Bakıda mütləq getməli olduğunuz 10 muzey – FOTO
Bül-bül prt.21,m. 24
Muzeylər
Ev muzeyləri
Abdulla Şaiqin Ev Muzeyi
Abdulla Şaiq küç.21
(994 12) 492-29-61
Azərbaycan İstiqlal Muzeyi
Neftçilər prospekti, 123a
(+994 12) 493-30-17, 598-43-94
Mədəniyyət/İncəsənət
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi
R.Beybudov küç., 5
(994 12) 598-44-79, 498-81-84
Azərbaycan Tarix Muzeyi
Zeynalabdin Tağıyev küç., 4
(+994 12) 493-36-48, 598-17-41
Mədəniyyət/İncəsənət
Azərbaycan Xalça Muzeyi
M. Hüseynov küç., 28 (Dənizkənarı milli park)
(+994 12) 497-20-57
Ev muzeyləri
Bülbülün Xatirə Muzeyi
Bül-Bül prt., 15
(+994 12) 493-56-97
Ev muzeyləri
Cəfər Cabbarlının Teatr muzeyi
Neftçilər prt. 123a
(994 12) 493-40-98, 493-02-29
Ev muzeyləri
Cəlil Məmmədquluzadənin Ev Muzeyi
Süleyman Tağızadə küç., 56
(994 12) 492-24-09
Ev muzeyləri
Hüseyn Cavidin Ev Muzeyi
Istiqlaliyyət kü., 8
(994 12) 492-06-57
Mədəniyyət/İncəsənət
İncəsənət Muzeyi
Niyazi küçəsi, 9/11
(+994 12) 492-51-02, 492-41-96, 492-50-19
Ev muzeyləri
Leopold və Mstislav Rostropoviçlərin Ev Muzeyi
L. və M. Rostropoviçlər küç., 19
(+994 12) 492-02-65
Mədəniyyət/İncəsənət
Miniatür kitab muzeyi
İçəri Şəhər küç.1/67
(+994 12) 492-94-64
Müasir İncəsənət Muzeyi
Yusif Səfərov küç., 5
(+994 12) 490-84-04
Ev muzeyləri
Məmməd Səid Ordubadinin Xatirə Muzeyi
Xaqani küç., 19
(994 12) 493-50-85
Ev muzeyləri
Niyazinin Ev Muzeyi
Bül-bül prt.21,m. 24
(994 12) 493-18-36
Mədəniyyət/İncəsənət
Nizami ad. Dövlət Azərbaycan Ədəbiyyatı Muzeyi
İstiqlaliyyət küçəsi, 53
(994 12) 492-10-69
Ev muzeyləri
Nəriman Nərimanovun Xatirə Muzeyi
Istiqlaliyyət küçəsi, 35
(994 12) 492-05-15
Ev muzeyləri
Səməd Vurğunun Ev Muzeyi
T.Əliyarbəyov küç., 4
(994 12) 493-56-52
Ev muzeyləri
Tahir Salahovun ev-muzeyi
İlyas Əfəndiyev küçəsi, 55/3-cü İlyas Əfəndiyev döngəsi
(+ 994 12) 492-10-80
Ev muzeyləri
Üzeyir Hacıbəyovun Ev Muzeyi
Ş.Əzizbəyov küç. 67/69
(+994 12) 595-25-58, 595-25-34
Elan
Kataloq
Jurnal
“Şirkət Xəbərləri” qeyd ilə və PR reklam kimi dərc edilirlər.
Sayt materiallarından istifadə edərkən saytın linkinin yuxarı hissədə qeyd olunması məcburidir.
Bakıda mütləq getməli olduğunuz 10 muzey – FOTO
Oxu.Az seyyah.az-a istinadla Bakıda yerləşən ən məşhur 10 muzeyi təqdim edir:
1. Milli Azərbaycan Tarix Muzeyi
Azərbaycanın ən qədim muzeyi hesab edilən Tarix Muzeyi 1920-ci ildə yaradılıb. Muzeyin fəaliyyət göstərdiyi bina 1896-cı ildə inşa olunub, mülkün keçmiş sahibi isə neft maqnatı Hacı Zeynalabdin Tağıyev olub. Muzeyin kolleksiyalarında qədim zamanlardan bu günlərədək Azərbaycanın tarixinin əks olunduğu ölkənin siyasi tarixinin və sosial-iqtisadi həyatının sənədlərinin əsli toplanıb.
