Musyibov azrbaycanın cografiyası
Azərbaycanda torpaq örtüyünün müxtəlif olmasına əsas səbəb relyef və iqlim şəraitinin müxtəlifliyidir. Hümusun miqdarı nə qədər çox olarsa, torpağın rəngi bir o qədər münbit olar. Ən çox hümus qara torpaqdadır (10-12%). Qəhvəyi və qonur dağ-meşə torpaqlarında 5-10%, şabalıdı torpaqlarda 4-6%, boz-qonur və boz torpaqlarda 2-3%-dır. Azərbaycanın rütubətlənmə əmsalı vahiddən çox olan ərazilərində — qonur və qəhvəyi dağ-meşə, dağ-çəmən, sarı, qara və tünd şabalıdı kimi münbit torpaqlar yayılıb. Dağlıq ərazilərdə yayılan bu torpaqlarda dəmyə əkinçiliyi geniş yayılıb. Quraq ərazilərdə yayılan boz, boz-qonur, boz-çəmən, şoran, açıq şabalıdı torpaqlar daha az münbitliyə malikdir. Düzənliklərdə yayılmış bu torpaqlarda suvarma əkinçiliyi inkişaf edib. Azərbaycanda hündürlük qurşağına görə torpaqlar aşağıdakı kimi formalaşıb:( Ardı )
Azərbaycanın coğrafi mövqeyi
Azərbaycan haqqında ilk yazılı məlumat b. e. ə. I əsrdə yaşamış, yunan alimi Strabonun «Coğrafiya» kitabında verilib. O bu əsərdə Kürboyu düzənliklərin Babil və Həbəş düzlərindən daha məhsuldar olduğunu vurğulayır.
II əsrdə yaşamış Ptolomey Albaniyadakı 29 şəhərin coğrafi koordinatlarını göstərir.
XV coğrafiyaçısı O.Bakuvi Dünyanı 7 iqlimə bölmüş, Azərbaycanı 4 və 5-ci iqlimə aid etmişdir.
Azərbaycanın Böyük Ipək yolu üzərində olması, Qərblə Şərqin qovşağında yerləşməsi, zəngin təbiəti ona daim maraq yaratmışdır.
Azərbaycan coğrafiyaçılarından H. Şirvani, Q. R. Mirzəzadə (o, ilk milli «Coğrafiya» kitabının müəllifidir), I.Qutqaşenli, H.Zərdabi, M.Baharli müxtəlif istiqamətlərdə tədqiqatlar aparmışlar.
Ümumi sahəsi 200 min km 2 -dən artıq olan Azərbaycan 1813 və 1828-ci illərdə Gülüstan və Türkmənçay müqavilələri əsasında Iran və Rusiya arasında iki hissəyə parçalanıb. Ərazinin çox hissəsi cənubdadır. (Iranda)
Hazırda Azərbaycan Respublikasının ümumi sahəsi 86,6 min km 2 -dir ki, bunun da 20%-i Ermənistan tərəfindən işğal olunub. Azərbaycan şimaldan cənuba – 400 km, qərbdən şərqə -500 km uzanır. Azərbaycan Ispaniya, Yunanıstan, Türkiyə, Çin, Koreya ilə eyni coğrafi enlikdədir.
Ucqar nöqtələri:
1. Şimalda – Quton dağı
2. Cənubda- Astara çay
3. Qərbdə- Candargöl və ya Sədərək qəsəbəsi.
4. Şərqdə – Neft daşları (və ya Şahdili burnu).
Sərhədlərinin ümumi uzunluğu 3472 km olub, 5 ölkə ilə həmsərhəddir:
1. Şimalda – Rusiya ilə (391 km) – Baş Qafqaz Suayrıcı silsiləsi, Samur çayı, Sudur silsiləsi;
2. Şimal-qərbdə – Gürcüstan ilə (471 km) Alazan (Qanıx) və Iori (Qabırrı) çay dərələri boyu;
3. Qərbdə – Ermənistan ilə (1007 km) Murğuz, Şahdağ, Şərqi Göyçə, Mehri silsilələri, Qarabağ vulkanik yaylası. O cümlədən 224 km məsafədə Dərələyəz və Zəngəzur silsilələri boyunca Naxçıvanla həmsərhəddir;
4. Cənub-qərbdə (13 km) – Türkiyə ilə (Araz çayı ilə);
5. Cənubda – 765 km – Iranla Talış dağları, Araz, Astara va Bolqarçayla həmsərhədlənib.
6. Şərqdə – 825 km – Xəzərdə əhatələnib. Burada o, Qazaxıstan, Türkmənistan, Rusiya və Iranla sərhədlənib.
Azərbaycana Pirallahı, Çilov, Böyük Zirə, Daş Zirə, Xərə Zirə, Gil Zirə, Səngi Muöan, Zənbil adaları, Bakı və Abşeron arxipelaqları, Sarı, Kürdili yarımadaları aiddir. Xəzərin səviyyəsinin artması ilə əlaqədar Sarı və Kürdili yarımadaları adaya çevrilib.
