Müəyyən bir ölkədə interneti necə idarə edə bilərəm?
Osman Qunduzovun 26 iyul 2001-ci il tarixdə 525-ci qəzetdə dərc edilmiş
Müəyyən bir ölkədə interneti necə idarə edə bilərəm?
“İnternet sıravi vətəndaş üçün tam məhdudlaşdırıla bilər, amma bütün ölkədə bağlanacağını düşünmürəm. Çünki Azərbaycandakı internet üzərindən işləyən resursların bir dəqiqə dayanması milyonlarla manat deməkdir”.
Bu sözləri TED.az -a açıqlamasında telekommunikasiya üzrə mütəxəssis Kamil Məmmədov deyib.
O bildirib ki, ölkədə internetin məhdudlaşdırılmasının əsas səbəbi dezinformasiyanın qarşısını almaqdır: “Ölkəmiz internetə girişlə bağlı xeyli təhlükəsizlik tədbirləri görür. Azərbaycanda internetə girişi təmin edən qurğu və proqramlar təhlükəsizliyimizi kifayət qədər qoruyur. Amma biz VPN vasitəsilə xarici ölkələr üzərindən qoşuluruq. Həmin ölkədə VPN-i təmin edən təşkilatın leqal olub – olmadığını da bilmirik. Yaxşı olardı, əhali VPN-dən istifadə etməsin. Çünki şəxsi məlumatlar xarici serverlərə ötürülə bilir. Fərdi məlumatlar şifrələri qırılaraq başqalarının əlinə keçir. Şəxsi təhlükəsizliyimiz üçün VPN-dən istifadə məqsədəuyğun deyil. Bu proqram yüklənərkən telefona daxil olmaq üçün icazə tələb edir”.
Ekspert vurğulayıb ki, ölkədə interneti tam şəkildə bağlamaq olar, amma bu, uğurlu seçim deyil: “Bu, hazırda internet üzərindən işləyən sektorların fəaliyyəti, bankların pul transferi, dövlət neft şirkətinin xarici səhmləri idarə etməsini mümkünsüz hala salar. İnternet sıravi vətəndaş üçün məhdudlaşdırıla bilər, amma bütün ölkədə bağlanacağını düşünmürəm. Bu, qeyri-peşəkarlıq olar. Azərbaycanda internet üzərindən işləyən resursların bir dəqiqə dayanmağı milyonlarla manat deməkdir”.
K.Məmmədov sosial şəbəkələrin Azərbaycanda fəaliyyəti məhdudlaşdırılarkən məhz tətbiqə görə məhdudiyyətin tərəfdarı olub: “Proqramların çoxu portlarla işləyir. Bizdə isə hər şeyə blok qoyulub. Bütövlükdə tətbiqə məhdudiyyət qoyulsa, VPN də sosial şəbəkələrə daxil olmağa kömək etməyəcək. İT olaraq bəzi portlar üzərindən qoşulmalar da mümkün deyil. Təhlükəsizlik üçün tam arqument yoxdursa, xahiş edirəm, bəzi portları açıb, məhdudiyyəti yalnız tətbiqlər üçün qoysunlar”.
Onun sözlərinə görə, kifayət qədər resurs olduğu üçün hazırda rabitə infrastrukturunun gücləndirilməsindən başqa, hansısa tədbirə ehtiyac yoxdur: “Mütəxəssislərin vəzifəsi isə informasiya qıtlığının qarşısını almaq üçün işləyən sistemi ayaqda tutmaqdır. Son günlər telefon zənglərində problem yaranır. Bu, insanların telefonla daha çox danışması, məlumat əldə etmək istəməsindən irəli gəlir. Danışıqlardakı problem şəbəkədə kanalların dolması deməkdir. Kanal dolanda isə zəng əlaqəsi mümkünsüz olur. Yaxşı olardı, ən azından insanların bir-biriləri ilə əlaqə saxlaması üçün mobil operatorların infrastrukturu yaxşılaşdırılsın, kanal sayı artırılsın, bu yolla qırılmaların qarşısı alınsın. Çağrı mərkəzlərindən kanalların dolması, zənglərin qəbulunun mümkünsüz olması barədə məlumatlar gəlir. Kifayət qədər yüklənmə var. Vacib işlə bağlı hansısa dövlət qurumuna zəng edən əlaqə saxlaya bilmir”.
Lamiyə SÜLEYMANLI
Müəyyən bir ölkədə interneti necə idarə edə bilərəm?
