Muxtar kimdir
3. Bir rəvayətdə deyilir ki, Übeydullah ibni Ziyad və Ömər Sədin kəsik başını imam Səccad (əleyhis-salam)-ın yanına gətirdikləri zaman səcdəyə düşdü və Allaha həmd-səna etdikdən sonra buyurdu: جَزىَ اللهُ المُختارَ خَیراً “Allah Muxtara xeyir əvəzi versin!” [8]
Muxtar Hüseynzadə
Muxtar Hüseyn oğlu Hüseynzadə (21 mart 21, 1900-cu il – 1985-ci il) — Azərbaycan türkoloqu, filologiya elmləri doktoru, Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi.
Muxtar Hüseynzadə | |
---|---|
Muxtar Hüseyn oğlu Hüseynzadə | |
Doğum tarixi | 21 mart 1900 |
Doğum yeri | Mərənd vilayətinin Zunuz kəndində |
Vəfat tarixi | 1985 |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | dilçilik |
Tanınmış yetirməsi | oğlu Çingiz Hüseynzadə |
Mükafatları | 1973 |
Mündəricat
- 1 Həyatı
- 2 Elmi yaradıcılığı
- 3 Medalları
- 4 Kitabları
- 5 Onun haqqında yazılan məqalələr
- 6 İstinadlar
Muxtar Hüseyn oğlu Hüseynzadə 1900-cu il martın 21-də Güney Azərbaycanın Mərənd vilayətinin Zunuz kəndində anadan olmuşdur. Onun gözünü açıb gördüyü və ilk uşaqlıq illərini keçirdiyi İranın vəziyyəti çox ağır idi. Muxtarın atası Hüseyn kişi böyük savadı olmasa da, çox maarifpərvər adam olduğu üçün oğlunu savadlı görmək istəyirdi, buna görə də 1910-cu ildə onu molla məktəbinə qoymuşdu. Getdikdə vəziyyətinin ağırlaşdığını görən Hüseyn kişi öz ailəsi və qardaşı Tağı ilə birlikdə minlərlə iranlı kimi Zaqavqaziyaya köçməyə qərar verir. 1913-cü ildə Muxtar Hüseynzadə ailəsi ilə birlikdə Quzey tərəfə gəlir. Əvvəlcə atası ilə birlikdə mis mədənində fəhlə işləyir. 1917-ci ildə o, Tiflis şəhərinə gəlir və müxtəlif yerlərdə fəhlə işləyir. O, savadını artırmaq üçün arzuladığı şəraiti məhz Gəncə şəhərinə köçdükdən sonra tapır. Bu dövrdə Azərbaycanda savadsızlığın ləğvi kursları yaradılırdı. Savad kursları Gəncə şəhərində də təşkil olunmuşdu. Muxtar da öz savadını artırmaq üçün Gəncədə fəhlə fakültəsinə daxil olaraq 1927-ci ildə oranı bitirir. Lakin irəliləmək eşqi ilə 1927-ci ildə Bakıya gələrək Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsinə daxil oldu. Türk dili və ədəbiyyatı kafedrasının müdiri professor Bəkir Çobanzadə Muxtar Hüseynzadəyə dərs demişdi. Məhz B.Çobanzadənin mühazirələrinin onu cəlb etdiyinə görə Muxtar Hüseynzadə 1931-ci ilə universiteti türk dili və ədəbiyyatı üzrə bitirdi. Muxtar Hüseynzadə aspiranturada oxuduğu vaxt Bakı Kooperativ institutunda müasir Azərbaycan dilində mühazirələr oxumağa başlayır. 1935-ci ildə onun elmi rəhbəri B.Çobanzadə Muxtar Hüseynzadəni Azərbaycan Dövlət Universitetində – ümumi dilçilik kafedrasında dərs deməyə dəvət edir. Muxtar müəllim öz gəlişi ilə özünü tamamilə bu kafedraya həsr edir və 50 il bu kafedrada dərs deyir. Bu illər ərzində o, “Müasir Azərbaycan dili” adlı elmi əsərini 1946-cı ildə müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. [1] O, Azərbaycan dilinin tarixi, nitq mədəniyyəti, əlifba, orfoqrafiya, terminologiya, durğu işarələri sahəsində əsərlər yazmış, Azərbaycan respublikasının ali məktəblərində Orxon-Yenisey abidələrindən mühazirələr oxumuşdur. Bu qədər hərtərəfli fəaliyyətinə baxmayaraq o, müasir Azərbaycan dili üzrə mütəxəssis kimi tanınır. O, istər ali məktəblərində, istər orta məktəblərdə müasir Azərbaycan dili fənninin əsasını qoymuşdur. Müasir Azərbaycan dili sahəsində elmlər namizədləri və doktorları hazırlanmasında onun böyük əməyi olmuşdur. 1980-ci il martın 26-da Azərbaycan SSR Ali və Orta ixtisas Təhsil Nazirliyi Azərbaycan Dövlət Universitetinin ümumi dilçilik kafedrasının müdiri, Azərbaycan SSR Əməkdar Elm Xadimi, Azərbaycan SSR Dövlət Mükafatı Laureatı filologiya elmlər doktoru, professor Hüseynzadənin 80 illik yubileyini keçirdi. Bu yubiley mətbuatda respublika mətbuatında geniş işıqladırıldı. O, 1985-ci ildə Bakıda vəfat etmişdi.
