Press "Enter" to skip to content

Musiqinin tədrisi metodikası

1

Vts-test sisteminin informasiya bazalarının kodları

yoxlanılması və qiymətləndirilməsində əsas təhsil texnologiyası kimi istismar olunmaqdadır.

ADPU-nun demək olar ki, bütün elmi-pedaqoji personalı və bütün ixtisas və şöbələr üzrə əksəriyyət tələbələr

VTS-TEST sisteminin istismarı prosesinə cəlb olunublar. VTS-TEST-in istismar qrupları, o cümlədən, Test

Qrupu (TQ), Nəzarət Qrupu (NQ), Appelyasiya Qrupu (AQ) sistemin məlumat bazalarının kodlarıla

tanışdırlar. Digər istifadəçilərin, o cümlədən:

test tərtib edən müəllimlərin

universitetin fakültə, kafedra rəhbərlərinin

tədris işilə məşğul olan digər strukturların rəhbər və əməkdaşlarının

məlumat bazalarının kodlarını bilmək və istifadə etmək tələblərini nəzəzrə alaraq aşağıdakı məlumat

bazalarını adpu.edu.az portalında dərcini zəruri hesab edirik.

Etibar Axundov,

VTS-TEST sisteminin müəllifi,

ADPU rektorunun səlahiyyətli nümayəndəsi

“İxtisaslar” mə

Riyaziyyat və İnformatika fakültəsi

~GDUİQTİSADİYYAT~

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN RƏSMİ SAYTINA XÖŞ GƏLDİNİZ!

