Məyin mühafizəsi fənnindən testlər Əməyin mühafizəsi nəyi öyrədir
E) Əmək mühafizəsi üzrə cari təlimat ixtisas dərəcələrini artırmaq tələb olunanda keçirilir.
Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası
İşlərin Təhlükəsiz İcrası, bədbəxt hadisələrin qarşısının alınması və təhlükəsiz iş şəraitini təmin edilməsi, işçilərin sağlamlığının qorunması.
II. İSTİFADƏ SAHƏSİ
Hazırkı prosedurun tətbiq edilmə sahəsi OHSAS18001:2007 və İSO 14001:2004 beynəlxalq standartların tələblərinə cavab verən “Şirkətin adı” tərəfindən aparılan bütün sahələrin işlərini əhatə edir və bütün struktur bölmələrinə tətbiq olunur.
İşlərin Təhlükəsiz İcrasına dair bu Sistemlər, yerli qanunvericiliyin tələblərinə və normativ tələblərə riayət edilməsi məsuliyyətini ləğv etmir, əksinə onlara hər zaman əməl edilməsini nəzərdə tutur.
III. TERMİNLƏR VƏ ANLAYIŞLAR
SƏTƏMM – Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi.
İnsident/bədbəxt hadisə – İnsana, ətraf mühitə və ya müəssisəyə hər hansı bir əməliyyat nəticəsində dəymiş zədə və ziyan.
Fövqəladə hal – təbii fəlakət və ya yanğın hadisəsi.
IV. KƏSİŞƏN İSTİNADLAR
• OHSAS 18001-2007 “Keyfiyyət İdarəetmə Sistemi. Tələblər”
• Sağlamlıqın və əməyin təhlükəsizliyi üzrə siyasət (Əlavə 1.)
• Ətraf mühitin mühafizəsi siyasəti (Əlavə 2.)
• Azərbaycan Respublikasının “Texniki təhlükəsizlik haqqında” qanunu.
5.1 Xüsusi məsuliyyət növləri.
5.1.1. İşəgötürənin Bədbəxt Hadisələrin Qarşısının alınmasına ilə əlaqədar ƏMTTT (Əməyin mühafizə və texniki təhlükəsizlik üzrə təlimat) sağlamlıq və təhlükəsizliyə dair qayda və məsuliyyətlərdən xəbərdar olmaq və onlara riayət etmək.
5.1.2. İşlərin aparıldığı sahədə olan zaman sağlamlıq və təhlükəsizliyə aid olan siyasət və prosedurlara riayət olunmasını yoxlamaq. Tələblərin icrası müvəffəqiyyətli təhlükəsizlik proqramının açarıdır.
5.1.3. İş rəhbəri olaraq təmin etməlidir:
a) Təhlükəsiz iş yerlərini.
b) Təhlükəsiz iş sistemlərini.
c) Təhlükəsiz alət, avadanlıq və müvafiq sahələr üçün fərdi və kollektiv mühafizə vasitələrini.
d) Uyğun olan təlimləri.
5.2 SBR, iş icraçılarının və növbə rəhbərlərinin SƏTƏMM üzrə məsuliyyətləri və cavabdehlikləri:
5.2.1. İşçilər arasında təhlükəsizlik barədə məlumatlanmanı yaymaq.
5.2.2. İşçilərin və iş yerlərinin təhlükəsizliyinə nəzarəti həyata keçirmək.
5.2.3. Iş öncəsi təlimlərin və Riskin Qiymətləndirilməsini təmin etmək.
5.2.4. Hər kəsin təhlükəsizlik naminə əməkdaşlıq edə bilmələri üçün sağlam və düzgün mühitin inkişaf etdirilməsinə nail olmaq
5.3. İşçilərin SƏTƏMM üzrə məsuliyyətləri və cavabdehlikləri:
5.3.1. Prosedur və təlimatlara uyğun təhlükəsiz işləməyə.
5.3.2. Özünüzün və sizin gördüyünüz işin təsirinə məruz qala biləcək digər əməkdaşların Təhlükəsizliyi və Sağlamlığının qayğısına qalamağa görə məsuliyyət daşıyırlar.
5.3.3. Hər zaman işləri Prosedurlara, Risk qiymətləndirilmərinə və İşin görülmə qaydasına uyğun olaraq yerinə yetirilməli.
5.3.4. Alət və avadanlıqlarda hər hansı bir defekt olarsa və ya iş metodunda hər hansı bir uyğunsuzluq olarsa dərhal iş rəhbərlərinə və ya SƏTƏMM üzrə mütəxəssisə məlumat verilməli. Alət və avadanlıqları nəzarətsiz olaraq tərk etməməli.
5.3.5. Hər zaman Səliqə-sahmanın standartı yüksək saxlanılmalı.
5.3.6. Alət və avadanlıqlarda hər hansı bir defekt olarsa onlardan istifadə etməməli.
5.3.7. İş üçün hər zaman düzgün əl alətlərindən və avadanlıqlardan istifadə edilməli.
5.3.8. Hər zaman uyğun olan fərdi mühafizə vasitələrindən istifadə edilməli;
5.3.9. Baryerlərə və xəbərdaredici işarələrə və ümumi SƏTƏMM nişanlarına diqqət yetirilməli və riayət olunmalı.
5.3.10. İştirakçısı və ya şahidi olduğunuz bütün növ qəzalar və xətalı davranışlar barəsində, iş rəhbərlərinə və SƏTƏMM üzrə mütəxəssisə məlumat verilməli.
Bu prosedurda aşağıda göstərilən idarəetmə vasitələri nəzərə alınır:
SƏTƏMM üzrə təlimlərin və təlimatların idarə olunması prosesi.
SƏTƏMM üzrə ümumi qaydalar.
Fərdi mühafizə vasitələrin idarə olunması prosesi.
İnsidentlərin idarə olunması prosesi.
SƏTTƏM üzrə iş sahələrinin yoxlanılması prosesi.
Fövqəladə hal və qəza zamanı görüləcək tədbirlərin idarə olunması prosesi.
Tullantıların idarə olunması prosesi.
Yüksəklikdə işlərin təhlükəsiz aparılması prosesi.
6.1. SƏTƏMM üzrə təlimlərin və təlimatların idarə olunması prosesi.
6.1.1. SƏTƏMM üzrə giriş təlimatlarının idarə olunması.
“ŞIRKƏTIN ADI”-yə yeni işə qəbul edilən əməkdaşlara ümumi SƏTƏMM üzrə giriş təlimatları SƏTƏMM üzrə mütəxəssis tərəfindən hazırkı prosedura müvafiq olaraq təlimat keçirilir və “ŞIRKƏTIN ADI”. “__________ jurnalı”-nda (Əlavə __.) qeydiyyat aparılır. Yeni işə qəbul edilən əməkdaşlar giriş təlimatından keçməyincə iş yerinə buraxılmaları qəti qadağandır. Giriş təlimatlarının keçirilməsi barədə SƏTƏMM üzrə mütəxəssis tərəfindən təlimatın keçirildiyi günün sonunadək müvafiq SBR-nə elektron poçt vasitəsi ilə məlumat verilir.
6.1.2. SƏTƏMM üzrə iş yerində təlimatların idarə olunması.
“ŞIRKƏTIN ADI”-yə yeni işə qəbul edilən əməkdaşlar tərəfindən iş sahəsinə buraxıldıqdan öncə, hər üç aydan bir (hər kvartal), işçinin iş yerinin dəyişməsi ilə əlaqədar və iş şəraitinin dəyişdirilməsi ilə əlaqədar əməkdaşın ixtisasına müvafiq olaraq SƏTƏMM üzrə iş yerində təlimatları, SƏTƏMM üzrə mütəxəssis tərəfindən “ŞIRKƏTIN ADI”. Əməyin Mühafizəsi və texniki təhlükəsizlik üzrə təlimatlar”-ına müvafiq olaraq təlimat keçirilir və “ŞIRKƏTIN ADI” “______________________”-nda qeydiyyat aparılır.
6.1.3. Yanğın təhlükəsizliyi təlimlərinin idarə olunması.
“ŞIRKƏTIN ADI”-nin əməkdaşlarına hər altı aydan bir yanğın təhlükəsizliyi mövzusunda SƏTƏMM üzrə mütəxəssis tərəfindən “ŞIRKƏTIN ADI” – Əməyin Mühafizəsi və texniki təhlükəsizlik üzrə təlimatlar”-ına müvafiq olaraq təlimlər keçirilir və “ŞIRKƏTIN ADI”.”___________ jurnalı”-nda müvafiq qeydlər aparılır.
Sahədə yanğın aşkar edildikdə tələb edilən tədbirlər:
a) Yanğın həyəcan siqnalı qaldırılmalıdır.
b) Yanğın haqda dərhal iş rəhbərinə, SƏTƏMM şöbəsinə və mühafizə xidmətinə məlumat verilməlidir.
c) Yanğının söndürülməsi təhlükəsiz olduqda və odsöndürəndən necə istifadə etməyə dair təlim keçdikdə yanğınla mübarizə aparıla bilər.
d) Yanğın haqda sahə fövqəladə hallar üzrə istifadə edilən nömrəyə məlumat verilməlidir.
