A. Skarlatti, İ.S. Bax, F. Hendel, A. Vivaldi gözəl əsərlər yaratmışlar. XVII əsrin ortalarında əzəmətli barokko janrı öz əhəmiyyətini itirir və daha tarazlı, dəqiq klassisizm cərəyanı başlayır. O zaman Avropanın “musiqi paytaxtı” sayılan Vyananın zəngin bədii ənənələrindən bəhrələnən Haydn, Motsart və Bethovenin yaradıcılığı klassik musiqinin ən parlaq nümunələridir. Bu dövrdə musiqinin ən nəhəng janrı simfoniya, kvartet sonata ən yüksək səviyyəyə çatmış, simfonik orkestr formalaşmışdır. XVIII əsrin sonundan romantizm cərəyanı yaranır. Bu dövrdə bəstəkarlar klassik musiqinin ciddi, dəqiq qanuna uyğunluqlarından uzaqlaşaraq daha sərbəst formalı musiqilər yaradırlar. Dövrün görkəmli nümayəndələri F. Şubert, F. Mendelson, R. Şuman, R. Vaqner, M. Qlinka, P. Çaykovski, F. Şopen, F. List, Y. Brams, J. Bize və s. bəstəkarlardır. XIX -XX əsrdə müxtəlif cərəyanların kəsişdiyi zəngin və mürəkkəb musiqi dünyası yaranır. Bu dövr keçmiş və müasir dövrləri uzlaşdıran keçid rolunu oynayan mühüm mərhələdir. Bu zaman Avropada impressionizm, verizm və son romantizm dövrü mövcud idi. Fransada təşəkkül tapmış imressionizmin nümayəndələri K. Debüssi, M.Ravel öz əsərlərində təbiətdən, məişətdən aldıqları ilk təəssüratları öz əsərlərində canlandırmışlar. İtaliya opera sənətində təşəkkül tapmış verizm həyatı olduğu kimi təsvir etmək idi. XX əsrin əvvəllərində yaranan ekspressionizm şəxsiyyətin cəmiyyətlə qarşıdurması, mənəvi sarsıntılarını ifadə edirdi. Bundan başqa XX əsr boyu neoklasisizm, neofolklorizm, minimalizm kimi üslublar bir-birini əvəz etmişdir. XX əsrin görkəmli nümayəndələri sırasında D. Şostakoviç, Q. Qarayev, Ü. Hacıbəyov, A. Şönberq, İ. Stravinski, S. Raxmaninov və başqa bəstəkarları göstərmək olar. Bu dövrdə həmçinin caz (L.Armstronq, Ç. Parker, M. Devis və s.), estrada musiqisi (Edit Piaf, Julio Egleseas, Toto Kutunyo, Co Dassen) rok (Led Zeppelin, Queen, Deep purple,), rok’n’roll( Elvis Presley, Little Richard), disko (Abba, Boney M), hip-hop (Tupak Shakur, İce Cube), pop (Michael Jackson, Madonna, Tina Turner) kimi jarnlar meydana gəlmişdir.

Share this:

  • Click to share on Facebook (Opens in new window)
  • Click to share on Twitter (Opens in new window)

Like this:

Like Loading.

Related

Published by taediumvitaeblog

August 24, 2016

Leave a Reply Cancel reply

Təqvim

August 2016

M T W T F S S
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31

Recent Posts

  • PABLO PİKASSO – “HƏYAT”
  • Vinsent van Qoq | Son Məktublar 2
  • Vinsent van Qoq | Son Məktublar 1
  • Orta Əsr Avropa Sənəti
  • “Sənət” Nədir?

