Press "Enter" to skip to content

Muxtar huseynzade müasir azerbaycan dili 4cü hiss

XV əsrdə Naxçıvan ərazisi əvvəlcə Qaraqoyunlu, daha sonra isə Ağqoyunlu dövlətlərinin tərkibində idi. 1501-ci ildə Şərur döyüşündə qızılbaşların Ağqoyunlular üzərində qələbəsindən sonra Naxçıvan Səfəvilərin hakimiyyəti altına keçdi. Səfəvilərin hakimiyyəti dövründə 280 – 300 min km² ərazini əhatə edən tarixi Azərbaycan vilayəti inzibati-ərazi baxımından dörd bəylərbəyliyə bölünmüşdü: Şirvan, Gəncə (Qarabağ), Çuxursəd və Təbriz bəylərbəylikləri. Naxçıvan ərazisindən yalnız Ordubad şəhəri Təbriz bəylərbəyliyinin tərkibinə daxil idi. Naxçıvan MR – in digər əraziləri isə Çuxursəd bəylərbəyliyinin tərkibinə daxil olmuşdur.

Naxçıvan Muxtar Respublikası

Naxçıvan Muxtar Respublikası (1920-1923-cü illərdə Naxçıvan Sovet Sosialist Respublikası, 1923-1924-cü illərdə Naxçıvan Muxtar Diyarı, 1924-1990-cı illərdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı ildən bu günə kimi Naxçıvan Muxtar Respublikası) — Azərbaycan Respublikasının tərkibində muxtar dövlət. Şimalda və şərqdə Ermənistan Respublikası (sərhəd xəttinin uzunluğu 246 km), qərbdə Türkiyə Cümhuriyyəti (sərhəd xəttinin uzunluğu 15 km), cənubda isə İran İslam Respublikası (sərhəd xəttinin uzunluğu 204 km) ilə həmsərhəddir.

Naxçıvan Muxtar Sovet Sosialist Respublikası 9 fevral 1924-cü ildə yaradılmışdır. Naxçıvan MR-in Ermənistan ilə təbii sərhəddini, əsasən Zəngəzur və Dərələyəz silsiləsinin suayırıcıları, Türkiyə və İranla sərhəddini isə Araz çayı təşkil edir. Ərazisi şimal-qərbdən Cənub-Şərqə doğru 158 km məsafədə uzanır. Naxçıvan Muxtar Respublikasının şimalda ən ucqar nöqtəsi Saraybulaq silsiləsinin Şərur rayonu ərazisindəki Kömürlü dağı (2064 m), ən cənub nöqtəsi isə Araz çayının sol sahilində 600 m yüksəklikdə yerləşən Zerəni dəmir yol stansiyasıdır. Şimaldan cənuba doğru ən böyük məsafəsi 75 km-ə bərabərdir.

Qədim Azərbaycan torpağı olan Zəngəzurun 1920-ci ildə sovet rəhbərliyi tərəfindən Ermənistana verilməsi nəticəsində 44–45 km enində zolaq Araz çayına doğru uzanaraq, Naxçıvan Muxtar Respublikasını Azərbaycan Respublikasının qalan ərazisindən ayırmışdır. 1924-cü ildə Naxçıvan MSSR-də 3 qəza və 12 dairə təşkil olunmuş, 1925-ci ildə qəzalar ləğv edilmiş, dairələrin sayı 8-ə endirilmişdi: Baş Noraşen, Qıvraq, Tumbul, Əbrəqunis, Nərimanov, Culfa, Parağa və Ordubad dairələri. 1930-cu ilin birinci yarısında Şahbuz rayonu əlavə edilməklə Şərur, Naxçıvan, Culfa, Ordubad və Əbrəqunis rayonları yaradılmışdır. 1948-ci ildə Əbrəqunis rayonu Culfa rayonu ilə birləşdirildikdən sonra, Naxçıvan MSSR inzibati cəhətdən beş rayona (Naxçıvan (1978-ci ildən Babək), Şərur, Şahbuz, Culfa və Ordubad) bölünmüşdür. 1990-cı il 28 avqustda Azərbaycan SSR Ali Sovetinin fərmanına əsasən Türkiyə ilə həmsərhəd bölgənin sosial-iqtisadi inkişafını daha da sürətləndirmək və gücləndirmək məqsədi ilə, həmçinin ərazinin geostrateji mövqeyi nəzərə alınaraq, Sədərək kəndi və ona məxsus ərazilər əsasında Sədərək rayonuyaradılmışdır. 2013-cü ildə Şərur rayonunun 10 kəndu hesabına Kəngərli rayonu yaradılmışdır.

1929-cu il 18 fevralda Zaqafqaziya MİK totalitar inzibati-amirlik şəraitində Naxçıvan MSSR-in doqquz kəndinin – Şərurdairəsinin Qurdqulaq, Xaçik, Horadiz, Şahbuz nahiyəsinin Oğbin, Sultanbəy, Ağxəç, Almalı, İtqıran kəndlərinin, Ordubaddairəsinin Qorçevan kəndinin, habelə Kilit kəndinin torpaqlarının bir hissəsinin, əkin sahələri və torpaqları ilə birlikdə Ermənistan SSR-ə birləşdirilməsi haqqında qərar qəbul etmişdir. Zaqafqaziya MİK-in Naxçıvanın sərhədləri məsələsinə baxması, Moskva müqaviləsi (1921) və Qars müqaviləsi (1921) sənədlərini imzalayan tərəflərin iştirakı olmadan Naxçıvan ərazisinin bir hissəsinin Ermənistana verilməsi beynəlxalq hüquq normalarının kobudcasına pozulması olmuşdur.

1 yanvar 2014-cü ilə olan rəsmi məlumatlara əsasən Muxtar Respublikası inzibati cəhətdən yeddi rayon və Naxçıvan şəhər inzibati ərazi dairəsindən ibarətdir; Muxtar Respublikada 5-i şəhər (Naxçıvan, Ordubad, Culfa, Şərur və Şahbuz), 8-i şəhər tipli qəsəbə, 206-sı kənd olmaqla ümumilikdə 219 yaşayış məntəqəsi yerləşir.Muxtar Respublikanın inzibati mərkəzi qədim Naxçıvan şəhəridir.

Naxçıvan Muxtar Respublikasının tədqiqat obyekti, coğrafi yerləşməsi və sərhədi

Naxçıvan, Qafqazın cənub-şərq hissəsində yerləşir. Onun ərazisi 38°51′-39°47′ ş.e. və 44°46′-46°10′ q.u. yerləşir. Ərazinin demək olar ki, 75%-i 1000 m-dən yuxarıda yerləşir. Şimalda Dərələyəz, şərqdə Zəngəzur sıra dağları uzanır. Ərazinin Araz çayı boyunca uzanan, cənub və cənub-qərb hissəsi – 600–1000 m hündürlüyündə yerləşən, üçüncü və dördüncü dövr çöküntülərindən ibarət düzənlikdir. Üçüncü dövr çöküntüləri, “bedlend” tipli relyefi yaradan və asan dağılmaya məruz qalan, duzlu lay süxurlarıdır.

Araz çayının sol sahilində yerləşən və üst örtüyü qənbər-çınqıl çöküntülərindən ibarət olan maili düzənliklər, qədim akkumulyasiya sahələridir. Onlar müasir tektonik hərəkətlərin təsiri altında ümumdağ qalxma hərəkətinə qoşulublar və gərgin parçalanmaya məruz qalırlar. Cavan tektonik hərəkətlər öz əksini, Naxçıvan ərazisində geniş yayılmış düzəlmə səthlərinin deformasiyasında, terras səviyyələrinin dəyişməsində, onların Arazın müasir çöküntüləri altında qalmasında və s. tapır.

Naxçıvan ərazisi Zaqafqaziyanın qırışıq-qaymalı silsilələri arasında ən hündürüdür və parçalanmış dağlıq relyeflə səciyyələnir. Ərazinin ən alçaq nöqtəsi Araz çayının dərəsidir – 400 m, ən hündür nöqtəsi isə Qapıcıq dağıdır – 3904 m. Ərazinin orta hündürlüyü – 1400 m-dir.Naxçıvan Muxtar Respublikası şimal-qərbdən cənub-şərqə doğru 158 km məsafədə uzanır və ərazisinin forması düzgün olmayan rombu xatırladır. Onun şimaldan cənuba ən geniş yeri 75 km bərabərdir. Respublikanın şimalda ən ucqar nöqtəsi Saraybulaq sıra dağlarının Şərur rayonu ərazisinə daxil olan qolu üzərindəki Kömürlü dağdır. Zəngəzur sıra dağlarının Soyuq dağdan başlayaraq sıldırım yamacla alçalıb Arazın sol sahilində 600 m çatdığı yerdə yerləşən Zerəni dəmir yol dayanacağı isə respublika ərazisinin ən cənub nöqtəsidir. Muxtar respublikanın qərbdən ən ucqar nöqtəsi Sədərək qəsəbəsindən qərbdə, Araz yaxınlığında yerləşən keçmiş Urmiya kəndi, şərqdə isə Zəngəzur sıra dağlarının cənub qollarından olan Zerəni dağının zirvəsidir.

Naxçıvanın ərazisi, ətrafı hündür dağlarla əhatələnmiş “dərəni” xatırladır. Bunun nəticəsi olaraq, Xəzər və Qara dənizlərinin rütubətli hava axınları bura daxil ola bilmirlər. Məhz bu, yerli relyefə təsir edən, quru və sərt-kontinental iqlimin hökm sürməsinin səbəblərindən biridir.

Relyefinin sərt parçalanması, ərazinin qeoloji quruluşundan (paleozoydan başlayaraq, müxtəlif litoloji tərkibli intensiv dislokasiya süxurların geniş yayılması) və müasir iqlim şəraitindən müəyyən olunur. İqlimin təsiri özünü daha çox relyefin parçalanma səviyyəsində, onun müasir morfoskulpturlarında və denudasyon proseslərin intensivliyində biruzə verir.

Naxçıvan MR çayları az suludurlar və bəziləri yayda quruyurlar. Əsas çaylar Arazın sol qollarıdır – Arpaçay, Naxçıvançay, Əlincəçay, Qilənçay, Ordubadçay, Qazançay, Kilitçay və s.

Naxçıvan molibden, travertin, polimetallik filizlər, daş duz, civə, tikinti materialları və s. faydalı qazıntılarla zəngindir. Respublika mineral sularla da zəngindir – Badamlı, Sirab, Vayxır, Darıdaq və s.

Torpaq örtüyü nazikdir və əsasən akkumulyativ relyef formalarının üzərində inkişaf edir. Respublikanın düzən və dağlıq ərazilərinin torpaq örtüyü, əsasən kserofitlərdən təşkil olunur. Meşə, demək olar ki, mövcud deyil.

Naxçıvanın ərazisi 5,5 min km 2 təşkil edir. Bundan 1,3 min km 2 – düzənliklər, 4,2 min km 2 – dağlar tutur. Muxtar Respublikanın paytaxtı – Naxçıvan şəhəridir.

Naxçıvanın cənub və cənub-qərbi, Araz çayı boyunca İran İslam Respublikası və Türkiyə (13 km) ilə, şimal-şərq, şimal və şimal-qərbi, Zəngəzur, Dərələyəz və Saraybulaq sıra dağları boyunca Ermənistan Respublikası (224 km) ilə sərhədlənir.

Naxçıvan MR ilə Ermənistan Respublikasının qərb sərhəddindən Dəhnə və Vəlidağ dağlarının təpəsinə kimi, Arazın İrəvan dərəsinin cənub-şərq hissəsi olan Sədərək maili düzənliyi yayılır. Adı çəkilən təpələrin arasında yerləşən çökəklik “Qurd qapısı” adlanır. “Qurd qapısı”ndan cənub-şərqə, oroqrafik baxımdan Dərələyəz sıra dağının cənub qurtaracağı olan Qıvraq yüksəkliklərinə kimi, daha geniş olan Şərur maili düzənliyi yayılır. Qıvraq yüksəkliklərindən şərqə, Duzdağın yastı yüksəkliyinin qərb yamaclarına kimi, qərb hissəsi Duzdağla və şərq hissəsi Əlincəçay ilə qapanan, Böyükdüz maili düzənliyi yayılır.

Naxçıvan düzənliyindən şərqdə, Araz çayının sol qollarının gətirmə konusları olan və biri-birindən kiçik təpələrlə ayrılan, bəzi yerlərdə Araz çayına yaxın yerləşən, bir neçə kiçik maili düzənliklər yerləşir. Məsələn, bu düzənliklərdən biri Qaradərə çayının mənsəbində, Yayca kəndinin yanında, başqası – Düylünçayın mənsəbində, lap şərqdə olan ən genişi isə – Ordubad şəhərindən cənubda yerləşir.

Naxçıvan MR-nın ərazisini şərqdən əhatələyən Zəngəzur sıra dağları, meridional istiqamətdə, şimaldan cənuba Qısırdağ dağından Araz çayına kimi, 120 km məsafədə uzanır. Onun orta hündürlüyü 3223 m-dir. Dərələyəz silsiləsi enlilik istiqamətlidir lakin, Naxçıvançayın və Arpaçayın (Qəlinqaya dağının yanında) suayrıcında istiqamətini meridionala dəyişir. Ən qərbdə, İrəvan və Sədərək maili düzənliklərinin qovuşmasında, Araz çayının dərəsinə batan, Saraybulağ sıra dağlarının şərq qurtaracağı yerləşir.1

Naxçıvan Muxtar Respublikasında 7 rayon və şəhər var.

İdarəetmə quruluşu

Naxçıvan MR-in rayonları

Naxçıvan Muxtar Respublikası, Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. 1995-ci il 12 noyabrda referendum yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir və onun statusu bu Konstitusiya ilə müəyyən edilir.

Naxçıvan MR-ın idarəetmə qaydaları,hakimiyyətin bölgüsü və s. mühüm məsələlər Naxçıvan MR-ın Konstitusiyası ilə tənzimlənir.Bu konstitusiya Azərbaycan Respublikasının Konstitusiya Qanunu formasında qəbul edilir.Naxçıvan MR-ın sonuncu konstitusiyası 29.12.1998-ci ildə qəbul edilib.

Naxçıvan MR–də qanunvericilik hakimiyyətini Naxçıvann MR–in parlamenti – Naxçıvan MR Ali Məclisi, icra hakimiyyətini Naxçıvan MR Nazirlər Kabineti, məhkəmə hakimiyyətini muxtar respublikanın məhkəmələri həyata keçirir.

Konstitusiyaya əsasən, Naxçıvan MR Ali Məclisinin sədri muxtar respublikanın ali vəzifəli şəxsidir. O, Ali Məclisdə seçilir. Naxçıvan MR Ali Məclisi 45 deputatdan ibarətdir. Muxtar Respublikanın şəhər və rayon ərazi vahidləri icra hakimiyyətləri tərəfindən idarə edilir. İcra hakimiyyətlərinin başçıları Naxçıvan MR Ali Məclisi sədrinin təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunur. Naxçıvan MR–də yerli idarəetmə orqanları – bələdiyyələr fəaliyyət göstərir.