6.1.4. İlk tibbi yardım təlimlərinin idarə olunması.
“ŞIRKƏTIN ADI”-nin əməkdaşlarına hər altı aydan bir yanğın təhlükəsizliyi mövzusunda SƏTƏMM üzrə mütəxəssis tərəfindən İlk tibbi yardım təlimi təlimlər keçirilir və “ŞIRKƏTIN ADI”.”___________ jurnalı”-nda müvafiq qeydlər aparılır.
6.1.5. Təlimlərin effektivliyinin və işçilərin SƏTƏMM üzrə biliklərin yoxlanılmasının idarə olunması.
“ŞIRKƏTIN ADI”-nin əməkdaşlarına hər bir ildən bir keçirilən təlimlərin effektivliyinin və işçilərin biliklərin yoxlanılması ilə əlaqədar hər bir işçiyə keçirilən təlim mövzusu ilə bağlı suallar test variantında təqdim olunur “ŞIRKƏTIN ADI”. (Əlavə __.) ;”ŞIRKƏTIN ADI”.NVTİTBYV. (Əlavə ___.) Biliklərin yoxlanılmasından sonra səmərəli olduğu halda işçi işə buraxılır. Bilikləri səmərəli olmadığı halda SƏTƏMM üzrə mütəxəssis tərəfindən elektron poçt vasitəsi ilə müvafiq SBR-nə məlumat verilir və işçi yenidən təkrarən müvafiq təlimlərdən keçirilir və bir daha bilikləri yoxlanıldıqdan sonra səmərəli olmadığı halda keyfiyyət və SƏTTƏM şöbəsinin müdiri tərəfindən müvafiq qərarın verilməsi ilə əlaqədar İdarə rəisinə həmin işçi barədə təqdimat təqdim olunur.
6.2. SƏTƏMM üzrə ümumi qaydalar.
6.2.1. Spirtli İçki və Narkotik Vasitələrə Dair Siyasət
“ŞIRKƏTIN ADI”-nin bütün işçilərinin sağlamlığı, təhlükəsizliyi üçün Spirtli İçkilərdən sui-istifadə Siyasəti həyata keçirib. Bütün “ŞIRKƏTIN ADI”-nin işçiləri və sub-podratçılar aşağıda göstərilən tələblərə riayət etməlidirlər:
a) “ŞIRKƏTIN ADI” istehsalat sahəsində heç bir insan (işçi, qonaq və ya sub podratçı) spirtli içkilər, narkotik vasitələr, qeyri-qanuni dərmanlar və nəzarət olunan maddələrdən istifadə edə, onu sata , alə keçirə, qəbul, təsiri altında və ya onu əldə edə bilməz.
b) Orqanizmində qeyri qanuni dərman və ya spirtli içki təsiri olan İşçilər, “ŞIRKƏTIN ADI”-nin iş sahəsinə və ya işə buraxılmayacaqlar. Heç bir şübhənin qalmaması üçün sahə həkimi işçini müayinə edəcək. Həkimin qərarını və ya testin nəticəsini qəbul etməyə etiraz edən işçiyə qarşı nizam-intizam tədbirləri görüləcək. Narkotik vasitələr və Spirtli içkilərdən istifadə qanunlarını pozan şəxsə qarşı nizam- intizam tədbirləri görüləcək.
İşçinin orqanizmində hər hansı bir narkotik vasitənin və spirtli içkinin olduğunu müəyyən etmək üçün nümunəvi testlər həyata keçirilə bilər.
6.2.2. “ŞIRKƏTIN ADI”-nə məxsus Nəqliyyat vasitələrinin Sürücülərinə və Sərnişinlərinə ümumi SƏTƏMM üzrə tələblər.
Aşağıda göstərilənlər “ŞIRKƏTIN ADI”-yə məxsus olan nəqliyyat vasitələrinin bütün sürücüləri və sərnişinləri riayət etməlidirlər:
a) Nəqliyyat vasitələri idarə olunarkən “ŞIRKƏTIN ADI”-nin bütün quraşdırılmış nişanlarına və “Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanun” na riayət olunmalıdır.
b) Bütün hadisələri, qəzaları dərhal Nəqliyyat mütəxəssisinə, SƏTƏMM üzrə mütəxəssisə, məruzə etməli və hər hansı bir tədqiqat zamanı “ŞIRKƏTIN ADI” və səlahiyyətli şəxslər ilə əməkdaşlıq etməlidirlər.
c) Nəqliyyat vasitələrində olarkən siqaret çəkmək, qida qəbul etmək qəti qadağandır.
d) Sərnişin daşıyan nəqliyyat vasitəsində ayaqüstü gediş üçün yerlər nəzərdə tutulmayıbsa sərnişinlərin ayaqüstü gedişləri qəti qadağandır.
e) Nəqliyyat vasitələrinin sürücüləri nəqliyyat vasitələrini idarə edərkən mobil telefondan istifadə etməməli, musiqiyə qulaq asmamalı, təhlükəsizlik kəmərlərini bağlamalı və nəqliyyat vasitəsində olan sərnişinlər tərəfindən təhlükəsizlik kəmərlərinin bağlanmasını tələb etməli. Təhlükəsizlik kəmərləri hər hansı bir şəxs(sərnişin) tərəfindən bağlanmadığı halda nəqliyyat vasitəsinin hərəkəti qəti qadağandır.
f) Yekün və ya avadanlığın hissələrini təhlükəsiz vəziyyətdə yerləşdirməlidir ki, təhlükə potensialı yaratmasın.
g) Sərnişinlər elə davranmalıdırlar ki, sürücünün diqqəti yayınmasın.
h) Nəqliyyat vasitələrinin və sərnişinlərin təhlükəsizliyini saxlamaq üçün sürücüdən düzgün göstərişlər almalı və maşın dayanmamış, oturacaqdan qalxmamalı və təhlükəsizlik kəmərini açmamalı.
6.2.3. Bəzək Əşyalarına dair SƏTƏMM üzrə tələblər.
Bəzək əşyaları siyasəti ofisdən kənar bütün iş yerlərində həyata keçirilir. Buna aşağıda göstərilən bəzək əşyaları aiddir :
a) ÜZÜKLƏR: Bunlar təmamilə çıxarılmalıdırlar.
b) QULAQ/ ÜZ zinət əşyaları: Çıxarılmalı və ya tamamilə örtülməlidir.
c) SAATLAR/ QOLBAĞLAR: Müvafiq qayışla (dəri qayışla və ya dəmir qayış elə olmalıdır ki, açılarkən tamamilə çıxsın) bağlanan saatlar geyinilə bilər, qolbağılar isə çıxarılmalıdır.
d) BOYUNBAĞLAR: Tamamilə çıxarılmalıdır və ya paltarın altında gizlədilməlidir.
e) BROŞKALAR (BƏZƏK SANCAĞI): Tamamilə çıxarılmalı və ya paltarın altında gizlədilməlidir
6.2.4. ““ŞIRKƏTIN ADI”” Yeməkxanasına dair SƏTƏMM üzrə tələblər.
Ərzaqdan zəhərlənmə riskinə görə Sahədə yeləsən Yeməkxanadan kənarda ərzağın yeyilməsinə icazə verilmir.
Hər zaman yeməkxanaya getməzdən öncə əllərinizi yuyun.
6.2.5. “ŞIRKƏTIN ADI”-nə məxsus sahələrdə siqaret çəkmək qaydaları.
Siqaret çəkmək, yalnız işarələrlə xüsusi təyin olunmuş yerlərdə icazə verilir.
Ofis otaqlarında, yeməkxanada, istehsalat sahəsində və qapalı yerlərdə siqaret çəkmək qəti qadağandır.
Alışqan materialların yaxınlığında və qaz borularının, yanacaq saxlanma yerlərinin, nəqliyyat vasitələrinin dayanacağında siqaret çəkmək qəti qadağandır
Qapalı Ərazi sayıla bilən heç bir ərazidə siqaret çəkməyə icazə verilməyəcək.
Siqaret çəkmək qaydalarına əməl etməyənlər barəsində nizam-intizam tədbirləri görüləcək.
6.2.6. Ofislərdədə SƏTƏMM qaydaları.
a) Bütün elektrik avadanlıqları yararlı, elektrik sahələri üzrə səlahiyyətli şəxslər tərəfindən yoxlamadan keçmiş və işarələnmiş vəziyyətdə olmalıdır.
b) Səlahiyyəti olmayan şəxslər elektrik avadanlıqlarına zərər vura bilərlər.
c) İstifadə edilməyən avadanlıqlar elektrik şəbəkəsindən ayrılmalıdırlar.
d) Xarab olmuş avadanlıqlar barəsində elektrik sahələr üzrə səlahiyyətli şəxslərə məlumat verilməlidir.
a). Hər zaman sürahilərdən tutulmalıdır.
b). Pilləkənlərdən istifadə edərkən qaçmaq qəti qadağındır və pillələrdən yalnız bir-bir qalxın/enilməlidir.
c). Pilləkənlərdən qalxıb-enərkən mobil telefondan istifadə edilməməlidir.
d). Qadınlar- ayaqqabıların dabanları 5 sm-dən yüksək olmamalıdır.
