SOCAR-da Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə kurs keçirilib
– Əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi profilaktiki yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməsini;
Əməyin mühafizəsi və təhlükəsizlik texnikası
Kitab 63 peşə üzrə mükəmməl şəkildə müxtəlif qiymətli ədəbiy yatlardan istifadə olunaraq hazırlanmış təlimat toplusundan ibarətdir. Bu kitab SƏTƏM mütəxəssisləri, Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis və digər sahədə çal ışan işçilər və ya hazırlaşanlar üçün əvəzedilməzdir. Kitab müəssisə, idarə və təşkilat rəhbərləri və mütəxəssisləri ilə yanaşı, ali təhsil müəssisələrinin və texniki-peşə kolleclə rinin müəllim və tələbələri, eləcə də texniki təhlükəsizlik və əmək hüququ məsələləri ilə məşğul olan və maraqlanan geni ş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Təlimatlar hazırla narkən yerli qanunvericiliyin tələblərinə və təcrübələrə də istinad edilmişdir. Kitab yenidir.
elanlar
Əlaqədar şəxs
Süleyman
Bakı şəhəri
Bu elanın vaxtı bitib. Oxşar elanlara baxın
Paylaş
Tarix: 23.03.2020
8 tomdur(əd) birlikdə satilir,yaxsi vezyətdedi. Real aliciyə endirim olacag,nomrede vatsap var Malın növü: Kitablar Çatdırılma?: Bəli
Təzə kimidir Vergi / Praktiki İzah 2020ci il Malın növü: Kitablar Çatdırılma?: Bəli
Malın növü: Kitablar
Test toplusu yaxşı vəziyyətdədir Azərbaycan dilində
Burda YOS hazirligi ucun təməl ve imtahan tipli suallarin oldugu kitablardir. Bu kitablarla asanliqla qaydalari yadda saxlayib, daha cətin suallari asanliqla hell eleye bileceksiniz. Bu kitablar ile qizim Ankara Diş
Köhnə kitablardi 1 AZN-dən başlayır qiymətləri her cürə var müxtəlif illərdə
Yaxşı vəziyyətdədir istifadə etmək olar qiyməti qeyd olunub
Sizde bizi secerek oz hediyyenizle secilin. Daha cox mehsullarla taniw olmaq ucun bize donuw edin Malın növü: Kitablar Çatdırılma?: Bəli
Avropa və Amerikanın müasir tarixi yaxşı vəziyyətdədir
Добрый день.меня зовут Эльнара . Продаю книги по всеобщей истории и истории Азербайджана.книги в отличном состоянии. Звоните по указанному номеру ниже. Malın növü: Kitablar
Azerbaycan tarixi 5 ci sinif is defteri 2017 nesr isdenilen sayda var endirim olacaq.
Мировой бестселлер! Вся легендарная вселенная DC Comics под одной обложкой! Это уникальное издание впервые предоставит российским читателям возможность подробнейше погрузиться в невероятную реальность культовых героев и
Malın növü: Kitablar
В 8 томах , состояние – АБСОЛЮТНО НОВОЕ ( не читано ), также обратите внимание на ВСЕ МОИ ОБЪЯВЛЕНИЯ ! Malın növü: Kitablar
Bugünkü önəmli gündə sevgilisinin gözündə dəyərinin artmasını istəyən sevgilisinə kitab buketi alsın. Kimlərsə razılaşmaya bilər, ancaq kitab buketi məncə bir ilkdir! Kitabın ilk çap versiyasıdır. Yepyenidi və
Информатика базовый курс для студентов и преподавателей высших учебных заведений, охватывает все основные разделы информатики Malın növü: Kitablar
SOCAR-da “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası” üzrə kurs keçirilib
SOCAR-da “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası” üzrə kurs keçirilib Dinləyicilər öz müəssisələrində “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası” standartının tətbiq olunmasında iştirak edəcəklər
24 İyun , 2015 14:49
https://static.report.az/photo/b388756f-adc6-4dc2-b0e8-85bfa749c2c6.jpg
Bakı. 24 iyun. REPORT.AZ/ İyunun 22-24-də Azərbaycan Dövlət Neft Şirkətinin ( SOCAR ) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində şirkətin idarə və təşkilatlarından çəlb olunmuş 22 nəfər üçün “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası” beynəlxalq standartı (OHSAS 18001) üzrə kurs keçirilib. Bu barədə “Report”a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib. Kurs zamanı iştirakçılara OHSAS 18001 idarəetmə sistemi haqqında məlumat verilib. Məlumata görə, milli qanunvericilik aktlarına və normativ sənədlərə əsaslanaraq müəssisə üzrə əmək şəraitinin və bütün növ risklərin müəyyən edilərək qiymətləndirilməsi, onların təhlili və idarə olunması, əməyin təhlükəsizliyi sahəsində risklərin minimuma endirilməsi, qabaqlayıcı fəaliyyətlərin həyata keçirilməsi ilə davamlı inkişafın əldə edilməsi standartın əsasını təşkil edir. Kursun sonunda keçiriləcək imtahanı müvəffəqiyyətlə verən dinləyicilərə sertifikatlar təqdim olunacaq. Beynəlxalq kursu bitirən dinləyicilər öz müəssisələrində OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası” standartının tətbiq olunmasında iştirak edəcəklər.
