Press "Enter" to skip to content

Müssis iqtisadiyyatı

Marketlərdə kərə yağın qiyməti xeyli bahalaşıb. -a istinadənxəbər verir ki, satıcılar etiraf edirlər ki, 3-4 ay bundan əvvəllə müqayisədə qiymətlər 2 manata kimi artıb. Onlar qeyd edirlər ki, qiymət məhsulu istehsal və ixrac edən şirkətdən asılıdır. Həmin şirkətlərin müəyyən etdiyi qiymətlərə əlavələ

İqtisadiyyat xəbərləri

Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatına əsasən, bu il fevralın 1-nə milli valyuta – manatın dövretmə sürəti 4,02 bənd təşkil edib. Bu göstərici 2023-cü ilin yanvarın 1-i ilə müqayisədə 0,51 bənd, 2022-ci ilin fevralın 1-nə nisbətən isə 0,79 bənd azdır. Manatın dövretmə sürətinin aşağı düşməsi devalvasiyay

Xarici banklar Azərbaycana niyə maraq göstərmir?

“Bank sektorunun inhisarlaşması prosesi gedir. Bu səbəbdən də xarici banklar Azərbaycana buraxılmır”. Bunu iqtisadçı ekspert Əkrəm Həsənov xarici ölkə banklarının Azərbaycana maraq göstərməməsinin səbəblərindən danışarkən deyib. Ekspertin sözlərinə görə, xarici bankların Azərbaycana gəlməs

Yeni Füzuli şəhəri necə olacaq? – Əvvəlkindən daha böyük, yaşıllıq. – FOTO

“Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib. Hazırda ərazidə intensiv şəkildə yaşayış binalarının inşaatı həyata keçirilir. Gözlənilir ki, gələn ilin əvvəllərində şəhərdə mindən çox ailə məskunlaşacaq”. Bunu millət vəkili Vüqar Bayramov öz “Facebook” hesabınd

Azərbaycan manatının dövretmə sürəti cüzi azalıb

Bu il fevralın 1-nə Azərbaycanın milli valyutası – manatın dövretmə sürəti 4,02 bənd təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatına istinadən xəbər verir. Bu göstərici 2023-cü ilin yanvarın 1-i ilə müqayisədə 0,51 bənd, 2022-ci ilin fevralın 1-nə nisbətən isə 0,79 bənd azdır. Xatırlada

Azərbaycanda geniş pul kütləsi 21 %-dən çox artıb

Bu il fevralın 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin həcmi 42 milyard 014,8 milyon manat təşkil edib. Bu, aylıq müqayisədə 1,9 % az, illik müqayisədə isə 21,3 % artıb. Manatla geniş mənada pul kütləsinin həcmi bu ilin yanavarın sonuna 28 milyard 914,8 milyon manat təşkil edib. Bu, ötən ilin dekabrı

Bakıda evlər niyə bahalaşır – SƏBƏB

Son günlər Azərbaycanın daşınmaz əmlak bazarında qiymət artımı müşahidə edilir. Bəzi reiltorlar bahalaşmanı baharın gəlişi, digərləri isə Türkiyədə baş vermiş zəlzələ ilə əlaqələndirir. Bəs qiymət artımının gerçək səbəbi nədir?. Bu barədə -a danışan “MBA” konsaltinq və qiymətləndirmə şirkətini

Britaniya Qazaxıstana Azərbaycandan keçən neft ixracına kömək edəcək

Böyük Britaniya Qazaxıstana Azərbaycandan keçən ixrac marşrutlarını inkişaf etdirməyə kömək edəcək. Bu barədə Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Mərkəzi Asiya ölkəsinə səfəri zamanı bildirib. Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev və bir sıra digər yüksək vəzifəli şəxslərlə görüşə

Azərbaycanda bu şəxslər bayrama görə pul mükafatı alacaqlar

Novruz bayramı ilə əlaqədar bəzi təhsil müəssisələrində çalışanlara pul verilməsilə bağlı qərar verilib. Sumqayıt Dövlət Universiteti və Bakı Dövlət Universiteti bütün əməkdaşlarına bayramla əlaqədar 200 manat məbləğində mükafat verib. Bundan başqa, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektor

Azərbaycanda 2 yatağın mineral ehtiyatları yenidən qiymətləndirilib

“Daşkəsən” dəmir filizi sahəsində yerləşən “Şimal-qərb” və “Cənub-şərq” yataqlarının cəmi ehtiyatları 117,6 milyon tondan 184,97 milyon tona çatdırılıb. “AzerGold” QSC-yə istinadən xəbər verir ki, müasir standartlara uyğun olaraq aparılmış mineral ehtiyatları

Azərbaycanda taksi qiymətləri çox ucuzdur? – Ekspert RƏYİ

Hazırda bir çoxlarımız müxtəlif taksi xidmətlərindən istifadə edirik. Bizi ən çox maraqlandıran məqam isə qiymətdir. Ancaq diqqət yetirməli olduğumuz başqa nüanslar da var. Son vaxtlar paytaxt sakinlərinin taksi xidmətləri ilə bağlı şikayətləri artıb. Xüsusilə sürücülərin sərnişinlərə davranışı, müəyyənləşdirilə

“Azəriqaz” daha 1 şəhər və 3 rayonda “Açıq mikrofon” aksiyası keçirəcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi növbəti həftə daha 1 şəhər və 3 rayonda “Açıq mikrofon” aksiyası keçiriləcək. Aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək Yardımlı rayonunda (Heydər Əliyev Mərkəzi), 2-ci günü saat 11:00-dan 12:00-dək Leri

Ətin bahalaşmasının səbəbi bilindi – VİDEO

Paytaxtda və bölgələrdə quzu və mal ətinin qiyməti yenidən yüksəlib. Lakin bu bahalaşma, sanki ənənəyə çevrilən bayramqabağı süni qiymət artımı ilə bağlı deyil. İllərdir ət məhsullarının satışı ilə məşğul olan qəssab kəsim üçün aldıqları heyvanların azlığından şikayətlənir. Onun sözlərinə görə, artı

Baderşnayder: “Azərbaycan alternativ enerji mənbələrinin inkişafında böyük potensiala malikdir”

“Azərbaycan yaşıl enerji habı kimi alternativ enerji mənbələrinin inkişafında böyük potensiala malikdir”. AZƏRTAC xəbər verir ki, bunu Köləliyin müasir formalarının aradan qaldırılması üçün Qlobal Fondun İdarə Heyətinin sədri, “Exxon Mobile” şirkətinin keçmiş vitse-prezidenti, Nizam

Boris Tadiç: “Azərbaycan olmadan Avropada enerji sabitliyi mümkün deyil”

“Bu il Azərbaycan qlobal arenada, xüsusilə də enerji təhlükəsizliyi, geostrateji baxımdan çox vacib rol oynayır”. AZƏRTAC xəbər verir ki, bunu Serbiyanın sabiq Prezidenti Boris Tadiç X Qlobal Bakı Forumu ilə əlaqədar martın 8-də keçirilən mətbuat konfransında deyib. O qeyd edib ki, ötən illə

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” (CIF) markalı neft ucuzlaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 1,57 ABŞ dolları, yaxud 1,78% azalaraq 86,47 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minima

Bakıda xanım sərnişin sifariş etdiyi taksidən qovuldu – VİDEO

Bakı sakini Nəcibə Muradlı sifariş etdiyi taksidən qovulub. Bu barədə “Xəzər Xəbər”ə onun özü məlumat verib. Üzünün efirdə görünməyini istəməyən xanım iddia edir ki, ünvana gələn sürücü onu taksi çağırmağına peşman edib. Buna səbəb ödənişin kartla edilməsi olub. Nəcibə Muradlı takis şirkətini

Su qıtlığı kənd təsərrüfatında məhsuldarlığı azaldacaq? – ŞƏRH

Son zamanlar ən çox müzakirə olunan qlobal problemlərdən biri də şirin su qaynaqlarının ciddi şəkildə azalması, içməli və suvarma üçün yararlı olan su mənbələrinin qurumasıdır. Xüsusilə XXI əsrin ortalarından etibarən dünyada su böhranının bütün ölkələri ciddi şəkildə narahat edəcəyi proqnozlaşdırılır

Azərbaycanda qızıl bahalaşacaq – Ekspertdən PROQNOZ

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir unsiyasının qiyməti 0,77 faiz artaraq, 1 854,6 ABŞ dollarına bərabər olub. Keçirilən hərrac nəticəsində gümüşün bir unsiyasının qiyməti isə 1,61 faiz artaraq, 21,24 dollar təşkil edib. Qızıl və gümüşün qiymətindəki artım Azərbaycanın qızıl bazarına necə təsi

“Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası davam edir

Növbəti həftə (06-07.03.2023 və 10.03.2022) daha 2 rayon və 1 şəhərdə “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası keçiriləcək. xəbər verir ki, aksiya həftənin 1-ci günü saat 12:00-dan 13:00-dək Şirvan şəhərində (İstiqlaliyyət prospekti 10, İcra Hakimiyyətinin yanı), 2-ci günü saa

Ət bu səbəbdən bahalaşır – AÇIQLAMA

Bildiyimiz kimi, ötən ay ətin qiyməti yenidən dəyişərək artıb. Bakıda dana ətinin 1 kiloqramı 15-16, quzu ətinin kilosu isə 19-20 manata satılır. Əvvəllər isə 1 kiloqram mal əti alıcılara 10-15 manata təklif olunub. Qeyd edək ki, son günlər ölkədə ət və ət məhsullarının qiymətinin yenidən artırılacağ

Biləsuvarda məktəb direktoru ilə müəllim arasında baş vermiş insidentin TƏFƏRRÜATI – VİDEO

Bir neçə gün öncə Biləsuvar rayon İ.İsmayılıov adına Ovçubərə kənd tam orta məktəbində baş verən hadisə – direktorla müəllim arasındakı mübahisənin təfərrüatı məlum olub. Məktəbin direktor əvəzi Üzeyir Eyvazovun sözlərinə görə, mübahisəyə səbəb riyaziyyat müəllimi Rasim Əmirovun dərs vaxtı sinif otağın

Dollar ilin ikinci yarısında ciddi şəkildə ucuzlaşa bilər

Dollar 2023-cü ilin ikinci yarısında kəskin şəkildə zəifləməyə başlayacaq və onun enişi artan inflyasiyanın öhdəsindən gəlməyə kömək edəcəyi üçün qlobal iqtisadiyyata fayda verəcək. Dünyanın aparıcı investorlarından bəziləri daha zəif ABŞ dollarına ümid edirlər. Onların fikrincə, ABŞ valyutasında rall

“Azəriqaz” bu kənddə qaz xətlərini yeniləyir – VİDEO

Abonentlərin dayanıqlı və fasiləsiz şəkildə təbii qazla təmin edilməsi istiqamətində SOCAR “Azəriqaz İstehsalat Birliyi tərəfindən daim işlər görülür. Yevlax rayonunun Qoyunbinəsi kəndində də uzun illər istismarda olan qaz xətlərinin yenilənməsi işləri icra olunur. 26 km uzunluğunda qaz xəttini

Ramazan ayı nə vaxtdan başlayır? – TƏQVİM

Bu il Ramazan ayının martın 23-nə təsadüf edəcəyi gözlənilir. Azərbaycan üfiqində ayın martın 22-də görünəcəyi proqnozlaşdırılır. verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) saytındakı təqvimdə qeyd edilib. Təqvimə əsasən, Əhya (Qədr) gecələri Ramazanın 18, 20, 22 və 26-na, yəni 9, 11, 1

Ət bahalaşdı – VİDEO

Azərbaycanın bölgələrində ətin bir kiloqramı 12-13 manatdan 14- 15 manata qalxıb. -ın məlumatına görə, Cəlilabaddakı satıcılar bilrdirirlər ki, bir neçə gündür bazarda mal və quzu ətinin qiymətində 1 – 2 manat artım olub. Səbəb isə diri çəkidə aldıqları mal-qaranın baha olmasıdır. Tovuzda isə yalnı

Baş nazirdən əmək pensiyaları ilə bağlı – Qərar

Əmək pensiyalarının yenidən hesablanması və bir növdən başqa növə keçirilməsi qaydasına dəyişiklik edilib. xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na dəyişikli

Bakıda daha bir “Bolt” sürücüsündən qadına qarşı qeyri-etik hərəkət – VİDEO

Bakıda “Bolt” sürücüsü qadın sərnişinə qarşı qeyri-etik davranış sərgiləyib. Bu barədə şikayət -in “qaynar xətti”nə daxil olub. Bildirilir ki, sürücü, xanımı ünvana çatdırdıqdan sonra onun əlaqə nömrəsinə yazıb. Şikayətçi narahatlığını ifadə etsədə “Bolt” sürücüsü buna məhə