Musiqi fənləri

«Musiqi fənləri» kafedrası 1991-ci ildə pedaqoji fakültənin tabeçiliyində yaradılmışdır. Təhsilin keyfiyyətini yüksəltmək, gənclərimizi milli-mənəvi dəyərlər əsasında tərbiyə etmək məqsədilə kafedrada 13 nəfər professor-müəllim və 2 nəfər tədris-köməkçi heyəti tam ştat vahidi ilə fəaliyyət göstərirlər Qurbanəliyeva Sevda Firudin qızı – sənətşünaslıq elmlər doktoru, professor, kafedra müdiri, Hacıyeva Mehriban Şövkət qızı – baş müəllim, Həsənova Saidə Zahid qızı – baş müəllim,Quliyeva İradə Şəmil qızı – müəllim,Haqverdiyeva Nərgiz Əli qızı–baş müəllim,Məmmədova Qəsirə Tofiq qızı– baş müəllim,Nəbiyeva Leyla Məzahir qıız– müəllim, Seyfullayeva Nuşabə Nəriman qızı– baş müəllim, Rüstəmova Sevinc İlham qızı–müəllim, labor¬antlar -Hüseynova Təhminə Akif qızı, Qurbanova Pərvanə Eyvaz qızı öz fəaliyyətləri ilə professor-müəllim heyətinin və tələbələrin hörmətinin qazanmışlar. Gənc mütəxəssislər, təcrübəli musiqi müəllimləri kafedraya əvəzçilik və saat hesabı ilə cəlb olunur, kafedranın elmi-pedaqoji, konsert fəaliyyətində uğurla iştirak edirlər. Bunlardan musiqi texnikumunun və uşaq musiqi məktəblərinin müəllimləri Respublikanın əməkdar atisti Sevinc İbrahimova, müəllimlər Aləmzər Abdullayeva, Zemfira Məmmədova, Gülarə Məmmə¬dova, Hicran Tağı-zadə, Xatirə Usubova, Göyçək Qurbanova, Lalə Rəfibəyli, Oleq Allahverdiyev, Elxan Kərimov, konsertmeysterlər Şövkət Bayramova, Telvina Qəmbərova, alət ustası Həsən Həsənovun adlarını qeyd etmək olar. Universitetdə Bolonya Bəyənnaməsinin əsas prinsiplərinin tətbiqi ilə əlaqədar 2009-2010-cu tədris ilindən I kurslarda «Musiqi müəllimliyi» ixtisası üzrə kredit sistemi ilə yeni tədris planları əsasında mütəxəssis hazırlığına başlanılmışdır. Hal-hazırda kafedra «Musiqi təhsili», «Musiqi müəllimliyi», «İbti¬dai təhsilin pedaqogikası və metodikası» ixtisasları üzrə təhsil alan tələbə¬lə¬rə musiqi fənlərini müvəffəqiyyətlə tədris edir. Kafedra həmin ixtisaslar üzrə tədris plan və proqramlarla təmin edilmişdir. Universitet rektorluğunun köməyi sayəsində kafedrada tədris mütəşəkkil təşkil edilmiş, kafedra 15 dərs otağı, iki zal (kiçik və böyük) fortepiano, royal, tar, kamança, qarmon, skripka və s. musiqi alətləri ilə təmin edilmişdir. İnstitutun universitet adlandırılması ilə əlaqədar tədrisin səviy¬yə¬sini yüksəltmək məqsədilə kafedrada cəmləşən hər bir fənn üzrə 2000-2001-ci illərdə mövcud tədris proqramları əsasında müasir tələblərə müvafiq yeni tədris proqramları hazırlanmış, kafedra iclaslarında, pedaqoji fakül¬tənin Elmi Şuralarında müzakirə və təsdiq edilmişdir. Kafedrada dərslər əsasən fərdi məşğələ şəklində tədris olunur. Musiqi fənlərini tədris proqramları səviyyəsində mənimsəmək üçün hər bir tələbəyə ifa edəcəyi əsərlərin notları verilir (bu məqsədlə kafedrada zəruri notlardan və dərsliklərdən ibarət kitab fondu təşkil edilmişdir), tələbələrdə məsuliyyət hissi, müstəqil işləmək bacarığı aşılanır.
«Musiqi nəzəriyyəsinin əsasları və Harmoniya», «Azərbaycan xalq musiqisinin əsasları», «Musiqinin tədrisi metodikası», «Musiqi tarixi» fənləri üzrə kafedra nəzdində fəaliyyət göstərən metodbölmələrdə hazırlanan əyani vəsaitlərdən geniş istifadə olunur. Mövzu-təqvim planların hazırlanmasında, akademik konsertlərin təşkilində və bu kimi metodik məsələlərin həllində metodbölmələrin gücündən istifadə olunur. Kafedrada tədris edilən fənlərin tələbələr tərəfindən tam qavranılması üçün tədris ili ərzində müntəzəm olaraq fənn müəllimləri tərəfindən əlavə dərslər keçirilir və bunların qeydi üçün kafedrada xüsusi dəftərxana kitabı ayrılmışdır. Zəif oxuyan tələbələrlə aparılan işə dair hər bir müəl¬lim¬dən hesabat tələb olunur və bunlar müəllimlərin fərdi planlarına əlavə edilir.Hər il kafedranın professor-müəllim heyətinin hər bir üzvünün bir açıq dərsi və bir mühazirə mətni kafedra iclaslarında müzakirə edilir.Müsabiqə üzrə seçki zamanı müəllimin peşə-ixtisas səviyyəsinə tələbkarlıq göstərilir, iddiaçının seçkiqabağı açıq dərsi dinlənilir və kafedra iclasında pedaqoji fakültənin dekanının sədrliyi ilə müzakirə olunur.Kafedranın müəllimləri S.Rüstəmova, S.