Əməyin mühafizəsi və təhlükəsizlik texnikası
Əmək Mühafizəsi və Təhlükəsizlik Texnikası
Norma və Qaydaları üzrə bəzi
Tövsiyələr
Ön söz
Bu gün Respublikamızda gedən islahatlar və ondan irəli gələnƏməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası problemləri həmkarlar təşkilatlarının qarşısında daha ciddi vəzifələr qoyur. Bu vəzifələrin uğurla yerinə yetirilməsi işçilərin təhlükəsiz və sağlam iş şəraitinin təmin edilməsində onların təhlükəsiz əməyə və istehsalat intizamına riayət etmələri həmkarlar təşkilatları orqanlarında çalışan kadrların təşəbbüskarlığından, prinsipiallığından, iqtisadi və hüquqi savadından çox asılıdır. Çünki bu keyfiyyətlərə malik olmayan həmkarlar təşkilatı işçisi işçilərin əmək hüququnu və qanuni mənafelərini müdafiə edə bilməz.
Beynəlxalq Əmək Təşkilatının rəsmi açıqlamasına əsasən dünyada hər gün 7 min nəfər insan istehsalatda baş vermiş bədbəxt hadisələr nəticəsində dünyasını dəyişir. Əlil olanlar və sonradan bu xəsarətlər nəticəsində dünyasını dəyişənlər buraya daxil deyildir. Bu hesabata əsasən il ərzində istehsalatda Əmək Mühafizəsi və Təhlükəsizlik Texnikası Norma və Qaydalarının pozulması nəticəsində baş verən istehsalat qəzaları nəticəsində iki milyondan artıq insan həyatını itirir. İstehsalatda baş vermiş ölüm hadisələrinin 83,5%-iistehsalatda Əmək Mühafizəsi və Təhlükəsizlik Texnikası Norma və Qaydalarının pozulması nəticəsində baş vermişdir.
Məsələyə tibb statistikası nöqteyi nəzərindən yanaşılarsa istehsalatda baş vermiş ölüm hadisələrinin sayı il ərzində ciddi xəstəliklər nəticəsində baş vermiş ölüm sayı ilə müqayisə olunacaq dərəcədə ciddi olduğu açıq-aydın görünür və bu sahəyə strateji düşüncə tərzi ilə yanaşmaq tələb olunur.
Əmək Mühafizəsi və Təhlükəsizlik Texnikası
Azərbaycan Respublikasının Konstitusiyası “Hər bir vətəndaşın təhlükəsiz və sağlam şəraitdə işləmək” hüququnu özündə təsbit edir. Hər bir müəssisə, idarə və təşkilat mülkiyyət formasından asılı olmayaraq ölkənin müvafiq qanunvericilik və normativ aktlarında əks olunmuş Əməyin Mühafizəsi, Texniki Təhlükəsizliyin Normaları, Qaydaları və Prinsiplərinə əməl etməyə borcludur. Qanunvericilik işəgötürənlər və mülkiyyətçilər üzərində müəyyən vəzifələr qoyur.
