Press "Enter" to skip to content

Müstəqilliyə gedən yol azərbaycan xalq cümhuriyyəti

Bu gün əsl müstəqillik dövrüdür. Çünki bu gün biz özümüz öz gələcəyimizi müəyyən edirik. Bu gün biz özümüz qərarları qəbul edirik. Bu gün Azərbaycanda xalqın iradəsi hökm sürür. Bu gün Azərbaycan dünya miqyasında müasir, öz tarixinə, ənənələrinə sadiq, sürətlə inkişaf edən dinamik ölkədir. Heç kimdən asılı deyilik və elə etməliyik ki, heç vaxt heç kimdən asılı olmayaq. Buna görə güclü olmalıyıq, vətənpərvər olmalıyıq, iqtisadiyyatımız daha da güclü olmalıdır və siyasi iradəmiz yerində olmalıdır. Bugünkü hakimiyyətdə bütün bunlar var və hər kəs görür ki, heç kim bizim işimizə müdaxilə edə bilməz”.

Müstəqilliyə gedən yol azərbaycan xalq cümhuriyyəti

“Müstəqilliyə gedən yol : Azərbaycan Xalq Cümhuriyyəti” adlı biblioqrafik qöstərici isıq üzü qörüb

AMEA Rəyasət Heyətinin və Mərkəzi Elmi Kitabxanası Elmi Şurasının qərarına əsasən , ” Müstəqilliyə gedən yol : Azərbaycan Xalq Cümhuriyyəti ” adlı biblioqrafik göstərici işıq üzü görüb . Biblioqrafik göst ə ricinin tərtibçisi AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru , filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli , elmi redaktoru AMEA- nın müxbir üzvü Yaqub Mahmudov , ixtisas redaktoru , pedaqoji elmlər üzrə fəlsəfə doktoru Nadir İsmayılovdur .

Kitab Azərbaycan tarixinin şanlı səhifələrindən birinə – Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunub . Yeni nəşrdə müasir Az ə rbaycan Respublikasının sələfi olan Azərbaycan Xalq Cümhuriyyəti haqqında 1918-2009-cu illərdə işıq üzü görmüş materiallar yer alıb . Biblioqrafik göst ə riciyə müasir Azərbaycan �� dövlətçiliyinin � Azərbaycan Xalq Cümhuriyyətinə verdiyi qiyməti əks etdirən və Cümhuriyyət haqqında mövcud olan digər sənədlər ( kitablar , dövri mətbuatda və məcmuələrdə dərc olunan məqalələr , elmi-tədqiqat əsərləri və s.) daxildir . Kitabın məqs ə di Azərbaycan Xalq Cümhuriyyəti haqqında mövcud olan sənədləri müəyyənləşdirmək , onları toplayıb qruplaşdırmaq və Azərbaycan Xalq Cümhuriyyəti haqqında maraqlanan , bu sa-hədə tədqiqat işi aparan mütəxəssislərə , eyni zamanda geniş oxucu auditoriyasına məlumat verməkdir .

Mövqe.- 2010.- 28 oktyabr.- S.13.

Müstəqilliyə gedən yol azərbaycan xalq cümhuriyyəti

Təhsillə gəncliyin üzvi surətdə vəhdət təşkil etməsi təbiidir. Müstəqil Azərbaycanın inkişafında, onun lider dövlətə çevrilməsində elm və təhsilin payı xüsusi çəkiyə malikdir.

Məhz buna görə də hələ keçmiş sovetlər birliyi dövründə Ümummilli Lider Heydər Əliyev bu sahənin inkişafına daha çox diqqət yetirmiş, gənclərin savadlı, bilikli, hərtərəfli inkişafı üçün müstəsna xidmətlər göstərmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə təsis edilmiş Bakı Dövlət Universitetinin 100 illik yubiley tədbirində Prezident İlham Əliyev zəngin faktlara söykənən çıxışında bu məsələyə xüsusi diqqət yetirdi. Ölkə rəhbəri qeyd etdi ki, Azərbaycan Xalq Cümhuriyyəti xalqımız qarşısında böyük xidmətlər göstərib.