Şabanova, N.Haqverdiyeva, M.Hacıyeva, Q.Məmmədova yeni təlim metodlarının öyrənilməsinə həsr olunmuş treninqlərdə iştirak etmiş, hesabatlarını kafedra iclaslarının müzakirəsinə təqdim etmişlər. Qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi, təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə kafedrada keçirilən açıq dərslərin, qarşılıqlı din¬lə¬mə dərslərinin qeydiyyatı və müzakirəsi təşkil olunur.
Görülən işlər nəticəsində yoxlama və imtahan sessiyalarında tələbələr musiqi fənləri üzrə yüksək müvəffəqiyyətləri ilə fərqlənirlər. Kafedrada iki nəfər əyani, bir nəfər qiyabi şöbə üzrə «Musiqişü¬nas¬lıq» ixtisası üzrə magistr hazırlanmışdır. Bunlardan 2 nəfəri – S.Rüstəmova və L.Rəfibəyli hal-hazırda kafedrada dərs deyir, elmi-pedaqoji fəaliyyətləri ilə müəllim və tələbə kollektivinin hörmətini qazanmışlar. Buraxılış yekun DAK-ın sədrləri Bakı Musiqi Akademiyasının professoru Oqtay Abbasquliyev, Milli Konservato¬riyanın dosenti Akif Quliyev öz hesabatlarında buraxılış işlərinin aktual, elmi-nəzəri, praktiki əhəmiyyətə malik mövzularda işlənilməsini, işlərin elmi-tədqiqat xarakterli olmalarını müsbət cəhət kimi göstərmiş, universitetdə «Musiqi təhsili» ixtisası üzrə bakalavr və magistr hazırlığının səviyyəsini yüksək qiymətlən¬dirmiş və bu ixtisasa olan ehtiyacı nəzərə alaraq tələbə qəbulu planının artırılmasının məqsədəuyğun olduğunu qeyd etmişlər. Kafedra pedaqoji təcrübə aparılan məktəblərlə müntəzəm əlaqə sax¬la¬yır, musiqi tərbiyəsi işinin təşkilində, musiqi müəllimlərinin elmi-metodik səviyyəsinin yüksəldilməsində onlara köməklik göstərir. Təcrübəçi tələbələrin hazırlıq səviyyəsi məktəb müdiriyyəti tərəfindən müsbət qiymətləndirilmiş, fərqlənən tələbələr məktəblər tərəfindən «Tərifnamə» ilə təltif olunmuşlar.
«Musiqi təhsili» ixtisası üzrə tələbələrin pedaqoji təcrübə keçdikləri 27 saylı ümumtəhsil məktəbi ilə kafedranın əlaqələri sistemli xarakter daşıyır. Gəncə şəhər Təhsil idarəsinin xətti ilə 2010-cu ildə məktəbin musiqi müəllimi Ülkər Suliddin qızı Əfəndiyevanın açıq dərsinin dinlənilməsi və təhlili kafedra müdiri prof. S. Qurbanəliyeva, Musiqi texnikumunun direktoru G.Mirzəyeva, şəhər ümumtəhsil məktəblərinin musiqi müəllimlərinin iştirakı ilə təşkil olunmuşdur. Professor S.Qurbanəliyeva tərəfindən açıq dərsin elmi-metodiki cəhətdən düzgün qurulması üçün müəllim Ü.Əfəndiyevaya lazımi köməklik göstərilmişdir. Həmçinin 2010-cu ildə bu məktəbdə professor S.Qurban¬əliyevanın milli musiqimizə həsr olunmuş müha¬zirələri, tələbələrin konsertləri təşkil olunmuşdur. 27 saylı ümumtəhsil məktəbinin direktoru R.Hüseynovanın imzası ilə kafedra müdiri «Gəncədə musiqi müəllimi ixtisası üzrə ali təhsilli kadr hazırlığının təməlini qoyan sənətşünaslıq doktoru, professor Sevda Firuddin qızı Qurbanəliyeva məktəblilərin musiqi tərbiyəsindəki səmərəli fəaliyyətinə görə» Fəxri Fərman ilə təltif olunmuşdur (22 aprel, 2010).