Vergi tələbindən sonra vətəndaşlar banklardakı əmanətlərini çəkəcəklər? – ARAŞDIRMA

Banklarda yerləşdirdiyimiz əmanətlərdən əldə etdiyimiz gəlir 7 il idi ki, vergidən azad idi. Bu müddət bitdi və fevralın 1-dən artıq əmanətlərdən əldə etdiyimiz gəlirin 10 faizi vergi olaraq bizdən tutulacaq. Güzəşt müddətinin bitməsi xəbəri yayılandan, narahatlıq dolu suallar da yaranmağa başladı. “Ham

Azərbaycanda bu məhsulun QİYMƏTİ BAHALAŞDI – VİDEO

Marketlərdə kərə yağın qiyməti xeyli bahalaşıb. -a istinadənxəbər verir ki, satıcılar etiraf edirlər ki, 3-4 ay bundan əvvəllə müqayisədə qiymətlər 2 manata kimi artıb. Onlar qeyd edirlər ki, qiymət məhsulu istehsal və ixrac edən şirkətdən asılıdır. Həmin şirkətlərin müəyyən etdiyi qiymətlərə əlavələ

“Azəriqaz”ın “Başdan ayağa” aksiyası – VİDEO

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin başlatdığı “Başdan ayağa” aksiyası birbaşa olaraq abonent məmnunluğunun təmin olunmasına xidmət edir. xəbər verir ki, bu dəfə də Birliyin müvafiq rəhbər şəxsləri abonent müraciətinin icrasını şəxsən özləri icra ediblər

Iqtisadiyyat xeberleri ölkə və dünya iqtisadiyyatında baş verən ən son xəbərlər daxildir. ən son maliyyə və iqtisadi xəbərlər, valyuta mezennesi, maaşlar və iqtisadi yeniliklər barədə xeberler oxuya bilersiz
İqtisadiyyat bölməsində biz Azərbaycanda və dünya dünya ölkələrində baş verən iqtisadi yenilikləri oxuculara çatdırırıq. Valyuta, birja, ölkə gündəmindəki iqtisadi digər xəbərləri oxuculara çatdırırıq.Bundan başqa, iqtisadi mövzulardan bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. Sonxəbər.az siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmir, tam obyektiv və müstəqil olaraq, şərhsiz xəbər yayır. Bu media layihəsinin işində redaksiyanın yaradıcı kollektivi ilə yanaşı oxucular da aktiv iştirak edə bilərlər. Saytın “qaynar-xətt”i fəaliyyət göstərir ki, oxucuların qarşılaşdıqları hadisələrlə bağlı redaksiyaya operativ məlumat vermək imkanları yaranır.

Son xəbərlər

Sonxeber.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri, son xeberler təqdim edən ictimai-sosial saytdır. xeberler bu gun 2022
Email: info [ @ ] sonxeber.az

2.1.ABŞ iqtisadiyyatının müasir vəziyyəti

ABŞ dünya iqtisadiyyatının sözsüz lideri olub, isteh­salda və iqtisadi inkişafda bütün ölkələri üstələyir. ABŞ sənaye mal və xidmətlərinin dünyada ən iri isteh­sal­çı­sıdır. Dünyanın ümumi ÜDM-də ölkənin payı 25%, dün­ya ixracında 12,6%-dir. 1996-cı ildən 2000-ci ilə qədər dövlətin real ÜDM artımı digər inkişaf etmiş ölkələrlə mü­qa­yisədə daha yüksək idi. 2000-ci ildə o 5% təşkil et­mişdir (Kanadada 4,7%, Almaniyada 3,1, Böyük Brita­niyada 3%). Bu, 1984-cü ildən sonra ən yüksək göstərici idi. Iqtisadi artım templərinin yüksəlməsinə ev təsərrüfatı sektorunda istehlak tələbinin artımı (5,3%) və ümumi yatırımların əsas kapitalda artımı (10,2%) səbəb olmuş­­dur. Qeyd etmək lazımdır ki, 2001-ci ildə ÜDM –in ar­tım tempi dərhal ikinci rübdə 5,6%-dən üçüncü rübdə 2,7%-ə düşmüş (gözləndiyindən də güclü şəkildə – 3,6%) və son altı ildə ən aşağı səviyyəyə enmişdir. Gözlənilən 5,1% əvəzinə 2001-ci ildə iqtisadi artım 3% olmuşdur. Real ÜDM-in 1996-cı ildən 2001-ci ilə qədərki artım dinamikası Amerika iqtisadiy­yatının dövriliyini və 2001-ci ilin enişini təsdiq edir. Artıq 2002 və 2003-ci illərdə artım 2,3%-ə qə­dər azalmışdır (cədvəl 2.1.).