Elmi yaradıcılığı Redaktə
M.Hüseynzadə qırxdan çox elmi əsərin müəllifidir. Bunlardan ən çox yayılmışı ali məktəblər üçün dərslik kimi yazılmış və artıq dörd dəfə (1954, 1963, 1973, 1983) nəşr edilmiş “Müasir Azərbaycan dili” kitabıdır. Bu kitabın ilk nəşrində (1954) Azərbaycan dilinin fonetika, leksika və morfologiya məsələləri araşdırılır. Burada Azərbaycan dilinin leksikası ilk dəfə sistemli şəkildə tədqiq edilir. Müəllif sözün mənaları haqqında məlumat verir, türkologiyada ilk dəfə frazeologiya məsələsini qaldırır, Azərbaycan dilinin lüğət tərkibindəki qeyri-türk mənşəli – “gəlmə və alınma sözlər” adlanan təbəqəni müfəssəl tədqiq edir. O, ərəb və fars mənşəli sözləri özünün irəli sürdüyü prinsiplər əsasında orijinal surətdə qruplaşdırır. M.Hüseynzadənin fikrincə, “dil zorakı assimilyasiyaya qarşı o zaman daha ciddi müqavimət göstərə bilir ki, onun sabit və möhkəm qrammatik quruluşu olsun və bir çox əsrlər ərzində öz həyatiliyini sübut etmiş olsun. Belə bir dil “yüz illərlə davam gətirən uzun bir proses” nəticəsi olan çarpazlaşma zamanı həmişə qalib gəlir və öz lüğət tərkibini məğlub dilin hesabına zənginləşdirir. Azərbaycan dili də belə dillərdəndir”. M.Hüseynzadə Azərbaycan dilçiliyi tarixinə morfologiya üzrə mütəxəssis kimi düşsə də, onun Azərbaycan dilinin sintaktik quruluşunu öyrənmək, tədqiq etmək sahəsindəki xidmətləri morfoloji quruluşu araşdırmaq sahəsindəki xidmətlərindən heç də geri qalmır. Onun 1953-cü ildə nəşr olunmuş “Müasir Azərbaycan dilində birinci növ təyini söz birləşmələri”, 1954-cü ildə ikinci söz birləşmələrinə həsr edilmiş “Müasir Azərbaycan dilində təyini söz birləşmələrinə dair”, 1957-ci ildə “Müasir Azərbaycan dilində mürəkkəb təyini söz birləşmələri” , 1959-cu ildə çapdan çıxmış “Azərbaycan dilinin qrammatikası” və “Müasir Azərbaycan dili, sintaksis, birinci kitab” adlı əsərlərinə daxil edilmiş “Təyini söz birləşmələri” adlı əsəri türkologiyada bu mövzuda yazılmış ilk əsərlərdəndir. Əsər öz orijinallığı, tədqiqatın dərinliyi və genişliyi ilə diqqəti cəlb edir. Bu əsərdə müəllif, hər şeydən əvvəl, türkologiyada kök salmış “izafət birləşməsi” termininin türk dilləri üçün yaramadığını sübut edir və onun “təyini söz birləşmələri” termini ilə əvəzlənməsini əsaslandırır. [2] Qeyd etmək lazımdır ki, orta məktəblər üçün Azərbaycan dilinin sintaksisi M.Ş.Şirəliyevlə birlikdə M.Hüseynzadə tərəfindən yazılmışdır. Əsərdən, az qala, yarım əsər ərzində orta məktəblər üçün sabit dərslik kimi istifadə edilmişdir. Sonda mübaligəsiz qeyd etmək lazımdır ki, bu gün Azərbaycanın ali məktəb və elmi müəssisələrində fəaliyyət göstərən dilçi alimlərin çoxu M.Hüseynzadənin ya şagirdləri, ya da şagirdlərinin şagirdləridir.
- “Qafqazın müdafiəsinə görə” medal – 1945-ci il
- “Rəşadətli əməyə görə” medal – 1945-ci il
- “Şərəf nişanı” ordeni – 1953-cü il
- Qırmızı Əmək Bayrağı ordeni – 1953-cü il
- Respublika Dövlət Mükafatı – 1973-cü il
- Hüseynzadə M. Azərbaycan dilçiliyinin inkişaf tarixi. ADU elmi əsərləri, Bakı, 1948, VI c.
- Hüseynzadə M. Müasir Azərbaycan dilində təyini söz birləşmələrinə dair (I təyini söz birləşmələri). Azərbaycan SSR EA Ədəbiyyat və dil institutunun əsərləri. Bakı, 1953, V c., s.5-28.
- Hüseynzadə M. Müasir Azərbaycan dili. Bakı, 1954, 242 s.
- Hüseynzadə M. Müasir Azərbaycan dilində təyini söz birləşmələrinə (II növ təyini söz birləşmələri) dair. Azərbaycan SSR EA Ədəbiyyat və dil institutunun əsərləri. Bakı, 1954, VII c., s.21-41.
- Hüseynzadə M. Müasir Azərbaycan dilində təktərəfli və mürəkkəb təyini söz birləşmələri. Bakı, ADU, 1957, 94 s.
- Hüseynzadə M. Müasir Azərbaycan dilində mürəkkəb təyini söz birləşmələri. Ədəbiyyat və Dil institutunun əsərləri. Bakı, 1957, VIII c., s.27-48.
- Hüseynzadə M. 1956-cı ildə Bakıda oktyabrın 10-13-də türk dillərinin dialektologiyasına aid koordinasiya müşavirəsində çıxışı. Ədəbiyyat və Dil institutunun əsərləri, 1958, XII c.
- Hüseynzadə M. Təyini söz birləşmələri. Müasir Azərbaycan dili. Bakı, ADU, 1959, s.12-34, 403 s.
