Myin mühafizsi v thlüksizlik texnikası qaydaları
İşçilərin sağlamlığı və həyatı üçün bilavasitə təhlükə yarandıqda həmkarlar ittifaqlarının hüququ var ki, əməyin mühafizəsi üzrə konstruksiya çatışmazlıqları olan maşınların, mexanizmlərin və digər məhsul növlərinin istehsalını, insanların sağlamlığına zərərli təsir göstərən materialların, texniki və texnoloji vasitələrin tətbiqini, habelə əməyin mühafizəsi haqqında qanunvericiliyə zidd olan işləri və müdiriyyət tərəfindən qəbul edilmiş qərarların fəaliyyətini dayandırsınlar. Həmkarlar ittifaqlarının belə hərəkətləri ilə əlaqədar müdiriyyətin etirazlarına məhkəmə qaydasında baxılır.
Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası
İşlərin Təhlükəsiz İcrası, bədbəxt hadisələrin qarşısının alınması və təhlükəsiz iş şəraitini təmin edilməsi, işçilərin sağlamlığının qorunması.
II. İSTİFADƏ SAHƏSİ
Hazırkı prosedurun tətbiq edilmə sahəsi OHSAS18001:2007 və İSO 14001:2004 beynəlxalq standartların tələblərinə cavab verən “Şirkətin adı” tərəfindən aparılan bütün sahələrin işlərini əhatə edir və bütün struktur bölmələrinə tətbiq olunur.
İşlərin Təhlükəsiz İcrasına dair bu Sistemlər, yerli qanunvericiliyin tələblərinə və normativ tələblərə riayət edilməsi məsuliyyətini ləğv etmir, əksinə onlara hər zaman əməl edilməsini nəzərdə tutur.
III. TERMİNLƏR VƏ ANLAYIŞLAR
SƏTƏMM – Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi.
İnsident/bədbəxt hadisə – İnsana, ətraf mühitə və ya müəssisəyə hər hansı bir əməliyyat nəticəsində dəymiş zədə və ziyan.
Fövqəladə hal – təbii fəlakət və ya yanğın hadisəsi.
IV. KƏSİŞƏN İSTİNADLAR
• OHSAS 18001-2007 “Keyfiyyət İdarəetmə Sistemi. Tələblər”
• Sağlamlıqın və əməyin təhlükəsizliyi üzrə siyasət (Əlavə 1.)
• Ətraf mühitin mühafizəsi siyasəti (Əlavə 2.)
• Azərbaycan Respublikasının “Texniki təhlükəsizlik haqqında” qanunu.
5.1 Xüsusi məsuliyyət növləri.
5.1.1. İşəgötürənin Bədbəxt Hadisələrin Qarşısının alınmasına ilə əlaqədar ƏMTTT (Əməyin mühafizə və texniki təhlükəsizlik üzrə təlimat) sağlamlıq və təhlükəsizliyə dair qayda və məsuliyyətlərdən xəbərdar olmaq və onlara riayət etmək.
5.1.2. İşlərin aparıldığı sahədə olan zaman sağlamlıq və təhlükəsizliyə aid olan siyasət və prosedurlara riayət olunmasını yoxlamaq. Tələblərin icrası müvəffəqiyyətli təhlükəsizlik proqramının açarıdır.
5.1.3. İş rəhbəri olaraq təmin etməlidir:
a) Təhlükəsiz iş yerlərini.
b) Təhlükəsiz iş sistemlərini.
c) Təhlükəsiz alət, avadanlıq və müvafiq sahələr üçün fərdi və kollektiv mühafizə vasitələrini.
d) Uyğun olan təlimləri.
5.2 SBR, iş icraçılarının və növbə rəhbərlərinin SƏTƏMM üzrə məsuliyyətləri və cavabdehlikləri:
5.2.1. İşçilər arasında təhlükəsizlik barədə məlumatlanmanı yaymaq.
5.2.2. İşçilərin və iş yerlərinin təhlükəsizliyinə nəzarəti həyata keçirmək.
5.2.3. Iş öncəsi təlimlərin və Riskin Qiymətləndirilməsini təmin etmək.
5.2.4. Hər kəsin təhlükəsizlik naminə əməkdaşlıq edə bilmələri üçün sağlam və düzgün mühitin inkişaf etdirilməsinə nail olmaq
5.3. İşçilərin SƏTƏMM üzrə məsuliyyətləri və cavabdehlikləri:
5.3.1. Prosedur və təlimatlara uyğun təhlükəsiz işləməyə.
5.3.2. Özünüzün və sizin gördüyünüz işin təsirinə məruz qala biləcək digər əməkdaşların Təhlükəsizliyi və Sağlamlığının qayğısına qalamağa görə məsuliyyət daşıyırlar.
5.3.3. Hər zaman işləri Prosedurlara, Risk qiymətləndirilmərinə və İşin görülmə qaydasına uyğun olaraq yerinə yetirilməli.
5.3.4. Alət və avadanlıqlarda hər hansı bir defekt olarsa və ya iş metodunda hər hansı bir uyğunsuzluq olarsa dərhal iş rəhbərlərinə və ya SƏTƏMM üzrə mütəxəssisə məlumat verilməli. Alət və avadanlıqları nəzarətsiz olaraq tərk etməməli.
5.3.5. Hər zaman Səliqə-sahmanın standartı yüksək saxlanılmalı.
5.3.6. Alət və avadanlıqlarda hər hansı bir defekt olarsa onlardan istifadə etməməli.
5.3.7. İş üçün hər zaman düzgün əl alətlərindən və avadanlıqlardan istifadə edilməli.
5.3.8. Hər zaman uyğun olan fərdi mühafizə vasitələrindən istifadə edilməli;
5.3.9. Baryerlərə və xəbərdaredici işarələrə və ümumi SƏTƏMM nişanlarına diqqət yetirilməli və riayət olunmalı.
5.3.10. İştirakçısı və ya şahidi olduğunuz bütün növ qəzalar və xətalı davranışlar barəsində, iş rəhbərlərinə və SƏTƏMM üzrə mütəxəssisə məlumat verilməli.
Bu prosedurda aşağıda göstərilən idarəetmə vasitələri nəzərə alınır:
SƏTƏMM üzrə təlimlərin və təlimatların idarə olunması prosesi.
SƏTƏMM üzrə ümumi qaydalar.
Fərdi mühafizə vasitələrin idarə olunması prosesi.
İnsidentlərin idarə olunması prosesi.
SƏTTƏM üzrə iş sahələrinin yoxlanılması prosesi.
Fövqəladə hal və qəza zamanı görüləcək tədbirlərin idarə olunması prosesi.
Tullantıların idarə olunması prosesi.
Yüksəklikdə işlərin təhlükəsiz aparılması prosesi.
6.1. SƏTƏMM üzrə təlimlərin və təlimatların idarə olunması prosesi.
6.1.1. SƏTƏMM üzrə giriş təlimatlarının idarə olunması.
“ŞIRKƏTIN ADI”-yə yeni işə qəbul edilən əməkdaşlara ümumi SƏTƏMM üzrə giriş təlimatları SƏTƏMM üzrə mütəxəssis tərəfindən hazırkı prosedura müvafiq olaraq təlimat keçirilir və “ŞIRKƏTIN ADI”. “__________ jurnalı”-nda (Əlavə __.) qeydiyyat aparılır. Yeni işə qəbul edilən əməkdaşlar giriş təlimatından keçməyincə iş yerinə buraxılmaları qəti qadağandır. Giriş təlimatlarının keçirilməsi barədə SƏTƏMM üzrə mütəxəssis tərəfindən təlimatın keçirildiyi günün sonunadək müvafiq SBR-nə elektron poçt vasitəsi ilə məlumat verilir.
6.1.2. SƏTƏMM üzrə iş yerində təlimatların idarə olunması.
“ŞIRKƏTIN ADI”-yə yeni işə qəbul edilən əməkdaşlar tərəfindən iş sahəsinə buraxıldıqdan öncə, hər üç aydan bir (hər kvartal), işçinin iş yerinin dəyişməsi ilə əlaqədar və iş şəraitinin dəyişdirilməsi ilə əlaqədar əməkdaşın ixtisasına müvafiq olaraq SƏTƏMM üzrə iş yerində təlimatları, SƏTƏMM üzrə mütəxəssis tərəfindən “ŞIRKƏTIN ADI”. Əməyin Mühafizəsi və texniki təhlükəsizlik üzrə təlimatlar”-ına müvafiq olaraq təlimat keçirilir və “ŞIRKƏTIN ADI” “______________________”-nda qeydiyyat aparılır.
6.1.3. Yanğın təhlükəsizliyi təlimlərinin idarə olunması.
“ŞIRKƏTIN ADI”-nin əməkdaşlarına hər altı aydan bir yanğın təhlükəsizliyi mövzusunda SƏTƏMM üzrə mütəxəssis tərəfindən “ŞIRKƏTIN ADI” – Əməyin Mühafizəsi və texniki təhlükəsizlik üzrə təlimatlar”-ına müvafiq olaraq təlimlər keçirilir və “ŞIRKƏTIN ADI”.”___________ jurnalı”-nda müvafiq qeydlər aparılır.
Sahədə yanğın aşkar edildikdə tələb edilən tədbirlər:
a) Yanğın həyəcan siqnalı qaldırılmalıdır.
b) Yanğın haqda dərhal iş rəhbərinə, SƏTƏMM şöbəsinə və mühafizə xidmətinə məlumat verilməlidir.
c) Yanğının söndürülməsi təhlükəsiz olduqda və odsöndürəndən necə istifadə etməyə dair təlim keçdikdə yanğınla mübarizə aparıla bilər.
d) Yanğın haqda sahə fövqəladə hallar üzrə istifadə edilən nömrəyə məlumat verilməlidir.
6.1.4. İlk tibbi yardım təlimlərinin idarə olunması.
“ŞIRKƏTIN ADI”-nin əməkdaşlarına hər altı aydan bir yanğın təhlükəsizliyi mövzusunda SƏTƏMM üzrə mütəxəssis tərəfindən İlk tibbi yardım təlimi təlimlər keçirilir və “ŞIRKƏTIN ADI”.”___________ jurnalı”-nda müvafiq qeydlər aparılır.
