Press "Enter" to skip to content

Zeyir Hacıbəyovun həyat və yaradıcıllığı

Bu suala verilmiş ən yüksək cavab belədir: Şeyx Nizami!

Böyük Azərbaycan şairi Nizami Gəncəvi – İsa Həbibbəyli yazır.

Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi böyük ədəbi şəxsiyyət, görkəmli şair və mütəfəkkir Nizami Gəncəvi ölməz əsərləri ilə dünya şöhrəti qazanmışdır.

Nizami Gəncəvinin adı dünya ədəbiyyatının ən görkəmli klassikləri sırasında çəkilir. Nizami Gəncəvi (1141-1209) də Dante, Servantes, Şeks­pir, Əbdürrəhman Cami, Əlişir Nəvai, Məhəmməd Füzuli, Balzak, Vüktor Hüqo kimi mənsub olduqları xalqın milli iftixarı olan sənətkar olmaqla bərabər, həm də dünya ədəbiyyatını yüksək səviyyədə təmsil edir.

Dünyanın harasından, Şərq­dən, yoxsa Qərbdən baxılmasından asılı olmayaraq, Nizami Gəncəvi şeir-sənət səmasında günəş kimi parlayır. Bütövlükdə mədəni dünya Nizami Gəncə­vini dahi şair, qüdrətli sənətkar, bəşəri təfəkkürə malik böyük mü­təfəkkir kimi qəbul edir. Bu mənada Nizami Gəncəvi söz sənətinin möh­təşəm bahadırıdır. Onun əsərlərində dünyanın bir çox ölkə­lərinin və xalqlarının həyatından alınmış ibrətamiz sü­jetlər və işıqlı, düşün­dürücü obrazlar vardır. Ölməz sənətkarın «Xəmsə» adlanan məşhur poemaları sanki Qərbin və Şərqin ədəbiyyat ensiklope­diyasıdır. Yunanıstandan Hindis­tana, Ərə­bis­tan­dan Rusiyaya, İrandan Balkanlara qədərki geniş məkanın hadisələri və şəxsiyyətlərini Nizami Gəncəvi böyük mə­harətlə ədəbiyyata həkk et­mişdir. Böyük fateh Makedoniyalı İsgəndərin az qala dün­yanın yarısını əhatə edən yürüşlərini heç bir sənətkar dünya ədəbiy­yatında Nizami Gəncəvi miqyasında yüksək bədii səviyyədə işıqlandıra bil­mə­mişdir. Nizami Gəncəvinin bir sənətkar kimi şöhrətini daha çox Makedoniyalı İsgəndərlə müqayisə etmək olar. İsgən­dərin qılıncla fəth etdiyi ölkələri Nizami Gəncəvi qələmlə ram etmişdir. Bu mənada Nizami Gəncəvi dün­ya ədəbiy­yatının Makedoniyalı İsgəndəridir. O, Azərbaycan ədəbiyyatına Makedoniyalı İsgəndər şöhrəti qazandırmışdır. Makedoniyalı İsgəndərin bir xidməti də Qərb anlayışını Şərq xalqlarına çat­dırmaq olduğu kimi, Nizami Gəncəvinin dünya dillərinə tərcümə edilmiş əsərləri va­sitəsilə Avropa xalqları geniş şəkildə Şərqi tanımaq imkanı qazanmışlar. Bu mənada Ni­zami Gəncəvi Şərq dünyasının və Azərbaycanın Qərb ölkələrində və ümumən dünyada ən böyük bələdçisidir.

Nizami Gəncəvi 1141-ci ildə Azərbaycanın qədim Gəncə şəhərində anadan ol­muşdur. Tarix boyu Gəncə şəhəri həmişə Azərbaycana aid ol­muş, bu şəhərdə azərbaycanlıların ulu babaları olan oğuz tay­fa­ları yaşa­mışlar. Özünə Nizami Gəncəvi təxəllüsü qəbul etmiş İlyas Yusif oğlu Gəncə şəhərində mədrəsə təhsili almış, həyatını əsasən bu şəhərdə keçirmişdir. Ehtimala görə o, çox az hallarda Gəncə şəhərindən kənara çıxmışdır. Şairin Gəncədən çıxaraq getdiyi yerlərdən bi­rinin Həmdünyan kəndi olduğunu iddia edirlər. «Xosrov və Şirin» poemasında yazıldığına görə, Nizami Atabəy Qızıl Arslan tərəfindən 1187-ci ildə ona bağışlanmış bu kəndə getmiş, “gəlirindən artıq onun xərci” olan cəmi “yarımca ağac”lıq” bu kəndin ona ərməğan edilməsindən razı qalmamışdır.

Tədqiqatçıların əksəriyyəti Həmdünyan kəndinin bağışlan­ması faktının Qızıl Arslanın Nizami ilə Gəncə şəhəri ətrafındakı görüşü zamanı baş tutduğu qənaətindədirlər. Bununla belə, hə­min tarixi görüşün Gəncə yaxınlığında deyil, Gəncə şəhəri ilə Təbriz arasındakı ortaq bir məntəqədə baş verdiyini ehtimal edən müla­hizələr də vardır. Görkəmli Nizamişünas alim, professor Rüstəm Əliye­və məxsus olan bu mülahizəyə əsasən, Nizami Gəncəvi Qızıl Ars­lanla Naxçıvan ərazisindəki məşhur Batabat yaylağına yaxın bir yerdə – Zəngəzur mahalına aid Şəki kəndi ətrafında görüş­müş­dür. Tədqiqatçı Əjdər Fərzəli isə həmin görüşün marşru­tunu da müəyyən etmişdir: Gəncə-İstisu-Naxçıvan.Bütün hal­larda Nizami Gəncəvi­nin Qızıl Arslanla tarixi görüşü Azərbaycan coğ­rafiyasına aid olan ərazidən kənarda deyildir.

Yeri gəlmişkən deyək ki, Nizami Gəncəvinin dövrünün gör­kəmli sənətkarı, böyük müasiri, Şərq memarlıq məktəbinin yaradıcısı və ən böyük nümayəndələrindən biri Əcəmi Əbu­bəkr oğlu Naxçıvani ilə görüşməsinə dair də ehtimallar var­dır. Fik­ri­mizcə, bir çox səbəbdən bu iki nəhəng sənətkarın gö­rüşməsi haqqındakı mülahizələr məntiqə uyğundur. Memar­lığın daş «Xəm­sə»­sini yaratmış böyük Azərbaycan memarı Əcəmi Naxçıvaninin onunla eyni dövrdə yaşamış söz sənə­ti «Xəmsə»sinin qüdrətli yaradıcısı Nizami Gəncəvi ilə görüşməsi bu iki bö­yük dühanın bir-birinin yaradıcılığına və xidmətlərinə hörmət və ehtiramının ifadəsi deməkdir. Eyni əsrdə, vahid ölkə da­xilində yaşayan bu qədər nəhəng sənətkar­ların bir-birini görməyə, tanımağa ehtiyac duymamaları qeyri-mümkündür. Bu mütəfəkkir simaların hər ikisinin Azərbaycan Atabəylər dövlətinə yaxın olmaları da onların görüşünü şərtləndirir. Atabəylər dövlətinin paytaxtının Gəncədən Naxçıvan şəhərinə köçürülməsi iki böyük dühanın görüşünün Naxçıvan ərazisində baş tut­masını düşünməyə əsas verir. XIX əsrin tanınmış rus rəs­samı A.Bondarenko da Nizami Gəncəvi ilə Əcəmi Əbubəkr oğ­lu Naxçıvaninin görüşünə dair geniş yayılmış rəsm əsərində fonda Nax­çıvan məq­bə­rəsinin görüntülərini canlandırmışdır. Azərbaycanın xalq şairi Nə­­riman Həsənzadənin «Atabəylər» tarixi dramında da Nizami Gən­­cəvi ilə memar Əcəminin Naxçıvandakı görüşü qələ­mə alın­mışdır.

Nizami Gəncəvinin tərcümeyi-halı qədim Azərbaycan əraziləri olan Gəncə ilə yanaşı, Bərdə, Naxçıvan, Dərbənd şəhərləri, Həmdünyan və Şəki kəndləri kimi Azərbaycan coğrafiyasına aid olan yaşayış məntə­qə­ləri ilə bağlı olmuşdur.

Ailə qurduğu «qıpçaq gözəli» Afaqın Azərbaycanın ta­rixi ərazilərindən sayılan Dərbənd şəhərindən olması Nizami Gəncəvinin azərbaycanlı ailəsi qurması faktını təsdiq edir. Dahi şair «İs­gən­dərnamə» poemasında Dərbənd qalasını da ilhamla tə­rən­nüm et­mişdir:

Burda bir qala var ki, cənub yeli,

Əssə də o yerə uzanmaz əli.

Minadan bir daşdır, saçar müşk, ənbər,

Həm gözəl, həm şəndir, bir cənnət qədər.

Qıpçaq gözəli Afaq xanım Nizami Gəncəviyə Dərbənd hakimi Müzəffər ibn Məhəmməd Arslan ibn Xələf əs Sultan tərəfindən göndərilmişdir. Bu nikahdan Nizaminin Məhəmməd adlı oğlu dün­yaya gəlmişdir. Nizami Gəncəvi ayrı-ayrı əsər­lə­rində oğlu Məhəm­məddən bəhs edərək, onu «gözümün nuru», «dilimin əzbəri», «ömrümün ilk gülü», «ağız ləzzətim», «ciyər­parəm», «ilk piyalam» kimi vəsf etmişdir. Rəvayətə görə, oğlu Məhəmməd də atası kimi şair olmaq is­təmiş, hətta şeirlər də yazmışdır. Lakin Nizami Gəncəvi oğluna həkim olmağı məsləhət bilmişdir:

Şeirdən ucalıq umma dünyada,

Çünki Nizamiylə qurtardı o da.