Kafedra nəzdində kafedra müdiri prof. S.Qurbanəliyevanın rəhbərliyi ilə fəaliyyət göstərən «Musiqi və cəmiyyət», «Musiqi və onun tədrisi metodikası» mövzusunda elmi-nəzəri, «Musiqi dərslikləri» adlı metodiki seminarın işində şəhərimizin ümumtəhsil, uşaq musiqi məktəblərinin müəllimləri, uşaq yaradıcılıq mərkəzinin əməkdaşları müntəzəm iştirak edirlər.Kafedra musiqi təhsili istiqamətində şə¬hə¬ri¬mizdə bir növ elmi-meto¬diki mərkəz rolunu da oynayır. Belə ki, şəhə¬ri¬miz¬də və ətraf rayonlarda müxtəlif elm, təhsil, təlim-tərbiyə müəssisə¬lə¬rində işlə¬yən musiqi müəllimləri kafedraya müntəzəm müraciət edirlər, onlara el¬mi-metodiki köməklik göstərilir və bunların kafedrada dəftərxana kitabında qeydiyyatı aparılır. Misal üçün qeyd edək ki, 2002-ci ildə kafedrada «Musiqi tərbiyəsinin müasir problemləri», 2006-cı ildə «Ümumtəhsil məktəblərində mu¬si¬qi dərsinin tədrisi məsələləri» mövzularında keçirilən seminarlarda Gəncə şəhər İcra Hakimiyyətinin, Mədəniyyət, Təhsil İdarələrinin nümayəndələri, şəhər Ümumtəhsil mək¬təblərinin musiqi müəllimləri, kafedranın professor-müəllim heyəti, «Musiqi təhsili» ixtisası üzrə universitetin tələbələri iştirak etmişlər. Semi¬narlarda kafedra müdiri, professor S.Qurbanəliyeva məruzə etmiş, mövzu ətrafında çıxışlar olmuş, bir sıra praktiki əhəmiyyətə malik təkliflər irəli sürülmüşdür. Kafedrada tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunması sistemli şə¬kil¬də həyata keçirilir, tələbə elmi-praktik konfransları təşkil olunur. Kafed¬ra¬nın müəllimi, gənc mütəxəssis S.Rüstəmova kafedranın magistri olduğu dövrdən hal-hazıradək kafedrada TEC-in işinə rəhbərlik edir. «Musiqi və təsviri sənət», «Musiqi və ədəbiyyat» və s. mövzularda tələbə elmi-praktik konfransları keçirilmiş, fərq¬lə¬nən tələbələr universitet rəhbərliyi tərəfindən «Fəxri fərman»la təltif olunmuşlar. Hər il kafedranın elmi-tədqiqat işlərinə dair hesabatı, elmi-tədqiqat işlərinin kafedra iclaslarında müzakirə protokolları, müəllimlərin elmi-tədqiqat işlərinə dair hesabatları, elmi-tədqiqat işləri, əldə olunan mühüm nəticələr və işlərə verilən rəylər daxil olmaqla kafedranın elmi fəaliyyətinin illik yekun hesabatı cilidlənmiş şəkildə universitetin Elmi hissəsinə təqdim olunur, bir nüsxəsi kafedrada saxlanılır. Kafedrada hazırlanan elmi işlərin nəşr olunmasına diqqət verilir, müəllim və tələbələrin elmi işlərinin tezisləri Universitetin elmi əsərlər məcmuəsində nəşr olunur. Elmi işlərin təcrübədə tətbiqi kafedrada təmin edilir. Belə ki, elmi-tədqiqat işlərin mövzuları tədris məsələləri ilə əlaqələndirilir, kafedra üzvləri tərəfindən hazırlanmış metodiki vəsaitlər və dərsliklər nəşr olunaraq tədris prosesində istifadə olunur. Kafedrada hazırlanan elmi-tədqiqat, metodik işlər nəşr edilərək, şəhərimizin Mərkəzi kitabxanasına təqdim edilmişdir. Son dövrdə nəşr edilmiş əsərlərdən professor S.Qur¬ba¬nə¬li¬yevanın «Şəxsiyyət və musiqi» (Gəncə, 1993), «Nizami Gəncəvi və Fikrət Əmirovun musiqi dünyası» (Bakı, 2003), «Musiqinin elementar nəzə¬riy¬yəsinə dair əsas məlumatlar» (Bakı, 2004), professor S.Qurbanliyeva, müəllimlər N.Haqverdiyeva, N.Də¬mi¬rova, H.Tağızadə, M.Hacıyeva tərə¬fin¬dən hazırlanmış «Fortepi¬ano¬da qamma, akkord və arpecioları çalmaq üçün vəsait» (Bakı, 2006), pro¬fessor S.Qurbanəliyeva, müəllimlər N.Seyful¬la¬yeva və L.Rəfibəyli tərə¬fin¬dən hazırlanmış «Q.Hüseyli yaradıcılığı milli ənənələr kontekstində» (Bakı, 2006), «Muzıkalğnıy mir Nizami Qəndjevi» (Kiyev,2009) kita¬blarını nümunə göstərmək olar. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş ümümtəhsil məktəblərinin 6-cı sinfi üçün yeni «Musiqi» dərsliyinin hazırlanmasında prof. S.Qurbanəliyeva iştirak etmişdir. (Bakı, 2002)
Kafedra Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Uni¬versiteti, Gəncə şəhəri İcra Hakimiyyətinin «Mədəniyyət və Turizm», «Təhsil» idarə¬ləri ilə sıx elmi əlaqələr saxlayır. Kafedraya başqa ali təhsil müəssisələrindən təqdim edilən dissertasiya və avtoreferatların, tədris proqramlarının rəyləndirilməsi təşkil edilir. Uni¬versitetə Gəncə Musiqi Texnikumundan daxil olan tədris proqramları, BMA, ADPU tərəfindən daxil olan namizədlik və doktorluq dissertasiyaları aparıcı təşkilat kimi rəylən¬di¬ril¬miş, eksperimental metodikalar kafedrada tətbiq edilmiş və rəyləndi¬ril¬mişdir. Kafedra müdiri prof. S.Qurbanəliyeva namizədlik və doktorluq dissertasiyalarının rəsmi opponenti kimi Müdafiə Şuralarının işində iştirak etmişdir. Elmi-tədqiqat işləri aparan müəllimlərə kafedrada lazımi şərait yara¬dılmışdır. Kafedranın baş müəllimi M.Hacıyeva ka¬fedrada dissertant kimi fəaliyyət göstərir. (rəhbər professor S.Qur¬ba¬nə¬li¬yeva). Baş müəllim Q. Məmmə¬do¬va ADPU nəzdində fəaliyyət göstərən Mudafiə Şurasında 12 yanvar 2010-cu il tarixdə ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir.
