TƏRCÜmeyi hal mirzəyeva Elmira Əmir qızı Az1116, Azərbaycan, Bakı, Süleyman Sani Axundov küçəsi 1v m 127
-Ümumi psixologiya və yaş psixologiyası sahəsində biliklərinin artırılması.
Muxtar hemzeyevinkişaf və yaş psixologiyası
Professor M.Ə.Həmzəyevin Respublikamızda psixologiya elminin inkişafında xidmətləri yüksək olmuşdur. O, Respublikamızda pedaqoji psixologiya və psixolinqvistika sahəsində fundamental tədqiqatları ilə tanınır. Məktəbdə psixoloji xidmətin həyata keçirilməsində ilk addımı atanlardan biri olmuşdur. Respublikamızın onun hüdudlarından kənarda da psixologiya elmini təmsil edən psixoloqlardan biridir.
Həyatı
Həmzəyev Muxtar Əliş oğlu 12 fevral 1929-cu il tarixdə Azərbaycan Respublikasının Laçın rayonunun Əhmədli kəndində anadan olmuşdur.Əhmədli kənd yeddi illik kənd məktəbində təhsil aldıqdan sonar Laçın pedaqoji məktəbini bitirdikdən sonra 1948-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun məntiq və psixologiya şöbəsinə daxil olaraq 1952-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir. Məntiq, psixologiya və Azərbaycan dili müəllimi ixtisasını qazanmışdır.
Azərbaycan Pedaqoji İnstitutunu (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) 1952-ci ilin payızında həmin institutun psixologiya kafedrasında psixologiya ixtisası üzrə aspiranturaya daxil olmuş və əməkdar elm xadimi professor Ə.K.Zəküzadənin rəhbərliyi altında psixoloji tədqiqatlarına başlamışdır.
Aspiranturanı müvəffəqiyyətlə başa vuraraq 18 may 1956-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Elmi şurasında «İbtidai məktəbin ikinci sinif şagirdlərində samitlər üzrə düzgün yazı vərdişlərinin təşəkkül etməsi və inkişafının psixoloji xüsusiyyətləri» mövzusunda namizədlik dissertasiyası müdafiə edərək psixologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.
1969-cu ilin aprel ayında Azərbaycan Dövlət Universitetinin Elmi Şurasında “Azərbaycan Dili Orfoqrafiya və Durğu İşarələrinin mənimsənilməsi psixologiyası məktəbdə” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək o dövrdə Azərbaycanda ən gənc psixologiya elmləri doktoru olmuşdur.
11 İyun 1971-ci il tarixdə Ali Attestasiya Komissiyasının qərarı ilə psixologiya kafedrası üzrə professor elmi adına layiq görülmüşdür.
1970-ci ildə Azərbaycanın “Qabaqcıl maarif xadimi”döş nişanı, 1989-cu ildə “Əmək veteranı”medalı,1990-cı ildə “İşdə əla müvəffəqiyyətinə görə”döş nişanı ilə təltif olunmuşdur.Akademik M.Mehdizadə mükafatının laureatıdır.
Dəfələrlə Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanları ilə təltif edilmişdir. 1978-ci ilin fevralından -2008 –ci ilə qədər Azərbaycan Dillər Universitetinin Psixologiya kafedrasının rəhbəri olmuşdur.
1976-1987-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasının elmi məsləhətçisi olmuşdur. Son 20 il ərzində psixologiya ixtisası üzrə ixtisaslaşmış namizədlik və birdəfəlik doktorluq müdafiə şuralarının üzvü olmuşdur.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası ekspert şurasının üzvüdür. Yüksək ixtisaslı elmi kadrların hazırlanmasında da xidmətləri böyükdür. Onun rəhbərliyi altında 10-dan artıq namizədlik dissertasiyaları hazırlanıb müdafiə olunmuşdur. 10-dan artıq doktorluq, 20-dən artıq namizədlik dissertasiyasının rəsmi opponenti olmuşdur. 200-dən artıq elmi əsərin, o cümlədən 11 monoqrafiya və kitabçanın, orta və ali məktəblər üçün 10-dan artıq dərslik və dərs vəsaitinin, xeyli tədris proqramlarının müəllifidir, 20-dən çox kitabın elmi redaktoru olmuşdur. 100-dən artıq elmi məqalənin, onlarca dərslik və dərs vəsaitinin, kitab və monoqrafiyaların müəllifidir.
Kitabları:
1. Yazı təliminin bəzi məsələləri (müəlliflərdən biri). Bakı, 1961
2. Durğu işarələrinin mənimsənilməsi psixologiyası. Bakı, 1963
3. Təlim psixologiyasının bəzi məsələləri (Ş.Babayev və N.Şükürova ilə müştərək). Bakı, 1965
4. Ailə tərbiyəsində uşaqların fərdi xüsusiyyətlərinin nəzərə alınması. Bakı, 1966
5. Atalıq borcu. Bakı, 1966
6. Kiçik məktəbyaşlı uşaqların psixoloji xüsusiyyətləri. Bakı, 1968
7. Ailədə uşaqların məktəbə hazırlanması. Bakı,1972
8. Şagirdlərin düzgün yazı vərdişlərinə yiyələnmə xüsusiyyətləri. Bakı,1984
9.Yaş və pedaqoji psixologiyanin əsasları. Yenidən işlənmiş və əlavələr edilmiş 2-ci nəşri.. Dərs vəsaiti. Həmzəyev, Muxtar Əliş oğlu.. Nəşriyyat: Adiloğlu, Bakı, 2003. Səhifə: 280. Dil: .