2. Hacı Zeynalabdin Tağıyevin ev muzeyi
Azərbaycanın məşhur xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin xatirəsini əbədiləşdirmək məqsədilə onun yaşayış mülkündə yerləşən Milli Azərbaycan Tarixi Muzeyində 9 otaqdan ibarət H.Z.Tağıyevin xatirə muzeyi yaradıldı. Xatirə muzeyinə daxil olan otaqların, əşyaların, mebelin bərpası ilə məşğul olan Azərbaycan və İtaliya mütəxəssisləri H.Z.Tağıyevin ailəvi fotoalbomu əsasında otaqların əvvəlki görkəmini bərpa edə biliblər. Muzeyi təşkil edən otaqlar bunlardır: 1) H.Z.Tağıyevin iş kabineti, 2) Şərq zalı, 3) kitabxana, 4) bilyard otağı, 5) yemək otağı, 6) məlumat otağı, 7) Sona xanım Tağıyevanın bəzək otağı – buduar, 8) yataq otağı, 9) təmizlik otağı.
3. İstiqlal Muzeyi
1991-ci ildə yaradılan muzey bina olaraq şəhərin həm də ən gözəl memari əsərlərindən biri sayılır. Muzeyin əsas məqsədi qədim zamanlardan bu günlərədək öz müstəqilliyi uğrunda Azərbaycan xalqının mübarizəsini işıqlandırmaqdır. Hal-hazırda burada eksponatların sayı 20 000 nüsxəni aşır. İstiqlal muzeyi Sahil metrosunun yaxınlığında yerləşir.
4. Ədəbiyyat Muzeyi
Fəvvarələr Meydanında yerləşən Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyi şəhərin ən estetik binalarından birində yerləşir. Muzeyin 30 əsas və 10 yardımçı zallarında 3 mindən artıq əlyazma, nadir kitab, illüstrasiya, portret, heykəl, miniatür, yazıçıların xatirələri və digər ekspozisiyalar toplanıb. Poeziyamızın klassiki Nizaminin “İsgəndərnamə” poemasının 1413-cü ildə yazılmış əlyazması muzeyin fəxri hesab olunur.
5. Müasir İncəsənət Muzeyi
Bakının ən yeni muzeylərinin başında Müasir İncəsənət Muzeyi gətirir. Müasir İncəsənət Muzeyi 2009-cu ildə açılıb. Muzeydə əsasən avanqard tərzdə işləyən azərbaycanlı rəssam və heykəltəraşların, o cümlədən Səttar Bəhlulzadə, Böyükağa Mirzəzadə, Elmira Şahtaxtinskaya, Tahir Salahov, Ömər Eldarov, Nadir Əbdurrəhmanovun əsərləri toplanıb.
6. Xalça Muzeyi
Xalçaçılıq sənətini sevənlər üçün çox diqqətçəkən yer olacaq muzeyin binası bulvarda yerləşir. Muzeyin tərkibinə 14 000-ə yaxın xalça, tikmə, geyim, mis qablar, zərgərlik əşyaları, şüşə, taxta və keçə məmulatları daxildir. Yolu bulvara düşənlər mütləq ziyarət etməlidir.
7. Nobel Muzeyi
Bakıda Nobel qardaşları muzeyi 2008-ci ildə açılıb. Nobel qardaşlarının 1882-ci ildə inşa etdikləri, “Villa Petrolea” adlandırılan kompleksin bərpası İsveç hüdudlarından kənarda ailənin ilk muzeyinin yaradılması üzrə Nobel nəslinin Bakı fondunun vacib addımlarından biri olub. Burada Nobel ailəsinin istifadə etdiyi məişət və interyer predmetləri toplanıb.
8. Cəfər Cabbarlının ev muzeyi
Azərbaycan ədəbiyyatının ən önəmli şəxsiyyətlərindən biri olan Cəfər Cabbarlının yaşadığı ev 1982-ci ildən etibarən muzey olaraq fəaliyyət göstərir. Eksponatların sərgiləndiyi otaqlarda ədibin həyat və yaradıcılığını əks etdirən sənədlər və fotoşəkillər, sağlığında istifadə etdiyi özünə və ailəsinə məxsus şəxsi əşyaları, ayrı-ayrı dram əsərlərinə hazırlanmış səhnə maketləri nümayiş etdirilir.
9. Hüseyn Cavidin ev muzeyi
Muzey 1920-1937-ci illər arasında dramaturq Hüseyin Cavidin yaşadığı evdə yaradılıb. Bakının ən gözəl küçələrinin birində yerləşən muzey Hüseyn Cavidin 100 illiyində təsis olunub.
10. Arxeologiya və Etnoqrafiya Muzeyi
Muzeydə Azərbaycanın qədim daş dövründən son orta əsrlərədək tarixinin bütün mərhələlərini əks etdirən arxeoloji tapıntılar, XIX əsr – XX əsrin əvvəllərinə aid etnoqrafik materiallar nümayiş etdirilir.