Azərbaycan Respublikasının ərazisində yerləşən hər hansı bir müəssisədə milli qanunvericiliyin tələblərinə uyğun olaraq Əməyin Mühafizəsinin idarəedilməsi sisteminin qurulmasının nümunəvi variantı barədə söhbət açmazdan əvvəl bir daha qeyd edək ki, formasından və növündən asılı olmayaraq istehsalatda baş vermiş bədbəxt hadisələr üçün yalnız işəgötürən məsuliyyət daşıyır.
Müəssisələrin mülkiyyətçiləri və işəgötürənlər iş yerlərində Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə səlahiyyətləri daxilində Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul etdiyi Qərarların, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi Qaydaların, Təlimatların və digər normativlərin və standartların, həmçinin, Azərbaycan Respublikasının qoşulduğu və tərəfdar olduğu beynəlxalq müqavilələrdən irəli gələn tələblərin yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin “Əməyin Mühafizəsi” bölməsinin otuz dördüncü fəslinin 215-ci maddəsində deyildiyi kimi, müəssisələrin mülkiyyətçiləri və işəgötürənlər aşağıdakı tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər:
– Əməyin mühafizəsi üzrə mövcud standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini;
– Binaların, qurğuların, texnoloji proseslərin və avadanlıqların təhlükəsizliyinə riayət edilməsini;
– Bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmasını;
– İşçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətlərin təşkilini;
– Əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi profilaktiki yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməsini;
– Normal əmək və istirahət rejiminə əməl olunmasını;
– İşçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsini;
– İşçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil ediməsini və əməyin mühafizəsinin təbliğ edilməsini;
– Kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaları daxil etməyi və orada nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsini təmin etmək.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müəyyən etdiyi müddətdə və müvafiq formada əməyin mühafizəsi və təhlükəsizlik texnikası, əmək şəraiti və onların qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haqqında statistik hesabatların verilməsini təmin etmək.
Əmək Mühafizəsi və Təhlükəsizlik Texnikası Normaları, Qaydaları, Standartları və Prinsipləri nədir?
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul etdiyi Qərarlar, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi Qaydalar, Təlimatlar və digər nazirlik və dövlət komitələrinin öz səlahiyyətləri çərçivəsində müəyyən etdikləri norma və prinsiplər, həmçinin, tərəfdar çıxdığımız beynəlxalq konvensiyalarla müəyyən edilir.
22 noyabr 1998-ci il tarixində Beynəlxalq (Regional) və Dövlətlərarası Standartların, Normaların, Qaydaların və Tövsiyyələrin Azərbaycan Respublikası Ərazisində Tanınması və Tətbiq Edilməsi Qaydaları Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmişdir. 30 dekabr 1999-cu il tarixində imzalanmış “Normativ Hüquqi Aktlar Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilmişdir ki, “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi elan edilənədək qüvvədə olmuş, sonradan ləğv edilməmiş və Azərbaycan Respublikasının Konstitusiyasına zidd olmayan bütün normativ sənədlər və aktlar Azərbaycan Respublikasında hüquqi qüvvəsini saxlayır.”
Azərbaycan Respublikası Əmək Məcəlləsinin otuz üçüncü fəslinin 207-ci maddəsinin 3-cü bəndində deyildiyinə görə “Əməyin mühafizəsi üzrə normativ-hüquqi aktların tələbləri, Əməyin mühafizəsi normaları, standartları, qaydaları, əmək münasibətlərinin tərəfləri, digər fiziki və hüquqi şəxslər üçün məcburidir.”
Əmək Mühafizəsi və Təhlükəsizlik Texnikasının Norma və Qaydalarının tələblərinin yerinə yetirilməsinə dövlət nəzarətini Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 1997-ci il tarixli 544 saylı Fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında yaradılmış Dövlət Əmək Müfəttişliyi həyata keçirir.