Dərslik və dərs vəsaitləri:
1. Ana dili. 1-ci sinif şagirdləri üçün dərslik (Ş.Əlizadə və S.Mikayılova ilə müştərək). Bakı, 1963 – 68-ci illər
2. Ana dili.1-ci sinif üçün dərslik. (Y.Kərimovla ilə müştərək). Bakı, 1969-91-ci illər
3. Oxu. İkinci sinif üçün dərslik.(Y.Kərimovla müştərək) Bakı, 1986-89-cu illər
4. Pedaqoji psixologiya. Ali məktəb tələbələri üçün dərslik. Bakı, 1991
5. Psixofiziologiya (Dərs vəsaiti, E.Şəfiyeva ilə müştərək). Bakı,1998
6. Yaş və pedaqoci psixologiyanın əsasları. Ali məktəb üçün. Bakı, 2000-ci il
Elmi konfranslarda iştirak:
1. Zaqafqaziya psixoloqlarının 2-ci (1960), 3-cü (1962), 4-cü (1965), 5-ci (1970), 6-cı (1974), 7-ci (1977), 8-ci (1980), 9-cu (1983) konfranslarında;
2. SSRİ psixoloqlarının 2-ci, 3-cü, 4-cü, 6-cı, 7-ci qurultaylarında;
3. 18-ci Beynəlxalq psixoloji konqresdə (Moskva,1966,
4. Birinci birgə Təbriz-Bakı xarici dillər konfransında ( Təbriz, 1992),
5. Özbəkistan psixoloqlarının 3-cü konfransında (Daşkənd, 1964),
6. 20-dən artıq respublika elmi konfranslarında iştirak etmiş və maraqlı məruzələrlə çıxış etmişdir.
Yerinə yetirdiyi vəzifələr:
1. Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunda Baş elmi işçi, pedaqogika və psixologiya şöbəsinin müdiri. Psixologiya laboratoriyasının rəhbəri. 1056-1974-cü illər.
2. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu psixologiya və pedaqogika kafedrasının müdiri.1974-1977-ci illər.
3. Azərbaycan Dillər Universitetinin (əvvəllər APXDİ,ADDİ) psixologiya kafedrasının müdiri 1978-2008 -ci illərdə
M.Həmzəyevin yetirmələri Prf. M.Həmzəyevin rəhbərliyi ilə 10-dan artıq elmlər namizədi yetişmişdir. Onun yetirmələrindən psixologiya elmləri doktoru, prof. S.İ.Seyidovu, dos. A.Ə.Quliyevi, Q.Məmmədovu, Ş.M.Babayevi və başqalarını göstərmək olar. M.Həmzəyev respublikamızda və ondan kənarda onlarca doktorluq və namizədlik dissertasiyasının rəsmi opponenti olmuşdur.
Mənbələr:
1.”Psixologiya” (Ali pedaqoji məktəblərin bakalavr pilləsi tələbələri üçün Prof. S.İ.Seyidov və prof. M.Ə.Həmzəyevin elmi redaktorluğu ilə hazırlanmış dərslik) Bakı – 2007
2. R.Əliyev «Psixologiya tarixi» (2006)
3. Bayramov Ə.S., Əlizadə Ə.Ə., – Psixologiya. Bakı, “Çinar-Çap”, 2006, – 620 səh.
4.Ə.T.Baxşəliyev “XX əsrdə Azərbacanda psixoloji fikrin inkişafı III hissə”,B.,ADPU,1998.
5. “Mollaəhmədli və Mollaəhmədlilər”, kitab, “Adiloğlu” nəşriyyatı , Bakı şəhəri 2007. Səhifə 367
TƏRCÜmeyi hal mirzəyeva Elmira Əmir qızı Az1116, Azərbaycan, Bakı, Süleyman Sani Axundov küçəsi 1v m 127
E – mail: e.mirzoyeva@ mail.ru
1951 – ci ildə Azərbaycan Respublikasının Şəmkir rayonunun Təzəkənd kəndində fəhlə ailəsində anadan olmuşdur.
1971 – 1975 Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Dillər Inistitutu
1993 – 1994 APKİA və YHİ – nın Yenidənhazırlanma fakultəsi
1994- 2008 İxtisası ilə əlaqədar 30 dan çox Beynəlxalq ixtisasartırma kurslarının və treninqlərin iştirakçısı olmusdur
1976 – 1993 Bakı şəhərinin 12 və 283 saylı məktəblərində rus dilli və ədəbiyyatı müəllimi
1998 – 2001 Bakı Pedaqoji Kadrların İxtisasartırma İnstitutunun psixologiya kabinetinin müdüri
1998 – 2007 Azərbaycan Praktik Psixoloqlar Assosasiyasinin vitse – prezidenti
2001 – 2004 “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosasiyasında psixoloq
2007 Azərbaycan Praktik Psixoloqlar Assosasiyasinin prezidenti
2004 – 2008 Bakı Pedaqojı Kadrların İxtisasartırma İnstitutunun mühazirəkisi
1994 – 2008 UNİCEF – in 12 layihəsində icraçı və layihə rəhbəri kimi iştirak etmişdir
Mühazirə və prezintasiyaları:
1999 Avropa psixoteropevtlərinin I – ci konfransı Rusiya – Moskva
2002 Azərbaycan təhsil sistemində psixoloji xidmət işi – Türkiyə, Ədirnə
2002 Psixoloji təlim kursu – Almata
2003 Erkən uşaqlıq dövründə qayğı və inkişaf UNESCO – İstanbul
2000 – 2007 Rusiya Təhsil Psixologlarının I, II, III,IV qurultayları
Ailəlidir, 5 övladı, 2 nəvəsi var
27 oktyabr 2005 – ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin ” Azərbaycan Respublikası ” Qabaqcıl Təhsil işçisi döş nişanı ilə təltif olunmuşdur.