Azərbaycan Avropa və Asiya qitələrinin sərhəddində, Şimal və Şərq yarımadalarında yerləşir. Azərbaycan materik daxili, lakin dəniz sahili mövqeyə malikdir. Azərbaycan gəmiləri Volqa-Don və Volqa-Baltik kanalları vasitəsi ilə Atlantik okeanına, Baltik-Ağ dəniz kanalı ilə isə Şimal Buzlu okeanına çıxa bilir.
- Teqlər:
- Azərbaycan
- , Azərbaycanın coğrafi mövqeyi
- , Azərbaycanın coğrafiyası
Musyibov azrbaycanın cografiyası
(+994 12) 493 30 77
- Fəlsəfə
- Tarix
- Azərbaycan tarixi
- Sosiologiya
- Etnoqrafiya
- İqtisadiyyat
- Dövlət və hüquq
- Siyasət. Siyasi elmlər
- Elm və təhsil
- Mədəniyyət
- Kitabxana işi
- Psixologiya
- Dilçilik
- Ədəbiyyatşünaslıq
- Folklor
- Bədii ədəbiyyat
- İncəsənət
- Kütləvi informasiya vasitələri
Azərbaycanın tarixi-siyasi coğrafiyası
Abunə
Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.
Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.
Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.
Bannerlər
Əlaqə
Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58
Tel.: (+99412) 596-26-13
İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar
Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.
Musyibov azrbaycanın cografiyası
Azərbaycan haqqında ilk yazılı məlumat b. e. ə. I əsrdə yaşamış, yunan alimi Strabonun «Coğrafiya» kitabında verilib. O bu əsərdə Kürboyu düzənliklərin Babil və Həbəş düzlərindən daha məhsuldar olduğunu vurğulayır.
II əsrdə yaşamış Ptolomey Albaniyadakı 29 şəhərin coğrafi koordinatlarını göstərir.
XV coğrafiyaçısı O.Bakuvi Dünyanı 7 iqlimə bölmüş, Azərbaycanı 4 və 5-ci iqlimə aid etmişdir.
Azərbaycanın Böyük Ipək yolu üzərində olması, Qərblə Şərqin qovşağında yerləşməsi, zəngin təbiəti ona daim maraq yaratmışdır.
Azərbaycan subtropik və mülayim iqlim qurşaqlarının qovuşduğu ərazidə yerləşib. Azərbaycanın iqliminin mürəkkəb olmasına səbəb:
1. Coğrafi enlik;
2. Günəş radiasiyası;
3. Mürəkkəb relyef;
4. Müxtəlif mənşəli hava kütlələrinin Azərbaycana təsiri və s.
Böyük Qafqaz şimaldan gələn soyuq hava kütlələrinin, Kiçik Qafqaz cənubdan gələn isti və quru küləklərin, Xəzər dənizi, şərqdən gələn quru və tozlu küləklərin Azərbaycana daxil olmasına mane olur.
Azərbaycanla eyni coğrafi enlikdə yerləşən Pireney, Appenin, Kiçik Asiya yarımadalarında yerləşən Ispaniya, Italiya, Türkiyə dövlətlərinin iqlimi Azərbaycana oxşayır.
Azərbaycandakı coğrafi obyektlərin hündürlüyü Baltik dənizinin səviyyəsindən ölçülür. Azərbaycanda orta hündürlük 657 m, maksimum hündürlük 4466 m (Bazardüzü), minimum hündürlük — 27 m-dir (Xəzərin sahilləri). Relyef amplitudası 4466 +(-27) = 4493 m. Ərazinin 60%-i dağlıqdır. Azəraycanın ən mühüm geomorfoloji vahidləri: Böyük və Kiçik Qafqaz, Talış dağları və Kür-Araz ovalığıdır.
Azərbaycanda torpaq örtüyünün müxtəlif olmasına əsas səbəb relyef və iqlim şəraitinin müxtəlifliyidir. Hümusun miqdarı nə qədər çox olarsa, torpağın rəngi bir o qədər münbit olar. Ən çox hümus qara torpaqdadır (10-12%). Qəhvəyi və qonur dağ-meşə torpaqlarında 5-10%, şabalıdı torpaqlarda 4-6%, boz-qonur və boz torpaqlarda 2-3%-dır. Azərbaycanın rütubətlənmə əmsalı vahiddən çox olan ərazilərində — qonur və qəhvəyi dağ-meşə, dağ-çəmən, sarı, qara və tünd şabalıdı kimi münbit torpaqlar yayılıb. Dağlıq ərazilərdə yayılan bu torpaqlarda dəmyə əkinçiliyi geniş yayılıb. Quraq ərazilərdə yayılan boz, boz-qonur, boz-çəmən, şoran, açıq şabalıdı torpaqlar daha az münbitliyə malikdir. Düzənliklərdə yayılmış bu torpaqlarda suvarma əkinçiliyi inkişaf edib. Azərbaycanda hündürlük qurşağına görə torpaqlar aşağıdakı kimi formalaşıb:( Ardı )
Azərbaycan Şərqi Avropa tavası ilə Afrika-Ərəbistan tavalarının toqquşduğu sərhəddə yerləşir. Ərazi tamamilə Alp-Himalay geosinklinalının tərkibinə daxildir. Tava toqquşması nəticəsində Mezozoy erasında K.Qafqaz, Naxçıvan və Talış dağlarında vulkanlar püskürmüşdür. Sönmüş vulkanlar Qarabağ vulkanik yaylasında daha geniş yayılıb. Böyük Işıqlı, Qızılboğaz və Gəlinqaya bu yaylanın ən iri sönmüş vulkanlarıdır. Kaynazoyda B.Qafqaz güclü tektonik qalxmaya məruz qalmış, Kür-Araz ovalığı isə çökmüşdür.
