Press "Enter" to skip to content

Müstəqilliyə gedən yol: Azərbaycan Xalq Cümhuriyyəti” biblioqrafik göstərici nəşr etdirilmişdir

Modern.az-ın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən rəsmi qəbulda söyləyib.

Müstqilliy gedn yol azrbaycan xalq cümhuriyyti

“Xalqımız müsəlman Şərqində ilk demokratik respublikanın yaradılması ilə haqı olaraq fəxr edə bilər. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı böyük, azadlıqsevər və mütərəqqi xalqdır”.

Modern.az-ın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən rəsmi qəbulda söyləyib.

Dövlət başçısı bildirib ki, dövlət Xadq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşır, onların adları əbədiləşdirilib: “Bir neçə il öncə Bakının mərkəzində Xalqn Cümhuriyyətinin şərəfinə abidə ucaldılıb, 2018-ci il Xalq Cümhuriyyəti ili elan edilib. 23 aylıq fəaliyyəti dövründə Xalq Cümhzuriyyəti böyük işlər görüb. Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis edilib, Milli Ordunun əsası qoyulub, 200-dən çox qanun qəbul edilib, qadınlara səsvermə hüququ verilib, Bakı Dövlət Universiteti yaradılıb. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu xalqımızın böyük faciəsidir. Əminəm ki, müstəqillik əldən verilməsəydi hazırda Azərbaycan dünyanın ən zəngin ölkərindən biri idi. Bu bir daha müstəqilliyin qorunub saxlanılmasının onu əldə etməkdən çətin olduğunu göstərir. 1990-cı ildə milli bayrağımızın ulu öndər Heydər Əliyev tərəfindən Naxçıvanda ucaldılması tarixi hadisədir”. (apa.az)

“Müstəqilliyə gedən yol: Azərbaycan Xalq Cümhuriyyəti” biblioqrafik göstərici nəşr etdirilmişdir

Bakı, 26 oktyabr (AZƏRTAC). AMEA Rəyasət Heyətinin və Mərkəzi Elmi Kitabxanası Elmi Şurasının qərarına əsasən “Müstəqilliyə gedən yol: Azərbaycan Xalq Cümhuriyəti” adlı biblioqrafik göstərici işıq üzü görmüşdür.

AZƏRTAC xəbər verir ki, biblioqrafik göstəricinin tərtibçisi AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli, elmi redaktoru AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, ixtisas redaktoru, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Nadir İsmayılovdur.

Kitab Azərbaycan tarixinin şanlı səhifələrindən birinə- Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuşdur. Yeni nəşrdə müasir Azərbaycan Respublikasının sələfi olan Azərbaycan Xalq Cümhuriyyəti haqqında 1918-2009-cu illərdə işıq üzü görmüş materiallar yer almışdır. Biblioqrafik göstəriciyə müasir Azərbaycan dövlətçiliyinin Azərbaycan Xalq Cümhuriyyətinə verdiyi qiyməti əks etdirən və Cümhuriyyət haqqında mövcud olan digər sənədlər (kitablar, dövri mətbuatda və məcmuələrdə dərc olunan məqalələr, elmi-tədqiqat əsərləri və s.) daxildir.

Kitabın məqsədi Azərbaycan Xalq Cümhuriyyəti haqqında mövcud olan sənədləri müəyyənləşdirmək, onları toplayıb qruplaşdırmaq və Azərbaycan Xalq Cümhuriyyəti haqqında maraqlanan, bu sahədə tədqiqat işi aparan mütəxəssislərə, eyni zamanda, geniş oxucu auditoriyasına məlumat verməkdir.

Comments are closed, but trackbacks and pingbacks are open.