Press "Enter" to skip to content

Müstəqillik günü -18 Oktyabr

Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların qüdrətini daha da artır. Bunun parlaq nümunəsi 2001-ci ilin noyabrında Bakıda keçirilən Dünya azərbaycanlılarının I qurultayı olmuşdur. Məhz müdrik rəhbərimiz H. Əliyevin xidmətləri sayəsində dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq mümkün olunmuşdur. H. Əliyev azərbaycanlıları başa saldı ki, xalqın ən yaxşı oğul və qızları öz milləti və Vətəninin rifahı naminə çalışmalıdırlar.

28 May ilk dəfə “Müstəqillik Günü” kimi qeyd olunur

Bu il ilk dəfə olaraq Azərbaycanda mayın 28-i Respublika Günü deyil, Müstəqillik Günü kimi qeyd edilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı Milli Məclisin ötən il oktyabrın 15-də keçirilən plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi qəbul edilib.

Qanunun qəbul edilməsi ilə 28 May – Respublika Gününün və 18 Oktyabr – Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilib. Mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib.

XX əsr tarixə yalnız elm, texnika əsri kimi yox, həm də milli oyanış, xalqların müstəmləkəçilikdən azad olması və milli dövlətlərin yaranması əsri kimi də daxil olub.

1917-ci ildə Rusiyada baş vermiş inqilab nəticəsində Romanovlar sülaləsinə son qoyuldu. Nəticədə Rus İmperiyası dağıldı. Xalqlar öz müqəddəratlarını özləri həll etməli oldular. Bu imkandan istifadə edərək 1918-ci il mayın 28-də Azərbaycanın milli qayəli, milli təfəkkürlü övladları Azərbaycan Xalq Cümhuriyyətini elan etdilər.

Azərbaycan Xalq Cümhuriyyəti təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk demokratik respublika idi. Bu, respublika parlamentli dövlət idi. Onun dövlət atributları – bayrağı, himni, gerbi qəbul edildi. Üçrəngli bayraqda türkçülük, islamçılıq və avropalaşmaq bir vəhdətdə idi. Ancaq Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya bildi. 1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal etdi və respublika süquta uğradı.

Milli.Az

Müstəqillik günü -18 Oktyabr

Azərbaycan xalqı, tarixinin dönüşlü nöqtələrində müstəqil yaşamaq, yaxud bu və ya digər imperiyaların sözü ilə kimdənsə asılı olmaq yollarını seçmək məcburiyyətində qalmışdır.

Просмотр содержимого документа
«Müstəqillik günü -18 Oktyabr»

Müstəqillik günü -18 Oktyabr

Azərbaycan xalqı, tarixinin dönüşlü nöqtələrində müstəqil yaşamaq, yaxud bu və ya digər imperiyaların sözü ilə kimdənsə asılı olmaq yollarını seçmək məcburiyyətində qalmışdır. Əsrlərlə azad yaşamaq istəyən Azərbaycan xalqı tarix boyu torpağına göz dikmiş nəhəng imperiyalarla çarpışmalı olmuşdur. Bu gün də müstəqillik əldə etmiş respublikamız imperiya xislətli dövlətlərin maraq dairələri məngənəsində sıxılır.

1980-ci illərin sonundan Azərbaycanın müstəqilliyi uğrunda başlanan azadlıq hərəkatı 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin elan olunması ilə nəticələndi. Tədricən xalqa aydın oldu ki, azadlığı, müstəqilliyini əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq da bir o qədər mürəkkəb və ağırdır. Azərbaycanımızın müstəqil bir dövlət kimi yaşaması ilə düşmənlərimiz qətiyyən barışmaq istəmirdilər. 1991-ci ildə SSRİ adlı imperiya dağıldıqdan sonra Azərbaycanda hakimiyyətdə olanlar hər nəyin hesabına olursa – olsun hakimiyyətdə qalmaq istəyirdilər.

Azərbaycan Respublikasının Müstəqillik siyasətinə mane olmaq üçün düşmənlər Qarabağda vəziyyəti daha da gərginləşdirdilər. Hakimiyyət uğrunda gedən mübarizə torpaqlarımızın hissə-hissə işğalı ilə müşayiət olunurdu.

