Müstqillik dövrü azrbaycan dbiyyatı
Nə dil deyə bilir, nə qələm yazır
Müstqillik dövrü azrbaycan dbiyyatı
Yeni dövr Azərbaycan ədəbiyyatı
I mərhələ (XVII-XVIII əsrlər)
Azərbaycanda mürəkkəb, ziddiyyətli hadisələrlə zəngin olan XVII- XVIII əsrlər ədəbiyyat tariximizin yeni dövrünün birinci mərhələsidir. Xalqda milli müstəqillik düşüncəsinin artdığı bu dövr şifahi xalq ədəbiyyatının güclənərək, yazılı ədəbiyyata təsirinin artması, ənənələrin davam etdirilməsi ilə yanaşı, yeni meyillərin yaranması, poeziyanın xəlqiləşməsi ilə səciyyələnir. Aşıqların yaratdığı “Koroğlu”, “Əsli və Kərəm”, “Şah İsmayıl”, “Tahir və Zöhrə”, “Abbas və Gülgəz”, “Aşıq Qərib” və s. qəhrəmanlıq və məhəbbət dastanları bu dövrün dəyərli bədii söz örnəkləridir.
Azərbaycan aşıq ədəbiyyatının yüksəliş dövrünün – XVI – XVII əsrlərin məhsulu olan «Koroğlu» qəhrəmanlıq dastanında xalqımıza xas olan vətənpərvərlik, qəhrəmanlıq, humanizm motivləri ön planda durur. Dastan yarandığı dövrdən bəri müxtəlif xalqlar içərisində yayılmış, müxtəlif variantları yaradılmışdır. Buna baxmayaraq, xalqımızın şifahi ədəbiyyatının bu nadir incisi öz ideya- bədii kamilliyi ilə bütün variantların fövqündə durmuş, onların yaranması üçün qaynaq, zəmin rolu oynamışdır.
Dastanının baş qəhrəmanı xalqın arzu və istəklərinin daşıyıcısı olan Koroğludur. Onun ədalətsiz yerli hakimlərə və xarici işğalçılara qarşı mübarizədə əsas dayağı xalqdır, xalqın içərisindən çıxmış igid oğullardır. Əsərin əvvəlində qisasçı təsiri bağışlayan Koroğlu sonradan xalq qəhrəmanına çevrilir. Xalq Azərbaycanın müstəqilliyi ilə bağlı arzularını Koroğlu obrazında əks etdirmişdir. Bu baxımdan yenilməz fiziki gücə, düşmən bağrını yaran dəli nərəyə malik Koroğlu mükəmməl obrazdır, xalqın qəhrəman idealıdır. Koroğlu namərdliyin, müxənnətliyin düşmənidir.
Dastana daxil edilmiş şeir parçaları, qoşma və gəraylılar aşıq şeirinin kamil nümunələridir. Bu şeirlər öz poetik təravəti, məcazlar sisteminin zənginliui ilə diqqəti cəlb edir. Dastanın nəsr dili də xalq danışıq dilinin bütün zənginliyini, şəhdini-şəkərini əks etdirir, obrazlılığın dəyərli nümunələridir. Dastan aşıq ədəbiyyatının oyanış, intibah dövrünün məhsulu olduğu üçün həmin dövrün zəngin ifadə imkanlarını da özündə əs etdirir.
Nizaminin, Füzulinin epik poeziya ənənələrini davam etdirən Məsihinin “Vərqa və Gülşa” poemasında mülki bərabərsizlik, şər qüvvələr bir-birini böyük məhəbət bəsləyən gənclərin səadəti yolunda sədd çəkir. Lakin Vərqa və Gülşa xoşbəxt olmaq, üarzularına çatmaq üçün qarşılarına çıxan bütün maneələri aşırlar. Sevgilisinə sadiq olan Gülşa, Əmr, Əntər,Pələngər kimi şər qüvvələrlə mübarizədə qalib gələn, “Qovğa günü Rüstəmi-zəmanəm” deyənVərqa əhdə vəfa, iradə, qəhrəmanlıq nümunəsi göstərir. Vərqa ömrünün sonuna qədər sevgilisinə içdiyi anda sadiq qalır.