AXC-nin yadigarı olan Bakı Dövlət Universiteti yeni ictimai-siyasi dövrdə fəaliyyətini davam etdirib. Ötən yüz il ərzində bu ali təhsil müəssisəsinin 200 minə yaxın məzunu müxtəlif sahələrdə bilik və bacarıqlarını göstərib. Onların arasından görkəmli elm adamları – alimlər, ictimai xadimlər, siyasətçilər, müxtəlif sahələrin mütəxəssisləri çıxıb.

Müasir Azərbaycanın qurucusu Heydər Əliyev də Bakı Dövlət Universitetinin məzunu idi. O, həm sovet, həm müstəqillik illərində, eləcə də sonrakı dövrdə xalq və dövlət qarşısında misilsiz xidmətlər göstərib.

Həmin illəri unutmayan insanlar yaxşı xatırlayırlar ki, Ulu Öndər Heydər Əliyev təhsil sahəsinə çox böyük diqqət yetirirdi. Gənclərin SSRİ-nin yüksək kateqoriyalı aparıcı ali təhsil müəssisələrində oxumaları üçün bütün imkanlardan istifadə edirdi. Məhz bu qayğının nəticəsi idi ki, o zamanlar hər il təxminən 800 nəfərə qədər gəncimiz Bakıda imtahanlar verib, Moskva, Sankt-Peterburq (Leninqrad) kimi nəhəng şəhərlərdəki aparıcı ali məktəblərdə oxuyub, mütəxəssis kimi yetişərək Azərbaycanın xalq təsərrüfatının inkişafında xidmət göstərirdilər. Bu, ilk növbədə Azərbaycanın gələcəyi üçün güclü kadr potensialının yaradılması demək idi. Həmin illərdə yüksək təhsil almış kadrlar Azərbaycanı bu gün layiqincə təmsil edirlər.

Ötən əsrin 70-ci illərində Ulu Öndər Heydər Əliyevin yürütdüyü siyasət xalq tərəfindən rəğbətlə və böyük məhəbbətlə qarşılanmışdı. Odur ki, Azərbaycan 1990-cı illərin əvvəllərində böyük fəlakətlə üz-üzə qalanda doğma xalqı Ümummilli Lideri haraya çağırdı. Çünki o illər ərzində gördüyü işlər Azərbaycan xalqının qəlbində Heydər Əliyevə böyük inam hissini saxlayırdı. Məhz buna görə xalq birmənalı şəkildə müstəqilliyə gedən yolu Heydər Əliyevin adı ilə bağlayır. Yaxın tariximizdən bilirik ki, Ümummilli Liderin təşəbbüsü ilə Naxçıvan Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi təsis olundu və bununla bağlı qərar qəbul edildi. Daha bir inkarolunmaz fakt isə ondan ibarətdir ki, Ulu Öndər müstəqilliyin ilk illərindən Azərbaycanda rəhbər olsaydı, bir qarış torpağımız da işğal olunmaz, xalqımız və dövlətimiz təcavüzə məruz qalmazdı.

Azərbaycan Prezidenti tədbir iştirakçılarının nəzərinə çatdırdı ki, gənclər də bu tarixi bilməlidirlər: “Mən dəfələrlə bunu demişəm. Biz – bu tarixi yaşayan insanlar, əlbəttə ki, heç vaxt bunu unutmayacağıq. Bugünkü uğurlu inkişafımızı hər zaman qiymətləndirəcəyik. Gənclər bunu görməyiblər. Onlara elə gəlir ki, həmişə belə olub. Onlara elə gəlir ki, Azərbaycan həmişə belə çiçəklənən, firavan dövlət olub. Belə deyildi. Biz o günləri yaxşı xatırlayırıq. Xalq Cəbhəsi-Müsavat cütlüyünün xəyanətkar hakimiyyəti dövründə on minlərlə insan saatlarla çörək növbəsində dayanırdı. Əlisilahlı quldurlar meydan oxuyurdular, şəhərlərimizdə insanları incidirdilər, oğurlayırdılar, işgəncələr verirdilər, jurnalistləri döyürdülər. Məhz Xalq Cəbhəsi-Müsavat hakimiyyəti – özünü demokrat adlandıran bu ünsürlər Azərbaycanda senzura tətbiq etmişdilər. Heydər Əliyev hakimiyyətə gələndən sonra senzuranı ləğv etdi. Gənclər bu tarixi bilməlidirlər. Müəllimlər bu tarixi onlara çatdırmalıdırlar ki, həm həqiqəti bilsinlər, həm də Azərbaycan gələcəkdə heç vaxt bu ağır vəziyyətə düşməsin”.

