Press "Enter" to skip to content

Müəssisələrdə əməkhaqqı sistemləri

Müasir O / S kompüterin şəbəkəsini asanlaşdırmaq üçün nəzərdə tutulmuş çoxlu daxili proqramdır. Tipik O / S proqramı, TCP / IP protokolu yığımı və ping və traceroute kimi müvafiq kommunal proqramlarının tətbiqini nəzərdə tutur. Bu cihazın Ethernet interfeysini avtomatik olaraq təmin etmək üçün zəruri cihaz sürücülərini və digər proqramları ehtiva edir. Mobil cihazlar, normal olaraq, Wi-Fi , Bluetooth və ya digər simsiz əlaqələri təmin etmək üçün lazım olan proqramları təmin edir.

Əmək haqqının mahiyyəti, formaları və sistemləri

Iş qüvvəsinin pulla ifadə olunan qiymətinə əmək haqqı deyilir. Əmək haqqı olduqca mürəkkəb iqtisadi münasibətləri ifadə edir. Bu, özünü müxtəlif əmək kollek-tivləri, hər bir işçi ilə onun işlədiyi əmək kollektivi arasında meydana çıxan münasibətlərdə göstərir.
Işçilər bərabər məbləğdə əmək haqqı almırlar. Bu, onunla izah edilir ki, onlar eyni fiziki və əqli qabiliyyətə malik deyildirlər və mürək­kəblik dərəcəsi müxtəlif olan işlərdə çalışırlar. Məsələn, inkişaf etmiş ölkələrdə peşəkar idman­çının illik əmək haqqı 300-500 min, hətta bəzi hallarda 1 milyon dollar olduğu halda, çamaşırxana və ya dəmir yol qul­luqçusunun illik əmək haqqı 10-15 min dollar, tibb bacısınınkı 25-30 min dollar, məktəb müəllimininki isə 22-26 min dollar təşkil edir.
Bunu tələb və təklifin qarşılıqlı fəaliyyəti ilə izah etmək olar. Əməyin hər hansı konkret bir növü üzrə təklif, ona olan tələbə nisbətən çox olduqda, əmək haqqı az olur. Əksinə, tələb təklifdən irəlidə getdik­də əmək haqqı yüksəlir. Lakin məsələnin bu cür izah edilməsi onun bütün spesifika-sını aşkara çıxarmağa imkan vermir. Bunun üçün müx­təlif əmək bazarlarında tələb və təklif nə ilə fərqlənir? sualına cavab vermək lazımdır. Bu məqsədlə hər hansı bir konkret əmək növünə olan tələb və təklifin əsasında duran amilləri nəzərdən keçirmək gərəkdir. Bunlar ondan ibarətdir ki, işçilərin hamısının qabiliyyəti eyni deyildir, ayrı-ayrı iş növləri bir-birindən özlərinin cəl­bedi­ciliyinə görə fərqlənir­, habelə əmək bazarlarında əməyin müxtəlif növləri üzrə tələb və təklif arasında kəskin fərqlər vardır. Deməli, iqtisadiy-yatda əməyin və işin hər birinin bircə növü mövcud olsa idi, hamı üçün əmək haqqı da bərabər olardı. Beləliklə, əmək haqqında fərqin olması səbəbləri aşağı­dakılardır: 1) Fərdlər bir-birindən qabiliy­yətlərinə, hazırlıq səviyyələ­ri­nə görə fərqlənir və nəticədə bir-biri ilə rəqabət aparmayan peşə qruplarında olurlar; 2) Müxtəlif iş növləri bir-birindən cəlbedicili­yinə görə fərqlənir. Müxtəlif işlərin qeyri-pul aspektləri eyni deyildir. 3) Əmək bazarları adətən qeyri-mükəmməl rə­qa­bətlə səciyyələnir.