Xəritədə yeri. Rayon Mərkəz İnzibati vahid Ərazi (km²) Əhali (1 yanvar 2015 rəsmi əhali təxmini) Qeyd
1 Babək rayonu Babək Rayon 828,42 72,3 Əvvəllər Naxçıvan adlanan rayon 1991 – ci ildə Babək Xürrəminin şərəfinə Babək adlandırılmışdır.
2 Culfa rayonu Culfa Rayon 926,30 45,100 Bəzi mənbələrfə Cuğa da adlandırılır.
3 Kəngərli rayonu Qıvraq Rayon 704,89 31,000 2004 – cü ildə Babək rayonu ərazisinin bir hissəsində yaradılmışdır.
4 Naxçıvan şəhəri Naxçıvan şəhəri şəhər 191,57 90,300 1991 – ci ildə Babək rayonundan ayrılmışdır.
5 Ordubad rayonu Ordubad Rayon 978,99 48,800 Sovetləşmə dövründə Culfadan ayrılmışdır
6 Sədərək rayonu Heydərabad Rayon 163,74 15,400 1990 – cı ildə Şərur rayonundan ayrılmışdır; ermənilərin işğalı altında olan Kərki kəndi də “de yure” bu rayona tabedir.
7 Şahbuz rayonu Şahbuz Rayon 836,58 24,600 Sovetləşmə dövründə Naxçıvan (Babək) rayonundan ayrılmışdır.
8 Şərur rayonu Şərur Rayon 872,26 112,300 Sovet dövründə Baş-Noraşen, daha sonra isə 1990 – cı ilə kimi İliç (Vladimir İliç Lenininşərəfinə) adlandırılmışdır.
Cəmi 5502,75 439,800

Tarixi

Arxeoloji tədqiqatlar

Qızılburun
Qazançı qalası

Naxçıvan MR ərazisində zəngin maddi mədəniyyət nümunələrinin aşkar olunması burada qədim daş dövründən başlayaraq ardıcıl yaşayış olduğunu, bu mədəniyyətlər arasında qırılmaz varislik əlaqələrinin olduğunu göstərir. Tədqiqatlar nəticəsində müəyyənləşdirilmişdir ki, Naxçıvanda insanlar 500-300 min il bundan əvvəl məskunlaşmışdır. 100 – 35 min il bundan əvvəl Mustye mədəniyyəti dövründə burada ibtidai insanların məskunlaşması davam etmişdir. Batabat yaylağında, Qazma mağarasında, Naxçıvançay və Əlincəçay vadilərində, Ordubad rayonu ərazisindəki Kilit mağarasında, İlandağın Cənub ətəyində və digər abidələrdə daş dövrü mədəniyyətinin izləri aşkar olunmuşdur. Arxeoloji qazıntılar nəticəsində Qazma mağarasından, əsasən, çaxmaqdaşı və obsidiandan hazırlanmış Mustye dövrü əmək alətləri, ovlanmış heyvanların çapılıb doğranmış sümükləri aşkar olunmuşdur. I Kültəpə yaşayış yeri yaxınlığından Aşel mədəniyyəti dövründə hazırlanmış əl çapacağı qeydə alınmışdır.

Naxçıvan şəhərindən 8 km şimal-şərqdə, indiki Kültəpə və Sirab kəndlərinin ərazisində Neolit dövrü (e.ə. VII-VI minilliklər) yaşayış məskənləri yerləşir. Naxçıvanda Yeni Neolit abidələri Sədərək, Şorsu, Yeni yol və Uçan Ağılda aşkar olunmuşdur. Naxçıvanda Neolit mədəniyyəti əsasında mis metalın kəşf olunduğunu Eneolit dövrü mədəniyyəti (e.ə. VI-V minilliklər) inkişaf tapmışdır. I Kültəpənin ən qədim mədəni təbəqəsindən mis-mərgümüş qatışıqlı müxtəlif alətlər və bəzək nümunələri əldə edilmişdir. I Kültəpə yaşayış yerinin Eneolit təbəqəsinin alt qatlarında düzplanlı, orta qatda dairəvi və düzplanlı, son mərhələdə üst qatlarda isə yalnız düzplanlı tikinti qalıqlarına rast gəlinmişdir.

Eneolit dövrü oturaq əkinçi-maldar qəbilələr Naxçıvançay, Arpaçay vadilərində və digər ərazilərdə məskunlaşmışlar. Eneolit dövrü I Kültəpə, Ovçulartəpəsi, Damlama, Xələc yaşayış yerlərində və Sədərəkdə tədqiq edilmişdir. Bu dövrdə Naxçıvanda əsas təsərrüfat sahələri kimi əkinçilik və maldarlıq, eləcə də mütalişləmə, dulusçuluq, daşişləmə, toxuculuq və sair sənət sahələri inkişaf tapmışdı. Arxeoloji materiallar göstərir ki, bütün Eneolit dövrü ərzində Azərbaycan, eləcə də qədim Naxçıvan əhalisi ilə Mesopotamiya arasında əlaqələr olmuşdur.

Alban çarı CavanşirinNaxçıvan şəhərindən tapılmış tunc heykəli. VII əsr (Orijinalı Sankt-Peterburqda Ermitajda, kopyası isə BakıdaAzərbaycan Tarix Muzeyində saxlanılır.)

Tunc dövründə (e.ə. IV – II minilliklər) qədim Naxçıvan qəbilələrinin iqtisadi, ictimai və mədəni həyat tərzində böyük təkamül baş vermişdir. Naxçıvanda da etnik proseslər güclənmiş və iri tayfa ittifaqları yaranmışdır. I və II Kültəpə, Maxta, Ovçulartəpəsi, Daşarx və sair Kür-Araz mədəniyyəti abidələrində aparılmış arxeoloji tədqiqatlar göstərir ki, e.ə. IV minilliyin II yarısı-III minillikdə Naxçıvan qəbilələrinin əkinçilik, maldarlıq mədəniyyəti yeni inkişaf mərhələsinə qədəm qoymuş, texniki tərəqqi yüksəlmiş, əmək alətlərinin çeşidi və keyfiyyəti daha da artmışdır. Bu dövrdə tuncun kəşfi mühüm rol oynamışdır.

Yaxın Şərq ölkələri ilə Azərbaycanı, eləcə də bütün Qafqazı əlaqələndirən əsas yolların kəsişdiyi əlverişli mövqedə yerləşən iri tayfa ittifaqları mərkəzləri iqtisadi, mədəni cəhətdən yüksəldi və nəticədə II minilliyin əvvəllərindən Naxçıvanda ilkin şəhər mərkəzləri yarandı.Belə şəhər mərkəzlərindən olan II Kültəpədə, Govurqala, Qarabağlar, Oğlanqala, Plovtəpə, Qazançıda arxeoloji tədqiqatlar aparılmışdır. Tunc dövründə Naxçıvan yüksək incəsənəti ilə Yaxın Şərq dünyasında tanınmışdır. Gəmiqaya təsviri sənət abidələri, bədii tərtibatlı boyalı qablar (Boyalı Qablar mədəniyyəti), tunc məmulatları və sair Naxçıvanın qədim tayfalarının həyat tərzini, dini – ideoloji və fəlsəfi estetik dünyagörüşünü əks etdirir.

E.ə. II minilliyin sonu – I minilliyin əvvəllərində Naxçıvan ərazisinin tarixi mürəkkəb ictimai – siyasi hadisələrlə zəngin olmuşdur. Bu dövrdə Azərbaycan ərazisində Xocalı – Gədəbəy arxeoloji mədəniyyətinin formalaşması prosesi getmişdir. Naxçıvan ərazisində bu mədəniyyətə aid abidələr I Kültəpə, Şahtaxtı, Kolanı, Sarıdərə, Haqqıxlıq, Bəyəhməd, Qarabulaq, Zeyvə və sairləri aşkar edilmişdir. Bu abidələrin tədqiqi Xocalı – Gədəbəy mədəniyyətini yaradan tayfaların qədim dövrdən bu ərazilərdə məskunlaşmış aborigenlərdən ibarət olduğunu göstərmişdir. Bu dövrdə Naxçıvan ərazisi üçün əsas təhlükə qonşuluqda olan Urartu dövləti tərəfindən yaranmışdır. Culfa rayonu ərazisindəki İlandağda e.ə. 820 – 810-cu illərə aid mixi yazılı kitabə aşkar olunmuşdur. Kitabədən məlum olur ki, Urartu çarları İşpuini və onun oğlu Minuanın dövləti birgə idarə etdikləri dövrdə bu əraziyə basqınlar edilmişdir. [22] İşğalçılara qarşı mübarizə məqsədi ilə regionun qədim yaşayış yerlərində möhtəşəm müdafiə istehkamları (Oğlanqala, Qalacıq, Govurqala və sair) inşa edilmişdir.

I Kültəpə və II Kültəpə yaşayış yerlərindən aşkarlanmış saxsı qab nümunələri (Azərbaycan Tarix Muzeyinin kollesksiyası)

E.ə. IX-VI əsrlərdə Naxçıvan ərazisi Azərbaycan ərazisində ilk mərkəzləşmiş dövlət olan Mannanın, daha sonra isə, onun tarixi və mədəni varisi olan Midiyanın tərkibində olmuşdur. Qazıntılar nəticəsində əldə olunmuş materiallar Naxçıvan ərazisinin, həmçinin, Manna mədəniyyətinin təsir dairəsinə daxil olduğunu sübut etmişdir.Midiyanın süqutundan sonra Əhəmənilərin hakimiyyəti altına düşən Naxçıvan, e.ə. IV əsrin sonlarından Atropatenanın, eramızın III əsrindən isə Sasanilər imperiyasının tərkibinə daxil olmuşdur.

Atropatena hökmdarlarının əsas iqamətgahı olan Qazaka şəhəri Naxçıvana yaxın ərazidə – Güney Azərbaycanın Marağa şəhəri yaxınlığında yerləşdiyindən Naxçıvan, Yaxın Şərqin bir sıra şəhərləri ilə iqtisadi və mədəni əlaqələri gücləndirmiş, antik dünya xalqları ilə sıx ticarət əlaqələri yaratmışdı. Bu barədə, qədim yunan, Roma, ərəb, erməni, Suriya müəlliflərinin əsərlərində məlumatlar vardır. Şərur rayonun Püsyan kəndi yaxınlığındakı yaşayış yeri və nekropoldan, Oğlanqala, Qoşatəpə, Babatəpə və s., Babək rayonu ərazisində Meydantəpə, Nurudərəsi abidələrindən antik dövr mədəniyyətinin izləri qeydə alınıb, ilkin tədqiqat işləri aparılmışdır. Naxçıvan nekropollarından əldə edilən saxsı məmulatı, metal, şüşə, bəzək əşyaları, qliptika nümunələri, Şahbuz rayonu ərazisindən tapılan Makedoniyalı İskəndərin adından kəsilmiş gümüş pullar (e.ə. IV əsr) bu bölgədə küp qəbirlərinin e.ə. IV əsrdən gec olmayaraq yayıldığını göstərir.

Naxçıvan bölgəsinin orta əsrlər dövrünün ayrı-ayrı mərhələlərinə aid abidələr öz zənginliyi ilə xüsusilə diqqəti cəlb edir. Əlincəçay vadisindəki Zoğallı abidəsindən tapılmış sütun altlıqları, tunc qrifon, Cavanşirin tunc heykəli (Naxçıvan şəhəri), Batabat yaxınlığındakı Fərhad evi, onun üzərindəki kitabə, yaxınlığından keçən qədim karvan yolu və bir çox abidələrdən aşkar olunmuş materialların müqayisəli təhlili göstərmişdir ki, Naxçıvan orta əsrlərdə Azərbaycanın əsas ticarət mərkəzlərindən biri olmuş, Yaxın Şərq və Qafqazlaiqtisadi, mədəni əlaqələrin daha da genişlənməsində önəmli rol oynamışdır.

Siyasi tarix

Naxçıvan ərazisi Urartudövlətinin tərkibində
Naxçıvan ərazisi Midiya dövlətinin tərkibində

Antik dövr

Midiya dövləti dövründə E. ə. IX-VI əsrlərdə Naxçıvan tanınmış şəhərlərdən biri idi. E. ə. 633-cü ildə Naxçıvan skiflərin hücumuna məruz qalaraq xeyli zərər çəkmişdi. E. ə. VI əsrin ortalarından (e. ə. 550-cii ildə Midiya dövləti tənəzzülə uğradıqdan sonra) e.ə. IV əsrin 30-cu illərinədək Əhəmənilər dövlətinin hakimiyyəti altında olan Naxçıvan IV əsrin sonlarından e. ə. I əsrin 1-ci yarısınadək Atropatenanın (Kiçik Midiyanın) tərkibində olmuşdur. Eramızın əvvəllərində Naxçıvan Albaniyada (Qafqaz) şəhər və vilayət olmuşdur. Qafqaz Albaniyasının Araksena (Arazın orta və aşağı axarı boyunda yerləşirdi) vilayəti Naxçıvan ərazisini də əhatə edirdi.Naxçıvan MR ərazisinin cənub – qərb hissəsi Vaspurakantarixi vilayətinə daxil edildi. Naxçıvan MR-in qalan ərazisi isə Sünik (mərkəzi müasir Naxçıvan şəhəri) və Qoğtən (mərkəzi müasir Ordubadərazisi) vilayətlərinin tərkibinə daxil idi.Eyni zamanda Sünikin öz alban mənşəli yerli hakim sülaləsi və kilsəsi də olmuşdur. Naxçıvan IV əsrdən isə Sasanilər İmperiyasının tərkibində olmuşdur. Sasani hökmdarı II Şapur [309–379] yürüşü zamanı (364–367 illər) Naxçıvanı dağıtmış, şəhərdən 18 min ailə əsir aparmışdı. Bəzi vaxtlarda Albaniya Sasanilərin nüfuz dairəsində olduğuna görə Naxçıvan da Sasani canişinləri–mərzbanlar tərəfindən idarə edilmiş, Sasani mərzbanlarının iqamətgahı Dəbildən (Dvin) Naxçıvana köçürülmüşdür. VI əsrin 1-ci yarısından Naxçıvanda Sasanilərə məxsus zərbxana olmuşdur. Bu, Azərbaycanda ən qədim zərbxanalardan biri sayılır. Mehranilər sülaləsinin Qafqaz Albaniyasında yenidən dövlətçiliyi bərpa etməsindən sonra isə Naxçıvan və Qoğtən qəti şəkildə Albaniyanın tərkibinə qatılmışdır.

Orta əsrlər dövrü

Naxçıvan ərazisi Sasani dövlətinin tərkibində

1554 – cü ildə Səfəvi-Osmanlı müharibələri çərçivəsində Sultan Süleyman Qanuninin Naxçıvana yürüşü olmuşdur. Matrakçı Nasuhun “Süleymannamə”sindən Qanuninin Naxçıvan yürüşünü göstərən miniatür

Naxçıvan ərazisi Sünikintərkibində
1578 – ci ildə Naxçıvan zərbxanasında kəsilmiş gümüş sikkə (Azərbaycan Tarix Muzeyininkolleksiyasl)
Naxçıvanşahlıq
Naxçıvan Azərbaycan Atabəylər dövlətinin paytaxtı olmuşdur
Naxçıvan Elxanilər dövlətinintərkibində
Naxçıvan Qaraqoyunlular dövlətinin tərkibində

VII əsrin II yarısından başlamış ərəb istilaları nəticəsində yaranan Xilafətin tərkibinə daxil edilmiş Vaspurakan ərəb mənbələrində Basfurcan adı ilə qeydə alınmışdır. Ərəb istilalarına xüsusi əsər həsr etmiş ərəb tarixçisi əl-Bəlazurinin (IX əsr) məlumatına görə Basfurcan ərəblərin Cənubi Qafqazda tutduqları yerləri özündə birləşdirən yeni ərəb inzibati bölgüsünə daxil edilir. Burada və digər ərəb mənbələrində Nəşavə (Naxçıvan) həmin bölgüyə əsasən, Arran vilayətinə daxil edilən Basfurcanın əsas şəhəri adlandırılır. Bu dövrdə Azərbaycanda yayılmış Xürrəmilər hərəkatı Naxçıvanı da əhatə etmiş, Naxçıvan ərazisi həm xürrəmilərin, həm də əsasən xristian dinli əhali arasında yayılmış Pavlikan hərəkatının əsas dayaq nöqtələrindən biri olmuşdur.