“Psixologiya elmindən faydalanmadan təlim – tərbiyə prosesini optimallaşdırmaq mümkün deyil.”
Professor Əbdül Əlizadə
Xəzər Universitəsi –Təhsil fakultəsi
Ümumi psixologiya və Yaş psixologiyası kursu
2008 – 2009 cu il
Kursun Təsviri
Yeni pedaqoji təfəkkürün konseptual modeli məhz insan amilinə, şəxsiyyət amilinə əsaslanır.
Müasir dövrdə məktəbin nəinki pedaqoji, həm də, ilk növbədə,sosial və sosial – psixoloji vəzifələri bu önəmli meyarla müəyyən olunur.Şagird şəxsiyyətinin formalaşması onların ana xəttini təşkil edir. Müasir təhsil konsepsiyası şəxsiyyətin formalaşdırılmasını təhsil sisteminin başlıca vəzifəsi kimi dəyərləndirir.
İnsanın psixoloji xususiyyətlərinə yaxından bələd olmaq, fəaliyyət və ünsiyyət prosesində onu düzgün nəzərə almaq müasir mütəxəssis – mühəndis, həkim, jurnalist, zabit, rəhbər işçi və.b. üçün eyni dərəcədə zəruridir.Elə sənət və peşə sahələri vardır ki, mütəxəssisin dərin psixoloji bilik və səriştəyə malik olması daha mühüm əhəmiyyət kəsb edir.Pedaqoji fəaliyyət bu cəhətdən xüsusilə fərqlənir.Şagirdlərin mənəvi dünyasına hüfuz etmək, onun qabiliyyətlərinin inkişafını düzgün istiqamətləndirmək müəllimdən nəinki böyük sosial məsuliyyət, həmdə çox ciddi psixoloji fəhm tələb edir.Müəllimdə bu ümdə peşə keyfiyyəti elmi psixoloji biliklərə dərindən yiyələnmək sayəsində təşəkkül edə bilər.
Məqsədlər
-Ümumi psixologiya və yaş psixologiyası sahəsində biliklərinin artırılması.
-Kursa qarşı meyl, marağın və səriştələrinin gücləndirilməsi, qazanılan biliklərin təcrübədə möhkəmləndirilməsi.
Vəzifələr
-Tələbələri psixologiya elmi ilə yaxından tanış etmək.
-Uşağın psixi inkişafında Ümumi psixologiya və Yaş psixologiyası kursunun əhəmiyyəti barədə məlumat vermək,aparaılan tədqiqatlarla tələbələri tanış etmək.
-Uşağın psixi inkişafını müəyyən edən metodları öyrətmək,interaktiv təlim metodlarını mənimsətmək.
-Biliklərin daha müstəqil, sərbəst qavranılması və mənimsənilməsi;
-Məntiqi, tənqidi və yaradıcı təffəkürün, habelə problemlərin həlli və qərar qəbul edilməsi üzrə vərdişlərin yaradılması;
-Elmi – tədqiqat vərdişlərinin formalaşdırılması.
Mənbələr
Ə.S.Bayramov,Əbdül Əlizadə – Psixologiya – 2006
Prof.Əbdül Əlizadə – Müasir Azərbaycan Məktəbinin Psixoloji Problemləri – 2004
Ağababa İbrahimov,Hüseyn Xəlilov – Uşaq tərbiyəsinin bəzi aktual problemləri – 1998
Ə.Ə.Əlizadə – Yeni pedaqoji təfəkkür – İstanbul 2002
Muxtar Həmzəyev – Yaş və Pedaqoji Psixologiyanın əsasları – 2003
E.M.Quliyev – Yaş Psixologiyasının tədrisi məsələləri – 1997
Schaefer DİGeronimo – AGES STAGES
И.Б.ГРИНШРУН – ВВЕДЕНИЕ В ПСИХОЛОГИЮ – 1997
Г.С.АБРАМОВА – Возрастная психология – 1999
Ж.ПИАЖЕ – Суждение и рассуждение ребенка – 1997
Под.ред.проф. А.В.ПЕТРОВСКОГО – Возрастная и педагогическая психология – 1979
В.Н.Карандашев – ПСИХОЛОГИЯ;введение в профессию – 2000
Л.А.Першина – Контрольные задания по психологии – 1998
Е.Е.Данилова – Практикум по возрастной и педагогической психологии – 1999
Н. Семаго М.Семаго – ТЕОРИЯ И ПРАКТИКА ОЦЕНКИ ПСИХИЧЕСКОГО РАЗВИТИЯ РЕБЕНКА – 2006
Kursa dair tələblər
Daimi davamiyyət arzu olunandır.