Əmək haqqı tarif sisteminin köməyilə müəyyən edilir. Tarif sis­teminə aşağıdakılar daxildir: 1) Tarif (maaş) dərəcə-si; 2) Tarif cəd­vəli; 3) Tarif – ixtisas məlumat kitabcası.
Tarif dərəcəsində işçiyə bir saat və ya bir gündə veri-lən əmək haqqı məbləği nəzərdə tutulur, tarif cədvəlində peşələrdən asılı olaraq ikinci, üçüncü və sonrakı dərəcələrin və birinci dərəcənin maaşı qeyd edilir. Tarif cədvəlində dərə-cələrin sayı, birinci və axırıncı, habelə yerdə qalan dərəcələr arasındakı nisbət (mütləq və nisbi kəmiyyətlə) göstərilir.
Tarif – ixtisas məlumat kitabcasında işlərin məzmu-nu və mü­rək­kəbliyi nəzərə alınmaqla bütün peşələrə xarak-teristika verilir.
Əmək haqqının mürəkkəb əməyə stimul yaratmasını təmin et­mək üçün onun səviyyəsi ilə işçilərin ixtisası, yerinə yetirilən işlərin mü­rəkkəbliyi, məsuliyyət dərəcəsi arasında birbaşa əlaqə müəyyən olu­nur. Məsələn, ABŞ-da müasir mürəkkəb avadanlıqlara xidmət edən işçilərin – təmir işləri aparan mexaniklərin, sazlayıcıların, çilingər – me­xanik­lə­rin əmək haqqı konveyerdə işləyən işçilərin əmək haq­qından 2-3 dəfə yük­sək­dir. Burada statistikada öz əksini tapan 200 küt­ləvi peşə içəri­sin­də daha çox haqq verildiyi nəzərə alın-maqla ən “nü­fuzlusu” mühəndis­likdir. Bu siyahıda ikinci yerdə iqtisadçı ixtisası ge­dir. Sonrakı yerləri riyaziyatçı, kimyaçı və bioloq ixtisasları tutur. Ən az əmək haqqı veri-lən işçilərə uzunmüddətli hazırlıq tələb etməyən peşə sahib-ləri, sü­pürgəçilər, özünəxidmət mağazalarında məhsulları qab­laşdıranlar, pal­tar yuyan maşınların operatorları, kas-sirlər, yükləyicilər və s. aiddir.
Inkişaf etmiş ölkələrin bir çoxunda tarif (maaş) dərəcələrində işçilərin xalis işgüzar keyfiyyətləri ilə yanaşı, onların xidmətlərinə görə qiymətləndirmə əsasında şəxsi keyfiyyətləri də nəzərə alınır. Həm də hər bir işçinin xüsusi “xidmətləri”ni müəyyən edərkən bir sıra göstə­rici­lərdən istifadə edilir. Bunlara istehsal edilmiş məhsulun miqdarı, əmə­yin keyfiyyəti, materiallara qənaət edilməsi, avadanlıq-lara qayğı ilə ya­naşılması, iş vaxtından maksimum səmərəli istifadə edilməsi və s. da­xil­dir. “Ümumi etibarlılıq”, “əmək-daşlığa cəhd göstərmək”, “ümumi dav­ranış” kimi göstəricilər də bu qəbildəndir.