Ümumi
a). Bütün quraşdırılmış təhlükəsizlik işarələrinə riayət edin
b). Ofislərdə mebellərin yerlərini dəyişdirmək üçün, Ümumi Şöbəyə bildirin
c). Mikro Dalğalı sobada heç bir şey qaynatmanın
d). Ağır və yöndəmsiz əşyaları əllə qaldırmaqdan çəkinin, mümkündürsə qaldırıcı avadanlıqdan istifadə edin
Ətraf mühit məsələlərinə daxildir – tullantıların idarə olunması, enerjiyə və suya qənaət
a). Kağızları, kartonları və istifadə olunmuş kartricləri yenidən emal olunması üçün yığmalı.
b). Elektrik avadanlıqları və işıqlar iş yeri tərk edilərkən söndürülməli.
c). Pəncərələr açıq olduğu halda kondisionerlərdən və isidicilərdən istifadə olunmamalıdır.
6.2.7. Nərdivan və ayaq altılarının təhlükəsiz istifadə qaydaları:
Nərdivandan təhlükəsiz istifadə etmənin yeddi qaydası mövcuddur:
a) Ayaqaltı / nərdivan yarlıklarının yaşıl olduğuna diqqət yetiriləməlidir.
b) Nərdivanın quraşdırıldığı ərazinin tullantılardan təmiz olduğu yoxlanılmalıdır.
c) Nərdivanla daim 3 təmas nöqtəsi qurulmalıdır (2 ayaq və bir əl, və ya iki əl və bir ayaq).
d) Nərdivanın üstündə olarkən heç vaxt əli ilə heç bir əşya daşınmamalıdır.
e) Yıxılmadan qorunma sistemi olmadan nərdivanlardan istifadə edilməməlidir.
f) Nərdivanın üstündə hər zaman yalnız bir nəfər olmalıdır.
g) Hər hansı bir nərdivana çıxmazdan öncə, həmişə çənə kəmərlərinizi qoruyucu dəbilqənizə bərkidin.
6.2.8. Yükqaldırma əməliyyatları ilə əlaqədar SƏTƏMM üzrə qaydalar.
Yükqaldırma avadanlıqlarını gündəlik olaraq qüsurlara, hörüklərin açılmasına və çıxıntılara görə yoxlanmalıdırlar.
Təhlükəsiz İş yükündən daha zəif yükqaldırma avadanlığından istifadə etmək qəti qadağandır.
Yalnız “ŞIRKƏTIN ADI” tərəfindən verilən strop və yükqaldırma ləvazimatlarından istıfadə edilməlidir.
İstifadədən öncə avadanlıq gözlə yoxlanılmalıdır
Yükqaldırma ərazisində, sədd (baryer) çəkilməlidir və siqnalçının
göstərişlərinə əməl edilməlidir.
6.2.9. Elektrik alət və avadanlıqları ilə əlaqədar SƏTƏMM üzrə qaydalar.
Bütün elektrik avadanlıqları, təlim keçmiş və səriştəli şəxslər tərəfindən vaxtaşırı yoxlanılmalıdırlar və təmir edilməlidir.
Bütün daşınıla bilinən elektrik alət və avadanlıqları 110 volt olmalıdırlar.
Elektrik alətini istifadə etməyə səlahiyyəti çatan şəxs istifadədən öncə və onun üzərində yoxlama birkası qüvvədə olduğunu yoxlamalıdır.
Zədələnməsi və ya nasaz vəziyyətdə olması və üzərində yoxlama birkası olmayan avadanlıq dərhal anbara qaytarılmalıdır.
Bütün elektrik alət və avadanlıqlar düzgün şəkildə torpaqlanmalıdırlar.
Elektrik alətləri istifadə edilmədikdə cərəyandan ayrılmalıdır.
Bütün elektrik avadanlıqlarını və dəstlərini, müəyyən etmək üçün müvafiq vasitələr təmin edilməlidir, xüsusilə də eyni işdə iki və ya üç yüksək volt bir yerdə istifadə olunduqda.
Elektriklə bağlı qəzalar üç faktorun kombinasiyasından meydana çıxır:
1. Alətlərin təhlükəli quraşdırılması.
2. İş sahəsi/ətraf mühit təhlükəsi.
3. Təhlükəli işləmə vərdişi.
6.2.10. Əl alətlərinin istifadəsi ilə əlaqədar SƏTƏMM üzrə qaydalar.
Bütün əl alətləri işə başlamazdan öncə gözlə yoxlanılmalıdır.
Bütün nasaz alətlər haqda dərhal iş rəhbərinə məruzə edilməli və dəyişdirilməlidir.
Bu sahədə “Əllə düzəldilən” heç bir alətdən istifadə olunmamalıdır.
Müvafiq İş üçün düzgün alətdən istifadə edilməlidir.
Yerinə asmazdan öncə alətlər yoxlanılmalıdırlar və təmizlənməlidirlər.
Əgər əmin deyilsinizsə, hər zaman iş rəhbərinizə və SƏTƏMM üzrə mütəxəssisdən soruşun.
6.2.11. Təhlükəli (kimyavi) maddələrin istifadəsi ilə əlaqədar SƏTƏMM üzrə qaydalar.
Kimyəvi və diqər maddələr əgər nəzarətsiz olarlarsa, çox təhlükəli ola bilərlər.
Kimyəvi və diqər maddələrdən istfadə etməzdən öncə istehkaçı tərəfindən qeyd olunan materialların təhlükəsiz istifadə göstəriciləri (MSDS) ilə tanış olunmalı. Həmin maddələri istifadə edərkən aşağıda qeyd olunan fərdi mühafizə vasitələrindən istifadə olunmalıdır:
1. Dəbilqə
2. Kimyəvi əlcək
3. Üz qoruyucusu
4. Respirator
Bütün kimyavi qabların üzərində tərkibinə uyğun işarələndiyinə əmin olun.Bura müvəqqəti konteynerlərdə daxildir.
6.2.12. Təhlükəsizlik nişanları.
Ümumilikdə təhlükəsizlik nişanları rəng və mənaca dörd növ olurlar:
1. Qırmızı nişanlar – Qadağan edici nişanlardır.(yanğın avadanlıqlarını bildirən nişanlar istisna olmaq ilə)
2. Yaşıl nişanlar – Təxliyyə mənalı, tibbi məntəqənin, tibbi ləvazimatların yerləşdiyi yerlərini bildirən və icazə verici nişanlardır.
3. Sarı nişanlar – Xəbərdaredici nişanlar.
4. Mavi nişanlar – tələbedici nişanlardır.
6.2.13. Yanğın Təhlükəsizliyi.
Yanğının baş veməsi üçün üç faktorun bir yerdə olması vacibdir:
1. Alovu qızışdırmaq üçün kifayyət qədər Oksigen,
2. Materyalları temperaturunu yanma nöqtəsinə çatdıraçaq qədər İstilik,
3. Bir az Yanacaq vəya Tezalışan material,
Bu üçündən birinin olmaması yanğın təhlükəsini yox edir !
Yuxarda qeyd olunanların birlikdə kombinasiyası eksotermik reaksiyaya səbəb olaraq yanğınla nəticələnir.
İş sahələrində yanğına səbəb olan əsas faktorlar:
• Elektrik avadanlıqlarından düzgün istifadə etməmə.
• Siqaret çəkərkən diqqətsizlik.
• İsidicilərdən istifadə edərkən diqqətsizlik.
• Tezalışan materialların saxlanılması və istifadəsi qaydalarının pozulması.
• İş yerində təmizliyin olmaması.
Elektrik Avadanlıqları İş Yerlərində yanğına səbəb olan ən Böyük Amildir .
Müvəqqəti kabellərdən istifadə etmək qəti qadağandır.
Motorları artıq yükləmək, çıxışları tutmaq qəti qadağandır.
İsidiciləri və avadanlıqları işlək vəziyyətdə qoyub getmək/gecə söndürməmək qəti qadağandır.
Yanğın baş verdikdə əməl edilməli olan prosedur qaydaları:
• Sizin ilk işiniz Həyacan Siqnalı qaldırmaq olmaıdır.
• Yanğının səbəbini bilmirsinizsə söndürməyə çalışmayın.
• Yanğına qarşı mübarizə təhlükəli deyilsə və siz müvafiq təlim almısınızsa odu söndürə bilərsiniz.
• Elektrik avadanlıqlarını söndürün qaz balonlarını bağlayın.
6.2.14. “ŞIRKƏTIN ADI”-nin iş sahələrində ümumi qadağa qaydalar.
1. İşdə tələsdirmək və tələsmək qadağandır.
2. Dalaşmaq və kobud davranmaq qadağandır.
3. Sahədə silah qadağandır.
4. Spirtli içki/narkotik vasitələr qadağandır.
5. Qumar oynamaq qadağandır.
6. Avtomobil sürərkən mobil telefondan istifadə etmək qadağandır.
7. İcazəsiz foto və ya video kamera gətirərək çəkiliş əməliyyatlarını həyata keçirmək qadağandır .