- Davamiyyət çox vacib hesab edilir;dərsdən qalmaların çoxalması təlimin müvəffəq olmasına əks təsir göstərir.Hər hansı bir səbəbdən dərsə gəlmədikdə qabaqcadan təlim aparan müəllimə xəbər verilməsi zəruridir(fövqəladə vəziyyət istisnalıq təşkil edir).Bir dərsdən qalmaq o biri dərsə hazırlıqsız gəlmək üçün üzürlü hal hesab edilmir.
- Kursdan kənarlaşdırma;Kursu tərk etmək istəyən hər hansı bir tələbə əvvəlcə müəllimə müraciət etsin.Bu vəziyyətə dair ümumi rəyə gələ bilmədiyimiz halda Siz kursdan kənarlaşdırılmaq üçün müraciət edə bilərsiniz.
- Akademik yalançılıq;Digər müəllif və şəxsin sözlərini mənbəni bildirmədən öz adınıza çıxmağınız PLAGİARİZM adlanır və bu yol verilməz hesab edilir.Belə hal olarsa tələbənin müvəffəqiyyəti sıfıra endirilir və bu haqda xüsusi məlumat hazırlamaqla Universitet rəhbərliyinə məlumat göndərilir.
- Fəallıq və nəzakətli davranış sinifdə iştirak edən hər bir şəxsin gündəlik davranış norması hesab edilir.
Qiymətləndirmə
10% – Sorğu –Sual
10% – Gündəlik fəallıq
XƏZƏR UNİVERSİTƏSİ – 2008-2009 – cu Tədris ili üçün
Psixologiyaya giriş və yaş psixologiyası kursu üzrə 32 saatlıq tədris proqramı.
İnstructor: psixoloq Mirzəyeva Elmira Əmir qızı
Cəmi: 32 saat
Təlim metodları
Situativ praktikum
Motivasiyanın yaradılması
Rəmzi materialın şərhi
Sual verməyə həvəsləndirmə
İnteraktiv iş formaları
Cütlük şəklində iş
Söz assosiasiyaları
Rollar üzrə oyun
Modelləşdirmə
Təqdimat(prezentasiya)
Dostları ilə paylaş:
Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2023
rəhbərliyinə müraciət
Yaş psixologiyasının inkişaf tarixindən
Sual 1. XIX əsrin ortalarında yaş psixologiyasının müstəqil formalaşması və inkişafı üçün şərait yaranır, onlar haqqında nəzəriyyələr meydana çıxıb inkişafa başlayır. Bu istiqamətdə Qərbi Avropa və amerikan psixoloqlarının Tideman, B.Preyer, Ament, Qaull, Qross, E.Meyman, V.Ştern, K.Büler, Kompeyr, A.Bine, Bolduin, Drummond və b.) xeyli əsərləri nəşr olunmuşdur.
XX əsrin əvvəllərində psixi hadisələrin mahiyyətini düzgün başa düşmək və onların qanunauyğunluqlarını öyrənmək üçün təbiət elmlərinin tədqiqat üsullarından geniş istifadə olunurdu.
Təbiətşünaslıq elmlərinin nailiyyətləri əsasında belə bir ideya irəli sürüldü ki, psixika təkamül prosesində təşəkkül tapır, özü də o, ali heyvanların təkamülündə ən mühüm amildir. Elmdə belə bir müddəa da qəbul edildi ki, psixika və bütün psixi hadisələr xüsusi şəkildə yüksək təşəkkül tapmış materiyanın- beynin məhsuludur. Görkəmli rus psixoloqu B.F.Lomovun təbirincə desək, psixologiya beynin ali funksiyalar sahəsini əhatə edən təbiətşünaslığın “davamı” kimi inkişaf edirdi.
Sual 2. Ümumiyyətlə, yaş psixologiyasında psixi inkişafın əsas mənbəyinin müəyyənləşdirilməsinə görə alimlər bir-birinə zidd olan, iki cəbhəyə-biogenetik və sosiogenetik cərəyanlara bölünmüşlər:
Biogenetik — uşağın inkişafı tam bioloji yetkinlik kimi dərk olunur. E.Torndayk məsələyə bu cür yanaşan psixoloqlardandır. O, uşaq şəxsiyyətini “genlər toplayıcısı” kimi başa düşürdü. Digər xarici psixoloqlar isə uşağın psixi inkişafında başlıca yeri bədənin fiziki quruluşundakı dəyişikliklərlə əlaqələndirirdilər. Biogenetik cərəyan tərəfdarları bəzən uşağın psixi inkişafında ətraf mühitin, təlim və tərbiyənin rolunu cüzi dərəcədə qəbul etsələr də, bunları uşağın təməlinə təbiətən qoyulmuş keyfiyyət və xassələrin meydana çıxmasına əlverişli şərait yaradan zəmin kimi qiymətləndirirlər. Biogenetik nəzəriyyə öz mahiyyəti etibarilə psixikanın inkişafına ictimai mühitin təsirini inkar edir, ictimai həyat şəraiti ilə yanaşı, təlim və tərbiyənin də rolunu heçə endirir.
Sosiogenetik — düzgün elmi mövqedə dayanmırlar.Onlar inkişafın təbii əsaslarını, anatomik-fizioloji zəminlərin mövcudluğunu inkar edir, bununla da uşaq şəxsiyyətinin təlim və tərbiyə prosesində təşəkkülünü orqanizmin inkişafı və yetkinliyindən ayırırlar. Burdan belə bir nəticə çıxır: hər bir uşaağı müəyyən müddət ərzində kim istəsək edə bilərik. Bu vaxt ictimai mühitin özü də dəyişməz bir ehkam kimi götürülür.