Hazırda əmək haqqının ən çox tətbiq olunan aşağı-dakı forma­ları vardır: 1) Vaxtamuzd əmək haqqı; 2) Işə-muzd əmək haqqı. Işlən­miş vaxtın – saat, gün, həftə-kəmiy-yətinə uyğun olaraq hesablanan əmək haqqına vaxtamuzd əmək haqqı deyilir. Ona görə də saatlıq, gündəlik, həftəlik, aylıq əmək haqqı bir-birindən fərqlənir. Vaxtamuzd əmək haqqı formasından texnoloji proseslərin ciddi surətdə nizama salındığı sahələrdə istifadə olunur. Məsələn, kütləvi axın xətlərində işçi­lərin hazırladığı məhsulların miqdarı və onların əmək sərfinin sürəti birinci növbədə konveyerin hərəkət sürətindən asılıdır. Bu, istehsal pro­sesinin daha çox avtomatlaşdırıldığı sahələrə aiddir. Son bir neçə onil­likdir ki, inkişaf etmiş ölkələrin əksəriyyətində əmək haqqının əsas for­ması kimi vaxtamuzd əmək haqqından istifadə edilir. Belə ki, ABŞ-ın və Fran­sanın hasilat sənayesində çalışan-ların təqribən 70%-i, Böyük Bri­taniya və Almaniyada isə sənaye işçilərinin 60%-ə qədəri əmək haq­qını vaxta­muzd formada alırlar.
Vaxtamuzd əmək haqqının ən geniş yayılmış sistem-ləri aşağı­da­kılardır: 1) Sadə vaxtamuzd əmək haqqı; 2) Mü-kafatlı vaxtamuzd əmək haqqı; 3) Gündəlik normanın ölçül-məsi sistemi; 4) Iki və daha çox dərə­cəli əmək haqqı sistemi.
Sadə vaxtamuzd əmək haqqı sistemindən icbari iş rejimi tətbiq olunan sahələrdə istifadə edilir. Mükafatlı vax-tamuzd əmək haqqı is­teh­sal normalarını müntəzəm olaraq yerinə yetirən, daha çox iş stajına ma­lik olan, xammala, yanacağa, elektrik enerjisinə qənaət edən, yüksək key­fiyyətli məhsul hazırlayan işçilərə verilir.
“Gündəlik normanın ölçülməsi” sistemində əmək haqqının kə­miyyəti bir saatlıq tarif maaşını işlənmiş saat-ların miqdarına vurmaq yolu ilə müəyyən edilir.
Tarif maaşı işlərin analitik qiymətləndirilməsi və “xidmətlərə gö­rə” qiymətləndirmə metodlarının köməyilə müəyyən edilir. Bunlar işəmuzd əmək haqqı ünsürlərinin əsas tarif maaşına daxil edilməsinə imkan verir.
“Işlərin analitik qiymətləndirilməsi” tələb olunan zehni və fizi­ki şərtlərdən, ixtisasdan, məsuliyyətdən və möv-cud əmək şəraitindən asılı olaraq bal sisteminin köməyilə müxtəlif işlərin müqayisəli qiymət­ləndirilməsi metodudur. “Xidmətlərə görə” qiymətləndirmə öz növ­bə­sində “istehsal amili” olan işçiyə, onun şəxsi xüsusiyyətlərinə bal siste­minin köməyilə tələb olunan keyfiyyət xarakteristikası verir, işin fiziki səviyyəsini, onun keyfiyyətini materiallara qənaət olunması­nı, ava­dan­lıqların saz vəziyyətdə saxlanmasını nəzərə almaqla əmək haqqı hesab­lanır.