Osman Qunduzovun 26 iyul 2001-ci il tarixdə 525-ci qəzetdə dərc edilmiş
“İnterneti Rabitə Nazirliyinin caynağından qurtarmaq mümkündür”
“BUNUN ÜÇÜN YENİ YARADILMIŞ İNTERNET KOMİSSİYASI CİDDİ İŞLƏR GÖRMƏLİDİR”
Bu günlərdə Azərbaycan prezidenti “Milli Mətbuat, Teleradio və İnternet Komissiyası haqqında” Əsasnaməni təsdiq etdi. Lakin bu əsasnamə cəmiyyət tərəfindən heç də birmənalı qarşılanmadı və sözügedən əsasnamənin müsbət tərəfləri ilə bərabər mənfi tərəfləri oluduğunu da bildirdilər.
Bəs, əsasnamənin mətbuata, konkret isə Azərbaycan internetinə nə kimi köməkliyi olacaq? Bu barədə oxuculara ətraflı məlumat vermək üçün “Multmedia” İnformasiya Mərkəzinin direktoru
Osman Qunduzova müraciət etdik.
– Mətbuat və İnformasiya Nazirliyi ləğv olunandan sonra kütləvi informasiya vasitələrinin tənzimlənməsi ilə bağlı məsələ gündəmə gəlmişdi və yeni bir qurumun yaradılması gözlənilirdi. Lakin biz gözlədiyimizin əksinə olaraq tamam başqa bir komissiya yaradıldı və onun əsasnaməsində təəccübümüzə səbəb olan isə təkcə KİV-in deyil, həmçinin internetin də dövlət tənzimləməsi məsələsinin ortaya atılmasıdır. İndi dünyada elə bir ölkə yoxdur ki, internetin tənzimlənməsi ilə bağlı dövlət qurumu yaradılsın. Lakin bu əsasnamənin müsbət cəhəti ondadır ki, dövlətin tənzimlənməsini zəruri edən bir amil haqqında müddəalar var. Həmin amil televiziya və radio sahəsində tezlik məsələsidir. “Rabitə haqqında” qanuna görə, tezlik dövlətə məxsusdur. Və tezlik iddiaçılarının sayının çox, tezlik spektirinin isə məhdud olması tənzimlənmənin dövlət nəzarətində olmasını tələb edir.
– Xarici ölkələrdə İnternet-dövlət münasibətləri necə tənzimlənir?
– Xarici ölkələrdə internet münasibətləri ictimai özünü idarəetməylə, yəni dövlət nəzarətindən kənar, ictimai təşkilatlar tərəfindən tənzimlənir. Bu yeni əsasnamədə internetlə əlaqədar 4 maddə var. Həmin maddələrdə göstərilir ki, internet komissiyası qanunvericiliyə əməl olunmasına nəzarət etməlidir və hətta lazım gələndə məhkəməyə də müraciət edə bilər. Burada ən təhlükəlisi odur ki, hansısa internet resursu internet kütləvi informasiya vasitəsi kimi yazılıb. Dünyada internet kütləvi informasiya vasitəsi məfhumu yoxdur. Bu, gələcəkdə dövlət məmuruna imkan düşən kimi internetə təzyiq göstərmək imkanı verə bilər. Nəticədə məmurlar internetdə dövr edən informasiyanın üzərində nəzarət mexanizminə malik olacaqlar. Düzdür, dünyada internetin texnoloji cəhətdən tənzimlənməsi mövcuddur. Lakin onun informasiya cəhətdən tənzimlənməsi kimi təhlükəli tendensiya ilk dəfə Azərbaycanda yaranacaq. Dünyada internetin təməli 30 ildir qoyulub və hazırda dünyanın 200 ölkəsində internet mövcuddur. Amma yenə də deyirəm ki, onların heç birində internetin dövlət tənzimlənməsi məsələsi qaldırılmayıb.
– Elə isə internet necə idarə olunur?
– İnternetin idarə olunması ancaq ictimai təşkilatlar vasitəsilə həyata keçirilir. Yəni yüzlərlə ictimai qurum var ki, interneti idarə edirlər. Məsələn, internetin arxitekturasını müəyyənləşdirən, internet resurslarına ad verən ayrı-ayrı təşkilatlar, həmçinin onu texnoloji-proqram nöqteyi-nəzərindən idarə edən birliklər mövcuddur. Lakin son 4-5 ildə internet tamamilə gücləndikcə artıq bir sıra ölkələrdə internetin dövlət nizamlanması məsələsi ortaya çıxdı. Məsələn, internetdə parnoqrafik materialların yayılması halları genişlənəndə 1934-cü ildə Amerikada telekommunikasiya haqqında qəbul olunmuş akta 1996-cı ildə 230-cu maddə əlavə edildi. Hətta bu cür sənəd internetə müdaxilə kimi qiymətləndirildi. Bu yeni düzəliş Amerika ictimaiyyətində bomba kimi partladı və həmin sənəd Ədliyyə Nazirliyindən, məhkəmələrdən geri qaytarıldı. Bu zaman prezident Bill Klinton bildirdi ki, indiyə qədər rabitə və KİV haqqında mövcud olan qanunu internetə tətbiq etmək olmaz.