8. Ofislərdə, yeməkxanada, sexlərdə, qaz balonlarının yanında, yanacaq doldurma yerlərində siqaret çəkmək qəti qadağandır.
6.3. Fərdi mühafizə vasitələrinin idarə olunması prosesi.
“ŞIRKƏTIN ADI”-nə məxsus bütün iş sahələrində olarkən işçilər, qonaqlar və sub-podratçılar tərəfindən iş sahəsinə və yerinə yetirilən işin xüsusiyətinə müvafiq olaraq fərdi mühafizə vasitələrindən istifadə olunmalıdır. İş sahələrində bütün işçilər, sub-podratçılar və qonaqlar tərəfindən minimum fərdi mühafizə vasitəsindən (təhlükəsilik dəbilqəsi, təhlükəsizlik eynəkləri və təhlükəsizlik ayyaqabıları) istifadə olunmalıdır.
Fərdi mühafizə vasitəsi (FMV) – istifadəçənin sağlamlığını qorumaq üçün nəzərdə tutulub. Bunlara aiddir: təhlükəsizlik dəbilqələri, təhlükəsizlik ayyaqabıları, təhlükəsizlik eynkləri, təhlükəsizlik maskaları, əlcəklər, respiratorlar, təhlükəsizlik kəmərləri.
Başın mühafizəsi – Təhlükəsizlik dəbilqəsi
Gözlərin mühafizəsi – Təhlükəsizlik eynəkləri
Ayyaqların mühafizəsi – Təhlükəsizlik ayaqqabıları
Qullaqların mühafizəsi – Qullaqçıqlar
Yıxılmaların qarşısının alınması – Təhlükəsizlik kəmərləri
Nəfəs boruların və ağ ciyərlərin mühafizəsi – Respiratorlar
Üzün qorunması – Təhlükəsizlik maskası
Fərdi mühafizə vasitələrinin istifadəçiləri müvafiq təlim keçməlidirlər və FMV-nin istifadələri haqqda müvafiq məlumatlı olmalıdırlar. Məlumata aşağıda qeyd olunanlar aiddir:
Təhlükə və riskləri anlamalıdırlar və onlara qarşı hansı növ FMV-nin istifadə edilmələri barədə bilməlidirlər.
Necə və nə zaman FMV istifadə olunmalıdır.
FMV-ndə uyğunsuzluqları barədə məlumatlı olmalıdırlar.
FMV-ni daimə istifadədən öncə yoxlamalıdırlar.
Aşkar olunan uyğunsuzluq barədə kimə və nə zaman məlumat bildirlməliir.
FMV-nin saxlanılması istehkaçı tərəfindən təyin olunmuş qayda əsasında saxlanılmalıdır. FMV-ri “ŞIRKƏTIN ADI”.FMVİM-nə müvafiq olaraq işçilərə təqdim olunur. Keyfiyyət və SƏTƏMM şöbəsi tərəfindən onların istifadəsinə nəzarət olunur, və tələb olunduğu halda yeni FMV-rinin alınması ilə əlaqədar sifariş olunur.
6.4. İnsidentlərin idarəolunması prosesi.
Zədə ilə nəticələnən, nə qədər kiçik olsa belə, həttda ilk yardım müayinəsi tələb etməyən bütün hadisələr iş rəhbərlərinə , SƏTƏMM üzrə mütəxəssisə və mühafizə xidmətinə dərhal bildirilməli:
a) Maddi zərər,Ətraf mühitə zərbənin daxil olduğu bütün hadisələr.
b) Müəyyən şəraitdə hadisə ilə nəticələnmə potensialı olan bütün başverməsi ehtimal olunan hadisələr.
c) Sağlamlıqla bağlı bütün hadisələr.
“ŞIRKƏTIN ADI”-yə məxsus olan iş sahələrində işçi, sub-pordatçı və ya qonaqlarlar tərəfindən insidentin iştirakçısı və ya şahidi olduğu halda:
a) Heç vaxt özünüzü risk altına qoymayın!
b) Heç vaxt zədə alan şəxsi tərpətməyin, çünki bu digər zədələnməyə səbəb ola bilər, həmin şəxsin həyatının risk altında olması halı istisna olmaqla!
c) Heç vaxt yanğınla mübarizə etməyin, bunu etmək təhlükəsiz olduqda və onunla necə mübarizə aparmağı bilmək halları istisna olmaqla!
d) Heç vaxt qəza/hadisənin baş verdiyi yerdə dəyişiklik etməyin, tədqiqat tamamlanana qədər həmin yerə sədd (bariyer) çəkilməlidir!
İnsidentlərin araşdırılması və qeydiyyatı:
_____________________________________________________
6.5. SƏTƏMM üzrə iş sahələrinin yoxlanılması prosesi.
İş yerlərinin, iş sistemlərinin təhlükəsiz vəziyyətdə olmasının, işçilərin SƏTƏMM üzrə qaydalara riayət olunmasının yoxlanılması və müvafiq düzəldici tədbirlərə ehtiyac olub olmamasını müəyyən etmək məqsədi ilə Keyfiyyət və SƏTƏMM şöbəsinin əməkdaşları tərəfindən SƏTƏMM üzrə iş sahələrini yoxlanılması həyata keçirilir.
SƏTƏMM üzrə iş sahələrinin yoxlanılması planlı və qeyri-planlı keçirilə bilər:
• Planlı SƏTƏMM üzrə iş sahələrinin yoxlanılması:
• Qeyri-planlı SƏTƏMM üzrə iş sahələrinin yoxlanılması:
6.6. Fövqəladə hal və qəza zamanı görüləcək tədbirlərin idarəolunması prosesi.
Fövqəladə hal və qəza – Təbii fəlakətlər və yanğın baş verdiyi hallar deməkdir.
Fövqəladə hal və qəza baş vedriyi halda ilkin görüləcək tədbirlərin ətraflı təsviri ____________ göstərilib.
Fövqəladə hal və ya qəza zamanı ilkin tədbirlər:
a) Həyacan siqnalı eşitdikdə, iş sahənizi təhlükəsiz edin və birbaşa toplanma məntəqəsinə gedilməlidir.
b) Toplanma məntəqəsi inzibati binanı ön hissəsində yerləşir.
c) Mümkün olan yerdə sahə evakuasiya yolundan istifadə edilməlidir.
d) Toplanma ərazisinə gələrkən toplanma məntəqəsi üzrə nəzarətçiyə məruzə edilməlidir.
e) Toplanma Məntəqəsinin nümayəndəsi, sizin oranı tərk etməyinizi bildirməyinə və ya digər göstərişlər verməyənə qədər oranı tərk etmək qadağandır.
f) Toplantı Məntəqəsinin nümayəndəsi siqaret çəkməyin təhlükəsiz olduğunu bildirməyənə qədər bunu etmək qadağandır.
g) Toplantı Məntəqəsindən heç bir yerə getmək qadağandır.
6.7. Tullantıların idarə olunması prosesi.
Ətraf mühitin (flora və fauna) mühafizəsi ilə əlaqədar tullantıların idarə olunması həyata keçirilməlidir. “ŞIRKƏTIN ADI”-nə məxsus olan iş sahələrində tullantılar təyin olunmuş yerlərə və qutulara atılmalıdırlar. Bütün növ tullantıların bir yerə yığılması təhlükəlidir. Bunun ilə əlaqədar sahədə olan tullantı üçün nəzərdə tutulan tullantı qutularının üzərində seqriqasiya məqsədi ilə tullantı növləri qeyd olunub. Tullantıların ərazidən çıxarılması və qanunvericiliyə uyğun utilizasiya ilə əlaqədar müvafiq utlizasiya ilə məşqul olan qurumlar ilə müqavilələr əsasında həyata keçirilir.
.
6.8. Yüksəklikdə işlərin təhlükəsiz aparılması prosesi.
Yerin səviyyəsindən yüksək və aşağı səviyyədə olmasından asılı olmayaraq insanın oradan yıxılaraq zədə ala biləcəyi yer “yüksək” yerdir.
Yüksəklikdən yıxılmanın bütün sənaye bölümələrinə təsiri var. Ölüm zədələnməsinə səbəb olan hal kimi geniş vüsət alıb. Əsas zədələnmələrə səbəb olan ikinci amildir. Bu zədələrin böyük əksəriyyəti iki (2) metrdən aşağı məsafədən yıxılmanın nəticəsində yaranır.
Yüksəklikdə çalışan və yıxılmalara qarşı qoruyucu vasitələrdən istifadə etmək məcburiyyətində olan bütün işçilər “ŞIRKƏTIN ADI”-nin iş sahələrində lazımı təlimdən keçməlidirlər. Yüksəklikdə işi davam etdirə bilmək üçün qoruyucu kəmər düzgün ankor nöqtəsinə bərkidilməlidir. Mümkün olduğu hallarda işlər yüksəklikdə görülməməlidir. Yüksəklikdə görülən işlər zamanı lazımı və hərtərəfli risk dəyərləndirilməsi aparılmalıdır.