Əsərdəki Möhsün şah obrazı da alicənablığı, mərdliyi, xeyirxahlığı ilə diqqəti cəlb edir. Vərqa və Gülşanın məhəbbətindən xəbər tutan Möhsün şah Gülşaya olan məhəbbətini bir qardaş sevgisinə çevirir, hər iki gəncin bir-birin qovuşması üçün çalışır.
Klassik ədəbiyyatımızın ənənələrini davam və inkişaf etdirən Saib Təbrizi Şərq ölkələrində mütəfəkkir şair kimi tanınmış, zəngin bir irs qoyub getmişdir. Yeni səpkidə əsərlər yazan Saibin poeziyasında yenilik ruhu güclüdür. Tədqiqatlarda onun 300 min beytə qədər əsəri olması barədə məlumat vardır. Ana dilində yazdığı şeirlər şairin yaradıcılığında mühüm yer tutsa da, bu böyük irsdən bizə 17 şeir gəlib çatmışdır. Lakin həmin əsərlər Saibin sənətkar qüdrəti, ana dilinin zəngin bədii təsvir və ifadə vasitələrindən istifadə məharəti haqqında dolğun təsəvvür yaradır.
Şairin poeziyasında vətən mövzusu mühüm yer tutur. “Saib doğdu Təbrizin müqəddəs torpağından” deyən ədib müxtəlif ölkələrdə yaşasa da, doğma şəhərini heç zaman unutmamış, ömrünün ən xoşbəxt günlərini bu cənnət guşədə yaşadığını dönə-dönə iftixarla qeyd etmişdir:
O bahar ömrümüzün günləri düşdükcə yada,
Saibin fikri gəzir Təbrizinin cənnətini.
Saib yaradıcılığı şifahi xalq ədəbiyyatı ilə sıx bağlıdır. Xalq bədii təfəkkürününqaynaqlarından yaradıcılıqla bəhrələnən sənətkar ən dərin fikirləri, mürəkkəb mətləbləri ifadə etmək üçün atalar sözü və məsəllərdən məharətlə istifadə etmişdir, Şairin həyat, insan taleyi, dostluq, insanpərvərlik mövzularında bir çox beytləri aforizm kimi işlənməkdədir:
Küçədə torpaq ilə oynayan o oğlana bax,
Kim ki nadandır bu həyat onu da oynadacaq.
Saibin Azərbaycan və fars dilində əsərlərinin lirik qəhrəmanı məhəbbəti, gözəlliyi, sədaqəti, fədakarlığı, qüruru, daxili aləmin zənginliyi ilə seçilir.
XVII əsrin sonu XVIII əsrin əvvəllərində yaşayıb-yaratmış Qövsi Təbrizinin elm aləminə məlum olan lirik şeirlər “Divan”ının bir nüsxəsi Britaniya muzeyində , digəri Gürcüstan Dövlət Muzeyində saxlanılır. Qövsi Təbriz ədəbi mühitinin təsiri altında böyümüş, klassik ədəbiyyatımızla yanaşı, Şərq ədəbiyyatını mütaliə etmişdir. Sadə həyat tərzi keçirən Qövsü fikrini elmə, biliyə, bədii yaradıcılığa vermiş, dövrünün böyük alim və şairləri ilə dostluq münasibətləri onun dünyagörüşünün formalaşmasında böyük rol oynamışdır.