Azərbaycanda ən qədim süxurlar Kembriyə qədərki, yəni Proterezoy yaşlı olub, Naxçıvanda-Dərələyəz silsiləsində və Sədərək qalxmasında, Tovuz rayonunda Zəyəmçay (Əsrikçay) hövzəsində üzə çıxıb. Onların yaşı 400-450 milyon ildir.( Ardı )
Azərbaycanda 8 hava kütləsi daxil olur. Bunlardan Kontinental Arktik, dəniz Arktik, mülayim dəniz və tropik hava kütlələri Azərbaycanda iqlimin formalaşmasına təsir edən əsas hava kütlələridir.
1. Kontinental Arktik
2. Dəniz Arktik
3. Mülayim dəniz Nəticədə temperatur aşağı düşür, güclü külək əsir, yağıntı düşür.
4. Mülayim kontinental
5. Cənub siklonları
6. Tropik hava kütlələri cənubdan Azərbaycana daxil olaraq qışda havanın quru və mülayim, yayda isə isti və quru keçməsinə səbəb olur.( Ardı )
Azərbaycanda 8400-ə yaxın çay var. Uzunluğu 5 km-dən artıq çayların sayı 190-dir. 21 çayın uzunluğu isə 100 km-dən çoxdur. Yalnız 2 çayın uzunluğu 500 km-dən çoxdur. Çaylar əsasən dağlarda formalaşır. Düzənlikdə onlar Kür və Araz çaylarına qovuşur və yaxud birbaşa Xəzərə tökülür. Azərbaycanın bütün çayları qapalı axarsız hövzə olan Xəzərə aiddir. Çayların orta illik su axımı 31 km3-a yaxındır ki, bunun da 2/3-si qonşu ölkələrdə yaranır. Iqlimin quraqlığının artması Böyük və Kiçik Qafqazda çay şəbəkəsinin sıxlığının düzənliklərə doğru azalmasına səbəb olur. Ən sıx çay şəbəkəsi orta dağlıqda, ən az isə düzənliklərdə müşahidə edilir.
Çaylar müxtəlif xüsusiliyinə görə qruplaşdırılırlar.
I. Uzunluğuna görə: Kür-1515 km, Araz-1072 km, Qanıx-413 km, Qabırrı — 389 km, Samur-216 km, Tərtər-200 km;
II. Mənbəyinin hündürlüyünə görə: Türyançay-3680 m, Samur-3600 m, Qusarçay-3780 m, Əyriçay-3200 m;
III. Mənsəbinə görə Ardı )
Azərbaycanda 700-ə yaxın göl vardır ki, bunun da yalnız 250-si yayda qurumur. Sahəsi 1 km 2 -dan çox olan və böyük təsərrüfat əhəmiyyəti olan göllərin sayı 25-dir. Mənşəyinə görə göllər:
1. Tektonik göllərə — Abşeron-Qobustandakı və Kiçik Qafqazdakı Böyük və Kiçik Alagöllər, həmçinin Acınohur gölü aiddir.
2. Buzlaq mənşəli göllər — Böyük və Kiçik Qafqazın 2800-3500 m hissələrində yaranıb. Məsələn: Qəbələdə Tufangöl.
3. Uçqun və sürüşmədən yaranan bənd gölləri Kiçik Qafqazdakı — Göygöl, Maralgöl, Ağgöl, Qanlıgöl və Naxçıvandakı Batabat aiddir.
4. Axmaz və ya çay-dərə gölləri Kür-Araz ovalığında Kür çayı boyunca yaranıb. Məsələn: Ağgöl, Sarısu, Mehman, Hacıqabul və s.
5. Qalıq və ya relikt göllər Xəzərin qalıqları olub, şor suludurlar. Xəzərin sahillərində yerləşir.
Suyunun tərkibinə və axarlılığına görə göllər: ( Ardı )
Comments are closed, but trackbacks and pingbacks are open.