Bəzi hallarda cərimə sistemi adlandırılan iki və daha çox dərə­cəli sistemin mahiyyəti ondan ibarətdir ki, iki və daha çox tarif dərə­cəsindən istifadə olunur. Başqa sözlə, istehsal normalarını yerinə ye­tir­məyən işçilərin əmək haqqı aşağı, yerinə yetirən işçilərinki adi, artıqla­ma­sılə yerinə yetirənlərinki isə yüksək dərəcələrin qiymətləri ilə ödənilir. Deməli, istehsal normasını yerinə yetirməyən işçilər sözün əsl məna­sın­da cərimə olunurlar. Onun cərimə sistemi adlan-dırılması da bununla əlaqədardır.
Işəmuzd əmək haqqı əsas etibarilə əl əməyinin xüsusi çəkisinin yüksək olduğu və həvəsləndirmənin başlıca olaraq məhsul istehsalının artırılması yolu ilə təmin olunması zəruri olan müəssisələrdə tətbiq edi­lir. Müasir dövrdə götürə əmək haqqı məhsulun keyfiyyəti, avadan­lıqlardan istifadə əmsalı kimi amillərin nəzərə alınmasını zəruri edir. Bu isə onu vaxtamuzd əmək haqqına yaxınlaşdırır. Işəmuzd əmək haqqı is­tehsal norması və məhsul vahidinin tarif qiyməti ilə sıx əlaqədardır. Tarif qiymətlərini müəyyən edərkən işçinin: 1) Bir günlük əmək haq­qının və 2) Bir gündə istehsal etdiyi məhsulun miqdarını nəzərə almaq lazımdır.
Işəmuzd əmək haqqının ən geniş yayılmış sistemləri aşağıda­kılardır: 1) Məhsul vahidinə görə əmək haqqı; 2) “Vaxt norması” siste­mi; 3) Götürə – reqressiv1 əmək haqqı; 4) Götürə mükafatlı və çoxamilli əmək haqqı sistemi.
Məhsul vahidinə görə əmək haqqı sistemi daha geniş yayıl­mışdır. Bu sistem çox sadədir və lazım gəldikdə istər istehsal normaları, istərsə də tarif qiymətləri nəzərdən kçirilib dəyişdirilə bilər.
“Vaxt norması” sistemində işçiyə əmək haqqı nə faktiki vaxtın, nə də istehsal etdiyi məhsulun miqdarına görə deyil, müəyyən edilmiş nor­ma və həmin işin yerinə yetirilməsi üçün tələb olunan vaxtın kəmiy­yəti nəzərə alınmaqla ödənilir. Məsələn, əgər işçi yerinə yetiril­məsi üçün 8 saat vaxt norması müəyyən edilmiş işi 7 saatda yerinə yeti­rərsə və bir saatın tarif qiyməti 2 dollar olarsa, onda o 16 dollar əmək haq­qı alır. Əksinə işçi yerinə yetirilməsi üçün 6 saat vaxt norması müəy­yən edilmiş işi 8 saatda görərsə, onda ona 12 dollar əmək haqqı verilir.
Əmək haqqının götürə–reqressiv sistemində məhsul is-teh­salı­nın artımına nisbətən əmək haqqı yavaş sürətlə artır.
Əmək haqqının götürə–mükafatlı və çoxamilli sistemi onunla səciyyələnir ki, o nəinki istehsalın artırılması, həm də ayrı-ayrı “amillər” üzrə müəyyən iqtisadi göstəricilərə nail olunmasını nəzərdə tutur. Belə “amillərə” məhsulların key-fiyyətinin və avadanlıqlardan istifadə əmsa­lının yüksəldil-məsi, xammala və enerjiyə qənaət olunması və s. daxildir.