6.1.5. Təlimlərin effektivliyinin və işçilərin SƏTƏMM üzrə biliklərin yoxlanılmasının idarə olunması.
“ŞIRKƏTIN ADI”-nin əməkdaşlarına hər bir ildən bir keçirilən təlimlərin effektivliyinin və işçilərin biliklərin yoxlanılması ilə əlaqədar hər bir işçiyə keçirilən təlim mövzusu ilə bağlı suallar test variantında təqdim olunur “ŞIRKƏTIN ADI”. (Əlavə __.) ;”ŞIRKƏTIN ADI”.NVTİTBYV. (Əlavə ___.) Biliklərin yoxlanılmasından sonra səmərəli olduğu halda işçi işə buraxılır. Bilikləri səmərəli olmadığı halda SƏTƏMM üzrə mütəxəssis tərəfindən elektron poçt vasitəsi ilə müvafiq SBR-nə məlumat verilir və işçi yenidən təkrarən müvafiq təlimlərdən keçirilir və bir daha bilikləri yoxlanıldıqdan sonra səmərəli olmadığı halda keyfiyyət və SƏTTƏM şöbəsinin müdiri tərəfindən müvafiq qərarın verilməsi ilə əlaqədar İdarə rəisinə həmin işçi barədə təqdimat təqdim olunur.
6.2. SƏTƏMM üzrə ümumi qaydalar.
6.2.1. Spirtli İçki və Narkotik Vasitələrə Dair Siyasət
“ŞIRKƏTIN ADI”-nin bütün işçilərinin sağlamlığı, təhlükəsizliyi üçün Spirtli İçkilərdən sui-istifadə Siyasəti həyata keçirib. Bütün “ŞIRKƏTIN ADI”-nin işçiləri və sub-podratçılar aşağıda göstərilən tələblərə riayət etməlidirlər:
a) “ŞIRKƏTIN ADI” istehsalat sahəsində heç bir insan (işçi, qonaq və ya sub podratçı) spirtli içkilər, narkotik vasitələr, qeyri-qanuni dərmanlar və nəzarət olunan maddələrdən istifadə edə, onu sata , alə keçirə, qəbul, təsiri altında və ya onu əldə edə bilməz.
b) Orqanizmində qeyri qanuni dərman və ya spirtli içki təsiri olan İşçilər, “ŞIRKƏTIN ADI”-nin iş sahəsinə və ya işə buraxılmayacaqlar. Heç bir şübhənin qalmaması üçün sahə həkimi işçini müayinə edəcək. Həkimin qərarını və ya testin nəticəsini qəbul etməyə etiraz edən işçiyə qarşı nizam-intizam tədbirləri görüləcək. Narkotik vasitələr və Spirtli içkilərdən istifadə qanunlarını pozan şəxsə qarşı nizam- intizam tədbirləri görüləcək.
İşçinin orqanizmində hər hansı bir narkotik vasitənin və spirtli içkinin olduğunu müəyyən etmək üçün nümunəvi testlər həyata keçirilə bilər.
6.2.2. “ŞIRKƏTIN ADI”-nə məxsus Nəqliyyat vasitələrinin Sürücülərinə və Sərnişinlərinə ümumi SƏTƏMM üzrə tələblər.
Aşağıda göstərilənlər “ŞIRKƏTIN ADI”-yə məxsus olan nəqliyyat vasitələrinin bütün sürücüləri və sərnişinləri riayət etməlidirlər:
a) Nəqliyyat vasitələri idarə olunarkən “ŞIRKƏTIN ADI”-nin bütün quraşdırılmış nişanlarına və “Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanun” na riayət olunmalıdır.
b) Bütün hadisələri, qəzaları dərhal Nəqliyyat mütəxəssisinə, SƏTƏMM üzrə mütəxəssisə, məruzə etməli və hər hansı bir tədqiqat zamanı “ŞIRKƏTIN ADI” və səlahiyyətli şəxslər ilə əməkdaşlıq etməlidirlər.
c) Nəqliyyat vasitələrində olarkən siqaret çəkmək, qida qəbul etmək qəti qadağandır.
d) Sərnişin daşıyan nəqliyyat vasitəsində ayaqüstü gediş üçün yerlər nəzərdə tutulmayıbsa sərnişinlərin ayaqüstü gedişləri qəti qadağandır.
e) Nəqliyyat vasitələrinin sürücüləri nəqliyyat vasitələrini idarə edərkən mobil telefondan istifadə etməməli, musiqiyə qulaq asmamalı, təhlükəsizlik kəmərlərini bağlamalı və nəqliyyat vasitəsində olan sərnişinlər tərəfindən təhlükəsizlik kəmərlərinin bağlanmasını tələb etməli. Təhlükəsizlik kəmərləri hər hansı bir şəxs(sərnişin) tərəfindən bağlanmadığı halda nəqliyyat vasitəsinin hərəkəti qəti qadağandır.
f) Yekün və ya avadanlığın hissələrini təhlükəsiz vəziyyətdə yerləşdirməlidir ki, təhlükə potensialı yaratmasın.
g) Sərnişinlər elə davranmalıdırlar ki, sürücünün diqqəti yayınmasın.
h) Nəqliyyat vasitələrinin və sərnişinlərin təhlükəsizliyini saxlamaq üçün sürücüdən düzgün göstərişlər almalı və maşın dayanmamış, oturacaqdan qalxmamalı və təhlükəsizlik kəmərini açmamalı.
6.2.3. Bəzək Əşyalarına dair SƏTƏMM üzrə tələblər.
Bəzək əşyaları siyasəti ofisdən kənar bütün iş yerlərində həyata keçirilir. Buna aşağıda göstərilən bəzək əşyaları aiddir :
a) ÜZÜKLƏR: Bunlar təmamilə çıxarılmalıdırlar.
b) QULAQ/ ÜZ zinət əşyaları: Çıxarılmalı və ya tamamilə örtülməlidir.
c) SAATLAR/ QOLBAĞLAR: Müvafiq qayışla (dəri qayışla və ya dəmir qayış elə olmalıdır ki, açılarkən tamamilə çıxsın) bağlanan saatlar geyinilə bilər, qolbağılar isə çıxarılmalıdır.
d) BOYUNBAĞLAR: Tamamilə çıxarılmalıdır və ya paltarın altında gizlədilməlidir.
e) BROŞKALAR (BƏZƏK SANCAĞI): Tamamilə çıxarılmalı və ya paltarın altında gizlədilməlidir
6.2.4. ““ŞIRKƏTIN ADI”” Yeməkxanasına dair SƏTƏMM üzrə tələblər.
Ərzaqdan zəhərlənmə riskinə görə Sahədə yeləsən Yeməkxanadan kənarda ərzağın yeyilməsinə icazə verilmir.
Hər zaman yeməkxanaya getməzdən öncə əllərinizi yuyun.
6.2.5. “ŞIRKƏTIN ADI”-nə məxsus sahələrdə siqaret çəkmək qaydaları.
Siqaret çəkmək, yalnız işarələrlə xüsusi təyin olunmuş yerlərdə icazə verilir.
Ofis otaqlarında, yeməkxanada, istehsalat sahəsində və qapalı yerlərdə siqaret çəkmək qəti qadağandır.
Alışqan materialların yaxınlığında və qaz borularının, yanacaq saxlanma yerlərinin, nəqliyyat vasitələrinin dayanacağında siqaret çəkmək qəti qadağandır
Qapalı Ərazi sayıla bilən heç bir ərazidə siqaret çəkməyə icazə verilməyəcək.
Siqaret çəkmək qaydalarına əməl etməyənlər barəsində nizam-intizam tədbirləri görüləcək.
6.2.6. Ofislərdədə SƏTƏMM qaydaları.
a) Bütün elektrik avadanlıqları yararlı, elektrik sahələri üzrə səlahiyyətli şəxslər tərəfindən yoxlamadan keçmiş və işarələnmiş vəziyyətdə olmalıdır.
b) Səlahiyyəti olmayan şəxslər elektrik avadanlıqlarına zərər vura bilərlər.
c) İstifadə edilməyən avadanlıqlar elektrik şəbəkəsindən ayrılmalıdırlar.
d) Xarab olmuş avadanlıqlar barəsində elektrik sahələr üzrə səlahiyyətli şəxslərə məlumat verilməlidir.
a). Hər zaman sürahilərdən tutulmalıdır.
b). Pilləkənlərdən istifadə edərkən qaçmaq qəti qadağındır və pillələrdən yalnız bir-bir qalxın/enilməlidir.
c). Pilləkənlərdən qalxıb-enərkən mobil telefondan istifadə edilməməlidir.
d). Qadınlar- ayaqqabıların dabanları 5 sm-dən yüksək olmamalıdır.
Ümumi
a). Bütün quraşdırılmış təhlükəsizlik işarələrinə riayət edin
b). Ofislərdə mebellərin yerlərini dəyişdirmək üçün, Ümumi Şöbəyə bildirin
c). Mikro Dalğalı sobada heç bir şey qaynatmanın
d). Ağır və yöndəmsiz əşyaları əllə qaldırmaqdan çəkinin, mümkündürsə qaldırıcı avadanlıqdan istifadə edin
Ətraf mühit məsələlərinə daxildir – tullantıların idarə olunması, enerjiyə və suya qənaət
a). Kağızları, kartonları və istifadə olunmuş kartricləri yenidən emal olunması üçün yığmalı.
b). Elektrik avadanlıqları və işıqlar iş yeri tərk edilərkən söndürülməli.
c). Pəncərələr açıq olduğu halda kondisionerlərdən və isidicilərdən istifadə olunmamalıdır.
6.2.7. Nərdivan və ayaq altılarının təhlükəsiz istifadə qaydaları:
Nərdivandan təhlükəsiz istifadə etmənin yeddi qaydası mövcuddur:
a) Ayaqaltı / nərdivan yarlıklarının yaşıl olduğuna diqqət yetiriləməlidir.
b) Nərdivanın quraşdırıldığı ərazinin tullantılardan təmiz olduğu yoxlanılmalıdır.
c) Nərdivanla daim 3 təmas nöqtəsi qurulmalıdır (2 ayaq və bir əl, və ya iki əl və bir ayaq).
d) Nərdivanın üstündə olarkən heç vaxt əli ilə heç bir əşya daşınmamalıdır.
e) Yıxılmadan qorunma sistemi olmadan nərdivanlardan istifadə edilməməlidir.
f) Nərdivanın üstündə hər zaman yalnız bir nəfər olmalıdır.
g) Hər hansı bir nərdivana çıxmazdan öncə, həmişə çənə kəmərlərinizi qoruyucu dəbilqənizə bərkidin.
6.2.8. Yükqaldırma əməliyyatları ilə əlaqədar SƏTƏMM üzrə qaydalar.
Yükqaldırma avadanlıqlarını gündəlik olaraq qüsurlara, hörüklərin açılmasına və çıxıntılara görə yoxlanmalıdırlar.
Təhlükəsiz İş yükündən daha zəif yükqaldırma avadanlığından istifadə etmək qəti qadağandır.
Yalnız “ŞIRKƏTIN ADI” tərəfindən verilən strop və yükqaldırma ləvazimatlarından istıfadə edilməlidir.
İstifadədən öncə avadanlıq gözlə yoxlanılmalıdır
Yükqaldırma ərazisində, sədd (baryer) çəkilməlidir və siqnalçının
göstərişlərinə əməl edilməlidir.