Musiqi mixini nece hazirlaya bilerem

Ҷони Ширин Мирзо Турсунзода

Ушедшие Пограничная Зона

Чувашские Песни Сборник

Детский Хоровод С Днем Рождения

Arobass How Do You Feel Bacchus Back Us 2

Сборник Блатных Песен В Машину

Семейный Дуэт Михайловых

Уэнсдей Танец На Балу Bloody Mary Lady Gaga

Минусовка Сенсиз Жаным

Hammali Navai Техно

Robot Koch Feat John Lamonica Nitesky Cato Remix

Ana Mahnisi 2020

Top 100 Neffex Songs Best Of Neffex

Песня Движения Первых

Destiny S Child Lose My Breath Bootleg Remix

Двенадцать Месяцев Мультфильм

Будет Так Только Так Не Иначе Верный Ход Он Всегда За Судьбой

Женское Здоровье Настройки Сытина

На Горе Горе Украинская Народная Песня

Песни Про Смерть

Песни Из Сериала Истерзанная

Рохман Я Рахман

Vanilla Ace 3Beat Feelp Let S Get Down Original Mix

Там Сям Туда Сюда

Snap Rukmani Remix

Ufc Tale Of The Tape Theme

Грешная Любовь Шаман

Тада Та Да Та Да Да Да Песня

Musiqi sənəti

Musiqi ictimai şüur forması kimi çoxsahəlidir: yaradıcı, ifaçı, təşkilatçı, eləcə də əyləncə zamanı, qavrama, tələbat, təminedici, estetik tərbiyə vasitəsi kimi böyük təsir qüvvəsinə malikdir. Hər bir incəsənət növü kimi musiqi gerçəkliyi əks etdirir. Hər bir musiqinin müəyyən məzmunu və ideyası olur. O, insana xas bütün hisləri ifadə etmək qabiliyyətinə malikdir. Musiqinin məzmunu müxtəlif olur. Bəzən insanın daxili aləmini, əhval-ruhiyyəsini, bəzən inilabi, qəhrəmani mübarizəni, bəzən fəlsəfi düşüncəni, bəzən də təbiət mənzərələrini təsvir edə bilir. Musiqinin məzmunu rəqs ritmləri ilə də verilə bilər. Məzmun melodiya vasitəsilə təsvir edilir. Musiqinin ifadə vasitələri müxtəlif olur: melodiya, polifoniya, harmoniya, faktura, temp, registr, tebr və s.

Musiqi əsərinin əsası melodiyadır. Melodiya isə bədii varlığın əsasıdır. Melodik xəttin əsasını lad təşkil edir ki, burada ifadəli və milli xüsusiyyət öz əksini tapır. Melodik xətt vasitəsilə melodiyanın xarakteri təyin olunur. Hər bir musiqi əsərinin mütləq bir ölçüsü olur.Mövzunun ifadə olunmasında ölçü, metr, xanələrin rolu böyükdür. Beləliklə, melodiyanın tərkibini təşkil edən ritm, temp, dinamika, lad və s. musiqi ifadə vasitələridir. Bu musiqi ifadə vasitələrindən istifadə etməklə bəstəkarlar çoxlu miqdarda və müxtəlif məzmunlu musiqi əsərləri yaradırlar.

Musiqi forması. Klassik musiqinin əsas formaları

Forma latın sözü olub, “zahiri görünüş” deməkdir. Bütün incəsət əsərləri müəyyən formaya məxsusdur. Lakin onların qanunları müxtəlifdir. Elə əsərlər var ki, məsələn, heykəltəraşlıq, rəssamlıq, memarlıq və s. onlar gözlə oxunur, müşahidə edilir. Onların forması daima tam şəkildə və yaxud da hissələrlə aydınlaşdırılır, dərk edilir. Bu zaman əsərin ümumi şəkli detallardan əvvəl nəzərə çarpır. Musiqidə isə ədəbiyyatda, şeirdə olduğu kimi müəyyən vaxt ərzində, hər bir xırdalıqlarla, detallarla dərk edilir. Ona görə də tam musiqi əsəri yaddaşımıza tədricən dərk olunur. Musiqini dərk etmək və qavramaq üsusiyyəti musiqi formasının mahiyyətini təyin etməyə imkan yaradır. Musiqi formaları müxtəlifdir.

Musiqi əsərinin quruluşuna musiqi forması deyilir. Hər bir əsərin məzmununa müvafiq onun forması müəyyənləşdirilir. Musiqi forması məzmunla vəhdət təşkil edərək, eyni vaxtda ayrı-ayrı səs elementlərinin qarşılıqlı təsiri ilə, bir-birnə münasibətilə xarakterizə edilir. Hər bir musiqi əsərinin forması məhz ona aid, fərdi və təkrarolunmazdır. Buna baxmayaraq formanı yaradan qayda və qanunların miqdarı məhduddur. Buna görə də bir çox əsərlərin quruluşunda ümumilik vardır ki, bu da forma növlərini aşkar etməyə imkan verir.