İnsanpərvərlik, xeyirxahlıq hisləri ilə yaşayan şairin ictimai motivli əsərlərində cəmiyyətin insanı əzən, qula çevirən qanunlarına kəskin etiraz vardır. Cəmiyyətdəki bərabərsizlik, ədalətsizlik daim maddi ehtiyac içində yaşayan insanların həyat tərzi ilə naz-nemət içində yaşayan zənginlərin həyatı arasındakı fərq şairi daim düşündürmüş, narahat etmişdir. Yaşadığı cəmiyyətdə insan azadlığının, ləyaqətinin tapdalanması, ağla qaraya fərq qoyulmaması ilə hər gün qarşılaşması şairin qəlbində kədər, qəzəb, təəssüf hisləri doğurmuşdur. “Zəmanə hər kimi yandırdı, mən kəbab oldum” şair insanı qula çevirən cəmiyyətə qarşı etiraz dolu fəryad səsini ucaltmışdır.
Qövsinin məhəbbət lirikasında da lirik qəhrəmanın məhəbbəti, vüsal həsrəti, ayrılıq əzabları ilə yanaşı, zəmanəsinə münasibəti də öz əksini tapır. O, nakam məhəbbətində yalnız sevdiyi gözəli deyil, fələyii, zəmanəsini də günahlandırır:
Gər nalə çəkməsin dili bimar, neyləsin?
Aşiq gözüm gər ağlamasın zar, neyləsin?
. Qövsi, səninmi halına bir əhli-dil demiş:
Qoymaz məni fələk göz açım, yar neyləsin?
XVII-XVIII əsrlərdə Aşıq Abbas Tufarqanlı, Xəstə Qasım, Sarı Aşıq kimi ustad sənətkarların yaradıcılığı ilə aşıq sənəti çiçəklənməyə başladı. Cənubi Azərbaycanda anadan olmuş Aşıq Abbas Tufarqanlı qoşma, gəraylı, qəzəllərində xalqımızın mənəvi dəyərlərini, arzu və istəklərini, yurdumuzun təbiətinin gözəlliyini, saf məhəbbəti tərənnüm etmiş, həyatda gördüyü haqsızlıqlara qarşı etiraz səsini ucaltmışdır. Baharın gəlişinin doğurduğu nikbin əhval-ruhiyyə, təbiətin ğözəlliyi xalq aşığının qəlbində həyat eşqi, heyranlıq hissi oyadır:
Budur gəldi bahar fəsli,
Dağların lala vaxtıdır.
Açılıbdır qızıl güllər,
Bülbülün bala vaxtıdır.
Cənubi Azərbaycanın Tikmədaş kəndindən olan Xəstə Qasım qoşma, gəraylı, deyişmə və ustadnamələrində xalq mənəviyyatı, xeyirxahlıq, dostluqda sədaqət və s. nəcib keyfiyyətlərdən söz açmışdır:
Xəstə Qasım kimə qılsın dadını,
Canı çıxsın özü çəksin odunu,
Yaxşı igid yaman etməz adını,
Çünki yaman addan ölüm yaxşıdır.
Zəngəzur mahalının Güləburd kəndindən olan Sarı Aşıq dərin mənalı, sevən, ayrılıq həsrəti çəkən qəlbin çırpıntılarını əks etdirən bayatıları ilə məşhurdur. Sarı Aşıq Yaxşı adlı bir qızı sevmişdir. Yaxşının da ona könül verməsinə baxmayaraq, ailələrin razılığı olmadığı üçün o, öz sevgilisinə qovuşa bilməmidir:
Mən Aşıq bu dağınan,
Gül sınmış budağınan.
Sənə Yaşı deməzlər
Mən ölsəm bu dağınan.
XVIII əsrdə yazılı ədəbiyyatımızın inkişafında Molla Pənah Vaqifin və Molla Vəli Vidadinin böyük rolu olmuşdur. Görkəmli şair M.V.Vidadi klassik poeziya və folkor ənənələrindən bəhrələnərək qoşma və gəraylılar, əruz vəznli şeirlər –qəzəllər, müxəmməslər yazmışdır. Vidadinin məhəbbət lirikasında Füzulinin təsiri hiss olunur. Şairin məhəbbəti əlçatmaz, ülvi bir hiss sayan lirik qəhrəmanı sevgi əzablarını, ayrılıq dərdini, vüsal arzusunu təbii bir hal kimi qarşılayır. Dünyəvi eşqi tərənnüm edən şeirlərində həyati lövhələrə yer verməsi isə aşıq poeziyası ilə bağlılıqdan irəli gəlir:
Gecə-gündüz oda düşüb yanaram,
Siyah telli bir sonanın ucundan.