6.2.9. Elektrik alət və avadanlıqları ilə əlaqədar SƏTƏMM üzrə qaydalar.
Bütün elektrik avadanlıqları, təlim keçmiş və səriştəli şəxslər tərəfindən vaxtaşırı yoxlanılmalıdırlar və təmir edilməlidir.
Bütün daşınıla bilinən elektrik alət və avadanlıqları 110 volt olmalıdırlar.
Elektrik alətini istifadə etməyə səlahiyyəti çatan şəxs istifadədən öncə və onun üzərində yoxlama birkası qüvvədə olduğunu yoxlamalıdır.
Zədələnməsi və ya nasaz vəziyyətdə olması və üzərində yoxlama birkası olmayan avadanlıq dərhal anbara qaytarılmalıdır.
Bütün elektrik alət və avadanlıqlar düzgün şəkildə torpaqlanmalıdırlar.
Elektrik alətləri istifadə edilmədikdə cərəyandan ayrılmalıdır.
Bütün elektrik avadanlıqlarını və dəstlərini, müəyyən etmək üçün müvafiq vasitələr təmin edilməlidir, xüsusilə də eyni işdə iki və ya üç yüksək volt bir yerdə istifadə olunduqda.
Elektriklə bağlı qəzalar üç faktorun kombinasiyasından meydana çıxır:
1. Alətlərin təhlükəli quraşdırılması.
2. İş sahəsi/ətraf mühit təhlükəsi.
3. Təhlükəli işləmə vərdişi.
6.2.10. Əl alətlərinin istifadəsi ilə əlaqədar SƏTƏMM üzrə qaydalar.
Bütün əl alətləri işə başlamazdan öncə gözlə yoxlanılmalıdır.
Bütün nasaz alətlər haqda dərhal iş rəhbərinə məruzə edilməli və dəyişdirilməlidir.
Bu sahədə “Əllə düzəldilən” heç bir alətdən istifadə olunmamalıdır.
Müvafiq İş üçün düzgün alətdən istifadə edilməlidir.
Yerinə asmazdan öncə alətlər yoxlanılmalıdırlar və təmizlənməlidirlər.
Əgər əmin deyilsinizsə, hər zaman iş rəhbərinizə və SƏTƏMM üzrə mütəxəssisdən soruşun.
6.2.11. Təhlükəli (kimyavi) maddələrin istifadəsi ilə əlaqədar SƏTƏMM üzrə qaydalar.
Kimyəvi və diqər maddələr əgər nəzarətsiz olarlarsa, çox təhlükəli ola bilərlər.
Kimyəvi və diqər maddələrdən istfadə etməzdən öncə istehkaçı tərəfindən qeyd olunan materialların təhlükəsiz istifadə göstəriciləri (MSDS) ilə tanış olunmalı. Həmin maddələri istifadə edərkən aşağıda qeyd olunan fərdi mühafizə vasitələrindən istifadə olunmalıdır:
1. Dəbilqə
2. Kimyəvi əlcək
3. Üz qoruyucusu
4. Respirator
Bütün kimyavi qabların üzərində tərkibinə uyğun işarələndiyinə əmin olun.Bura müvəqqəti konteynerlərdə daxildir.
6.2.12. Təhlükəsizlik nişanları.
Ümumilikdə təhlükəsizlik nişanları rəng və mənaca dörd növ olurlar:
1. Qırmızı nişanlar – Qadağan edici nişanlardır.(yanğın avadanlıqlarını bildirən nişanlar istisna olmaq ilə)
2. Yaşıl nişanlar – Təxliyyə mənalı, tibbi məntəqənin, tibbi ləvazimatların yerləşdiyi yerlərini bildirən və icazə verici nişanlardır.
3. Sarı nişanlar – Xəbərdaredici nişanlar.
4. Mavi nişanlar – tələbedici nişanlardır.
6.2.13. Yanğın Təhlükəsizliyi.
Yanğının baş veməsi üçün üç faktorun bir yerdə olması vacibdir:
1. Alovu qızışdırmaq üçün kifayyət qədər Oksigen,
2. Materyalları temperaturunu yanma nöqtəsinə çatdıraçaq qədər İstilik,
3. Bir az Yanacaq vəya Tezalışan material,
Bu üçündən birinin olmaması yanğın təhlükəsini yox edir !
Yuxarda qeyd olunanların birlikdə kombinasiyası eksotermik reaksiyaya səbəb olaraq yanğınla nəticələnir.
İş sahələrində yanğına səbəb olan əsas faktorlar:
• Elektrik avadanlıqlarından düzgün istifadə etməmə.
• Siqaret çəkərkən diqqətsizlik.
• İsidicilərdən istifadə edərkən diqqətsizlik.
• Tezalışan materialların saxlanılması və istifadəsi qaydalarının pozulması.
• İş yerində təmizliyin olmaması.
Elektrik Avadanlıqları İş Yerlərində yanğına səbəb olan ən Böyük Amildir .
Müvəqqəti kabellərdən istifadə etmək qəti qadağandır.
Motorları artıq yükləmək, çıxışları tutmaq qəti qadağandır.
İsidiciləri və avadanlıqları işlək vəziyyətdə qoyub getmək/gecə söndürməmək qəti qadağandır.
Yanğın baş verdikdə əməl edilməli olan prosedur qaydaları:
• Sizin ilk işiniz Həyacan Siqnalı qaldırmaq olmaıdır.
• Yanğının səbəbini bilmirsinizsə söndürməyə çalışmayın.
• Yanğına qarşı mübarizə təhlükəli deyilsə və siz müvafiq təlim almısınızsa odu söndürə bilərsiniz.
• Elektrik avadanlıqlarını söndürün qaz balonlarını bağlayın.
6.2.14. “ŞIRKƏTIN ADI”-nin iş sahələrində ümumi qadağa qaydalar.
1. İşdə tələsdirmək və tələsmək qadağandır.
2. Dalaşmaq və kobud davranmaq qadağandır.
3. Sahədə silah qadağandır.
4. Spirtli içki/narkotik vasitələr qadağandır.
5. Qumar oynamaq qadağandır.
6. Avtomobil sürərkən mobil telefondan istifadə etmək qadağandır.
7. İcazəsiz foto və ya video kamera gətirərək çəkiliş əməliyyatlarını həyata keçirmək qadağandır .
8. Ofislərdə, yeməkxanada, sexlərdə, qaz balonlarının yanında, yanacaq doldurma yerlərində siqaret çəkmək qəti qadağandır.
6.3. Fərdi mühafizə vasitələrinin idarə olunması prosesi.
“ŞIRKƏTIN ADI”-nə məxsus bütün iş sahələrində olarkən işçilər, qonaqlar və sub-podratçılar tərəfindən iş sahəsinə və yerinə yetirilən işin xüsusiyətinə müvafiq olaraq fərdi mühafizə vasitələrindən istifadə olunmalıdır. İş sahələrində bütün işçilər, sub-podratçılar və qonaqlar tərəfindən minimum fərdi mühafizə vasitəsindən (təhlükəsilik dəbilqəsi, təhlükəsizlik eynəkləri və təhlükəsizlik ayyaqabıları) istifadə olunmalıdır.
Fərdi mühafizə vasitəsi (FMV) – istifadəçənin sağlamlığını qorumaq üçün nəzərdə tutulub. Bunlara aiddir: təhlükəsizlik dəbilqələri, təhlükəsizlik ayyaqabıları, təhlükəsizlik eynkləri, təhlükəsizlik maskaları, əlcəklər, respiratorlar, təhlükəsizlik kəmərləri.
Başın mühafizəsi – Təhlükəsizlik dəbilqəsi
Gözlərin mühafizəsi – Təhlükəsizlik eynəkləri
Ayyaqların mühafizəsi – Təhlükəsizlik ayaqqabıları
Qullaqların mühafizəsi – Qullaqçıqlar
Yıxılmaların qarşısının alınması – Təhlükəsizlik kəmərləri
Nəfəs boruların və ağ ciyərlərin mühafizəsi – Respiratorlar
Üzün qorunması – Təhlükəsizlik maskası
Fərdi mühafizə vasitələrinin istifadəçiləri müvafiq təlim keçməlidirlər və FMV-nin istifadələri haqqda müvafiq məlumatlı olmalıdırlar. Məlumata aşağıda qeyd olunanlar aiddir:
Təhlükə və riskləri anlamalıdırlar və onlara qarşı hansı növ FMV-nin istifadə edilmələri barədə bilməlidirlər.
Necə və nə zaman FMV istifadə olunmalıdır.
FMV-ndə uyğunsuzluqları barədə məlumatlı olmalıdırlar.
FMV-ni daimə istifadədən öncə yoxlamalıdırlar.
Aşkar olunan uyğunsuzluq barədə kimə və nə zaman məlumat bildirlməliir.
FMV-nin saxlanılması istehkaçı tərəfindən təyin olunmuş qayda əsasında saxlanılmalıdır. FMV-ri “ŞIRKƏTIN ADI”.FMVİM-nə müvafiq olaraq işçilərə təqdim olunur. Keyfiyyət və SƏTƏMM şöbəsi tərəfindən onların istifadəsinə nəzarət olunur, və tələb olunduğu halda yeni FMV-rinin alınması ilə əlaqədar sifariş olunur.
6.4. İnsidentlərin idarəolunması prosesi.
Zədə ilə nəticələnən, nə qədər kiçik olsa belə, həttda ilk yardım müayinəsi tələb etməyən bütün hadisələr iş rəhbərlərinə , SƏTƏMM üzrə mütəxəssisə və mühafizə xidmətinə dərhal bildirilməli:
a) Maddi zərər,Ətraf mühitə zərbənin daxil olduğu bütün hadisələr.
b) Müəyyən şəraitdə hadisə ilə nəticələnmə potensialı olan bütün başverməsi ehtimal olunan hadisələr.
c) Sağlamlıqla bağlı bütün hadisələr.
“ŞIRKƏTIN ADI”-yə məxsus olan iş sahələrində işçi, sub-pordatçı və ya qonaqlarlar tərəfindən insidentin iştirakçısı və ya şahidi olduğu halda:
a) Heç vaxt özünüzü risk altına qoymayın!
b) Heç vaxt zədə alan şəxsi tərpətməyin, çünki bu digər zədələnməyə səbəb ola bilər, həmin şəxsin həyatının risk altında olması halı istisna olmaqla!
c) Heç vaxt yanğınla mübarizə etməyin, bunu etmək təhlükəsiz olduqda və onunla necə mübarizə aparmağı bilmək halları istisna olmaqla!
d) Heç vaxt qəza/hadisənin baş verdiyi yerdə dəyişiklik etməyin, tədqiqat tamamlanana qədər həmin yerə sədd (bariyer) çəkilməlidir!
