Məyin mühafizəsi standartları
Dövlət sərhədini pozmağa çalışan Gürcüstan vətəndaşı saxlanılıb
Sosial
Əməyin mühafizəsi və təhlükəsizliyi üzrə standartların hazırlanması müzakirə edilib
27 fevral 2023 11:41 (UTC +04:00)
Xəbər Lenti
Sabahın hava proqnozu
25 mart 2023
Dövlət sərhədini pozmağa çalışan Gürcüstan vətəndaşı saxlanılıb
25 mart 2023
“Qarabağ” və “Qalatasaray” oyunu ilə əlaqədar metropolitenin iş rejimi dəyişdiriləcək
25 mart 2023
Avropa Şurası Fransa polisinin etirazçılara qarşı həddindən artıq güc tətbiq etməsini qınayıb
25 mart 2023
Ucarda zəncirvari qəza baş verib, 2 nəfər xəsarət alıb
25 mart 2023
Azərbaycanın maye qazın ixracından gəlirləri kəskin azalıb
25 mart 2023
Yol Polisi Novruz tətilindən dönənlərə müraciət edib
25 mart 2023
Köçəryan müalicə üçün Almaniyaya gedib – VİDEO
25 mart 2023
“Tərtər işi” üzrə bəraət almış şəxslər təzminatla bağlı iddia qaldırıblar
25 mart 2023
Avropada qaz 5%-dən çox ucuzlaşıb
25 mart 2023
Prezident İlham Əliyev Yunanıstan Prezidentini təbrik edib
25 mart 2023
Bakıda 16 yaşlı qız itkin düşüb – VİDEO
25 mart 2023
Bakıda kişi qaynı tərəfindən bıçaqlanıb – VİDEO
25 mart 2023
Qızılın qiyməti cüzi azalıb, gümüşün qiyməti isə artır
25 mart 2023
Dövlət sərhədini pozmağa cəhd göstərən Pakistan vətəndaşları saxlanılıb – VİDEO
25 mart 2023
Nyu-York birjasında təbii qazın qiyməti artıb
25 mart 2023
Ötən gün ölkə ərazisində 63 cinayətin üstü açılıb – VİDEO
25 mart 2023
Ordubadda narkotik vasitələrdən istifadə edən şəxs saxlanılıb
25 mart 2023
Şabranda traktorla qatar toqquşub, 1 nəfər ölüb
25 mart 2023
Bakıda keçirilən “Çoxmillətli Sülhü Dəstək Əməliyyatları kursu” başa çatıb – FOTO
25 mart 2023
Xankəndindən gələn 4 yük avtomobili Laçın istiqamətinə maneəsiz keçib
25 mart 2023
Dünya bazarlarında neft ucuzlaşıb
25 mart 2023
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
25 mart 2023
Laçın-Xankəndi yolunda ictimai fəallar aksiyanı gecəboyu davam etdirib – FOTO
25 mart 2023
Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən şəxs saxlanılıb
25 mart 2023
Türkiyənin Kahramanmaraş vilayətində 4,5 bal gücündə zəlzələ olub
25 mart 2023
ABŞ-da şokalad zavodundakı yanğında 2 nəfər ölüb 9-u itkin düşüb – YENİLƏNİB
25 mart 2023
Göygöldə 55 yaşlı kişi bıçaqlanıb
25 mart 2023
G7 Ukraynanın borc ödəmələrini təxirə salıb
25 mart 2023
Tunis sahillərində qayıq aşıb, 34 nəfər itkin düşüb
25 mart 2023
Bayden: “ABŞ İranla münaqişəyə can atmır”
25 mart 2023
Zelenski: “Ukrayna hələlik əks-hücuma başlaya bilməz”
25 mart 2023
ABŞ-ın Baş qərargah rəisi israilli həmkarı ilə İranın təhdidləri barədə müzakirə aparıb
25 mart 2023
Yer kürəsində 3 gündür güclü maqnit qasırğası davam edir
25 mart 2023
Bayden: “Rusiya ilə Çinin yaxınlaşması çox şişirdilib”
25 mart 2023
Azərbaycan millisi “Avro-2024”ün seçmə mərhələsinin ilk oyununda məğlub olub
25 mart 2023
Fransa Britaniya kralı III Çarlzın dövlət səfərini təxirə salıb
25 mart 2023
ABŞ-ın Suriyadakı ikinci bazası atəşə tutulub
25 mart 2023
DİQQƏT!
Hörmətli istifadəçi, ödənişli xəbərləri əldə etmək üçün qeydiyyatdan keçin
DİQQƏT!
Hörmətli istifadəçi, ödənişli videoları əldə etmək üçün qeydiyyatdan keçin.
DİQQƏT!
Hörmətli istifadəçi, ödənişli fotoları əldə etmək üçün qeydiyyatdan keçin.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
© 2004 – 2021 Bütün müəllif hüquqları qorunur.
Əməyin mühafizəsi standartları
Əməyin mühafizəsi standartları bugün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri İş şəraitində əməyin təhlükəsizliyi və sağlamlıq qaydaları və Sağlamlıq və təhlükəsizliyin qorunması moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
- 1 Əməyin mühafizəsi standartları
- 1.1 Əməyin mühafizəsinə kimlər nəzarət edir?
- 1.2 Müəssisədə əməyin mühafizəsini təmin edən amillər hansılardır?
- 1.3 İşəgötürənlər hansı hallarda cərimə oluna bilər?
- 1.4 Zərərli mühit nə deməkdir?
- 1.5 Əməyin mühafizəsi üzrə işəgötürən tərəfindən əmələ edilən tələblər hansılardır?
