Daşınmaz əmlak nədir və onu necə əldə etmək olar
Daşınmaz əmlaka nələr aid edilir və ona olan hüuqlarımızı necə dövlət qeydiyyatına aldıra bilərik? Qanunvericiliyə görə daşınmaz əmlak – üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri (sututarlar) və torpaqla möhkəm bağlı olub təyinatına hədsiz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələrdir. Daşınmaz əmlakın dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə göstərilən əsaslardan birinin olması yetərlidir.
Daşınmaz əmlaka çıxarış almaq istəyənlərin DİQQƏTİNƏ
“Əmlak kalkulyatoru” elektron xidmətindən istifadə etməklə çıxarış almaq üçün tələb olunan məbləği özünüz hesablaya bilərsiniz.
“Əmlak kalkulyatoru” nədir?
Vətəndaşlar qeydiyyat xidmətləri ilə bağlı ödəyəcəyi məbləği öncədən bilmək istəyirlər. Daşınmaz əmlaklarını dövlət qeydiyyatına almaq istəyən şəxslərin ödəyəcəyi dövlət rüsumu və xidmət haqqı ilə bağlı əvvəlcədən məlumat almaq imkanı var. Bu sahədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Əmlak kalkulyatoru” elektron xidməti vətəndaşların istifadəsindədir.
“Əmlak kalkulyatoru”nun sadə istifadə imkanları əsasında vətəndaş daşınmaz əmlakın yerləşmə yerini, sahəsini, digər tələb olunan texniki məlumatları daxil edərək xidmət haqqı və rüsumla bağlı yekun məbləği əldə edə bilər. Xidmət vasitəsilə çıxarışın alınması, texniki pasportun əldə edilməsi, daşınmaz əmlaka ünvan təyin edilməsi, ünvan məlumatlarının verilməsi və digər xidmətlərlə bağlı dövlət rüsumu və xidmət haqqını çevik və sürətli şəkildə əvvəlcədən hesablamaq mümkündür. Bütün əməliyyatların vətəndaşın istəyindən asılı olaraq tezləşmə qaydası ilə aparılması və sənədlərin hazırlanması ilə bağlı da hesablama imkanları var.
Elektron xidmətdən istifadə etmək istəyən vətəndaş Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) “Əmlak kalkulyatoru” bölməsinə daxil ola bilər. Daşınmaz əmlakın qeydiyyatı xidmətlərindən birini seçən istifadəçi xidmətin mahiyyətini, əmlakın yerləşdiyi şəhər və rayonu, öz istəyi ilə xidmətin tezləşmə müddətini qeyd etməklə dövlət rüsumu və xidmət haqqı ilə bağlı dəqiq məbləği öyrənə bilər.
“Əmlak kalkulyatoru” elektron xidmətinin tətbiqi daşınmaz əmlakın dövlət qeydiyyatı sahəsində göstərilən xidmətlərin daha da sadələşməsi deməkdir. Bu xidmət vətəndaşa rahat və operativ qaydada əmlakına çıxarış almağa, habelə əmlakla bağlı digər hüquqi əməliyyatları aparmağa daha rasional imkanlar yaradır.
Məbləğin əvvəlcədən dəqiq bilinməsi istifadəçilərə özləri üçün ən optimal variantı seçməsini və sənədləşdirməyə başlayıb-başlamamaqla bağlı istədiyi qərarı verməsini təmin edir. Elektron xidmətin tətbiqi əmlakın qeydiyyatı xidmətlərindən istifadə edəcək şəxslər üçün vaxt itkisinin qarşısını alır, prosesdə şəffaflığı təmin edir.
Daşınmaz əmlak nədir və onu necə əldə etmək olar?
Daşınmaz əmlaka nələr aid edilir və ona olan hüuqlarımızı necə dövlət qeydiyyatına aldıra bilərik? Qanunvericiliyə görə daşınmaz əmlak – üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri (sututarlar) və torpaqla möhkəm bağlı olub təyinatına hədsiz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələrdir. Daşınmaz əmlakın dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə göstərilən əsaslardan birinin olması yetərlidir.
Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:
1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
2. Qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol;
3. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı;
4. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları;
5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;
6. Mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);
7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
8. Daşınmaz əmlakın dövlət reyestri haqqında qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.
9. Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair:
9.1. Hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə:
9.1.1. İcarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə – torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;
9.1.2. Məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə – torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd;
9.2. Çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icrahakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı;
10. Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair:
10.1. Tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;
10.2. Məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd;
11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;
12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr.
Hüquqların dövlət qeydiyyatının aparılması qaydası
Hüquqların dövlət qeydiyyatı qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənəd təqdim edilməli. Daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılmalı və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməlidir. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi gərəkdir. Qeydiyyat orqanı dayandırma və ya imtinaya əsas ola biləcək hər hansı hal aşkar etmədikdə, ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 10 iş günü müddətindədaşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır və dövlət reyestrindən çıxarış tərtib edir. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar daşınmaz əmlak üzərində hüquqların qeydiyyat müddəti qeydiyyat orqanı tərəfindən 5 iş gününədək uzadıla bilər. Bu halda ərizəçiyə bildiriş təqdim edilməlidir. Hüquqların dövlət qeydiyyatı ərizələrin qəbul edilmə ardıcıllığı ilə aparılır. Ərizənin sürətləndirilməklə icra edilməsi qaydası və müddəti qeydiyyatı həyata keçirən orqanı tərəfindən müəyyən edilir.
Daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün), dövlət qeydiyyatı həmin daşınmaz əmlak üzərində əvvəl yaranmış hüquqların dövlət reyestrində qeydiyyata alındığı təqdirdə aparılır.
Hüquq sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi, habelə qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi 3 gün müddətində həyata keçirilir.
Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi
Hüquqların dövlət qeydiyyatı Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması qeydiyyatı həyata keçirən orqanı tərəfindən müəyyən edilir.
Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunmalıdır:
1. hüquqların dövlət qeydiyyatı üçün qanunla nəzərdə tutulmuş əsaslardan biri;
2. torpaq sahəsinin planı və ölçüsü;
3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi;
4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.
Hüquq əldə edənin adından başqa şəxs ərizəni verirsə, müvafiq etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Hüquqi şəxsin ərizəsi və onu təqdim edən nümayəndəsinə verilmiş etibarnamə həmin hüquqi şəxsin möhürü ilə təsdiqlənməlidir. Ərizəni verən şəxslər öz şəxsiyyətini təsdiq edən sənəd təqdim etməlidirlər (ərizənin notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə verildiyi hallar istisna olmaqla).
Hazırladı: Qara Allahmanlı
Daşınmaz əmlakın qanuniliyini necə bilmək olar?
Daşınmaz əmlakın qanuniliyini necə bilmək olar? Daşınmaz əmlak bazarını tənzimləyən hüquqi və struktur islahatları nəticəsində bu sahənin inkişafını əngəlləyən mənfi halların miqyasını bir qədər azaltsa da, bina və torpaq satışı ilə bağlı müxtəlif əyinti və dələduzluq halları hələ də az deyil
19 Avqust , 2020 17:01
https://static.report.az/photo/9491ee9a-7ada-3a41-9c8b-db8143275f43.jpg
Daşınmaz əmlak bazarını tənzimləyən hüquqi və struktur islahatları nəticəsində bu sahənin inkişafını əngəlləyən mənfi halların miqyasını bir qədər azaltsa da, bina və torpaq satışı ilə bağlı müxtəlif əyinti və dələduzluq halları hələ də az deyil. Bunlardan əsasən eyni əmlakı iki, üç, dörd müştəriyə satılması hallarına rast gəlinir. Belə ki, tikinti şirkətləri tərəfindən eyni mənzili bir neçə nəfərə satılması artıq adi hala çevrilib. Məlum olduğu kimi, yaşayış binasına dair (daşınmaş əmlakın dövlət reyestrindən) çıxarışlar yalnız binanın təhvil-təslimindən sonra verilsə də, bəzi tikinti şirkətləri hələ binanın təməlini atarkən artıq mənzil satışına girişir. Bu cür alış-verişlər tikinti şirkətilə daxili müqavilə əsasında həyata keçirilir. Və hər hansı dələduzluq, yaxud şirkətin müflisləşməsi halında bu kimi müqavilə təəssüf ki, aldanmış mənzil alıcısının karına gəlmir. Vahid pəncərə və digər islahatlar Məlum olduğu kimi, daşınmaz əmlakların, o cümlədən topraq sahələrinin qeydiyyata alınması və texniki inventarlaşması, həmçinin texniki sənədlərin hazırlanması sahəsində düz 5 ildir vahid pəncərə sistemi tətbiq olunub. Bu işlər İqtisadiyyat Nazirliyinin Dövlət Əmlak Məsələləri Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində görülür.