İnsidentlərin araşdırılması və qeydiyyatı:
_____________________________________________________
6.5. SƏTƏMM üzrə iş sahələrinin yoxlanılması prosesi.
İş yerlərinin, iş sistemlərinin təhlükəsiz vəziyyətdə olmasının, işçilərin SƏTƏMM üzrə qaydalara riayət olunmasının yoxlanılması və müvafiq düzəldici tədbirlərə ehtiyac olub olmamasını müəyyən etmək məqsədi ilə Keyfiyyət və SƏTƏMM şöbəsinin əməkdaşları tərəfindən SƏTƏMM üzrə iş sahələrini yoxlanılması həyata keçirilir.
SƏTƏMM üzrə iş sahələrinin yoxlanılması planlı və qeyri-planlı keçirilə bilər:
• Planlı SƏTƏMM üzrə iş sahələrinin yoxlanılması:
• Qeyri-planlı SƏTƏMM üzrə iş sahələrinin yoxlanılması:
6.6. Fövqəladə hal və qəza zamanı görüləcək tədbirlərin idarəolunması prosesi.
Fövqəladə hal və qəza – Təbii fəlakətlər və yanğın baş verdiyi hallar deməkdir.
Fövqəladə hal və qəza baş vedriyi halda ilkin görüləcək tədbirlərin ətraflı təsviri ____________ göstərilib.
Fövqəladə hal və ya qəza zamanı ilkin tədbirlər:
a) Həyacan siqnalı eşitdikdə, iş sahənizi təhlükəsiz edin və birbaşa toplanma məntəqəsinə gedilməlidir.
b) Toplanma məntəqəsi inzibati binanı ön hissəsində yerləşir.
c) Mümkün olan yerdə sahə evakuasiya yolundan istifadə edilməlidir.
d) Toplanma ərazisinə gələrkən toplanma məntəqəsi üzrə nəzarətçiyə məruzə edilməlidir.
e) Toplanma Məntəqəsinin nümayəndəsi, sizin oranı tərk etməyinizi bildirməyinə və ya digər göstərişlər verməyənə qədər oranı tərk etmək qadağandır.
f) Toplantı Məntəqəsinin nümayəndəsi siqaret çəkməyin təhlükəsiz olduğunu bildirməyənə qədər bunu etmək qadağandır.
g) Toplantı Məntəqəsindən heç bir yerə getmək qadağandır.
6.7. Tullantıların idarə olunması prosesi.
Ətraf mühitin (flora və fauna) mühafizəsi ilə əlaqədar tullantıların idarə olunması həyata keçirilməlidir. “ŞIRKƏTIN ADI”-nə məxsus olan iş sahələrində tullantılar təyin olunmuş yerlərə və qutulara atılmalıdırlar. Bütün növ tullantıların bir yerə yığılması təhlükəlidir. Bunun ilə əlaqədar sahədə olan tullantı üçün nəzərdə tutulan tullantı qutularının üzərində seqriqasiya məqsədi ilə tullantı növləri qeyd olunub. Tullantıların ərazidən çıxarılması və qanunvericiliyə uyğun utilizasiya ilə əlaqədar müvafiq utlizasiya ilə məşqul olan qurumlar ilə müqavilələr əsasında həyata keçirilir.
.
6.8. Yüksəklikdə işlərin təhlükəsiz aparılması prosesi.
Yerin səviyyəsindən yüksək və aşağı səviyyədə olmasından asılı olmayaraq insanın oradan yıxılaraq zədə ala biləcəyi yer “yüksək” yerdir.
Yüksəklikdən yıxılmanın bütün sənaye bölümələrinə təsiri var. Ölüm zədələnməsinə səbəb olan hal kimi geniş vüsət alıb. Əsas zədələnmələrə səbəb olan ikinci amildir. Bu zədələrin böyük əksəriyyəti iki (2) metrdən aşağı məsafədən yıxılmanın nəticəsində yaranır.
Yüksəklikdə çalışan və yıxılmalara qarşı qoruyucu vasitələrdən istifadə etmək məcburiyyətində olan bütün işçilər “ŞIRKƏTIN ADI”-nin iş sahələrində lazımı təlimdən keçməlidirlər. Yüksəklikdə işi davam etdirə bilmək üçün qoruyucu kəmər düzgün ankor nöqtəsinə bərkidilməlidir. Mümkün olduğu hallarda işlər yüksəklikdə görülməməlidir. Yüksəklikdə görülən işlər zamanı lazımı və hərtərəfli risk dəyərləndirilməsi aparılmalıdır.
Siz aşağıdaki qaydalardan xəbərdar olmalısınız:
a) Yüksəklikdə görülən işlər zamanı, tələblərə uyğun gəlməyən əməllərə görə, heç bir güzəşt olunmayaca.
b) “ŞIRKƏTIN ADI”-nə məxsus iş sahəsində yüksəklikdə işləri aparan şəxslər tam bağlama qaydasının tələblərindən xəbərdar olmalıdırlar.
c) Yüksəklikdə işləyərkən qaydaların tələblərinə uyğun şəkildə işlərin aparılmaması müəyyən edilərsə ciddi qayda pozuntusu kimi qeydə alınaraq müvafiq qərar əsasında tənbeh ilə nəticələnməlidir.
7.1. “SƏTƏMM-nin idarə olunması proseduru” “ŞIRKƏTIN ADI”-nin cəmiyyətin hüquqşünası tərəfindən razılaşdırılır və baş direktoru tərəfindən təsdiqlənir. Keyfiyyət və SƏTƏMM şöbəsinin müdiri tərəfindən nəzarət olunan sənəddir. Sənədlərin,yaradılması yenilənməsi, dəyişdirilməsi və məhv olunması barədə Keyfiyyət və SƏTƏMM şöbəsinin əməkdaşı şirkətin bütün struktur bölmələrin nəzərinə çatdırır. Bildiriş elektron poçt vasitəsi ilə həyata keçirilir.
7.2. Aktual olan sənədin elektron nüsxəsi Keyfiyyət və SƏTƏMM şöbəsində və “Public folder”- da saxlanılır.
7.3. Struktur bölmələrinin tələbləri əsasında, Keyfiyyət və SƏTƏMM şöbəsinin müdiri tərəfindən razılaşdıraraq, nəzarət olunan sənədlər Keyfiyyət və SƏTƏMM şöbəsinin əməkdaşı tərəfindən təqdim edilə bilər.
Myin mühafizsi v thlüksizlik texnikası qaydaları
Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı (Dərc olunma tarixi: 30-11-1992, Nəşr nömrəsi: 22, Maddə nömrəsi: 945)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
Əməyin mühafizəsi haqqında [1]
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun işləyənlərin əməyinin mühafizəsi hüququnun həyata keçirilməsini təmin etməyə yönəldilmişdir, respublikada əməyin mühafizəsi işinin təşkilinin vahid qaydasını müəyyən edir və tabeliyindən, mülkiyyət formasından və təsərrüfat fəaliyyətindən asılı olmayaraq bütün nazirliklərə, baş idarələrə, korporasiyalara, konsernlərə, assosiasiyalara, birliklərə, müəssisələrə, idarələrə, təşkilatlara, kooperativlərə, kolxozlara, sovxozlara, fermer təsərrüfatlarına və başqa təsərrüfat idarəetmə orqanlarına * şamil edilir.
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əməyin mühafizəsi anlayışı
Əməyin mühafizəsi müvafiq qanunvericilik aktları və digər normativ aktlar əsasında fəaliyyət göstərən sosial-iqtisadi, təşkilati, texniki, sanitariya-gigiyena və müalicə-profilaktik tədbirlərin və vasitələrin elə bir sistemidir ki, əmək fəaliyyəti prosesində insanın təhlükəsizliyini, sağlamlığının və iş qabiliyyətinin qorunmasını təmin edir.
Maddə 2. Əməyin mühafizəsi hüququ
Azərbaycan Respublikasının vətəndaşları və xarici vətəndaşlar respublikanın bütün ərazisində əmək fəaliyyəti prosesində əməyin mühafizəsi, həyatın və sağlamlığın qorunması hüququna malikdirlər.
Maddə 3. Əməyin mühafizəsi haqqında qanunvericilik
Əməyin mühafizəsi haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının digər qanunvericilik aktlarınn və bunlara müvafiq surətdə qəbul edilən normativ aktlardan, Azərbaycan Respublikasının təsdiqlədiyi beynəlxalq normativ-hüquq aktlarından və dövlətlərarası müqavilələrdən ibarətdir.
Bundan sonra “müəssisələr və təşkilatlar adlandırılacaq.
İşçilərin əməyinin mühafizəsi hüququ üçün başqa qanunvericilik aktlarında müəyyən edilmiş təminatlar bu Qanunda nəzərdə tutulmuş müvafiq təminatlardan aşağı olmamalıdır. Bu Qanuna zidd olan aktlar etibarsız sayılır.
Əməyin mühafizəsi üzrə qanunlar, standartlar, normalar, qaydalar, təlimatlar bütün müəssisələr və təşkilatlar, onların vəzifəli şəxsləri, işverənlər və işçilər üçün məcburidir.
Maddə 4. Əməyin mühafizəsi haqqında qanunvericiliyin qüvvəsi
Əməyin mühafizəsi haqqında qanunvericiliyin qüvvəsi müxtəlif mülkiyyət və təsərrüfatçılıq formalarına məxsus müəssisələr, idarələr və təşkilatlar ilə, o cümlədən ayrı-ayrı işçitutanlarla əmək münasibətlərində olan bütün işçilərə; kooperativlərin üzvlərinə, istehsalat təcrübəsi keçən ali, orta ixtisas, texniki peşə və ümumtəhsil məktəblərinin tələbə və şagirdlərinə, müəssisələrdə işə cəlb edilən hərbi qulluqçulara, məhkəmənin hökmü ilə cəza çəkən şəxslərə— onlar islah-əmək müəssisələrində və ya hökmlərin icrasını həyata keçirən orqanların müəyyənləşdirdiyi müəssisələrdə işlədikləri dövrdə, həmçinin cəmiyyətin və dövlətin mənafeyi naminə təşkil olunan əmək fəaliyyətinin digər növlərinin iştirakçılarına şamil edilir.