IX əsrdə Naxçıvan Sacilər dövlətinin tərkibinə daxil edilir və X əsrin 30-cu illərinədək bu sülalənin hakimiyyəti altında qalır. Sacilər xanədanı süquta uğradıqdan sonra (942) Naxçıvan bir müddət bu sülaləyə sadiq olan Deysəm ibn İbrahimin hakimiyyəti altında qalmışdır. 942–981-ci illərdə Naxçıvan Salarilər dövlətinin tərkibinə daxil olmuşdur. X əsrin sonundan XI əsrin 60-cı illərinə kimi Naxçıvan şəhəri əsasən müasir Naxçıvan MR və qisəmən də Ermənistan (Qərbi Azərbaycan) ərazisini əhatə edən və ərəb mənşəli Əbudüləfilər sülaləsi tərəfindən idarə olunan Naxçıvanşahlıq dövlətinin mərkəzi olmuşdur.

XI əsrin I yarısından Azərbaycan, eyni zamanda Naxçıvan bölgəsi Səlcuqluların başçılıq etdikləri oğuzlarvə başqa türk tayfaları tərəfindən ələ keçirilir. 1018-1021-ci illərdə Araz çayını keçən oğuzlar cənub istiqamətindən Arran torpaqlarına yürüş edərək, Naxçıvan, daha sonra isə ermənilərin qədim paytaxt şəhərlərindən olan Dəbil şəhərini ələ keçirirlər

1038-ci ildə Səlcuq dövləti yarandı. Onun ilk hökmdarı Toğrul bəyin (1038–1063) varisi Alp Arslan(1063–1072) Azərbaycanın cənub vilayətlərində Rəvvadilər sülaləsinin hakimiyyətinə son qoyduqdan sonra səlcuqlular bütün Naxçıvana yiyələndilər.(1064) Səlcuqlular imperiyasının süqutundan sonra 1136-cı ildə qıpçaq mənşəli Eldənizlər sülaləsinin idarə etdiyi Azərbaycan Atabəyləri dövləti (1136–1225) yaranmış və Naxçıvan şəhəri bu dövlətin ilk paytaxtı olmuşdur.

Atabəylərin xəzinəsi həmişə atabəyin olduğu yerdə saxlanırdı. Əsas dövlət xəzinəsi isə Naxçıvan şəhəri yaxınlığındakı Əlincə qalasında mühafizə olunurdu. Şəmsəddin Eldənizin dövründən başlayaraq dövlətin bütün gəlirləri burada toplanırdı. Bu dövrdə Naxçıvan paytaxt kimi xeyli inkişaf edir, şəhərdə qiymətli memarlıq abidələri – qalalar, saray, məscid, hamam və xatirə abidələri inşa edilirdi.

Eldənizlərdən sonra Naxçıvan bir müddət xarəzmşah Məhəmmədin oğlu Cəlal əd-Din Məngburninın nüfuz dairəsində qalır.Həmin dövrdə Naxçıvanın hakimi Məhəmməd Cahan Pəhləvanın Zahidə Xatundanolan qızı Cəlaliyyə Xatun idi.

XIII-XIV əsrlərdə Naxçıvan bölgəsi Azərbaycanda və ümumiyyətlə, Yaxın Şərqdə gedən siyasi – iqtisadi, mədəni proseslərin mərkəzlərindən birinə çevrilir. Hülakülərin, Çobanilərin, Cəlairilərin nüfuz dairələrində olan Naxçıvan bu dövlətlərin siyasi həyatında da yaxından iştirak edir. Əmir Teymurun Azərbaycana yürüşləri və Naxçıvanda ona göstərilən müqavimət bölgənin tarixində mühüm yer tutur. Dövrün mənbələrindən aydın olur ki, inzibati ərazi baxımından 9 tümənə ayrılan Azərbaycanın bir tüməni olan Naxçıvan bölgəsi dövlətə 10.000 döyüşçü vermək qüdrətində idi . Tarixçi Həmdullah Qəzviniyə görə, Azərbaycanın 27 şəhərindən 5-i Naxçıvan, Ordubad, Azad, Əncan və Makuyə Naxçıvan tüməninə daxil idi və o, geniş ərazini – Araz çayının şimal və cənub tərəflərini əhatə edirdi.

XV əsrdə Naxçıvan ərazisi əvvəlcə Qaraqoyunlu, daha sonra isə Ağqoyunlu dövlətlərinin tərkibində idi. 1501-ci ildə Şərur döyüşündə qızılbaşların Ağqoyunlular üzərində qələbəsindən sonra Naxçıvan Səfəvilərin hakimiyyəti altına keçdi. Səfəvilərin hakimiyyəti dövründə 280 – 300 min km² ərazini əhatə edən tarixi Azərbaycan vilayəti inzibati-ərazi baxımından dörd bəylərbəyliyə bölünmüşdü: Şirvan, Gəncə (Qarabağ), Çuxursəd və Təbriz bəylərbəylikləri. Naxçıvan ərazisindən yalnız Ordubad şəhəri Təbriz bəylərbəyliyinin tərkibinə daxil idi. Naxçıvan MR – in digər əraziləri isə Çuxursəd bəylərbəyliyinin tərkibinə daxil olmuşdur.

Çuxursəd bəylərbəyliyinin mərkəzi İrəvan şəhəri idi. İrəvan, eləcə də Naxçıvan şəhəri qızılbaş ustaclılar tayfasının iqamətgahı olmuşdur. Səfəvi-Osmanlı müharibələri dövründə (XVI-XVII əsrlər) Naxçıvan ərazisi döyüş meydanına çevrildi. Dəfələrlə əldən-ələ keçən Naxçıvan şəhəri isə dağıntılara məruz qaldı. Dövrün hərbi-siyasi hadisələri üzündən Naxçıvan şəhəri əski əzəmətini, Azərbaycanın iqtisadi-siyasi, mədəni həyatındakı rolunu və mövqeyini itirmişdi. Culfa, Ordubad, Əylis kimi mərkəzlərə də xeyli zərər dəymişdi. I Şah Abbasın hakimiyyəti dövründə (1587–1629) isə Naxçıvandan İrana çoxlu əhali sürgün olundu.

XVII-XVIII əsrlərdə Naxçıvan ərazisi ustaclılar tayfasının idarəsinə verilmişdi. Bu tayfanın tərkibinə daxil olan Kəngərlilər Naxçıvanın siyasi və mədəni həyatında aktiv iştirak edirdilər.

XVIII əsrin əvvəllərində Azərbaycana sahib olmaq uğrunda iki türk sülaləsi – Osmanlılar və Səfəvilər arasında mübarizə yenidən gücləndi. 1724-cü ilin sentyabrında osmanlılar Naxçıvan şəhərini, bir neçə gün sonra isə Ordubad şəhərini tutdular. Naxçıvan vilayətinin böyük bir hissəsi yeni təşkil olunmuş Naxçıvan sancağının tərkibinə daxil edildi. Osmanlılar dövründə Naxçıvan sancağı 14 nahiyyəyə bölünmüşdü: Naxçıvan, Əlincə, Sair Məvazi, Dərəşahbuz, Mülki-Arslan, Məvazeyi-Xatun, Qarabağ, Qışlağat, Dərəşam, Azadciran, Şorlut, Dərəşürgüt, Sisyan, Dərələyəz. Ordubad ayrıca nahiyyə təşkil etməyərək Azadciran nahiyyəsinə daxil idi.

1735-ci ildə Azərbaycanın digər əraziləri kimi, Naxçıvan da Nadir xanın hakimiyyətinə keçdi. 1736-cı il Muğan qurultayında özünü şah elan edən Nadir şah Əfşar Səfəvilər sülaləsinin hakimiyyətinə son qoydu. Mərkəzləşdirmə siyasəti yeridən Nadir şah inzibati – ərazi bölgüsünü dəyişdi., bəylərbəylikləri ləğv edərək Azərbaycanın bütün ərazisini vahid Azərbaycan vilayəti (mərkəzi Təbriz şəhəri) adı altında birləşdirdi və vilayətin idarəsini qardaşı İbrahim xana həvalə etdi. Naxçıvan bölgəsində yaşayan Kəngərli tayfası Nadir şaha itaətsizlik göstərdiyinə görə bu tayfanın bəzi üzvləri Əfqanıstana sürgün edildi. Nadir şah Naxçıvan əyalətinə eyni zamanda iki hakim təyin etdi: “Hakim-e ölkə-ye Naxçıvan” (tayfa vəkili və əyalətdən toplanan qoşunun rəisi) və “Hakim-e tümən-e Naxçıvan” (şah tərəfindən təyin olunur, iqtisadi-inzibati idarə işlərinə rəhbərlik edirdi).

1747-ci ildə Nadir şah Əfşarın sui – qəsd nəticəsində öldürülməsindən sonra Kəngərli tayfasının başçısı Heydərqulu xan özünü Naxçıvanın müstəqil xanı elan edərək Naxçıvan xanlığının əsasını qoydu.Zəngəzur dağlarından Araz vadisinə qədər ərazini əhatə edən xanlığın mərkəzi Naxçıvan şəhəri oldu. Xanlıq inzibati cəhətdən Əlincə, Xok, Dərələyəz, Ordubad, Əylis, Dəstə, Çənənəb və Biləv mahallarına bölünmüşdü.

Yeni dövr

Naxçıvan Ağqoyunlular dövlətinin tərkibində
Naxçıvan Səfəvilər dövlətinintərkibində
Naxçıvan Əfşarlar dövlətinintərkibində
Naxçıvan xanlığı

1826–1828-ci illər Rusiya – Qacar müharibəsi dövründə Naxçıvan rus qoşunları tərəfindən işğal olundu, Türkmənçay müqaviləsinə əsasən isə xanlığın ərazisi Çar Rusiyasına ilhaq olundu. İstiladan sonra çar hökuməti İrandan və Türkiyədən 10 minlərlə erməni ailəsini Naxçıvana köçürmüş və diyarın demoqrafik quruluşunu ciddi surətdə dəyişmiş, Naxçıvan və İrəvan xanlıqları ərazisində Erməni vilayətiyaradılmışdı. Naxçıvan diyarı, çar hökumətinin Qafqazda apardığı inzibati islahata (1840, 10 aprel) əsasən Gürcüstan-İmeretiya quberniyasının tərkibində Naxçıvan qəzası kimi təşkil edildi. 1849-cu ildən isə İrəvan quberniyasının tərkibinə keçirildi.

1917-ci ilin fevralında Rusiyada çar mütləqiyyəti devrildikdən sonra imperiyanın bir çox əyalətlərində olduğu kimi, Naxçıvanda da ikihakimiyyətlilik meydana gəldi. Naxçıvanda yerli hakimiyyət orqanlarının – qəza və kənd ictimai təşkilatları icraiyyə komitələrinin təşkilinə başlanıldı. Naxçıvan diyarında vəziyyət daha da mürəkkəbləşdi. 1918-ci ildə erməni-daşnak hökumətinin maddi və mənəvi yardımına arxalanan “erməni milli komitəsi” Naxçıvan bölgəsində qarşıdurmanı, qırğınları daha da artırdı

1918-ci ilin payızında yerli əhalini erməni qırğınlarından qorumaq və Naxçıvanın yad əllərə keçməsinin qarşısını almaq məqsədi ilə Araz-Türk Respublikası yaradıldı. Türk ordusunun polkovniki Xəlil bəy Araz-Türk Respublikasında səlahiyyətli nümayəndəliyin başçısı təyin olundu. Araz-Türk Respublikasının ərazisində Naxçıvan, Şərur, Mehri, Vadibasar, Qəmərli dairələri daxil idi. Araz-Türk Respublikasının silahlı qüvvələrinin köməyi ilə və yerli əhalinin fəal müqaviməti nəticəsində Ermənistanın daşnak hökumətinin Naxçıvanı ilhaq etmək siyasətinin qarşısı alındı. 1919-cu ilin əvvəllərində ingilislər Naxçıvanı işğal edərək Araz-Türk Respublikasını və Naxçıvan Milli Komitəsini ləğv etdilər.

1919-cu ilin iyulunda daşnak hərbi dəstələri ingilislərin köməyi ilə Şərur mahalını tutdular. Yerli əhali canını xilas etmək üçün Güney Azərbaycana qaçmalı oldu. Az sonra Naxçıvan Milli Komitəsinin hərbi dəstələri daşnakların hərbi birləşmələrini Naxçıvandan qovdu.1919-cu ilin yay və payızında Şərur–Dərələyəzdə və Naxçıvanda Amerika general – qubernatorluğunun yaradılması təşəbbüsü də uğursuzluqla nəticələndi.

1920-ci il 28 apreldə Azərbaycan Sovet Sosialist Respublikası bərqərar oldu. Naxçıvan əhalisi kömək üçün Azərbaycan SSR hökumətinə müraciət etdi. 28 iyul 1920-ci ildə Naxçıvan Sovet Respublikası elan olundu. Naxçıvanda əmin-amanlığın yaradılmasında, diyarın daşnak ünsürlərindən təmizlənməsində A. Şadlinskinin başçılığı ilə “Qırmız tabor” fəal iştirak etdi. Bu dövrdə tarixi Azərbaycan ərazisi olan Zəngəzur mahalı Ermənistan respublikasına verildi. Naxçıvan ərazisini Azərbaycandan ayıran Zəngəzur mahalının Ermənistana verilməsi Naxçıvanın muxtariyyət məsələsini zəruri etdi. Ermənistan SSR hökuməti dəfələrlə Naxçıvanı özünə ilhaq etmək üçün siyasi cəhdlər göstərdi. Lakin, 1921 – ci ilin yanvarında Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrinin təşəbbüsü ilə keçirilmiş rəy sorğusunda Naxçıvan əhalisinin 90 faizdən çoxu Naxçıvan mahalının muxtariyyət statusunda Azərbaycan SSR – in tərkibində qalmasına səs verdi. Naxçıvanın Azərbaycanın himayəsi altında muxtariyyət statusu RSFSR və Türkiyə Cümhuriyyəti arasında bağlanmış Moskva müqaviləsində (1921) daha sonra isə, Rusiya, Azərbaycan, Gürcüstan, Ermənistan və Türkiyə arasında bağlanmış Qars müqaviləsində (1921) təsbit edildi. Hər iki müqavilə Türkiyəyə Naxçıvan ərazisinə Azərbaycan ordusundan başqa bir ordunun daxil olması halında, Naxçıvanın təhlükəsizliyini özü üzərinə götürmək hüququ verdi

I Zaqafqaziya Sovetlər Qurultayı (1922, dekabr) Naxçıvan məsələsi üzrə qəbul etdiyi xüsusi qərarında Naxçıvanın muxtariyyət statusunda Azərbaycan SSR – in ayrılmaz tərkib hissəsi olduğunu təsdiq etdi. Azərbaycan MİK Naxçıvan Muxtar Diyarının Azərbaycan SSR – in tərkibində Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilməsi haqqında qərar qəbul edərək, onun təsdiq olunmasını Zaqafqaziya MİK – dən xahiş etdi. 1924-cü il, 8 yanvarda Zaqafqaziya MİK – in plenumu Q. Musabəyovun məruzəsini və Azərbaycan MİK – in qərarını müzakirə edərək, Azərbaycan SSR – in tərkibində Naxçıvan Muxtar Sovet Sosialist Respublikası elan olunmasını təsdiq etdi. Azərbaycan SSR MİK – in 1924-cü il, 9 fevral tarixli dekreti ilə Naxçıvan Muxtar Diyarının Azərbaycan SSR – in tərkibində Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilməsi rəsmiləşdirildi.