Nə dil deyə bilir, nə qələm yazır
Hər nə ki çəkmişəm onun ucundan.
Lirik qəhrəman aylar, illərlə həsrətini çəkdiyi sevgilisinin vüsalını şükranlıqla qarşılayır, onda həyat eşqi, sevinci, fərəh hisləri oyadır:
Aylar, illər həsrətini çəkərdim,
Şükür yetdim vüsalına , sevdiyim!
Müştaqinəm, çanı qurban eylərəm,
O xəttinə, o xalına, sevdiyim!
Eşqin elə bu könlümə fənd elər,
Danışdıqca göftarını qənd elər,
Zülfün ilə hüsnün birdən bənd elər,
Xəyalımı xəyalına, sevdiyim!
Yaşadığı dövrün keşməkeşli, qanlı-qadalı hadisələri, xalqın düşdüyü çətin durum, cəmiyyətdə sadə indsanların ağır vəziyyəti şairin ictimai motivli şeirlərində öz əksini tapmışdır. Vətənin, xalqın taleyinə həssaslıqla yanaşan şairin əsərlərində qabarıq şəkildə əks olunan dərd ictimai kədərdir. “Durnalar”, “Gördüm”, “Dəli könül, gəl əylənmə qürbətdə” şeirlərində şairin humanist duyğulları, vətən məhəbbəti, yurdundan ayrılmış qəriblərin kövrək duyğuları səmimi bir dillə əks olunub. Vaqiflə deyişməsində Vidadi “Toy-bayramdır bu dünyanın əzabı, Əqli olan ona gətirər tabı” deyən, nikbin ovqatlı yaşayan dostunu naz-nemətə, cah-cəlala uymamağa çağırır, dünyanın faniliyini, ümidi Allaha bağlamağın vacibliyini xatırladır.
“Müsibətnamə” müxəmməsində Şəki xanı Hüseyn xan Müştaqın hakimiyyət uğrunda çəkişmələr nəticəsində öz əmisi Hacı Əbdülqadir tərəfindən öldürülməsinin Vidadidə doğurduğu kədər hisləri öz əksini tapmışdır. Şair Hüseyn xan Müştaqın insani keyfiyyətlərindən, “haqpərəst” , “pak dil”, “əhli-təbəkkül” olmasından söz açır, intiqam hissi, hakimiyyət həvəsi ilə ittifaq bağlamış düşmənləri tərəfindən təkləndiyindən yanıqlı bir dillə, kədərlə söz açır.
Bu dövr ədəbiyyatımızın ən qüdrətli nümayəndəsi olan Vaqif həm görkəmli dövlət xadimi , həm də şair kimi şöhrət tapmışdır. Klassik poeziya ənənələri və şifahi xalq ədəbiyyatı, aşıq şeirinin nailiyyətlərindən yaradıcılıqla bəhrələnməsi, realistik meyillər şairin yaradıcılığının yenilikçi mahiyyət kəsb etməsinə səbəb olmuşdur.
Müstəqillik dövrü
1991-ci ildə dövlət müstəqilliyinin yenidən əldə olunması ilə Azərbaycanda olduğu kimi, paytaxt Bakı, bütün öz inkişafında obyektiv və subyektiv səbəblərdən bir sıra mürəkkəb problemlərlə qarşılaşdı. Azərbaycan ərazisinin beşdə bir hissəsini işğal edən qonşu Ermənistanın təcavüzü nəticəsində meydana gələn bir sıra ən ciddi problemləri həll etməyə məcbur olmuşdu. Ən çətin məsələ isə öz doğma ocaqlarını tərk etməyə məcbur olmuş və demək olar ki, hər şeyini itirmiş bir milyondan çox qaçqın və məcburi köçünün mənzil probleminin aradan qaldırılması ilə bağlı məsələnin həll edilməsi idi.