– Əsasnamədə komissiyanın internetlə bağlı qanunvericiliyə əməl olunmasına nəzarət etməsi məsələsi də əksini tapıb. Bizdə bu sahədə qanunvericilik nə yerdədir?
– Azərbaycanda demək olar ki, internetlə bağlı qanunvericilik yoxdur. Əvəzində, adında internet sözü olan cəmi iki hüquqi sənəd var. İkisi də Rabitə Nazirliyi tərəfindən qəbul edilib. Bu sənədlər Azərbaycanın Konstitusiyasına, qanunlarına ziddir. Rabitə Nazirliyinin 2000-ci ilin sentyabrında verdiyi 248 saylı əmrə görə “İnternet istifadəçilərindən və faks aparatı qoşanlardan” əlavə tariflər tutulmalıdır. Belə ki, abunəçi telefonuna internet qoşursa, 3500 manat abunə haqqından və internet provayderinə saat hesabı ilə ödədiyi puldan əlavə Rabitə Nazirliyinə hər ay 20 min manat ödəməlidir. Bundan başqa, Rabitə Nazirliyi 2000-ci ildə yeni bir əsasnamə də qəbul edib. “İnternetdən istifadə qaydaları haqqında” adlanan bu sənəd ölkə qanunlarına və beynəlxalq normalara ziddir.
– Azərbaycanda internet xidməti hansı qaydada həyata keçirilir?
– Bizdə internet xidməti fəaliyyətinə qanuni şəkildə icazə verən rəsmi sənəd yoxdur. İnternetin lisenziyalaşdırılması haqqında rəsmi sənəd əvəzinə Nazirlər Kabineti tərəfindən 1998-ci ildə qəbul olunan “Rabitə xidmətlərinin göstərilməsi ilə bağlı lisenziyalaşdırma haqqında” qaydalar var. Bu da Rabitə Nazirliyi tərəfindən həyata keçirilir və qeyd edim ki, sözügedən nazirliyin internet xidmətləri sahəsində apardığı lisenziyalaşdırma siyasəti iflasa uğrayıb. Çünki Rabitə Nazirliyi özü birbaşa internet xidməti göstərdiyindən internet bazarının subyektinə çevrilib. Məsələn, Bakı Telefon Rabitəsi İstehsalı Birliyi özəlləşdirilməyən, dövlət büdcəsi hesabına fəaliyyət göstərən müəssisədir. Həmin müəssisə hazırda internet xidməti göstərir. Eyni zamanda, Rabitə Nazirliyi internet xidməti göstərən bir neçə qurumda payçıdır. İndi fikir verin, internet xidməti göstərən digər qurumlarla eyni hüquqda olan Rabitə Nazirliyi digər iddiaçılara lisenziya verməlidir. Bu, absurd bir şeydir. Elə ona görə də hazırda provayderlər arasında kəskin ziddiyyətlər mövcuddur və onlardan bir qismi nazirliyin bu siyasətini dəstəkləyirsə, o biri qismi əleyhinə çıxır. Bütün bunlar bir daha sübut edir ki, Rabitə Nazirliyinin lisenziyalaşdırma siyasəti tamamilə yanlışdır.
– Rabitə Nazirliyini məhkəməyə vermisiniz. Bu nə ilə bağlıdır?