Hərçəndi sənətin çox rütbəsi var,

Həyatda faydalı bir elmi axtar.

…Elmlər elmidir demiş peyğəmbər,

Din elmi, təbabət elmi müxtəsər.

…İsa mərifətli həkim ol, amma,

İnsanı öldürən bir həkim olma.

…Həyatda, ölümdə qul olar sana,

Səadət və şöhrət düşər payına.

Nizami Gəncəvinin müxtəlif əsərlərində öz əksini tapmış oğlu Məhəmmədə nəsihətləri ümumən Azərbaycan ədəbiyya­tında nəsi­hət­namə janrında yazılmış dəyərli poetik nümunə­lərdir. Bu də­rin mənalı nəsihətlər neçə yüz illərdir ki, həm Azər­baycanda, həm də dünyada yeni nəsillərin yetişib formalaş­masına öz töhfəsini verir.

Nizami Gəncəvi dünya ədəbiyyatında «Xəmsə» adı ilə tanınan 5 məşhur poeması ilə böyük şöhrət qazanmışdır. İlk növbədə onu qeyd etmək lazımdır ki, Nizami Gəncəvi Şərq ədəbiyyatında, türk-müsəlman dünyasında «Xəmsə» («Beşlik») adlanan poemalar silsiləsinin əsasını qoymuşdur. Böyük ustad sənətkardan sonra «Xəmsə» yaratmaq Şərq ədəbiyyatında ənənəyə çevrilmiş, bir çox xalqların şairləri «Beşlik» poemalar yaratmışlar. Fars-tacik ədəbiyyatında Əbdürrəhman Cami, cığatay poeziyasında Əlişir Nəvai, Hindistanda Əmir Xosrov Dəhləvi və başqaları Nizami Gəncəvinin yolunu davam etdirərək «Xəmsə»lər yazmış, bu böyük işi əsrlərdən-əsrlərə daşımışlar.

Qüdrətli sənətkarın «Xəmsə»sinə daxil olan ilk əsəri 1174-cü ildə yazılmış «Sirlər xəzinəsi» poemasıdır. Cavan yaşlarında yazılmasına və birinci böyük əsəri olmasına baxmayaraq «Sirlər xəzinəsi» poeması Nizami Gəncəvinin həyata və ədəbiyyata bələdlik mənasında həqiqətən sirlər xəzinədarı olduğunu göstərir. Poemada verilmiş 20 məqalədə (hekayədə) Nizami Gəncəvi dövrünün ən aktual məsələlərini təsvir etmiş, bədii sənətin ali qayələrini diqqətə çatdırmışdır. Nizami Gəncəvini bütün yaradıcılığı boyu düşündürən humanizm və bərabərlik, ədalətli hökmdar və xalq, əməkçi insan və mənəvi kamillik, sərvət və şəxsiyyət kimi böyük ictimai mətləblər ilk dəfə «Sirlər xəzinəsi» əsərində öz əksini tapmışdır. Şairin bu əsərdə yaratdığı Kərpickəsən kişi obrazı nəinki Azərbaycan poeziyasında, geniş mənada Şərq ədəbiyyatında yeni idi. Bu mənada «Sirlər xəzinəsi» poeması Nizami Gəncəvi yaradıcılığının ədəbi proqramıdır. Dahi şairin sonrakı ölməz əsərlərindəki mövzuların və ideyaların mütləq əksəriyyəti «Sirlər xəzinəsi»ndən qida alır.

Nizami Gəncəvinin «Xosrov və Şirin» poeması (1180) Şərq ədəbiyyatında meydana çıxmış mükəmməl mənzum romandır. Dahi şair bu əsərində mövzunu hökmdarların həyatından alsa da, sələflərindən və müasirlərindən fərqli olaraq böyük eşq dastanı yaratmışdır. 1

«Xosrov və Şirin» poemasında ilahi eşqin fonunda bir çox ictimai mətləblərdən bəhs olunmuş, dövlət, cəmiyyət və xalq münasibətləri ibrətamiz hadisələr və yaddaqalan bədii obrazlar vasitəsilə canlandırılmışdır. Nizami Gəncəvi Fərhadın Şirinə olan pak sevgisi əsasında əsl məhəbbətin insanı ucaltmaq qüdrətini göstərmişdir. Dahi şair əsərdə Xosrov Pərvizlə Şirinin macəralarının işığında isə eşqin hökmdarı da dəyişib kamilləşdirmək imkanlarını isbat etmişdir. Bundan başqa, Nizami əsərdə mahir daşyonan Fərhadın timsalında əməkçi insanın böyük obrazını yaratmışdır.

Nizami Gəncəvinin 1188-ci ildə yazdığı «Leyli və Məcnun» poemasında insanın mənəvi dünyasının zənginlikləri parlaq və təsirli bədii vasitələrlə canlandırılır. Bu əsərdə Nizami Gəncəvi eşqin qüdrətini iki gəncin ilahi sevgisi vasitəsilə tərənnüm etmişdir. “Leyli və Məcnun” poeması Leylinin elegiyası, Məcnunun dastanıdır. Böyük sənətkarın Azərbaycan ədəbiyyatına gətirdiyi bu mövzu bütün Şərq aləmində məşhurlaşmış, sonrakı dövrlərdə yeni-yeni əsərlərin meydana çıxmasına səbəb olmuşdur.

Dahi şair «Yeddi gözəl» poeması ilə (1196) dünya xalqlarının həyatına və bəşər mədəniyyətinə dərindən bələd olan böyük sənətkar olduğunu nümayiş etdirir. Poemada təsvir edilən Bəhram şahın yeddi ölkənin şahzadəsi ilə söhbətləri Nizami Gəncəvinin bilik və dünyagörüşünün geniş miqyasını təsəvvür etməyə imkan verir. “Yeddi gözəl” əsəri ideal insan və kamil həyat haqqında yazılmış mükəmməl mənzum romandır.

Fikrimizcə, 1197-1200-ci illərdə yazdığı məşhur «İsgəndərnamə» poeması Nizami Gəncəvi sənətinin ümumiləşmiş möhtəşəm yekunudur. «İsgəndərnamə» Nizami Gəncəvi yaradıcılığının zirvəsində dayanır. Bu əsərlə Nizami antik yunan elm və mədəniyyəti ənənələrini yenidən dirçəldərək, mövzunu Azərbaycan təfəkkürü və gerçəkliyi ilə uzlaşdıraraq ədəbi mühitə, bədii əsərə gətirmişdir.

«İskəndərnamə» Azərbaycan ədəbiyyatında janr baxımdan ilk dilogiyadır. Əsərin birinci hissəsi olan «Şərəfnamə»də Makedoniyalı İskəndərin hərbi yürüşlərinin fonunda Nizami Gəncəvinin ədalətli hökmdar və ideal cəmiyyət axtarışlarına dair görüşləri öz əksini tapmışdır. «İqbalnamə» hissəsində isə şair mütəfəkkir baxışlara malik dövlət xadimi olan İskəndərdən bəhs edir. Nizami Gəncəvi «İqbalnamə»də dövlətin idarə olunmasında ellin amilinin rolunu ön mövqeyə çəkmişdir. Əsərdə Makedoniyalı İskəndərin dövrünün görkəmli alimləri olan Platon, Aristotel, Sokrat və başqa alimlərlə söhbətləri və məsləhətlərinin təsviri ideal cəmiyyətin formalaşmasında müdriklik və kamilliyin əhəmiyyətini təsdiq etməyə imkan verir.

Nizami Gəncəvinin yaradıcılığında onun lirikası xüsusi yer tutur. Şairin lirik şeirlərində kiçik epik cizgilər nəzərə çarpır. O, qəribə, macəra təəssüratı yaradan süjetvari fon zəminində lirik ovqatın ən incə və dərin təzahürlərini tərənnüm edir. Nizami Gəncəvinin lirikası dərin və nəcib insan düşüncələrinin bədii tərcümanı olan yaddaqalan və təsirli sənət nümunələridir. Dərin lirizm, həyata və insana obrazlı poetik baxış onun şeirlərinin səciyyəvi xüsusiyyətləridir. Nizami Gəncəviyə məxsus məşhur «Sənsiz» qəzəlində sənsizliyin mənalı, həyəcanlı, düşündürücü ovqatı səmimi şəkildə mənalandırılmışdır. Şairin «Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi» misrası ilə başlayan qəzəli şeirlə yazılmış kiçik mənzum novella təsiri bağışlayır:

Nizami Gəncəvi 1209-cu ildə Gəncə şəhərində vəfat etmiş və orada dəfn olunmuşdur. Hazırda dahi şair və mütəfəkkirin məzarı üzərində onun xatirəsinə möhtəşəm məqbərə ucalır.