Cədvəl 2.1
ABŞ-da real ÜDM-un artımı, %

1991-ci ilin mart ayından 2001-ci ilin mart ayına qədər ABŞ-ın milli təsərrüfatının yüksəliş dövrü dinc dövrün ən uzunmüddətlisi hesab olunur. Ölkə iqtisa­diy­ya­tının dövrü xarakteri nəzərə alınarsa, 2001-ci ilin mart yüksəlişindən sonra 2002-ci ilin payız enişinin olacağını və həmin dövrün də yük­səlişlə əvəzlənəcəyini gözləmək olardı. Son zamanlar Amerika iqtisadiyyatında dövrlərin sayı azalmışdır. Bu, onların müddət etibarilə artması haq­qında danışmağa imkan verir (cədvəl 2.2).

Cədvəl 2.2
ABŞ-da iqtisadi dövrlərin sayı

1854 -1919
1919 -1945
1945 -1991
1991 -2001
1854 -2001

ABŞ-da ilkin inflyasiya şərtlərinin aradan qaldırılma siyasəti öz nəticələrini verdi. Neft qiymətlərinin kəskin artı­mına və əmək bazarındakı gərginliyə baxmayaraq, infl­ya­siya əhəmiy­yətsiz dərəcədə idi. Qeyri-stabil ünsürlərin (neft və ərzaq məhsulları) nəzərə alınmaması şərtilə hesab­lanan istehlak qiymətlər indeksi 1999-cu ildə 1,9% yüksəlmişdir (1998-ci ildə 2,2%, 1992-ci ildən 1999-cu ilə qədərki dövrdə 2,3%). Bu, daxili istehsalçılara ləngidici təsir göstərən aşağı idxal qiymətləri ilə, emaledici səna­yedə sərbəst istehsal güclə­ri­nin mövcudluğu ilə, xüsusi halda intensiv investi­siyalara görə, əmək haqqı artımının inflyasiyaedici təsirini qismən kompen­sa­siya edən məh­sul­darlıq artımı ilə izah olunur. ABŞ-da istehlak qiy­mət­lərinin artımı 2002-ci ildə 3,4 % təşkil etmişdir. Standar&Poors proqnozuna görə bu göstərici 2,3% olmalı idi. Ölkədə inflyasiyanın sürətlən­məsinin daxili səbəbləri iş­siz­liyin azalmasında və əhalinin istehlak xərclərinin art­masında idi. Inflyasiya proseslərinin intensivliyinin daha obyektiv indikatoru olan ÜDM deflya­to­ru 2001-ci ildə ikinci rübdə 2,4%-dən üçüncü rübdə 2,0%-ə qədər azalmışdır. Lakin 1998 və 1999-cu illə müqayisədə bu göstərici əhə­miyyətli dərəcədə artmışdır. 1998-ci ildə ÜDM deflyatoru 1,2%, 1999-cu ildə 1,4% təşkil edirdi.
Iqtisadi yüksəliş ABŞ-da məşğulluqla bağlı vəziy­yətin gələcəkdə yaxşılaşmasına zəmin yaratdı. 2000-ci ildə orta illik işsizlik səviyyəsi işçi qüvvəsi sayının 4% -nə qədər enmiş (1999-cu ildə – 4,2%, 1998ci ildə 4,5%, 1997-ci ildə 5,0%, 1996-cı ildə 5,4%) və 1969-cu ildən son­ra minimal olmuşdur. Istehsal gücü­nün yüklənmə əmsalı 82,1%-ə çatmışdır. Işsizlik səviyyəsi 2001-ci ildə art­mış və 4,8% olmuş, 2002-ci ildə isə 5,8%-ə çatmış­dır. Bu, ümumi resessiya və faciəvi 11 sentyabr hadisəl­ə­ri ilə əla­qədar idi. Nəticədə, avqust ayında işsizlik 0,4% olduğu hal­da, sentyabr ayında 0,5%-ə qədər artmışdır. Beşillik dövr çərçivəsində işçi qüvvəsinin az ixtisaslı və marjinal qruplarının əmək ödənişlərinin artma tenden­siyasının sax­lanması şərti ilə real əmək haqqının artımı və kasıblıq həd­dindən aşağıda yaşayanların paylarının azalması (1997-ci ildə 13,3%, 1998-ci ildə 12,7%) davam edirdi. Qeyd etmək lazımdır ki, son 5 ildə əmə­yin ödənişi onun məh­sul­dar­lığından daha tez artır. 1999-cu ilin üç rübündə bu göstərici uyğun olaraq 4,6% və 2,8% idi.
