Microsoft Word Az? rbaycan? n fiziki cografiyas? proqram magist
giyası və iqlimilə əlaqəsi. Ərazidə hidroqrafik şəbəkə sıxlığının dəyişilmə qanunauy-
Azərbaycan fiziki-coğrafi rayonları YENİ
Hər bir ölkə coğrafi xüsusiyyətlərinə görə bir-birindən fərqlənən, yaxud oxşar ərazilərdən ibarətdir. Bu ərazilər iqlimin, relyefin, geoloji quruluşun, təbii landşaftların oxşarlığına görə qruplaşdırılır və xüsusi ərazi vahidlərinə – rayonlara ayrılır. Bu, fiziki-coğrafi rayonlaşdırma adlanır. Rayonlaşdırma aşağıdakı vahidlər üzrə aparılır: ölkə, vilayət, yarımvilayət, rayon. Bu bölgü vahidləri siyasi-inzibati bölgü ilə əlaqəsi olmayan və müəyyən təbii sərhədlər daxilində yerləşən ərazilərdir.
Azərbaycanın ərazisi 2 fiziki-coğrafi ölkənin – Qafqaz və Ön Asiya ölkələrinin daxilində yerləşir. Bu fiziki-coğrafi ölkələr daxilində 5 fiziki-coğrafi vilayət ayrılır: Böyük Qafqaz, Kiçik Qafqaz, Kür dağarası çökəkliyi, Lənkəran (Qafqaz ölkəsi) və Orta Araz (Ön Asiya ölkəsi). Vilayətlər (Orta Araz və Lənkərandan başqa) yarımvilayətlərə bölünür. Vilayət və yarımvilayətlərin daxilində isə 19 fiziki-coğrafi rayon ayrılır
BÖYÜK QAFQAZ VİLAYƏTİ
Böyük Qafqaz vilayəti Azərbaycanın şimal-şərq hissəsini əhatə edir. Bu vilayət Xəzər sahillərindən mütləq yüksəkliyi 4466 m olan Bazardüzü zirvəsinə qədər ucalır. Əsas hissəsini Baş Qafqaz silsiləsi tutur. Vilayət zəngin faydalı qazıntı yataqlarına (neft, təbii qaz, yanar şist, polimetal və s.) və mineral su mənbələrinə malikdir.
Böyük Qafqaz vilayəti Azərbaycanın şimal-şərq hissəsini əhatə edir. Bu vilayət Xəzər sahillərindən mütləq yüksəkliyi 4466 m olan Bazardüzü zirvəsinə qədər ucalır. Əsas hissəsini Baş Qafqaz silsiləsi tutur. Vilayət zəngin faydalı qazıntı yataqlarına (neft, təbii qaz, yanar şist, polimetal və s.) və mineral su mənbələrinə malikdir.
Böyük Qafqaz təbii vilayətində düzənliklərdən yüksək dağlığa doğru yarımsəhra və quru çöl iqlimindən başlayaraq dağ-tundra iqliminə qədər bütün iqlim tipləri yayılmışdır. Orta illik temperatur +14°C ilə 0°C arasında, yağıntıların orta illik miqdarı isə 100 mm – 1600 mm arasında dəyişir.
Böyük Qafqaz sıx çay şəbəkəsinə malikdir. Çayların əksəriyyəti öz mənbəyini Baş Suayırıcı silsiləsindən götürərək Kür çayına və birbaşa Xəzərə tökülür. Düzənliklərdə, əsasən, şorsulu, dağlıq ərazilərdə isə şirinsulu göllər yayılmışdır.
Böyük Qafqaz dağlarında torpaq-bitki örtüyü, heyvanlar aləmi, təbii landşaftlar yüksəklik qurşaqları üzrə paylanmışdır. Düzənliklərdə yarımsəhra və quru çöl landşaftı, hündür ərazilərdə isə dağ landşaftları üstünlük təşkil edir. Yarımsəhralarda boz, boz-qonur, Samur – Dəvəçi ovalığının şimalında düzən meşə-çəmən torpaqları yayılmışdır. Dağlıq ərazilərdə qara, şabalıdı, dağ-çəmən, qəhvəyi və qonur dağ-meşə torpaqları formalaşmışdır.
Böyük Qafqazın zəngin təbii şəraiti və ehtiyatları burada müxtəlif təsərrüfat sahələrinin yaradılmasına imkan verir.
Xəzər dənizinin Nabrandan Abşerona qədər ecazkar qızılı qumlu sahilləri, bol günəşli çimərlikləri Azərbaycanın əsas sağlamlıq və istirahət zonasıdır. Abşeronda, Nabranda, Qəbələdə, Şəkidə, Zaqatalada iri turist bazaları fəaliyyət göstərir. Qalaaltı, Şıx mineral bulaqları böyük müalicəvi əhəmiyyətə malikdir.
- Neft ehtiyyatları ilə zəngindir
- Şirin qrunt suları səthə çıxaraq düzən meşələri yaradır (introzonal landşaft) Torpağı çəmən-meşədir.
- İqlimi yarımsəhra və quruçöldür.
- Laqun mənşəli Ağzıbirçala gölü burada yerləşir.
- Ön Qafqaz tektonik çökməsində yerləşir.
- Böyük Qafqazın şimal-şərq yamacı çaylarının mənsəbi bu rayonda yerləşir. (Qusar, Qudyal, Vəlvələ, Qara və s).
- Şimalda Rusiya ilə sərhəddir.
- Xəzər sahillərində yerləşdiyinə görə çox hissəsi okean səviyyəsindən aşağıda yerləşir.
- Süxurları düzənlikdə yerləşdiyi üçün Kaynazoyun IV süxurlarıdır.
- Dağlıq fiziki-coğrafi rayondur.
- Rusiya sərhəddə yerləşir. Qonaqkənd Böyük Qafqaz vilayətində ki bütün fiziki-coğrafi rayonlar ilə sərhəddə malikdir.
- Çox hissəsi dağ meşələri ilə örtülüdür. Torpağı qəhvəyi və qonurdur.
- Xaltan, Xaşı, Cimi, Qalaaltı kimi mineral bulaqlar bu fiziki-coğrafi rayonda yerləşir.
- Dağ meşələrindən yuxarıda dağ çəmən qurşağı yayılıb, torpağı çimli, torflu, ibtidaidir. Dağ çəmən qurşağı yay otlaqları kimi istifadə edilir.
- Mülayim istidən tutmuş dağ tundraya qədər bir çox iqlim tipi yayılıb. Qusar maili düzənliyində yağıntıları bərabər paylanan mülayim, Yan silsilədə isə qışı quraq keçən soyuq iqlim, 2700 m-dən yüksəkdə isə dağ tundra iqlim tipi hakimdir.
- Dağlıq rayon olduğu üçün əsas süxurları Yura və Tabaşirdir.