«Heydər Əliyev və Azərbaycan musiqi mədəniy¬yəti», «Milli musiqi¬miz-milli sərvətimizdir», «Milli mədəniyyət və qlobal¬laşma», «Azərbaycan muğamı» mövzularında kafedrada keçirilən elmi-praktik konfranslar şə¬hər ziyalıları tərəfindən yüksək qiymətləndirilmişdir. Kafedrada tərbiyəvi işlər diqqət mərkəzindədir. Tələbələrin asudə vaxtlarını səmərəli və zəngin təşkil etmək üçün kafedra nəzdində muğam sənəti, vokal-instrumental ansambl, xorla oxuma, rəqs və tələbə elmi dərnəkləri fəaliyyət göstərir. Dərnək üzvləri ənənəvi olaraq tarixi, bayram günlərinə həsr olunmuş konsert proqramlarında, yubiley tədbirlərində çıxış edirlər və bunlara dair proqram və fotoşəkillər kafedrada saxlanılır və kafedrada yaradılmış fotostendə öz əksini tapmışdır. Kafedra müdiri prof. S.Qurbanəliyeva ictimai əsaslarla tələbə musiqi kollektivlərinin işinə müvəf¬fə¬qiyyətlə rəhbərlik edir. Kafedra nəzdində «Gəncəm» vokal qrupu, «Günəş» rəqs ansamblı, «Gənclik» kvarteti, Tələbə xor kollektivi və s. musiqi kollektivləri fəaliyyət göstərirlər. Müəllimlərdən O.Allahverdiyev, L.Nəbiyeva, Z.Məmmədova, N.Seyfullayeva, E.Kərimov, S.İbrahimova, laborant T.Hüseynova, konsertmeysterlərdən Ş.Bayramova, T.Qəmbərova tələbə musiqi kollektivlərinin işində fəal iştirak edirlər.Fəxrlə qeyd etməliyik ki, 2003-cü ildə «Heydər bayrağının altından keçək» devizi altında keçirilən şəhər müsabiqəsində universite¬timizin tələbə xor kollektivi I dərəcəli diplomla təltif olunmuşdur. 2007, 2008, 2009, 2010-cu illərdə ali məktəb tələbələrin ümumrespublika bədii yaradıcılıq festiva¬llarında tələbə xor kollektivi, «Gəncəm» vokal qrupu, «Ozan» folklor xoru I dərəcəli Diplomlarla təltif olunmuş, solo ifa, rəqs, və s. üzrə fəxri II və III yerlər əldə olunmuşdur. 2009-cu ildə şəhərimizin «Xan bağı»nda yerləşən konsert zalında tələbələrimizin şəhər ictimaiyyətinə nümayiş etdirdikləri konsert proqramı yüksək peşəkarlığı ilə fərqlənmişdir. Konsert proqramının hazırlanmasında «Filologiya» və «Musiqi təhsili» ixtisasları üzrə universitetdə təhsil alan tələbələr xüsusi fəallıq nümayiş etdirmişlər.
Tələbələrin yaradıcılıq kollektivlərinə uğurla rəhbərlik edən kafedra müdiri professor S.Qurbanəliyeva, dərnək rəhbərləri və üzvləri Universitet Rektorluğu, GDU-nun Azad Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən «Fəxri Fərman» və «Tərifnamə»lərlə təltif olunmuşlar. Tələbə gənclərin milli adət-ənənələrimizə, mədəniyyətimizə hörmət ruhunda tərbiyə edilməsində və ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalında qazandığı yüksək nəticələrə görə kafedra müdiri professor S.Qurbanəliyeva Azərbaycan Təhsil işçiləri Azad Həmkarlar İttifaqı Respublika komitəsi tərəfindən sədr S.S.Mehbalıyevin imzası ilə «Fəxri Fərman»la təltif olunmuşdur. (17 may, 2010).