- Hüseynzadə M. Təyini söz birləşmələri. Müasir Azərbaycan dili. Bakı, ADU, 1959, s.66-166, 453 s.
- Hüseynzadə M. Sovet hakimiyyəti illərində Azərbaycan dilçiliyinin inkişafı. ADU elmi əsərləri. Bakı, 1960, № 2, s.45-52.
- Hüseynzadə M. Müasir Azərbaycan dilində təyini söz birləşmələri. Bakı, ADU, 1961.
- Hüseynzadə M. Müasir Azərbaycan dili. I cild. Bakı, 1963, 270 s.
- Hüseynzadə M. Müasir Azərbaycan dili. II cild. Bakı, 1973, 355 s.
- Hüseynzadə M. Müasir Azərbaycan dili. III cild. Bakı, 1983, 319 s.
Onun haqqında yazılan məqalələr Redaktə
- Axundov A.A. Dilçiliyimizin ağsaqqalı. “Kommunist” qəzeti, 1970, 28 mart.
- Abdullayev Ə.Z. Sovet hakimiyyəti illərində dilçiliyimizin inkişafı. ADU elmi əsərləri, 1967, № 4-5.
- Adilov M.İ. Muxtar Hüseynzadə – anadan olmasının 80, elmi-pedaqoji fəaliyyətinin 50 illiyi münasibətilə. ADU əsərləri, 1971.
- Adilov M.İ. Filologiyamızın nailiyyəti. Azərbaycan müəllimi, 1974, 12 aprel, № 30.
- Adilov M.İ. Muxtar müəllim. Azərbaycan müəllimi. 1970, 28 mart.
- Rəcəbov Ə.Ə. Gənclərlə gənclik həvəsi ilə. Ədəbiyyat və incəsənət qəzeti, 1970, 28 mart, № 13.
- Rəcəbov Ə.Ə. Dilçiliyimizin ağsaqqalı. Ədəbiyyat və incəsənət qəzeti, 1980, 4 aprel, № 14.
- Seyidov Y.M. Azərbaycan dilçiliyini yaradanlar və inkişaf etdirənlər. ADU əsərləri, 1969, № 2.
- Zərbəliyev İ. Sevimli alim, tələbkar müəllim. Yüksəliş qəzeti, 1970, 28 mart.
- Ахундов А.А. Мухтар Гусейн оглы Гусейнзаде (к 80 летие со дня рождения). Советская тюркология, 1980, № 2.
- Таирбеков Б.Г. Ученый педагог, воспитатель. Бакинский рабочий. 1970, 28 марта.
İstinadlar Redaktə
- ↑ Səidə Qafarova. Muxtar Hüseynzadə. Bakı, 2004, s.5-19.
- ↑ Ə.Rəcəbli. Azərbaycan dilçiliyi. Bakı, s. 258-264.
Muxtar kimdir?
İslam tarixi boyunca ən çox mübahisələrə səbəb olan, üzərinə iftiralar atılan, adı haqsız yerə mənfi şəkildə hallandırılan şəxsiyyətlərdən biri də Muxtardır. Bunun səbəbini başa düşmək çətin deyil.
Muxtar İmam Hüseynin (ə) qatillərini bir-bir tutub qətlə yetirmiş, Əməvi xilafəti üçün ciddi təhlükə yaratmış, üstəlik, Zübeyrilər nəsli ilə də düşmən olmuşdur. Buna görə də Muxtarın adını unutdurmaq, yaddaşlardan silmək, xidmətlərinə kölgə salmaq üçün Əməvilər xeyli çalışmış və müəyyən qədər öz məqsədlərinə nail olmuşlar.
Bu məqalədə Muxtarın şəxsiyyəti barədə qısa məlumat verilir. Məqalənin ikinci bölümündə Muxtarın adı ilə bağlanan, guya onun tərəfindən yaradıldığı iddia edilən, əslində isə nəinki Muxtarla əlaqəsi olmayan, hətta uydurma və qondarma bir mövzu olan keysaniyyə cərəyanından söhbət açılır.
Milli.Az islam.az-a istinadən bildirir ki, Muxtar şiə məzhəbinin tarixində mühüm yer tutan şəxsiyyətlərdən biridir. Muxtar ibn Əbu Übeyd ibn Məsud Səqəfi hicrətin birinci ilində anadan olmuşdur. Əsli Taifdəndir. Atası Əbu Übeyd səhabələrdən olub, ikinci xəlifə Ömər ibn Xəttabın hakimiyyətinin əvvəllərində ailəsi ilə birlikdə Mədinəyə gəlmiş, İraqın fəthində iştirak etmiş və hicrətin 13-cü ilində (miladi 634-cü il) oğlu Cəbrlə birlikdə şəhid olmuşdu.
Bundan sonra Muxtar əmisi Səid ibn Məsudun himayəsi altında yaşamağa başladı. Səid ibn Məsud Həzrət Əlinin (ə) tərəfindən Mədain valisi təyin edilmişdi. Muxtar kiçik yaşlarından Əhli-beytin məhəbbəti ilə böyümüşdü. İmam Əli (ə) tərəfindən ona “keysan” (zirək, diribaş) ləqəbinin verildiyini yazırlar.
İmam Əli ibn Əbu Talibin (ə) zamanında Muxtar Kufədə yaşayırdı. O həzrətin şəhadətindən sonra Bəsrədə məskunlaşdı, sonra yenə Kufəyə qayıtdı.
