SON DƏQİQƏ
Günün mövzusu epidemiya zamanı işçilərin yoluxma riskindən mühafizəsinə həsr olunub.
Myin mühafizsi haqqında 24.12.1999
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən “Əməyin mühafizəsi üzrə mütəxəssis” sahəsində qısamüddətli təlim keçiriləcək.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, təlimdə iştirak etmək üçün elektron ərizələrin qəbulu 2022-ci il yanvarın 5-dək aparılacaq.
Təlimə əməyin mühafizəsi sahəsində işləmək istəyən ali və ya orta ixtisas təhsilli şəxslər müraciət edə bilərlər. Əməyin mühafizəsi sahəsində ilkin bilik və təcrübəsi olan şəxslərə üstünlük veriləcək. İştirakçılar müraciətlərə baxış və müsahibə mərhələlərinə əsasən seçiləcək.
Seçilmiş şəxslər əməyin mühafizəsi və təhlükəsizlik texnikası, əmək qanunvericiliyi, beynəlxalq standartlar, müəssisədə ağır və zərərli təhlükəli amillərin müəyyən olunması və riskin qiymətləndirilməsi üzrə biliklər əldə edəcəklər. Əməyin mühafizəsi idarəetmə sisteminin qurulması və sənədləşdirilməsi, mövzu ilə bağlı işəgötürən və işçilərin hüquq və vəzifələri haqqında məlumatlandırılacaqlar.
Əməyin mühafizəsi sahəsində yerli və beynəlxalq təcrübəyə malik mütəxəssis tərəfindən keçiriləcək təlim bir ay davam edəcək. Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara dövlət nümunəli sertifikat veriləcək.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
SON DƏQİQƏ
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən 2003-cü ildən etibarən 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü kimi elan olunub. Məqsəd işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmasına, istehsalat qəzalarının qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsinə cəmiyyətin, xüsusilə işəgötürənlərin diqqətinn artırılmasıdır.
Günün mövzusu epidemiya zamanı işçilərin yoluxma riskindən mühafizəsinə həsr olunub.
Bunun üçün hansı tədbirlər görülməsi tövsiyə olunur?
Bu il üçün Ümumdünya Əməyin Mühafizəsi Günü ilə bağlı BƏT tərəfindən irəli sürülən əsas mövzu pandemiya ilə əlaqədar iş yerlərində yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması, işçilərin infeksiyaya yoluxma riskindən mühafizə olunmalarıdır.
BƏT-in saytında müvafiq mövzuda dərc olunmuş materialda (https://www.ilo.org/global/topics/safety-and-health-at-work/events-training/events-meetings/world-day-safety-health-at-work/WCMS_739669/lang–en/index.htm) işə cəlb edilmiş işçilərin infeksiyadan qorunması üçün görülməli olan tədbirlər əksini tapır.
Aşağıdakı tədbirlərin həyata keçirilməli olduğu qeyd edilir:
Fiziki distansiyalar – insanlar arasında kifayət qədər məsafə saxlanılmalıdır. İşlərin mümkün olan qədər virtual görülməsi (telefon danışıqları və elektron poçt vasitəsi ilə, iclasların onlayn qaydada aparılması, işlərin növbəli təşkili və s.)
Gigiyena – iş yerlərində kifayət qədər dezinfeksiya və antiseptik vasitələrin olması, əllərin yuyulması üçün yerlərin çoxaldılması və əlyuma vasitələrinin kifayət qədər olması.
Təmizlik işləri – iş yerlərinin və iş masalarının səthlərinin mütəmadi təmizlənməsi, qapı dəstəklərinin, kompyüter avadanlıqlarının, tez-tez istifadə olunan digər əşyaların mütəmadi antiseptik materialla dezinfeksiya olunması, ümumi istifadədə olan otaqların, sanitariya qovşaqlarının dezinfeksiya olunması və s.
Təlimatlandırma və maarifləndirmə tədbirləri – işə cəlb olunmuş bütün işçilərin pandemiya şəraitində fərdi mühafizə vasitələrindən istifadə qaydalarına, öz vəzifələrini təhlükəsiz yerinə yetirmələrinə dair təlimatlandırılması.
Bildirilir ki, COVID-19 pandemiyası işçilərin və onların yaxınlarının qorunmasında əməyin mühafizəsinin önəmini bir daha təsdiqləyir. Pandemiya dövründə əməyin təhlükəsizliyi sahəsində sosial dialoqun əhəmiyyəti böyükdür. Sosial dialoq yalnız bütün işçilərin fiziki və psixoloji sağlamlığının qorumasında deyil, pandemiyanın iqtisadiyyat və əmək sferasında mənfi nəticələrininin aradan qaldırılmasında da vacib şərtdir.
Myin mühafizsi haqqında 24.12.1999
http: elcincavadov.mozello.com
- /Mühazirə-1.Əmək mühafizəsi və təhlükəsizliyi fənni,onun məqsədi və toxunduğu əsas məsələlər/
- /Mühazirə-2.Əmək mühafizəsinin nəzəri əsasları.İnsanın psixoloji vəziyyəti.Əməyin təhlükəsizliyinə təsir edən amillər/
- /Mühazirə-3.Əmək mühafizəsinin hüquqi və təşkilati məsələləri/
- /Mühazirə-4.Əmək mühafizəsi üzrə işlərin təşkili/
- /Mühazirə-5.İstehsalat zədələnmələri və peşə xəstəlikləri/
- /Mühazirə-6.İstehsalat sanitariyası.İşçi sahədə mikroiqlim şəraiti/
- /Mühazirə-7.Binaların qızdırılma,ventilyasiya,işıqlanma sistemləri və onlara verilən gigiyenik tələblər/
- /Mühazirə-8.Səs-küy və titrəyişlərdən mühafizə məsələləri/
- /Mühazirə-9.Məktəb və tədris emalatxanalarında əmək təhlükəsizliyi/
- /Mühazirə-10.Laboratoriyalarda və tədris kabinetlərində məşğələ zamanı əmək təhlükəsisliyi/
- /Mühazirə-11.Şüalanmalardan mühafizə məsələləri/
- /Mühazirə-12.Elektrik təhlükəsizliyi məsələləri/
- /Mühazirə-13.Zərərçəkmiş şəxslərə ilk tibbi yardım qaydaları/
- /Mühazirə-14.Yanma və maddələrin yanğın təhlükəli xassələri/
- /Mühazirə-15.Yanğınsöndürmə vasitələri,onlarla işləmə qaydaları/
- /Elektrik cərəyanının insan orqanizminə təsiri.Elektrikdən zədələnmələr zamanı ilk yardım/
Comments are closed, but trackbacks and pingbacks are open.