Nizami Gəncəvinin dünyaya, bütün bəşəriyyətə məxsus olması barə­də heç bir mübahisə, fikir ayrılığı yoxdur. Bu mənada Qərb də, Şərq də Nizamidən ümumbəşəri idealları özündə əks etdirən əsərlərin dahi yaradıcısı kimi ürək do­lusu söz açır. Lakin təəs­süf ki, hələ də Nizaminin fars-tacik, yaxud fars ədəbiy­yatını təmsil etməsi və ya ümumi şəkildə müsəlman xalqlarına aid şair olması fikrini irəli sürən bəzi mülahizələr mövcuddur. Və bu qəbildən olan fikirlərin sahiblərinin ən çox istinad etdikləri amil dil fak­torudur. Halbuki Nizami Gəncəvinin yaşadığı XII-XIII əsrlərdə fars dilində yazıb-yaratmaq təkcə Azərbaycanda deyil, Anadoluda, Qafqazda, Orta Asiyada, Hindistanda ümumən Şərq xalqları­nın ədəbiyyatlarında qəbul olunmuş qaydalardan biri idi. Şərqdə uzun əsrlər, o cümlədən Nizaminin zamanında da «fars dili – şeir di­li, ərəb dili elm dili, türk dili isə hərb dili» ki­mi qəbul edilmişdi. Qoca Şərqin böyük dühası olan onlarla şair­lər və alimlər mənsub olduqları xalqların dilində deyil, ərəb-fars dillərində yazıb-yarat­mışlar. Hətta öz zamanında bunun bir çox üstünlükləri də var idi. Əvvəla, ərəb-fars dillərində elmi-ədəbi əsərlər yazmaqla görkəmli sənətkarlar geniş mənada ümumşərq məkanında oxunmaq, tanın­maq imkanları qazan­mış­lar. İkincisi, bu dillərdə danışan xalqlar avro­pa­lılara bəlli ol­duq­ları üçün ərəb-fars dilində yazıb-yaratmaq sənət­karların Qərbə çıxış­la­rına da mü­nasib şərait yaratmışdır. Üçüncüsü, ərəb-fars dillərini bilməklə Nizamilər Şərq xalqlarının tarixini, ədəbiyyatlarını və mədəniy­yət­lərini öyrənmək, əsərlərinin mövzu­larını, süjetlərini və qəhrə­man­larını çox geniş ictimai-tarixi mühit­dən almaq imkanı əldə etmişlər. Beləliklə, Azərbaycanda ədəbiyyatın əhatə etdiyi coğrafiyada təbii olaraq fars dili daha geniş məkanı özündə cəmləş­dirmişdir. Bu mənada Nizami Gəncəvi Şərqin qüdrətli sənətkarıdır – dedikdə, ən azı aşa­ğı­da­kılar nəzərdə tutulur: Nizami İslam dininə mənsub olan böyük şairdir; O ilk növbədə Şərq aləmində tanınıb şöhrət qazanmışdır; Onun əsərlərində Şərq xalqlarının həyatı özünün geniş bədii əksini tap­mışdır; Nizami Gəncəvi Şərq ölkələrində qəbul olunmuş dildə yazıb-yaratmışdır; Şairin əsərləri Şərqdə daha çox oxunur… Türk-müsəlman dünyasında sanki hər xalq Nizami Gəncəvinin əsərlərində öz taleyini görür, çarə­sini ax­tarıb tapa bilir.

Bütün bunlarla bərabər, Nizami Gəncəvinin Azərbaycan xal­qına mənsub sənətkar olması şəksizdir. O, dünya ədəbiyyatının və Şərqin görkəmli sənətkarı olmaqla bərabər, həm də konkret olaraq qədim tarixə malik olan Azərbaycan xalqının böyük oğlu, qüdrətli şairi və görkəmli mütəfəkkiridir.

Nizami Gəncəvinin əsərlərində Azərbaycan mövzusunun özünəməxsus yeri vardır. Azərbaycanın qədim Bərdə şəhərini vəsf etdiyi məqamlarda şairin Vətən sevgisi aşkar nəzərə çarpır. «Xosrov və Şirin» poemasında Kəpəz dağının, «İsgəndər­na­mə»də Dərbənd qalasının təsvirində də Nizami Gəncəvinin doğma Azərbaycana dərin məhəbbəti yüksək bədii səviyyədə ifadə olunmuşdur.

Nizami Gəncəvinin Bərdə hökmdarı Nüşabəyə münasibə­tində də eyni doğmalıq hiss olunur. Şair özünün ədalətli hökm­dar kon­sepsiyasını Azərbaycan hökmdarı Nüşabə obrazı ilə yeni çalarlarla zənginləş­dirmişdir. Bəlkə də Bərdə hökmdarı Nüşabə Nizami Gəncəvinin düşündüyü ideal hökmdar obrazının yekunudur. Dünyanı fəth etmiş Makedoniyalı İskəndəri özünün ağıllı fikirləri ilə heyrətləndirməyi bacarmış Azərbaycan qadın hökmdarı Nüşabəni şair rəğbətlə vəsf etmiş, onun aydın bədii obrazını yaratmışdır:

Ağıllı, tədbirli olması, müdrikliyi ilə dünyaca məşhur olan Makedoniyalı İsgəndəri mat qoyması Nizami Gəncəvinin Azər­bay­can hökmdarı Nüşabənin tim­salın­da əsl ədalətli hökmdar ob­razını yaratdığını düşünməyə əsas verir.

Nizami Gəncəvinin Şirvanşah Axsitanın «Leyli və Məc­nun» mövzusunda fars dilində əsər yazdırmaq təklifini qəzəblə qar­şılaması faktı da şairin azərbaycanlı ol­ma­sını təsdiqləyən amil­lər­dəndir. Şirvanşah Axsitanın məktublarından «Türk dili yaraş­maz şah nəslimizə, Əskiklik gətirər türk dili bizə» kimi misraların Ni­zami Gəncəvini narazı salması şairin azərbaycanlı oldu­ğu­nu açıq şəkildə göz önünə gətirir. «Leyli və Məcnun» poema­sında həmin münasibətlə yazılmış aşağıdakı misraları yalnız azər­baycanlı şair ifadə edə bilərdi:

Qulluq halqasına düşdü qulağım,

Qan vurdu beynimə, əsdi dodağım.

Nə cürətim vardı ki, evdən qaçım,

Nə də gözüm vardı xəzinə açım.

Ömrüm viran oldu, solub-saraldım,

Bu əmrin önündə cavabsız qaldım.

Məlum olduğu kimi, Nizami Gəncəvi Şirvanşah Axsitanın tapşırığına yalnız oğlu Məhəmmədin xahişindən sonra əməl etmişdir.

Böyük Azərbaycan şairi Nizami Gəncəvi ölməz əsərlərini, o cümlədən məşhur “Leyli və Məcnun” poemasını fars dilinin Azərbaycan ləhcəsində qələm almışdır. Dahi şairin əsərlərinin öz dövründə və vəfatından dərhal sonra köçürülmüş əlyazmaları Azərbaycan ləhcəsi ilə fars dilində qələmə alınmışdır. Şairin əsərlərinin XIII əsrə aid əlyazmalarında fars dilinin Azərbaycan ləhcəsi hiss olunacaq səviyyədə qorunub saxlanılmışdır. Lakin sonralar farsdilli katiblər Nizami Gəncəvinin əsərlərinin üzünü köçürərkən Azərbaycan ləhcəsini “redaktə” edərək aradan qaldırmışlar. Dünya arxivlərində isə şairin XIV əsrdən sonrakı əlyazmaları geniş yer tutur. Nizami Gəncəvinin “Xəmsə”sinin fars dilində Azərbaycan ləhcəsində yazılmış əlyazmaları indi də dünya muzeylərində və kitabxanalarında saxlanılır. Böyük sənətkarın əsərləri kitab halında nəşr olunarkən farsdilli katiblərin köçürdükləri əlyazmalara üstünlük verildiyi üçün Azərbaycan ləhcəsinin izləri itmişdir.

Tədqiqatçılar Nizami Gəncəvinin fars dilində yazılmış əsərlərində şairin öz ata-anasının türk olması haqqında da məlu­mat verildiyini diqqət mərkəzinə çəkirlər. Şairin atası Yusif Zəki və anası Rəisə xanım türk milli kimliyinə mənsub idilər. Nizaminin əsərlərində fars di­lində yazılmış «Rəiseye-qord» kəlməsi igid, yaxud vüqarlı, qü­rurlu Rəisə mənasını daşıyır. Atası Yusif Zəki Gəncə şəhərində sənət­karlıqla məşğul olmuşdur. Bəlkə də şairin «Kərpickəsən kişinin dastanı»ndakı böyük məhəbbətlə yaradılmış usta, bənna obrazı onun doğma atasının prototipidir.

Nizami Gəncəvinin müasirləri ilə əlaqələri də onun Azərbaycanda yaşayıb-yaratdığını yəqinləşdirməyə əsas verən dəlillərdəndir. Bu cəhətdən Nizami Gəncəvi-Xaqani Şirvani münasibətləri xüsusi əhəmiyyətə malikdir. Müşahidələr göstərir ki, Nizami Gəncəvi böyük azərbaycanlı müasiri Xaqaninin (1120-1199) yaradıcılığına rəğbət bəsləmiş, onu qəlbinə yaxın sənətkar kimi qəbul etmişdir. Hətta bir rəvayətdə Nizami Gəncəvinin müasiri Əfzələddin Xaqaninin vəfatı ilə əlaqədar mərsiyə yazması faktı öz ək­sini tapmışdır.

Dahi şairlə təxminən eyni dövrdə yaşayıb-yaratmış məşhur təzkirəçi Dövlətşah Səmərqəndi “Daneşmandani-Azərbaycan” təzkirəsində Nizami Gəncəvinin Azərbaycan dilində yazılmış “Divan”ının olması barədə məlumat vermişdir. Təəssüf ki, həmin “Divan” itmiş, dövrümüzə qədər gəlib çatmamışdır.

Məzarının Gəncə şəhərində olması da Nizami Gəncəvi­nin Azərbaycan şairi olduğunu təşdiqləyən mühüm faktlardandır.