- Ərazisində böyük Şahdağ milli parkı yerləşir
- Rusiya ilə sərhəddə yerləşən bu fiziki –coğrafi rayon Böyük Qafqazın cənub yamaclarını təşkil edir
- Dağlıq relyef nəqliyyat şəraitini çətinləşdirir
- İqlimi yağıntıları bərabər paylanan mülayim-isti, il boyu bol yağıntılı soyuq və dağ-tundradır
- Orta dağlıqda meşə landşaftları yayılıb. Torpağı qəhvəyi və qonurdur. Yüksək dağlıqlar isə dağ-çəmən lanşdaftı ilə örtülüb torpağı çimli, toflu, ibtidai. Dağ çəmən qurşağı yay otlaqları kimi istifadə edilir.
- Zaqatala –Lahıc fiziki-coğrafi rayonundna başlayan çaylarda güclü daşlı-palçıqlı sellər müşahidə edilir.( Şin, Kiş, Kürmük). Bu zonanın çayları əsasən yeraltı sularla qidalanır.
- Bu fiziki –coğrafi rayonda Zaqatala (Zaqatala-Baləkən), İlisu (Qax) qoruqlarında dağ landşaftları və nadir heyvanlar qorunur.
- Yura və tabaşir yaşlı süxurlar üstünlük təşkil edir.
- Azərbaycanda Lənkəran təbii vilayətindən sonra ən çox yağıntı bu fiziki-coğrafi rayona düşür.
- Böyük Qafqaz vilayətində yegane polimetal filizi yatağı bu fiziki-coğrafi rayonda yerləşir (Filizçay, Katexçay)
- Böyük Qafqazın cənub-şərq yamaclarını təşkil edir.
- 8-9 bal gücündə zəlzələ zonasında yerləşir.
- Yayı quraq –keçən mülayim isti iqlim tipi hakimdir.
- Faydalı qazıntılarından yanar şist ehtiyyatları burada yerləşir.
- Şabalıdı, qəhvəyi dağ meşə, qonur dağ meşə, dağ –çəmən torpaqları bir-birini əvəz edir. Şamaxı, İsmayıllı da qara torpaqlar geniş yayılıb.
- Heç bir xarici ölkəyə çıxışı yoxdur.
- Süxurları alçaq dağlıq hissələrdə Paleogen, orta və yüksək dağlıq hissələrdə isə Tabaşirdir.
- Pirqulu dövlət qoruğunda “Qaraçöhrə” ağacı qorunur.
- Sumqayıtçay, Pirsaat, Ağsu, Girdman kimi çayların mənbələri burada yerləşir
- Xəzərin sahillərində yerləşən bu fiziki-coğrafi rayonda arid-denudasyon relyef formaları geniş yayılıb (yarğan, qobu, bedlend torpaqlar). Xəzər sahillərində isə abrazyon relyef formalarına rast gəlinir.
- Çayları yay aylarında quruyur və azsuludur, Xəzərə gəlib çatmır. Palçıqlı sellər gətirir (Pirsaat, Sumqayıtçay, Ceyrankeçməz)
- Torpaqları boz, boz-qonurdur. Qış otlaqları geniş yayılıb.
- Neogen, Paleogen və 4-cü süxurları daha geniş sahəni əhatə edir.
- Abşeron qoruğunda Xəzər suitisi qorunur.
- Fiziki-coğrafi rayon da neft ehtiyyatları ilə bütün Azərbaycanda tanınır. Buna görədə torpaqları çirklənib və onların rekultivasiyasına ciddi ehtiyac vardır. Bundan başqa Abşeron-Qobustanda texnogen landşaftlara daha çox rast gəlinir.
- Masazır, Böyükşor, Binəqədi kimi şor göllərindən duz və yod –brom əldə edilir.
KÜR ÇÖKƏKLİYİ VİLAYƏTİ
Kür çökəkliyi vilayəti Böyük və Kiçik Qafqaz dağlarının arasında, Acınohur-Ceyrançöl alçaq dağlığından (1100 m) Xəzər sahillərinə (-27 m) qədər uzanan geniş əyilmə zonasını əhatə edir. Vilayətin relyefi və tektonik quruluşu çox sadədir.
Ərazi, əsasən, hamar düzənliklərdən ibarətdir. Səthi Kaynozoyun IV dövr çöküntüləri ilə örtülmüşdür, Acınohur-Ceyrançöl alçaq dağlığında isə Neogen süxurları yayılmışdır. Vilayətin qərbində çay gətirmələri, şərqində isə dəniz çöküntüləri üstündür. Əsas təbii sərvətləri neft və qaz, müalicə palçığı (palçıq vulkanlarında), müalicə nefti (Naftalan), tikinti materialları və s.-dir.
Kür dağarası çökəkliyinin əsas iqlim tipi qışı mülayim keçən yarımsəhra və quru çöl iqlimidir. Qanıx-Əyriçay vadisində isə qışı quraq keçən mülayim-isti iqlim tipi hakimdir. Vilayətin daxilində ən çox yağıntı da bu əraziyə düşür (1000 mm-ə qədər). Kür çökəkliyində orta illik temperatur +14,5°C, yağıntıların orta illik miqdarı 200-400 mm, buxarlanma qabiliyyəti 1200 mm, rütubətlilik əmsalı isə 0,3-dür.
Vilayətdə çay şəbəkəsi seyrəkdir. Əsas çayları Kür, Araz və onların qollarıdır. Ərazidə artezian və minerallaşmış qrunt suları çoxdur. Suvarma tələb olunduğu üçün su anbarları və kanallar yaradılmışdır.
Əsas gölləri çay-dərə (axmaz) mənşəli Sarısu, Hacıqabul, Ağgöl, Mehmangöl, Candargöldür. Acınohur gölü tektonik mənşəlidir. Kür dağarası çökəkliyində boz, boz-qonur, boz-çəmən, açıq-şabalıdı, şoran və şorakət torpaqlar yayılmışdır. Bu torpaqların üzərində yarımsəhra və quru çöllərin kəngizli, yovşanlı, efemerli bitkiləri (quraqlığadavamlı birillik ot bitkiləri) inkişaf edir. Vilayətdə yarımsəhra, quru çöl və intrazonal landşaftlar yayılmışdır. İnsanlar bu əraziləri hələ qədim zamanlardan mənimsəməyə başlamışlar. Suvarılan torpaqlarda taxılçılıq (Küdrü-Şirvan, Mərkəzi Aran, Qazax-Qarabağ), üzümçülük, pambıqçılıq, quru subtropik bitkiçilik inkişaf etmişdir. Kür boyunca uzanan tuqay meşələri qırıldığı üçün sahəsi kəskin azalmışdır. Bu meşələr Qarayazı qoruğunda mühafizə olunur. Saqqızağacından ibarət Sultanbud meşəsi Qarabağ düzündə, Eldar şamı meşələri isə Ceyrançöldə Eldar oyuğunda qorunur. Qanıx-Əyriçayda yeraltı suların səthə yaxın olması burada düzən meşələrinin yaranmasına gətirib çıxarmışdır. Təbii vilayətin landşaftlarından və onun sərvətlərindən səmərəli istifadə, ekoloji problemlərin həlli məqsədilə bir sıra tədbirlər görülür. Belə tədbirlərə şoran torpaqların duzlardan təmizlənməsi, susuz ərazilərə yeni suvarma kanallarının çəkilməsi, tuqay meşələrinin bərpası və s. aiddir.