Siz aşağıdaki qaydalardan xəbərdar olmalısınız:
a) Yüksəklikdə görülən işlər zamanı, tələblərə uyğun gəlməyən əməllərə görə, heç bir güzəşt olunmayaca.
b) “ŞIRKƏTIN ADI”-nə məxsus iş sahəsində yüksəklikdə işləri aparan şəxslər tam bağlama qaydasının tələblərindən xəbərdar olmalıdırlar.
c) Yüksəklikdə işləyərkən qaydaların tələblərinə uyğun şəkildə işlərin aparılmaması müəyyən edilərsə ciddi qayda pozuntusu kimi qeydə alınaraq müvafiq qərar əsasında tənbeh ilə nəticələnməlidir.
7.1. “SƏTƏMM-nin idarə olunması proseduru” “ŞIRKƏTIN ADI”-nin cəmiyyətin hüquqşünası tərəfindən razılaşdırılır və baş direktoru tərəfindən təsdiqlənir. Keyfiyyət və SƏTƏMM şöbəsinin müdiri tərəfindən nəzarət olunan sənəddir. Sənədlərin,yaradılması yenilənməsi, dəyişdirilməsi və məhv olunması barədə Keyfiyyət və SƏTƏMM şöbəsinin əməkdaşı şirkətin bütün struktur bölmələrin nəzərinə çatdırır. Bildiriş elektron poçt vasitəsi ilə həyata keçirilir.
7.2. Aktual olan sənədin elektron nüsxəsi Keyfiyyət və SƏTƏMM şöbəsində və “Public folder”- da saxlanılır.
7.3. Struktur bölmələrinin tələbləri əsasında, Keyfiyyət və SƏTƏMM şöbəsinin müdiri tərəfindən razılaşdıraraq, nəzarət olunan sənədlər Keyfiyyət və SƏTƏMM şöbəsinin əməkdaşı tərəfindən təqdim edilə bilər.
Əməyin mühafizəsi fənnindən testlər Əməyin mühafizəsi nəyi öyrədir?
E) Əmək mühafizəsinin hüquqi – təşkilatı əsaslarından.
7. Zərərli iş şəraitində çalışan işçilər üçün həftəlik iş saatı nə qədər olmalıdır?
8. İş vaxtından artıq işlər hər bir işçi üçün il ərzində neçə saatdan çox olmamalıdır?
9. Azərbaycan Respublikasının Əmək Məcəlləsində hansı məsəllər öz əksini tapmışdır ?
A) Əmək müqaviləsi, kollektiv müqavilə, iş və istirahət vaxtı, qadınların və gənclərin əməyi və s.;
B) Əmək müqaviləsi, kollektiv müqavilə, əmək intizamı, əmək mübahizələri, ailə nigahı, əmək mühafizəsi və s.;
C) Əmək müqaviləsi, kollektiv müqavilə, əmək intizamı, iş və istirahət vaxtı, ailə münasibətləri, əmək haqqı, iqtisadi məsələlər və s.;
D) Əmək müqaviləsi, əmək münasibətləri, kollektiv müqavilə, əmək haqqı, əmək intizamı, kriminal cinayətlər, ailə münasibətləri, gənclərin əməyi və s.;
E) Əmək müqaviləsi, kollektiv müqavilə, əmək intizamı, əmək haqqı, enerji təminatı, rabitə xidməti və s.;
10. İşçilərə əmək mühafizəsinin öyrədilməsi üzrə hansı təlimatlar keçirilir?
A) Giriş, iş yerində, təkrar, növbədənkənar, cari təlimatlar;
B) Giriş, iş yerində, təkrar, ezamiyyət, işdənçıxma, cari təlimatlar;
C) Giriş, iş yerində təcrübə keçmə, texniki təşkilatı, növbədənkənar, cari təlimatlar;
D) Giriş, iş yerində, təkrar, növbədənkənar, işdənçıxma, aşağı, yuxarı təlimatlar;
E) Giriş, iş yerində təcrübə, təkrar, cari, texniki, yanğın, təşkilatı təlimatlar.
11. Müəssisədə iş həftəsi maksimum neçə saat olmalıdır?
12. 24 saatlıq iş həftəsində gündəlik iş saatı nə qədər olmalıdır?
13. 36 saatlıq iş həftəsində gündəlik iş saatı nə qədər olmalıdır?
14. Əmək müqaviləsi nədir?
A) İşçi ilə müəssisə, idarə və təşkilat arasında bağlanan yazılı sazişdir;
B) İşçi ilə həmkarlar ittifaqı komitəsi arasında bağlanan yazılı sazişdir;
C) Müəssisə, idarə, təşkilatla həmkarlar ittifaqı komitəsi arasında bağlanan yazılı sazişdir;
D) Əmək kollektivi ilə müəssisə rəhbəri arasında bağlanan yazılı sazişdir;
E) İşçi ilə kadrlar şöbəsi arasında bağlanan kollektiv müqavilədir.
15. Kollektiv müqavilə nədir?
A) Əmək kollektivi və ya həmkarlar ittifaqı təşkilatı ilə müəssisə rəhbəri arasında bağlanmış müqavilədir;
B) Əmək kollektivi ilə işçi arasında bağlanmış müqavilədir;
C) Əmək kollektivi ilə həmkarlar ittifaqı təşkilatı arasında bağlanmış müqavilədir;
D) İşçi ilə müəssisə rəhbəri arasında bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı sazişdir;
E) İşçi ilə həmkarlar ittifaqı təşkilatı arasında bağlanmış müqavilədir.
16. Əmək mühafizəsinin öyrədilməsi üzrə giriş təlimatı kim tərəfindən aparılır?
A) Müəssisənin baş mühəndisi tərəfindən təsdiq edilmiş proqram əsasında təhlükəsizlik texnikası mühəndisi keçir;
B) Müəssisənin həmkarlar ittifaqı təşkilatı tərəfindən təsdiq edilmiş proqram əsasında sex rəisi keçir;
C) Müəssisənin baş mühəndisi tərəfindən təsdiq edilmiş proqram əsasında magistr keçir;
D) Müəssisənin sex rəisi tərəfindən təsdiq edilmiş proqram əsasında təcrübəli fəhlə keçir;
E) Müəssisənin həmkarlar ittifaqı təşkilatı tərəfindən təsdiq edilmiş proqram əsasında baş mühəndis keçir.
17. Cari təlimat kimlərlə keşirilir?
A) Əmək mühafizəsi üzrə cari təlimat icazə göstərişi tələb edən işçilərə göstərilən fəhlələrlə keçirilir;
B) Əmək mühafizəsi üzrə cari təlimat işə qəbul olunmuş işçilərlə keçirilir;
C) Əmək mühafizəsi üzrə cari təlimat əmək mühafizəsi qaydaları dəyişdikdə işçilərlə keçirilir;
D) Əmək mühafizəsi üzrə cari təlimat texnoloji proses dəyişdikdə, yəni avadanlıq aldıqda keçirilir;
E) Əmək mühafizəsi üzrə cari təlimat ixtisas dərəcələrini artırmaq tələb olunanda keçirilir.
18. Əmək şəraitinin formalaşmasına təsir edən amiilər neçə qrupa ayrılır?
19. Əmək şəraitinin formalaşmasına hansı qrup amillər təsir edir?
A) Sosial – iqtisadi, texniki – təşkilatı, təbii;
B) Sosial – iqtisadi, xronoloji, təbii;
C) Texniki, təşkilatı, sosial, fiziki;
D) Texniki – təşkilatı, sosial, kimyəvi, fiziki, kimyəvi;
E) Texniki, iqtisadi, bioloji, kimyəvi, fiziki.
20. İstehsalatda bədbəxt hadisələrin təhqiq edilməsi və qeydə alınması AR hansı nazirliyi tərəfindən həyata keçirilir?
A) Əmək və əhalinin sosial müdafiəsi nazirliyi ;
B) Təhsil nazirliyi;
C) Fövqəladə hallar nazirliyi;
D) İqtisadi inkişaf nazirliyi;
E) Daxili işlər nazirliyi.
21. İstehsalatda bədbəxt hadisələrin təhqiq edilməsi və qeydə alınması neçənci ildə, hansı ayda və “Əmək və əhalinin sosial müdafiəsi” nazirliyinin hansı saylı qərarı ilə təsdiq edilmiş əsasnaməyə uyğun olaraq həyata keçirilir?
A) 1 iyul 1997 – ci il 24-8 saylı qərar;
B) 5 iyul 1998 – ci il 25-7 saylı qərar;
C) 7 may 2002 – ci il 27-5 saylı qərar;
D) 15 aprel 2005 – ci il16-5 saylı qərar;
E) 1 yanvar 2000 – ci il 7-8 saylı qərar.
22. Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin qəbul etdiyi əsasnamə kimə şamil edilməlidir?
A) AR ərazisində fəaliyyət göstərən bütün hüquqi və fiziki şəxslərə, eləcədə xarici hüquqi şəxslərin nümayəndəliklərinə;
B) AR – də fəaliyyət göstərməyən xarici hüquqi şəxslərə;
C) Xaricdə fəaliyyət göstərən Azərbaycanlılara;
E) AR – də fəaliyyət göstərməyən xarici hüququ şəxslərə və xaricdə fəaliyyət göstərən Azərbaycanlılar.