1929-cu ildə Zaqafqaziya MİK–in qərarı ilə Naxçıvanın 657 km² ərazisi – Şərur dairəsinin Qurdqulaq, Xaçik, Horadiz, Şahbuz nahiyyəsinin Oğbin, Sultanbəy, Ağxəç, Almalı, İtqıran kəndlərinin, Ordubad dairəsinin Qorçevan kəndinin, habelə Kilit kəndinin torpaqlarının bir hissəsinin, əkin sahələri və torpaqları ilə birlikdə Ermənistan SSR – ə verildi. 1930-cu ildə isə Aldərə, Lehvaz, Astazur, Nüvədi və sair yaşayış məntəqələri Ermənistana verilmiş və həmin ərazilərdə Ermənistan SSR – in Mehri rayonu yaradılmışdır.

Naxçıvanın muxtar ərazi ststusunun möhkəmləndirilməsində 18 aprel 1926-cı ildə V Ümumnaxçıvan Sovetlər Qurultayında qəbul olunmuş Naxçıvan MSSR-in birinci Konstitusiyasının, 17 sntyabr, 1937-ci ildə Naxçıvan MSSR-in X fövqəladə Sovetlər Qurultayında qəbul olunmuş Naxçıvan MSSR-in ikinci Konstitusiyasının, 30 may, 1978-ci ildə Naxçıvan MSSR Ali Sovetinin IX çağırış növbədənkənar VIII sessiyasının qəbul etdiyi üçüncü Konstitusiyasının mühüm əhəmiyyəti olmuşdur.

Naxçıvan MSSR SSRİ dövründə sosial-iqtisadi və mədəni inkişaf sahəsində əldə etdiyi nailiyyətlərə görə Lenin ordeninə, Xalqlar Dostluğu və Oktyabr İnqlabı ordenlərinə layiq görülmüşdür.

Müasir dövr

Naxçıvanın müasir tarixində Heydər Əliyevindərin izi vardır.
Naxçıvan Azərbaycan Xalq Cümhuriyyətinin tərkibində
Naxçıvan Muxtar Sovet Sosialist Respublikası

1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıya yeridilməsindən 8 saat əvvəl sovet-erməni silahlı dəstələri Naxçıvan MR ərazisinə hücuma keçdi və ermənilər Sədərək rayonunun Kərki kəndini işğal etdilər.Ermənistanın apardığı təcavüzkarlıq siyasəti nəticəsində vaxtilə ümumittifaq şəbəkəsinə daxil olan, Azərbaycanı Naxçıvanla bağlayan dəmir yolu xəttləri kəsildi, Naxçıvan Azərbaycandan təcrid olunmuş vəziyyətdə, blokada şəraitində yaşamağa başladı. 1992-ci ilin mayında Azərbaycanda hakimiyyət dəyişikliyi, Azərbaycan Xalq Cəbhəsinin və onun rəhbəri tanınmış alim və siyasətçi Əbülfəz Elçibəyin iqtidara gəlməsi də Naxçıvanın vəziyyətini dəyişdirmədi. Əksinə Rusiya və Ermənistanın hərbi – iqtisadi blokadaya aldığı Naxçıvan AXC iqtidarının da siyasi blokadası ilə üzləşdi.

Hələ 1990-cı ilin yayında seçilmiş Naxçıvan MSSR Ali sovetinin 17 noyabrda keçirilən I sessiyasının qərarı ilə “Sovet” və “Sosialist” sözləri Muxtar Rrespublikanın adından çıxarıldı, Ali Sovetin adı dəyişdirilərək Ali Məclis adlandırılması qərara alındı, Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə qəbul edilmiş üçrəngli bayrağı Naxçıvan MR-in də bayrağı kimi qəbul olundu. Elə həmin vaxtdan H. Əliyevin təşəbbüsü ilə Naxçıvan MR–in ali qanunvericilik orqanı Qarabağda vəziyyət, Bakıda fövqəladə vəziyyətin aradan götürülməsi, habelə, 1990–cı ilin 19–20 yanvar hadisələrinə siyasi qiymət verilməsi haqqında qərarlar qəbul etdi.Muxtar respublika ərazisində kommunist partiyasının fəaliyyətinin dayandırılması, Naxçıvan əhalisinin SSRİ–nin saxlanması barədə referendumda iştirakdan imtina etməsi, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması kimi siyasi aksiyalar həyata keçirildi.

Muxtar respublikanın əhalisi müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmləndirilməsi, Azərbaycanda demokratik dəyərlərin bərqərar olması kimi amallara qovuşmaq üçün Heydər Əliyevin respublika rəhbərliyinə qayıtması uğrunda mübarizənin ön sıralarında getmişdir. 3 sentyabr 1991-ci ildə Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyasında Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsini öhdəsinə götürmüşdür. 1992-ci ilin noyabrında isə Azərbaycanın bir çox görkəmli ziyalıları Naxçıvan şəhərinə üz tutur. Naxçıvan şəhərində H. Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının əsası qoyuldu.

12 noyabr 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi, Azərbaycan və Naxçıvan Parlamentlərində ilk demokratik seçkilər keçirildi. V. Y. Talıbov Naxçıvan Ali Məclisinin sədri seçildi. Azərbaycan Konstitusiyası Naxçıvan MR-ə Azərbaycanın tərkibində muxtar dövlət statusu verdi. Azərbaycan Konstutusiyası əsasında Naxçıvan MR-in Konstitusiyası hazırlandı və 28 aprel 1998-ci ildə muxtar respublikanın Ali Məclisində qəbul edilərək, həmin il 29 dekabrda Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiqləndi.

Təbiət

Naxçıvan MR Kiçik Qafqazın Cənub–Qərbində yerləşir. Azərbaycan Respublikası ərazisinin geomorfoloji rayonlaşdırılması bölgüsündə Naxçıvan MR–in ərazisi Kiçik Qafqaz geomorfoloji vilayətinin Arazyanı dağlar və Naxçıvan (Orta Araz) çökəkliyi yarımvilayətlərinə aid edilir. Arazyanı dağlar yarımvilayəti muxtar respublika ərazisində Dərələyəz və Zəngəzur silsilələrini, Naxçıvan çökəkliyi geomorfoloji yarımvilayəti isə, əsasən, Arazboyu düzənlikləri əhatə edir. Dəniz səviyyəsindən orta yüksəkliyi 1450 m-dir. Ərazinin üçdə iki hissəsi hündürlüyü 1000 m–dən yuxarı olan dağlıq sahələrdir. Ərazinin üçdə bir hissəsi isə bir-birindən dağ qolları və tirələri ilə ayrılan maili Arazboyu düzənliklər (Sədərək, Şərur, Böyükdüz, Naxçıvan, Culfa, Yaycı, Kəngərli, Dəstə, Ordubad və s.) tutur. Bu düznliklərin ümumi sahəsi 10 min hektara qədərdir. Arazboyu düznliklərin ən geniş yeri Şərqi Arpaçayın mənsəb hissəsində olub, bu ərazidə bir tərəfdən tektonik çökmənin, digər tərəfdən isə akkumulyasiya prosesinin getməsi nəticəsində yaranmışdır.

Relyef

Qapıcıq dağı

Muxtar Respublika ərazisinin çox hissəsini Kiçik Qafqazın Zəngəzur və Dərələyəz silsilələri və onların Araz çayının dərəsinə doğru uzanan və müasir relyefdə orta və alçaq dağlıq yaradan qolları əhatə edir. Zəngəzur silsiləsi Kiçik Qafqazın ən yüksək silsilələrindəndir; ən hündür zirvəsi Qapıcıq dağı (3906 m) eyni zamanda Kiçik Qafqazın Azərbaycan Respublikası ərazisindəki ən yüksək zirvəsidir və daimi qar xəttindən 41 m yuxarıda yerləşir. Alt Pliosen yaşlı kiçik intruzivlər və ekstruzivlər silsilənin cənub-qərb yamacında konusvari, gümbəzvari çıxıntılar yaradaraq təkrarolunmaz relyef əmələ gətirir. Hündür zirvələri Yağlıdərə dağı – 3827 m, Qazangöldağ – 3814 m, Sarıdərə dağı – 3754 m, Dəvəboynu dağı – 3560 m və sairdir. Dağ aşırımlarının mütləq hündürlüyü 2346 metrlə (Biçənək aşırımı), 3362 metr (Ayçonqal aşırımı) arasındadır.

Dərələyəz silsiləsi muxtar respublika ərazisinin şimal-qərb hissəsində yerləşir və Zəngəzur silsiləsinə nisbətən alçaqdır (ən uca zirvəsi Küküdağ – 3120 m). Silsilənin Cəhri çayından qərbdəki hissəsi qövs şəklində cənuba doğru uzanaraq alçalır. Burada ən hündür zirvə Keşəltəpə dağıdır (2740 m). Silsilənin muxtar respublika ərazisinə daxil olan hissəsi mürəkkəb oroqrafik quruluşa malikdir. Bu mürəkkəblik relyefdə, xüsusilə Keçəltəpə dağından cənubda daha aydın nəzərə çarpır. Silsilədən Qaranquş, Cəhri, Qaraultəpə, Rəmlər və Buzqov qolları ayrılır. Dərələyəz silsiləsinin Cəhri çayından şimaldakı əsas hissəsi şərqə və cənub – qərbə doğru uzanır. Burada mütləq yüksəklik 2900–3110 m-dir (Sipər dağı – 3117 m, Keçəldağ – 3118 m, Küküdağ 3120 m). Silsilənin suayırıcısı bəzən ensiz, bəzən də geniş və hamardır. Dərələyəz silsiləsinin şimal – şərq qurtaracağı hündürlüyü 3087 m olan adsız zirvənin yaxınlığında Zəngəzur silsiləsi ilə birləşir. Silsilənin cənub – qərb hissəsi isə Cəhri və Naxçıvan çaylarının arası ilə uzanır.

Muxtar respublika ərazisinin şimal-qərb qurtaracağı mürəkkəb oroqrafik quruluşa malikdir. Buradakı dağ zirvələrinin hündürlüyü 2000–2100 m-dən artıq deyildir (Kömürlü – 2064 m, Ardıc – 2034 m, Mehridağ – 1869 m, Qabaqyal – 1824 m); əsasən alçaq və orta dağlıqdan ibarətdir. Respublikanın orta və alçaq dağlıq zonalarında müasir relyefdə tam əksini tapmış Miosen – Alt Pliosen yaşlı qalxmalar (Paradağ, Nurs, Tirkeş) inkişaf etmişdir.

Geoloji quruluş və faydalı qazıntılar

Naxçıvan Muxtar Respublikası ərazisində Yerin müxtəlif yaşlı geoloji qatlarının aydın çıxışları, təkrarolunmaz və cazibədar intruziv süxurların mövcudluğu geoloq və səyyahların diqqətini hələ XVIII əsrdən cəlb etmişdir. Bu, istər Qərbi Avropa, istərsə də Rusiya geoloji ədəbiyyatında Alp qurşağının stratiqrafik məsələlərinin həllində öz əksini tapmışdır. Alp qurşağında bənzəri olduqca az tapılan Naxçıvan lakkolitləri və Culfa dərəsində Paleozoyun ardıcıl qatları dünya şöhrəti qazanmış və bu günədək klassik qiymətini itirməmişdir. Faydalı qazıntı sahələrində (Duzdağ, Darıdağ, Şəkərdərə, Gömür, Quyuludağ, Qızılqaya və s.) mağaraların, quyuların aşkar olunması, ibtidai əmək alətlərinin tapılması Naxçıvan ərazisində hələ qədim vaxtlardan duz, mərgümüş, mis, qızıl, kükürd və sair çıxarıldığını göstərir. Orta əsrlərdə Azərbaycanda elmi-təsviri mineralogiya traktatları – “Cəvahirnamə”yaranmışdır. Ərazidə ilk geoloji tədqiqatlar və mineral sərvətlərin öyrənilməsi XVIII əsrin II yarısından başlamış, planauyğun surətdə, müntəzəm öyrənilməsi isə Naxçıvan MR-in yaranmasından sonrakı dövrə aiddir.

Muxtar respublikanın ərazisi geoloji cəhətdən Kiçik Qafqazın Naxçıvan qırışıqlıq tektonik zonasında yerləşir. Digər tektonik zonalardan fərqli olaraq, geoloji quruluşu ümumi qalınlığı 14 km-ə qədər Kaynozoy, Mezozoy, Paleozoy dövrlərinin çökmə, vulkanogen – çökmə, yerüstü vulkanların püskürmə qatlarından və intruziv, metamorfik komponentlərindən təşkil olunmuşdur. Bunların yer üzərində çıxışları ərazinin 400 milyon illik geoloji tarixini bərpa etməyə imkan vermişdir. Naxçıvan qırışıqlıq zonasının tektonik quruluşunda Hersen qırışıqlığını təmsil edən Şərur-Culfa antiklinoriumu, Alp qırışıqlığında yaranmış Ordubad sinklinoriumu və Naxçıvan çuxuru iştirak edir. Tektonik quruluşunun özülü isə Baykal tektonik siklində (600 milyon il bundan əvvəl) yüksək dərəcədə metamorfizmə uğramış müxtəlif mənşəli və tərkibli (çöküntü, maqmatik və sair) süxur qatları təbəqələrindən, Yer qabığının “qranit” qatından ibarətdir. Onların yer səthinə yaxın yatımlarında Devon–Trias çöküntülərinn çıxışları sahəsində təsadüf olunur və Dəhnə dayaq quyusunda 331 m dərinlikdə 1414 m-ə qədər kəsiliblər. Dəhnə qalxıntısının Arazın sağ sahilində metamorfik süxurlar Yer səthinə çıxır. Ərazinin dərinlik quruluşunda Yer qabığının qalınlığı 48–54 km olaraq, “qranit” qatı 15–20 km-ə, “bazalt” qatı 20–25 km-ə çatır.

Şərur–Culfa antiklinoriumu terrigen-karbonat və karbonat fasiyası və qalınlığı 3000-3600 metrə çatan Devon, Alt Karbon, Perm və Triasın lay qatları Dərələyəz qitəkənarı açıq dəniz hövzəsinin (400-211 milyon illər arasında) çökmə süxurlarıdır. Dərələyəz dənizi ərazidə uzun sürən kontinental quru paleocoğafi şəraiti əvəz etmişdir. Orta və Üst Karbon dövründə hövzənin geotektonik inkişafını təmsil edən boksit təzahürləri Yer qatının laterit aşınmasının məhsuludur. Dərinlik qırılmalarında yerləşən kvarslı qabro-dolerit kiçik intruziyaları ilə Gümüşlü sink-qurğuşun yatağı və təzahürləri əlaqədardır. Paleozoy və Triasın çökmə süxurlar qatında geniş yayılmış məmulat daşları (çəhrayı dolomit, araqonit) tikinti daşları (qara mərmər, mozaika lövhələri üçün rəngli üzlük daşlar) və şüşə məmulatı (kvarsitlər, kvarsitli qumdaşılar) yerli sənaye üçün əhəmiyyət kəsb edir.