Azərbaycan xalqının öz azadlığı və müstəqilliyi uğrunda mübarizə tarixində görkəmli şəxsiyyətlərin rolu böyükdür. Lakin bu şəxsiyyətlər içərisində biri ən yüksək zirvəyə ucalmışdır. XX əsr Azərbaycana H. Əliyev kimi siyasətçi, müdrik dövlət xadimi bəxş etdi. Belə bir Şərq məsəli var: “ Can həkimə, ölkə isə rəhbərə etibar edilər”.

Ümummilli rəhbərimiz Azərbaycanın haqq işini dünyaya çatdırdı. Daxili – siyasi sabitlik təmin edildi, iqtisadi tənəzzülün qarşısı alındı. Milli – mənəvi dəyərlərimiz bərpa və inkişaf etdirildi. Azərbaycan dünya dövlətləri içərisində öz layiqli yerini tutdu.

Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların qüdrətini daha da artır. Bunun parlaq nümunəsi 2001-ci ilin noyabrında Bakıda keçirilən Dünya azərbaycanlılarının I qurultayı olmuşdur. Məhz müdrik rəhbərimiz H. Əliyevin xidmətləri sayəsində dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq mümkün olunmuşdur. H. Əliyev azərbaycanlıları başa saldı ki, xalqın ən yaxşı oğul və qızları öz milləti və Vətəninin rifahı naminə çalışmalıdırlar.

Bu gün Dünya Dövlətləri Birliyinin bərabər hüquqlu üzvü olan müstəqil Azərbaycanımız istiqlal tarixinin şanlı səhifələrini yazır.

Hamıya məlumdur ki, Azərbaycan 1993-cü ildən bəri çox böyük nailiyyətlər əldə etmişdir. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi, qorunması və inkişaf etdirilməsi Prezident İlham Əliyevin həyata keçirdiki ardıcıl və məqsədyönlü daxili və xarici siyasətin ana xəttini təşkil edir. İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı XXI əsrə azad, müstəqil, iqtisadi və mənəvi baxımdan daha nikbin əhval-ruhiyyə ilə qədəm qoymuşdur.

Azərbaycan dövlətinin getdikcə möhkəmlənməsi, onun dünya dövlətləri içərisində nüfuzunun artması, vaxtilə qüdrətli dövlətləri olmuş, dünyaya səs salmış bir xalqın oyanması deməkdir. Düşmənlər həmişə qorxmuşlar ki, oyanmış xalqımız ayağa qalxaraq birləşər, keçmişdə vətəndən hissə-hissə qoparılıb alınmış torpaqlarımızın qaytarılması uğrunda ədalətli mübarizəyə başlayarlar.

Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, həm də dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan artıq azərbaycanlıların qüdrətini daha da artırmışdır. Bu gün Azərbaycan dövləti üçün ən mühüm məsələlərdən biri də Dünya azərbaycanlılarının həmrəyliyinin qorunub saxlanılmasıdır. Dünya azərbaycanlıları nə qədər həmrəy olsalar, Azərbaycan dövlətçiliyi ətrafında nə qədər sıx birləşsələr dünya miqyasında nüfuzumuz daha böyük, sösümüz daha kəsərli olar.

Sizləri 18 oktyabr – Milli Mütəqilliyimizin 26-cı ili münasibəti ilə təbrik edirəm.

Əsədov Seyyub Əsəd oğlu – Şirvan şəhər T. Bağırov adına 11№-li tam orta məktəbin tarix müəllimi, 2015-ci ildə keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi

Müstəqi lli k günü

11 oktyabr 2021

11 oktyabr 2021 Layihə Müstəqillik Günü haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunmuşdur. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Beləliklə, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmişdir. 2021-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir. Azərbaycan xalqı ötən əsrin əvvəlində müstəqil respublika qurmuş, 1991-ci ildə isə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa etmişdir. Beləliklə, 1918-ci ildə İstiqlal Bəyannaməsinin qəbul olunduğu 28 may Azərbaycan Respublikasında müstəqillik günü, 1991-ci ildə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunduğu 18 oktyabr isə müstəqilliyin bərpası günü hesab olunmalıdır. Azərbaycan Respublikasının Milli Məclisi qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır: Maddə 1. Mayın 28-i Müstəqillik Günü elan edilsin. Maddə 2. Oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilsin. Maddə 3. Müstəqillik Günü və Müstəqilliyini Bərpası Günü hər il bayram kimi qeyd edilsin. Azərbaycan Respublikasının Prezidenti

Comments are closed, but trackbacks and pingbacks are open.