23. Xəsarət (zədə) nədir?
A) Hər hansı bir xarici faktorun təsirindən insan orqanizminin ani olaraq zədələnməsi toxumalarının və ya fizioloji funksiyasının pozulması;
B) Toxumanın və orqanın anatomik tamlığının və ya fizioloji funksiyasının pozulmaması;
C) Toxumanın və orqanın anatomik tamlığının pozulmaması;
D) Toxumanın fizioloji funksiyasının pozulmaması;
E) İnsan sümüklərinin zədələnməsi.
24. Xəsarətin (zədələnmənin) neçə növü var?
25. Bədbəxt hadisə baş verdikdə hansı formal aktla rəsmiləşdirilir və qeydə alınır?
26. Hansı halda İZ formalı akt tərtib edilməlidir?
A) İşçinin əmək qabiliyyətinin bir gündən artıq müddətə itirildikdə və ya tibbi rəy əsasında bir gündən artıq müddətdə başqa işə keçirilməsinə səbəb olduqda;
D) İntihar hadisəsi;
27. Hansı halda İZ formalı akt tərtib edilməməlidir?
A) Təbii ölüm, özünə qəsd, intihar hadisələri, zərərçəkənlərin cinayət törədərkən aldıqları zədələnmələr zamanı;
B) İşçinin əmək qabiliyyətinin bir gündən artıq müddətə itirildikdə;
C) Tibbi rəy əsasında bir gündən artıq müddətdə başqa işə keçirildikdə;
D) İşçinin əmək qabiliyyətinin bir gündən artıq itirildikdə və başqa işə keçirildikdə;
E) Əmək vəzifələrini yerinə yetirərkən işçiyə başqa şəxs tərəfindən xəsarət yetirdikdə.
28. İş yerində işçilərlə müəyyən edilmiş fasilələr zamanı (nahar, texnoloji və s.) baş vermiş bədbəxt hadisələr üzrə İZ formalı aktın tərtib edilməsi haqqında qərarı kim və nə vaxt verməlidir?
A) Komissiya, təhqiqat qurtardıqdan sonra;
B) Həmkərlar ittifaqı, təhqiqat qurtardıqdan sonra;
C) Müəssisənin rəhbərliyi, təhqiqat zamanı;
D) Baş mühəndis, təhqiqat qurtardıqdan sonra;
29. İstehsalatda bədbaxt hadisələrin vaxtında və düzgün təhqiq edilməsi və uçota alınmasına kim məsuliyyət daşıyır?
A) Məssisənin rəhbəri;
C) Həmkərlar ittifaqı;
30. İstehsalatda baş vermiş yüngül və az ağır xəsarətlərlə yaranan bədbəxt hadisələrin təhqiqatı kim tərəfindən aparılmalıdır?
A) Müəssisədə yaradılan komissiya tərəfindən;
B) Müəssisənin rəhbəri tərəfindən;
C) Həmkərlar təşkilatı tərəfindən;
D) Təhlükəsizlik texnikası mühəndisi tərəfindən;
E) Ərazi üzrə sahə inspektoru.
31. Bədbəxt hadisə tərəfindən zərərçəkən kimə məlumat verməlidir?
B) Növbə rəisinə;
C) Həmkərlar ittifaqına;
E) Kadrlar şöbəsi müdirinə.
32. Bədbəxt hadisə baş verdikdə hadisənin şahidi kimə xəbər verməlidir?
B) Həmkərlar ittifaqı komitəsinə;
D) Müəssisənin rəhbərinə;
E) Kadrlar şöbəsi müdirinə.
33. İş rəhbəri bədkəxt hadisə zamanı ilk növbədə hansı vəzifəni yerinə yetirməlidir?
A) Zərərçəkənə ilk yardım göstərərək səhiyyə məntəqəsinə çatdırılmasını təşkil etməli və bölmənin rəhbərinə xəbər verməlidir;
B) Həmkarlar ittifaqı komitəsinə xəbər verməli;
C) Dövlət daq mədən texniki nəzarətə xəbər verməli;
D) Zərərçəkənə heç bir kömək etməməli;
E) Zərərçəkənin evinə məlumat verməli.
34. Tədqiqat komissiyası işə başlayanadək iş yerindəki şərait və avadanlıqların vəziyyəti necə olmalıdır?
A) Hadisənin baş verdiyi anda olduğu kimi saxlanılmalıdır;
B) Avadanlıqların yeri dəyişdirilməlidir;
C) Avadanlıqlar təmirə verilməlidir;
D) Avadanlıqların başqa iş yerinə daşınmalıdır;
E) Avadanlıq yeniləri ilə əvəz edilməlidir.
35. Bölmənin rəhbəri bədbəxt hadisə barədə kimə məlumat verməlidir?
A) Müəssisənin rəhbərinə, əməyin mühafizə xidmətinə, həmkərlar ittifaqı komitəsinə;
B) Fövqəladə hallar Nazirliyinə;
C) Dövlət daq mədən texniki nəzarət idarəsinə;
D) Zərərçəkənin ailəsinə;
36. Bədbəxt hadisə haqda daha hansı nəzarət komitəsinə xəbər verilməlidir?
A) Dövlət dağ-mədən texniki nəzarət komitəsinə;
B) Yanğın söndürmə komitəsinə;
C) Ətraf mühitin qorunması komitəsinə;
D) FH və HFT komitəsinə;
E) Milli təhlükəsizlik nazirliyinə.
37. Dövlət daq mədən texniki nəzarət komitəsinin yerli orqanlarına bədbəxt hadisə haqqında kim xəbər verməlidir?
A) Müəssisənin rəhbəri;
B) Əməyin mühafizəsi xidməti rəisi;
D) Həmkarlar ittifaqı komitəsi;
38. Müəssisənin rəhbəri bədbəxt hadisə baş verdikdən sonra öz əmri ilə hansı tərkibli komissiya yaratmalıdır?
A) Sex rəisindən, əməyin mühafizəsi komissiyasının nümayəndəsindən, əmək mühafizəsi xidmətinin rəisindən ibarətdir;
B) Sex rəisindən, əməyin mühafizəsi komissiyasının nümayəndəsindən, müəssisə rəhbərindən;
C) Dövlət dağ-mədən texniki nəzarət komitəsindən;
D) Əməyin mühafizəsi komissiyasının nümayəndəsindən, müəssisə rəhbərindən;
E) Mülki müdafiə qəaragah rəisi və sex rəisindən.
39. Komissiya neçə gün ərzində bədbəxt hadisənin şəraitini və səbəblərini təhqiq edir?
40. Bədbəxt hadisə zamanı tərtib edilmiş İZ formalı akt neçə nüsxə tərtib edilir?
41. İZ formalı akt təsdiq edilmək üçün kimə göndərilir?
A) Müəssisənin rəhbərinə;
C) Əməyin mühafizəsi komissiyasının nümayəndəsinə;
D) Əmək mühafizəsi xidmətinin rəisinə;
42. İZ formalı akta kimin izahatları əlavə edilməlidir?
A) Şahidlərin, zərərçəkənin;
B) Müəssisənin rəhbərinin;
C) Həmkarlar ittifaqı komitəsinin;
E) Əməyin mühafizəsi komissiyasının nümayəndəsinin.
43. İZ formalı akta hansı sənədlər əlavə edilməlidir?
A) İş yerinin (avadanlıqların, qurğuların) vəziyyəti, təhlükəli və zərərli istehsalat amillərini xarakterizə edən planlar, sxemlər və başqa sənədlər;
B) Müəssisənin planı;
C) Bədbəxt hadisə baş vermiş sahənin planı;
D) Müəssisə və bədbəxt hadisə baş vermiş sahənin planı;
E) Zərərli istehsalat amillərini xarakterizə edən, paltarlar, planlar.
44. İZ formalı akta hansı rəy əlavə edilir?
B) Sex rəisinin rəy;
C) Müəssisə rəhbərinin rəyi;
D) Həmkarlar ittifaqı komitəsinin rəyi;
E) Kadrlar şöbəsinin rəisinin rəyi.
45. Tədqiqat qurtardıqdan sonra İZ formalı akt kimə göndərilir?
A) Zərərçəkənə, sex rəisinə, əməyin xidməti rəisinə (mühəndisinə, dövlət əmək müfəttişliyinə);
B) Müəssisənin rəhbərinə, əmək və əhalinin sosial müdafiə nazirliyinə;
C) Həmkarlar ittifaqı təşkilatına;
D) Dövlət daq mədən texniki nəzarət komitəsinə;
E) Əməyin xidməti rəisinə.
46. İZ formalı akt materialları ilə birlikdə bədbəxt hadisə qeydə alınan müəssisədə neçə il saxlanmalıdır?
47. Zərərçəkənin əmək qabiliyyətinin müvəqqəti itirilməsi vaxtı qurtaran kimi İZ formalı aktın hansı bəndi doldurulmalıdır?