Əslində uşağın psixi inkişafına iki amil təsir edir:
- Bioloji (təbii)
- Sosioloji (həyat tərzi, mütəşəkkil təlim və tərbiyə)
Avstriya psixiatrı və psixoloqu Ziqmund Freyd XX əsrin əvvəllərində psixikanın ümumi inkişaf nəzəriyyəsini yaratmışdır. O, psixi inkişafın hərəkətverici qüvvələrini sosial münasibətlərdən kənarda axtarır. O, psixikada həlledici yeri instinktiv başlanğıca-biolojiyə verir. Onun fikrincə, psixikanın inkişafını təmin edən qüvvə, orqanizmin bioloji dərinliklərindən gələn və onun fəaliyyətini müəyyənləşdirən meyllərdir, həvəsdir.Əvvəllər uşağın həvəsi cinsi fəaliyyətlə bağlı olmur. Lakin sonralar, erkən yaşlarda onların müəyyən obyektlər üzrə fərfiləşməsi prosesi baş verir. Uşaqda təzahür edən ilk həvəslərdən biri Freydin şagirdi Anna Freydin “Anaya məhəbbətin əmələ gəlməsi” əsərində ətraflı təhlil olunur.
Uşaq böyüdükcə qadağaları mənimsəyir və “həvəslərini” bir növ “ daxilə qovur”. Daxili hərəkətverici qüvvəyə çüvrilir və müəyyən vaxtlarda davranışın affektiv forması kimi xaricə çıxmağa səy göstərir.
Sosiogenetik inkişafın tərəfdarları uşağın psixi inkişafını onu əhatə edən sosial mühitin təsiri nəticəsi kimi nəzərdən keçirirlər. Bu cərəyanın ilk nümayəndəsi Emil Dürkheym sayılır. O, psixoloji baxımdan biogenetik nəzəriyyənin kəskin tənqidini verir. Onun fikrincə, uşağın psixi inkişafı-assimilyasiyadır, yəni başqa adamların hisslərinin, təsəvvür və imkanlarının mənimsənilməsidir. Uşağın ətraf aləmdən dərk etdiyi fikir və emosiyalar onun ruhi fəaliyyətini müəyyən edir.
Uşaq inkişaf prosesində adət-ənənələri (Dürkheymə görə bəşəriyyətin qazandığı təcrübə) mənimsəməlidir. Bu mənimsəmə isə təqlidetmə sayəsində olur. Uşaq anadan təqliqetmə xüsusiyyəti ilə doğulur.
Digər sosiogenetik cərəyan nümayəndəsi isə Şarl Blondel hesab olunur. O, Dürkheymi insanda üzvi və sosial olanları bir-birinə qarşı qoyduğu üçün təqsirləndirirdi. Blondel cəmiyyəti uşağın ətraf aləmlə bilavasitə əlaqəsinə kömək edən münasibətlər sistemi kimi nəzərdən keçirir, tərbiyənin sosial inkişaf qaydalarının rəftar və davranışda möhkəmlənməsini təmin etdiyini göstərirdi.
Uşağın sosiallaşmasının ilk mərhələlərini nəzərdən keçirən Blondel maddi cisimlərlə hərəkətlərin mənimsənilməsi faktına böyük əhəmiyyət verirdi. Onlarla hərəkət edən uşaqlar, Blondelin fikrincə, həmin cisimlərdən istifadə etmək üsullarına yiyələnirlər.
Beləliklə, nə bioloji, nə sosioloji şərh psixoloji inkişaf probleminin düzgün elmi həllini təmin edə bilməmişdir.
Biogenetik və sosiogenetik cərəyanların birtərəfliliyini aradan qaldırmaq təşəbbüsünü ilk dəfə alman psixoloqu Vilyam Ştern irəli sürmüşdür. Onun “Erkən uşaqlığın psixologiyası” əsərində uşaq psixikasının inkişafının əsas müddəalarından danışılır. Həmin əsərin “Ruhi inkişaf” fəslində yazılır: “Ruhi inkişaf heç də anadangəlmə xüsusiyyətlərin sadəcə olaraq ifadəsi, həm də xarici təsirlərin sadəcə qavranılması olmayıb, daxili məlumatların, inkişafın xarici şərtlləri ilə “konvergensiyasının”-görüşməsinin nəticəsidir.”
XX əsrin 30-cu illərinin əvvəllərində psixoloqların bir qrupu psixikanın inkişafında bioloji və sosioloji amillərin qarşılıqlı nisbəti problemində sosial amilə üstünlük verməyə başlayırlar.
Neofreydizmin nümayəndələri K.Xorni, Q.Salliven və E.Fromm belə hesab edirlər ki, insan psixikasının inkişafı və təşəkkülünə sosial şərait və şəxsiyyətlərarası münasibətlər təsir göstərir.
K.Xorninin fikrincə, insandakı — Freydin bioloji hesab etdiyi-bir sıra xassələr (etibarsızlıq, düşmənçilik, mürtəcelik və s.) sosial cəhətdən şərtlənmiş olur. Uşağın psixi inkişafını nəzərdən keçirən müəllif qeyd edir ki, valideynlərin ədalətsizliyi uşaqda davranışın mənfi formalarının meydana gəlməsinə səbəb olur.