Nəticədə sənədlərin rəsmiləşdirilməsi, habelə kadastr, ölçü işləri, texniki inventarlaşma, elektron və faktiki məlumatların dəqiqləşdirilməsi kimi məsələlərin həlli xeyli asanlaşdı. Daşınmaz əmlaklar, onlara dair mövcud və keçmiş hüquqlar və həmin hüquqların daşıyıcılarına dair məlumatların saxlandığı dövlət reyestrinin özü də təkmilləşdirildi. Məsələn, ötən ildən dövlət reyestrindən çıxarışların kağız şəklində verilməsinə qəti son qoyuldu. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna verilən düzəlişlərə uyğun olaraq belə çıxarışlar yalnız elektron formada verililərək elektron hökumət portalında yerləşdirilir, yaxud əmlak sahibinə elektron vasitələrlə, o cümlədən e-mail vasitəsilə təqdim olunur. Reyestrin müvafiq bölmələrində hər bir daşınmaz əmlak barədə məlumatlar saxlanılır, o cümlədən torpaq sahəsi və üzərindəki tikili də vahid əmlak olaraq qeyd olunur. Bəs dövlət reyestrindəki bu məlumatlarla tanış olmaq mümkündürmü? Məsələn, torpaq sahəsi almaq istəyən vətəndaş əvvəlcədən həmin əmlaka dair məlumat əldə edə, sənədlərinin lazımi qaydasında olub-olmadığını öyrənə bilərmi? Onlayn tanışlıq “Əmlak” Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı “Report”a bildirib ki, dövlət reyestrindən çıxarışı olan istənilən daşınmaz əmlaka (yaşayış və qeyri-yaşayış sahəsi, torpaq sahəsi, mənzil və ya fərdi ev) dair məlumatla Daşınmaz Əmlakın Dövlət Reyestrinin saytından ( http://dedrx.gov.az/ ) müəyyən ödəniş müqabilində tanış olmaq olar. Həmin ödəniş əmlakın növündən asılı olaraq 15 manatdan artıq deyil. Bu məlumatı əldə etmək üçün Dövlət Əmlak Məsələləri Xidmətinin portalına http://e-emdk.gov.az/ daxil olmaq kifayətdir. Burada daşınmaz əmlakla bağlı 40-dan artıq əməliyyata dair məsələləri onlayn qaydada həll etmək olar. “Lakin geniş ictimaiyyət üçün bağlı olan, qanunla qorunan məlumatlar da var ki, yalnız məhkəmənin qərarı ilə açıqlanması mümkündür”, – deyə ekspert bildirib. Həmçinin daşınmaz əmlakla bağlı alış-satış, icarə, vərəsəlik və ya bağışlanma, girova vermək kimi müxtəlif əməliyyatlar üçün daşınmaz əmlakın yüklülüyünə dair arayış İ(loru dildə Forma 1) da alınmalıdır ki, bu sənəd 10-15 dəqiqə ərzində verilir. Qısası, hər bir daşınmaz əmlakın qanuni olub-olmadığını öyrənmək üçün dövlət reyestrində olub-olmadığını öyrənmək gərəkdir. Varsa, deməli həmin əmlakla bağlı mülkiyyət hüququnu təsdiq edən sənədlər qaydasındadır.