Nizami Gəncəvinin zəngin və mənalı yaradıcılığı Şərq intibah mədəniyyətinin əhəmiyyətli hadisəsidir. Şairin ölməz əsərləri dünya ədəbiyyatı xəzinəsinin qiymətli sərvətidir. Nizami Gəncəvi Azərbaycan xalqının ümumdünya mədəniyyətinə bəxş etdiyi böyük düha və qüdrətli sənətkardır.

Nizami Gəncəvinin ölməz «Xəmsə»si orta əsrlərdə və XIX əsrdə əlyazma halında Azərbaycanda və Şərq ölkələrində geniş yayılmışdır. Şair «Xəmsə»yə daxil olan əsərlərindən hər birinin əlyazmasını Şərq ölkələrinin hökmdarlarına göndərmişdir. Bu əsərlər müxtəlif ölkələrin saraylarında, rəsmi dairələrində oxunub müzakirə mövzusuna çevrilmişdir. Beləliklə, Nizami Gəncəvini hələ öz dövründə geniş dairədə, Şərq miqyasında nəinki tanımış, qüdrətli sənətkar kimi qəbul etmişlər. Hazırda dünyanın ən məşhur muzeylərində və kitabxanalarında Nizami Gəncəvinin əsərlərinin əlyazma nüsxələri saxlanılır. Dahi şairin əsərləri əlyazma halında Azərbaycanda da yayılmışdır. Nizami Gəncəvinin əsərləri hər bir azər­baycanlı üçün əvəzsiz hədiyyə hesab olunmuşdur. Bu, indi də be­lədir.

Göründüyü kimi, dünya şöhrətli dahi Nizami Gəncəvi hər şey­dən əvvəl böyük Azərbaycan şairi və mütəfəkkiridir. Bu qüd­rətli sənətkarı Azərbaycan xalqı dünyaya bəxş etmişdir. Nizami Gən­cəvinin əsərləri dünyanın əksər mədəni xalqlarının dillərinə tər­cü­mə olunmuşdur. Bəlkə də Nizami dünya ədəbiyyatında xarici dillərdə ən çox oxunan na­dir sənətkarlardandır. Nizami irsinin tədqiqi ilə də az qala bütün dünya məşğuldur. Nizamişünaslıq dünya şərqşünaslıq elminin məxsusi bir istiqamətinə çevrilmişdir. Niza­mi Gəncəvinin haqqında ayrı-ayrı dillərdə yazılmış kitablardan və dahi sənətkarın müxtəlif dillərə tərcümə olunmuş əsərlərindən nəhəng bir kitabxana yaratmaq müm­kün­dür. Bu dahi sənətkar haqqında uzun əsrlər ərzində ən çox elmi əsərlər şairin Vətəni Azərbaycanda yaradılmışdır. Azərbaycan – dünya Nizamişünaslıq elminin əsas mərkəzidir. Bununla belə, hansı dildə yazıb-yaratma­sından, hansı ölkədə öyrənilib-oxun­masından asılı olmayaraq, Ni­zami Gəncəvinin əsərləri azərbaycanlı ruhu­nun yüksək bədii ifa­dəsindən ibarətdir. Nizami Gəncəvi dünya ədə­biyyatında Azər­bay­ca­nın qüdrətli təmsilçisi, böyük elçisidir. Azərbaycan xalqı Nizami Gəncəvi kimi ölməz sənətkarı ilə haqlı olaraq fəxr edir.

Dahi şair əsər­lərində elmi, istedadı və zəhmətkeşliyi, mənəvi kamilliyi, insanpərvərliyi var gücü ilə təbliğ etmişdir. Nizami Gəncəvi bu fikirdə idi:

Çox iti zehinlər yatan oldular,

Axırda saxsı qab satan oldular.

Nizaminin fikrincə, şüurlu əmək, məsuliyyət, zəhmət insanı ucal­dan əsas həyati mənbədir. O, yazırdı ki:

Qana qəltan etsə də, səni zəhmət tikanı,

Çalışmaqdan usanma, işə alışdır canı.

Öz halal zəhmətində namuslu insan sayıl,

Həryetənə alçalma, ə laçıb olma sail!

Bir sözlə, Nizami Gəncəvinin zəngin yaradıcılığı indiki və gələcək nəsil­lər üçün də ən faydalı həyat və ədəbiyyat dərsləri, faydalı və ibrətamiz öyüdnamələrdir.

Kimdir Nizami Gəncəvi?

Bu suala verilmiş ən yüksək cavab belədir: Şeyx Nizami!

Qədim dövr və orta əsr fəlsəfi təliminə görə Şeyx ya torpaq sahibi, ya da qəbilə başçısı, yaxud da ruhani atadır. Lakin Nizaminin timsalında Şeyx kəlamı daha çox mənəvi ucalığı fəth etmiş ağıl və kamal sahibi, öz sözlərilə desək, «könül mülkünün sul­tanı» de­məkdir.

Şeyx Nizami Gəncəvi böyük mütəfəkkirdir. Dövlətşah Səmərqəndi onu sadə və təvazökar həyat ke­çirən, çox iti zehinli, bilikli və məlumatlı bir şəxs kimi qiymət­ləndirmişdir. O, şairin yaradıcılığından bəhs edərkən, Nizamini «Xərabatın bülbülü» adlandırmışdır. Xərabat «huşyar adam­ların yığınaq yeridir». Qədim və orta əsr şairləri içərisində Nizami Gəncəvi qədər ağıl və kamalın qüdrətinə möhkəm inam bəsləyən sənətkar tapmaq çətindir:

İnsana arxadır onun kamalı,

Ağıldır hər kəsin dövləti, malı.

Kimki, yetişmədi ağıldan bara,

Oxşar insan sifət əjdahalara.

Qüvvət elmdədir, başqa cür heç kəs

Heç kəsə üstünlük eyləyə bilməz!

Sələfi Şeyx Əbülqasım Firdovsi, necə deyərlər, hərb və sülh şairi idi. Xələfi Məhəmməd Füzulini bütün dünya qəlb şairi kimi tanıyır. Nizami Gəncəvi cəng ədəbiyyatı ilə, əməllə qəlb arasında ağıl zirvəsidir.

Nizami Gəncəviyə «Pənc gənc» şairi deyənlər də olmuşdur. Bu sözləri onun məşhur «Xəmsə»sinə və özünə də aid edirlər. Yəni yazdığı beş möhtəşəm əsər – «Xəmsə» daima əbədi olaraq gəncdir, təzə-tərdir, köhnəlməyəndir. Yaxud da Nizami Gəncəvinin özü də əsərləri – «Xəmsə»si kimi həmişə cavandır. Nizami Gəncəvi ağıl və idrak şairidir.

Dünya elmi-ədəbi fikrində Homer «kor ozan», Şekspir «faciə usta­dı», Puşkin «rus şeirinin günəşi» adlandırılıb. Ulduzlarla və ayla müqayisə edilən başqa sənətkarlar da vardır. Lakin obrazlı şəkildə desək, təsəvvüredilməz qədər böyük ucalıq sahibi olan Nizami Gəncəvi ədəbiyyatda müəllimlərin müəllimidir:

Hər kim öyrənməyi bilməyirsə ar,

Sudan dür, daşdan da gövhər çıxarar.

Nizami Gəncəvinin əsərlərində az qala hər beyt aforizm kimi səslənir. «Xəmsə» başdan-başa aforizmlər külliyyatıdır:

. Qələmə gərəkdir elə söz almaq,

Şüurdan, ağıldan olmasın uzaq.

. Doğruya azacıq bənzəyən yalan,

Yaxşıdır yalana bənzər doğrudan.

Əbədiyyət qazanmış Nizami Gəncəvi bizim müasirimizdir. Onun XII əsrdə canlandırdığı böyük ideyalar bu gün üçün də aktual və əhəmiyyətlidir. Bu, bö­yük sənətin ölməzliyinin inkaredilməz gerçəkliyidir. Dahi şairin vaxtilə özünün əbədi şöhrəti haqqında böyük uzaqgörənliklə bəyan etdiyi aşağıdakı fikirlər bu gün üçün də, uzaq gələcək üçün də qəbul edilən obyektiv reallığın

…Dedim: Məni görmək istəsə hər kim,

Beytimdə görünər ona surətim.

…Şeiri oxunanda bu Nizaminin,

Özü də hər sözdə görünər yəqin.

…Yüz il sonra sorsan bəs o hardadır?

Hər beyti səslənər: Burda, burdadır!

Nizami Gəncəvi əbədiyyət qazanmış görkəmli sənətkardır.

Dahi sənətkarın adı onun vətəni Azərbaycanda əbədiləşdirilmişdir. Bakı şəhərində Nizami Gəncəvinin heykəli ucalır. Ölkəmizdə Nizami Gəncəvinin adına məktəblər, muzeylər, küçələr vardır. Müstəqil Azərbaycan dövlətinin təşəbbüsü və dəstəyi ilə Moskvada, Pekində, Romada Nizami Gəncəvinin heykəlləri ucaldılmışdır. Azərbaycanda Nizami Gəncəvinin anadan olmasının 800, 840 və 850 illik yubileyləri dövlət səviyyəsində böyük təntənə ilə qeyd olunmuşdur.

Dahi sənətkar Nizami Gəncəvinin ölməz əsərləri həmişə gənc­dir, aktualdır, bəşəridir və müasirdir. Nizami bütün zamanlar üçün humanizmin, ədalətin, bərabərliyin böyük carçısıdır.

Bəşəriyyətin həmişə Nizami Gəncəvinin böyük ideallarına ehtiyacı olacaqdır.