- Şirvan düzünün şimal hissəsini əhatə edir. Şirvan çaylarının gətirmə konusu bu fiziki-coğrafi rayonda geniş yayılıb.
- Torpağı boz-çəmən, açıq şabalıdır. Bu torpaqlarda suvarma şəraitində quru subtropik meyvəçilik inkişaf etdirilir.
- Süxurları kaynazoy erasının 4-cü dövr süxurlarıdır.
- İqlimi yarımsəhra və quru-çöldür.
- Kür çökəkliyinin mərkəz hissəsini əhatə etməklə, cənubdan İran, şərqdən isə Xəzər dənizi ilə sərhəddir.
- Qərbdən şərqə doğru ərazisi genişlənir, hamçinin şərqə doğru alçalır. Çox hissəsi okean səviyyəsindən aşağıda yerləşir
- İqlimi qışı mülayim keçən yarımsəhra və quru-çöldür. Torpağı əsasən boz-çəmən, boz qonur, açıq şabalıdır. Bu torpaqlarda suvarma (irriqasiya) ilə pambıqçılıq, quru subtropik bitkiçilik, bostan bitkiləri əkilir.
- Torpaqları şoranlaşmaya məruz qalıb, ona görə də, torpaqların meliorasiyasına ciddi ehtiyac vardır. Bunun üçün kollektor drenaj şəbəkəsi yaradılıb, qrunt sularının səviyyəsi aşağı salmaq, şor torpaqları duzdan təmizləmək lazımdır.
- Kür-Araz akkumliyativ düzənlikdir, səthi başdan-başa 4-cü dövrün çökmə süxurları ilə örtülmüşdür.
- Kür-Arazda ən yüksək temperatur Cənub-Şərqi Şirvandadır. Yağıntılar ümumi 200-400 arası dəyişir.
- Ərazisində Ağgöl, Şirvan, Qızılağac qoruq və milli parkları var. Bu qoruq və milli parklar okean səviyyəsindən aşağıda olmaqla ceyran və su quşlarının qorunduğu ərazilərdir.
- Kür çayının sol sahilində Şirvan, Cənub-Şərqi Şirvan, sağında isə Qarabağ, Mil, Muğan, Səlyan düzləri yerləşir. Bu düzlər Kür-Arazın ən iri oroqrafik vahidləri hesab edilir.
- Kür-Arazda çökmə süxurlara görə neft və təbii qaz yataqları geniş yayılıb.Muradxanlı, Mollakənd, Salyan, Neftçala və s rayonlarda neft yataqları, Neftçala da isə yod-brom vardır.
- Ərazisində bir sıra axmaz göllər yerləşir. Məsələn: Ağgöl (Ağcabədi), Sarısu (İmişli), Hacıqabul və s. Bu göllər kürün axmazları və yaxud çay dərə mənşəli göllər adlanır. Hamısı okean səviyyəsindən aşağıda yerləşir
- Kür-Arazda əkin olmayan hissələri qış otlaqları kimi istifadə edilir (qışın yumşaq keçdiyinə görə).
- Yuxarı Şirvan, Yuxarı Qarabağ, Baş Muğan, Baş Mil kanalları 100 minlərlə ha əraziləri suvarır.
- Şabalıdı torpaqlarda quru çöllər bütöv zolaq əmələ gətirir.
- Xarici ölkəyə çıxışı var və ərazisində tranit çaylar keçir (Tovuzçay, Ağstafaçay)
- Ərazisində kurort şəhərlər yerləşir (Naftalan)
- Yarımsəhra və quru çöl iqlim tipi hakimdir, süxurları 4-cü dövr süxurlarıdır.
- Kiçik Qafqazdan başlayıb Kürə tökülən çayların gətirmə konusları bu fiziki-coğrafi rayonda geniş yayılıb.
- Kür çökəkliyi vilayətinin yeganə mülayim-isti iqlim tipi yayılan rayonudur. İqlimi qışı quraq keçən mülayim-istidir
- Ərazisində şirin qrunt suları səthə yaxın yerləşib, düzən meşələri yaradır, torpağı çəmən-meşədir. Torpaqlarında suvarma aparılır.
- Xarici ölkəyə çıxışı vardır.
- Səthi 4-cü dövrün çökmə süxurları ilə örtülüb.
- Xarici ölkəyə çıxışı var. Kür çökəkliyi vilayətinin ən hündür nöqtəsi burada yerləşir (Çobandağ)
- İqlimi yarımsəhra quru-çöldür. Torpağı şabalıdıdır.
- Ərazisində həm şirin (Candar), həm də şor göllər var (Acınohur)
- Arid denudasyon relyef formaları geniş yayılıb (Yarğan, qobu, bedlend)
- Ərazisi ən mühüm qış otlağıdır ( qışın mülayim keçməsi, təbii yem bazasının olması ilə)
- Ərazisində tektonik mənşəli Acınohur (107 m), axmaz mənşəli Candar göl (380 m) var.
- Qarayazı (tuqay meşələri qorunur), Eldar şamı (Eldar şamı qorunur), Türyançay (ardıc, saqqız) qorunur.
- Ceyrançöl-Acınohurda neogen süxurları geniş yayılıb.
- Buradan axan çaylar palçıqlı sellər yaradır.
- Gəyən, İncə, Hərəmi düzləri, Mil-Muğan su qovşağı yerləşir.
- Torpağı boz-çəmən, iqlimi yarımsəhra və quru-çöldür.
- Araz çayının sahilində yerləşən bu fiziki-coğrafi rayon qərb hissədən Kiçik Qafqzla sərhəddir.
- Gəyən, İncə, Hərəmi düzələri yerləşir, Köndələn çayın mənsəbi bu fiziki-coğrafi rayondadır
KİÇİK QAFQAZ VİLAYƏTİ
Kiçik Qafqaz vilayəti Kiçik Qafqaz dağ sisteminin cənub- şərq hissəsini əhatə edir. Ərazinin ən yüksək zirvəsi Murovdağ silsiləsində yerləşən Gamışdağdır (3724 m). Ən alçaq yeri isə Zəngilan rayonunda Araz sahilindədir (300 m).
Enlik istiqamətində uzanan Murovdağ silsiləsi bu vilayəti şimal-şərq və cənub-şərq hissələrinə ayırır. Murovdağdan şimal-qərbdə Şahdağ, cənub-qərbdə Şərqi Göyçə, cənubda isə Qarabağ silsiləsi uzanır.
Qarabağ silsiləsindən qərbdə Qarabağ vulkanik yaylası yerləşir. Yaylada sönmüş vulkanların hündür zirvələrinə rast gəlinir.
Kiçik Qafqazda Alt Paleozoy, Mezozoy və Kaynozoyun IV dövrünün vulkanik süxurları geniş yayılmışdır.
Kiçik Qafqaz vilayəti fəal seysmik zonaya daxildir. Maqmatik süxurların səthə çıxdığı ərazilər filiz faydalı qazıntıları ilə zəngindir. Ərazidə tikinti materialları və mineral sular geniş yayılmışdır.