Bir sıra ölkələrdə qrup mükafatlı götürə sistem də geniş yayıl­mışdır. Bunun meydana gəlməsi, məsələn iri aqreqatlara xidmət gös­tərilməsində kollektiv əməyin zəruri-liyi ilə əlaqədardır. Qrup mükafatlı – götürə əmək haqqı sis-teminə bəzi hallarda “müəssisələrin mənfəətinin bölüşdürül-məsində işçilərin iştirakı” sistemi də deyilir. “Iştirak”ın for­ma­ları isə olduqca müxtəlifdir. Buna əmək haqqının üzərinə dividend hesablanmasını, müvafiq şirkətlərin öz işçilərinə mükafat olaraq səhm vermələrini misal göstərmək olar.
Vaxtamuzd, yaxud da işəmuzd əmək haqqından hansına üs­tün­lük verilməsi konkret şəraitdən asılıdır. Müa-sir dövrdə vaxtamuzd əmək haqqı formasına üstünlük veril-məsi meylləri müşahidə olunur. Bu, istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması, ETI-nin nailiy-yətlərindən geniş istifadə edilməsi ilə əlaqədardır.
Lakin əmək haqqının forma və sistemləri dəyişməz deyildir. Istehsalın xarakterindən, ETI-nin əhatə dairəsin-dən və digər amillərdən asılı olaraq, onun yeni-yeni, həm də mütərəqqi forma və sistemləri meydana gəlib inkişaf edə bilər və bu təcrubədən istifadə etmək lazım­dır. Çünki inkişaf etmiş bazar iqtisadiyyatına malik olan ölkələrdə əmək haqqı demək olar ki, bazar qanunları və şəraitinə uyğun gəlir, mü­əs­sisənin istehsal fəaliyyətinin son nəticələrindən asılı olur. Odur ki, əmək haqqının müasir sistemlərində qiymətlə bağlı olmayan, lakin kəs­kin­ləşən rəqabətdən irəli gələn bir çox amillər nəzərdə tutulur. Məsələn, inkişaf etmiş ölkələrdə yüksək keyfiyyətli məhsul istehsalı, xammal və material­lara qənaət edilməsi, işçinin vicdanlı işi, səriştəliliyi, bacarığı və s. üçün üstəlik haqq verilməsini nəzərdə tutan mükafatlan­dırma sistemi geniş yayılmışdır.
Inkişaf etmiş ölkələrin tarif sistemi sahəsində təcrü-bələri də diqqətəlayiqdir. Başqa sözlə, bazar iqtisadiyyatının inkişaf etdiyi ölkə­lərin demək olar ki, hamısında tarif siste-mindən müvəffəqiyyətlə isti­fa­də olunur. Bu təcrübənin qısa məzmunu belədir: 1) Tənzimlənmənin üç pilləli mexanizmi – əmək bazarı, dövlətin müdaxiləsi və kollektiv müqa­vilələr – fomalaşdırılır; 2) Elmi-texniki tərəqqinin təzahürlərindən biri olan əməyin nəticələrinin kəmiyyətinə görə ənənəvi ödə-mə sistemindən, hər şeydən əvvəl götürə sistemdən imtina edilir; 3) Öz ixti­sasını yük­səl­dən, bir neçə peşəyə yiyələnən və müxtəlif vəzifələri yerinə yetirən işçi­lərdə maraq yaradı-lır; 4) Müəssisə və təşkilatların fəaliy­yət­lərinin nəticələrinə görə maddi stimullaşdırmanın kollektiv formaları geniş yayılır.