Görkəmli Azərbaycan şairi Nizami Gəncəvi bütün zamanların və gələcəyin qüdrətli şairi və böyük mütəfəkkiri kimi əbədiyyət qazan­mış­dır.

İsa Həbibbəyli

Akademik

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Üzeyir Hacıbəyovun həyat və yaradıcıllığı

Əslən Şuşadan olan Üzeyir Hacıbəyli 1885-ci il sentyabrın 18-də Ağcabədidə dünyaya gəlib. Ailədə üç qardaş, iki bacı olublar. Bircə Üzeyirdən başqa uşaqların hamısı Şuşada doğulub. Evin dördüncü uşağı olan Üzeyirin Şuşada yox, Ağcabədidə anadan olmasının da öz tarixçəsi var. Üzeyir bəyin atası Əbdülhüseyn Xurşidbanu Natəvanın şəxsi mirzəsi olmaqla yanaşı, həm də xan qızının Ağcabədidə olan təsərrüfatına rəhbərlik edirdi. Ona görə də ilin çox hissəsini orda keçirirdi. Şirin xanım da Üzeyirə hamilə olarkən Ağcabədiyə gedib yoldaşına baş çəkmək, sonra yenidən Şuşaya qayıtmaq qərarına gəlir. Bacılarını yoluxmaq üçün yolunu əvvəlcə Ağdamdan salır. Ancaq bacıları onu tez buraxmaq istəmir. Şirin xanımı 8 bacının hərəsi bir az öz evində qonaq saxlayır. Ağcabədiyə gedəndə isə artıq gec olur, Şuşaya qayıda bilmir. Ona görə də gələcəyin dahisi olacaq bu oğlanı elə Ağcabədidə dünyaya gətirir. 1 aydan sonra isə dəvənin üstündə kəcavə düzəldib, Şirin xanımı Üzeyirlə birgə Şuşaya gətirirlər.

Üzeyirin uşaqlığı da elə Şuşada keçir. Əvvəlcə mədrəsədə oxuyur. Burada ərəb, fars dillərinə mükəmməl yiyələnir, şərq yazıçılarının həyat və yaradıcılığı ilə yaxından tanış olur. Sonra rus-tatar məktəbində oxuyur. 1899-cu ildə Gürcüstana gedib imtahanları müvəffəqiyyətlə verir və Qori müəllimlər seminariyasına daxil olur. Orda 3 musiqi alətində – skripka, violonçel və bariton adlanan nəfəs alətində çalmağı öyrənir. Xalq mahnılarını nota yazmağa başlayır. Təhsilini başa vurandan sonra isə Üzeyir bəyi Hadrut kəndinə göndərirlər. Amma orda cəmi 1 il müəllim kimi işləyir. 1905-ci ildə erməni-müsəlman davası düşən zaman əhalisinin yarısını ermənilər təşkil edən bu kəndin yaşlı adamları Üzeyir bəyə xələl yetirilməsin deyə, gecəylə Onu Yevlaxa yola salırlar. Ordan da qatarla Bakıya gəlir. 1905-ci il avqustun 20-də Üzeyir Hacıbəyli Bakı vağzalına çatır. Ancaq gözlədiklərinin əksinə olaraq, burda da qırğınların törədilməsinin canlı şahidi olur. Və sentyabrın 7-də “Həyat” qəzetində məqalə ilə çıxış edir.

Üzeyir bəy elə o vaxtdan ömrünün sonuna kimi Bakıda yaşayır. Müəllimlik fəaliyyətini burada da davam etdirir. “Bibiheybət” (hazırda Bayılda 51 nömrəli məktəbdir) və “Səadət” məktəblərində bir neçə fəndən dərs deyir. Amma Bakıya köçdüyü ilk illər olduqca çətin şəraitdə yaşayır. Nəqliyyat vasitəsi olmadığına görə, yaşadığı yerdən işlədiyi məktəbə qədər olan 10 kilometrlik yolu piyada gedib-gəlmək məcburiyyətində qalır. Üstəlik onda Bakıda evi də olmur. Müxtəlif vaxtlarda “İslamiyyə” mehmanxanasında (hazırda 6 nömrəli musiqi məktəbidir), Qoşa Qala qapısının yaxınlığındakı Təbriz mehmanxanasında və kirayələrdə yaşayır. Milli operanın ilk nümunəsi olan “Leyli və Məcnun” operası da məhz “İslamiyyə” mehmanxanasında yazılıb.

“Kitabi-məzhəkə” 47 ildən sonra bəstəkara hədiyyə olunur

Yaradıcılıqdan söz düşmüşkən, Şuşa mühiti, Şuşa ab-havası Üzeyir bəyə xüsusilə böyük təsiri göstərib. “Qafqazın konservatoriyası” adlandırılan Şuşa onun ilk musiqi məktəbi olub. Özünün də qeyd etdiyi kimi, ilk musiqi təhsilini burada xanəndə və sazəndələrdən alıb. Şuşada göstərilən bir səhnəcik də gələcəyin bəstəkarını olduqca təsirləndirib. O zaman Üzeyirin 13 yaşı ancaq olardı. Əbdürrəhim bəy Haqverdiyevin təşəbbüsü, dirijorluğu ilə və Cabbar Qaryağdıoğlunun ifasında Şuşada “Məcnun Leylinin məzarı önündə” adlı bir səhnəcik göstərilmişdi. Üzeyir də qardaşlarıyla birgə orda xorda oxumuşdu. Bu səhnə balaca Üzeyirin xəyallarına, qəlbinə, beyninə hakim kəsilir. Və illər sonra həmin səhnəcikdən təsirlənərək böyük Füzulinin poeması əsasında nəinki Azərbaycanda, bütün Şərqdə operanın özülünü qoyan “Leyli və Məcnun”u yaradır. Maraqlıdır ki, 1908-ci il yanvarın 12-də (25) baş tutan ilk nümayişində də operanın dirijoru elə Əbdürrəhim bəy Haqverdiyev olur. Skripka partiyasını isə Üzeyir bəy özü ifa edir.

Üzeyir bəy yaradıcılığına da kiçik yaşlarından başlayır. Hələ 13 yaşında hekayə və nağıllar yazır. Ora özünün uydurmalarını da əlavə edir. Sonradan əski əlifba ilə yazdığı bu kiçik həcmli nağılları, onlara uyğun olaraq çəkdiyi illüstrasiyalarla birgə cildləyir və “Kitabi-məzhəkə” adı altında dostlarının köməyilə 15 qəpiyə satır. Hər gün cəmi 3 kitab hazırlaya bilir. Kitabdan gündəlik qazandığı 45 qəpik pulu da gətirib anasına verir. Və illər sonra bəstəkarın ev muzeyinin yaradıcısı, şəxsi katibi, baldızı oğlu Ramazan Xəlilov bu kitabın bircə nüsxəsini taparaq dahi bəstəkarın 60 illik yubileyinə hədiyyə edir. Ramazan Xəlilovun danışdıqlarını üzeyirşünas, uzun illər Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru olmuş Səadət Qarabağlı belə xatırlayır: “Üzeyir bəyin 60 illik yubileyi yaxınlaşanda Ramazan müəllim xeyli düşünüb daşınır ki, onu hansı hədiyyə ilə təəccübləndirə bilər. Birdən yadına Üzeyir bəyin dilindən eşitdiyi “Kitabi-məzhəkə” düşür. Gedir Şuşaya. Yemiş əmi adlı bir yaşlı zərgəri tapır. Bu kitabı tapmağı ondan xahiş edir. Bir müddət sonra Yemiş əmi xəbər göndərir ki, kitabı tapıb. Ramazan müəllim yenidən Şuşaya gedib həmin kitabı gətirir bura. Üzeyir bəyin doğum günündə kitabı onun yazı masasının gözünə qoyur. Çünki Üzeyir bəy adəti üzrə səhər yuxudan duranda dərhal yazı masasının arxasına keçirdi. Papiros çəkər, bir stəkan şirin çay içər, sonra işə başlardı. Həmin gün də yazı masasının arxasına əyləşir, çəkməcəni açıb işə başlamaq istəyəndə o kitabı görür. Gözləri yaşarır, bir müddət baxışlarını eyni nöqtəyə zilləyir və həyat yoldaşı Məleykə xanımı çağırır. Deyir, “Məleykə, buna bax, bu ancaq Ramazanın işi olar”. Həmin kitab muzeyin fonduna daxil edilməmişdi. Ramazan Xəlilovun şəxsi arxivində saxlanılırdı”.