A) Bədbəxt hadisələrin nəticələri haqqında 14 – cü bənd;
B) Bədbəxt hadisələrin təfsilatı haqqında 11 – ci bənd;
C) Bədbəxt hadisələrin şahidləri haqqında 13 – cü bənd;
D) Xarab olmuş avadanlıq və alətlərin dəyəri haqqında 15-ci bənd;
E) Xarab olmuş avadanlıq və alətlərin dəyəri haqqında 25-ci bənd.
48. Bədbəxt hadisənin təfsilatı haqqında 14 – ci bənd kim tərəfindən doldurulmalıdır?
A) Hadisə baş vermiş sexin rəhbəri tərəfindən;
B) Hadisə baş vermiş müəssisənin rəhbəri tərəfindən;
C) Müəssisənin həmkarlar ittifaqı təşkilatı tərəfindən;
D) Müəssisənin rəhbərliyi tərəfindən təşkil olunmuş komissiya tərəfindən;
E) Əmək mühafizəsi xidmətinin rəisi tərəfindən.
49. 14 – cü bənd barədə hansı təşkilata məlumat göndərilir?
A) Dövlət əmək müfəttişliyinə, əmək mühafizəsi xidmətinin rəisinə;
B) Hadisə baş vermiş müəssisənin rəhbərinə, müəssisənin həmkarlar ittifaqına;
C) Müəssisə rəhbərliyi tərəfindən təşkil olunmuş komissiyaya, sex rəisinə;
D) “Dövlət daq” texniki nəzarət komitəsinə, müəssisənin rəhbərinə;
E) Əməyin xidməti rəisinə.
50. Bir müəssisə başqa müəssisənin sahəsində iş görərkən işçi ilə baş vermiş bədbəxt hadisə hansı təşkilat tərəfindən təhqiq edilir və uçota alınır?
A) İş gördüyü müəssisə tərəfindən;
B) İşlədiyi müəssisə tərəfindən;
C) İş gördüyü və işlədiyi müəssisə tərəfindən;
E) Müdiriyyətinin yaratdığı komissiya tərəfindən.
51. Ağır xəsarətlərlə, qrup halında və ölümlə nəticələnmiş bədbəxt hadisələrin təhqiqatı hansı komissiya tərəfindən təhqiq edilir?
A) Dövlət əmək müfəttişliyinin rəisinin əmri ilə yaradılan komissiya tərəfindən;
B) Müəssisə rəhbərliyi tərəfindən yaradılmış komissiyaya tərəfindən;
C) Müəssisənin həmkarlar ittifaqı təşkilatı tərəfindən yaradılmış komissiyaya tərəfindən;
D) Sex rəisi tərəfindən yaradılmış komissiyaya tərəfindən;
E) Müdiriyyətin və həmkarlar ittifaqı təşkilatı tərəfindən yaradılmış komissiyaya tərəfindən.
52. Dövlət əmək müfəttişliyinin rəisinin əmri ilə yaranmış komissiyaya kim sədrlik edir?
A) Baş əmək müfəttişliyi;
B) Müəssisənin həmkarlar ittifaqı təşkilatının sədri;
C) Müəssisənin rəhbəri;
D) Fövqəladə hallar Nazirliyi;
E) Müəssisənin mühasibat şöbəsinin rəhbəri.
53. Dövlət əmək müfəttişliyinin yaratdığı komissiyanın tərkibinə kimlər daxil edilir?
A) Xəsarət baş vermiş müəssisənin yuxarı orqanının və müəssisənin rəhbər vəzifəli nümayəndəsi, əməyin mühafizəsi komissiyanın sədri;
B) Sex rəisinin, həmkarlar ittifaqı təşkilatının nümayəndəsi;
C) Dövlət dağ-mədən texniki nəzarət komissiyanın və müəssisənin rəhbərinin nümayəndəsi;
D) Xəsarət alan şəxsin və hadisənin şahidlərinin nümayəndəsi;
E) Müəssisənin mühasibat şöbəsinin rəhbəri.
54. Ağır xəsarətlər zamanı tədqiqatlar komissiya tərəfindən neçə gün müddətində aparılmalıdır?
55. Ağır xəsarətlər zamanı tədqiqat komissiyası tərəfindən neçə ədəd xüsusi tədqiqat aktı tərtib edilməlidir?
56. Ağır xəsarətlər, qrup halında ölümlə nəticələnmiş bədbəxt hadisə haqqında müəssisnin rəhbəri hansı təşkilatlara gün ərzində məlumat verililməlidir?
A) Dövlət əmək müfəttişliyinə, yuxarı təsərrüfat orqanına, sahə həmkarlar ittifaqına;
B) Təhlükəsizlik nazirliyinə;
C) Dövlət müdafiə nazirliyinə;
D) Təhlükəsizlik və müdafiə nazirliyinə;
E) Daxili işlər nazirliyinə.
57. Xüsusi təhqiqat üzrə komissiyanın tələbi ilə müəssisənin müdiri əsas neçə şərti yerinə yetirməyə borcludur?
58. Komissiyanın üzvləri kimlərdən yazılı və şifahi izahat almaq hüququna malikdir?
A) Müəssisənin, onun struktur bölmələrinin rəhbərliyindən, şahidlərdən;
B) Xəsarət alan şəxsdən, sex rəisindən;
C) Sex rəisindən, həmkarlar ittifaqı komitəsindən;
D) Xəsarət alan şəxsdən, sex rəisindən, həmkarlar ittifaqı komitəsindən;
E) Sex rəisindən, şahidlərdən.
59. Xüsusi təhqiqat komissiyası sədrinin sərəncamı ilə hansı komissiya yaradıla bilər?
A) Ekspert komissiyası;
B) Müəssisə tərəfindən yaradılmış komissiya;
C) Həmkarlar komitəsi tərəfindən yaradılmış komissiya;
D) Müəssisənin müdiriyyəti və həmkarlar komitəsi tərəfindən yaradılmış komissiya;
E) Əmək müfəttişliyinin rəisinin əmri ilə yaradılan komissiya.
60. Müəssisənin müdiriyyəti İZ formalı akta əsasən hansı komitənin müəyyən etdiyi formalar üzrə zərərçəkənlər haqqında hesabat tərtib edir?
A) AR Dövlət statistikası;
B) Dövlət əmək müfəttişliyi;
C) “Dövlət daq” texniki nəzarət;
D) Əmək və əhalinin sosial müdafiəsi müfəttişliyi;
E) Əmək və əhalinin sosial müdafiəsi nazirliyi.
61. Komissiya tərəfindən təklif edilmiş tədbirlərin yerinə yetirilməsi və əməyin mühafizəsi tələbləblərinin yol verilmiş şəxslərin cəzalandırılması barədə müvafiq əmr kim tərəfindən verilməlidir?
A) Müəssisənin rəhbəri;
C) Həmkarlar təşkilatı;
D) Əməyin mühafizəsi komissiyanın sədri;
E) Dövlət əmək müfəttişliyinin rəhbəri.
62. Bir adamın həlak olması ilə nəticələnən bədbəxt hadisələr hansı orqanlarda müzakirə olunmalıdır?
A) Dövlət əmək müfəttişliyində;
B) İqtisadi inkişaf nazirliyində;
C) Əmək və əhalinin sosial müdafiəsi nazirliyində;
D) Fövqəladə hallar nazirliyində;
E) Həmkarlar təşkilatında.
63. İki və daha artıq adamın həlak olması ilə nəticələnən bədbəxt hadisələr hansı nazirlikdə müzakirə olunur?
A) Əmək və əhalinin sosial müdafiəsi nazirliyində;
B) Fövqəladə hallar nazirliyində;
C) İqtisadi inkişaf nazirliyində;
D) Dövlət əmək müfəttişliyində;
E) Həmkarlar təşkilatında.
64. İki və daha artıq adamın həlak olması ilə nəticələnən bədbəxt hadisələr haqda lazım gəldikdə hansı nazirliyə məlumat verilir?
B) İqtisadi inkişaf nazirliyinə;
C) Turizm və mədəniyyət nazirliyinə;
D) Fövqəladə hallar nazirliyinə;
E) Daxili işlər nazirliyinə.
65. Zərərli istehsalat amillərinin təsiri nəticəsində inkişaf edən xəstəlik hansı xəstəlik adlanır?
A) Peşə xəstəliyi;
B) Sarılıq xəstəliyi;
C) Soyuqdəymə xəstəliyi;
D) Şəkər xəstəliyi;
E) Qızılça xəstəliyi.
66. İstehsalat travmaları və peşə xəstəliklərinin səbəblərini neçə qrupa bölmək olar?
67. İstehsalat zədələnmələri hansı texniki səbəblər qrupuna aiddir?
A) Maşın və avadanlıqların nasaz olması, texnoloji proseslərə əməl edilməməsi;
B) Avadanlıqların, nəqliyyat vasitələrinin və alətlərin istismar qaydalarının pozulması;
C) İş yerinin təşkilindəki nöqsanlar;
D) Material və məmulatların daşınma, iş yerində və anbarda yığılma qaydasının pozulması;
E) Texnoloji reqlamentin və rejimlərin pozulması.