İmam Hüseynin (ə) elçisi Müslim ibn Əqil Kufədə məhz Muxtarın evində qalırdı. Müslimin qiyamından azacıq əvvəl Kufədəki əksər Əhli-beyt tərəfdarları kimi Muxtar da həbs edildi. Buna görə də o, Müslimin qiyamında və Kərbəla faciəsində iştirak edə bilmədi.
İmam Hüseynin (ə) şəhadəti bütün Əhli-beyt tərəfdarları kimi Muxtarın qəlbində də təlatüm yaratdı. İmamın intiqamını almaq istəyi onun varlığına hakim kəsildi. Kufə valisi Übeydullah ibn Ziyad Muxtarı qətlə yetirmək istəyirdi. Lakin Muxtarın bacısı öz həyat yoldaşı Abdullah ibn Ömərdən xahiş etdi ki, qardaşının barəsində Yezidin qarşısında vəsatət qaldırsın. Abdullah ibn Ömərin xahişi ilə Yezid Muxtarın azad olunması barədə fərman verdi.
Bu arada Abdullah ibn Zübeyr Əməvilər xilafətini bürümüş böhrandan faydalanaraq özünü xəlifə elan etdi. Məkkə və Mədinənin ardınca İraq da Abdullah ibn Zübeyrə tabe oldu. Artıq Kufəni onun göndərdiyi vali idarə edirdi. Keçmişdə Əməvilərə xidmət etmiş bir çoxları indi Abdullah ibn Zübeyrə qoşulmuşdular.
Abdullah məşhur səhabə Züber ibn Avvamın oğlu idi. Cəməl savaşında atası Zübeyrlə eyni cəbhədə, İmam Əlinin (ə) əleyhinə vuruşmuşdu. Abdullah Əhli-beytə nifrət bəsləyirdi. Hətta Cəməl savaşında Zübeyr döyüşdən yayınmaq istədikdə, Abdullah onu danlamış və qorxaqlıqda təqsirləndirmişdi. İmam Əli (ə) Cəməl savaşından qabaq Zübeyrlə görüşəndə ona demişdi: “Biz səni Əbdülmüttəlib oğullarından hesab edirdik. Amma imansız oğlun Abdullah boya-başa çatandan sonra səninlə bizim aramızda ayrılıq saldı”.
Abdullah Məkkədə hakim olduğu dövrdə xütbələrdə İmam Əlinin (ə) ruhuna təhqir və söyüşlə dolu ifadələr işlədirmiş.
Onun Abdullah ibn Abbasla söhbət zamanı belə söylədiyini də rəvayət edirlər: “Qırx ildir ki, Əhli-beytə qarşı nifrəti ürəyimdə gizlədirdim” (Məsudi. Mürucüz-zəhəb, III, 80). Lakin o həm də mahir siyasətçi idi, öz məqsədinə çatmaq üçün ən müxtəlif üsullardan istifadə etməyi bacarırdı. Abdullah ibn Zübeyr Muxtarı da öz tərə-finə çəkməyə çalışırdı. Muxtar kimi möhkəm iradəli, bacarıqlı hərbçinin təcrübəsinə onun ehtiyacı vardı. Muxtar əvvəlcə onun tərəfinə keçmək fikrində idi; amma sonra Abdullahın qeyri-səmimi niyyətindən xəbərdar olub ondan uzaqlaşdı. İbn Zübeyrin təyin etdiyi Kufə valisi Muxtarı yenidən zindana saldı; amma o, bu dəfə də öz qaynının vəsatəti ilə həbsdən xilas oldu.
Muxtar artıq açıq silahlı çıxış üçün şəraitin yetişdiyini görüb hərəkətə başladı. Malik Əştərin oğlu İbrahim Muxtara qoşulduqdan sonra qiyamçıların qüvvəsi daha da artdı. Hicri 66-cı il rəbiül-axir ayında (miladi 685-ci il) Muxtar Kufədə qiyam qaldırdı. O, dörd prinsip əsasında camaatdan beyət alırdı: Allahın kitabına (Qurana) əsasən hökm vermək, Peyğəmbər sünnəsinə əməl etmək, İmam Hüseynin (ə) qatillərindən intiqam almaq və məzlumlara yardımçı olmaq. Muxtarın tərəfdarları Abdullah ibn Zübeyrin təyin etdiyi Kufə valisini şəhərdən qovdular.
Muxtarın qiyamında güc nisbəti tez-tez dəyişirdi. Belə ki, İbrahim ibn Malik Əştər qoşunun əksəriyyəti ilə şəhər ətrafındakı düşmən dəstələri ilə döyüşdüyü zaman Kufədəki müxalifət qüvvələri bir neçə dəfə Muxtarı mühasirəyə alıb çətin vəziyyətdə qoymuşdular. Hər dəfə İbrahimin Kufəyə qayıtması Muxtarı xilas etmişdi.
Əməvilərin Kufə valisi Übeydullah ibn Ziyad məğlubiyyətlə barışa bilmirdi. O, Kufəni geri almaq üçün böyük bir qoşunla şəhər üzərinə hücuma keçdi.
Lakin İbrahim ibn Malik Əştərlə döyüşdə Əməvi qoşunu darmadağın edildi, Übeydullah ibn Ziyad öldürüldü. Onun kəsik başını Muxtarın hüzuruna gətirdilər, Muxtar da onu İmam Zeynül-abidinə (ə) göndərdi. Deyirlər ki, İmam Zeynül-abidin (ə) atasını qətlə yetirmiş şəxsin kəsik başını görəndə şükr səcdəsi etmiş və Muxtara xeyir-dua vermişdi.