Üzeyir bəy bütün sevincini, kədərini Məleykə xanımla paylaşardı. Həyatının ilk və tək sevgili cananı olan Məleykə xanımı çox, olduqca çox sevirdi. Hər şeyə rəğmən. Onunla hələ Tiflisdə Qori müəllimlər seminariyasında oxuduğu illərdə tanış olmuşdu. Məleykə xanımın qardaşı Əli Terequlov Üzeyir bəylə bir sinifdə oxuyurdu. Bazar günləri Əli Üzeyiri də özüylə birgə evlərinə aparar, teatrlara, Tiflisin gəzməli, görməli yerlərinə gedərdilər. Üzeyir bəy gələcək həyat yoldaşını da elə ordaca görüb sevmişdi. Milliyyətcə tatar olan Məleykə xanım Üzeyir bəydən 8 yaş kiçik idi. Ancaq nə yaş fərqi, nə də ayrı-ayrı ölkələrin sakinləri olması onların sevgisinə mane olur. Üzeyir bəy seminariyanı bitirəndən 5 il sonra 1909-cu il dekabrın 20-də ailə qururlar. 6 il ərzində Bakıda kirayədə yaşayırlar. Sonradan 1915-ci ildə hazırda ev muzey kimi fəaliyyət göstərən mənzil Üzeyir bəyə verilir. Onlar 1942-ci ilə qədər bu mənzildə yaşayırlar. Şad-xürrəm. Ora bəstəkarın dostları, yaxınları, müxtəlif sənət adamları toplaşırdı. Ordan ətrafa gözəl musiqi sədaları yayılırdı. Ancaq o ev bircə səsə ömür boyu həsrət qaldı – körpə səsinə, körpə qığıltısına, körpə gülüşünə. Bütün sərvətini – əsərlərini, yaratdıqlarını gələcək nəsillərə yadigar buraxan Üzeyir Hacıbəylinin özünün yadigarı, soyadının, nəslinin davamçısı olmur. Hər şeyi bəxş edən Tanrı Ona bircə şeyi çox görür – atalıq duyğusunu. Üzeyir bəylə Məleykə xanım övlad üzünə həsrət qalırlar. Amma nədənsə övladlığa da uşaq götürmürlər. Hətta deyilənə görə, Məleykə xanım yoldaşına başqa qadınla evlənib övlad sahibi olmağı da təklif edib. Lakin Üzeyir bəy qəbul etməyib. Çünki xanımını çox sevib.

dahi bəstəkar Üzeyir HacıbəyliSəadət Qarabağlı yenə də Ramazan Xəlilovun xatirələrinə müraciət edir: “Hələ Tiflisdə təzə tanış olduqları vaxt Ramazan Xəlilov onların sevgisinin canlı şahidi olurdu. Danışırdı ki, “Tiflisdə dağlara gəzməyə gedəndə Üzeyir bəy dağ çiçəklərindən yığıb mənə verirdi ki, “apar bunu ver xalana”. O vaxtdan görürdüm ki, onların məhəbbəti necə böyükdü”. Bəzən Məleykə xanımın başında güclü ağrılar olurdu. Üzeyir bəy məxsusi olaraq Məleykə xanım üçün əsl yundan hazırlanmış yaylıq almışdı. Başı ağrıyanda o yaylığı gətirib öz əlilə yoldaşının başına bağlayırdı. Onların arasında bir-birlərinə qarşı böyük məhəbbət olub. Uşaqları olmasa da, Üzeyir bəy qətiyyən yoldaşından ayrılmaq fikrində olmayıb. Məleykə xanımın xətrinə dəyməyib, onu çox sevib. Baxmayaraq ki, hətta qohumlar arasında da söhbət gedirdi ki, niyə onların övladları olmur. Düzdür, Üzeyir bəyin əmisi nəvəsi Soltan Hacıbəyov 10 il onların evində yaşayıb. Üzeyir bəy onu saxlayıb, təhsil verib. Onun sənətkar kimi yetişməsində Üzeyir bəyin böyük rolu olub. Amma nədənsə rəsmən heç kimi övladlığa götürməyiblər”.

Maraqlıdır ki, Üzeyir bəy özü bir dəfə də olsun xatirələrində bu məsələyə toxunmayıb. Bircə onu deyib ki, “mənim övladım olmayıb. Amma əsərlərim mənim övladlarımdır. Heç kimə haqq vermirəm, icazə vermirəm ki, əsərlərimə əl gəzdirsin”.
Nəriman Nərimanov Üzeyir Hacıbəylini iki dəfə ölümdən xilas edir

Əslində Üzeyir Hacıbəylinin həyatı o qədər də rəvan keçməyib. Dəfələrlə ölümlə üz-üzə gəlib. Məsələn, 1918-ci ilin mart qırğını zamanı ermənilər Üzeyir bəyin evini gülləbaran ediblər. O zamanlar Üzeyir bəy artıq kifayət qədər tanınırdı. Ermənilərin bəstəkarı görməyə gözü olmadığından onu öldürmək istəyirdilər. Ancaq xoşbəxtlikdən, bu istəklərini həyata keçirə bilmirlər. Ölüm bəstəkardan uzaq düşür: “Hadisələr baş verməmişdən əvvəl Nəriman Nərimanov bəstəkarı yanına çağırır və ona teatr truppası ilə birgə İrana qastrol səfərinə getməyi tapşırır. Əvvəl Üzeyir bəy razılaşmır, “mən Azərbaycanı qoyub heç yerə getməyəcəm”, – deyir. Ancaq Nərimanovun təkidindən, “Siz bizə gələcəkdə lazımsız” sözündən sonra Üzeyir və Zülfüqar Hacıbəyov qardaşlarının teatr truppası İrana yola düşür. Onlar bir neçə ay İranda qalır, müxtəlif şəhərlərdə tamaşalar göstərirlər. Oktyabrda isə vətənə qayıdırlar. O zaman bütün qəzetlər Üzeyir bəyin qayıdışına görə, xalqa göz aydınlığı verirdi. Beləcə, Nəriman Nərimanov Üzeyir bəyi ölümdən xilas edir. 1975-ci ildə Üzeyir bəyin ev muzeyi əsaslı təmir olunan zaman divarlardakı həmin güllə yerlərini Ramazan müəllim özü görmüşdü”.

Bu hadisənin üstündən illər ötür. Üzeyir bəy yenidən ölümlə üzləşir. Ancaq bu dəfə də tale dahi şəxsiyyətin üzünə gülür. Bəstəkarı yenə də Nəriman Nərimanov xilas edir. Bu dəfə artıq güllənmə hökmündən: “Bu fərman Üzeyir bəyə yazılarına görə verilmişdi. Çünki heç kimə əyilməyən, heç kimdən qorxmayan cəsarətli publisist yazılarında daxildəki düşmənləri, hətta çar Rusiyasının fitnəkarlığını, Lenini və bolşevikləri də tənqid edirdi. Bir dəfə də ölkənin tanınmış 59 ziyalısının siyahısı NKVD-yə təqdim olunur. Bu siyahıda Üzeyir bəyin də adı var idi. Xoşbəxtlikdən, siyahı sədrin əlinə keçməzdən əvvəl bəstəkarın qaynı Hənəfi Terequlovun gözünə dəyir. O, idarəyə gəlib gedən adam olduğundan təsadüfən bu siyahını sədrin stolunun üstündə görür. Və dərhal Nərimanova xəbər verir. Nərimanov bundan xəbər tutan kimi həmin siyahını gətizdirmiş, dərhal da məhv etmişdi”.

1937-ci ilin qanlı repressiyaları da Üzeyir bəydən yan keçir. Buna səbəb isə Stalin və Mircəfər Bağırovun Üzeyir bəyə yaxşı münasibət bəsləməsi olub. Ramazan Xəlilov özü Səadət xanıma deyirmiş ki, o vaxtlar Üzeyir bəy hər an həbs olunacağını gözləyirdi. Ancaq görünür göydə ulu Tanrı, yerdə hansısa gözəgörünməz qüvvə onu hər zaman hifz edib.

Stalin “Arşın mal alan”ı əzbər bilirmiş

Ümumiyyətlə, Stalin Üzeyir bəyin həm özünə, həm də yaradıcılığına böyük hörmət bəsləyib. Onun əsərlərilə yaxından tanış olub. Hətta “Arşın mal alan” operettasını əzbər bilib, dəfələrlə izləyib. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyündə “Arşın mal alan”ın və “Koroğlu” operasının proqrama salınması da məhz Stalinin göstərişinə əsasən olub. Özü də “Koroğlu” operası ongünlük ərzində düz 3 dəfə nümayiş etdirilib. Baxmayaraq ki, bir tamaşa 2 dəfədən artıq göstərilə bilməzmiş. Hətta tamaşaların ikisində Stalin özü də iştirak edib və “Koroğlu”nu “ən gözəl Sovet operası” adlandırıb. Heç təsadüfi deyil ki, ongünlükdən sonra sovet bəstəkarları arasında ilk dəfə Üzeyir Hacıbəyliyə SSRİ xalq artisti adı verilir. Lenin ordeni alır. 1941-ci ildə isə “Koroğlu” operası Stalin mükafatına layiq görülür.

Çox böyük müvəffəqiyyətlə baş tutan bu dekadadan sonra Stalin Kremldə Azərbaycan nümayəndə heyətinə ziyafət verir. Həmin ziyafətdə Üzeyir bəy Stalinlə Molotovun arasında oturur. Stalin “Arşın mal alan”dan ariyalar oxumağa başlayır. Bu, Üzeyir bəyin çox xoşuna gəlir. Sonra Üzeyir bəyin Fransada yaşayan qardaşı Ceyhun Hacıbəyli ilə maraqlanır. Deyir, “qardaşınıza məktub yazın, təklif edin vətənə qayıtsın. Biz onu işlə, evlə təmin edərik”. (Üzeyir bəy dekadadan qayıdandan sonra Ceyhun bəyə məktub yazır, ancaq qardaşı heç cavab da vermir. Ömrünün axırına kimi mühacirətdə yaşayır və müstəqillik uğrunda mübarizə aparır).