Period. Hər bir musiqi əsərinin yaranmasında mövzu əsas rol oynayır. İnkişafın əsasını təşkil edən mövzu intanasion cəhətcə yığcam, forma etibarı ilə tam quruluşa malik olmalıdır. Hamafon-harmonik quruluşlu (yəni təksəslivə çoxsəsli) musiqi əsərində mövzu ifadəsinin səciyyəvi formasını period təşkil edir. Period tematik cəhətcə bir-birinə oxşar 2 melodik quruluşdan – cümlədən yaranaraq bitmiş bir fikri ifadə edir. I cümlə -başlanğıc –sual cümləsi, II isə cavab cümləsi adlanır. Period forması kvsdrat olaraq 2, yaxud 4 xanəlik cümlələrdən yaranır. 8 xanə= 4 xanə + 4 xanə ( 16= 8+8)

Sadə 2 hisəli forma. Bu forma 2 perioddan ibarətdir. Periodlar tematik məzmuna görə vahiddir, lakin xarakterinə görə bir-birindən fərqlənir. I period “A” , II period isə “B” hərfi ilə işarə etsək, bu zaman sadə 2 hissəli formanın hərfi sxemi belə olacaqdır: AB

Sadə 3 hissəli forma. Sadə 3 hissəli forma 3 hissədən ibarətdir. Burada I və III hissələr öz məzmunu, musiqisi, xarakteri, həcmi etibarı ilə eyni, II hissə kənar hissədir, onlardan az və çox dərəcədə fərqlənir. Sadə 3 hissəli formada əvvəlki period (birinci period) adlanaraq “A” hərfi ilə, II hissə orta hissə adlanaraq “B” hərfi ilə, III hissə isə I hissəni təkrar etdiyi üçün “repriza” adlanır və “A” hərfi ilə işarələnir. Bu formaın hərfi sxemi belədir: ABA

Variasiya forması. Musiqinin bu forması eyni mövzunun müxtəlif dəyişikliklərlə dəfələrlə təkrarı nəticəsində yaranır. Hərfi sxemi A,A1,A2,A3, A… .Variasiyalar ciddisərbəst olur. Ciddi variasiyalarda mövzu müxtəlif dəyişikliklərə (ölçü, ritm, temp, tonallıq,faktura, registr və s.) uğrasa da mövzuya yaxınlıq daima hiss olunur. Sərbəst variasiyalarda isə dəyişikliklər mövzudan çox uzaqlaşdırılır və mövzunu tanımaq çətinləşir. Belə variasiyalar daha çox süita nömrələrini xatırladır.

Rondo forması. Rondo fomasında eyni mövzu 3 dəfədən az olmayaraq səslənməlidir. Bu təkrar olunan mövzular arasında (“refren”) , yen mövzular (“epizod”) səslənməlidir. Hər bir mövzu (refren və epizodlar) hər biri ayrı-ayrılıqda period, sadə 2 hissəli və 3 hissəli formalara əsaslana bilər. Variasiya formasının hərfi sxemi belədir: ABACA…n

Sonata-alleqrosu forması. Sonata-alleqrosu forması mürəkkəb klassik musiqi formalarından biridir. Bu formada əsasən instrumental musiqi əsərləri yazılır. Sonata-alleqrosu forması bir-biri ilə ziddiyyət təşkil edən 2 mövzu əsasında (əsas və köməkçi), bu mövzuların bir-birinə qarşı qoyulması və inkişaf etdirilməsi nəticəsində yaranır. Quruluşu 3 şöbədən ibarətdir:

  1. Ekspozisiya (əsas, köməkçi, bağlayıcı və s. mövzularla tanışlıq)
  2. İşlənmə (hər bir mövzu işlənir, xırdalanır)
  3. Repriza ( əsasən, I şöbə təkrarlanır)

Silsilə mahiyyətli formalar. Ümumi məzmuna əsaslanan, bir-neçə müstəqil hissələrin toplumundan yaranır. Bu formada vahid bir fikir və məzmun olur. Silsilə forması müxtəlif olur:

Sonata silsiləsi forması – bu formada əsasən instrumental əsərlər (süita, simfoniya, konsert, trio, kvartet və s.) yazılır.

Süita forması bu forma müstəqil hissələrin ümumi məzmunla birləşməsi nəticəsində yaranır.