90-cı illərin əvvəllərində daxili siyasi qeyri-sabitliyin və keçid dövrünün iqtisadi problemlərinin hökm sürdüyü bir şəraitdə Bakının problemlərini həll etmək çox çətin idi.
Sovetlər dövründə respublikanın sənaye potensialının böyük bir hissəsinin Bakıda cəmlənməsi və keçmiş respublikalarla iqtisadi əlaqələrinin pozulması nəticəsində şəhərdəki fabrik və zavodların əksəriyyəti fəaliyyətini dayandırmışdı ki, bu da, öz növbəsində bir sıra sosial problemlər doğurmuşdu. Bakıda yerləşən elmi müəssisələrin, ali və orta ixtisas təhsili müəssisələrinin, eləcə də respublikanın böyük tibb və mədəniyyət müəssisələrinin böyük əksəriyyəti də keçid dövrünün iqtisadi problemləri ilə qarşılaşmışdı.
Paytaxt Bakının daha bir problemi şəhərdə xarici dövlətlərin səfirliklərinin, eləcə də beynəlxalq təşkilatların, transmilli konsernlərin, şirkətlərin və firmaların nümayəndəliklərinin yerləşdirilməsi, infrastrukturun yaradılması və onların əməkdaşları üçün yaşayış binalarının tikintisi olmuşdur.
Ancaq dövrümüzün görkəmli siyasi xadimi Heydər Əliyevin 1993-cü ilin iyununda respublikanın rəhbərliyinə qayıtmasından keçən qısa müddət ərzində ölkədə daxili-siyasi vəziyyət sabitləşdi. Bu da öz növbəsində xarici neft şirkətlərinin investisiyalarının cəlb edilməsinə şərait yaratdı. Bakıda 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” adlandırılan “Böyük neft müqaviləsi”nin imzalanması bu cür əhəmiyyətli hadisələrdən biri idi. Bu, müəyyən konkret məsələlərin, o cümlədən Azərbaycanın paytaxtında şəhər təsərrüfatının inkişafı və tikinti işləri ilə bağlı məsələlərin həyata keçirilməsinə başlamağa imkan verdi.
Bakının arxitekturası tikilməkdə olan yüksək komfortlu yaşayış evləri, ən yüksək dünya standartlarına cavab verən mehmanxana kompleksləri, böyük supermarketlər, bank binaları, ofislər və s. ilə tədricən zənginləşdi. Bununla belə qeyd etmək lazımdır ki, bu binalar yerləşmələrinə, memarlıq formalarına, mərtəbəliliklərinə və rəng həllinə görə şəhərin müasir simasının yaradılmasında fəal rol oynayır. Hazırda Bakıda bir sıra dünya miqyaslı tikinti şirkətləri uğurla fəaliyyət göstərirlər.
Beynəlxalq nəqliyyat-kommunikasiya layihələri çərçivəsində “XXI əsrin İpək yolu” adlanan layihənin həyata keçirilməsində Bakı olduqca mühüm rol oynayır. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan ixrac boru neft kəməri istismara verildi. 2017-ci il oktyabrın 30-da istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini təmin etdi.
Azərbaycanın azad bazar iqtisadiyyatına keçidi onun inkişafına öz təsirini göstərmişdir. Hər şeydən əvvəl, 1986-cı ildə “Bakının 2005-ci ilə qədər iqtisadi və sosial inkişafının Baş planı” təsdiq edilmişdi. Bundan əvvəlki baş planlar kimi, Bakı şəhərinin bu baş planı da Abşeron yarımadasına vahid xalq təsərrüfatı kompleksi kimi yanaşılmasını nəzərdə tuturdu. Lakin bu planın icrası demək olar ki baş tutmadı.