Əməyin mühafizəsi standartları
Əməyin mühafizəsinə kimlər nəzarət edir?
Bu gün bizim ölkədə hər bir insanın iş əldə etməsinə haqqı var. Bu hüququ Azərbaycan Respublikası Hakimiyyəti təmin edir. Buna əsasən işə götürənlərin funksiyaları dövlət və özəl müəssisələrinin rəhbərlərinə həvalə edilmişdir. Bununla belə “Dövlət əməyin şəraitin yaxşılaşmasının və qorunmasının qayğısına qalır” konstitusiyaya əsasən əməyin qorunması məsələləri ümumdövlət əhəmiyyətinə malikdir, müəssisənin tipindən asılı deyil. Fəhlə və qulluqçulаrа оnlаrın təhsilindən, iхtisаsındаn, pеşə və vəzifə üzrə iş stаjındаn аsılı оlmаyаrаq giriş təlimаtındаn bаşqа, iş yеrində də ilkin təlimаt kеçirilməlidir.
Müəssisədə əməyin mühafizəsini təmin edən amillər hansılardır?
Əməyin mühafizəsinin hansı sualları öyrəndiyi ilə tanış olmaq üçün, kimin və nəyin əməyinin təhlükəsizliyinə təsir göstərdiyinə nəzər salaq. Bura işə götürəni, işçini, işçi kollektivində psixoloji atmosferi, istehsal mühiti, əmək predmetləri və əşyalarını,o cümlədən bina və tikililəri daxil etmək olar.
Burаdа məqsəd hər bir işçini təhlükəsiz iş üsullаrının əsаs qаydаlаrı ilə tаnış еtmək, işlərin təhlükəsiz yеrinə yеtirilməsi üçün işçilərin biliklərini аrtırmаq, təzələmək və möhkəmləndirməkdir.
İşəgötürənlər hansı hallarda cərimə oluna bilər?
Hər bir vətəndaş bilməlidir ki, işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsi və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsi qanun pozuntusudur və cərimələnir.
Zərərli mühit nə deməkdir?
Əgər istehsalatda ətraf mühit təhlükəsizlik normalarına cavab vermirsə və işçilərin sağlamlığına zərərli təsir göstərirsə, belə mühit zərərli mühit sayılır. Zərərli istehsalat təsirlərə qeyri-kafi meteoroloji şərait, xoşagəlməyən işıqlanma, radioaktiv şüalanmasının və elektromaqnit sahələrinin mövcudluğu, istehsalatda olan toz, zərərli buxarlar, qazlar, səs, vibrasiyalar və nəhayət bədəndə yaranan ümumi fiziki gərginlik aiddir.
Əməyin mühafizəsi üzrə işəgötürən tərəfindən əmələ edilən tələblər hansılardır?
- əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməlidir;
- binaların, qurğuların, avadanlığın və texnoloji proseslərin təhlükəsizliyinə riayət edilməlidir;
- bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmalıdır;
- işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidməti təşkil edilməlidir; əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi – profilaktiki yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməsi təmin edilməlidir;
- normal əmək və istirahət rejiminə riayət edilməlidir;
- işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri verilməlidir;
- işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsi və əməyin mühafizəsinin təbliğ edilməsi təmin edilməlidir;
- kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaları daxil edilməli və onlarda nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirilməlidir;
- Əməyin mühafizəsi, əmək şəraiti və onların qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haqqında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə statistik hesabatlar verilməlidir.
Beləliklə biz Əməyin mühafizəsi standartları mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır
Sizə aşağıdakı mövzular faydalı ola bilər:
- Fövqəladə hallarda təhlükəsizlik tədbirləri
- İnformasiyanın mühafizəsi üçün kompleks tədbirlər
- İş yeri ilə bağlı təhlükəsizlik tədbirləri
- Sağlamlığımıza zərərli olan hərəkətlər
- İnformasiya təhlükəsizliyinin qorunması
Əməyin mühafizəsi üzrə standartlar normalar və qaydalar
Əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biri də onun əməyinin mühafizəsinin təmin edildiyi əmək şəraitində çalışmaqdır. Bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Sumqayıt şəhərində əmək qanunvericiliyinə dair işəgötürənlər üçün təşkil etdiyi növbəti maarifləndirmə tədbirində vurğulanıb.
“Azərkimya” İstehsalat Birliyində təşkil edilən tədbir “Əməyin mühafizəsi, normaları, qaydaları və prinsipləri” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularına həsr olunub.
Bildirilib ki, əməyin mühafizəsi normaları və qaydaları Əmək Məcəlləsi ilə, səlahiyyətləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanlarının qəbul etdiyi normativ hüquqi aktlarla, habelə Azərbaycan Respublikasının qoşulduğu və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Əməyin mühafizəsi üzrə normativ hüquqi aktların tələbləri, əməyin mühafizəsi normaları, standartları, qaydaları əmək münasibətlərinin tərəfləri və digər fiziki və hüquqi şəxslər üçün məcburidir. Hər bir işəgötürən Əmək Məcəlləsində əksini tapan əməyin mühafizəsi normaları, qaydaları və prinsiplərinə əməl etməyi gündəlik fəaliyyətinin əsas tərkib hissəsi kimi qəbul etməlidir.
Tədbirdə əməyin mühafizəsi, normaları, qaydaları və prinsipləri barədə işəgötürənlərə ətraflı məlumatlar verilib. Qeyd edilib ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyət istiqamətlərindən biri də bütün iş yerlərində əmək qanunvericiliyinin tətbiqinə, o cümlədən insan faktorunun üstünlüyü prinsipi əsas götürülərək işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına yönəlib.
Comments are closed, but trackbacks and pingbacks are open.