Janr haqqında. Əsas musiqi janrları.

Janr fransız sözü olub, “cins”, “növ” deməkdir. Musiqidə çoxlu janr vardır. Musiqini əsas 3 janrı bunlardır: vokal, instrumental, vokal-instrumental (qarışıq). Musiqinin vokal janrları:

Mahnı şeirlə musiqinin vəhdətindən yaranmış vokal əsərdir. Xalq yaradıcılığında, məişət musiqisində peşəkar (bəstəkar) musiqidə geniş yayılmışdı. Musiqini ən qədim növüdür. Məzmuncalirik, qəhrəmanlıq, əmək, vətənpərvərlik, uşaq və s. növlərdə olur.

Romans kamera musiqi janrıdır. (ispan dilində “ispansayağı” deməkdir) Bədii mahnıdır. Adətən, mətni məhəbbət mövzusunda olur, elegiya, ballada onun növləridir.

Ariya opera, operetta və başqa səhnə əsərlərində orkestrin müşayiəti ilə 1 müğənni tərəfindən ifa olunan bitmiş bir musiqi nömrəsidir. Ariya – dram əsərlərindəki monoloqun musiqi dili ilə emosional ifadəsidir. Hər bir ariyada obrazın (qəhrəmanın) musiqi xarakteristikası verilir. Adətən, 2 hissəli formada yazılır.

Xor yunan sözü olub, “oxuyanların böyük ansamblı” deməkdir. Xor tipinə görə həmcins və qarışıq, növünə görə isə tək səsli (unison) və çox səsli olur. Xorda 4 səs partiyası olur: soprano, alt, tenor, bas. Müstəqil əsər, opera və operettalarda ayrıca musiqi nömrəsi kimi olur.

Musiqinin instrumental janrları:

Sonata 1 və ya 2 musiqi aləti üçün sonata formasında yazılmış əsərdir. (İtalyanca “conare” sözündən götürülmüş, “hər hansı bir musiqi alətində çalma” mənasındadır.)

Simfoniya isə orkestr üçün sonata formasında yazılmış əsərdir. (yunanca “həmahənglik” mənasındadır). Simfoniyalar quruluşuna görə 1 hissəli və genişlənmiş ola bilər.

Musiqinin vokal-instrumental (qarışıq) janrları:

Opera teatr sənətinin bir növüdür. Səhnədə baş verən hadisələr musiqi dili ilə (yəni vokl, ortestr musiqisi, rəqs və s.) açıqlanır. Bir sözlə, opera musiili teatr üçün yazılmış əsərdir. (İtalyanca “əsər” deməkdir). Operanın süjeti olur, səhnədə ifa olunur, ona dekorasiya qurulur, müğənni və orkestr vasitəsilə ifa olunur.

Operetta (Musiqili komediya) kiçik opera deməkdir. Komik xarakterli musiqili səhnə əsəri vokal və instrumental musiqini rəqs və danışıq dialoqları ilə birləşdirir.

Balet – musiqi, rəqs, dramatik fəaliyyət və təsviri incəsənət elementlərinin özündə birləşdirən xoreoqrafik tamaşadır. (fransızca “ballet” sözü, italyanca “ballo” – rəqs etmək spzündən əmələ gəlmişdir). Balet səhnə üçün yazılmış əsərdir, onun məzmunu rəqs, ritmika, pantomima vasitəsilə açıqlanır.

Oratoriya isə solist, xor və orkestr üşün yazılmış çoxhissəli vokal-simfonik əsərdir (lat. “oratio” – natiqlik deməkdir).

Kantata – solist, xor və simfonik orkestr üçün yazılmış, müəyyən məzmuna əsaslanan, səhnə hərəkəti olmayan silsilə mahiyyətli əsərdir. (italyanca “cantare”– oxumaq deməkdir). Təntənəli, epik xarakterli olur, çoxhissəli vokal-simfonik əsərdir.

  1. Ə. Bədəlbəyli.”İzahlı monoqrafik musiqi lüğəti” (Bakı, 1969)
  2. E. Əfəndiyeva, J. Qədimova. “Musiqi” (Bakı, 2007)
  3. E. Əfəndiyeva. “Musiqi əsərlərinin təhlili” (Bakı, 2003)

YAZAR: Gülnar Nəzərli

Comments are closed, but trackbacks and pingbacks are open.