68. İstehsalat zədələnmləri hansı təşkilatı səbəblər qrupuna aiddir?
A) Ərazinin, yol və keçidlərin qaydada saxlanılmaması, təhlükəsizlik əmək üsullarının fəhlələrə lazımi qədər öyrədilməməsi;
B) Əlverişsiz işıqlandırma;
C) Texnoloji proseslərin qeyri mükəmməlliliyi;
D) Ağır və təhlükəli işlərin lazımi qədər mexanikləşdirilməməsi;
E) Material və konstruksiyaların qüsurları.
əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə biletlər
3.Çənlər parkında donmuş siyirtmələrin ventillərin və başqa qapayıcı quruluşların donunu hansı üsulla açırlar?
4.hər işə buraxılan ventilyasiya qurğusu hansı tələblərə cavab verməlidir?
5.kliniki ölüm nə deməkdir
6.əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə iş yerində vaxtaşırı təlimat neçə aydan bir keçirilir?
7. neft və neft məhsullarının yanğınlarının söndürülməsində ən effektiv yanğınsöndürmə vasitəsi nədir?
8.növbə ərzində fəhlə və qulluqçulara nə qədər pulsuz süd verilməlidir
9. istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənə dəymiş zərərə görə verilən ödənclərin hansı növləri var?
10. süni tənəffüs hansı metod ilə həyata keçirilir?
11.əməyin mühafizəsi texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi üzrə giriş təlimatın kim alır? müəssisəyə yeni qəbul olunmuş bütün işçilər, kənar müəssisə və təşkilatlardan tikinti quraşdırma təmir və digər işlərin görülməsi üçün gəlmiş fəhlələr qulluqçular mühəndis texniki işçilər və təcrübə keçmək üçün gəlmiş tələbələr 12.çənlər parkının ərazisində hansı yerlərdə siqaret çəkməyə icazə verilir? xüsusi təchiz edilmiş və əmrlə təyin olunmuş yerlərdə 13.asanalışan mayeləri nasosxanalarda saxlamaq olarmı? icazə verilmir 14.çənlər parkının kommunikasiya sxemləri harada saxlanılmalıdır? bilavasitə iş yerində, operator otağında 15.tənəffüs dayanması vaxtı reanimasiya fəaliyyəti necə aparılmalıdır? zərərçəkənin nəbzini yoxlamaq və onun nəfəs alıb almadığına əmin olmaq 16.fəhlələrin biliklərinin ilkin yoxlanması nə vaxt aparılmalıdır? sərbəst işə buraxılmazdan əvvəl 17.neft çənlərindəki siyirtmələrin açılıb bağlanması üçün dəmir linglərdən və digər alətlərdən istifadə edilməsinə icazə verilir mi? siyirtmələr əllə sərbəst sürətdə açılıb-bağlanmalıdır, xüsusi hallarda qığılcım törətməyən alətlərdən istifadə edilməsinə icazə verilir 18.iş geyimləri (xüsusi paltarlar və FMV) necə saxlanılmalıdır? ev geyimlərindən ayrı olaraq xüsusi şkaflarda 19.müəssisənin işçiləri xüsusi geyim və digər mühafizə vasitələrini qəsdən korladıqda hansı məsuliyyətə cəlb olunurlar? Maddi məsuliyyətə 20.tənəffüs yollarını azad etmək üçün zərərçəkənin başı hansı vəziyyətdə saxlanılmalıdır başı arxaya çəkmək 21.hansı hallarda birdəfəlik təlimat keçirilməlidir? bütün fəhlələr onların vəzifəsinə aid olmayan birdəfəlik işləri yerinə yetirmək və ya yüksək dərəcədə təhlükəli şəraitdə işləmək üçün tapşırıq (tapşırıq-icazə) alarkən 23.əllərin və xüsusi geyimin çirklənməsi ehtimalı olan sahələrdə işləyən hər bir işçi üçün hər ay nə qədər təsərrüfat sabunu verilməlidir? 400 24.təhlükəyə diqqətin cəlb olunması və yaxud xəbərdarlıq məqsədilə obyektlərdə və iş yerlərində hansı təhlükəsizlik yazılarından və nişanlardan istifadə olunur? qadağanedici, xəbərdaredici, əmredici, göstərici nişanlardan 25.onurğa sütunu və ya kəllə travmasına şübhə varsa o halda başın və bədənin vəziyyəti necə olmalıdır? dəyişməz saxlanılmalıdır 26.şəxsi geyim şkaflarında nələrin saxlanılması yolverilməzdirdir? kimyəvi maddələrin ağ neftin xüsusi ayaqqabının saxlanılması və kimyəvi maddələrin ağ neftin çirkli əşyaların və alətlərin saxlanılması 27.zəhərli ilanların və həşəratların sancması orqanizmdə hansı əlamətlər yarada bilər? sancma ətrafında qızarma qaşınma allergik reaksiyalar tənəffüs yollarının və əzələlərin qıc olması və mərkəzi sinir və qan damar sisteminin fəaliyyətində pozuntular 28.sərbəst işə buraxılması üçün əməyin mühafizəsi texniki təhlükəsizlik yanğın təhlükəsizliyi və istehsalat sanitariyası qaydaları üzrə biliyin yoxlanması zamanı işçi qeyri-kafi nəticə göstərərsə onun haqqında hansı inzibati tədbirlər götürülməlidir? ona təkrar imtahan vermək üçün iki həftədən az olmayaraq əlavə vaxt verilməlidir.əgər təkrar imtahan zamanı işçi yenidən qeyri-kafi nəticə göstərərsə onun həmin işdə işləməsinə icazə verilməməlidir 29.yad cisimlərin gözə düşməsi təhlükəsi olduğu halda işçilər hansı qoruyucu vasitədən istifadə etməlidir? qoruyucu eynəklərdən 30.süni tənəffüs hərəkətlərini hansı nisbətdə davam etdirmək lazımdır bir nəfər yerinə yetirəndə 2 nəfəs və 15 ürək masajı 32. neftin özülülüyünü azaltmaq və onun boru kəmərləri ilə nəqlini yüngülləşdirmək üçün çənlərə nə tətbiq edilir? su buxarı 33.işçi zonada qazın miqdarı buraxıla bilən həddi aşdıqda hansı qoruyucu vasitədən istifadə edilməlidir? əleyhqazdan 34.ildırım çaxarkən çənlərə neft doldurmaq olarmı? olmaz 35.reanimasiya hərəkətlərini nə vaxta qədər davam etdirmək lazımdır? qan dövranı bərpa olunana qədər 37.çənlərin təmizlənməsi zamanı çənin dibinə çökmüş kükürdlü birləşmələr hara atılmalıdır? xüsusi ayrılmış yerlərdə utilləşdirilməlidir 38.işçinin şlanqlı əleyhqazda fasiləsiz işləmə müddəti nə qədər olmalıdır və sonradan işçi təmiz havada nə qədər istirahət etməlidir işləmə müddəti 30 dəqiqədən artıq olmamalıdır və təmiz havada 15dəqiqədən az olmayaraq istirahət etməlidir 39.fəhlələr tozlu iş şəraitində işləyərkən hansı FMV-dən istifadə etməlidirlər? toz əleyhinə respiratordan qoruyucu eynəkdən və kombinezondan 40.qan dövranı dayandığı təqdirdə reanimasiya zamanı nə etmək lazımdır ürəyin masajına və süni tənəffüsə başlamaq 41.yer səthindən (döşəmədən) neçə metrdən artıq hündürlükdə aparılan tikinti quraşdırma və texnoloji işlər qoruyucu kəmərlərdən istifadə etməklə yerinə yetirilməlidir? iki metrdən artıq hündürlükdə 42.çənin daxili səthinin təmizlənməsi üzrə işləri yerinə yetirən işçilər hansı əleyhqazdan istifadə etməlidirlər? şlanqlı əleyhqazdan 44.yanğın və partlayış təhlükəli obyektlərdə hansı meydançalarda istifadə etmək qadağandır taxta döşəməli meydançalardan 45.qan dövranın dayanmasını əlamətləri hansılardır? ürək döyüntülərinin itməsi və tənəffüsün dayanması 46.istehsalat binasında hansı qızdırıcılardan istifadə etmək qadağandır? açıq alovlu qızdırıcılardan 47.ərazidə bitən otları nə etmək lazımdır yay vaxtı ərazidə bitən ot biçilməli və yaş halda oradan çıxarılmalıdır 48.yanan bitumu nə ilə söndürmək lazımdır? qum ilə 49.MNK-nin orta oxundan hər tərəfdən ən azı neçə metr məsafədə torpaq zolağı təmizlənmiş (ağaclardan kollardan) vəziyyətdə saxlanılmalıdır? ən azı 3 metr 50.reanimasiya zamanı əgər tənəffüs bərpa olubsa amma nəbz yoxdursa, bu halda nə etmək lazımdır? yalnız ürəyin masajını davam etdirmək
Comments are closed, but trackbacks and pingbacks are open.