Maddə 5. Əməyin mühafizəsi sahəsində dövlət siyasətinin əsas prinsipdən
Öz hakimiyyət və idarəetmə orqanlarının simasında Azərbaycan Respublikası həmkarlar ittifaqlarının və zəhmətkeşlərin, sahibkarların digər nümayəndəli təşkilatlarının iştirakı ilə əməyin mühafizəsi sahəsində dövlət siyasətini hazırlayır, həyata keçirir, vaxtaşırı dəyişdirir və bu zaman aşağıdakı prinsiplərə əsaslanır:
bütün qanunvericilik, icra hakimiyyəti orqanlarının, nəzarətçi idarəetmə orqanlarının, nazirliklərin, baş idarələrin, xidmətlərin, yerli özünüidarə orqanlarının, müəssisələrin və təşkilatların əmək şəraitinin və əməyin mühafizəsinin yaxşılaşdırılmasına, istehsalat zədələrinin və peşə xəstəliklərinin qarşısının alınmasına yönəldilmiş fəaliyyət birliyi;
işçinin həyat və sağlamlığının müəssisənin istehsal fəaliyyətinin nəticələrindən üstün tutulması;
əməyin mühafizəsi sahəsində fəaliyyətin iqtisadi və sosial siyasətin digər istiqamətləri ilə, ətraf mühitin mühafizəsi sahəsində fəaliyyətlə əlaqələndirilməsi;
mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq bütün müəssisələr və təşkilatlar üçün əməyin mühafizəsi sahəsində vahid tələblərin müəyyən edilməsi;
əməyin mühafizəsi tələblərinin bütün müəssisələrdə və təşkilatlarda yerinə yetirilməsinə müstəqil və səmərəli nəzarətin həyata keçirilməsi;
əməyin mühafizəsi sahəsində elm və texnika nailiyyətlərindən, qabaqcıl təcrübədən, o cümlədən xarici ölkələrin nailiyyətlərindən və təcrübəsindən geniş istifadə edilməsi, təhlükəsiz texnikanın və texnologiyanın, işləyənləri mühafizə vasitələrinin hazırlanmasının və tətbiqinin həvəsləndirilməsi;
müəssisələrdə və təşkilatlarda sağlam və təhlükəsiz əmək şəraiti yaradılmasına kömək göstərən vergi siyasətinin yeridilməsi;
əməyin mühafizəsinin maliyyələşdirilməsində dövlətin iştirakı;
işçilərin xüsusi geyim və ayaqqabı, digər fərdi mühafizə vasitələri ilə, müalicə-profilaktik yeməklə pulsuz təmin edilməsi;
ali və orta ixtisas məktəblərində əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanması;
istehsalatda baş vermiş hər bir bədbəxt hadisənin, peşə xəstəliyinin hökmən təhqiq edilməsi, uçota alınması və təhlil edilməsi və bunun əsasında istehsalatda zədələnmələrin və peşə xəstəliklərinin səviyyələri barədə əhaliyə məlumat verilməsi;
istehsalatda bədbəxt hadisələrdən zərər çəkmiş və ya peşə xəstəliklərinə tutulmuş işçilərin mənafelərinin sosial müdafiəsi;
həmkarlar ittifaqlarının, digər ictimai təşkilatların, müəssisələrin və ayrı-ayrı şəxslərin əməyin mühafizəsini təmin etməyə yönəldilmiş fəaliyyətinə hərtərəfli yardım olunması;
əməyin mühafizəsi məsələlərinin həllində beynəlxalq əməkdaşlıq.
Maddə 6. Əməyin mühafizəsi problemlərinə dair qərarların hazırlanmasında və qəbul
edilməsində ictimai təşkilatların iştirakı
Müəssisələr, mütəxəssislər, vətəndaşlar əməyin mühafizəsi problemlərini həll etmək üçün birləşərək Azərbaycan Respublikasının ictimai təşkilatlar haqqında qanunvericiliyinə müvafiq surətdə fəaliyyət göstərən ictimai təşkilatlar yarada bilərlər.
Dövlət və təsərrüfat idarəetmə orqanlarını, nəzarət orqanları, habelə müəssisələr bu təşkilatlara hərtərəfli kömək göstərir və əmək mühafizəsinin təmin edilməsi məsələlərinə dair qərarları işləyərkən və qəbul edərkən onların təkliflərini və tövsiyələrini nəzərə alır.
Maddə 7. Beynəlxalq müqavilələr və sazişlər yerinə yetirilərkən əməyin mühafizəsi
Azərbaycan Respublikasının müəssisələri və vətəndaşları beynəlxalq müqavilələr və sazişlər əsasında xaricdə işləyərkən əməyin mühafizəsi üzrə tələblər müəyyən edilməyibsə, bu müqavilələrdə və sazişlərdə nəzərdə tutulmuş tələblər tətbiq edilir.
Azərbaycan Respublikasının müəssisələrində işləyən xarici vətəndaşların əməyinin mühafizəsi sahəsində münasibətlərin tənzimlənməsi xüsusiyyətləri əlaqədar tərəflərin razılığına əsasən müəyyən edilir.
ƏMƏYİN MÜHAFİZƏSİNİN TƏŞKİLATİ-TEXNİKİ VƏ MALİYYƏ TƏMİNATI
Maddə 8. Əməyin mühafizəsini dövlət idarəetməsi
Respublikada əməyin mühafizəsini dövlət idarəetməsini Azərbaycan Respublikasının Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, yerli hakimiyyət orqanları, habelə xüsusi səlahiyyət verilmiş dövlət orqanları Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq sürətdə həyata keçirirlər.
Azərbaycan Respublikasının hökuməti:
əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətini hazırlayır və həyata keçirir, əmək şəraitini yaxşılaşdırmaq və əməyin mühafizəsini təmin etmək sahəsində nazirliklərin, baş idarələrin, konsernlərin, assosiasiyaların, birliklərin, müəssisələrin, təşkilatların, kooperativlərin, yerli özünüidarə orqanlarının və digər orqanların vəzifələrini müəyyənləşdirir, sağlam və təhlükəsiz əmək şəraitini təmin etmək sahəsində onların fəaliyyətini əlaqələndirir və ona nəzarət edir;
həmkarlar ittifaqlarının və zəhmətkeşlərin, sahibkarların digər nümayəndəli təşkilatlarının iştirakı ilə əmək şəraitinin və əməyin mühafizəsinin yaxşılaşdırılmasına dair proqramlar işləyib hazırlayır və onların yerinə yetirilməsini təşkil edir;
əməyin mühafizəsi və təhlükəsizlik texnikası haqqında qanunvericiliyə əməl edilməsinə nəzarət edən xüsusi dövlət orqanlarının və müfəttişliklərinin əsasnamələrini təsdiq edir;
əməyin mühafizəsi vasitələrinin istehsalı barəsində müəssisələrə dövlət sifarişini müəyyən edir, bu vasitələrin hazırlanması və yaradılması üzrə müəssisələr, o cümlədən birgə müəssisələr, konsernlər, elmi-texniki komplekslər, firmalar və sairə yaradılmasına dair qərarlar qəbul edir;
əməyin mühafizəsi sahəsində elmi tədqiqat işini təşkil edir və əlaqələndirir, milli proqram hazırlayıb həyata keçirir, bu işlərin maliyyələşdirilməsi qaydasını və şərtlərini müəyyən edir;
əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanmasını təşkil edir;
əməyin mühafizəsi məsələləri üzrə bütün müəssisələr üçün vahid dövlət statistika hesabatını müəyyən edir;
xüsusi səlahiyyət verilmiş orqanların vasitəsilə Azərbaycan Respublikasının xalq təsərrüfatı sahələrində potensial təhlükəli istehsalatlar üçün avadanlığın hazırlanmasına, istehsalına, quraşdırılmasına və istismarına, partlayış işlərinə lisenziya (icazə) verir.
Maddə 9. Azərbaycan Respublikası nazirliklərinin, baş idarələrinin, dövlət
konsernlərinin, assosiasiyalarının və birliklərinin səlahiyyəti
Nazirliklər, baş idarələr, dövlət konsernləri, assosiasiyaları və birlikləri:
sahə həmkarlar ittifaqlarının və zəhmətkeşlərin, sahibkarların digər nümayəndəli təşkilatlarının iştirakı ilə əməyin mühafizəsi sahəsində dövlət siyasətinin sahə səviyyəsində yeridilməsi üzrə fəaliyyətin əsas istiqamətlərini müəyyən edir və nəzərdə tutulan tədbirləri həyata keçirirlər;
əməyin mühafizəsi üzrə sahə standartlarını, normalarını; qaydalarını, təlimatlarını və başqa normativ aktları hazırlayır, istehsalat təyinatlı obyektlərin tikintisi və yenidən qurulması layihələrinin, yeni texnoloji proseslərin və avadanlığın təhlükəsizlik standartlarına, əməyin mühafizəsi və gigiyenası qaydalarına və normalarına uyğun olub-olmadığını müəyyənləşdirmək üçün onları ekspertizadan keçirirlər;
müəyyənləşdirilmiş qaydada müəssisələrin rəhbər işçilərinin, mütəxəssislərinin əməyin mühafizəsi normaları və qaydaları ilə bağlı təlimini və biliklərinin yoxlanılmasını təşkil edirlər;
əməyin mühafizəsi vəziyyətinə idarə daxili nəzarəti həyata keçirirlər;
lazım gəldikdə tabeliklərində olan müəssisələrdə əməyin təhlükəsizliyini təmin edən cihazların, qoruyucu vasitələrin və qurğuların istehsalını təşkil edirlər.
Maddə 10. İcra hakimiyyəti orqanlarının səlahiyyəti
Yerli icra hakimiyyəti orqanları:
əməyin mühafizəsi sahəsində dövlət siyasətinin tabeliklərində olan ərazidə həyata keçirilməsini təmin edirlər;
əməyin mühafizəsi haqqında qanunvericiliyə müəssisələrin müdiriyyəti, vəzifəli şəxslər tərəfindən əməl olunmasına nəzarət edir, qanunvericilik ilə müəyyənləşdirilmiş qaydada onların barəsində zəruri tədbirlər görürlər;
lazım gəldikdə regional problemlərin həlli və əməyin mühafizəsinin təmin edilməsində müəssisələrə yardım göstərilməsi üçün müəssisələrin pay iştirakı və digər vəsait hesabına əməyin mühafizəsi məqsədli fondunu yaradırlar.
Maddə 11. Müəssisə müdiriyyətinin vəzifələri
Müəssisənin müdiriyyəti, mülkiyyətçi, yaxud onun səlahiyyət verdiyi idarəetmə orqanı müəssisədə aşağıdakıları təmin edirlər:
əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsi;
binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyi;
rəhbər işçilərin və vəzifəli şəxslərin əməyin mühafizəsi məsələlərində vəzifə və məsuliyyətinin müəyyən edilməsi;
hər bir iş yerində sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılması;
işləyənlərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətinin təşkili;
əmək şəraiti xüsusilə zərərli olan istehsalatlarda işçilərə təsdiq edilmiş siyahıya müvafiq surətdə pulsuz müalicə-profilaktik yemək verilməsi;
optimal əmək və istirahət rejiminə riayət edilməsi;
işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsi;
işçilərin əməyin mühafizəsi normaları və qaydaları ilə bağlı təhsili, təlimatlandırılması, biliklərinin yoxlanılması, əməyin mühafizəsinin təbliği;
kollektiv müqavilədə (sazişdə) nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsi;
Statistika, orqanlarının həmkarlar ittifaqları ilə birlikdə müəyyən etdikləri müddətdə və şəkildə əməyin mühafizəsi şəraiti və onun qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən işin nəticələri haqqında statistika hesabatının təqdim edilməsi.