Dövlət reyestri üçün sənədlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən “Report”a bildiriblər ki, hər hansı əmlakın ilkin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş yaşayış evlərə dair İcarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən, hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 1) torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd; 2) müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı tələb olunur. Məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən, hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə isə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd də təqdim olunmalıdır. Hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi və layihəyə dair sənədlərdə əlavə həm də müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı və istismara qəbul aktı da təqdim olunmalıdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra inşa edilmiş fərdi yaşayış evinin qeydiyyatı üçün, tikintisinə icazə tələb olunandırsa:
1) torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd; 2) tikintiyə icazə verilməsi barədə qərar; 3) tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi; 4) tikinti obyektinin istismarına icazə tələb olunur. Məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün isə: 1) torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd; 2) tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi; 3) sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd təqdim edilir. Mənzillər üzərində hüquqların qeydiyyatı üçün isə tələb olunan sənədlər bunlardır: 1) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi (bu 3 sənəddən hər hansı biri); 2) mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan, həmin mənzilə hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzilə hüququ saxlanılan şəxslərin ərizəsi; 3) mənzilə hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı. MTK tərəfindən inşa olunmuş və istismara qəbul edilmiş binada yerləşən mənzillə bağlı isə: 1) Mənzilin verilməsi barədə MTK üzvlərinin ümumi yığıncağının qərarı; 2) Maliyyə arayışı (bu arayış mənzilə dair pay haqqının ödənildiyini və borcun olmadığını göstərir) təqdim edilir. Qanun işləmirsə Beləliklə, hər şeyin aydın şəkildə isbat olunduğu hüquqi sənədlər var, dövlət reyestrindən rahat istifadə etmək üçün də imkanlar yaradılıb. Bəs əmlak alış-verişi sahəsində bu qədər dələduzluq və fırıldaqçılıq haradandır? R.Osmanlı qeyd edib ki, bazarda əyri yollarla əldə edilən daşınmaz əmlaklar hələ də az deyil: “Məsələn, bələdiyyələrin satdığı torpaq sahələri qanunsuz, hərraca çıxarılmadan satılır və reyestrə salına bilməz. Eyni şeyi yeni yaşayış binalarda tikinti şirkətilə vətəndaş arasında daxili müqavilə ilə satılan mənzillər barədə də söyləmək olar. Bunların əksəriyyəti ilkin qeydiyyat arayışına da malik deyil”.
Hazırkı problemlərin daha çox qanunlardakı boşluqlarla yox, mövcud qanunların lazımınca yerinə yetirilməməsilə bağlı olduğu da qeyd edildi. “Mülki Məcəllədə 2018-ci ilin 1 iyul tarixindən MTK-ların əmlaklarını satmalarına dair yeni qaydalar göstərilib. Orada tikinti şirkətləri tərəfindən mənzil satışları zamanı, o cümlədən ödənişlə bağlı hansı qaydalara əməl etməli olduğu aydın göstərilir. Həmin qaydalarda mənzillərin ilkin qeydiyyatına dair arayış almaq da var. Həmin arayış da məlumdur ki, Dövlət Əmlak Məsələləri Xidməti tərəfindən verilir”, – deyə Mərkəz rəhbəri qeyd edib. Beləliklə, MTK mənzil satarkən DƏMX-ni xəbərdar etməli, notarial qaydada müqavilə bağlayıb dövlət qeydiyyatına dair elektron arayış almalıdır. Həmin arayışa əsasən mənzil alıcısı MTK qarşısında bütün öhdəliklərini yerinə yetirəndən sonra çıxarış, MTK isə istismar icazəsinə dair akt ala bilər. Lakin bizdə düzgün yazılan qanunların həyatda tətbiqinin illərlə yubanmasını dəfələrlə görmüşük. Daşınmaz əmalk məsələlərinə cavabdeh qurumların yenidən qurulmasından sonra keçirilən islahatlar nəticəsində bunların da həllini tapacağına, nəticədə Azərbaycanda daşınmaz əmlak bazarının nəinki ölkə vətəndaşları, əcnəbilər üçün də cəlbedici hala gələcəyinə inanmaq istərdik. Qulu Nuriyev, ekspert
Comments are closed, but trackbacks and pingbacks are open.