Kiçik Qafqaz vilayətində iqlim göstəriciləri yüksəklik üzrə dəyişir. Havanın orta illik temperaturu 10°C – 0°C, yağıntıların orta illik miqdarı isə 400-1000 mm arasındadır.
Vilayətdə çay şəbəkəsi sıxdır. Çaylar Kür və Araz hövzələrinə aiddir. Vulkanik yayladan axan çaylar (Tərtər, Həkəri və s.), əsasən, yeraltı sularla, digər çaylar isə qar və yağış suları ilə qidalanır.
Kiçik Qafqaz füsunkar dağ gölləri ilə məşhurdur. Vulkanik yaylada Böyük və Kiçik Alagöllər, Qaragöl, Murovdağda Maralgöl dağ-çəmən landşaftında, Göygöl isə meşə landşaftında yerləşir.
Kiçik Qafqaz vilayətində şabalıdı, qara, qəhvəyi meşə, qonur meşə və dağ-çəmən torpaqları geniş yayılmışdır. Bu torpaqların üzərində çöl bitkiləri, meşə və kolluqlar, subalp və alp çəmənlikləri əmələ gəlmişdir. Ərazidə dağ-çöl, dağ-meşə, dağ-çəmən və subnival landşaft tipləri formalaşmışdır.
Münbit torpaqlardan kartof əkinlərində, üzümçülükdə, maldarlıqda istifadə edilir. Yüksək dağ çəmənlikləri yay otlaqları və biçənəklər kimi böyük əhəmiyyətə malikdir. Hazırda vilayətin xeyli hissəsinin Ermənistanın işğalı altında qalması burada olan təbii landşaftların pozulmasına gətirib çıxarmış və təsərrüfat işlərinin aparılmasını çətinləşdirmişdir.
1. Gəncə fiziki-coğrafi rayonu dağlıq rayondur. Bu ərazi faydalı qazıntılarla zəngin olduğu üçün “Azərbaycanın Uralı” adlanır.
2. Daşkəsəndə dəmir filizi, alunit, ağ mərmər; Gədəbəydə mis, qızıl və s kimi faydalı qazıntılar yerləşir.
3. İqlimi ardıcıl olaraq qışı quraq keçən mülayim-isti, qışı quraq keçən soyuq, dağ tundradır.
4. qəhvəyi dağ meşə, qonur dağ meşə, dağ çəmən, torpaqları bir –birini əvəz edir. Ərazisində dağ-qara torpaqlar yayılıb (Gədəbəy, Daşkəsən)
5. Tovuzçay, Zəyəmçay, Əsrikçay, Gəncəçay, Şəmkirçay, Qoşqarçay, Kürəkçay və s çaylar Kürün sağ qollarını təşkil edir. Qoşqar çay Daşkəsənin zərərli tullantıları ilə çirklənmişdir.
6. Azərbaycanın ən qədim alt paleozoy yaşlı süxurları buradadır (Tovuzda Zəyəmçay, Əskiçay)
7. Uçqun mənşəli – Göygöl, Maralgöl burada yerləşir. Göygöl meşə qurşağında, Maralgöl ilə subalp qurşaqda yerləşir.
8. Göygöl qoruğunda qarmaqvari şam və xallı maral qorunur.
- Dağlıq ərazi olduğu üçün iqlimi qışı quraq keçən mülayim-isti, qışı quraq keçən soyuq, dağ tundadır.
- Qarabağ Kiçik Qafqaz vilayətindəki bütün fiziki-coğrafi rayonlar ilə sərhəddə malikdir
- Ərazisində “Mehmana” polimetal filiz yatağı yerləşir
- Şirlan və Türşsu mineral bulağı (Şuşada) bu fiziki-coğrafi rayondadır.
- Qarabağ silsiləsinin ən hündür zirvəsi Böyük Kirsdir (2725 m). Bu silsilədən Qarqar, Xaçın, Köndələn çayları balşanır. Dağlıq ərazi olduğundan yura və tabaşir süxurları geniş yayılıb.
- Qəhvəyi dağ meşə, qonur dağ meşə, dağ çəmən torpaqları bir-birini əvəz edir.
- Dağlıq ərazini əhatə edir, Ermənistanla sərhəddə yerləşir.
- Ən hündür zirvəsi Dəlidağdır (3616 m). Bundan başqa bir sıra sönmüş vulkanlar var. Qızılboğaz (3581 m), Böyük İşıqlı (3550 m), Gəlinqaya (3335), Pəriçınqıllı, Ayıçınqıllı, Qırmızıdağ və s.
- Vulkanik yaylda süxurların inversiyasi baş verir. Hündürlüyə doğru süxurların geoloji yaşı azalır. Belə ki, vulkanik yayla 4-cü dövrün vulkanik süxurlarından təşkil olunub.
- Püskürülmüş süxurlar üstünlük təşkil etdiyinə görə buradan başlayan çaylar yealtı sularla qidalanır (Tərtər, Həkəri).
- İqlimi qışı quraq keçən soyuq və dağ tundradır.
- Vulkanik yayla subalp və alp çəmənlik qurşağı olduğundan qiymətli yay otlaqları hesab edilir. Torpağı çimli, torflu, ibtidaidir.
- Burada həm tektonik (Böyük Alagöl- 2729 m, Kiçik Alagöl- 2729 m) həm də, vulkanik göllər var ( Qaragöl 2400 m). Göllər şirinsulu və axarlı göllərdir. Göllər meşə qurşağından yuxarıda subalp və alp çəmənliyi qurşağında yerləşirlər.
- Vulkanik yaylada Qaragöl qoruğu var.
- Kiçik Qafqazın cənub hissələrini əhatə edir, cənubdan İran, Qərbdən Ermənistan ilə sərhəddir.
- İqlimi qışı quraq keçən mülayim isti, torpağı isə şabalıdı və dağ meşə torpaqlarıdır.
- Ərazisindən Bəsitçay, Oxçuçay Həkəri, çayları keçir. Oxçuçay Tranzit ən çox çirklənmiş çay hesab edilir.
- Həkəri fiziki-coğrafi rayonunda Bəsitçay qoruğu yerləşir. Bəsitçay Zəngilan rayonu ərazisində Şərq çinarının qorunduğu qoruqdur.
- Yağıntıların miqdarı 400-600 mm arasıdır.
ORTA ARAZ və LƏNKƏRAN VİLAYƏTİ
Lənkəran vilayəti Azərbaycanın cənub-şərqində, Xəzər dənizi sahilləri ilə Talış dağlarının suayırıcısı arasında yerləşir. Vilayətin ən hündür nöqtəsi Kömürköy zirvəsidir (2493 m).
Lənkəranda Kaynozoy yaşlı süxurlar üstünlük təşkil edir. Talış dağlarında, əsasən, Paleogenin vulkan mənşəli süxurları geniş yer tutur. Lənkəran vilayəti faydalı qazıntılarla zəif təmin olunmuşdur. Burada, əsasən, tikinti materialları və mineral sular yayılmışdır. Onlara Donuzütən, Ərkivan, Qotursu, Aşağı Ağkörpü, İstisu, Meşəsu və s. aiddir.