ABŞ-ın iqtisadi artımının mühüm indikatoru ma­liy­yə bazarlarındakı vəziyyətdir. Müxtəlif sahələrin şirkət­lərini daha müntəzəm şəkildə təmsil edən Dow Jones Industrial səhm­lə­ri­nin indeksi 1998-ci ilin mayında 9000 həddini keçmiş, 2000-ci ilin yanvarında isə 10000 həddini aşmış, 11772 həddinə çatmışdır. Lakin 2001-ci ildə 9973 həddinə qədər enmə baş vermişdir. Bu, əvvəlki iki ilin ən aşağı həddi idi. Dow Jones 2000-ci ilin oktyabr ayından ilk dəfə olaraq 10000 həddindən düşmüşdür. Bu zaman indek­sin bütün 30 ünsürünün qiymətdən düşməsi baş ver­mişdir. Ən böyük enmə bank sektorunda baş vermiş və buna səbəb Yaponiya iqtisadiyyatında böhranın güc­lən­məsi olmuşdur. Yüksək texnologiyalı korporasiya səhm­lərinin, o cümlədən aparıcı internet – provayderlərin üs­tün­lük təşkil etdiyi Nasdaq indeksi – birjadankənar kompyuter sisteminin aparıcı indeksi 1998-ci ilin səviy­yəsini, demək olar ki, iki dəfə artırmış və 1999-cu ilin IV rübündən başlayaraq, ardıcıl şəkildə 3, 4, 5 minlik həddi keçmişdir. Nasdaq 2000-ci ildə il ərzində dəyişmələrlə 55%-ə düşmüşdür. 2001-ci ilin apre­lində bu fond indeksi ilin əvvəlindən 25% itirmiş və 1998-ci ilin dekabrından ilk də­fə olaraq 2000 həddindən aşağı düşmüş­dür. Bu, 2000-ci ildə martın 10-da əldə edilmiş 5048 zirvə­sindən 2,5 dəfə aşağı idi. 2000-ci ilin martından 2001-ci iln martına kimi Amerikanın fond bazarı 5 trilyondan çox saxta var-dövlət itirmişdir.
2000-ci ildə ABŞ-ın xarici ticarətində mal və xid­mətlərin balans kəsiri özünün bütün tarixindəki ən mak­si­mal səviyyəsinə – 368,9 milyard dollara çatmışdır (1999-cu ildə 265 milyard dollar). Kəsirin artması bütünlüklə malların xarici ticarəti hesabına baş verdi. Malların id­xa­lının onların ixra­cın­dan üstünlüyü 449 milyard dollar təşkil etdi, yəni 100 milyard dollardan çox artdı, xidmətlərin balansı üzrə müs­bət saldo isə dəyişməz qaldı. ABŞ-ın cari əmə­liy­yatlarının hesab kəsiri UDM 4,3%-ni təşkil etdi. 1999-cu ildə bu rəqəm 3,4% idi. Xarici əlaqələrin balans­laş­dırılmazlığının əsas mənbələri Yapo­niya, Qərbi Avropa və yeni sənaye ölkələri ilə ticarətdəki passivlərdir. Dünya üzrə bütün birbaşa xarici investisiyaların üçdə biri ABŞ-ın payına düşür. Son onillikdə ölkəyə yatırılan birbaşa xarici inves­tisiyalar hər il artırdı. 1996-cı ildə onlar 77 milyard dollar, 1998-ci ildə 189 milyard dollar olmuş, 1999-cu ildə rekord səviyyəyə 277,5 milyard dollara çatmışlar.
XX əsrin sonu ABŞ üçün ümumi qloballaşma şə­raitində, o cümlədən maliyyədə iqtisadi inkişafla yadda qaldı. Amerikanın mal istehsalçıları dünya iqtisadiyyatının tə­ləblə­rinə daha çox istiqamətlənirlər. Xarici iqtisadi əlaqələrdə həlle­dici rolu transmilli korporasiyalar (TMK) oynayır. Ölkənin xarici ticarət dövriyyəsinin üçdə ikisi on­ların payına düşür. TMK xarici müəssisələrinin satış həcmi isə ABŞ ÜDM-nin üçdə birinə bərabərdir. Bundan başqa, ABŞ iqtisadiyyatın yeni tələblər strukturuna keçidi üzrə dünyəvi prosesə liderlik edir. Bu prosesdə impuls rolunu informasiya sferasının çox sürətli inkişafı oynayır. 1999-cu ilin əvvəlində Internetdən isti­fadə edən insanların sayı 70 milyon nəfər idi. Informasi­ya­nın əldə edilməsinə və ötü­rülməsinin həcminə və sürətinə qoyulan məhdudiyyətlər texno­loji baxımdan aradan qaldırılmış, bazar personal kompyuterlərlə zənginləşmişdir. Yeni kütləvi elektron qurğularına daha böyük tələbat yaranmışdır. Bunun­la əlaqədar olaraq, informasiyanın məzmun problemləri, əha­linin maarifçi, elmi və mədəni dəyərləri əldə etməklə bağlı hazırlıq səviyyəsi problemləri, informasiya təhlü­kə­sizliyi, intel­lektual mülkiyyətin əhəmiyyətinin dəyişilməsi, həyat tərzinin və əmək şərtlərinin, xarakterinin dəyişilməsi ilə bağlı problem­lər birinci plana keçdi.