Bu cərəyanın başqa nümayəndəsi də Erix Fromm hesab olunur.O, Freydin bioloji konsepsiyasını ciddi tənqid edir. O da şəxsiyyətin təşəkkül amilini ictimai-iqtisadi şəraitdə görür, lakin o, burada təhtəlşüur sahəyə, psixikanın daha dərin daxili təbəqələrinə böyük əhəmiyyət verir.
Nəticədə məlum olur ki, neyrofreydistlər də Freyddə olduğu kimi, psixi inkişafın başlıca qüvvəsini uşaq doğulan zaman, yada erkən uşaqlıqda meydana gələn, sonralar isə tamamilə dəyişməz qalan təhtəlşüur sahəsilə əlaqədar izah edirlər.
Uşağın psixi inkişafında sosial təsirlərin mövcudluğunu etiraf edən Jan Piaje eyni zamanda onların cüzi rol oynadığını göstərir. İstər məktəbəqədər yaşlı, istərsə də kiçik məktəbyaşlı uşaqlarda əqli inkişafın amillərini nəzərdən keçirən Piaje təlimi heç vaxt onların sırasına daxil etməmişdir. O, psixi inkişafda təlimin rolunu inkar etmir. Piajeyə görə təlim inkişafın məzmun, yaxud ardıcıllığını dəyişə bilməz; o onu ancaq ləngidə, yaxud sürətləndirə bilər.
Jan Piajenin “Uşağın mənəvi mühakimələri” kitabında o, uşaqda iki cür mənəviyyatın mövcudluğunu qeyd edir:
- İlk mənəviyyat məcburiyyət sayəsində baş verir: yaşlı ilə uşağın qarşılıqlı münasibətində uşaq yaşlıların göstərişlərinə əməl etməyə alışır.
- Əməkdaşlıq mənəviyyatı-bu, uşağın öz yaşıdları ilə qarşılıqlı münasibəti sayəsində yaranır.
Piaje inkişafı ayrı-ayrı fərdlərin ətraf mühitlə qarşılıqlı münasibətlərinin daxili səbəblərindən törəyən mürəkkəbləşmənin nəticəsi kimi nəzərdən keçirir. Piajeyə görə, uşaq təbii, eyni zamanda, anadan olduğu andan daxili strukturaya malik fəal varlıqdır.Uşaq ətraf aləmdə baş verən xarici təsirlərə sadəcə cavab vermir, həm də onu mənimsəyərək formalaşır.
Fransız psixoloqu A.Vallon öz əsərlərində bioloji və sosioloji amillərin münasibəti məsələsini nəzərdən keçirmiş və uşağın psixi inkişafını bəşəriyyətin inkişafının təkrarı kimi şərh edən nəzəriyyələri kəskin tənqid etmişdir.
Anri Vallon psixi inkişafın hərəkətverici qüvvəsini uşağın onu əhatə edib get-gedə mürəkkəbləşən şəraitlə qarşılıqlı münasibətində görür. Bu inkişafa təsir göstərən şərtlər içərisində insani münasibətlər, davranış tərzləri və insanın yaratdığı şeylər daha çox əhəmiyyət kəsb edir.Psixi inkişafın gedişi zamanı qeyd olunan qarşılıqlı təsirlərin xarakteri dəyişilir. Əvvəllər uşağa xaricdən göstərilən təsir daha qüvvətli olur. Sonralar isə psixi inkişaf daxili zəminlərdən daha çox asılı olmağa başlayır. Vallona görə inkişaf keyfiyyətcə bir mərhələdən digərinə keçid şəklində həyata keçirilir, keçidlər isə böhranlar yolu ilə baş verir.O, uşaq psixiologiyasını elmi mövqedən həll etməyə səy göstərərək, “Uşağın psixi inkişafı”, “Hərəkətdən fikrə”, “Uşaq təfəkkürünün mənbələri” və başqa əsərlər yazmışdır.
Rene Zazzo Vallonun şagirdi və davamçısı olmuşdur.Rene Zazzo göstərir ki, uşağın psixi inkişafında təbii və sosial olanları qarşı-qarşıya qoymaq o deməkdir ki, uşağın bioloji təbiətilə ali heyvanların təbiəti arasında keyfiyyətcə heç bir fərq yoxdur.
Zazzonun fikrincə, irsiyyət və mühit biri digərini tamamlayan, bir-birilə dialektik vəhdətdə olan vasitələrdir. Uşağın təbii, irsi imkanları həmişə ətraf mühitdən asılı vəziyyətdə olur; mühit əlverişli vəziyyətdə olduqda onlar inkişaf edir, əlverişsiz olduqda isə reallaşa bilmir.
Sual 3. Yaş psixologiyasının problemlərinin həllində mühüm rol oynayan almaniyalı E.Meymanın təşəbbüsü ilə məktəblərdə ilk psixoloji laboratoriyalar yaradılır. Bu laboratoriyalar təlim və tərbiyə prosesində qarşıya çıxan çətinlikləri aradan qaldırmaq məqsədi güdür. 1907-ci ildə Meymanın “Eksperimental pedaqogika üzrə mühazirələr” kitabı çap olunur.
İngilis məktəblilərinin tipoloji xüsusiyyətlərinin eksperimental şəkildə tədqiqilə görkəmli uşaq psixoloqu Ceyms Selli məşğul olmuşdur.
Fransada A.Binenin təşəbbüsü ilə təşkil edilmiş ekperimental uşaq laboratoriyasında psixodiaqnostik metodlarla uşaqların fiziki və psixoloji qabiliyyəti öyrənilirdi. Bine həm də T.Simonla birlikdə ağıldankəm uşaqların yardımçı məktəblərə seçilməsi metodikasını işləyib hazırlayır.