Orta Araz (Naxçıvan) vilayəti respublikamızın cənub-qərbində yerləşir. Ərazi Araz çayı ilə Zəngəzur və Dərələyəz dağlarının suayırıcısı (600-3904 m) arasındadır. Vilayətin ərazisi dağlıq və düzənlik relyefdən ibarətdir və geoloji quruluşunun mürəkkəbliyi ilə seçilir. Orta Araz vilayətindəərazinin 60%-dən çoxu 1000 m-dən yüksəkdə yerləşir. Zəngəzur və Dərələyəz dağlarından başlayaraq Araz çayına doğru Dəmirli, Duzdağ, Küküdağ, Vəlidağ silsilələri uzanır. Bu silsilələr kəskin parçalanmış erozion və arid-denudasion relyef formaları ilə fərqlənir. Orta Araz vilayətində Kaynozoy yaşlı süxurlar üstünlük təşkil edir. Naxçıvanın dağlıq ərazilərində Paleogenin vulkan mənşəli süxurları geniş yer tutur. Azərbaycanda ən qədim süxurlar bu vilayətdə aşkar edilmişdir. Zəngəzur dağları fəal zəlzələ zonasına daxildir. Orta Araz vilayəti müxtəlif filiz, qeyri-fıliz və tikinti materialları ilə zəngindir. Vilayəti mineral suların muzeyi adlandırırlar.
Lənkəran vilayətində rütubətli subtropik iqlim hakimdir. Havanın orta illik temperaturu 14°C-dir. Azərbaycanda ən çox yağıntı bu vilayətdə müşahidə edilir. İllik yağıntıların miqdarı 400-1800 mm arasında dəyişir və onun 80%-i ilin soyuq dövründə düşür. Ona görə də ilin isti dövründə çaylarda su azalır və suvarmada ciddi çətinliklər yaranır. Çay şəbəkəsi sıxdır. Çayları birbaşa Xəzərə tökülür və onların qidalanmasında yağış və qismən yeraltı sular əsas yer tutur. Lənkəran ovalığı qrunt suları ilə zəngindir.
Orta Araz vilayətinin iqlimi kontinentaldır. Ən çox ümumi günəş radiasiyası, ən aşağı və ən yüksək temperatur bu vilayətdə müşahidə edilir. Yağıntıların orta illik miqdarı 200-900 mm arasında dəyişir. Orta Araz vilayətində iqlimin kontinentallığı çay şəbəkəsinə də öz təsirini göstərir. Ərazinin çayları, əsasən, qar, yağış, yeraltı sularla qidalanır və palçıqlı sellər yaradır. Çaylardan suvarmada geniş istifadə olunur. Naxçıvanda göllər uçqun mənşəli olub (Batabat, Qanlıgöl, Göygöl) dağ-çəmən landşaftında yerləşir.
Lənkəran vilayətində ovalıqda və dağətəyində sarı torpaqlar üzərində meşələr geniş yer tutur.
*İnversiya – dağlarda temperaturunun, yağıntıların, landşaftların və s.-nin yüksəklik qurşaqlığı qanunauyğunluğuna zidd olaraq (tərsinə) paylanması.
Meşələrdə çoxlu endemik və relikt bitkilər vardır. Digər vilayətlərdən fərqli olaraq Talış dağlarının ətəklərində meşələr, onlardan yuxarıda isə dağ çölləri və kserofit kolluqlar kimi quraq lanşaftları yayılmışdır. Bu, landşaft inversiyası * adlanır. Bunun səbəbi Talış dağlarında hündürlüyə doğru yağıntıların azalmasıdır. Dağların alçaq hissələrində qonur-meşə, yuxarı hissələrində qəhvəyi dağ-meşə torpaqları yayılmışdır.
Orta Araz vilayətində torpaq, bitki örtüyü, landşaft qurşaqları yüksəklik qurşaqlığı üzrə dəyişir. Dağlıq ərazilərdə arid iqlim yayıldığı üçün meşə landşaftı zəif inkişaf etmişdir. Meşələr yalnız çay dərələrində talalar şəklində yayılmışdır. Yarımsəhra landşaftında boz, boz-çəmən, şoran və şorakət torpaqlar, dağlıq ərazilərdə şabalıdı, qəhvəyi-meşə, dağ-çəmən torpaqları üstünlük təşkil edir. Naxçıvanda yarımsəhra, çəmən-kol, bozqır və kserofit bitkilər yayılmışdır. Naxçıvanın yüksək dağ çəmənləri yay otlaqları və biçənəklər kimi istifadə olunur. Lənkəran vilayətinin sarı torpaqları sitrus meyvəçiliyi, çayçılıq və faraş tərəvəzçilik üçün əlverişlidir. Hər iki vilayətdə taxılçılıq, üzümçülük, tütünçülük, bağçılıq və maldarlıq inkişaf etmişdir.
Orta Araz vilayəti Ön Asiya fiziki-coğrafi ölkəsinə daxildir. İki fiziki-coğrafi rayona bölünür.
- Şərur-Ordubad
- Günnüt Qapıcıq
Şərur Ordubad
- Arazboyu düzənlikləri əhatə edir. Qərbdən şərqə doğru bu düzənliklərin ardıcıllığı. Sədərək, Şərur, Böyükdüz, Naxçıvan, Gülüstan, Yayçı, Ordubad. Bu düzənliklərin hündürlüyü 600 m-dən başlanır.
- İqlimi qışı soyuq, yayı isti və quru keçən yarımsəhra və quruçöldür.
- Torpaqları boz-çəmən, şabalıdıdır.
- Suvarma olmadan əkinçilik mümkün deyil.
- Arid denudasiya relyef formaları geniş yayılıb (yarğan, qobu, bedlend)
- Şərur-Ordubad düzənliyində illik temperatur amplitudu yüksək, yağıntıların miqdarı 200-400 mm arası düşür. Culfa da mütləq minimum (-33°C) və mütləq maksimum +44°C temperatur qeydə alınıb. Şərur-Ordubad quraq olduğu üçün rütubətlik əmsalı vahiddən azdır. Günəş radiasiyası və günəşli saatların miqdarı çoxdur.
Günnüt Qapıcıq
- Dağlıq əraziləri əhatə edir. Burada ən hündür nöqtə Qapıcıq dağıdır (3904m)
- Şimaldan Zəngəzur (Qapıcıq 3904 m) və Dərələyəz silsiləsi (3120 m Küküdağ) yerləşir.
- Azərbaycanın ən qədim alt paleozoy yaşlı süxurları bu fiziki-coğrafi rayonda səthə çıxır. Bundan başqa mezozoyun trias yaşlı süxurları yalnız Dərələyəzdə səthə çıxır. Qalan bütün dağlıq hissələr paleogen yaşlı süxurlarla örtülüb.
- İqlimi yayı quraq keçən soyuq, dağ tundradır.
