Press "Enter" to skip to content

Musiqi notlar

Gündəlik əhvalımızın musiqi seçimimizə çox təsiri olur. Dinlədiyimiz musiqinin tərzindən asılı olaraq əhvalımız düzələ və ya pisləşədə bilər. Mütəxəssislər bildirirlər ki, tək musiqinin üslubu deyil, onun ritm və, hansı musiqi alətində ifa olunması da mühüm haldır. Hər bir musiqi alətinin səsi insanın orqanizminə müəyyən bir təsir göstərir. Məsələn simli alətlər gitara,skripka, arfa və bu kimi musiqi alətlərindəbir musiqi səsləndikdə insanda mərhəmət və fədakarlıq hissi yaranır.Nəfəsli alətlər tənəffüs sisteminin fəaliyyətinə kömək etməklə, ağciyərləri və bronxları təmizləyir.

Musiqi notlar

Ноты мелодии Theme From Paradise (Райская мелодия) которая стала знаменитой благодаря исполнению итальянским музыкантом-саксофонистом Fausto Papetti

Ноты музыки из фильма “Миссия не выполнима” (Mission Impossible) популярность которой превосходит сам фильм про агента ЦРУ Итана Ханта, главную роль к

Верка Сердючка – сценический образ Андрея Данилко. Андрей украинский артист, продюсер, композитор, автор песен, режиссёр, сценарист, телеведущий.

Песня Ой снег-снежок часто исполнялась на новогодней программе Голубой огонек. Породию на эту песню исполнили Рудаков и Лавров

Музыка Крылатова, слова к этой чудесной праздничной песенке Деда Мороза написал Юрий Сергеевич Энтин

Самоучители игры на музыкальных инструментах

Самоучитель игры на блокфлейте (Блокфлейта. Репертуарный сборник для начинающих)

Блокфлейта. Репертуарный сборник для начинающих (Репертуарний збірник для початківців)

Школа игры на кларнете (С. Розанов)

Вышедшая в 1940 году и неоднократно переиздававшаяся «Школа игры на кларнете» выдающегося педагога С. В. Розанова сыграла значительную роль в подготовке отечественных музыкантов.

Musiqi notlar

Hər birimiz fərqli əhval ruhiyyədə olarkən sevərək dinlədiyimiz mahnılar var. Kimi klassik,həzin musiqi, kimisi isə əyləncəli musiqilər dinləməyi sevir. Musiqi tək əyləncə vasitəsi deyil. Musiqinin insan sağlamlığınada böyük faydası var.

Gündəlik əhvalımızın musiqi seçimimizə çox təsiri olur. Dinlədiyimiz musiqinin tərzindən asılı olaraq əhvalımız düzələ və ya pisləşədə bilər. Mütəxəssislər bildirirlər ki, tək musiqinin üslubu deyil, onun ritm və, hansı musiqi alətində ifa olunması da mühüm haldır. Hər bir musiqi alətinin səsi insanın orqanizminə müəyyən bir təsir göstərir. Məsələn simli alətlər gitara,skripka, arfa və bu kimi musiqi alətlərindəbir musiqi səsləndikdə insanda mərhəmət və fədakarlıq hissi yaranır.Nəfəsli alətlər tənəffüs sisteminin fəaliyyətinə kömək etməklə, ağciyərləri və bronxları təmizləyir.

Zərb alətləri isəürək ritminin bərpa edilməsinə, qan dövranı sisteminə müsbət təsir göstərir. Musiqi ürəyə xeyirlidir, ruhun olduğu qədər, qəlbin də qidasıdır, ürək ritmini normallaşdırır, qan təzyiqini tənzimləyir,piylənmənin qarşısının alınmasında faydalıdır.Yemək yeyərkən dinlənilən musiqi insanın daha az və yavaş yeməsinə səbəb olur, İmmuniteti gücləndirir immunitet sisteminizdə mühüm rol oynayan bir hüceyrənin miqdarını artıra bilir. Musiqi dinləmək üçün sadəcə 15 dəqiqə ayırmaq hüceyrələrə müsbət təsir göstərir, “yarımçıq” dünyaya gəlmiş uşaqların həyatda qalmasına yardımçı olur, hafizəyə və öyrənməyə kömək olur, yaşlı insanların keçirdiyi bəzi sıxıntılara dərman olur və özünüzü daha xoşbəxt hiss etmənizə yardımçı ola bilir. Bundan başqa, klassik musiqi həm də revmatizm xəstəliyinin dərmanı hesab olunur. Alimlər müəyyən etmişlər ki, klassik musiqi dinləyən xəstələr digər xəstələrə nisbətən daha tez sağalmışlar.İnsana müsbət təsir edən musiqilərdən biri də milli musiqilərdir. Etnik musiqilər rahatlaşmağa və dincəlməyə kömək edirlər. İnsanı öz tarixi köklərinə qaytaran milli musiqi insanda enerji mənbələrinin aktivləşməsinə səbəb olur.

Bilirsinizmi, istənilən musiqi əzələlərdəki yorğunluğu aparır və hərəkət qabiliyyətini artırır. Məsələn, insanların bir çoxu musiqi dinləyərək işlərini görməyi sevir, hətta musiqi dinləyərək kitab oxuyan insanlarda var. Yuxuya getməkdə və rahat yatmaqda çətinlik çəkən insanlar musiqi dinləyərək bu problemdən qurtula bilərlər. Musiqi dinləmək ruhunuz və mənəvi sağlamlığınız üçün çox yaxşıdır. Musiqi dinləyərək əhval ruhiyyənizi gözəlləşdirə, özünüzü daha xoşbəxt və rahat hiss edə bilərsiniz. Gözəl musiqi dərdi, sıxıntı və yorğunluğu insanın canından çıxarır, bir anlığa da olsa onu kədərin əlindən alıb əhvalında xoş ovqat yaradır. Gözəl həzin bir musiqi yaşamaq istəyini gücləndirir.