Ordubad sinklinoriumu muxtar respublika ərazisinin şimal və şimal-şərq sahələrini əhatə edərək, kənar sərhədləri qərbdə Culfa–Əznəbürt qırılması, şərqdə isə Zəngəzur silsiləsindən sonra Giryataq qırılması ilə izlənir. Sinklinoriumun müstəqil geotektonik inkişafı Mezotetisin dərya qabıqlı Zəngəzur troqunun Üst Tabaşirdə başlanmasından sonra davam etmişdir. Onun quruluşunda iştirak edən Mezokaynozoy qatları müxtəlif geodinamik şəraiti təmsil edir. Sinklinoriumun qərb kənarındakı Alt Yura yaşlı bazalt vulkanizmi ərazidə riftogen proseslərin başlanğıcından və Zəngəzur dərya qabıqlı dərin hövzənin əmələ gəlməsindən xəbər verirsə, Yura dövrünün aalen – kellovey mərtəbələrinin ardıcıl gilli-qumlu qatları dərin dəryavari hövzəni passiv kontinental ətəyinin çöküntüləridir.

Naxçıvan çuxuru Ordubad sinklinoriumu və Şərur–Culfa antiklinoriumunun üstünü örtür və bu prosesdə qərbə doğru miqrasiya qeyd olunur. Dağarası çuxurun əmələ gəlməsi bir neçə qırılmanın, əsasən, onun şimal-şərq kənarı boyu izlənən Naxçıvan dərinlik qırılmasının Oliqosen və Miosen dövrlərində aktiv fəaliyyəti ilə əlaqədardır. Naxçıvan çuxuru ətrafında baş verən zəlzələlər bu qırılma ilə bağlıdır. Həmin qırılma çöküntü qatlarının qalınlığına nəzarət etməklə bərabər, maqmatik proseslərin fəaliyyət mərkəzi olmuşdur. Oliqosenin ekstruziv avtoplastik kütlələri (Qaracəlal, Qurddağ, Xalxal, Qutandağ, Quyuludağ) qırılma boyu nüfuz etmiş və Miosenin vulkanogen qatı (14,8-15,9 mln. il) Əsədkəf, Kaşırdağ və Qırxlardağ sahələrini əhatə edir. Antropogendə isti mineral bulaqlar gölündə travertinlər əmələ gəlmişdir. Travertinlərdən başqa Naxçıvan çökəkliyinin təbii sərvətlərindən zəngin duz (Duzdağ, Püsyan və Nehrəmdə), Palıqroskit gili (Yurdçu, Kabullu), gips – antihidrit – qaja və teşenit üzlük daşı yataqları və onun şimal-şərq kənarı boyu səpələnmiş filiz (uran, mis, bor) təzahürləri aşkar olunmuşdur. Darıdağ sürmə-mərgümüş yatağı da bu dövrdə əmələ gəlmişdir.

Naxçıvan təbiəti

Mineral sular

Mineral su bulaqlarının rəngarəngliyinə görə Naxçıvan MR dünyanın ən diqqətəlayiq bölgələrindəndir. Muxtar respublikanın 5,5 min km 2 – lik sahəsində 250–dən artıq mineral su mənbəyi qeydə alınmışdır. Bu bulaqların böyük əksəriyyəti Şərqi Arpaçay, Naxçıvançay, Əlincəçay, Gilançay, Ordubadçay, Qaradərə və Əylis çaylarının vadilərində və yaxınlıqlarındadır.Onlar kimyəvi tərkiblərinə görə müxtəlif tipli olub təsərrüfatda, içməli su təchizatında, müalicə məqsədi ilə və sənayedə istifadə edilir. Ərazidə suların təbii formalaşmasında relyefin, çay şəbəkəsinin, yarandıqları geoloji mühitin, iqlimin böyük əhəmiyyəti vardır. Naxçıvanın müalicə suları müxtəlif tərkibli və yaşlı çöküntülərdən çıxır və bu onların kimyəvi – balneoloji xassələrini müəyyənləşdirir. Ərazidə ən qədim su daşıyan süxurların yaşı 400 milyon illə 500-700 milyon il arasında dəyişir. Tarixi qaynaqlardan məlum olur ki, həmişə dirilik suyu, şəfa suyu olan bulaqlardan bəhrələnib, onların müalicə qüdrətinə “Tanrı ocağı” deyə inanmışlar.

Naxçıvanın mineral suları ta qədim zamanlardan insanların diqqətini cəlb etmişdir. Naxçıvan MR-də mineral su bulaqlarının və onların formalaşdığı mühitin – geologiyası və tektonikasının öyrənilməsinə 1843-cü ildən başlanılmışdır. Lakin bu sahədə planlı kəşfiyyat işləri XX yüzillikdən aparılmışdır. Müəyyən edilmişdir ki, Naxçıvanda mineral suların 6 tipi, 16 sinfi və 33 müxtəlif növü mövcuddur. Bu suların 98%-i karbon qazlı olub, hidrokarbonat tipli sulara aid edilir. Yer səthinə təbii çıxışları olan mineral su bulaqlarından yüksək hərarətlisi demək olar ki, yoxdur. Mineral suların əksəriyyətinin tempraturu 8 C – 22 C arasındadır. Sirabda və Darıdağda buruq quyularının hərarəti 50 C və daha yuxarı olan sular aşkar edilmişdir. Azərbaycanda olan karbon qazlı suların 35%-i Naxçıvan MR ərazisindədir. Mineral-müalicə su bulaqlarının ion tərkibinin əsas komponentlərini kalsium-ca, qələvilər – Na + K və maqnezium – Mg kationları və hidrokarbonat – HCO3, sulfat – SO4 və xlor-cl anionları təşkil edir. Muxtar respublikanın mineral su mənbələri gün ərzində yer səthinə 24 milyon litr su axıdır. Əsas mineral su mənbələri ərazi üzrə aşağıdakı şəkildə yerləşmişdir:

Ordubad rayonunda təqribən 1000 km² sahədə 29 mineral su bulağı vardır. Onların tərkibində suların müalicə xassələrini müəyyənləşdirən qələvilər mühüm rol oynayır. Rayonun qələvili – hidrokarbonatlı sularının bir qismi məşhur “Narzan” suyunun tərkibi ilə oxşardır.

Culfa rayonunda 900 km² sahədə 85 mineral su bulağı qeydə alınmışdır; onlardan 42 – si buruq quyuları vasitəsiylə aşkar edilmişdir. Bu sular qiymətli karbonat-mərgümüşlü olub, mieral suların karbonatlı – mərgümüşlü – dəmirli – xlorlu – hidrokarbonatlı – natriumlu tipinə aid edilir. Burada 37 mənbə, o cümlədən, 32 quyu vardır. Darıdağ mineral sular qrupunun debiti üst – üstə 3125783 l/gün, tempreturu 17 – 52 C arasındadır. Mənbələrin bir çoxu qaynayır və fontanla yer üzünə çıxır.

Şahbuz rayonu ərazisindəki çay vadiləri boyu 40 km² sahədə 50–dək mineral su mənbəyi kəşf olunmuşdur. Rayonun mineral bulaqları arasında məşhur Badamlı mineral sular qrupu xüsusi yer tutur. Bu sular, olduqca şəffaf, iysiz və rəngsizdir. İçmək üçün çox dadlıdır. Debiti üst – üstə 2750640 l/gündür. Kimyəvi tərkibinə görə əsasən, karbon turşulu – hidrokarbonatlı – natriumlu – xloridli – kalsiumludur. Badamlının müalicə əhəmiyyəti tədqiq edilmiş və onun qaraciyər və öd kisəsi xəstəliklərində müsbət təsir göstərməsi müəyyənləşdirilmişdir.

Babək rayonunun 1200 km² ərazisi daxilində 50 mineral su – müalicə mənbəyi öyrənilmiş, onların 27-si buruq quyuları vasitəsiylə aşkar olunmuşdur. Rayon ərazisindəki məşhur Sirab mineral sularının debiti 2247265 l/gündür. Temperaturu 16-24 °C-dir. Müalicə əhəmiyyətinə görə Sirab, Qahab, Vayxır, Cəhri və Qızılvəng bulaqları üstündür.

Şərur rayonu mineral su bulaqları baxımından zəngin deyildir. Rayonun 1316 km² ərazisində cəmi 7 mineral su mənbəyi öyrənilmişdir.

İqlim

Muxtar respublikanın iqliminə onun coğrfi mövqeyi – ərazinin hər tərəfdən dağ silsilələri (Koqnur – Alangöz, Zəngəzur və Dərələyəz) ilə əhatə olunması və iri su hövzələrindən (Qara dəniz və Xəzər dənizi) uzaqda yerləşməsi çox təsir göstərir. Ərazinin iqlimi beş tipə ayrılır:

1. Yayı quraq keçən mülayim – isti yarımsəhra və quru çöl iqlimi – Arazboyu düzənlikləri və qismən alçaq – dağlıq sahələri (600-1100 m) əhatə edir. Burada orta illik tempratur 10 – 14 C, orta illik yağıntı 300 mm-dək, mümkün buxarlanma 1200-1400 mm-dir. Ən isti ayın (iyul) orta tempraturu 29C, ən soyuq ayın (yanvar) orta tempraturu isə -3 -6 C – dir. İl ərzində qar örtüyü 20-40 gün davam edir. 2. Qışı quraq keçən yarımsəhra və quru çöl iqlimi – alçaq dağlıq qurşağın yuxarı, orta dağlıq qurşağın aşağı hissəsini (1100 – 1600 m) əhatə edir. Orta illik tempratur 8 – 10C, orta illik yağıntı 300 – 350 mm, mümkün buxarlanma 800-1100 mm-dir. Ən isti ayın (iyul) orta tempraturu 21 – 26C, ən soyuq ayın (yanvar) orta tempraturu -4 -6C – dir. 3. Yayı quraq keçən soyuq yarımsəhar və quru çöl iqlimi – orta dağlıq qurşağın yuxarı, yüksək dağlıq qurşağın isə aşağı hissəsini (1600 – 2600 m) əhatə edir. Orta illik tempratur 6 – 10 C, ən isti ayın (iyul) orta tempraturu 15 – 20 C, ən soyuq ayın (yanvar) orta tempraturu -6 -10 C – dir. Orta illik yağıntının miqdarı 400 – 800 mm arasında dəyişir, bunun 300 – 400 mm – i ilin isti yarısında, 200 – 400 mm – i isə soyuq yarısında düşür. 4. Yayı quraq və sərin keçən soyuq iqlim – yalnız Zəngəzur silsiləsinin cənub – qərb yamacında, yüksək dağlıq qurşağın mərkəz zolağında, 2600 – 3200 m yüksəkliklərdə yayılmışdır. Burada yağıntının orta illik miqdarı 600 – 700 mm – dir. Havanın orta illik tempraturu 1 – 3C, ən isti ayın (avqust) orta tempraturu 8 – 12C, ən soyuq ayın (yanvar) orta tempraturu -10 -13 C – dir. 5. Dağlıq tundra iqlimi – ərazinin yüksək dağ zirvələrini (3200 m – dən yuxarı) əhatə edir, qışın və yayın soyuq keçməsi, yağıntının isə özündən əvvəlki tipə nisbətənaz olması və ifratrütubətlənmə ilə səciyyələnir. Orta illik tempratur -3 -8C, ən isti ayın orta tempraturu 2 -8C, ən soyuq ayın orta tempraturu -13 -16C – dir.

IV və V iqlim tiplərinin hakim olduğu ərazilərdəki günəş radiasiyasının ümumi miqdarı (150 – 160 k/kal sm 2 ) bütün Cənubi Qafqaz regionu üçün maksimum miqdar hesab edilir.

Ərazidə yüksəklik artdıqca havanın tempraturu azalır. Ən aşağı tempratur yancar ayında müşahidə olunur. Tepratur fevraldan marta doğru artmağa başlayır. Gilançaydan qərbdə tempratur 7,3 – 8,3 C, şərqdə (Ordubad – Bist) 6,7 – 6,8 C təşkil edir. Martdan aprelə doğru artım 7,1 – 7,5 C – yə çatır. Yayda tempratur daha müntəzəm dəyişir. Havanın maksimum tempraturu avqust ayında olur. Sentyabrdan başlayaraq isə tempratur intensiv şəkildə aşağı düşür. Mütləq minimum tempratur – 31C (Dərvişlər), mütləq maksimum tempratur 44C – dir (Culfa). Bu eyni zamanda Azərbaycan respublikası ərazisində ən yüksək və ən alçaq tempraturdur.

Muxtar respublikanın ərazisi, xüsusilə Araz dərəsi böyük su hövzələrindən uzaqda olduğundan buraya rütubətli hava kütlələri daxil olmur, ona görə də Azərbaycanın digər regionları ilə müqayisədə bu ərazi atmosfer yağıntılarının azlığı ilə səciyyələnir. Yağıntının çox hissəsi yaz mövsümündə düşür, iyul, avqust və sentyabr ayları demək olar ki, tamamilə yağıntısız olur. Güclü leysan yağışları çox təsadüfi hallarda baş verir. Əsasən yerli dağ – dərə küləkləri əsir. Onların istiqamətləri çox vaxt relyef xüsisyyətlərindən asılı olur. Küləyin orta illik surəti 2 – 4 m/san – dir. Küləklər əsasən yayda şərq və cənub – şərq, qışda qərb istiqamətli olur.

Muxtar respublika ərazisinin 1500 m – dən yüksəkdə yerləşən dağlıq hissəsində qar oktyabr – noyabrda düşür və martadək yerdə qalır, 2000 m – dən yüksək yerlərdə isə aprelin axırı, mayın ortalarınadək qalır. Dağlıq hissədə qar örtüyünün qalınlığı 0,2 – 1 m olur. Ərazinin düzənlik hissəsində qar dekabrda yağmağa başlayır və martadək yerdə qalır. Burada qar örtüyünün qalınlığı və davamlığı kənd təsərrüfatı bitkilərinin inkişafında, səth və yeraltı sularının artmasında, torpağın nəmliyinin çoxalmasında mühüm əhəmiyyət kəsb edir.

İllik yağıntı Arazboyu düzənliklərdə 200 – 300 mm, yüksək dağlıq yerlərdə 500 – 800 mm – dir.

Daxili sular

Araz çayı Culfa rayonu ərazisində

Naxçıvan MR hidroqrafik cəhətdən Araz çayı hövzəsinə aiddir. Ərazinin mərkəzi və cənub-şərq hissəsində çaylar başlanğıcını Zəngəzur və Dərələyəz silsilələrindən götürür. Muxtar respublikanın hidroqrafik şəbəkəsi uzun geoloji dövrdə yaranmış və bu müddətdə xeyli dəyişikliyə uğramışdır. Zəngəzur silsiləsinin cənub-qərb yamacında Naxçıvan çökəkliyinə doğru istiqamətlənən qədim çay dərələrinin qalıqları izlənilir. Zəngəzur silsiləsində – Sağarsuyun yuxarı axarında, Qazangöldağ, Qapıcıq, Gəmiqaya bölgələrində qədim buzlaq relyefi formaları (troq, kar, moren), həmçinin zirvələrdə yayda əriməyən qar kütlələri vardır. Süni su arxları (kanallar) və su anbarları da hidroqrafik şəbəkəyə aid edilir. Çayların bir çoxundan suvarmada və su təchizatında istifadə edildiyindən aşağı axarında onların suyu mənsəbə çatmır, tam quruyur.