Muxtar Kərbəla faciəsində əli olan hər kəsi tutub, törətdiyi cinayətin ağırlığına uyğun olaraq işgəncə ilə qətlə yetirirdi. Əlləri¬ni İmam Hüseynin (ə) və tərəfdarlarının qanına bulamış Ömər ibn Səd, Şümr ibn Zil-cövşən, Sinan ibn Ənəs, Xuli ibn Yezid Əsbəhi, Əmr ibn Həccac Zibeydi, Hərmələ ibn Kahil, Bəcdəl ibn Süleym, Mürrə ibn Münqiz, Həkim ibn Tüfeyl və başqaları Muxtarın əmri ilə öldürüldülər. Bununla da Muxtar öz vədinə sadiq qalıb, İmam Hüsey¬nin (ə) qatillərindən intiqam almış oldu.
Übeydullah ibn Ziyad qətlə yetirildikdən sonra Mosul, Bəsrə və Mədain şəhərləri də Muxtarın əlinə keçdi.
Abdullah ibn Zübeyr Muxtarın qələbə xəbərlərini eşidəndə Ərəbistan əhalisinin də onun tərəfinə keçə biləcəyindən narahat oldu. Məkkə və Mədinədə böyük nüfuz sahibi olan Mühəmməd ibn Hənəfiyyə, Abdullah ibn Abbas kimi Bəni-Haşim böyükləri camaatı Muxtarın ətrafına səsləyə bilərdilər. Abdullah ibn Zübeyr Bəni-Haşim seyidlərindən 17 nəfəri (yuxarıda adları çəkilən iki nəfər də daxil olmaqla) Məkkə ətrafındakı Arim dərəsində həbs etdirdi. Abdullah bu nüfuzlu insanların qarşısında tələb qoydu ki, ona beyət etsinlər; əgər bir neçə gün ərzində beyət etməsələr, onları tonqalda yandırmaqla hədələdi. Bu məqsədlə artıq Arim dərəsinə xeyli odun yığmışdılar. Muxtar bundan xəbər tutan kimi qəfil bir hücumla Bəni-Haşim əsirlərini azad etdi.
Abdullah ibn Zübeyr öz qardaşı Müsəbi Muxtarla döyüşə yolladı. Müsəb Bəsrə şəhərini ələ keçirib burada düşərgə qurdu. Kufədə Muxtardan narazı olan qüvvələr də Müsəbə qoşuldular. Kufə yaxınlığında baş vermiş gərgin döyüşdə Muxtarın qoşunu məğlub oldu. Muxtar bir neçə min tərəfdarı ilə Kufədəki Darül-imarəyə (valinin qəsrinə) çəkildi.
Uzun müddətli mühasirə nəticəsində Muxtarın tərəfdarlarının sayı get-gedə azalırdı. Onların bir hissəsi döyüşdə həlak olmuş, bir hissəsi də qaçmışdı.
Muxtar hər gün bir dəstə döyüşçü ilə darül-imarədən çıxıb vuruşur və yenə sığınacağa qayıdırdı. Hicri 67-ci il ramazan ayının 14-də (miladi 687-ci il) Muxtar döyüşdə şəhid oldu. Onun darül-imarədəki tərəfdarları savaşmaqdan imtina edib aman istədilər. Müsəb onlara aman verdi, amma sığınacaqdan çıxan kimi hamısını öldürməyi əmr etdi. Muxtarın həyat yoldaşını da öz ərini peyğəmbər saymaq ittihamı ilə yalandan təqsirləndirib öldürdülər.
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Muxtar hüseynzad müasir azrbaycan dili
Muxtar Səqəfi qəlbən Əbu Bəkrə və Ömərə məhəbbət bəsləyirdimi? Nə üçün Kərbəlada imam Hüseyn (əleyhis-salam)-ı müdafiə etməmişdi?
Düzdürmü ki, Muxtar Səqəfi qəlbində Əbu Bəkrə və Ömərə məhəbbət bəsləyir və buna görə də Sirat körpüsündən düşən zaman imam Hüseyn (əleyhis-salam) ona nicat verir? İmam Hüseyn (əleyhis-salam) qiyam edərkən o harada idi və nə üçün o həzrəti müdafiə etməmişdir?
Qısa cavab
Muxtarın barəsində hədis kitablarında gələn rəvayətlər iki qisimdir: bəzi rəvayətlərdə o təriflənir, bəzilərində isə məzəmmət olunur. Hədis və rical alimləri Muxtarın barəsində olan hədislərlə qarşılaşarkən əksər hallarda onu tərifləyən rəvayətlərə üstünlük vermiş və bunun müqabilində olan rəvayətlərlə əlaqədar müxtəlif nəzəriyyələr irəli çəkmişlər.
Mərhum Məclisi Muxtarın nicat tapması ilə əlaqədar deyilən rəvayəti onun mədhində və məzəmmətində olan rəvayətlərin arasında ittifaq yaratmaq üçün bir əsas hesab edir. Belə ki, ilkin əqidəsinə görə Cəhənnəm əhli olmuş, lakin axırda imam Hüseyn (əleyhis-salam)-ın şəfaəti ilə ilahi əzabdan nicat tapmışdır. Amma Ayətullah Xoi (rəhmətullah əleyh) bu rəvayətin sənədini zəif bilir.
Muxtar Səqəfi imam Hüseyn (əleyhis-salam)-ın Kərbəladakı qiyamından və Aşura hərəkatından əvvəl o həzrətin Kufədəki səfiri Müslim ibni Əqli himayə etdiyinə görə İbni Ziyadın göstərişi ilə həbs edildi və Kərbəla qiyamının axırına qədər zindanda qaldı.