“Yaxşı musiqi can dərmanıdır” – dədə-babadan eşitdiyimiz bu söz öz kəsərini itirməyib. Gözəl bir musiqini dinləyən hər kəs başa düşür ki, insanlarda müsbət emosiyalar yaratmaq, həyat eşqini gücləndirmək üçün bu ən təsirli vasitədir.Hansı musiqinin sizə necə təsir etdiyini bilmək istəyirsinizsə müxtəlif üslublu mahnıları dinləyərkən nə hisslər keçirdiyinizi müəyyən edin.

Günay Hüseynova,
Naxçıvan Dövlət Universiteti, Jurnalistika ixtisası, II kurs tələbəsi

Musiqi notlarının tarixi

Musiqidəki riyazi sirri kəşf edərək yazıya tökmənin ilk təməli Pifagor tərəfindən atılmışdır. Biz onu məktəb sıralarından məşhur dik üçbucaq teoremi ilə xatırlayarıq, amma Pifagor indiki vaxtda çatdığımız elm səviyyəsinin atasıdır. O, öz dövrünə qədər inkişaf etmiş bütün işləri bir intizam altında yığmış həndəsə, arifmetik, astronomiya, coğrafiya, musiqi və təbiət məlumatı olaraq ayrı-ayrı elm sahələri yaratmışdır.

Pifagor elmi, elm üçün düşünür, elmin tətbiq etmək onu maraqlandırmırdı. Bu səbəblə məlumat sevən mənasındakı filosof sözcüyünü ilk olaraq o istifadə etmişdir. Pifagor bütün kainatın ədədlər və aralarındakı əlaqələrə görə qurulduğuna inanırdı.

Pifagorun musiqinin içindəki riyaziyyatı bir dəmirçi dükanının qarşısından keçərkən kəşf etdiyi rəvayət edilər. Dəmirçi ustasının dəmir döyərkən istifadə etdiyi alətlərə görə dəyişik səslər çıxarması Pifagorun marağını çəkmiş, dükanı bağlatdıraraq ustaya müxtəlif alətlər istifadə etdirmiş, çıxan səsləri araşdırmış və qeydlər götürmüş.

Qərb musiqisini IX əsrin əvvələrinə qədər notalamadan xəbərsiz idi. Əsərlər qulaq yoluyla nəsildən nəsilə köçürülür, bu vaxt dəyişməyə uğrayır, zamanla unudula bilirdi. IX əsrin ikinci yarısında ilk notalama sistemi ortaya çıxdı. Guido d’Arezzo «Guid Arezzo» notalama sisteminin səslərin yüksəkliyini qəti olaraq ifadə etməyə başlamasıyla böyük bir irəliləmə qeyd edildi. XI əsrdə notların üzərinə düzüldüyü beş xəttdən ibarət yaranan portenin istifadə edilməsiylə notların yüksəkliyi do, re, mi,…və.s müddəti birlik, ikilik, dördlük,… qəti şəkildə təyin oluna bilər hala gəldi. Əslində musiqinin dörd parametri vardır
Yüksəklik, müddət, şiddət və tonu.

Bunlardan ilk ikisi zamanla ümumi qəbul görən bir sıra işarələr sayəsində kağız üzərinə tökülə bilmiş, şiddət və tonu isə notun yanında əlavə sözlərlə ifadə edilmişlər və qismən də şərhə açıq buraxılmışlar.

Müxtəlif səsləri ifadə etmək və bunların bir-birlərinə qarışmasını önləmək üçün səsləri təmsil edən notlara xüsusi adlar verildi. Do, re, mi, fa, sol, la, si. İngiliscədə və Almancada isə notlar hərflərlə göstərildi C do, D re, EMİ, F fa, G sol, A la, B si ing. H si alm.

Nota adlarından «do» nun əvvəlki adı «ut» idi. saitlə başlayan bu ad, notları sırayla söyləyərkən həbslik etdirdiyindən XII əsrdə «do» olaraq dəyişdirildi. Almaniya və bəzi ölkələrdə ut hələ istifadə edilər.

Siz xaric digər notaların ad atası Guido d’Arezzo . Arezzo bu adları Iohannes Battista ilahəsindəki misraların birinci hecalarından götürərək yaratmışdır. Yeddinci notun adı uzun zaman «B» olaraq qalmış, sonradan XIII əsrdə Sanete Iohannes sözlərinin baş hərflərindən meydana gələn «si» adını almışdır. Notalamanın kəşfi və inkişafı musiqi praktikasına fövqəladə bir inkişaf mühiti yaratmışdır. Notalama, icraçını əzbərdən qurtararaq həm musiqi parçalarının uzanmasına həm də müxtəlif dövrlərə və ölkələrə aid notlanmış əsərlərin qatılmasıyla repertuarın zənginləşməsinə və növlərə ayırılmasına imkan vermişdir. Not sayəsində bir musiqiçi bilmədiyi bir musiqi parçasını icra edə bilmək üçün tək başına kafi bir hala gəlmişdir.

  • Teqlər:
  • musiq notların tarixi
  • , Pifagor
  • , Guido d’Arezzo

Comments are closed, but trackbacks and pingbacks are open.