- Torpağı boz, qəhvəyi dağ, dağ çəmən torpaqlar
- Meşə qurşağına rast gəlinmir. Onun yerinə rütubət çatışmazlığından yaranan kserofit kolluqlar yayılıb. Yüksək hissələrdə dağ çəmən, yalnız Qapıcıq dağı ətrafında isə subnival və nival landşaftlara rast gəlinir.
- Faydalı qazıntılarla zəngindir. Ordubadda molibden (Parağaçay), Şərurda polimetal (gümüşlü) və s filiz faydalı qazıntılar var.
- Qərbdən şərqə doğru çayları: Arpaçay, Naxçıvançay, Əlincəçay, Gilançay, Ordubadçay. Yeraltı və qar suları ilə qidalanırlar, palçıqlı sellərə malikdir.
- Zəngəzur və Dərələyəz silsiləsi Kiçik Qafqaz tektonik zonasına daxil olmaqla 9 ballıq zəlzələ zonasına daxildir.
- Badamlı, Sirab, Vayxır, Darıdağ mineral sular burada yerləşir.
- 11. Günnüt Qapıcıq da uçqun mənşəli Batabat və Qanlı göl yerləşir. Batabat dan Naxçıvança, Qanlı göldən isə Küküçay başlanır. Rayonda Arpaçay, Sirab, Vayxır və s kimi su anbarı vardır.
LƏNKƏRAN VİLAYƏTİ
Lənkəran vilayəti iki fiziki-coğrafi rayona bölünür.
- Talış dağları
- Lənkəran ovalığı
Lənkəran ovalığı
1.. Xəzər sahilləri ilə Talış dağları arasında yerləşir.
- Səthi 4-cü dövrün dəniz və çay çöküntülərindən təşkil olunmuşdur.
- İqlimi yayı quraq keçən mülayim-istidir. Yağış ilin soyuq dövründə düşdüyündən ilin isti dövründə çaylarından suvarmada istifadə olunur
- Ovalıqda şirin qrunt suları səthə yaxındır, düzən meşələri formalaşdırır. Torpağı çəmən-meşə və sarıdır.
- Çox hissəsi dəniz səviyyəsindən aşağıda yerləşir
- Faraş tərəvəzçilik, çayçılıq, subtropik meyvəçilik, çəltikçilik yayı quraq keçən mülayim iqlim tipində əkilir.
- Yağış çox düşdüyündən buxarlanma çoxdur. Rütubətlənmə əmsalı vahiddən böyükdür.
Talış dağları
- Qərbdən və cənubdan İranla sərhəddir.
- Ən hündür zirvəsi Kömürköy-2493 m, Qızyurdu- 2433 m.
- İqlimi yağıntıları bərabər paylanan mülayim-isti, yayı quraq keçən mülayim-isti, quru –çöldür.
- Azərbaycanda ən çox yağıntı Talış dağlarının ətəklərinə düşür (1400 mm)
- Talış dağlarında azonallıq müşahidə olunur. Hündürlüyə doğru yağıntıların miqdarı azalır, temperatur artır. Bunun səbəbi İran dağlıq yaylasından isti və quru hava kütlələrinin gəlməsidir.
- Talış dağlarının ətəkləri meşə, sonra quru çöl və dağ kserofit meşə və kolluqlar təbii zonası gəlir.
- Çayları Bolqarçay, Viləş, Lənkərançay, Astaraçay, Təngərud və s kimi çaylar birbaşa Xəzərə axır (Bolqarçay istisna). Çaylar əsasən yağışla qidalanır və ilin soyuq dövründə düşür.
- Talış dağları paleogen yaşlı süxurlarla örtülüb. Faydalı qazıntılar baxımıdan kasıbdır. Tektonik baxımdan Kiçik Qafqaz tektonik zonasına aiddir.
- Hirkan milli parkında dəmirağac və şabalıdyarpaq palıd qorunur.
Microsoft Word Az?rbaycan?n fiziki cografiyas? proqram magist
15. Azərbaycanda təbiəti mühafizənin əsas problemləri.
16. Atmosferin və suların mühafizəsi
17. Bitki örtüyünün mühafizəsi.Qoruqlar və yasaqlıqlar
18. Azərbaycanın fiziki-coğrafi rayonlaşması
19. Böyük Qafqaz vilayəti
20. Kiçik Qafqaz vilayəti
21. Kür çökəkliyi vilayəti
22. Lənkəran vilayəti
23. Orta Araz vilayəti
1.Coğrafi mövqeyi
Azərbaycanın əlverişli fiziki-coğrafi mövqeyi, Xəzər dənizinin Azərbaycanın fiziki
-coğrafi mövqeyində əhəmiyyəti, Azərbaycanın şərq-qərb və şimal-cənub dövlətləri
arasında nəqliyyat dəhlizi rolunu oynaması, qədim “İpək yolu”, onun bərpasının iqtisa
di və geosiyasi əhəmiyyəti. Təbii şəraitinin rəngarəngliyinin və təbii ehtiyatlarını zən-
ginliyinin sənayenin, kənd təsərrüfatının və turizm-rekreasiya təsərrüfatının inkişafın-
2.Geoloji quruluşu
Azərbaycanın təbii landşaftlarının bünovrəsini təşkil edən yaşına, mənşəyinə, tərki-
binə və quruluşuna görə fərqlənən süxur kompleksləri. Paleozoy, Mezozoy (Trias, Yu-
ra, Təbaşir) və Kaynazoy (Paleogen, Neogen, Dördüncü dövr) eralarının çöküntüləri
və onların yayıldığı regionlar. Azərbaycanın geoloji-tektonik inkişaf tarixi.Əsas tekto-
nik strukturlar. Neotektonik və seysmik hərəkətlər. Azərbaycan ərazisinin tektonik ra-
3. Faydalı qazıntıları
Azərbaycanda mövcud olan əsas faydalı qazıntılar və onların yayılmasının coğrafi
xüsusiyyətləri.Enerji daşıyıcıları:neft və qaz. Filiz və qeyri-filiz faydalı qazıntıları. Ti-
kinti materialları. Mineral suları. Azərbaycanın faydalı qazıntılarından səmərəli istifa-
4. Oroqrafiyası
Relyefin ümumi səciyyəsi və ərazinin hipsometrik xüsusiyyətləri. Relyefin inkişaf
tarixi və əsas relyef formaları. Böyük Qafqaz, Kiçik Qafqaz, Arazyanı silsilələr, Talış
dağlarının və Kür-Araz dağarası çökəkliyini, Samur-Dəvəçi ovalığı və Arazboyu dü-
zənliklərin oroqrafik və hipsometrik xüsusiyyətləri. Azərbaycan ərazisində mövcud
olan əsas morfostruktur və morfoskulpturların qısa səciyyəsi.
5. İqlimi
Azərbaycanda əsas iqliməmələgətirən amillər: coğrafi enlik-günəş radiasiyası, at-
mosfer sirkuliyasiyası-hakim hava kütlələri, oroqrafiya, səth örtüyünün xarakteri, dağ-
ların sədd effekti, Xəzər dənizi. Havanın temperaturunun və yağıntıların coğrafi pay-
lanma xüsusiyyətləri, atmosfer təzyiqi, küləklər, mümkün buxarlanma, rütubətlənmə
şəraiti, iqlim ehtiyatları və əsas iqlim tipləri.