Ətreaflı cavab
Muxtar ibni Əbi Übeydə. Səqif qəbiləsindəndir, künyəsi Əbu İshaq, ləqəbi Keysandır. (Keysan huşyar və ayıq şəxs mənasınadır.) [1]
Əli (əleyhis-salam)-ın köməkçilərindən olan Əsbəğ ibni Nubatə deyir: “Keys (Keysan) ləqəbini Əli (əleyhis-salam) Muxtara vermişdir.” [2]
O, ədəb-ərkanı və əxlaqi fəzilətləri Əhli-beyt (əleyhimus-salam) məktəbindən öyrənmişdi. Cavanlığının əvvəllərində öz atası və əmisi ilə birlikdə (Əli (əleyhis-salam)-ın qoşununda) İran ordusu ilə müharibə aparmaq üçün İraqa gəlmişdi. O həzrətin şəhadətindən azacıq qabaq Bəsrəyə gəlmiş və orada məskunlaşmışdı. [3]
Əllamə Məclisi (rəhmətullahi əleyh) buyurur: “Muxtar Əhli-beytin fəzilətlərini bəyan edir, imam Əli, imam Həsən və imam Hüseyn (əleyhimus-salam)-ın əxlaqi səciyyə və fəzilətlərini camaat arasında yayır və inanırdı ki, Əhli-beyt Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən sonra imamət və hakimiyyət üçün hamıdan irəli və ləyaqətlidir. Habelə, Peyğəmbər Əhli-beytinə baş verən çətinliklərdən narahatlıq hissi keçirirdi.” [4]
Muxtarın şəxsiyyəti ilə əlaqədar hədis kitablarında gələn rəvayətlər iki qisimdir: bəziləri onu tərifləyir, bəzi rəvayətlər isə onu məzəmmət edir.
a) Muxtarın mədh və tərifində olan hədislər
Hədis kitablarında Muxtarın tərifi ilə əlaqədar nəql olunan hədislər çoxdur. Amma ixtisara riayət etmək üçün onlardan üçünü qeyd edirik:
1. İmam Sadiq (əleyhis-salam) buyurur: “Muxtar imam Hüseyn (əleyhis-salam)-ın qatillərinin kəsik başlarını bizim xanədanımıza göndərdikdən sonra Haşimi qadınları başlarını darayıb, həna qoymağa başladılar.” [5]
Ayətullah Xoi (rəhmətullah əleyh) bu rəvayəti səhih hesab edir. [6] Bu rəvayət Muxtarın gördüyü əməlləri dəstəkləyən bir nişanədir.
2. “Muxtara nalayıq sözlər deməyin, çünki o bizim qatillərimizi öldürüb intiqamımızı aldı, çətin şəraitlərdə müəyyən miqdarda mal-dövləti bizim aramızda bölüşdürdü, dul qadınlarımızın (iqtisadi) vəziyyətini sahmana saldı.” [7]
3. Bir rəvayətdə deyilir ki, Übeydullah ibni Ziyad və Ömər Sədin kəsik başını imam Səccad (əleyhis-salam)-ın yanına gətirdikləri zaman səcdəyə düşdü və Allaha həmd-səna etdikdən sonra buyurdu: جَزىَ اللهُ المُختارَ خَیراً “Allah Muxtara xeyir əvəzi versin!” [8]
b) Muxtarın məzəmmətinə dəlalət edən hədislər
Burada nümunə üçün üç rəvayəti qeyd edirik:
1. İmam Sadiq (əleyhis-salam) buyurur: “Muxtar imam Səccad (əleyhis-salam)-ın adından yalan danışırdı.” [9]
2. Bir rəvayətdə də deyilir ki, Muxtar imam Zeynul-abidin (əleyhis-salam) üçün 20 min dinar (qızıl pul) göndərdi. Həzrət onu qəbul edərək xarab olmuş mənzillərin abadlaşdırılmasına sərf etdi. Digər dəfə qırx min dinar pulu imam Səccad (əleyhis-salam)-a göndərdi. Amma bu dəfə onun hədiyyəsini qəbul etmədi. [10] Və başqa bir rəvayətə görə buyurdu: فَإِنِّی لَا أَقْبَلُ هَدَایا الْکَذَّابِین “Mən yalan danışanların hədiyyəsini qəbul etmirəm!” [11]
3. Muxtara vurulan digər bir tənə bundan ibarətdir: O, Məhəmməd ibni Hənəfiyyənin imamətinə inanır və camaatı ona doğru dəvət edirdi. Bu məsələ ilə əlaqədar “keysaniyyə” firqəsi yaranmışdır. [12]
Muxtar alimlərin nəzərindən
Hədis və rical alimlərinin çoxu Muxtarla əlaqədar rəvayətlərlə qarşılaşan zaman onun tərifində olan rəvayətlərə üstünlük vermiş, bunun müqabilində olan rəvayətlərlə əlaqədar müxtəlif izahlar və nəzəriyyələr irəli sürmüşlər. O cümlədən:
a) Muxtarın məzəmmətində deyilən rəvayətlər sənəd baxımından son dərəcə zəifdir. [13] Kəşşi bu barədə buyurur: “Belə nəzərə çarpır ki, bu rəvayətlər sünnülər tərəfindən quraşdırılan saxta rəvayətlərdir.” [14]