  • Teqlər:
  • ABŞ iqtisadiyyatı

İqtisadiyyat haqqında maraqlı faktlar

Bu gün kredit kartları ilə heç kəsi təəccübləndirə bilməzsən. Amma bir zamanlar müştərilər və alıcılar yalnız nağdla ödənişlər etmək məcburiyyətində idi. İqtisadiyyat haqqında məzəli faktlar sırasına Frenk Maknamerin əhvalatı da daxil olmuşdur. Əfsanəyə əsasən bir gün Frenk bir restorana nahar etmək üçün daxil olur. Nahar etdikdən sonra o görür ki, pulqabısını evdə unudub. Amma yeməyin pulunu mütləq ödəmək lazım idi, özü da nağd şəkildə. Bu hadisələr 20-ci əsrin əvvəllərində cərəyan edirdi və həmin zamanlar hələ universal kredit kartları kəşf olunmamışdı. Cənab Maknamer məcbur olur ki, evə xanımının dalınca kimisə göndərsin. Bu xoşagəlməz situasiyadan sonra, o, öz dostları ilə bilikdə “Diner’s Club” firmasını yaradır – bu, kreditləşmədə ilk vasitəçi-kompaniya olur. Düzdür əvvəl-əvvəl insanlar belə bir yeniliyə çox şübhə ilə yanaşırdı, amma çox tezliklə inflyasiya başlayır və amerikanlar çox möhkəm şəkildə “ömürlük borca” otururlar. Tədricən bu ən-ənənə ABŞ-dan digər ölkələrə də yayılmağa başlayır.

Necə düşünürsünüz, hər məhsulun üzərinə ayrıca qiymət asmağı ilk dəfə kim düşünüb? 20-ci əsrə qədər bazar və dükanlarda belə bir qayda hökm sürürdü: satıcı özü müştərinin həmin məhsula görə nə qədər ödəyə biləcəyini gözə yarı qiymətləndirir və özü qiymət kəsirdi. Bu situasiyanı isə Frenk Vulvort dəyişir (nə yaxşı ki). O ərzaq dükanında öz sahibi üçün çalışırdı, bir gün isə o, öz sahibini qəzəbləndirir. Sahibi onu üzərinə qışqıraraq deyir ki, əgər o bir növbə ərzində günlük gəliri qazana bilməsə, onu işdən çıxaracaq. Oğlan özünü itirməyərək, bütün məhsullar üzərinə minimal qiymətlər göstərilən lövhəciklər asır, həmçinin “nə alsan 5 sentə” endirimli satışlar təşkil edir. Beləliklə o, 6 günlük gəlir əldə etməyə müyəssər olur. Özü işdən çıxaraq, bazarlıq etməyi və qiymət danışmağı sevməyənlər üçün öz dükanını açır. Lakin iqtisadiyyat haqqında maraqlı faktlar bu hekayə ilə yekunlaşmır.