Binaların, qurğuların, iş yerlərinin, texnoloji proseslərin, təcrübələrin, sınaqların və avadanlıqların təhlükəsizliyinə riayət olunmasınahər bir müəssisə mülkiyyətçisi və işəgötürən bilavasitə məsuliyyət daşıyır. Belə ki, hər bir müəssisə rəhbəri müəssisədə yerinə yetiriləcək aşağıdakı əsas məsələlərə xüsusi diqqət ayırmalıdır:
1. İcra olunacaq bütün işlərin dəqiq layihə-smeta sənədlərinin hazırlanması;
2. Avadanlıq, qurğu, mexanizmlər və axın xətlərinin düzgün layihəyə müvafiq quraşdırılması;
3. Texnoloji proseslərin düzgün aparılması;
4. Avadanlıqların, mexanizmlərin və axın xətlərinin saz vəziyyətdə saxlanılması;
5. Avadanlığın istismarı, yaxud təmiri zamanı istifadə olunan alətlər, tərtibatlar və digər köməkçi vasitələrin saz vəziyyətdə saxlanılması;
6. Təcridedici, çəpərləyici və qoruyucu vasitələrin əl altında olması;
7. Qurğu və avadanlıq yerləşdiriləcək sahələrin və ərazilərin onların müvafiq olaraq istismar şərtlərinə uyğun olaraq ayrılması;
8. Yeni avadanlıqların, qurğuların və tərtibatların işə salınması zamanı bu sahədə kifayət qədər elmi biliklərə və təcrübəyə malik işçilərin cəlb olunması və s.
İdarə və müəssisə rəhbərlərinin yuxarıda göstərilənlərə bir daha əmin olması məqsədi ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 218-ci maddəsinin 2-ci bəndində göstərildiyi kimi “Müəssisələrin, istehsal vasitələrinin, təcrübə və sınaq avadanlıqlarının və müxtəlif tərtibatların layihələri, konstruktor bürolarının hazırladığı eskiz cizgiləri və digər rəsmi sənədlər Dövlət ekspertizasından keçirilməlidir.”
İstehsal vasitələrinin təcrübə-sınaq nümunələri isə “Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Norma və Qaydaları”nın tələblərinə uyğunluğunun yoxlanılması üçün dövlət sınaqlarından çıxarılmalıdır.
İş yerlərinin sağlam sanitariya və gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan
normativlərə uyğunlaşdırılması
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası bölməsinin 34-cü fəslinin 215-ci maddəsində qeyd edildiyi kimi, bilavasitə iş yerlərinin sağlam sanitariya–gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmasını təmin etmək üçün müəssisələrin mülkiyyətçiləri və işəgötürənləri tərəfindən lazımi tədbirlər həyata keçirilməlidir.
Belə ki, müəssisə rəhbəri iş yerində aşağıda göstərilən mühitin yaradılmasına diqqət yetirməlidir:
1. Havanın temperaturunun, nəmliyinin, təzyiqinin və axın sürətinin, o cümlədən, istilik şüalanmasının normalara uyğun olmasına;
2. Havada zəhərli buxarların, qazların və tozların olmamasına;
3. İşıqlanmanın normalara uyğun olmasına;
4. Radioaktiv, Rentgen, ultrabənövşəyi şüalanmanın, telemetrik dalğaların və elektrik-maqnit sahəsinin normadan artıq olmamasına;
5. Səs-küyün və titrəyişin normadan artıq olmadığına;
6. Sanitariya və gigiyena qaydalarına əməl olunmasına;
İşçilərin əməyin mühafizəsi və təhlükəsizlik texnikası norma və qaydaları üzrə təhsilinin və
təlimatlandırılmasının təşkili
Mülkiyyət formasından və təsərrüfat fəaliyyətindən asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində yerləşən bütün müəssisə müdiriyyətinin əsas vəzifələrindən biri də fəhlələrə, qulluqçulara və mühəndis-texniki işçilərə bilavasitə iş yerlərində və ya xüsusi kurslarda təhlükəsiz iş üsullarının öyrədilməsini təmin etməkdir. Bunun üçün müəssisə müdiriyyəti tərəfindən aşağıdakı işlər həyata keçirilməlidir:
- Əmək Mühafizəsi və Təhlükəsizlik Texnikası üzrə təlimatların işlənib hazırlanması və təsdiq edilməsi;
- Təlimatların proqramlarının işlənib hazırlanması və təsdiq edilməsi;
- İşçiləri öyrətmək üçün bütün mühəndis-texniki işçilərin lazım olan təlimatlarla, proqramlarla və digər əyani vəsaitlərlə təmin edilməsi.
Bütün işçilər işlərin təhlükəsiz görülməsi üzrə nəzərdə tutulmuş təlimat keçdikdən, xüsusi proqramlar üzrə istehsalat təcrübəsi əldə etdikdən və bilikləri yoxlanıldıqdan sonra sərbəst işə buraxılırlar.
Comments are closed, but trackbacks and pingbacks are open.