b) Ehtimal verilir ki, bu kimi hədislər təqiyyə üzündən, eləcə də imamların və ümumi şəkildə Bəni-Haşimin zalım hakimlərin şərindən amanda qalması məqsədi ilə onların (imamların) tərəfindən deyilmiş olsun. [15]
v) Bir hədisdə deyilir ki, Muxtar imam Səccad (əleyhis-salam) və onun ailəsi üçün iki dəfə hədiyyə göndərdi. Yalnız ikinci dəfə həzrət hədiyyələri qəbul etmədi. Səbəbi də Muxtarın yalançılıqda müttəhim olunması kimi bəyan edilir. Bu məsələ çox zəif nəzərə çarpır. Çünki əgər hədiyyələrin qəbul edilməməsinin səbəbi onun yalan danışması olsaydı, birinci dəfədə də qəbul edilməməli idi. [16]
v) Keysaniyyə firqəsinin yaranmasını Muxtara aid edən rəvayətlərdə Muxtarın yalançı olması iddia edilir. Rical alimlərinin nəzərinə görə bu, sünnü alimlərinin ona vurduğu töhmətlərdən başqa bir şey deyildir. Çünki Məhəmməd ibni Hənəfiyyə heç vaxt imamət iddiası etməmişdi ki, Muxtar da camaatı ona doğru çağırmış olsun. Bundan əlavə, keysaniyyə firqəsi Məhəmməd ibni Hənəfiyyənin vəfatından sonra formalaşmışdır. [17]
Alimlərdən bəziləri də Muxtarı düzgün və səhih əqidəyə sahib olduğunu qəbul etməmiş və bu məsələni iki rəvayətə istinadən demişlər ki, onları qeyd edirik:
عَنْ أَبِی عَبْدِ اللَّهِ (ع) قَالَ لِی: “یجُوزُ النَّبِی(ص) الصِّرَاطَ یتْلُوهُ عَلِی وَ یتْلُو عَلِیاً الْحَسَنُ وَ یتْلُو الْحَسَنَ الْحُسَینُ فَإِذَا تَوَسَّطُوهُ نَادَى الْمُخْتَارُ الْحُسَینَ(ع) :یا أَبَا عَبْدِ اللَّهِ(ع) إِنِّی طَلَبْتُ بِثَارِکَ فَیقُولُ النَّبِی(ص) لِلْحُسَینِ(ع) :أَجِبْهُ؛ فَینْقَضُّ الْحُسَینُ(ع) فِی النَّارِ کَأَنَّهُ عُقَابٌ کَاسِرٌ فَیخْرِجُ الْمُخْتَارَ حُمَمَةً وَ لَوْ شُقَّ عَنْ قَلْبِهِ لَوُجِدَ حُبُّهُمَا فِی قَلْبِهِ
1. İmam Sadiq (əleyhis-salam) buyurur: Peyğəmbər-Əkrəm (səlləllahu əleyhi və alih) Sirat körpüsündən keçir, onun arxasınca Həzrət Əli, sonra İmam Həsən, daha sonra imam Hüseyn. Onlar Sirat körpüsünün ortasına çatan zaman (cəhənnəm əzabında olan) Muxtar nida edib deyir: “Ey Əba Əbdillah! Axı mən sənin intiqamını almışdım?!” Peyğəmbər buyurur: “Ey Hüseyn, ona cavab ver!” Sonra imam Hüseyn şahin quşu kimi Muxtara cəhənnəmin atəşindən nicat verir. Əgər Muxtarın qəlbi yarılsaydı, əvvəldəki iki xəlifəyə qarşı məhəbbət onun qəlbində görünəndi.” [18]
2. Bu məzmuna yaxın olan başqa bir rəvayət imam Sadiq (əleyhis-salam)-dan nəql olunur. Rəvayətin axırında ravi imamdan soruşur: “Nə üçün Muxtar gördüyü bu qədər xidmətlərlə belə cəhənnəm odunda giriftar olub?!” İmam cavabında buyurur: “Çünki Muxtarın sinəsi əvvəldəki iki xəlifənin məhəbbəti ilə dolmuşdu. ” Sonra imam and içib buyurur: “Əgər Cəbrəilin və Mikailin də qəlbində bu iksinə qarşı zərrə qədər məhəbbət olsaydı, Allah-taala onları üzü üstə cəhənnəm oduna atardı!” [19]
Əllamə Məclisi (rəhmətullahi əleyh) bu rəvayəti Muxtarı tərifləyən və onun məzəmmətinə dəlalət edən sair rəvayətlər arasında müştərək cəhət hesab edir və deyir: “Əvvəlki əqidəsinə görə cəhənnəm əhli olmuş, lakin münasib rəftar və əməllərinə görə axırda İmam Hüseyn (əleyhis-salam)-ın vasitəsi ilə ilahi əzabdan nicat tapmışdır.” [20]
Amma Ayətullah Xoi (rəhmətullah əleyh) bu iki rəvayətin sənədini zəif bilmiş və Muxtarın əqidəsini səhih hesab etmişdir. [21]
Muxtar və imam Hüseyn (əleyhis-salam)-ın qiyamı
Muxtar Səqəfi Aşura qiyamdan əvvəl imam Hüseyn (əleyhis-salam)-ın Kufədəki səfiri Müslim ibni Əqili himayə etdiyinə görə (Müslimin şəhadətindən sonra) İbni Ziyadın göstərişi ilə həbs olundu və Kərbəla qiyamının axırına qədər Kufədə zindanda qaldı. [22] Buna görə də Kərbəlada iştirak edə bilmədi ki, imam Hüseyni müdafiə etmiş olsun.