Kafedrada tələbələrlə aparılan zəngin məzmunlu təd¬bir¬lərə misal olaraq hər tədris ilində «Musiqi təhsili» ixtisasına qəbul olunmuş tələbələrin bəstəkar Q.Hüseynlinin məzarını, şəhərimizin tarixi abidələrini ziyarət etmələrini, muzey və konsertlərə, sərgi salonuna, teatr tamaşalarına kollek¬tiv baxışlar və sonra¬dan həmin əsasda söhbətlərin təşkilini, sinif konsertlə¬rini, musiqi lektoriyaları, mühazirə-konsertləri və s. misal göstərmək olar. Kafedra müdiri prof. S.Qurbanəliyeva Azərbaycan Respublikası Bəstəkarlar İttifaqının üzvüdür. Kafedra peşəkar və həvəskar bəstəkarlarla əlaqə saxlayır, onların əsərlərinin ilk ifaçısı kimi çıxış edir. Gənc istedadları üzə çıxarmaq, onların inkişafına qayğı göstərmək və peşəyönümü istiqamətində kafedra məqsədyönlü iş aparır. Tələbələrin ümumtəhsil məktəblərində konsertləri təşkil olunur, istedadlı şagirdlər kafedraya dəvət olunur. Universitetin «Musiqi təhsili», «İbtidai təhsilin pedaqogika və metodikası» əlavə «Musiqi» ixtisasları üzrə məzunların bir çoxu ilə kafedra daimi əlaqə saxlayır, onlara lazımi elmi-metodiki köməklik göstərilir.
Kafedra müdiri haqqında məlumat:
Professor Sevda Firudin qızı Qurbanəliyeva 1960-cı il noyabr ayının 13-də Gəncə şəhərində anadan olmuşdur. Sevda Qurbanəliyeva 1967-ci ildə Gəncə şəhər M.Qorki adına 1 saylı orta məktəbin səkkizinci sinfini və 1 saylı uşaq musiqi məktəbini fərqlənmə attestatları ilə bitirmiş, Gəncə şəhər Q.Hüseynli adına orta ixtisas musiqi məktəbinə daxil olmuş, 1979-cu ildə həmin məktəbi fərqlənmə diplomu ilə bitirmişdir.1984-cü ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konser¬vatoriyasının fortepiano fakültəsinin əyani şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1989-cu ildə «Musiqi sənəti» ixtisası üzrə namizədlik dissertasiyasını, 1995-ci ildə P.İ.Çaykovski adına Kiyev Dövlət konservatoriyası nəzdində fəaliyyət göstərən dünya miqyasında tanınmış alimlərdən ibarət ixtisas¬laşdırılmış müdafiə şurasında doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək, beynəlxalq aləmdə Azərbaycan mədəniyyətini yüksək səviyyədə təqdim və təbliğ etmişdir. Ciddi elmi axtarışlarında Azərbaycan musiqisinin estetik xüsusiyyət¬ləri, musiqinin tərbiyəvi əhəmiyyəti, ədəbiyyat və musiqinin əlaqələri, musiqinin tədrisi metodikası kimi problemləri tədqiq edir, əldə etdiyi elmi nəticələrin tətbiqinə nail olur. Sevda Qurbanəliyeva 1984-90-cı illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının təyinatı əsasında Gəncə şəhəri Qəmbər Hüseynli adına musiqi texnikumunda müəllim işləmiş, bir müddət texnikumun komsomol komitəsinin katibi vəzifəsini ictimai əsaslarla icra etmişdir. Gəncə Dövlət Universitetində (H.Zərdabi adına Gəncə Dövlət Peda¬qoji İnstitutu) 1984-1990-cı illərdə saat hesabı ilə müəllim, 1990-cı ildən ştat üzrə müəllim, 1991-ci ildə dosent, onun təşəbbüsü və təşkilatçılığı ilə yaradılmış «Musiqi fənləri» kafedrasının müdiri, 1996-cı ildə professor vəzifələrinə seçilmişdir. Hal-hazırda həmin kafedraya rəhbərlik edir.
Şəhərimizdə musiqi ixtisası üzrə ali təhsilli kadr hazırlığının təməlini qoyan professor S.Qurbanəliyevanın rəhbərliyi ilə kafedrada yüksək peşə-ixtisas səviyyəsinə malik kadrlar hazırlanır, müntəzəm olaraq musiqi lektoriyaları, konfranslar, mühazirə-konsertlər, tələbələrin elmi, ifaçılıq müsabiqələri, sinif konsertləri, yaradıcılıq axşamları və s. təşkil olunur, kafedra nəzdində elmi-nəzəri, metodiki seminarlar fəaliyyət göstərir. 26 il əvvəl ali məktəbdə elmi-pedaqoji fəaliyyətə başlayan professor S.Qurbanəliyevanın yetirdiyi kadrlar təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da musiqi müəllimi kimi uğurla fəaliyyət göstə¬rirlər. Professorun tələbələrindən S.Həsənova, S.Rüstəmova hal-hazırda vaxtilə təhsil aldıqları kafedrada müəllim kimi çalışırlar. Sevda müəllimənin şəxsiyyəti onlar üçün bir ziyalılıq nümunəsidir. Hər bir gəncin şəxsiyyət kimi formalaşmasında təlim-tərbiyə təhsilin vəhdətdə olaraq böyük əhəmiyyətini daim vurğulayan Sevda xanımın özü tələbə-qızlar üçün bir örnəkdir. Onun şəxsiyyəti, əməli işləri ziyalılıq nümunəsidir. S.Qurbanəliyeva yüksək təşkilatçılıq qabiliyyətinə malikdir. Kafed¬raya rəhbərlik etdiyi müddətdə möhkəm intizam, yaradıcılıq şəraiti yarat¬mışdır. Universitetin tədris və elmi-tədqiqat işlərinə dair hesabatlarında, kafedrada aparılan