Ziyafət zamanı Stalin daha bir təklif irəli sürür. Xalq çalğı alətlərində ifaçıların ümumittifaq müsabiqəsinin keçirilməsini və ora Üzeyir bəyin rəhbərlik etməsini təklif edir. Üzeyir bəy təklifi qəbul edir. Bakıya gələndən sonra müsabiqəyə hazırlıq işləri başlayır. Bütün sovet respublikalarına xəbər göndərilir, yerlərdə nümayəndələr seçilir. Nəhayət, 1939-cu ilin oktyabrında müsabiqə başlayır. Ancaq elə bu müsabiqə də dahi bəstəkarın xəstəliyinin başlanğıcı olur. Daha doğrusu, ora qatılan erməni ifaçılarının məkrli niyyətləri: “Müsabiqəyə qatılan erməni ifaçılarının bir neçəsi ikinci mərhələyə keçə bilmir. Bunda Üzeyir bəyi günahkar bilir. Münsiflər heyətinin sədri Üzeyir bəy olsa da, üzvlər ayrı-ayrı respublikalardan idi. Ancaq onlar suçu Üzeyir bəyin üstünə atırlar. Məkrli erməni millətinin nümayəndələri xarici işlər naziri olan Molotovun adına teleqram göndərirlər ki, “Üzeyir bəy milliyyətçidi, erməni olduğumuza görə, bizi ikinci mərhələyə keçməyə qoymadı”. Molotov isə bu teleqramın üstünü yazıb göndərir Üzeyir bəyin özünə. Üzeyir bəy bu teleqramı oxuyanda dəhşətə gəlir. Ermənilərin belə bir haqsızlığa yol verməsinə çox əsəbiləşir. Çünki Onun üçün əsas sənət idi. O qədər böyük stress keçirir ki, nəticədə şəkər xəstəliyinə tutulur. Ancaq bunu özünə demirlər. Bəstəkara hiss etdirmədən pəhrizinə riayət etməyə başlayırlar”.

Erməni həkimin “müalicə”si bəstəkarın ölümünə səbəb olur

Pəhrizinə riayət olunsa da, səhhətinə ciddi nəzarət edilsə də, xəstəlik yenə də özünü göstərməyə başlayır. Və 1947-ci ildə Üzeyir bəyin vəziyyəti ağırlaşır. Onu dərhal xəstəxanaya yerləşdirirlər. “Leçkomissiya”da Üzeyir bəyi Osipyan soyadlı bir erməni həkim müalicə etməyə başlayır. O isə bilərəkdən bəstəkara əks müalicə tətbiq edir: “Həmin həkim Üzeyir bəyə çox kəskin pəhriz yazır, eyni zamanda insulin iynəsi də vurur. Ramazan müəllim isə bu xəstəliklə bağlı məqalələrdə oxumuşdu ki, insulin iynəsi vurulanda pəhriz saxlanmamalıdı. Ancaq erməni həkim hər ikisini tətbiq edir. Və bu əks müalicə nəticəsində Üzeyir bəy 1 ayda 18 kiloqram arıqlayır. Bu isə ürəyinə təsir göstərir və ürək tutmaları başlayır. Vəziyyətinin çox ağırlaşdığını, kəskinləşdiyini görəndə Üzeyir bəyi Stalinin göstərişilə Moskvaya, Kreml xəstəxanasına göndərirlər. Oranın da həkimləri müayinə zamanı Bakıda düzgün müalicə aparılmadığını təsdiqləyirlər. Hətta deyirlər ki, artıq gecdir, Bakıya çatdıra bilməyəcəksiz. Sonra Ramazan müəllim orda bir yaşlı həkim tapır. O həkim də müalicənin düzgün aparılmadığını deyir. Amma onu da əlavə edir ki, əlinizi üzməyin, elə dərmanlarla müalicə edəcəm ki, nəinki Bakıya aparacaqsız, hətta üç ay da yaşayacaq. Qatarla Bakıya gəlirlər. Mərdəkanda hökumət bağında o həkimin yazdığı müalicə tətbiq olunmağa başlayır. Müxtəlif həkimlər təyin edilir. Mircəfər Bağırov şəxsən özünün Səhiyyə Nazirliyinə verdiyi göstərişə əsasən, konsilium keçirilir ki, Üzeyir bəyə ciddi nəzarət olunsun. 1948-ci ilin sentyabrında Üzeyir Hacıbəylini öz evinə gətirirlər. Onda artıq 6 il idi ki, yeni tikilən monolit binanın 4-cü mərtəbəsindəki 6 otaqlı evində yaşayırdı. Üzeyir Hacıbəyli noyabrın 23-də gecə saat 2-də 63 yaşında elə həmin evdə vəfat etdi”.

. Beləcə, bir neçə dəfə ölümdən qurtulan Üzeyir bəyi bu dəfə heç kim xilas edə bilmir. Bacarıqsız erməni musiqiçilərinin ədalətsiz hərəkəti nəticəsində yaranan xəstəlik və o xəstəliyi “müalicə edən” erməni həkimi nəhayət ki, bu dahi şəxsiyyətin ölümünün baiskarı olur. Amma bu, sadəcə olaraq cismani ölüm idi. Üzeyir Hacıbəyli ölməyib, ölməyəcək də. O, hələ də sağdır. Professional Azərbaycan musiqisinin, milli opera, operetta, musiqili komediya janrının, Şərqdə ilk musiqili teatrın və ilk Konservatoriyanın yaradıcısı, banisi kimi. O, hələ də sağdır. Azərbaycan musiqisinin lad (məqam) nəzəriyyəsini araşdırıb üzə çıxarmış və əsaslandırmış ilk azərbaycanlı musiqişünas alim, müəllim-ustad kimi. O, hələ də sağdır. Yüz il keçsə də, hələ də ədəbi-bədii dəyərini itirməmiş, həmişə aktual yazıları ilə tanınan publisist, felyetonçu və librettoçu-dramaturq, Azərbaycan SSR-in və müstəqil Azərbaycanın dövlət himnlərinin müəllifi, əsl ictimai xadim kimi. O, hələ də sağdır, yaşayır və əbədi yaşayacaq. Sadəcə olaraq Azərbaycan musiqisinin atası, dahi Üzeyir Hacıbəyli kimi.

İmam Əli(Ə) Quranda

Əli(ə) nurdur,Əli(ə) məhəbbətdir,Əli(ə) varlıq aləminin mənasıdır,Əli(ə) insanları yoxluq aləmindən xilas edəndir,Əli(ə) bənzərsiz yol göstərəndir,Allahın böyük vəlisi,Peyğəmbərin(s) vəsisi,cahanın həqiqəti,Allahın sevimlisidir!Elə isə ola bilərmi ki,Allah öz sevdiyi insan haqqında heç nə deməsin?Ola bilərmi ki,varlığın mənası və cahanın həqiqəti sayılan bir şəxs barədə sussun?Yox,ola bilməz.

Biz burada İmam Əli(ə) barədə nazil olmuş bəzi ayələr haqqında danışacağıq,lakin bununla iş bitmir;bu,ancaq dəryadan bir damladır.

Xətib Bağdadi(Əbu Bəkr ibn Əli)sənədlərə istinad edən ravi İsmayıl ibn Cəfərdən,o da İbn Abbasdan nəql edir ki,Quranda Əli ibn Əbutalib(ə) barəsində üç yüzdən çox ayə nazil olmuşdur.(Tarixe-Bağdad,c.6,s.​22)Həmçinin,ibn Həcər və Şəblənci Əli(ə) barədə üç yüz ayə məsələsini İbn Əsakerdən və İbn Abbasdan nəql etmişlər.Təbəri və Əbu Nəim kimi bəzi qədimi alimlər də “Ma nəzl minəl-Quran fi Əli(ə)” adlı əsərlər yazmışlar.

Həqiqətən də,Əli(ə) barəsində nazil olmuş ayələr inkar edilməzdir.Mən burada həmin ayələrin bəzilərinə toxunacağam.

1)İmam Əlinin(ə) adı Adəmə(ə) nicat verəndir.
Bəqərə surəsinin 37-ci ayəsində buyurur:

“Adəm Rəbbindən (bəzi xüsusi) kəlmələr öyrəndi”.
İbn ən-Nəcar ibn Abbasdan nəql edir: “Bu kəlmələr Məhəmməd(s),Əli(ə),Fatimə(s.ə)​,Həsən(ə) və Hüseynin(ə) adlarından ibarətdir”.

Allahın şahidliyi ilə,Əli(ə),həyat yoldaşı və onların hər bir övladları çirkinliklərdən pak və təmizdirlər.

Əhzab surəsinin 33-cü ayəsində buyurur:

“Siz ey (Peyğəmbərin) ev əhli!Allah sizdən çirkinliyi yox etmək və sizi tər-təmiz(pak)etmək istər”

Burada Əhli-beyt dedikdə Əli(ə),Fatimə(s.ə),Həsən(ə),Hü​seyn(ə) nəzərdə tutulmuşdur.(Siyuti,Durərud-dü​rrül-mənsur,c.5,s.199 və Fəxr Razi,Təfafe-Kubra,c.6,s.783)

2)İmam Əlinin(ə) nəfsi Peyğəmbərin(s) nəfsi məqamındadır.

Ali-İmran surəsinin 61-ci ayəsində buyurur:

“(İsanın(ə) Allahın qulu və Peyğəmbəri(s) olması barədə) sənə göndərilən bilikdən sonra buna(İsanın əhvalatına) dair səninlə mübahisə edənlər olsa,onlara de: “Gəlin,biz də oğlanlarımızı,siz də oğlanlarınızı;biz də qadınlarımızı,siz də qadınlarınızı;biz də özümüzü,siz də özünüzü(bura) çağıraq.Sonra (Allaha) yalvarıb yalançılara Allahın lənət etməsini diləyək”.

Bu əhvalatda Peyğəmbəri-Əkrəm(s) öz nəfsini Əmirəlmöminin Əlinin(ə) nəfsinə bərabər tutmuşdur.

13 mənbə bu məsələni qeyd edir ki,mən onları sadalamıram.(Bax:Məhəmməd Təqi Cəfərinin “Nəhcül-Bəlağə”yə yazdığı şərh,c.1.,s.197)

3).İmam Əli(ə) vəliyullahdır.