[1] Məclisi, Məhəmməd Baqir, “Biharul-ənvar”, 45-ci cild, səh. 345, “Vəfa” müəssisəsi, Beyrut, 1404-ci h.q ili; Firuzabadi, Məhəmməd ibni Yəqub, “Qamusul-mühit”, 1-ci cild, səh. 257, Beyrut, “Daru ehyait-turasil-ərəbi”, 1991-ci miladi il
[2] Kəşşi, “Ər-rical”, səh. 127, Tehran, 1348-ci şəmsi il; “Biharul-ənvar”, 45-ci cild, səh. 344
[3] Musəvi Muqərrəm, Əbdür-Rəzzaq, “Məqtəlul-Huseyn (əleyhis-salam)”, “Darus-siqafə”, 2-ci çap, 1411-ci il; Zərkəli, Xeyruddin, “Əl-ə`lam”, 8-ci cild, səh. 70, 1-ci çap, Beyrut, “Darul-elm lil-məllain”
[4] “Biharul-ənvar”, 45-ci cild, səh. 352
[5] “Biharul-ənvar”, 45-ci cild, səh. 386; “Rical”, Kəşşi, səh. 127
[6] Xoi, Əbul-Qasim, “Möcəmur-rical”, 18-ci cild, səh. 94, Qum, 1410-cu h.q ili
[7] “Biharul-ənvar”, 45-ci cild, səh. 343, “Rical”, Kəşşi, səh. 125
[8] “Rical”, Kəşşi, səh. 127
[9] “Biharul-ənvar”, 45-ci cild, səh. 343
[10] “Rical”, Kəşşi, səh. 128
[11] Yenə orada, səh. 126
[12] Hilli, İbni Davud, “Rical”, səh. 514, Tehran, 1383-cü şəmsi il
[13] “Möcəmur-rical”, 18-ci cild, səh. 97
[14] “Rical”, İbni Davud, səh. 514. Bu məsələ Kəşşinin “Rical” kitabında yoxdur. Bəlkə də İbni Davudun əlində olan nüsxədə mövcud olmuşdur.
[15] “Möcəmur-rical”, 18-ci cild, səh. 100
[16] “Rical”, İbni Davud, səh. 514
[17] “Möcəmur-rical”, 18-ci cild, səh. 101
[18] Şeyx Tusi, “Təhzibul-əhkam”, 1-ci cild, səh. 467, hədis 1528, Tehran, 1365-ci hicri şəmsi ili
[19] “Biharul-ənvar”, 45-ci cild, səh. 340; “Müstətrəfatus-Sərair”, səh. 567
[20] “Biharul-ənvar”, 45-ci cild, səh. 345, hədis 5
[21] “Möcəmur-rical”, 18-ci cild, səh. 100
[22] Məclisi, Məhəmməd Baqir, “Biharul-ənvar”, 45-ci cild, səh. 353, “Vəfa” müəssisəsi, Beyrut, 1404-cü il; Kərəmi, Əli, “Dər sugi Əmiri azadi – guyatərin tarixi Kərbəla”, səh. 398, “Haziq” nəşriyyatı, Qum, birinci çap, 1380-ci şəmsi il; İbni Həcər Əsqəlani, Əhməd ibni Əli, “Əl-isabə fi təmyizis-səhabə”, Adil Əhməd Əbdül-Mövcud və Əli Məhəmməd Müəvvəzin tədqiqatı ilə, 6-cı cild, səh. 250, Beyrut, “Darul-kutubil-elmiyyə”, 1-ci çap, 1415-ci hicri qəməri il; Təbəri, Əbu Cəfər Məhəmməd ibni Cərir, “Tarixi Təbəri”, Məhəmməd Əbul-Fəzl İbrahimin tədqiqi ilə, 5-ci cild, səh. 571, “Darut-turas”, Beyrut, 2-ci çap, 1387-ci hicri qəməri ili.
Başqa dillərdə Q tərcümələr
7675 Nizamlar hüquq və əhkam 2012/01/18
الروایات الواردة عن المختار فی الکتب الروائیة علی قسمین. بعضها تمدحه و بعضها تذمه. علماء علم الحدیث و الرجال غالباً ما یختارون روایات المدح فی تعاملهم مع الروایات التی تتکلم عن المختار، و لهم عدة نظری
120669 Nizamlar hüquq və əhkam 2011/05/10
روایاتی که درباره مختار در کتب حدیثی آمده بر دو دسته اند. بعضی او را ستایش می کنند و بعضی در نکوهش وی سخن گفته اند. عالمان علم حدیث و رجال در برخورد با احادیث جناب مختار اکثرا روایات مدح را برگزیده
13258 Nizamlar hüquq və əhkam 2012/01/19
Les hadiths portant sur Mukhtar se divisent en deux catégories : Certains hadiths lui rendent hommage et certains autres le blâment. Cependant, les spécialistes de la science des hadiths se penchent,
7596 Nizamlar hüquq və əhkam 2011/12/21
รายงานเกี่ยวกับมุคตารที่ปรากฏอยู่ในตำราฮะดีซนั้น แบ่งออกเป็น 2 กลุ่ม กล่าวคือรายงานบางกลุ่มกล่าวสรรเสริญเขา และบางกลุ่มก็กล่าวประณามเขา นักวิชาการฝ่ายฮะดีซและริญาลเมื่อกล่าวถึง&nbs
18203 Nizamlar hüquq və əhkam 2012/09/09
Hadis kitaplarında Muhtar hakkında gelen rivayetler iki kısımdır. Bu rivayetlerden bazıları onu öven ve bazı rivayetlerde de onu yeren sözler söylenmiştir. Hadis ve Rical ilmi â
Comments are closed, but trackbacks and pingbacks are open.