Dövlət başçısının yubiley tədbirində vurğuladığı kimi, bizi bizdən çox sevən, istəyən ola bilməz. Bunun dəfələrlə şahidi olmuşuq. Bəzi xarici dairələr, guya, Azərbaycana kömək etmək istədiklərini bildirirlər. Bu saxta canıyananlıq məkrliliyini gizlədə bilmir. Azərbaycan Prezidenti də məhz bu məsələyə toxunaraq deyir: “. Siz Azərbaycanı bu qədər sevirsinizsə, nə üçün o vaxt bizə kömək etməmisiniz?! Nə üçün ağır vəziyyətdə olan ölkəyə kömək etməmisiniz?! İndi sıra ilə düzülüblər bizə kredit vermək istəyənlər. Biz almırıq. Biz özümüz kredit veririk. Bizim xarici dövlət borcumuz ümumi daxili məhsulun 17 faizini təşkil edir. Bu göstəriciyə görə biz dünyada doqquzuncu yerdəyik.

Bu gün əsl müstəqillik dövrüdür. Çünki bu gün biz özümüz öz gələcəyimizi müəyyən edirik. Bu gün biz özümüz qərarları qəbul edirik. Bu gün Azərbaycanda xalqın iradəsi hökm sürür. Bu gün Azərbaycan dünya miqyasında müasir, öz tarixinə, ənənələrinə sadiq, sürətlə inkişaf edən dinamik ölkədir. Heç kimdən asılı deyilik və elə etməliyik ki, heç vaxt heç kimdən asılı olmayaq. Buna görə güclü olmalıyıq, vətənpərvər olmalıyıq, iqtisadiyyatımız daha da güclü olmalıdır və siyasi iradəmiz yerində olmalıdır. Bugünkü hakimiyyətdə bütün bunlar var və hər kəs görür ki, heç kim bizim işimizə müdaxilə edə bilməz”.

Daha bir məsələ: xaricdəki anti-Azərbaycan dairələr artıq açıq şəkildə bilirlər və etiraf da edirlər ki, burada sağlam müxalifət yoxdur, ayrı-ayrı satqın dəstələr mövcuddur. Onlara pul təminatı da azaldığı üçün daha iyrənc bir yola əl atır, gəncləri əsas hədəf seçir, onları yoldan çıxarmaq, beyinlərini zəhərləmək istəyirlər. Lakin bu xalq ötən əsrin 90-cı illərindəki deyil. Ona görə də onların bu bəd niyyətləri həyata keçə bilmir. Çünki Azərbaycan gəncliyi vətənpərvərliyi, Vətənsevərliyi ilə tanınır. Buna görə də dövlət başçısı bu bəd niyyətə qarşı tələbə və müəllimləri ayıq-sayıq olmağa səslədi: müəllimlər gənclərə nəinki biliklər verməli, onları həm də vətənpərvərlik ruhunda tərbiyə etməlidirlər. Respublikamızın hərtərəfli inkişafının göstəricilərindən biri də internet istifadəçilərinin faizində öz əksini tapır. Belə ki, bu gün sosial şəbəkələrdən istifadə ölkə əhalisinin 80 faizini üstələyir. Bu həm də Azərbaycanda azad, demokratik cəmiyyət formalaşması, azad medianın mövcudluğu deməkdir. Bu, eyni zamanda Azərbaycandan qaçıb, xarici ölkələrdə öz doğma Vətəninə qarayaxma kampaniyası aparanlara sərt cavabdır.