2004-2005-ci illərdə Heydər Əliyev sarayının qarşısındakı park yenidən qurulmuş, onun mərkəzi hissəsində ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılmışdır (heykəltəraş M. Nogin, memarlar İ. Voskresenski və S. Şerbakov).
XX əsrin 70-80-ci illərində Bakının yaşıllaşdırılması istiqamətində mühüm işlər görülmüşdü. İndiki yaşıllaşdırma prosesi şəhərin yalnız tarixi mərkəzi hissəsini deyil, həmçinin onun yeni rayonlarını da əhatə edir. Nizami rayonunda Heydər Əliyev adına parkın salınması, şəhərin mərkəzində “Qış bulvarı”nın, Dənizkənarı Milli Parkda yaşıllıqların genişləndrilməsi, “Sovetski” adlanan ərazidə 23 hektar sahədə yaşıllaşdırma və abadlıq işlərinin aparılması, şəhərin müxtəlif yerlərində yeni istirahət parklarının salınması və abadlaşdırılması müasir Bakının daha da gözəlləşməsinə xidmət edir.
Yeni reallıqlar şəhərimizin inkişafının yeni şərtlərini diktə edir. Xüsusilə də mərkəzi sənaye zonasının, eləcə də “Qara şəhər” adlanan köhnə sənaye rayonunun sürətlə müasirləşdirilməsi “Ağ şəhər” yaşayış kompleksinin inşa edilməsi sürətlə davam etdirilir.
Bakıda son illərdə ideyasına görə maraqlı, formatına görə müasir və eyni zamanda da özündə milli xüsusiyyətləri birləşdirən inzibati, ictimai və yaşayış binaları ucaldılmışdır və hal-hazırda da bu cür binaların tikintisi davam etdirilir. Respublikanın hər bir vətəndaşı üçün müqəddəs olan yerdə — Şəhidlər xiyabanında “Əbədi məşəl” memorial kompleksinin ucaldılmasını xüsusilə qeyd etmək lazımdır. “Əbədi məşəl” memorial kompleksi Azərbaycanın ənənəvi memorial memarlığına məxsus ən yaxşı xüsusiyyətləri özündə birləşdirir.
Sovet hakimiyyətinin uzun qadağa illərindən sonra Bakıda ilk dəfə dini təyinatlı bir sıra binalar tikilmişdir. Bibi Heybət və Təzə Pir dini-memorial kompleksləri bərpa edilmiş, Heydər məscidi inşa edilmiş, Hacı Cavad məscidinin yeni binası istifadəyə verilmişdir. Bakının müxtəlif hissələrində, eləcə də yeni yaşayış rayonlarında bir sıra məhəllə və rayon məscidləri istifadəyə verilmişdir.
Azərbaycanın faktiki olaraq Ermənistanla müharibə şəraitində olmasına rəğmən, yeni beynəlxalq Bakı-Tbilisi-Qars dəmiryol magistralının tikintisi və Qəbələ-Bakı magistral su kəmərinin çəkilməsi kimi möhtəşəm layihələrin həyata keçirilməsi, Bakının qəsəbə və kəndlərinin abadlaşdırılması, yolların yenidən qurulması və yeni nəqliyyat infrastrukturunun yaradılması, məktəb və xəstəxanaların inşası kimi irimiqyaslı məsələlərin həlli və s. mümkün olmuşdur.
Qısa vaxt ərzində yerli və dünyanın Zaha Hadid, Jan Nuvel, Norman Foster kimi aparıcı memarlarının layihələri əsasında Bakıda Heydər Əliyev Mədəniyyət Mərkəzi, Dövlət Bayrağı meydanı, Bakı Olimpiya Stadionunu, mehmanxana və biznes mərkəzi olan “Flame Towers” (Alov Qüllələri), iri mehmanxana kompleksləri olan “Marriott Abşeron”, “Hilton of Baku”, “Four Seasons”, “Kempinski Badamdar” və digər bu kimi irimiqyaslı bina və tikililər inşa edilmişdir. Müasir günümüzün tələblərinə uyğun olaraq şəhər mərkəzinin əsaslı yenidənqurma prosesi aparılır — yeni evlər tikilir, köhnələri yenilənir. Bakının bir çox rayonlarında şəhər nəqliyyatının arteriya və qovşaqlarının yenidən təşkili, köhnəlmiş kommunikasiyaların yenilənməsi, abadlaşdırma və digər sahələrdə böyük işlər görülür.