Çaylar

Muxtar respublika ərazisində ümumi uzunluğu 1,8 min km olan təqribən 400 böyük və kiçik çay var. Bunlardan 334 – nün uzunluğu 5 km – dək, 31 – ki 6 – 10 km, 24 – kü 11 – 25 km, 7 – ki 25 – 50 km, 3 – kü (Naxçıvançay, Əlincəçay, Gilançay) 51 – 100 km, 1 – ki (Şərqi Arpaçay) isə 100 km – dən artıqdır.

Çay şəbəkəsinin inkişafına və dəyişməsinə müxtəlif fiziki-coğrafi amillər – iqlim, relyef, geoloji quruluş, torpaq və bitki örtüyü təsir göstərir. Ərazidə çay şəbəkəsi bərabər inkişaf etməmişdir. Naxçıvançaydan qərbdə son dərəcə zəif, ondan şərqdə, Zəngəzur silsiləsindən axan çaylar isə sıx şəbəkə təşkil edir. Ərazinin şimal – qərbindən cənub – şərqinə doğru dağlar Araza yaxınlaşdığından bu istiqamətdə çayların uzunluğu , sutoplayıcı sahələri və axımları azalır. Dağlıq hissədə çay şəbəkəsi daha çox inkişaf etmişdir ki, bu da yağıntının bol olması ilə əlaqədardır.

Çaylar yeraltı sular və qar-yağış suları ilə qidalanır. Çay hövzələrində əsas rütubət ehtiyatı (35-50 %) qış dövründəki yağıntılar hesabına yaranır. Ərazidən axan çayların əsas xüsusiyyəti onların qidalanmasında yeraltı suların nəzərə çarpacaq dərəcədə (35-45 %) iştirakıdır. Çaylar ilin 6 – 8 ayı ərzində, başlıca olaraq yeraltı sular hesabına qidalanır.

Yazda və yayda daşqınlar olur. Azərbaycan Respublikasında baş verən sellərin 33-35 %-i Naxçıvan MR-in payına düşür. Muxtar respublika çaylarının ehtiyatları həm suvarma, həm də enerji mənbəyi kimi istifadədə böyük əhəmiyyət kəsb edir. Bu çayların ümumi enerji gücü 183,4 min kvt-dır. Onların suyundan isə mənbəyindən başlamış mənsəbinə kimi bütün çaylar boyunca suvarma məqsədi üçün istifadə edilir.

Göllər

Muxtar respublikanın ərazisi qurq iqlimə malik olduğundan burada göllərin sayı az, sahəsi və həcmi kiçikdir. Əksər göl çalalarının formalaşmasında tektonik hərəkətlərin və bulaqların rolu olmuşdur. Ərazinin təbii gölləri, əsasən, Naxçıvançayın və Gilançayın hövzələrinə aiddir. Qanlıgöl və Salvartı gölləri eyniadlı çayların mənbələrində yerləşir. Naxçıvan MR ərazisində iyirmiyədək göl (əksəriyyətinin sahəsi 10 hektardan azdır) var.

Naxçıvan MR–də bir neçə su anbarı (Arpaçay, Uzunoba, Nehrəm, Heydər dəryaçası, Qahab, Xok və sair) yaradılmış, suvarma kanalları çəkilmişdir. Araz su qovşağı su anbarının bir hissəsi Naxçıvan MR ərazisindədir. Araz çayı üzərində hidrotexniki kompleksin, su anbarlarının, suvarma sisteminin tikilməsi və geniş miqyaslı meliorasiya-irriqasiya işlərinin görülməsi sayəsində kənd təsərrüfatının suvarma imkanları və təchizatı yaxşıdır.

Torpaq örtüyü

Naxçıvan MR ərazisində torpaq tipləri, yarımtipləri və sair taksonomik vahidlər relyef xüsusiyyətlərinin, torpaqəmələgətirən proseslərin təsiri altında formalaşmışdır. Müəyyən edilmiş torpaq tipləri fiziki-coğrafi şəraitə uyğun olaraq bir-birindən aydınşəkildə fərqlənməklə bütün səciyyəvi-zonal əlamətlərə malikdirlər. Bölgədə yayılmış dağ və düzən torpaqlarını əsasən ibtidai və torflu dağ-çəmən, çimli dağ-çəmən, bozqır dağ-çəmən, yuyulmuş qəhvəyi dağ-meşə, karbonatlı və qismən bozqırlaşan qəhvəyi dağ-meşə, mədəniləşmiş tünd və aid dağ-şabalıdı, qismən çürüntülü-sulfatlı (əhəngli) və tam inkişaf etməmiş dağ şabalıdı, suvarılan tipik-boz, açıq və ibtidai boz-çəmən, suvarılan sibasar-allüvial-çəmən, tipik və şoranlı şorakətlər tiplərinə bölürlər.

Naxçıvan MR ərazisində dağ-mədən tullantıları ilə pozulmuş torpaqlar, çaqıldaşı çay yataqları, həmçinin çılpaq qayalıqlar və səthə çıxmış gilli süxurların arealları da mövcuddur.

Torpaqların mexaniki tərkibi, yüngül mexaniki tərkibdən (qumsal), ağır mexaniki tərkibə (gilli) qədər dəyişir. Suvarılan tipik boz, açıq və ibtidai boz, çəmən boz, yüksək humuslu boz-çəmən, orta və al humuslu boz-çəmən torpaqları müxtəlif dərəcədə şoranlaşmaya məruz qalmışdır.

Torpaqların eroziyaya uğraması prosesinə görə Naxçıvan MR ərazisi Azərbaycan Respublikasının digər bölgələrindən fərqlənir. Burada minlərlə hektar sahə bitki örtüyündən məhrumdur. Dağlıq ərazilərdə torpaqların şiddətli eroziyası əsasən, bozqır-dağ-meşə, tipik qəhvəyi dağ-meşə, karbonatlı və qismən bozqırlaşan qəhvəyi dağ-meşə, mədəniləşmiş tünd və aid dağ-şabalıdı, açıq dağ-şabalıdı torpaqlarda baş verir.

Flora

Naxçıvan MR ərazisi zəngin floraya və rəngarəng bitki örtüyünə malikdir. Bu, ilk növbədə burada təbii şəraitin, geoloji və geomorfoloji quruluşun son dərəcə mürəkkəb olması ilə əlaqədardır. Bitki örtüyünün formalaşmasında fiziki amillərdən başqa, antropoloji amillər də müəyyən rol oynamışdır. Muxtar respublikada iqlimin quraqlığı və kontinentallığı ilə əlaqədar bitki örtüyü və onun şaquli və üfüqi zonallığı Azərbaycanın digər rayonlarından kəskin şəkildə fərqlənir. Belə ki, bitki örtükləri eynilik təşkil etdiyi halda, Kür-Araz ovalığında səhralar hündürlüyü 28–350 m arasındakı əraziləri, muxtar respublikada isə 600–700 m-lə 1100 m arasındakı əraziləri əhatə edir. 1100–1200 m-lə 1500 m arasında friqana tipli kserofit bitkiliyi, 1500–1700 m-lə 1900 m arasında dağ-bozqır bitkiliyi, 1900–2350 m-də qarika, yaxud, çəmən-bozqır bitkiliyi, kserofit kollu çəmənliklər, bəzən kiçik meşəliklər (Biçənək meşəliyi), 2350-2400-2500 m-də subalp bitkiliyi, 2400–3000 m və 3500 m hündürlüklərdə isə subalp və xırda boylu Alp çəmənliyi və Alp xalıları geniş ərazilərdə öz müxtəlifliyi ilə fərqlənir.

Muxtar respublikanın florası Azərbaycanın digər botaniki-coğrafi rayonlarına nisbətən zəngindir. Ərazi cəhətdən çox da geniş olmayan buregionda ali bitkilərin 2782 növünə rast gəlinir; onlar da 773 cins və 134 fəsilədə cəmləşmişdir. Bu növlərdən 68-i mədəni halda becərilir. Yabanı bitkilərin 123 fəsiləsi və 697 cinsdi mövcuddur. Floristik bolluğuna görə ərazi 3 regiona bölünür: Arazboyu düzənliklər, orta dağlı və yüksək dağlıq qurşaqları. Ən çox bioloji müxtəliflik orta dağlıq qurşağa mənsubdur. Belə ki, Arazboyu düzənliklərdə 732 növ, orta dağlıqda 1326 növ, yüksək dağlıqda isə 640 növ floraya rast gəlinir.

Fauna

Suriya ağacdələni

Muxtar Respublikanın ərazisi təbii şəritinə görə Azərbaycanın digər bölgələrindən kəskin surətdə fərqlənir və bu bölgənin heyanlar aləminin zənginliyində öz əksini tapır. Burada olan heyvanların növ tərkibi və miqdarı Azərbaycan faunasının 60-80 %-ni təşkil edir. Muxtar respublikada endemik və yeni növlər məkən salmışlar; yalnız bu əraziyə xas olan çoxsaylı endemik və relikt, hətta, elm üçün yeni olan heyvan növləri mövcuddur. Belə çoxsaylılıq, ərazidə rast gəlinən bütün hüyvan qruplarında nəzərə çarpır. Buna görə də Naxçıvan MR ərazisi hələ qədimdən bir sıra yerli və xarici alimlərin marağına səbəb olmuşdur. Muxtar respublikanın faunası XIX əsrin II yarısından başlayaraq tədqiq olunur.

Nalburunkimilər fəsiləsindən Rhinolophus yarasa

Bir sıra xarici və rus alimlərinin Cənubi Qafqazda cücüləri öyrənilməsi ilə əlaqədar apardıqları tədqiqatlar nəticəsində toplanmış materiallarda Naxçıvan bölgəsinə, xüsusilə Ordubad rayonuna daha çox diqqət yetirilir. Sonralar, 1911-ci ildə alman alimi Y. Miller Ordubad rayonunda xeyli kəpənək növü toplamışdır. Bu alimlər bölgədə 117, Azərbaycan alimləri isə əlavə olaraq2 813 kəpənək növü aşkar etmişlər. Bunların da 150 növü yalnız Naxçıvan MR ərazisi üçün səciyyəvidir.

Ərazidə 4 növ qulağagirən, 3 növ yüyrük (1 növü elm üçün yeni), 4 növ dəvədəlləyi, 67 növ düzqanadlı (4 növü elm üçün yeni), və 75 növ cırcırama, 480 növ yarımsərtqanadlı (7 növü endemik) qeydə alınmışdır. Burada yayılmış 2250 böcək növünün 25 növü Cənubi Qafqaz üçün, 51 növü isə Naxçıvan bölgəsi üçün endemikdir. Böcəklər içərisində faydalı sayılan 46 pərəbüzən növündən 39-na Naxçıvan ərazisində rast gəlinir.

Ərazidə kənd təsərrüfatı heyvanları və insanlar arasında bir sıra qorxulu yoluxucu xəstəliklər yayan 42 növ nəm milçəyi qeydə alınmışdır ki, bunlardan da 5 növü elm üçün yeni, 10 növü isə endemikdir.

Muxtar Respublikanın çay və göllərində sümüklü balıqlar sinfinə daxil olan 29 növ balıq aşkara çıxarılmışdır ki, onlar da 4 dəstə, 8 fəsilə və 24 cinsdə cəmləşirlər. Həmin növlərə Kür altağızı, Kür qumlaqçası, Araz xramulyası, Kür şirbiti, Cənubi Qafqaz gümüşçəsi, qaraqaş, şərq qıjovçusu, Cənubi Qafqaz yastıqarını, anqor çılpaqcası, zərtəpər, qızılxallı, həşəm, mursa, çəki, naxa və s. aiddir

Naxçıvan MR-də amfibiyaların 6 növü: Suriya sarımsaq iyli qurbağası, yaşıl quru qurbağası, göl qurbağası, Cənubi Qafqaz qurbağası və Kiçik Asiya qurbağası; sürünənlərin 19 növü (Xəzər tısbağası, Aralıq dənizi tısbağası, Qafqaz kələzi, yovşanlıq girdəbaşı, zolaqlı kərtənkələ, ştraux, Cənubi Qafqaz kərtənkələsi, koramal, cılız koramal, kor ilan, kiçik yatağan, adi suilanı, İran suilanı, suilanı, xaltalı kontiya, kələz ilan, gürzə və Naxçıvan gürzəsi) qeydə alınmışdır.

Azərbaycan respublikasında qeydə alınmış 366 növ quşun yarıdan çoxuna (218 növ) muxtar respublika ərazisində rast gəlinir. Burada səciyyəvi quşlardan qırmızıbaş alacöhrə, iri zəvzək, oxuyan silvi, dovdaq, bala dovda (cek), çillər, Suriya ağacdələni, səhra muymulu kəkliyi, Xəzər uları, quzuqapan və s. göstərmək olar. Ərazidə məməlilərin 61 növü məlumdur. Bunlar dörd qrupa bölünür: cücülərlə qidalanan məməlilər-adi kirpi, kiçik qonurdiş, su kutoru; yarasalar – böyük nalburun, nalburun, blazaus, uzunqanad yarasa, palazqulaq yarasa, cırtdan yarasa, payız palazqulağı; yırtıcı məməlilər-çaqqal, canavar, tülkü, qonur ayı, çöl donuzu, gəlincik, ağdiş dələ, bəbir, porsuq, qamış pişiyi, manul, vaşaq; cütdırnaq məməlilər-cüyür, bezoar keçisi, muflon; gəmirici məməlilər-meşə süleysini, kiçik rəb dovşanı, qara siçovul, boz siçovul, siçovul, Qafqaz siçanı, meşə siçanı, Asiya dağsiçanı, Vinoqradov qum siçanı, adi korca, dağ korcası, tirəndaz.

Muxtar respublikada yayılan 350 növ onurğalı heyvanlardan 45 növü Naxçıvan MR-in “Qırmızı kitab”ına salınmışdır.

Muxtar huseynzade müasir azerbaycan dili 4cü hiss

Muxtar Hüseynzadə – 110

Muxtar müəllim yaxud müəllimlərimin müəllimi

� M ə n xo ş b ə xt ə m ki , h ə m orta m ə kt ə bd ə, h ə m d ə x ü susil ə universitetd ə ç ox b ö y ü k dil ç i m üə lliml ə rd ə n d ə rs alm ış am ; onlar ı n yaln ı z m əş hur ( v ə m ə nim üçü n do ğ ma ) adlar ı n ı çə km ə k kifay ə tdir ki , ş air demi ş, ” q ə ziyy ə m ə lum ” olsun : Muxtar H ü seynzad ə, Ə l ö vs ə t Abdullayev , A ğ amusa Axundov , Yusif Seyidov , F ə rhad Zeynalov , Tofiq Hac ı yev , N ə sir M ə mm ə dov , Abdulla V ə liyev , Musa Adilov , Sam ə t Ə lizad ə, Ziny ə t Ə lizad ə, Kamil V ə liyev , Firidun C ə lilov �

Və bir də ona görə xoşbəxtəm ki, bu böyük dilçi-müəllimlər nə yazdılarsa, demək olar, hamısını oxudum; nə dedilərsə, hamısını anlamağa çalışdım. Həm universitetdə təhsil aldığım illərdə, həm də sonralar onların hər birindən qayğı, kömək, hörmət (və müdafiə) gördüm�

Onlar müxtəlif nəsilləri təmsil etdiklərinə görə, elmi- nəzəri səviyyələri, əsaslandıqları tədqiqat metodları bir-birindən fərqlənirdi, ancaq hamısını, istisnasız olaraq, bir qayə birləşdirirdi ki, bu da ana dilinə sonsuz məhəbbətdən ibarət idi.