Amerika alimi Stenli Xoll uşaqların psixi inkişafını biogenetik qanun əsasında şərh edirdi. Onun uşağın yaş xüsusiyyətləri haqqında irəli sürdüyü fikirlər pedaqoji xarakter daşıyır.
Avstriyalı psixoloq Karl Büler “Uşağın mənəvi inkişafı haqqında oçerklər” adlı kitabında göstərir ki, uşaq öz ontogenetik inkişafında instinkt, öyrənmə və intellekt adlanan 3 mərhələdən keçməlidir.
Biheviorizmin görkəmli nümayəndəsi E.Torndayk heyvanlar üzərində apardığı tədqiqatlardan alınan nəticələri uşaqların təlim prosesinə şamil edir.
Müasir dövrdə biheviorizmin ən nüfuzlu nümayəndəsi sayılan Berres Skinner insan davranışını öyrənmiş və onun fikrincə, insan davranışının xarakterləri heç də onun öz təlabatlarından deyil, mühitdən irəli gələn vasitələrdən ( rəğbətləndirmə və ya cəzalandırma) asılıdır.
Müasir amerikan psixologiyasında mütərəqqi cərəyanlardan birini Cerom Bruner təmsil edir. O, özünün “Təlim prosesi”, “Təlim nəzəriyyəsi yolunda”, “İdrak fəaliyyəti inkişafının tədqiqi” əsərlərində təlim və inkişaf məsələlərini nəzərdən keçirmişdir.
K.D.Uşinskinin “İnsan tərbiyə mövzusu kimi” və ya “ Pedaqoji antropologiya” adlı kitabı, B.Preyerin “ Uşaq qəlbi” adlı əsəri uşaq psixologiyası problemlərinə həsr olunmuş ilk fundamental psixoloji əsər kimi qiymətləndirilməlidir.
Uşinski sübut edir ki, bütün psixi proseslər həyati inkişafın qanunauyğun məhsulu və zəruri amilidir. Görkəmli alim orqanizmin inkişafını-insanın təşəkkülü, ictimai fərdiyyərin təşəkkülü kimi qiymətləndirir. O, uşağın hissi idrakına xüsusi diqqət yetirməklə yanaşı, uşağın inkişafında, onun əqli və mənəvi qüvvələrinin formalaşmasında nitqin də böyük rol oynadığını qeyd edirdi. Hər uşaq ana dilində öz xalqının mənəvi aləmilə tanış olur. Buna görə də dilin mənimsənilməsi gənc nəslin istər əqli, istər mənəvi, istərsə də vətəndaşlıq inkişafının zəruri rəhnidir.
XIX əsrin 70-ci illərindən etibarən eksperiment üsulunun təbii elmlərlə, eyni zamanda ümumi psixologiyaya tətbiqilə əlaqədar uşaq psixologiyası sahəsində eksperimental tədqiqatlar aparılmağa başlanıldı.
İ.A.Sikorskinin “Uşaq ruhu” adlı monoqrafiyası, A.P.Neçayevin “Müasir eksperimental psixologiya və məktəb təlimi məsələlərinə onun münasibəti”, “Tərbiyəçi və müəllimlər üçün psixologiya oçerkləri”, P.O.Efrusi, N.E.Rıbakova və K.N.Kornilovun əsərləri tarixilik baxımından maraq doğurur.
XX əsrin başlanğıcında M.V.Bexteryevin rəhbərlik etdiyi Psixonevroloji İnstitutda, Q.P.Rassolimonun Uşaq Nevrologiyası və Psixologiyası İnstitutunda müvafiq laboratoriyalar, elmi müəssisələr yaradıldı.
Görkəmli rus fizioloqu İ.M.Seçenovun əsərləri təbii-elmi zəmin baxımından yaş psixologiyası üçün çox qiymətli əhəmiyyət kəsb edirdi. O, göstərir ki, psixologiya elmi öz məzmunu etibarilə “psixi fəaliyyətin əmələ gəlməsi” haqqında təlim olmalıdır.
İ.M.Seçenov psixi inkişafın reflektor nəzəriyyəsini yaratmış, onun fizioloji əsaslarının nədən ibarət olmasını göstərmişdir. Görkəmli fizioloq uşaqlarda psixi proseslərin və özünüdərketmənin inkişaf yollarının elmi təhlilini vermişdir.
Azərbaycanda psixologiya elminin, o cümlədən yaş psixologiyasının inkişafı qədim bir tarixə malikdir. Azərbaycanda psixologiyanın bir eksperimental elm kimi formalaşması isə XX əsrin 20-ci illərinə təsadüf edir. Bu vaxtdan başlayaraq Azərbaycanda psixi hadisələr eksperimental surətdə öyrənilməyə, peşakar psixoloqlar hazırlanmasına başlanmışdır.
1926-cı ildə Azərbaycan Dövlət Universitetində görkəmli psixoloq F.Ə.İbrahimbəyov psixologiya laboratoriyası yaratmış, bununla da ilk dəfə olaraq gələcək eksperimental tədqiqatların əsasını qoymuşdur. 1928-29-cu illərdə yeniyetmə və gənclərin əmək vərdişlərini, imkanlarını, onun qanunauyğunluqlarını öyrənmək məqsədilə Bakıda psixofiziologiya və psixotexnika cəmiyyəti yaradılır və onun nəzdində 6 psixologiya laboratoriyası təşkil edilir.