yoxlamalara dair arayışlarda kafedranın tədris, tədris-metodiki, elmi-metodiki, elmi-tədqiqat, tərbiyəvi işlərin nümunəvi şəkildə təşkil edildiyi qeyd olunmuşdur. İstedadlı alim S.Qurbanəliyevanın elmi-pedaqoji fəaliyyəti zəngin və çoxsahəlidir. Bu günkü elmimiz, xalqımız üçün olduqca ciddi əhəmiyyəti olan mövzulara müraciət edərək o, Azərbaycan mədəniyyəti və incəsənətini tədqiq-təhlil və təbliğ edir, elmi və pedaqoji kadrların hazırlanmasında fəal iştirak edir. Doktorluq və namizədlik dissertasiyalarına rəsmi rəylər verir, onun rəhbərliyi ilə namizədlik dissertasiyaları hazırlanır, İxtisaslaşdırılımış Müdafiə Şuralarının işində iştirak edir. S.Qurbanəliyeva gündəlik mətbuat, seminar, elmi-praktik konfrans¬lar və sair müxtəlif məzmunlu tədbirlər vasitəsilə ümumbəşəri dəyərlərin, klassik humanist irsin əhali arasında yayılması, mənəvi dayaqlarımızın möhkəmlənməsi naminə yaradıcı fəallıq göstərən alimlərdəndir. Professor S.Qurbanəliyevanın «Şəxsiyyət və musiqi», «Nizami Gəncə¬vi və Azərbaycan musiqi mədəniyyəti» və s. 50-dan artıq elmi əsərlərin, o cümlədən monoqrafiya, dərslik və dərs vəsaitlərinin müəllifidir. Qeyd edək ki, GDU-nun Himninin musiqisi professor S.Qurbanəliyevaya məxsusdur. Sözləri universitetin elm və texnika üzrə prorekoru dos.N.İbadova məxsus olan bu Himn 2009-cu ildə yazılmışdır.
Bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən professor S.Qurbanəliyevanın Kəpəz Bələdiyyəsinə namizədliyi irəli sürülmüş və o, səs çoxluğuna görə ikinci yerə çıxaraq Kəpəz bələdiyyəsinə üzv seçilmişdir. Hal-hazırda Bələdiyyədə «Yerli sosial məsələlər üzrə» daimi komissiyasının sədri kimi fəaliyyət göstərir, sosial yönümlü və mədəniyyət, təhsil, idman proqram¬larının hazırlanmasında və həyata keçirilməsində yaxından iştirak edir, qayğıya ehtiyacı olanlara öz gündəlik fəaliyyətində kömək əlini uzadır. S.Qurbanəliyeva 1997-ci ildə «İstedad» adlı Beynəlxalq Mədəniyyət Mərkəzini təsis etmiş, İSAR, İREX, Procect Harmony təşkilatları ilə əməkdaşlıq edərək, bir sıra maraqlı layihələri həyata keçirmişdir. Yerli rəssamların əsərlərindən ibarət rəsm sər¬gisi, «Qadınlar və demokratik cəmiyyət» mövzusunda konfrans və s. bu kimi maraqlı layihələrin müəllifi və rəhbəri kimi şəhərimizin ictimai-mədəni həyatında yaxından iştirak edir.
PROCECT HARMONY təşkilatı tərəfindən həyata keçirilən Azərbaycan qadınlarının liderlik proqramını müvəffəqiyyətlə başa vurmuş, lider qadın sertifikatını almışdır. 2005-ci il avqust ayının 2-də Azərbaycan Qadınlarının Milli Konfederasiyasının Gəncə şəhər Təşkilatının təsis yığıncağında İdarə Heyətinə üzv seçilmişdir. Gənc qızlar və qadınlarla bağlı problemlər, onların maariflənməsi, sosial, siyasi həyatda iştirakı üçün şəraitin yaradılması və s. bu kimi məsələlərin həllində yaxından iştirak edir.
Professor S.Qurbanəliyevanın təşəbbüsü ilə şəhərimizdə ilk dəfə olaraq 2005-ci ildə «Muğam dəstgahları» adlı layihənin həyata keçirilməsinə başlanmışdır. Layihəyə əsasən istedadlı gənclərə muğamların tədrisi nəticəsində Kəpəz Bələdiyyəsində yerli əhali qarşısında konsertlər təşkil olnur, dinləyicilərə ifa ediləcək muğam haqqında qısa məlumatları ehtiva edən kitabçalar paylanır.
S.Qurbanəliyeva 1997-ci ildən YAP üzvüdür. 1999-cu ildən hal-hazıradək Gəncə şəhər YAP Təşkilatında Şura üzvü, GDU-nun YAP Qadınlar Şurasının sədridir.
2002-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür.
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Təhsil işçiləri Azad Həmkarlar İttifaqı Respublika komitəsi, GDU-nun rektorluğu, YAP Gəncə şəhər Təşkilatı, Kəpəz rayon İcra Hakimiyyəti tərəfindən «Təşəkkür» və «Tərifnamə»lərlə təltif olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti sənab İlham Əliyevin Sərəncamı ilə 2009-cu ildə «Tərəqqi» medalı ilə təltif olunmuşdur.