Müəssisələrdə əməkhaqqı sistemləri

Bu ixtisas atıcı, artilleriya və raket silahlarının layihələndirilməsi, istehsal texnologiyası, istehsalatı və sınaqdan keçirən sahədə mühəndis hazırlayır. Bildiyimiz üzrə silah xüsusi maşın olduğundan tələbələr bu ixtisasda maşınqayırma fənlərini də tədris edilir. Bu fakültənin bir üstün cəhəti isə tələbə artıq ikinci kursdan istehsalatla tanış olurlar. Yay tətillərində Müdafiə Sənayesi Nazirliyinin Müəsisələrində işlə təmin olunurlar. Üçüncü kursdan isə müəyyən fənlər müəssisələrdə tədris olunur və bu zaman tələbələr fənni həm nəzəri həm də praktik cəhətdən öyrənirlər. Fizika və riyaziyyatla maraqlananlar üçün uyğun peşədir.

Bu ixtisas sahibi nə işlə məşğul olur?(iş öhdəlikləri)

➝ Silah sistemlərinin layihələndirilməsi və dizaynı;
➝ Konstruksiya sənədlərinin hazırlanması;
➝ Konstruksiya mərhələsində sınaqlarda iştirak edərək silah sistemlərinə nəzarət etmək;
➝ Silah sistemlərinin etibarlılığını qiymətləndirmək;
➝ Silah sistemlərinin yığılması və sökülməsi;
➝ Silah sistemlərinin istehsalı üçün texnoloji prosesləri inkişaf etdirmək və yenidən yaratmaq;
➝ Silah sistemlərinin istehsalının texnoloji prosesləri üçün avadanlıq və alətlər seçimini etmək;
➝ Texnoloji proseslər üçün xüsusi texnoloji avadanlıqların hazırlanması;
➝ Texniki sənədləri tərtib edilməsi;
➝ İstehsal bölməsinin işini təşkil edilməsi;
➝ Bölmənin işinə rəhbərlik edilməsi;
➝ İstehsal fəaliyyətinin səmərəliliyini qiymətləndirmək;
➝ Sənayedə proqram təminatını mənimsəmək və istifadə etmək;
➝ Rəqəmsal idarə olunan maşınlar üçün nəzarət proqramları yaratmaq və düzəliş etmək;
Qeyd: İlkin olaraq öhdəliklər peşə sahibinin bilik vəbacarıqlarından aslı olaraq dəyişir. Bilik və bacarıqları aşağı olanlar ilkin olaraq işə fəhlə və yaxud operator olaraq başlayıb, bu istiqamət üzrə iş öhdəliklərini yerinə yetirirlər. Bu sahə üzrə əsasən, konstruktor və yaxud texnoloq kimi fəaliyyət göstərilir.

Harada bu ixtisasa sahiblənmək olar?

➝ Azərbaycan Texniki Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

➝ Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

➝ Silahların quruluşu və iş prinsipini və hər bir mühəndis üçün vacib olan
➝ “Tərsimi həndəsə və mühəndis qrafikası”nı və bəzi mühəndis proqramlarını bilmək;
➝ Yaxşı fiziki hazırlıq;
➝ Texniki zehniyyət;
➝ Texnologiyaya maraq;
➝ Texniki fərasət;
➝ İşə yaradıcı münasibət;
➝ Sürətli reaksiya;
➝ Konstruktiv və məntiqi düşüncə;
➝ Analitik düşüncə;
➝ Konsentrasiya uzun müddət cəmləşdirmək qabiliyyəti;
➝ Təşkilatçılıq bacarıqları;
➝ Əzm və qətiyyət
➝ Məsuliyyətli qərarlar qəbul etmək bacarığı
➝ Nəzəri hazırlıq işlərində zəruri olan AutoCAD, SolidWorks, CorelDraw, SCAD, KOMPAS-3D proqram bilgisi.

İxtisasın gələcəyi

Əvvəllər bu ixtisası bitirən məzunların hər biri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində işlə təmin olunurdu. Müəssisələrdə vakansiyalar azaldığından hal-hazırda bütün tələbələr işlə təmin olunmur. İlkin olaraq GPA (ortalama balı) yüksək olan tələbələr işlə təmin olunurlar. Amma məzunlar istəklərinə əsasən hər hansı başqa bir sahədə də işləyə bilərlər.

Əmək haqqı

Azərbaycanın silah ixracı böyük həcmdə olmadığından bu sahə üzrə məvaciblər bir qədər aşağıdır. İlkin olaraq işə başlayanda vəzifədən aslı olaraq maaşlar 350 – 450 AZN aralığında dəyişir. Sonradan təcrübə qazanıldıqca əmək haqqlarında müəyyən qədər artım olur.

Əməliyyat Sistemləri və Kompüter Şəbəkələri

Kompüterlər fiziki maşınları idarə etməyə kömək etmək üçün əməliyyat sistemi (O / S) adlı aşağı səviyyəli proqramlardan istifadə edirlər. Bir O / S proqram proqramı (“proqram” adlandırılır) və yeni proqramlar yaratmaq imkanı verir. Əməliyyat sistemi proqramı yalnız dizüstü kompüterlərdə deyil, həmçinin mobil telefonlar, şəbəkə marşrutları və digər sözdə quraşdırılmış qurğularda işləyir.