L.S.Vıqotski insanın psixi inkişafı haqqında mədəni-tarixi nəzəriyyəni işləyib hazırlamışdır. O, qeyd edirdi ki, təlim proqramları və üsulları heç də yalnız uşağın əldə etdiyi əqli inkişaf səviyyəsinə deyil, həm də “onun inkişafının yaxın zonasına” müvafiq gəlməlidir.
A.N.Leontyev məktəbəqədər və məktəb yaşlı uşaqların psixi inkişafının hərəkətverici qüvvələrini və qanunauyğunluqlarını, müxtəlif motivasiyalar zamanı uşaqların fəaliyyətinin (oyun,təlim, əmək) gəlişini və ayrı-ayrı yaş qruplarından olan uşaqların mənəvi inkişafına onun təsiri mexanizmini öz tədqiqatlarında ardıcıl izləyib aşkara çıxararaq belə bir nəticəyə gəlir: hər bir yaş dövründə fəaliyyətin bir növü üstünlük təşkil edir və uşağın psixi inkişafında həlledici rol oynayır.
Təlim və uşağın əqli inkişafının qarşılıqlı əlaqəsi sahəsində D.B.Elkonin mütərəqqi addım ataraq sübut etdi ki, uşağın əqli inkişafında təlim öz aparıcı rolunu hər şeydən əvvəl, uşağın mənimsədiyi biliklərin məzmunu sayəsində həyata keçirir.Burada uşaq tərəfindən mənimsənilmiş yeni biliklər onun əqli inkişafının mühüm meyarı kimi çıxış edir.
L.İ.Bojoviçin rəhbərliyilə tədqiq olunan, uşaq şəxsiyyəti təşəkkülünün müxtəlif dövrlərində onun psixoloji xarakteristikasını müəyyənləşdirən, P.Y.Qalperin və onun şagirdlərinin uşaqların müxtəlif yaş dövrlərində əqli fəaliyyətin mərhələlər üzrə təşəkkül problemlərini açan tədqiqatlarında aydın görmək olar.
Respublikamızın uşaqların, gənclərin psixi inkişaf xüsusiyyətlərini öyrənən nümayəndələrindən M.C.Məhərrəmov, Ş.S.Ağayev, Ə.S.Bayramov, Ə.Ə.Əlizadə, M.Ə.Həmzəyev, Ə.Ə.Qədirov, F.Ə.İbrahimbəyov, Z.M.Mehdizadə və başqalarının adını qeyd etmək olar.
XX əsrin ortalarından başlayaraq uşaq psixologiyasının ümumi məsələlərinə, qanunauyğunluqlarının aşkar edilməsinə və uşaqların əmək fəaliyyətinə, qavrayış, nitq, diqqət, hafizə, təfəkkür, hiss və xarakterinin inkişaf və tərbiyəsinə bir sıra kitab, əsər və məqalələr həsr olunmuşdur. Bunlara misal olaraq, Ş.S.Ağayev “Ailədə uşaqların nitqinin inkişaf etdirilməsi” Bakı 1962; M.Ə.Həmzəyev “Ailədə uşaqların oyunlarına rəhbərlik”,Bakı 1965; Ə.S.Bayramov “Ailədə müstəqil təfəkkürün tərbiyəsi haqqında”,1957; Z.M.Mehdizadə “Uşaqlarda təfəkkür və nitqin inkişafı”,Bakı 1960; Ə.Ə.Qədirov “Uşaqlarda idrak prosesinin inkişafı”, Bakı 1970; Ə.Ə.Əlizadə “Uşaqlarda kollektivçilik hissinin tərbiyəsi”,Bakı 1963 və s. göstərmək olar.
Respublikamızda gənclərin şəxsiyyətinin formalaşması, ideya-siyasi tərbiyəsinin, yaradıcı fəallığın sosial psixologiyası, bədii yaradıcılığın psixoloji xüsusiyyətləri, təlim tapşırıqlarının mənimsənilməsinin psixoloji əsasları da öyrənilmişdir.
Ölkəmizdə yaş psixologiyası üzrə problemlərin tədqiqinə maraq durmadan artır. Hal-hazırda yaş psixologiyası üzrə araşdırmalar, yaradıcı axtarışlar yeni metodlar əsasında davam etməkdədir.
Müəllif: Kamilə Kazımova– Bakı Dövlət Universitetinin psixologiya kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru, konsultant, hipnoterapevt, “Hipnoz” Psixologiya və Psixoloji Məsləhət mərkəzinin rəhbəri.
Mənbə:
- Həmzəyev M.Ə Yaş və pedoqoji psixologiyanın əsasları Bakı 2003.
- Qədirov Ə.Ə Yaş psixologiyası. Bakı, 2003.
- Vəliyev M.V., Mustafayev A.M. İnkişaf və yaş psixologiyası. Bakı, 2013.
- Vəliyev M.V., Mustafayev A.M. Uşaq psixologiyası. Metodik vəsait. Bakı, 2011.
- Шаповаленко И.В. Возрастная психология. М: Гардарики, 2005.
- Teqlər:
- yaş psixoloyasının inkişaf tarixi
- , biogenetik nəzəriyyə
- , sosiogenetik nəzəriyyə
- , yaş psixologiyasının tədqiqat metodları
Comments are closed, but trackbacks and pingbacks are open.