Maidə surəsinin 55-ci ayəsi buyurur:

“Sizin haminiz ancaq Allah,Onun Peyğəmbəri(s) və iman gətirənlərdir.O kəslər ki,(Allaha)boyun əyərək namaz qılır və zəkat verirlər”.

Bu ayə Həzrət Əli(ə) barədə nazil olmuşdur,çünki namaz qılan vaxt zəkat vermiş şəxs Həzrət Əlidir(ə).Bu barədə müfəssəl bir əhvalat var ki,o barədə burada danışmaq imkanımız yoxdur.

Bu dörd ayənin şərhində Məhəmməd Təqi Cəfərinin “Nəhcül-Bəlağə”yə yazdığı şərhindən istifadə etmişik.

4)İmam Əlinin(ə) imaməti Allah tərəfindən verilmişdir.

Maidə surəsinin 67-ci ayəsi buyurur:

“Ya Peyğəmbər(s)!Rəbbin tərəfindən sənə endirilmiş olanı təbliğ et!Əgər (bunu) etməsən,(Allahın) risalətini yerinə yetirmiş olmazsan”.

Bu ayə Əli(ə) barədə nazil olmuşdu ki,Peyğəmbəri-Əkrəm(s) Əlinin(ə) əlindən tutdu və buyurdu:

“Mən kimin mövlasıyam,Əli(ə) də onun mövlasıdır”.Bu,dediyimizə sübutdur.Bu ayə İmam Əlinin(ə) imamlığının Allah tərəfindən verildiyini təsdiq edir.

5)Allah Quranda Əlini(ə) sevməyi əmr edir.

Şura surəsinin 23-cü ayəsində buyurur:

(Ya Peyğəmbər!) De: “Mən bunun (risaləti təbliğ etməyimin) müqabilində yaxınlarımı (Əhli-Beytimi) sevməkdən başqa heç bir şey istəmirəm”.

Zəməxşəri “Təfsiri-Kəffaş”ında,Gənci Şafei “Kifatətüt-Talib”ində və s.

yazırlar ki,bu ayə nazil olan kimi Peyğəmbərdən(s) soruşdular: “Sizin, sevməyimiz vacib sayılan yaxınlarınız kimlərdir?”Peyğəmbər(s) buyurdu: “Əli,Fatimə və oğulları.”

6)İmam Əli(ə) Quran elminin sahibidir.

Rəd surəsinin 43-cü ayəsində buyurur:

“De: (Mənim öz risalətim üçün iki ilahi şahid vardır:biri)Allahdır ki,mənim və sizin aranızda şahidlik etməyə kifayətdir və ikincisi,Quran elminin sahibi olan şəxsdir.”

Əbu Səid Xodri deyir: “Rəsulallahdan(s) xəbər aldım: “Quran elminin sahibi olan şəxs kimdir?”Buyurdu: “O şəxs qardaşım Əli ibn Əbutalibdir.”

7)İmam Əli(ə) Peyğəmbərin özünün dəlilidir.

Hud surəsinin 17-ci ayəsi buyurur:

“Məgər Rəbbinin açıq-aydın bir dəlilə istinad edən,ardınca Allahdan bir şahid gələn. “

Bütün tarixçilər yazırlar ki,bu ayədə “dəlil” və “şahid” ifadələrində Həzrət Əli(ə) nəzərdə tutulmuşdur.

8)İlahi mükafat İmam Əli(ə) üçündür.

Bəqərə surəsinin 274-cü ayəsi buyurur:

“Mallarını gecə və gündüz,gizli və aşkar (yoxsullara) sərf edənlərin Rəbbi yanında böyük mükafatları vardır.Onların(axirətdə) heç bir qorxusu yoxdur.”

Xarəzmi,Səalibi,Maliki,Əbu Nəim və b. İbn Abbasdan nəql etmişlər ki,Əlinin(ə) hər gün yanında 4 dirhəmi olardı;onlardan birini gecə(Allah yolunda),birini gündüz,birini gizli və birini də aşkar surətdə sədəqə verərdi.Ona görə bu ayə Əli(ə) barədə nazil oldu.

9)İmam Əli(ə) Allah rizası üçün canını fəda edər.

Bəqərə surəsinin 207-ci ayəsində buyurur:

“İnsanların elələri də vardır ki,Allahın razılığını qazanmaq yolunda(Allah rizası üçün) canını fəda edər.”

Səalibi öz təfsirində İbn Abbasdan rəvayət edir ki,Peyğəmbərin(s) hicrət gecəsi Əli(ə) onun yatağında yatdı ki,Peyğəmbəri(s) təhlükədən xilas etsin.Bu ayə də o Həzrətin(ə) şəninə nazil oldu.(Yənəbiül-müvəddət,s.92,K​ifayətüt-talib,s.239)

10)İmam Əli(ə) yaradılmışların ən yaxşısıdır.

Bəyyinə surəsinin 7-ci ayəsi buyurur:

“İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşısıdır.”

Müqatil ibn Səlman Məhakdan,o da İbn Abbasdan nəql etmişdir ki,bu ayə Əlinin(ə) və onun Əhli-Beytinin şəninə nazil olmuşdur.

11)Qiyamət günü Əlinin(ə) vilayəti barəsində soruşacaqlar.

Saffat surəsinin 24-cü ayəsi buyurur:

“Onları yubadıb saxlayın,çünki sorğu-sual olunacaqlar.”

Əbu Səid Xodri Peyğəmbərdən(s) nəql edir ki,sorğu-sual olunacaq şey Əlinin(ə) vilayətidir.(Şəvahidüt-tənzil,​c.1,səh.107,Səvayeqül-məhqərə,​s.89)

12)İmam Əli(ə) “Allahın ipi”dir.

Ali-İmran surəsinin 103-cü ayəsi buyurur:

“Hamınız bir yerdə Allahın ipinə möhkəm sarılın və ayrılmayın!”

“Mənaqibül-faxirət” kitabının müəllifi Abdullah, ibn Abbasdan rəvayət edir ki,bir ərəb Peyğəmbərdən(s): “Allahın ipi kimdir?” deyə soruşdu.Peyğəmbər(s) üzünü Əliyə(ə) tutub buyurdu: “Bu şəxsdən yapışın ki,o,möhkəm ipdir.”(Kifayətül-xisan,s.343)

13)İmam Əli(ə) hər tayfanın yol göstərənidir.

Rəd surəsinin 17-ci ayəsi buyurur:

(“Sən ancaq insanları Allahın əzabı ilə)qorxudansan.Hər tayfanın(doğru yol göstərən) bir rəhbəri vardır”.

Sünni əhli tərəfindən 7 hədis nəql olunmuşdur ki,bu ayədə “munzir” sözü ilə Peyğəmbər(s) və “hadi” sözü ilə Əli(ə) nəzərdə tutulmuşdur.Maliki də “Füsulül-mühimmə”də yazır ki,bu ayə nazil olan kimi,Peyğəmbər(s) buyurdu: “Mən qorxudanam və Əli(ə) doğru yol göstərəndir:Ya Əli(ə),sənin vasitənlə doğru yol tapanlar hidayət olunurlar.”(s.122)

14)İmam Əli(ə) möminlərin salehi və Peyğəmbərin(s) yavəridir.

Təhrim surəsinin 4-cü ayəsi buyurur:

“Onun mövlası Allah,yardım göstərənləri isə Cəbrail(ə),əməlisaleh möminlər və bundan sonra da bütün mələklərdir.”

Müfəssirlər və sünni əhlinin böyük alimləri yazmışlar ki,Peyğəmbər(s) buyurmuşdur: “Bu ayədə

“əməlisaleh möminlər” ifadəsi Əlini(ə) nəzərdə tutur.

Bu ayənin izahında Fəzlullah Kompaninin “Əli(ə) kimdir?” kitabından istifadə olunmuşdur.Bunlardan başqa digər ayələr də vardır ki,onlar haqqında danışmaq imkanımız yoxdur.Biz burada onların yalnız bir neçəsinə ötəri işarə edəcəyik:

1.Bəqərə surəsi,ayə 43;

“Rüku edənlərlə birlikdə rüku edin.”
Bu ayə Peyğəmbər(s) və Əli(ə) haqqıda nazil olmuşdur.Onlar namaz qılan və rüku edən ilk müsəlmanlar idilər.(Müvəffəq ibn Əhməd və Əbu Nəim ibn Abbasdan nəqlən)

2.İnsan surəsi,ayə 1;

“İnsanın elə dövrü olub keçmişdir ki. “

Bu ayə Əli(ə),Fatimə(ə),Həsən(ə),Hüse​yn(ə) haqqında nazil olmuşdur.

3.Vaqiə surəsi,ayə 10;

“Və bir də öndə olanlar,onlar Allaha yaxındırlar.”

Burada Əli(ə) və onu sevənlər nəzərdə tutulmuşdur.

4.Furqan surəsi,ayə 54;

“İnsanları sudan(nütfədən) yaradan,onları (bir-biri ilə)

əsl qohum(qan qohumu) və sonradan qohum edən Odur.”

Bu ayədə Əli(ə) və Fatimə(ə) nəzərdə tutulmuşdur.

5.Zumər surəsi,ayə 33;
“Haqqı gərilənlər və onu təsdiq edənlər isə əsl müttəqilərdir.”

Bu ayədəki “onu təsdiq edənlər” ifadəsi Əliyə(ə) aiddir.

  • Teqlər:
  • Dini şəxsiyyətlər
  • , Həzrət Əli

Comments are closed, but trackbacks and pingbacks are open.