2010-cu ildə bulvarda Dövlət Bayrağı Muzeyi və Dövlət Bayrağı Meydanının açılışı olmuşdur.
Hazırda Bakının müxtəlif yerlərində yerləşən parkların hər birinin öz infrastrukturu, çoxsaylı kafe, restoran, attraksion və uşaq meydançaları var. Müstəqillik illərində Bakıda bir çox parklar və istirahət kompleksləri inşa edilmiş və yenidən qurulmuşdur. Zabitlər parkı, Filarmoniya bağı, Xaqani bağı, Dağüstü Park, Dədə Qorqud parkı, Xətai rayonundakı idman-əyləncə park kompleksi, “Qu quşları” fəvvarə kompleksi bu qəbildəndir. Bakı sakinlərinin sevimli istirahət yeri Milli Park — tamamilə yenilənmişdir. Beynəlxalq Muğam Mərkəzi, Xalça Muzeyi, Bakı İdman Sarayı, Bakı “Kristal Holl” konsert kompleksi, Kiçik Venesiya şəhərciyi və Daş salnamə muzeyini Dənizkənarı Bulvarda yerləşir.
Bakı bir sıra mühüm beynəlxalq tədbirlərin təşkil edildiyi yerə çevrilmişdir. 2012-ci ildə Bakı nüfuzlu beynəlxalq müsabiqə olan Avroviziya yarışmasının paytaxtı olmuş, 2015-ci ildə Birinci Avropa Olimpiya oyunlarına, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişdir. Avropa oyunları nəticəsində Bakıda Su İdmanı Sarayı, Milli Gimnastika Arenası və Bakı Atıcılıq Mərkəzi inşa olunub.
Hazırda Bakıda 20-dən artıq muzey və incəsənət qalereyası fəaliyyət göstərir.
Hazırda Bakı Metropolitenin mövcud xətlərinin uzunluğu 36,63 km olmaqla 3 xətt üzərində yerləşən 25 stansiyadan, 1 elektrik deposundan və idarə aparatının da yerləşdiyi texnoloji korpusdan ibarətdir. “Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi”nə uyğun olaraq gələcəkdə Bakı metropoliteninin ümumi şəbəkəsi 2 mövcud və 3 əlavə yeni xətt olmaqla 5 xətdən, 76 stansiyadan və 120,1 km metro xəttindən ibarət olacaq.
Bakının sənaye zonasının, o cümlədən Bakı dəniz limanının Bakının Qaradağ rayonunun Ələt bölgəsinə köçürülməsi, Ələt qəsəbəsində salınan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi də daxil olmaqla yaradılan Azad Ticarət Zonasının Bakının daha da inkişafında xüsusi əhəmiyyəti olacaq.
Yaxın gələcəkdə Bakını daha böyük dəyişikliklər gözləyir. 2030-cu ilə qədər Bakı şəhərinin inkişafının regional planı hazırlanmışdır. Bu plana görə, yeni Bakı aqlomerasiyası, şəhəri Abşeron rayonu və Sumqayıtla birləşdirməli və beləcə faktiki olaraq bütün Abşeron yarımadası və ona bitişik əraziləri əhatə etməlidir.
Bu gün Bakı şəhəri özünəməxsus memarlıq ənənəsi ilə müasirliyin vəhdətində böyüyür, daha da gözəlləşir.
Mənbə: bakucity.preslib.az
- Teqlər:
- Bakı
- , müasir Bakı
- , müasir dövr
- , Əbədi məşəl memorial kompleksi
- , olimpiya stadionu
Comments are closed, but trackbacks and pingbacks are open.