6. Daxili suları və Xəzər dənizi
Hidroqrafik xüsusiyyətlərin ərazinin oroqrafiyası, hipsometriyası, süxurların litolo-
giyası və iqlimilə əlaqəsi. Ərazidə hidroqrafik şəbəkə sıxlığının dəyişilmə qanunauy-
ğunluğu və onu müəyyən edən amillər. Əsas çaylar və onların hidroloji xüsusiyyətləri.
Çayların hövzələr üzrə qruplaşdırılması. Çayların əsas qidalanma mənbələri və onların
bu əlamətə görə təsnifatı. Axımın paylanması və su rejimi. Orta illik axım və onun ilin
isti və soyuq yarısında dəyişmə xüsusiyyətləri. Sülb axımın illik rejimi və dəyişmə qa-
nunauyğunluğu.Selli çayların səciyyəsi.Çay sularının kimyəvi tərkibi.Hidroloji rayon-
laşma.Göllər və onların genetik təsnifatı. Su anbarları, kanallar, yeraltı suları. Buzlaq-
ları, çoxillik qarları və bataqlıqları. Xəzər dənizi, onun canlılar aləmi və problemləri.
7. Torpaq örtüyü
Azərbaycan ərazisində torpaqəmələgəlmənin xüsusiyyətləri. Əsas torpaqəmələgəti-
rən amillər və onların şaquli qurşaqlar üzrə dəyişməsi. Relyef, geoloji quruluş, iqlim,
bitki örtüyü, mikroorqanizmlər, antropogen amil – əsas torpaqəmələgətirən amillərdir.
Azərbaycan torpaqlarının genetik təsnifatı. Azərbaycanın düzənlik və dağ torpaqları,
onların diaqnostik əlamətləri və morfogenetik xüsusiyyətləri. Zonal, azonal, intrazonal
və inversion torpaq tipləri.
8. Bitki örtüyü
Azərbaycanın bitki örtüyünün IV dövr ərzində inkişaf tarixi.Azərbaycanın əsas bit-
ki-ekolji qrupları və onların ərazinin iqlimi və oroqrafiyası ilə əlaqəsi. Bitkilərin şaquli
qurşaqlar yayılma xüsusiyyətləri.Azərbaycanın əsas oroqrafik vahidlərində:Böyük Qaf
qaz dağlarında, Kiçik Qafqazda, Talış dağlarında və Naxçıvan MR-da bitkilərin şaquli
qurşaqlar üzrə yayılmasında fərqli və oxşar cəhətləri. Böyük və Kiçik Qafqaz dağ me-
şələrinin spesifik əlamətləri və insanların təsərrüfat fəaliyyəti nəticəsində dəyişikliyə
məruz qalması. Ərazidə əsas bitki tiplərinin yayılması: düzənlik və dağətəyi zonanın
yarımsəhra-quru çöl və çöl bitkiləri, meşə və meşə-kol bitkiləri, aran və dağ meşələri,
dağ kserofit bitkiləri, dağ-çəmən bitkiləri, çala-çəmən bitkiləri.Bitki örtüyünün forma-
laşmasında azonallıq, intrazonallıq və inversiya onların yaranma səbəbləri.Tipoloji va-
hidlərə görə bitkilərin regional xüsusiyyətləri, endemik və relikt bitki növləri, onların
ərazidə yayılması. Geobotaniki rayonlaşma.
9. Heyvanlar aləmi
Azərbaycanın faunasının müxtəlifliyini müəyyən edən fiziki-coğrafi şərait.Heyvan-
lar aləminin formalaşma tarixi. Müxtəlif landşaft qurşaqlarında (yarımsəhra quru-çöl;
arid-denudasion alçaq dağlıq; tuqay və aran meşələri; hidromorf landşaftlar, dağ-çə-
mən qurşağı, yüksək dağ çəmənləri, dağ çölləri və qayalıqlar) yayılmış fauna qruplaş-
maları: məməlilər, sürünənlər, quşlar, balıqlar və s.
10. Landşaftları
Azərbaycan landşaftlarının təkamül tarixi. Azərbaycan ərazisinin landşaft-ekoloji
xüsusiyyətləri.Müasir landşaft komplekslerinin ərazi differensasiyasının əsas xüsusiy-
yətləri və qanunauyğunluqları. Landşaftın differensasiyasınna təsir edən əsas amillər
(relyef, iqlim, geoloji süxurlar və s.).Landaşftın tipoloji və taksonomik təsnifatı. Azər-
baycan ərazisində yaranmış əsas landşaft tip və yarımtipləri, onların qısa səciyyəsi.
Əsas təbii və antropogen landşaft kompleksləri.
11. Təbiəti mühafizə
Təbii sərvətlərdən səmərəli istifadə olunması və təbii ehtiyatların qorunması proble
mi. Qiymətli fauna və flora növlərinin qorunması bərpası, inkişafı. Su və atmosferin
çirklənməsinə qarşı mübarizə tədbirləri. Səhralaşma və ona qarşı mübarizə. Ayrı-ayrı
bölgələrdə təbiətin mühafizəsinin səciyyəsi xüsusiyyətləri.Respublikada təbiətin müha
fizəsinə yönəldilən başlıca tədbirlər. Təbiəti mühafizə təşkilatları. Azərbaycanın “Qır-
mızı kitabı”, Azərbaycan ərazisində yaradılan milli parklar,qoruqlar,yasaqlıqlar və on-
ların qısa səciyyəsi. Kənd təsərrüfatı və təbiəti mühafizə. Xəzərin çirklənməsi və ona
qarşı mübarizə tədbirləri.
12. Fiziki-coğrafi rayonlaşma
Fiziki-coğrafi rayonlaşdırmanın elmi-nəzəri əsasları. Mövcud fiziki-coğrafi rayon-
laşdırma sxemlərinin təhlili. Fiziki-coğrafi rayonlaşdırmanın taksonomik vahidləri sis-
temi. Azərbaycan Respublikası ərazisinin fiziki-coğrafi vilayətləri və rayonları sxemi.
Əsas fiziki-coğrafi vahidlərin səciyyəsi.
Геология СССР. Том 47, «Азерб ССР», Недра, 1972.
Klimat Azerbaydjana. Baku, 1968.
Müseyibov M.A, Quliyev R.Y, Azərbaycanın geomorfologiyası, Bakı, 1974.
Müseyibov M.A Azərbaycanın fiziki coğrafiyası. Maarif, Bakı, 1998.
Rüstəmov Ə.M. Azərbaycan SSR-in fiziki coğrafiyası, Bakı, 1981.
Прилипко Л.И. Растительный покров Азербайджана. Баку 1970.
Салаев М.А. Диагностика и классификация почв Азербайджана, 1991.