Maddə 12. İşçilərin vəzifələri
Müəssisələrin və təşkilatların işçilərinin vəzifələrinə aşağıdakılar daxildir:
əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, əməyin gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrənmək, mənimsəmək və onlara əməl etmək;
əmək qabiliyyəti özünü və başqa işçiləri təhlükəyə məruz qoymayacağı vəziyyətdə işə başlamaq;
verilmiş xüsusi geyimdə və ayaqqabıda işləmək, texnoloji prosesdə, əməyin mühafizəsi üzrə normalarda, qaydalarda və təlimatlarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək;
əməyin mühafizəsi qaydalarının bütün pozuntuları haqqında, həmçinin baş vermiş qəzalar və bədbəxt hadisələr haqqında müdiriyyətin nümayəndələrinə vaxtında məlumat vermək.
Maddə 13. Müəssisələrin və obyektlərin layihələşdirilməsi, tikintisi və istismarı zamanı
əməyin mühafizəsi tələblərinin təmin edilməsi
Azərbaycan Respublikasında qüvvədə olan əməyin mühafizəsi standartlarının, qaydalarının və normalarının, təhlükəsizlik texnikasının tələblərinə uyğun gəlməyən istehsalat binalarının və qurğularının layihələşdirilməsinə, tikintisinə və yenidən qurulmasına, istehsal vasitələrinin hazırlanmasına və buraxılmasına,
texnologiyaların, o cümlədən xaricdən alınmış texnologiyaların tətbiqinə yol verilmir. Müəssisələrin və istehsal vasitələrinin layihələri dövlət ekspertizasından keçirilməli, istehsal vasitələrinin sınaq nümunələri isə əməyin mühafizəsi və təhlükəsizlik texnikası normalarının tələblərinə uyğunluğunun yoxlanması üçün dövlət sınaqlarından çıxarılmalıdır.
Yerli hakimiyyət orqanlarının, dövlət nəzarəti orqanlarının, həmkarlar ittifaqlarının tələbləri ilə sifarişçi və ya icraçı layihənin (nümunənin) əməyin mühafizəsi və təhlükəsizlik texnikası normalarının tələblərinə uyğunluğunu müəyyən etmək məqsədilə müvafiq təşkilatları və mütəxəssisləri cəlb etməklə öz hesabına müstəqil ekspertiza keçirilməsini təşkil etməlidirlər.
İnsanın sağlamlığına təsirini müəyyənləşdirmək məqsədilə texnoloji, yanğın-texniki, sanitariya-gigiyena, tibbi-bioloji ekspertizadan və qiymətləndirmənin digər növlərindən keçirilməmiş zərərli maddələrin, xammalın, materialların tətbiqini nəzərdə tutmaq qadağandır.
heç bir yeni və ya yenidən qurulmuş müəssisə, obyekt, istehsal vasitəsi müəyyən edilmiş qaydada verilən sertifikat-pasportu olmadan qəbul edilə və istismara buraxıla bilməz.
Yeni və yenidən qurulmuş istehsalat təyinatlı obyektləri dövlət nəzarəti orqanının, həmkarlar ittifaqları yanında texniki əmək müfəttişliyinin və müəssisənin həmkarlar ittifaqı komitəsinin icazəsi olmadan istismara buraxmağa yol verilmir.
Əməyin təhlükəsizliyi tələblərinə uyğun gəlməyən və işçilərin sağlamlığı, yaxud həyatı üçün təhlükə törədən müəssisələrin işi və ya istehsal vasitələrinin istismarı, onlar əməyin təhlükəsizliyi tələblərinə uyğunlaşdırılanadək respublika qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada səlahiyyətli orqanlar tərəfindən dayandırılmalıdır.
Maddə 14. Əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanması və işçilərin təlimi
Dövlət ali və orta ixtisas məktəblərində əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanmasını təmin edir. Ali və orta ixtisas məktəbləri müvafiq istehsalatın xüsusiyyətlərini nəzərə almaqla “Əməyin mühafizəsi” kursunu tələbələrin və şagirdlərin mütləq öyrənməsini təşkil etməlidirlər.
Müəssisələr və təşkilatlar bütün işləyənlərin əməyin mühafizəsi üzrə təlimi və ixtisasartırma sistemini təşkil etməlidirlər. Təlimin keçirilməsi qaydasını, müddətlərini və davamiyyətini müdiriyyət həmkarlar ittifaqı komitəsi ilə razılaşdırmaqla əməyin mühafizəsi üzrə qüvvədə olan qanunvericiliyə müvafiq surətdə müəyyən edir.
Müəssisələrin rəhbər işçiləri və mütəxəssisləri vəzifəyə təyin ediləndən sonra 3 ildə bir dəfədən az olmayaraq vaxtaşırı müvafiq institutlardakı ixtisasartırma kurslarında əməyin mühafizəsi üzrə lazımi həcmdə təlim keçməli, əməyin mühafizəsi normaları və qaydaları sahəsində biliklərini yoxlatmalıdırlar.
Müəssisələrin işçilərinin təliminin və ixtisasartırmasının bütün formalarında əməyin mühafizəsi üzrə təlim nəzərdə tutulmalıdır.
Maddə 15. Əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi
Əməyin mühafizəsi istər dövlət tərəfindən, istərsə də müəssisələrin və təşkilatların hesabına maliyyələşdirilir.
Müvafiq (respublika və yerli) büdcələrdə əməyin mühafizəsi üçün ayrıca sətirlə ayrılmış büdcə təxsisatından əməyin mühafizəsi üzrə elmi tədqiqat işlərinin maliyyələşdirilməsi, məqsədli dövlət və regional proqramlarının yerinə yetirilməsi, əməyin mühafizəsini idarəetmə orqanlarının saxlanması üçün istifadə olunur.
Müəssisənin müdiriyyəti hər il əmək şəraitindən və əməyin təhlükəsizliyi vəziyyətindən, zədələnmələrin və xəstələnmələrin səviyyəsindən asılı olaraq əməyin mühafizəsi üzrə tədbirlərin keçirilməsi üçün lazımi maliyyə vəsaiti və material ayırır. Bu vəsaitlərin başqa məqsədlərə sərf edilməsi qadağandır.
Əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi həcmi kollektiv müqavilədə (sazişdə) müəyyən edilir, həm də illik xərclərin miqdarı müəssisə işçilərinin əməyinin ödənilməsinə xərclənən vəsaitin məbləğinin iki faizindən az olmamalıdır.
Müəssisənin əldə etdiyi gəlir (mənfəət), həmçinin başqa mənbələr hesabına əməyin mühafizəsi fondu yaratmaq hüququ vardır.
Əməyin mühafizəsi fondları respublika səviyyəsində və yerli səviyyələrdə yaradıla bilər. Bu fondların yaradılması və xərclənməsi qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti respublika həmkarlar ittifaqları mərkəzinin və sahə həmkarlar ittifaqlarının iştirakı ilə müəyyən edir.
İşçilər əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı heç bir xərc çəkmirlər.
Müəssisənin sağlam və təhlükəsiz əmək şəraiti yaratmağa yönəldilən vəsaitinə vergi qoyulmur.
Maddə 16. Müəssisələrdə, təşkilatlarda sağlam və təhlükəsiz əmək şəraitinin təmin
Müəssisələrdə, təşkilatlarda sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması, təhlükəli və zərərli istehsalat amillərinə nəzarətin təşkil edilməsi və nəzarətin nəticələri haqqında əmək kollektivlərinə vaxtında məlumat verilməsi müdiriyyətə tapşırılır.
Müdiriyyət əmək şəraitinin yaxşılaşdırılmasına, əməyin mühafizəsinin təmin edilməsinə və işçilərin sağlamlığının qorunmasına yönəldilmiş perspektiv və illik tədbirlər planları hazırlayır və həyata keçirir.
Müdiriyyətin və işçilərin müəssisədə sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi üzrə qarşılıqlı öhdəlikləri kollektiv müqavilədə (sazişdə) nəzərdə tutulur.
Əmək şəraiti zərərli və təhlükəli olan istehsalatlarda, həmçinin xüsusi temperatur şəraitində aparılan və ya çirklənmə ilə bağlı işlərdə çalışan işçilərə müəyyən edilmiş normalara müvafiq surətdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri, yuyucu və dezinfeksiyaedici materiallar verilir.
Müəssisə və təşkilatlar həmkarlar komitəsi ilə razılaşdırılmış müddətlərdə vaxtaşırı iş yerlərinin əməyin mühafizəsi normalarına və qaydalarına uyğunluğu üzrə attestasiyanı aparmalıdır. Attestasiyanın nəticələri barədə əmək kollektivinə məlumat verilir. Müdiriyyət iş yerləri attestasiyasının nəticələrinə əsasən onları əməyin mühafizəsi üzrə qüvvədə olan normativ aktlara uyğunlaşdırmaq üçün lazımi tədbirlər görməlidir.
Müdiriyyət işçilərə verilmiş xüsusi geyimin və ayaqqabının, digər fərdi mühafizə vasitələrinin saxlanılmasını, yuyulmasını, qurudulmasını, dezinfeksiyasını, deqazasiyasını, dezaktivizasiyasını və təmirini təmin etməlidir.
Müəssisənin müdiriyyəti qaynar sexlərin və sahələrin işçilərini qazlaşdırılmış duzlu su ilə təchiz etməlidir. Qazlaşdırılmış duzlu su ilə təchiz olunmalı sexləri və istehsal sahələrini sanitariya nəzarəti orqanları müəyyən edirlər.
Müəssisələrin, təşkilatların müdiriyyəti ilin soyuq və isti vaxtlarında açıq havada, yaxud qızdırılmayan qapalı binalarda və qaynar sexlərdə çalışan işçilərin isinməsi və istirahəti üçün otaqlar hazırlamalıdır. Qanunvericiliyə uyğun olaraq işçilərə isinmək və istirahət etmək üçün xüsusi fasilələr verilir və bu fasilələr iş vaxtına daxil edilir.
Maddə 17. Əməyin mühafizəsi xidmətləri
Əməyin mühafizəsi işinin təşkili və əməyin mühafizəsi üzrə qanunvericiliyə, normalara və qaydalara işçilər tərəfindən əməl edilməsinə nəzarətin həyata keçirilməsi üçün nazirliklərdə, baş idarələrdə, assosiasiyalarda, müəssisələrdə və təşkilatlarda əməyin mühafizəsi xidmətləri yaradılır.