Azərbaycan Prezidentinin istədiyi və tələbi odur ki, gənclər tarixi yaxşı bilməlidirlər: “. Əgər tarixi yaxşı bilsələr, görərlər ki, tariximizdə heç vaxt heç bir kənar qüvvə, heç bir yad dairə bizim xoşbəxtliyimizi istəməyib, əksinə, bizi əzmək istəyib, özünə ram etmək istəyib, sərvətlərimizi talamaq istəyib, bizi alçaltmaq istəyib. Əgər belə olmasaydı, bizim çoxəsrlik tariximizin böyük hissəsi müstəmləkəçilik tarixi olmazdı. Heç kim bizim işimizə müdaxilə edə bilməz, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Qoy ləkələsinlər, qoy yalan-uydurma yaysınlar, bizə yapışmır. Əsas odur ki, biz öz həyatımızı ləyaqətlə yaşayaq. Ləyaqətli insanlar kimi, vətənə bağlı olan insanlar kimi, mərd insanlar kimi yaşayaq, quraq, yaradaq, bütün yad qüvvələrə cavabımızı verək və öz inkişaf yolumuzu davam etdirək”.

Dövlət başçısı müəllim peşəsinin çox şərəfli, məsuliyyətli, çox ağır olduğunu xüsusi vurğulayaraq qeyd etdi ki, onlar hər zaman tələbə qarşısında öz biliklərini nümayiş etdirməlidirlər: “. Tələbələr də indi hər şeyi görürlər, seçə bilirlər. Ona görə müəllimlər daim öz biliklərini artırmalıdırlar. Tələbələrə də sözüm odur ki, bilikli olsunlar. Bugünkü dünyada tanışlıqla, tapşırıqla oxumaq mümkün deyil”.

Gənclərdə vətənpərvərlik çox güclü olmalıdır. Onlar ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Bax belə gənclər ölkəmizi gələcəyə inamla apara bilərlər. Azərbaycan Prezidenti hesab edir ki, bugünkü gənclərin mütləq əksəriyyəti bu meyarlara cavab verir – bilikli, savadlı, Vətənə bağlı, vətənpərvər və dünyaya açıq.

“Cümhuriyyətdən müstəqilliyə gedən yol”

“Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunmuş “Cümhuriyyətdən müstəqilliyə gedən yol” adlı tədbir keçirilib.
Tədbirdə Mədəniyyət Nazirliyinin, Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndələri, tarix-mədəniyyət qoruqlarının rəhbərləri, eləcə də xarici qonaqlar iştirak ediblər.
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev, tarix üzrə fəlsəfə doktoru Əli Fərhadov, tarix elmləri doktoru, BDU-nun professoru Nuru Məmmədov, ADMİU-nun professoru, fəlsəfə üzrə elmlər doktoru Mübariz Süleymanlı, tarix elmləri doktoru, professor, BDU-nun Tarix fakültəsinin kafedra müdiri Qüdrət İsmayılzadə çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki rolundan söhbət açıblar. Çıxışlarda Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanıb, ölkəmizin müasir inkişaf yolundan bəhs edilib.
Tədbirdə yerli mütəxəssislərlə yanaşı qazaxıstanlı alim, tarix elmləri doktoru Ayman Dosumbayeva, eləcə də tarix elmləri doktoru Mixail Benderev çıxış ediblər.
Tədbirin bədii hissəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının doktorantı Rüfət Piriyev, Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti Kamran Rzayev, Bülbül adına Orta ixtisas musiqi məktəbinin şagirdi Rəşid Bəylərlinin ifalarında musiqilər səslənib, VL studiyasının rəqqasları çıxış ediblər.
Tədbirin sonunda rəsmi və bədii hissənin iştirakçıları fəxri diplomlarla təltif olunub.

Bu kateqoriyaya aid digər yazılar

Comments are closed, but trackbacks and pingbacks are open.