Dostları ilə paylaş:
Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət
Azərbaycan Respublikasının fiziki coğrafiyası
4. Kür-Araz və Xəzər sahilində neft-qaz yataqların zəngin olmasının səbəbi:
A) çayların gətirdiyi alluvial süxurlar
B) səthin vulkanik süxurlarla örtülü olması
C) iqlimin isti və quru keçməsi
D) səthin çökmə mənşəli süxurlarla örtülü olması
E) ekzogen proseslərin zəif olması
12. Naxçıvanda buludsuzluğun hökmran olması nəticələnir:
A) İllik temperatur amplitudası cüzi olur.
B) Qış mülayim, yay sərin keçir.
C) Ekzogen proseslər zəif olur.
D) Düz radiasiyanın kəmiyyəti böyük olur.
E) Səpələnən radiasiyanın kəmiyyəti böyük olur.
17. Görkəmli Azərbaycan səyyahı H.Z.Şirvaninin səyahət etdiyi regionlar:
A) Qərbi Asiya, Şimali Amerika
B) Şimali Afrika, Şimali Asiya
C) Şimali Afrika, Cənub-Şərgi Asiya
D) Cənubi Asiya, Şimali Avropa
E) Cənub-qərbi Asiya, Cənub-şərqi Afrika
20. Lənkəran düzənliyində il ərzində buludlu günlərin sayının çox olmasının nəticəsi:
A) Düz radiasiyanın qiyməti böyük olur.
B) Qış ayları quru və şaxtalı keçir.
C) Səthin əks olunan radiasiyasının qiyməti artır.
D) Səpələnən radiasiyanın kəmiyyəti üstün olur.
E) İllik temperatur amplitudasının qiyməti böyük olur.
28. Kiçik Qafqaz dağlarında filiz faydalı qazıntıların zəngin olmasının səbəbi:
A) mütləq hündürlüyün aşağı olması
B) səthin püskürülmüş süxurlarla ortülü olması
C) Tetis okeanının dibinin qalxması
D) səthin maqmatik süxurlarla örtülü olması
E) ekzogen proseslərin zəif olması
36. Azərbaycanın şimal-şərqində relyef amplitudasının böyük olması nəticələnir:
A) Çayların sürəti zəif, dərəsi enli olur.
B) Ən yuxarı və ən aşağı məntəqələr arasında temperatur fərqi az olur.
C) Ekzogen proseslər zəif olur.
D) Çayların düşməsi böyük, meylliyi çox olur.
E) Bitki və heyvanat aləmi zəif olur.
44. Azərbaycanın düzənlik ərazilərində yeraltı suların səthə yaxın yerləşməsi nəticələnir:
A) Səhra və yarımsəhra landşaftı formalaşır.
B) Qrunt sularının səviyyəsi düşür.
C) Meşə landşaftı məhv olur.
D) İntrazonal landşaft yaranır.
E) Mümkün buxarlanmanın qiyməti çoxalır.
52. Kür-Araz ovalığında suvarmanın düzgün aparılmaması nəticələnir:
A) Mədəni bitkilərin məhsuldarlığı artır.
B) Endogen proseslər zəifləyir.
C) Mineral bulaqların yaranması sürətlənir.
D) Ərazinin şoranlaşması artır.
E) Şirin sulu göllərin yaranması üçün şərait yaranır.
75. Dag-meşə landşaftı ilə əhatələnmişdir
A) Sarısu B) Candar C) Böyuk Alagöl
D) Tufan E) Göygöl
89. Yarımsəhra və çöl landşaftı geniş yer tutur.
A) Böyük Qafqaz B) Kiçik Qafqaz
C) Lənkəran D) Kür-Araz
E) Zaqatala-Lahıc
118. Bakıdan şimal-şərq, cənub-şərq və cənub-qərb istiqamətlərində yerləşən şəhərləri müvafiq ardıcıllıqla düzün:
A) Dehli, Sinqapur, Pariş
B) Astana, Bombey, Qahirə
C) Alma-Ata, Mexiko, Sidney
D) Madrid, Rio-de-Janeyro, Ufa
E) Həştərxan, Riqa, London
126. Bakıdan cənub-qərb, şimal-şərq, cənub-şərq istiqamətlərində yerləşən şəhərləri müvafiq ardıcıllıqla düzün:
A) Sidney, Həştərxan, Mexiko
B) Rio-de-Janeyro, Novosibirsk, Sinqapur
C) London, İrkutsk, Roma
D) Tehran, Pekin, Dehli
E) Ankara, Varşava, Berlin
132. Lənkəran ovalığında yayılmış iqlim tipi:
A) yayı quraq keçən mülayim-isti
B) qışı soyuq keçən mülayim-isti
C) qışı mülayim keçən yarımsəhra və quru çöl iqlimi
D) yayı quraq keçən dağ-soyuq iqlim
E) yagıntıları bərabər paylanan dağ soyuq iqlim
133. Azərbaycandan cənub-qərb istiqamətində yerləşən ölkələri müəyyən edin.
A) Hindistan, Avstraliya İttifaqı, Laos
B) Misir, Əlcəzair, Braziliya
C) İtaliya, Fransa, Kanada
D) ABŞ, Böyük Britaniya, Polşa
E) Səudiyyə Ərəbistanı, Filippin, CAR
144. Naxçıvanın düzənlik hissəsində yayılmış iqlim tipi.
A) qışı soyuq keçən yarımsəhra və quru çöl
B) qışı quraq keçən dağ soyuq
C) qışı quraq keçən mülayim-isti
D) bərabər rütubətli mülayim-isti
E) yayı rütubətli keçən yarımsəhra və quru çöl
145. Respubilkamızda dağ-mədən sənayesi inkişaf etmişdir
A) Ağdaşda B) Qubada C) Dəvəçidə
D) Yardımlıda E) Daşkəsəndə
150. Azərbaycandan şimal-qərb istiqamətdə yerləşən ölkələr qrupu:
A) Braziliya, Meksika, Misir
B) Polşa, Norveç, Kanada
C) Ukrayna, Yaponiya, Hindistan
D) Liviya, İran, Özbəkistan
E) Avstraliya İttifaqı, CAR, ABŞ
156. Heç bir xarici ölkə ilə həmsərhəd olmayan iqtisadi rayon:
A) Quba-Xaçmaz B) Lənkəran-Astara
C) Şəki-Zaqatala D) Gəncə-Qazax
E) Dağlıq Şirvan
157. Samur-Dəvəçi ovalığında yayılmış iqlim tipi:
A) qışı mülayim keçən yarımsəhra və quru çöl
B) qışı soyuq keçən mülayim isti
C) qışı quraq keçən dağ-soyuq
D) yagıntıların bərabər paylanan mülayim-isti
E) qışı soyuq keçən yarımsəhra və quru çöl
164. Azərbaycandan cənub-qərb, cənub-şərq və şimal-qərb istiqamətlərində yerləşən ölkələri müvafiq ardıcıllıqla düzün:
A) Əfqanstan, Səudiyyə Ərəbistanı, CAR
B) Misir, Hindistan, Norveç
C) Avstraliya İttifaqı, Kipr, Laos
D) CAR, İsveç Çexiya
E) Polşa, Misir, Vyetnam
- Teqlər:
- coğrafiya testləri
- , test sualları
Comments are closed, but trackbacks and pingbacks are open.