İşçilərin sayı 50 nəfər və daha çox olan müəssisələrdə əməyin mühafizəsi üzrə xidmətlər yaradılır (mühəndis vəzifələri tətbiq edilir). İşçilərin sayı bundan az olan və əməyin mühafizəsi xidmətləri yaradılmayan müəssisələrdə bu vəzifələri həmin müəssisələrin rəhbərləri yerinə yetirirlər.
İşçilərin sayı 500 nəfərdən artıq olduqda müəssisənin rəhbərlərinin (baş mühəndisinin) başqa vəzifələrdən azad edilmiş əlavə müavini—əməyin mühafizəsi üzrə müavini vəzifəsi tətbiq edilir.
İşçilərin sayı 1000 nəfərdən artıq olan müəssisələrdə əməyin mühafizəsi xidmətinin tərkibində əməyin gigiyenası üzrə həkim vəzifəsi tətbiq edilir və sənaye-sanitariya laboratoriyası təşkil olunur.
Əməyin mühafizəsi xidməti müvafiq hazırlığı olan şəxslərdən təşkil edilir, öz statusuna görə nazirliyin, baş idarənin və digər idarəetmə orqanlarının, müəssisənin, təşkilatın əsas xidmətlərinə bərabər tutulur və onun rəhbərinə tabe olur.
Əməyin mühafizəsi xidmətləri mütəxəssislərinin hüququ var ki, əməyin mühafizəsi qaydalarına və normalarına bütün işçilərin əməl etməsinə nəzarət etsin, aşkara çıxarılmış pozuntuların aradan qaldırılması barədə struktur bölmələrin rəhbərlərinə icrası məcburi olan göstərişlər versin, habelə əməyin mühafizəsi haqqında qanunvericiliyi pozan şəxslərin məsuliyyətə cəlb edilməsi haqqında müəssisə və təşkilat rəhbərlərinə təqdimatlar versinlər.
Əməyin mühafizəsi xidmətlərinin mütəxəssisləri öz vəzifələrinə aid olmayan işlərin yerinə yetirilməsinə cəlb edilə bilməzlər və öz vəzifələrini düzgün və keyfiyyətli yerinə yetirməməyə görə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Əməyin mühafizəsi xidmətinin yenidən təşkili ilə bağlı məsələləri müəssisənin rəhbəri yuxarı təsərrüfat orqanı, əməyin mühafizəsi üzrə qanunvericiliyə əməl edilməsinə dövlət nəzarəti orqanları və həmkarlar ittifaqları yanında texniki əmək müfəttişliyi ilə razılaşdırmaqla həll edir.
Əməyin mühafizəsi xidməti yalnız müəssisənin, təşkilatın fəaliyyətinə xitam verildikdə ləğv edilir.
Maddə 18. Əməyin mühafizəsi vasitələrinin buraxılmasına müəssisələrin iqtisadi
marağının təmin edilməsi
İşçilərin kollektiv və fərdi mühafizə vasitələrinin, istehsalat mühitinə nəzarət cihazlarının və dozimetriya vasitələrinin yeni konstruksiyalarının yaradılması, mövcud konstruksiyalarının buraxılması və satılması müəssisələrin, elmi-tədqiqat və layihə-konstruktor təşkilatlarının əldə etdikləri mənfəətdən güzəştli vergi tutulmalıdır.
İŞÇİNİN ƏMƏYİN MÜHAFİZƏSİ HÜQUQUNUN HƏYATA
KEÇİRİLMƏSİ ÜÇÜN TƏMİNATLAR
Maddə 19. İşə qəbul zamanı əməyin mühafizəsi hüququna təminatlar
Əmək müqaviləsinin və bağlaşmasının şərtləri əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və digər normativ aktların tələblərinə uyğun olmalıdır.
Əmək müqaviləsi və ya bağlaşması imzalanarkən müəssisənin, təşkilatın müdiriyyəti sağlam və təhlükəsiz əmək şəraitinə təminat verməlidir.
Müəssisənin, təşkilatın müdiriyyəti işçini peşə xəstəliyinə tutulmaq üçün yüksək potensial təhlükə törədən işə qəbul edərkən belə xəstəliyə tutulmağın ən çox ehtimal edilən müddəti barədə onu xəbərdar etməli və işçi ilə həmin müddətə qədər qüvvədə olan müqavilə bağlamalı, bundan sonra ona əvvəlki qazancını saxlamaqla başqa iş verməlidir.
Maddə 20. İşçilərin istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən sosial
sığortası və şəxsi sığortası
İşverən müəssisələrin və təşkilatların işçilərini qanunvericilikdə müəyyənləşdirilmiş qaydada və şərtlərlə mütləq sosial sığorta etməlidir.
Yüksək təhlükə şəraitində işləyən və işverən tərəfindən istehsalatda bədbəxt hadisələrdən mütləq şəxsi sığorta edilməli olan işçilərin kateqoriyası, sığorta haqqının məbləğləri müəssisənin, təşkilatın müdiriyyəti ilə həmkarlar ittifaqı arasındakı kollektiv müqavilədə və ya sazişdə müəyyən edilir.
Maddə 21. İcbari tibbi müayinələr
Müəssisələr və təşkilatlar səhiyyə orqanlarının müəyyənləşdirdiyi qaydaya uyğun olaraq bir sıra peşələrdə və istehsalatlarda çalışan işçilərin əmək müqaviləsi bağlanarkən ilkin tibbi müayinədən. və müqavilənin qüvvədə olduğu dövrdə vaxtaşırı tibbi müayinələrdən pulsuz keçməsini təşkil etməlidir.
İşçilər müayinələrdən keçməkdən boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə, müdiriyyətin ixtiyarı var ki, həmin işçiləri qüvvədə olan qanunvericiliyə müvafiq surətdə intizam məsuliyyətinə cəlb etsin və ya işə buraxmasın.
İşçinin vaxtaşırı tibbi müayinələrdən keçdiyi dövrdə iş yeri (vəzifəsi) və orta əmək haqqı saxlanılır.
Maddə 22. Əmək fəaliyyəti prosesində əmək mühafizəsi hüququna təminatlar
Müdiriyyət istehsalat zədələnmələrinin və peşə xəstəliklərinin qarşısını alan müasir əmək mühafizəsi vasitələrini tətbiq etməli və sanitariya-gigiyena tələblərinə uyğun gələn əmək şəraitini təmin etməlidir.
Müdiriyyətin əməyin mühafizəsi haqqında qanunvericiliyi pozması nəzarət orqanları tərəfindən təsdiq edildikdə əmək müqaviləsi işçinin ərizəsinə əsasən ləğv edilib ona işdən çıxmaq müavinəti verilə bilər.
İşçilərdə peşə xəstəliyinin əlamətləri aşkar olunduqda, habelə istehsalatda bədbəxt hadisənin əlaqədar əmək qabiliyyətinin itirilməsi müəyyən edildikdə, müdiriyyət onları tibbi rəyə əsasən müəyyən edilmiş qaydada başqa işə keçirməlidir.
Maddə 23. Əməyin mühafizəsi üzrə işçilərin öyrədilməsi və təlimatlandırılması
Müdiriyyət işə yeni qəbul edilən, habelə başqa işə keçirilən işçilərin hamısına əməyin mühafizəsi üzrə təlimat verməli, onlara təhlükəsiz iş üsullarından istifadə etməyin və bədbəxt hadisələrdən zərər çəkənlərə ilk yardım göstərməyin öyrədilməsini təşkil etməlidir.
Yüksək təhlükəli istehsalatlara və ya peşə vərdişləri tələb edən işlərə qəbul edilən işçilər əməyin mühafizəsi üzrə qabaqcadan təlim keçir, imtahan verir və sonralar vaxtaşırı attestasiya olunurlar.
Müəssisələrin və təşkilatların bütün işçiləri, o cümlədən rəhbərləri onların peşələri və iş növləri üçün dövlət nəzarəti orqanları tərəfindən müəyyən edilmiş qaydada və müddətlərdə təlim keçməli, təlimatlandırılmalı, attestasiya olunmalı, onların bilikləri yoxlanılmalıdır.
Müəyyən edilmiş qaydada, əməyin mühafizəsi. üzrə təlim keçməmiş, təlimatlandırılmamış və bilikləri yoxlanılmamış şəxsləri işə buraxmaq qadağandır.
Dövlət nəzarəti orqanlarının və ya həmkarlar ittifaqları yanında texniki əmək müfəttişliyinin tələbi ilə biliklərin plandankənar yoxlanışları keçirilir. Biliyi təkrar yoxlanılmayan şəxslər vəzifəsindən azad edilirlər.
Maddə 24. Əmək şəraiti və əməyin mühafizəsi vəziyyəti haqqın işçilərin məlumat almaq
Müəssisələrin və təşkilatların işçiləri iş yerlərindəki əmək şəraiti və əməyin mühafizəsi vəziyyəti, bununla əlaqədar verilməli olan fərdi mühafizə vasitələri, güzəştlər və kompensasiyalar haqqında məlumat tələb etmək hüququna malikdirlər.
Maddə 25. İşçilərin bəzi kateqoriyalarının əməyinin mühafizəsi sahəsində
münasibətlərin tənzimlənməsi xüsusiyyətləri
İşçilərin bəzi kateqoriyalarının (qadınların, gənclərin, əmək qabiliyyəti məhdud olan şəxslərin), habelə əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilərin əməyinin mühafizəsi sahəsində münasibətlərin tənzimlənməsi xüsusiyyətləri respublika qanunvericiliyi ilə müəyyən edilir.
Zərərli və ağır əmək şəraiti ilə əlaqədar olaraq güzəştlərə və kompensasiyalara hüququ olan işçilərin kateqoriyaları, belə güzəştlərin və kompensasiyaların xarakteri və miqdarı müvafiq qanunvericilik aktları ilə müəyyən edilir.
Müəssisələrin və təşkilatların ixtiyarı var ki, kollektiv müqavilədə (fərdi əmək sazişində) mənfəət hesabına işçilərə zərərli və ağır əmək şəraiti ilə əlaqədar əlavə güzəştlər və kompensasiyalar müəyyən etsinlər.
Müəssisənin və təşkilatın təqsiri üzündən xəsarət almış, yaxud sağlamlığı başqa şəkildə korlanmış (tam və ya qismən) işçilər, habelə istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində ölmüş işçinin ailə üzvləri bu Qanuna və digər normativ aktlara uyğun olaraq dəymiş zərərin əvəzini almaq hüququna malikdirlər.