Əməliyyat sistemləri növləri

Şirkətlər, universitetlər və təşəbbüskar şəxslər tərəfindən illər ərzində yüzlərlə müxtəlif kompüter əməliyyat sistemi işlənib hazırlanmışdır. Ən tanınmış əməliyyat sistemləri fərdi kompüterlərdəndir:

  • Microsoft Windows
  • Mac OS X
  • Linux

Bəzi əməliyyat sistemləri kimi müəyyən avadanlıqlar üçün nəzərdə tutulmuşdur

  • Apple iOS və Google Android (bir variant Linux) – mobil telefonlar üçün
  • Solaris, HP-UX, DG-UX və Unix digər variantları – server kompüterləri üçün
  • DEC VMS (Virtual Memory System) – əsas kompüterlər üçün

Digər əməliyyat sistemləri bir müddət tanınmışdı, lakin indi yalnız tarixi maraqlara malikdirlər:

  • Novell Netware 1990-cı illərdə PC-lər üçün məşhur O / S idi
  • IBM OS / 2, bir müddət Microsoft Windows ilə rəqabət edən, lakin istehlak bazarında məhdud müvəffəqiyyətə malik olan erkən PC O / S idi
  • Multics, 1960-cı illərdə anaframalar üçün yaradılan, xüsusilə Unix’in daha sonra inkişafına təsir göstərən xüsusilə yenilikçi bir əməliyyat sistemi idi

Şəbəkə Əməliyyat Sistemləri

Müasir O / S kompüterin şəbəkəsini asanlaşdırmaq üçün nəzərdə tutulmuş çoxlu daxili proqramdır. Tipik O / S proqramı, TCP / IP protokolu yığımı və ping və traceroute kimi müvafiq kommunal proqramlarının tətbiqini nəzərdə tutur. Bu cihazın Ethernet interfeysini avtomatik olaraq təmin etmək üçün zəruri cihaz sürücülərini və digər proqramları ehtiva edir. Mobil cihazlar, normal olaraq, Wi-Fi , Bluetooth və ya digər simsiz əlaqələri təmin etmək üçün lazım olan proqramları təmin edir.

Microsoft Windows’un erkən versiyaları kompüter şəbəkəsi üçün heç bir dəstək vermədi. Microsoft Windows 95 və Windows for Workgroups ilə başlayan əməliyyat sisteminə əsas şəbəkə qabiliyyətini əlavə etdi. Microsoft, Windows 98 Second Edition (Win98 SE), Windows HomeGroup -da Windows 7-də ev şəbəkəsi üçün İnternet bağlantısı paylaşımını (ICS) təqdim etdi və s. Əvvəldən şəbəkələşmə ilə dizayn edilmiş Unix ilə kontrast. İnternet-ev şəbəkəsinin populyarlığına görə demək olar ki, hər hansı bir istehlakçı O / S bu gün şəbəkə əməliyyat sistemi kimi tanınır.

Embedded Əməliyyat Sistemləri

Sözdə quraşdırılmış sistem onun proqramının heç bir və ya məhdud konfiqurasiyasını dəstəkləyir. Yönlendiriciler kimi quraşdırılmış sistemlər , məsələn, əvvəlcədən konfiqurasiya edilmiş bir Web server, DHCP server və bəzi kommunal xidmətlərdən ibarətdir, lakin yeni proqramların quraşdırılmasına icazə vermir. Yönlendiricilər üçün quraşdırılmış əməliyyat sistemi nümunələri aşağıdakılardır:

  • Cisco IOS (Təcrübəli Əməliyyat Sistemi)
  • DD-WRT
  • Juniper Junos

Daxili OS də telefonlar (iPhone OS), PDA (Windows CE) və rəqəmsal media oynatıcılar (ipodlinux) daxil olmaqla, istehlakçı gadgetərlərinin sayının artmasına da rast gəlinir.

Comments are closed, but trackbacks and pingbacks are open.