Piar termini (PR, Public Relations, İctimaiyyətlə Əlaqələr) Edvard Berneyz sayəsində yaranmışdır. Ziqmund Freydin bacısı oğlu olmaq ilə yanaşı bu insan həm də PR klassiki, ictimai əlaqələrin yaradıcısı olmuşdur. Məsələn məhz onu reklam kompaniyası sayəsində qadınlar arasında da siqaret çəkmək dəbə mindi. Lucky Strike siqaretləri qadın azadlığının simvoluna çevrildi. Berneyz ilə bağlı iqtisadiyyata aid başqa maraqlı faktlar da mövcuddur. Məsələn, ondan İngiltərənin puritan küçə (əxlaqsız) qadınları ilə bağlı tamaşanın PR-ı ilə məşğul olmağı xahiş edəndə, o cinsi yolla keçən xəstəliklərə qarşı mübarizə aparmaq üçün xüsusi fond yaratdı. Bundan sonra isə, o insanların diqqətini həmin tamaşaya sanki bir örnək, ibrət vasitəsi kimi çəkə bildi. Yeri gəlmişkən yumurta və bekon əti ilə səhər yeməyi yemək adətini də məhz o, amerikalılar arasında məşhurlaşırdırdı.

Bu gün auksionlar, xüsusən də Sotbi və Kristi kimi “bədheybətlər”, incəsənət nümunələrinin, nadir sənətkarlıq incilərinin alqı-satqısı ilə assosiasiya olunur. Amma bir zamanlar auksionlar istənilən bir şeyi almaq üçün nəzərdə tutulan, kütləvi, ictimai açıq satışlar idi. Məsələn Stokholmda keçirilən köhnə auksionların birində Vladimir İliç Lenin özü üçün palto almışdır.

Maliyyə piramidası frazası ilə sizdə hansı assosiasiya yaranır, bu zaman ağlınıza nə gəlir?

Kifayət qədər təbiidir ki, post sovet məkanının sakinlərində bu sözü tük ürpədici təsir göstərir. Axı məşhur MMM bir zamanlar milyonlarla insanı müflis etmişdir. Bir də ki, bu ideya heç də yenilik deyildi. Onu Amerikaya köçmüş italiyalı Karlo Ponzi fikirləşib tapmışdır. Ilk maliyyə piramidasını o yaratmış, poçt kuponlarından istifadə edərək, bu yeni biznes növünü hər cürə reklam etməyə çalışmışdır. Nəticədə bu fərasətli italyan 1 ilə 10 milyon dollar qazanmağa müvəffəq olmuşdur. Amma daha sonra onun yalanın üstü açılmış və o, uzun müddətə həbsə düşməli olmuşdur.

Maliyyə piramidasının nə olduğunu ruslar ilk dəfə 90-cı illərdə öyrəniblər. Amerikalılar isə rusları 100 il qabaqlayıblar (Bu sxemdən ABŞ-ın eks prezidenti Ullis Qrant 1884-cü ildə əziyyət çəkib). Bu illər ərzində isə “Ponçi-maliyyələşdirmə” (bu termin bəzən maliyyə piramidasının sinonimi kimi işlədilir) sxeminin mexanizmi demək olar ki, heç dəyişməyib: sistem yeni üzvlərdən pul alıb köhnə üzvlərin borcunu qaytarır. Sadəcə formalar dəyişib. Amma bütün maliyyə piramidalarını birləşdirən bir şey var- əvvəl-axır bu konstruksiya dağılacaq, özündən sonra sınmış talelər, girov qoyulmuş evlər və ödənilməsi mümkünsüz bank kreditləri qalacaq.

Sonda isə sizə iqtisadiyyat haqqında daha bir maraqlı fakt çatdırmaq istərdik.

Söhbət françayzinqin tarixindən gedir. Bir dəfə Rey Krok adlı ticarət agenti adi bir kafeyə daxil olur və orda ziyarətçilərin sayının çoxluğu onu mat qoyur. O, tamamı ilə eyni cür restoranın tikintisi üçün lisenziya hüququ almaq qərarına gəlir. Tapın görək onun firmasını adı nə idi? Düzdür. Mcdonald`s System Inc.

Comments are closed, but trackbacks and pingbacks are open.