Mədəniyyət
Azərbaycanda ilk muzeylərin yaranması XX əsrin 20-ci illərindən başlanır. Belə ki, 1920-ci ildə Bakıda ilk dəfə olaraq “Doğma diyar” adlı muzey, bir qədər sonra isə 1938-ci ildə Şəki şəhərində artıq ilk memorial muzey yarandı. Keçən əsrin 30-cu illərindən başlayaraq, bir-birinin ardınca Azərbaycanda müxtəlif ədəbiyyat, incəsənət, tarix, musiqi, teatr və məşhur mədəniyyət xadimlərinin ilk ev-muzeyləri yaranmağa başladı. Z.Tağıyev, M.Nağıyev, M.Muxtarov və digər məşhur milyonçu və əsilzadələrdən müsadirə olunmuş qiymətli sənət əsərləri bu muzeylərin kütləvi sərgilənən ilk eksponatları oldu.
Əsasən Azərbaycan Milli Tarix Muzeyini qeyd etmək olar. Bakı milyonçusu Z.Tağıyevin keçmiş malikanəsində yerləşən “Muzey içində muzey” sayılan, qeyri-adi eksponatları ilə seçilən malikanə binasının özü belə Azərbaycanın möhtəşəm tarixi memarlıq abidəsi hesab olunur.
Qeyri-adi təbii tikililər, mağara və qayalar, qalalar, qədim saraylar və abidələr açıq səma altında muzey kompleksi hesab edilir. Belə muzeylər də Azərbaycanda çoxdur — bunlar qayaüstü rəsmləri ilə dünyaca məşhur olan Qobustan qayaları, Şirvanşahlar sarayı, mismarsız yığılmış ecazkar şəbəkəli Şəki Xan sarayı, Möminə xatun türbəsi və Şuşa şəhəridir.
Təəssüf ki, keçən əsrin 90-cı illərində Azərbaycan xalqının maddi və mədəni abidələri erməni işğalçıları tərəfindən məhv edilib. İşğal zamanı 760-dan çox mədəniyyət abidəsi, eyni zamanda 40 mindən çox əşyanın toplandığı 22 muzey, 4 rəsm qalereyası tamamilə dağıdılmış, təbii sərvətləri oğurlanmış, böyük sahədə meşə və düzənlikləri yandırılmışdır. Hüquqi cəhətdən şəhər-muzey sayılan Şuşada 8 muzey fəaliyyət göstərirdi ki, hər biri özlüyündə Azərbaycanın maddi-mənəvi dəyəri hesab olunurdu. Qarət və məhv edilən abidələr sırasında Qarabağ Dövlət Tarix muzeyini, Üzeyir Hacıbəyovun ev-muzeyini, Bülbülün memoreal muzeyini, musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeyini, Azərbaycan xalçası və tətbiqi-sənəti muzeyinin Şuşa filialı, vertuoz tarzən Qurban Pirimovun Ağdamda yerləşən xatirə muzeyini və birçox başqalarını göstərmək olar. Müzəffər Ordumuzun böyük qələbəsindən sonra azad olunan torpaqlarımızda yenidən quruculuq işləri aparılır, əvvəlki abidələr və digər tarixi binalar bərpa edilir.
Bu gün Azərbaycanda 222 muzey fəaliyyət göstərir ki, onlardan 13-ü tətbiqi-sənət, 7-si ədəbiyyat, 16-sı tarix, 71-i bölgə-tarix, 60-ı Heydər Əliyev mərkəzləri, 6-sı hərb tarixi, almanların Göygöl ərazisində məskunlaşması xatirəsi olaraq Alman mədəniyyəti mərkəzi, 48-i isə ev-muzeyləridir.
Bir qədər irihəcmli muzey kompleksləri isə Bakı şəhərində yerləşir. Bunlar H.Əliyev Mərkəzi, Milli Tarix muzeyi, Milli Ədəbiyyat muzeyi, Azərbaycan xalça və tətbiqi-sənət muzeyi, Dövlət Teatr muzeyi, Dövlət Musiqi mədəniyyəti muzeyi və Azərbaycan İstiqlalı muzeyidir.
Bakıda, eyni zamanda Müasir incəsənət muzeyi, Miniatür kitab muzeyi, Bakının vizit kartı hesab edilən Qız qalası, Qala tarixi etnoqrafiya muzey-qoruğu, Nobel qardaşlarının ev-muzeyi, Daş kitabələr muzeyi, Arxeologiya və etnoqrafiya muzeyi, Malokologiya muzeyi, Hərbi Qənimətlər Parkı və digər muzeylər fəaliyyət göstərir.
Comments are closed, but trackbacks and pingbacks are open.