Universitet dilçilərinin önündə isə yalnız tarixi xidmətlərinə görə deyil, intellektinə, müəllimliyinə, milliliyinə�(və şəxsiyyətinə) görə Muxtar Hüseynzadə gedirdi� O Muxtar Hüseynzadə ki, bizim, demək olar, bütün dilçi müəllimlərimizin müəllimi olmuşdu� “Müasir Azərbaycan dili” deyəndə onun adı el ə qətiyyət (və ehtiramla) çəkilirdi ki, sanki o, ana dilimizin qrammatikasını yazmaqla kifayətlənməmiş, onu (müasir Azərbaycan dilini) yaratmışdı. Hətta şairlərdən birinin Muxtar müəllimə həsr etdiyi şerində təxminən belə bir ifadə vardı: Mənim Azərbaycan dilim – Muxtar dilim!

Şair ana dilimizin (və xalqımızın) öz müstəqilliyi uğrunda mübarizə əzmini (həm Şimalda, həm də Cənubda) əks etdirmək üçün böyük dilçinin xidmətləri ilə yanaşı, adının mənasından da (muxtar) obraz kimi faydalanmışdı� Həmin şerin (və obrazın) müəllifi – sonralar Azərbaycanın azadlıq mücahidlərindən biri kimi şöhrətlənən Xəlil Rza Ulutürk idi. Və o da yadımdadır ki, Muxtar müəllim Xəlil Rzanı Azərbaycan dilinin qanun-qaydalarını ən yaxşı bilən şairlərdən sayırdı.

Professor Muxtar Hüseynzadə bizə dərs deyəndə səksəni haqlamışdı� Azərbaycan, xüsusilə universitet dilçilərinin müəllimi olan bu mötəbər şəxs, başqalarını bilmirəm, mənim dilçilik həvəsimə nə isə mistik bir enerji gətirdi. Azərbaycan dilçiliyinin banilərindən olan böyük alimin əsərləri ilə hələ orta məktəbdən tanış idim�

Muxtar müəllim artıq çox yaşlaşdığından morfologiyanın quru müddəaları, hökmləri ilə auditoriyanı ələ ala bilmirdi. Ancaq qəribəydi ki, dərsə qulaq asmayan tələbələrin arxada bir- birilərilə danışması da onu əsəbiləşdirmirdi. Qabaqda əyləşib onu dinləyənlər üçün danışır, hərdən də deyirdi ki, mən bilirəm, dərsə qulaq asmayanlar qızlardır, Həvvanın nəvələridir; Adəmi cənnətdən onlar qovdurdular�

Muxtar müəllimi dinləmək, nitq hissələri barədə bildiklərimin (əslində, bunu da orta məktəbdə məhz onun dərsliyindən öyrənmişdik) nə qədər zənginləşdiyini hiss etmək mənə zövq verirdi. Akademik Məmmədağa Şirəliyev, müxbir üzv Əbdüləzəl Dəmirçizadə ilə birlikdə öz böyük müəllimləri professor Bəkir Çobanzadədən sonra Azərbaycan dilçiliyini formalaşdırmış professor Muxtar Hüseynzadə canlı tarix idi. Mərd, prinsipial, yalnız dostları ilə deyil, ideya düşmənləri, opponentləri ilə də zarafat etməkdən çəkinməyən bu qürurlu insan Azərbaycan dilinin (və dilçiliyinin) mücəssəməsinə çevrilmişdi. Mənə elə gəlirdi ki, onun bir söz belə demədən yalnız auditoriyaya girib-çıxması kifayətdi ki, ana dilimin incəliklərini öyrənmək həvəsim birə beş artsın.

Muxtar müəllim çox gənc yaşlarında Cənubi Azərbaycandan – Mərəndin Zünuz kəndindən Şimala gəlmiş, müxtəlif işlərdə çalışmış, fitri istedadı, zəhməti ilə mənsub olduğu xalqın ən böyük ziyalılarından birinə çevrilmişdi. Ağır keçmiş həyatını özünəməxsus şəkildə anladırdı; deyirdi, o qədər həsrətində olmuşam ki, övladlarıma oyuncaq alanda əvvəlcə özüm oynadıb sonra onlara verirəm� İranda baş verən inqilabın gedişini diqqətlə izləyirdi. Sevinirdi ki, Cənubi Azərbaycanda da gənclər ana dilinin qrammatikasını məhz onun dərsliyindən öyrənəcəklər. Və bu barədə danışanda kövrəldiyini biz tələbələri dəfələrlə görmüşdük�

Sovet ideologiyasının təsiri ilə formalaşan rus türkologiyasını qəbul etmir, yeri düşəndə rus türkoloqlarının düşünülmüş “səhv”lərini tənqid edirdi. Mühazirə qeydlərini ərəb əlifbası ilə yazan böyük alimin rus dilinə elə də bağlılığı yox idi ki, bu da onun milli mövqeyinin mücadiləçi təbiətindən irəli gəlirdi. Bakıda keçirilən ümumtürkoloji yığıncaqlarda rusca çıxışlarının mətnini də ərəb əlifbası ilə yazarmış. Həmin məclislərin birində Azərbaycan dilçilərinin milli mövqeyinə etinasız yanaşan Moskva türkoloquna “spakoyna prixadi, spakoyna uxadi ha!” – demişdi.

Bir dəfə Muxtar müəllimin dərsində ikən dekanımız F iridun Hüseynov auditoriyaya daxil olub Muxtar müəllimlə çox səmimi görüşdükdən və üzr istədikdən sonra əlindəki siyahını oxudu. Adı çəkilənlər bir-bir ayağa durdular. Bu bir neçə gün əvvəl hansısa dərsdən qaçanların siyahısı idi. Onların arasında, təəssüf ki, mən də vardım. F iridun müəllim bütün pedaqoji məharətini işə salıb bizi danlamağa başladı. Başımızı aşağı dikmişdik. Tənbeh acı idi, ancaq çox adama aid olduğundan dözmək o qədər də çətin deyildi� Birdən Muxtar müəllim guya auditoriyanın eşitməməsi üçün dekana yaxınlaşıb yavaşca dedi ki, qoy Nizami əyləşsin, o, yaxşı tələbədir� firidun müəllim gülümsünüb “ham ınız əyləşin, bir də belə iş görməyin” – dedi.

Misalı özümdən gətirməyim, bəlkə də, təvazökarlıqdan uzaqdır, ancaq məqsədim o deyil� Demək istəyirəm ki, Muxtar müəllim kiçicik bir istedadını hiss etdiyi hər bir tələbəsini özünəməxsus bir cəsarətlə (və deyim ki, hətta qısqancl ı qla) qoruyurdu. O zaman artıq məşhur dilçi olan və bizə birinci kursda fonetikadan mühazirə oxumuş professor Ağamusa Axundovu xüsusilə tərifləyir; deyirdi ki, çox gənc yaşlarında öz müəllimlərindən qabağa getdi� Bunu deyəndə tələbəsi ilə nə qədər fəxr etdiyini görməmək, sadəcə olaraq, mümkün deyildi.

Muxtar müəllimin “qısqanclığ”ı, təbiri-caizsə, milli-ideoloji məzmun daşıyırdı. Tələbələrindən biri – F ərhad Zeynalovun ilk kitablarını (həmin əsərlər türk dillərinin müqayisəli qrammatikasına həsr olunmuşdu) oxuduqdan sonra demişdi ki, F ərhadı da Moskvaya göndərdik, getdi təsir alt ına düşdü� Rus türkologiyasının türk dillərinə tətbiq etmək istədiyini ümumi (nəzəri) dilçilik anlayıışlarını, prinsiplərini qəbul etməyən Muxtar müəllim istedadlı tələbəsini əldən verməməyə çalışırdı.

Nə qədər müasir olsa da, bu böyük alim- müəllimin daxilində Şərq müdrikliyi mühafizəkarlığa qədər gedib çıxırdı. Onun öz məktəbi vardı� Ya bu məktəbin tələbəsi olmalıydın, ya da onu tərk eləməliydin�Sovet ideologiyasının h ə r cür milli məktəbi dağıtdığı bir şəraitdə Muxtar Hüseynzadənin “patriarxal normativliyi” yalnız ona görə yaşayırdı ki, təmənnasız, səmimi və milli idi� Hamı görürdü ki, Muxtar müəllim doktorluq dissertasiyasını müdafiə etməyi bir tərəfə qoyub tələbələrinin namizəd, doktor olması, elmdə mövqe tutması üçün çalışır.

Muxtar müəllimin “xarici düşmənlərin”dən başqa “daxili düşmənləri” də vardı, ancaq sonuncu tələbələri olan bizlər elə vaxta düşmüşdük ki, nə onun özü, nə də “düşmən”ləri o halda deyildilər ki, tarixi münaqişələrini davam etdirə bilsinlər . Odur ki, tarixdən nə isə zorla hiss edə biləcəyimiz təəssüratlar qalmışdı�

Birinci “düşmən” Azərbaycan EA-nın müxbir üzvü Əbdüləzəl Dəmirçizadə idi� Muxtar müəllimdən səviyyəcə qətiyyən aşağı olmayan, bir sıra sahələrdə hətta ondan irəli getmiş bu böyük alimi mənim müəllimim ona görə qəbul etmirdi ki , Ə. Dəmirçizadədə sözün geniş mənasında eksperimentallıq vardı- çox zamanlar mahiyyətinə vara bilmədiyi məsələlərə də müdaxilə edir, məsələn, marrizmin müdafiəsinə qalxır, yaxud Midiya dilindən danışırdı� Yaxud da mübtədanın baş üzv olduğunu inkar edirdi� Muxtar m üəllim belə şeyləri qəbul edən deyildi, ona görə də “zarafat”a keçir, Səməd Vurğunun məşhur misraları ilə ona cavab verirdi:

Hər sadə, mürəkkəb cümləmizin də

Əzəl, mübtədası partiyamızdır.

�Əgər Azərbaycanın ən böyük şairi mübtədanı (ibtidanı, başlanğıcı) partiyanın cəmiyyətdəki rolu ilə müqayisə edirsə, sən nə karəsən ki, onu baş üzv saymayasan.

Müdafiə şurasının iclasında Ə.Dəmirçizadə müdafiə edənin hansısa fikrini misal gətirib əlavə edir: “Burdan belə çıxır ki�” Muxtar müəllim dərhal onun sözünü kəsib yerindən dillənir: “Ay Dəmirçi, çıxartma, çıxmasın. “

İkinci “düşmən” akademik Məmmədağa Şirəliyev idi� Azərbaycan ədəbi dilinin əsasında gah Bakı, gah da Şamaxı dialektinin durduğunu deyən dostu barəsində mötəbər bir toplantıda “atası Bakıdan, anası Şamaxıdandır, ona görə də heç birini incitmək istəmir” – deyərək m əsələni çox sadə həll etmişdi� Mən bir dəfə sual verdim ki, Muxtar müəllim, nə üçün sizin orta məktəb dərsliyinizdən “sintaktik əlaqələr” bəhsini çıxarmaq istəyirlər? Cavab verdi ki, bir qrup savadsız orta məktəb müəllimi nazirliyə məktub yazıb həmin bəhsə etiraz edirlər� Deyirlər ki, çətindir, şagirdlərə izah edə bilmirik� Mənim yoldaşım Məmmədağa da üzüyola olduğundan razılaşıb, ancaq sintaktik əlaqələri bilmədən cüml ə üzvlərini dəqiq təyin etmək olmaz�

Mənə elə gəlir ki, Muxtar müəllimin “daxil”də üçüncü “düşmən”i yox idi. �Əslində, Azərbaycanda dilçilər arasında intriqa aparmağa üçüncü adam da mövcud deyildi – üç klassik dilçi vardı: akademik M.Şirəliyev, müxbir üzv Ə.Dəmirçizadə, professor M.Hüseynzadə.

�Muxtar müəllimin səksən illik yubileyi keçirilirdi. Dekanımız Ağamusa Axundov məruzə elədi� Rektor F aiq Bağırzadə öz çıxışında dedi ki, Muxtar müəllim çətin adamdır, bir də ona görə ki, Ağamusa Axundov kimi çətin bir tələbə də yetirib�

Muxtar Hüseynzadə uzun illər ümumi dilçilik kafedrasına rəhbərlik etdi� Beş il dekan oldu�

Dekan olduğu illərdən bir xatirə danışırdılar� Sessiya vaxtı dərslərə gəlməmiş qiyabiçi tələbə xanım qucağında körpəsi dekana – Muxtar müəllimə yaxınlaşır ki, onu imtahana buraxsın� Muxtar müəllim deyir ki, bala, uşağın olması barədə kağız gətir ki , icazə verək. Tələbə israrla qucağındakı körpəni göstərib, “müəllim, bu boyda uşağı görmürsüz, kağızı neynirsiz?” – deyir. Muxtar müəllim görür ki, onu heç cür başa sala bilməyəcək. Ona görə də qollarını irəli uzadıb deyir: “Uşağı ver mənə”� Tələbə xanım, qucağında uşaq, sövqi-təbii geri çəkilir, həyəcanla soruşur: “Müəllim uşağı neynirsiz?” Muxtar müəllim tövrünü pozmadan “Heeç� Sənin şəxsi işinə tikəcəm ki, imtahan verməyə icazən olsun” – deyir.

Artıq qeyd olunduğu kimi, Muxtar müəllimin uşaqlığı, yeniyetməliyi, həm dövrün xarakterindən, həm də özünün taleyindən irəli gələrək, məşəqqətli keçmişdi: on üç yaşından mədənlərdə, müxtəlif müəssisələrdə fəhlə işləmiş, G əncədə fəhlə fakültəsini bitirdikdən sonra təhsilini APİ- nin Şərq fakültəsində davam etdirmişdi.

APİ-də dilçi-türkoloq kimi elmi-pedaqoji fəaliyyətə başlayanda 30- cu illərin repressiyaları tüğyan edirdi – bir balaca millətə xidmət etmək istəyən ziyalıları “millətçi” adı ilə damğalayıb gedər- gəlməzə göndərirdilər. Muxtar müəllim ciddi cəzalandırılmaq üçün ən real “namizəd”lərdən biri idi� Ya özlərini sığortalamaq, ya da gənc mütəxəssisi xilas etmək üçün onu APİ- dən kənarlaşdırırlar.