Musiqinin tədrisi metodikası

İxtisasın
şifri

Elm sahələri və ixtisaslar

Fəlsəfə doktoru proqramı üzrə

Elmlər doktoru proqramı üzrə

Doktorantura

Dissertantura

Doktorantura

Dissertantura

Cəmi

Dövlət sifarişli və
ödənişli əsaslarla

Ali təhsil müəssisəsinin büdcəsi hesabına və ödənişli
əsaslarla*

Cəmi

Dövlət sifarişli və
ödənişli əsaslarla

Ali təhsil müəssisəsinin büdcəsi hesabına və ödənişli
əsaslarla*

əyani

qiyabi

əyani

qiyabi

1

Bərk cisim fizikası

1

İnsan və heyvan fiziologiyası

1

1

1

1

1

1

Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (Riyaziyyatın tədrisi metodikası)

Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (Kimyanın tədrisi metodikası)

1

Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (İngilis dilinin tədrisi metodikası)

Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (Azərbaycan dilinin tədrisi metodikası)

Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (Ədəbiyyatın tədrisi metodikası)

1

Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (Biologiyanın tədrisi metodikası)

Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (İnformatikanın tədrisi metodikası)

1

Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (Tarixin tədrisi metodikası)

1

Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (Fizikanın tədrisi metodikası)

Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (Coğrafiyanın tədrisi metodikası)

1

Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (Texnologiyanın tədrisi metodikası)

1

Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (Fiziki tərbiyənin tədrisi metodikası)

1

Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (Musiqinin tədrisi metodikası)

1

Təhsilin təşkili və planlaşdırılması

2

Müəllim hazırlığı və fəaliyyəti

1

Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi

1

1

1

1

Cəmi:

23

9

14

5

11

Qeyd: Fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar. Dissertantlıq yolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq hüququna müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan ali təhsil müəssisələrinin, elmi və digər təşkilatların elmi və elmi-pedaqoji kadrları malikdirlər. Dissertant təhkim olunmaq istəyən şəxslər azı iki il elmi və ya elmi-pedaqoji iş stajına malik olmalıdırlar. Dissertant hazırlığı üzrə adambaşına maliyyələşmə nəzərdə tutulmadığı üçün dissertanturada hazırlıq ali təhsil müəssisələrinin öz əməkdaşları üçün həmin müəssisənin hesabına, digər şəxslər üçün isə ödənişli olacaq. Elmlər doktoru proqramı üzrə dissertanturaya daxil olmaq istəyənlərin seçdikləri ixtisasa uyğun işləmələri tələb olunur. Fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktorantura və dissertanturaya sənəd qəbulu üçün son tarix- 5 may 2022-ci il . Fəlsəfə doktoru proqramı üzrə xarici dil imtahanını müvəffəqiyyətlə vermiş iddiaçıların fəlsəfə fənni üzrə imtahanı 1, 2, 5 sentyabr, İxtisas imtahanı 12, 13 sentyabr 2022-ci il tarixlərdə keçiriləcək. Fəlsəfə və elmlər doktoru proqramı üzrə doktorantura və dissertanturaya sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”(TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcək. Doktorantura və dissertanturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyinin https://portal.edu.az saytına daxil olmalı, “Ali və orta ixtisas təhsil müəssisələrinin tələbə qəbulu və qeydiyyatı” xidmətini seçərək, təlimatlara uyğun olaraq qeydiyatdan keçməlidirlər.

Qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

Rektorun adına ərizə;

-Kadrların şəxsi qeydiyyat vərəqi;

– 2 ədəd fotoşəkil (3×4 ölçüdə);

– İş yerindən xasiyyətnamə;

– İş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

– Çap olunmuş elmi əsərlərin siyahısı (və ya fəlsəfə doktoru proqramı üzrə seçilmiş ixtisas üzrə referat);

– Ali təhsil müəssisəsini bitirmək haqqında diplomun (bakalavriat və magistratura təhsil səviyyələri üzrə diplomların surətləri və diploma əlavə) müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması barədə şəhadətnamə);

-“Fəlsəfə doktoru” və ya “Elmlər namizədi” elmi dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti (Elmlər doktoru proqramı üzrə);

– Şəxsiyyəti təsdiq edən sənədin surəti

Comments are closed, but trackbacks and pingbacks are open.