– Bayaq yuxarıda dediyim kimi internetdən istifadəyə görə hər ay 20 min manat tutulması təbii inhisarlar haqqında qanuna ziddir. İstənilən növ elektrik rabitəsi təbii inhisar sayılır. Və buradakı tariflər maliyyə, iqtisadiyyat nazirlikləri, o cümlədən antiinhisar komitəsi ilə razılaşdırılmalıdır. Lakin bu razılaşma yoxdur. Digər tərəfdən, Ermənistan kimi kiçik bir ölkədə 30 min, Gürcüstanda 15 min internet istifadəçisi olduğu halda, bizdə internet klubda müvəqqəti işləyən tələbələri də əlavə etsək, heç 20 min internet istifadəçisi yoxdur. Və bu 20 min manat məsələsi internet istifadəçilərinin kəskin azalmasına səbəb oldu. Eyni zamanda, Rabitə Nazirliyi Azərbaycan üçün strateji məsələ olan internet-informasiya infrastrukturunun formalaşmasına bu qanunsuz göstərişləri ilə ağır zərbə vurub. Bununla bağlı “Multimedia” Mərkəzi provayderlərin, elm-təhsil sahəsi nümayəndələrinin, qeyri-hökumət qurumlarının və medianın iştirakı ilə iki dəfə Dəyirmi masa keçirib. Birinci dəfə nazirliyə məktub yazıb bu qanunsuzluqlara son qoyulması ilə bağlı müraciət etdik. İkinci yığıncağımızda isə qərara aldıq ki, Rabitə Nazirliyini İqtisad Məhkəməsinə verək. Hazırda bununla bağlı hüquqi sənədlər hazırlanır.
– Osman bəy, sözügedən Əsasnamədə çatışmayan və konkretləşməyən müddəalar varmı?
– Əsasnamədə televiziya və radio ilə bağlı lisenziya verilməsi göstərilsə də, burada ən vacib məqama toxunulmayıb. Bu məqam tezliklə bağlıdır. Yəni bu tezliklərin siyahısının kimdə olacağı bilinmir. Əgər yenə də istifadə olunan və olunmayan tezliklərin rəsmi siyahısı mətbuatıda çap olunmayacaqsa, yenə də sabah dövlət məmuru absurd şəkildə bəyan edə bilər ki, “tezlik yoxdur”. Ona görə də bu işlənən və işlənməyən tezliklər komissiyaya həvalə olunmasa, teleradio ilə bağlı komissiyanın fəaliyyəti formal xarakter daşıyacaq. Digər tərəfdən, tezliklərin verilməsi ilə bağlı əsasnamədə müsabiqə variantı nəzərdə tutulur. Lakin bu müsabiqənin şərtləri açıqlanmır ki, maliyyə vəsaiti güclü olan tərəf, yoxsa yaradıcılığı zəngin olan tərəf qalib gələ bilər.
– Bu sahədə daha hansı addımların atılması zəruridir və ümumiyyətlə, informasiya təhlükəsizliyi sahəsində dövlət qurumuna ehtiyac varmı?
– Azərbaycanda informasiya təhlükəsizliyi sahəsində dövlət siyasətini həyata keçirən dövlət qurumu olmalıdır. Bu yaxınlarda prezident “İnformasiya, informasiyalaşma və informasiya təhlükəsizliyi” haqqında qanunun tətbiqi ilə bağlı fərman verib. Yerinə düşən bir sənəddir. Lakin, məhz yuxarıda dediyim informasiya təhlükəsizliyi ilə birbaşa məşğul olan dövlət qurumu olmadığına görə bütövlükdə informasiya təhlükəsizliyi məsələsi Milli Təhlükəsizlik Nazirliyinə tapşırılır. Əslində bu belə olmamalı idi.
– Osman bəy, İnternet komissiyasının internetin inkişafında konkret nə kimi köməklikləri dəyə bilər?
– Bu kimi problemləri araşdıran bir mərkəzin rəhbəri kimi onu deyə bilərəm ki, Azərbaycanda internet kimi bir ciddi sahənin inkişafının qarşısını alan bir struktur varsa, o da Rabitə Nazirliyidir. Bu komissiya Azərbaycan internetini Rabitə Nazirliyinin caynaqlarından xilas etsə, çox müsbət bir iş görmüş olar. Konkret onu demək istəyirəm ki, komissiya dərhal internet istifadəsinə görə 20 min manatlıq ödəməni ləğv etsə və internet xidmətinin lisenziyalaşdırılmasında qayda-qanun yarada bilsə, ən əsası isə qlobal şəbəkəyə bağlantını həyata keçirən antenalar üçün Rabitə Nazirliyinin dünyada analoqu olmayan çox yüksək tariflərini aşağı salsa, çox müsbət işlər görmüş olacaq. Bundan sonra isə həmin komissiya Azərbaycan internetinin inkişafı üçün çox geniş bir proqram hazırlamalıdır.
Elçin SABİR
525-ci qəzet. 26 iyul 2001-ci il
Copyright � 2001, Multimedia Center
Send comments and problems to info@cit.az
Comments are closed, but trackbacks and pingbacks are open.