Muxtar müəllim sonralar xatırlayırdı ki, DTK – da dindirilib gecə yarısı bayıra atılanda doğma institutunu belə tanımayıb�Halbuki APİ DTK ilə üzbəüz idi. (Bax: Adil Babayev. Dilçiliyimizin məbədi, Bakı, 2002, səh. 154). Onun iradəsini sındırmaq mümkün deyildi, DTK-nın əlinə fakt da vermirdi� Çox sonralar biz tələbələrinə də dediyi “vəzifəm yox, bir şeyim yox, müəlliməm də; mənə nə eləyəcəklər?!” fikrinə o, yəqin ki, 30- cu illərdən gəlmişdi�

Muxtar müəlimin qəribə yaradıcılıq tərcümeyi- halı vardı: 1935- ci ildə universitetin Ümumi dilçilik kafedrasında müəllim kimi fəaliyyətə başlamış, 1946- cı ildə (on il sonra) elmlər namizədi olmuş, 1951- ci ildə yekdilliklə həmin kafedranın müdiri seçilmiş, 1973-cü ildə (kafedra müdiri se ç ildikdən iyirmi iki il sonra) tələbələrinin təkidi ilə doktorluq dissertasiyasını, nəhayət ki, müdafiə etmişdi. Onda artıq neçə illər idi ki, professor seçilmişdi.

M.Hüseynzadə doktorluq dissertasiyası müdafiə edəndə onun tələbələri A.Axundov, Y.Seyidov, T.Hacıyev� çoxdan elmlər doktorları idilər. Otuz il universitetin ən nüfuzlu dilçilik kafedrasına – Ümumi dilçilik kafedrasına rəhbərlik edən Muxtar müəllim həmişə, birinci növbədə, müəllim olmuşdu� Elmlər namizədi kimi də, elmlər doktoru kimi də�

M.Hüseynzadənin şah əsəri, ümumən Azərbaycan dilçiliyinin bir neçə ən böyük yaradıcılıq işlərindən biri olan “Müasir Azərbaycan dili” (fonetika, leksika, morfologiya) də məhz dərslik kimi yazılmış, ilk dəfə 1954-cü ildə nəşr edilmişdi. Sonralar bir neçə dəfə nəşr olunan bu əsər əlli ildən çoxdur ki, həmin sahədə birincidir. Və səksən beş il bu dünyada ömür sürən, həyatının son illərinə qədər Universitet auditoriyasından ayrılmayan professor Muxtar Hüseynzadə də Azərbaycan dilçiliyindəki əlli il bundan əvvəlki birinciliyini – müəllimliyini davam etdirir�

Nizami CƏ F ƏROV

Ədəbiyyat qəzeti.- 2010.- 4 iyun.- S.3.

Muxtar Huseynzade – Wikipedia

Muxtar Hüseyn oğlu Hüseynzadə (21 mart 21, 1900-cu il – 1985-ci il) — Azərbaycan türkoloqu, filologiya elmləri doktoru, Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi.

Muxtar Hüseynzadə
Muxtar Hüseyn oğlu Hüseynzadə
Doğum tarixi 21 mart 1900
Doğum yeri Mərənd vilayətinin Zunuz kəndində
Vəfat tarixi 1985
Milliyyəti azərbaycanlı
Elm sahəsi dilçilik
Tanınmış yetirməsi oğlu Çingiz Hüseynzadə
Mükafatları 1973

Mündəricat

  • 1 Həyatı
  • 2 Elmi yaradıcılığı
  • 3 Medalları
  • 4 Kitabları
  • 5 Onun haqqında yazılan məqalələr
  • 6 İstinadlar

Muxtar Hüseyn oğlu Hüseynzadə 1900-cu il martın 21-də Güney Azərbaycanın Mərənd vilayətinin Zunuz kəndində anadan olmuşdur. Onun gözünü açıb gördüyü və ilk uşaqlıq illərini keçirdiyi İranın vəziyyəti çox ağır idi. Muxtarın atası Hüseyn kişi böyük savadı olmasa da, çox maarifpərvər adam olduğu üçün oğlunu savadlı görmək istəyirdi, buna görə də 1910-cu ildə onu molla məktəbinə qoymuşdu. Getdikdə vəziyyətinin ağırlaşdığını görən Hüseyn kişi öz ailəsi və qardaşı Tağı ilə birlikdə minlərlə iranlı kimi Zaqavqaziyaya köçməyə qərar verir. 1913-cü ildə Muxtar Hüseynzadə ailəsi ilə birlikdə Quzey tərəfə gəlir. Əvvəlcə atası ilə birlikdə mis mədənində fəhlə işləyir. 1917-ci ildə o, Tiflis şəhərinə gəlir və müxtəlif yerlərdə fəhlə işləyir. O, savadını artırmaq üçün arzuladığı şəraiti məhz Gəncə şəhərinə köçdükdən sonra tapır. Bu dövrdə Azərbaycanda savadsızlığın ləğvi kursları yaradılırdı. Savad kursları Gəncə şəhərində də təşkil olunmuşdu. Muxtar da öz savadını artırmaq üçün Gəncədə fəhlə fakültəsinə daxil olaraq 1927-ci ildə oranı bitirir. Lakin irəliləmək eşqi ilə 1927-ci ildə Bakıya gələrək Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsinə daxil oldu. Türk dili və ədəbiyyatı kafedrasının müdiri professor Bəkir Çobanzadə Muxtar Hüseynzadəyə dərs demişdi. Məhz B.Çobanzadənin mühazirələrinin onu cəlb etdiyinə görə Muxtar Hüseynzadə 1931-ci ilə universiteti türk dili və ədəbiyyatı üzrə bitirdi. Muxtar Hüseynzadə aspiranturada oxuduğu vaxt Bakı Kooperativ institutunda müasir Azərbaycan dilində mühazirələr oxumağa başlayır. 1935-ci ildə onun elmi rəhbəri B.Çobanzadə Muxtar Hüseynzadəni Azərbaycan Dövlət Universitetində – ümumi dilçilik kafedrasında dərs deməyə dəvət edir. Muxtar müəllim öz gəlişi ilə özünü tamamilə bu kafedraya həsr edir və 50 il bu kafedrada dərs deyir. Bu illər ərzində o, “Müasir Azərbaycan dili” adlı elmi əsərini 1946-cı ildə müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. [1] O, Azərbaycan dilinin tarixi, nitq mədəniyyəti, əlifba, orfoqrafiya, terminologiya, durğu işarələri sahəsində əsərlər yazmış, Azərbaycan respublikasının ali məktəblərində Orxon-Yenisey abidələrindən mühazirələr oxumuşdur. Bu qədər hərtərəfli fəaliyyətinə baxmayaraq o, müasir Azərbaycan dili üzrə mütəxəssis kimi tanınır. O, istər ali məktəblərində, istər orta məktəblərdə müasir Azərbaycan dili fənninin əsasını qoymuşdur. Müasir Azərbaycan dili sahəsində elmlər namizədləri və doktorları hazırlanmasında onun böyük əməyi olmuşdur. 1980-ci il martın 26-da Azərbaycan SSR Ali və Orta ixtisas Təhsil Nazirliyi Azərbaycan Dövlət Universitetinin ümumi dilçilik kafedrasının müdiri, Azərbaycan SSR Əməkdar Elm Xadimi, Azərbaycan SSR Dövlət Mükafatı Laureatı filologiya elmlər doktoru, professor Hüseynzadənin 80 illik yubileyini keçirdi. Bu yubiley mətbuatda respublika mətbuatında geniş işıqladırıldı. O, 1985-ci ildə Bakıda vəfat etmişdi.

Elmi yaradıcılığı

M.Hüseynzadə qırxdan çox elmi əsərin müəllifidir. Bunlardan ən çox yayılmışı ali məktəblər üçün dərslik kimi yazılmış və artıq dörd dəfə (1954, 1963, 1973, 1983) nəşr edilmiş “Müasir Azərbaycan dili” kitabıdır. Bu kitabın ilk nəşrində (1954) Azərbaycan dilinin fonetika, leksika və morfologiya məsələləri araşdırılır. Burada Azərbaycan dilinin leksikası ilk dəfə sistemli şəkildə tədqiq edilir. Müəllif sözün mənaları haqqında məlumat verir, türkologiyada ilk dəfə frazeologiya məsələsini qaldırır, Azərbaycan dilinin lüğət tərkibindəki qeyri-türk mənşəli – “gəlmə və alınma sözlər” adlanan təbəqəni müfəssəl tədqiq edir. O, ərəb və fars mənşəli sözləri özünün irəli sürdüyü prinsiplər əsasında orijinal surətdə qruplaşdırır. M.Hüseynzadənin fikrincə, “dil zorakı assimilyasiyaya qarşı o zaman daha ciddi müqavimət göstərə bilir ki, onun sabit və möhkəm qrammatik quruluşu olsun və bir çox əsrlər ərzində öz həyatiliyini sübut etmiş olsun. Belə bir dil “yüz illərlə davam gətirən uzun bir proses” nəticəsi olan çarpazlaşma zamanı həmişə qalib gəlir və öz lüğət tərkibini məğlub dilin hesabına zənginləşdirir. Azərbaycan dili də belə dillərdəndir”. M.Hüseynzadə Azərbaycan dilçiliyi tarixinə morfologiya üzrə mütəxəssis kimi düşsə də, onun Azərbaycan dilinin sintaktik quruluşunu öyrənmək, tədqiq etmək sahəsindəki xidmətləri morfoloji quruluşu araşdırmaq sahəsindəki xidmətlərindən heç də geri qalmır. Onun 1953-cü ildə nəşr olunmuş “Müasir Azərbaycan dilində birinci növ təyini söz birləşmələri”, 1954-cü ildə ikinci söz birləşmələrinə həsr edilmiş “Müasir Azərbaycan dilində təyini söz birləşmələrinə dair”, 1957-ci ildə “Müasir Azərbaycan dilində mürəkkəb təyini söz birləşmələri” , 1959-cu ildə çapdan çıxmış “Azərbaycan dilinin qrammatikası” və “Müasir Azərbaycan dili, sintaksis, birinci kitab” adlı əsərlərinə daxil edilmiş “Təyini söz birləşmələri” adlı əsəri türkologiyada bu mövzuda yazılmış ilk əsərlərdəndir. Əsər öz orijinallığı, tədqiqatın dərinliyi və genişliyi ilə diqqəti cəlb edir. Bu əsərdə müəllif, hər şeydən əvvəl, türkologiyada kök salmış “izafət birləşməsi” termininin türk dilləri üçün yaramadığını sübut edir və onun “təyini söz birləşmələri” termini ilə əvəzlənməsini əsaslandırır. [2] Qeyd etmək lazımdır ki, orta məktəblər üçün Azərbaycan dilinin sintaksisi M.Ş.Şirəliyevlə birlikdə M.Hüseynzadə tərəfindən yazılmışdır. Əsərdən, az qala, yarım əsər ərzində orta məktəblər üçün sabit dərslik kimi istifadə edilmişdir. Sonda mübaligəsiz qeyd etmək lazımdır ki, bu gün Azərbaycanın ali məktəb və elmi müəssisələrində fəaliyyət göstərən dilçi alimlərin çoxu M.Hüseynzadənin ya şagirdləri, ya da şagirdlərinin şagirdləridir.

  • “Qafqazın müdafiəsinə görə” medal – 1945-ci il
  • “Rəşadətli əməyə görə” medal – 1945-ci il
  • “Şərəf nişanı” ordeni – 1953-cü il
  • Qırmızı Əmək Bayrağı ordeni – 1953-cü il
  • Respublika Dövlət Mükafatı – 1973-cü il
  1. Hüseynzadə M. Azərbaycan dilçiliyinin inkişaf tarixi. ADU elmi əsərləri, Bakı, 1948, VI c.
  2. Hüseynzadə M. Müasir Azərbaycan dilində təyini söz birləşmələrinə dair (I təyini söz birləşmələri). Azərbaycan SSR EA Ədəbiyyat və dil institutunun əsərləri. Bakı, 1953, V c., s.5-28.
  3. Hüseynzadə M. Müasir Azərbaycan dili. Bakı, 1954, 242 s.
  4. Hüseynzadə M. Müasir Azərbaycan dilində təyini söz birləşmələrinə (II növ təyini söz birləşmələri) dair. Azərbaycan SSR EA Ədəbiyyat və dil institutunun əsərləri. Bakı, 1954, VII c., s.21-41.
  5. Hüseynzadə M. Müasir Azərbaycan dilində təktərəfli və mürəkkəb təyini söz birləşmələri. Bakı, ADU, 1957, 94 s.
  6. Hüseynzadə M. Müasir Azərbaycan dilində mürəkkəb təyini söz birləşmələri. Ədəbiyyat və Dil institutunun əsərləri. Bakı, 1957, VIII c., s.27-48.
  7. Hüseynzadə M. 1956-cı ildə Bakıda oktyabrın 10-13-də türk dillərinin dialektologiyasına aid koordinasiya müşavirəsində çıxışı. Ədəbiyyat və Dil institutunun əsərləri, 1958, XII c.
  8. Hüseynzadə M. Təyini söz birləşmələri. Müasir Azərbaycan dili. Bakı, ADU, 1959, s.12-34, 403 s.
  9. Hüseynzadə M. Təyini söz birləşmələri. Müasir Azərbaycan dili. Bakı, ADU, 1959, s.66-166, 453 s.
  10. Hüseynzadə M. Sovet hakimiyyəti illərində Azərbaycan dilçiliyinin inkişafı. ADU elmi əsərləri. Bakı, 1960, № 2, s.45-52.
  11. Hüseynzadə M. Müasir Azərbaycan dilində təyini söz birləşmələri. Bakı, ADU, 1961.
  12. Hüseynzadə M. Müasir Azərbaycan dili. I cild. Bakı, 1963, 270 s.
  13. Hüseynzadə M. Müasir Azərbaycan dili. II cild. Bakı, 1973, 355 s.
  14. Hüseynzadə M. Müasir Azərbaycan dili. III cild. Bakı, 1983, 319 s.

Onun haqqında yazılan məqalələr

  1. Axundov A.A. Dilçiliyimizin ağsaqqalı. “Kommunist” qəzeti, 1970, 28 mart.
  2. Abdullayev Ə.Z. Sovet hakimiyyəti illərində dilçiliyimizin inkişafı. ADU elmi əsərləri, 1967, № 4-5.
  3. Adilov M.İ. Muxtar Hüseynzadə – anadan olmasının 80, elmi-pedaqoji fəaliyyətinin 50 illiyi münasibətilə. ADU əsərləri, 1971.
  4. Adilov M.İ. Filologiyamızın nailiyyəti. Azərbaycan müəllimi, 1974, 12 aprel, № 30.
  5. Adilov M.İ. Muxtar müəllim. Azərbaycan müəllimi. 1970, 28 mart.
  6. Rəcəbov Ə.Ə. Gənclərlə gənclik həvəsi ilə. Ədəbiyyat və incəsənət qəzeti, 1970, 28 mart, № 13.
  7. Rəcəbov Ə.Ə. Dilçiliyimizin ağsaqqalı. Ədəbiyyat və incəsənət qəzeti, 1980, 4 aprel, № 14.
  8. Seyidov Y.M. Azərbaycan dilçiliyini yaradanlar və inkişaf etdirənlər. ADU əsərləri, 1969, № 2.
  9. Zərbəliyev İ. Sevimli alim, tələbkar müəllim. Yüksəliş qəzeti, 1970, 28 mart.
  10. Ахундов А.А. Мухтар Гусейн оглы Гусейнзаде (к 80 летие со дня рождения). Советская тюркология, 1980, № 2.
  11. Таирбеков Б.Г. Ученый педагог, воспитатель. Бакинский рабочий. 1970, 28 марта.

İstinadlar

  1. ↑ Səidə Qafarova. Muxtar Hüseynzadə. Bakı, 2004, s.5-19.
  2. ↑ Ə.Rəcəbli. Azərbaycan dilçiliyi. Bakı, s. 258-264.

Comments are closed, but trackbacks and pingbacks are open.