Maddə 26. Təsərrüfat orqanlarının, müəssisələrin, təşkilat-ların, vəzifəli şəxslərin və
işçilərin əməyin mühafizəsinin tələblərinə uyğun gəlməyən fəaliyyətinin
qadağan edilməsi
Əməyin təhlükəsizliyi tələblərinə uyğun gəlməyən, işçilərin sağlamlığı və ya həyatı üçün təhlükə törədən müəssisələrin, təşkilatların və onların bölmələrinin işi, istehsal vasitələrinin istismarı, təsərrüfat orqanlarının, vəzifəli şəxslərin və işçilərin fəaliyyəti müəyyən edilmiş qaydada səlahiyyətli nəzarət orqanları (vəzifəli şəxslər) tərəfindən pozuntular aradan qaldırılanadək dayandırılmalıdır.
Maddə 27. Təhlükəsiz əmək şəraitinin təmin edilməməsi ilə əlaqədar məcburi
boşdayanmaya, yaxud işdən imtina etməyə görə işçilərə verilən təminatlar
İşçilərin təqsiri olmadan müəssisələrdə, təşkilatlarda və onların bölmələrində, iş yerlərində əməyin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində işin dayandırıldığı müddətdə onların iş yeri (vəzifəsi) və orta əmək haqqı saxlanılır.
İşçinin təhlükəsiz əmək şəraitinin təmin edilməməsi və bunun sağlamlıq və ya həyat üçün təhlükə törətməsi ilə əlaqədar olaraq işi yerinə yetirməkdən imtina etməsi əsaslı sayılır və onun üçün heç bir məsuliyyətə səbəb olmur.
ƏMƏYİN MÜHAFİZƏSİ HAQQINDA QANUNVERİCİLİYƏ
ƏMƏL EDİLMƏSİNƏ NƏZARƏT
M addə 28. Əməyin mühafizəsi üzrə qanunvericilik aktlarına və digər normativ aktlara
əməl edilməsinə dövlət nəzarəti
Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə qanunvericilik aktlarına və digər normativ aktlara hər yerdə əməl edilməsinə dövlət nəzarətini xüsusi səlahiyyət verilən, öz fəaliyyətində müəssisələrin və təşkilatların müdiriyyətindən və onların yuxarı orqanlarından asılı olmayan dövlət orqanları həyata keçirirlər.
Dövlət nəzarəti orqanlarının və ya onların səlahiyyətli nümayəndələrinin öz hüquqları daxilində qəbul etdikləri qərarları hökmən icra olunmalıdır və bu qərarlardan qanunla müəyyənləşdirilmiş qaydada şikayət edilə bilər.
Maddə 29. Müəssisələrdə və təşkilatlarda əməyin mühafizəsi üzrə qanunvericilik
aktlarına və digər normativ aktlara əməl edilməsinə ictimai nəzarət
Müəssisələrdə və təşkilatlarda əməyin mühafizəsi üzrə qanunvericilik aktlarına və digər aktlara əməl edilməsinə ictimai nəzarəti əmək kollektivləri və həmkarlar ittifaqı təşkilatları əməyin mühafizəsi üzrə seçdikləri müvəkkillərin şəxsində həyata keçirirlər.
Əməyin mühafizəsi üzrə müvəkkilin hüququ var ki, iş yerlərində əməyin mühafizəsi vəziyyətini maneəsiz yoxlasın, aşkara çıxarılmış pozuntuların aradan qaldırılmasını tələb etsin, habelə lazım gəldikdə təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi barədə müdiriyyət qarşısında məsələ qaldırsın.
Əməyin mühafizəsi üzrə müvəkkilin öz vəzifələrini yerinə yetirməsi üçün müdiriyyət ona hər həftə orta əmək haqqını ödəməklə iş vaxtında azı iki saat vaxt ayırır.
Maddə 30. Əməyin mühafizəsi üzrə qanunvericilik aktlarına və digər normativ aktlara
əməl edilməsinə nəzarətin həyata keçirilməsi sahəsində həmkarlar
ittifaqlarının hüquqları
Həmkarlar ittifaqları “Azərbaycan həmkarlar ittifaqlarının hüquqları və fəaliyyətinin təminatları haqqında” Qanunda onlar üçün nəzərdə tutulmuş hüquqları nəzərə almaqla, əməyin mühafizəsi üzrə qanunvericilik aktlarına və digər normativ aktlara müdiriyyət tərəfindən əməl edilməsinə nəzarətin həyata keçirilməsində iştirak edir, bu məqsədlə qanunvericiliyə və respublika Nazirlər Kabineti ilə razılaşdırılaraq respublika həmkarlar ittifaqları mərkəzi tərəfindən təsdiq edilmiş əsasnaməyə müvafiq surətdə fəaliyyət göstərən texniki əmək müfəttişlik yaradırlar.
Həmkarlar ittifaqları əməyin mühafizəsi üzrə normativ aktların hazırlanmasında və müəyyən edilmiş qaydada razılaşdırılmasında iştirak edirlər, onlarla razılaşdırılmamış aktların qüvvəyə minməsinə qarşı müvafiq dövlət orqanları vasitəsilə etiraz etmək hüququna malikdirlər.
Həmkarlar ittifaqlarının nümayəndələri istehsal obyektlərinin və vasitələrinin sınağı və istismara qəbulu üzrə dövlət komissiyalarının işində, istehsalatda bədbəxt hadisələrin təhqiqində iştirak edir, müəssisələrdə və təşkilatlarda əməyin mühafizəsi vəziyyətini, onun yaxşılaşdırılması üçün kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsini yoxlayır və yoxlamaların nəticələrinə əsasən aşkara çıxarılmış pozuntuların aradan qaldırılması barədə təkliflər verirlər.
Vəzifəli şəxslər əməyin mühafizəsi tələblərini pozduqda, istehsalatda baş vermiş bədbəxt hadisələri gizlətdikdə həmkarlar ittifaqlarının ixtiyarı var ki, müqəssirlərin məsuliyyətə cəlb edilməsini dövlət, təsərrüfat və hüquq mühafizə orqanlarından tələb etsinlər.
İşçilərin sağlamlığı və həyatı üçün bilavasitə təhlükə yarandıqda həmkarlar ittifaqlarının hüququ var ki, əməyin mühafizəsi üzrə konstruksiya çatışmazlıqları olan maşınların, mexanizmlərin və digər məhsul növlərinin istehsalını, insanların sağlamlığına zərərli təsir göstərən materialların, texniki və texnoloji vasitələrin tətbiqini, habelə əməyin mühafizəsi haqqında qanunvericiliyə zidd olan işləri və müdiriyyət tərəfindən qəbul edilmiş qərarların fəaliyyətini dayandırsınlar. Həmkarlar ittifaqlarının belə hərəkətləri ilə əlaqədar müdiriyyətin etirazlarına məhkəmə qaydasında baxılır.
Həmkarlar ittifaqları öz təşəbbüsləri ilə və ya işçilərin ərizələrinə əsasən, onların əmək vəzifələrinin icrası ilə əlaqədar xəsarət alma, yaxud sağlamlığın başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin əvəzini almaq hüquqlarının müdafiəsi üçün və işçilərin əməyinin mühafizəsi hüququnun məhdudlaşdırıldığı başqa hallarda məhkəməyə iddia ərizələri ilə müraciət edə bilərlər.
ƏMƏYİN MÜHAFİZƏSİ HAQQINDA QANUNVERİCİLİK
AKTLARININ VƏ DİKƏR NORMATİV AKTLARIN
POZULMASI ÜÇÜN MƏSULİYYƏT
M addə 31. Sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi üçün müəssisələrin və
təşkilatların maddi məsuliyyəti
Müəssisənin və təşkilatın müdiriyyəti istehsalatda sağlam və təhlükəsiz əmək şəraitini təmin etmək üçün səmərəli tədbirlər görmədikdə, kollektiv müqavilələri, əmək şəraitini və əməyin mühafizəsinin yaxşılaşdırılmasına dair planları və digər tədbirləri yerinə yetirmədikdə Azərbaycan Respublikasının hökuməti əmək şəraitinin ekspertizası rəyinə və ya həmkarlar ittifaqı orqanlarının təqdimatına əsasən, işçilərin sosial sığortası üçün bu müəssisələrin və təşkilatların ayırmalarının yüksək tariflərini müəyyən edir.
İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsiri (tam və ya qismən) olan müəssisə və təşkilat qanunla müəyyən edilmiş qaydada işçiyə xəsarət və ya sağlamlığın başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin əvəzini, habelə müalicə-sağlamlaşdırma müəssisələrində müalicəsinin tam dəyərini və sosial sığorta orqanlarına ona pensiya və digər müavinətlər verilməsi ilə əlaqədar xərclərin əvəzini tamamilə ödəyir.
Maddə 32. İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində işçinin əmək
qabiliyyətinin dayanıqlı itirilməsi, yaxud ölümü ilə əlaqədar müəssisələrin və
təşkilatların maddi məsuliyyəti
İstahsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sağlamlığının korlanması ilə əlaqədar əmək qabiliyyətini itirmiş işçilərə qanunla müəyyən edilmiş qaydada zərərin ödənilməsindən əlavə, təqsirkar müəssisənin və təşkilatın hesabına, peşəkar əmək qabiliyyətinin itirilmiş hər faizinə görə bir aylıq orta əmək haqqı hesabı ilə, lakin zərərçəkənin orta illik qazancından az olmamaqla birdəfəlik müavinət ödənilir.
İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində işçi öldükdə təqsirkar müəssisə və təşkilat qanunvericilikdə müəyyən edilmiş qaydada və miqdarda maddi zərərin əvəzini buna hüququ olan şəxslərə ödəyir, habelə mərhumun orta illik qazancının ölüm anındakı yaşından 60 yaşınadək qalan tam illərin sayına vurulmuş miqdarda, lakin azı on orta illik qazancı məbləğində birdəfəlik müavinət ödəyir.
Əmək qabiliyyətini itirmiş işçilərə və ölən işçilərin ailələrinə birdəfəlik müavinətləri yerli sosial təminat orqanları ödəyir, sonra isə ödənilmiş vəsaiti istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsiri olan müəssisələrdən və təşkilatlardan tuturlar.
Maddə 33. Əməyin mühafizəsi tələblərinə uyğun gəlməyən istehsalat təyinatlı məhsulun
buraxılışı və satışı üçün müəssisələrin və təşkilatların iqtisadi məsuliyyəti
Əməyin mühafizəsi tələblərinə uyğun gəlməyən istehsalat təyinatlı məhsul buraxan və göndərən müəssisələr və təşkilatlar istehlakçılara dəymiş zərərin əvəzini respublika qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və şərtlərlə ödəyirlər.
Əməyin mühafizəsi üzrə müəyyən edilmiş standartların, qaydaların və normaların tələblərinə uyğun gəlməyən istehsal vasitələrinin, fərdi və kollektiv mühafizə vasitələrinin, o cümlədən xaricdən alınmış vasitələrin satışı və reklamı qanunsuzdur. Müəssisələrin və təşkilatların belə fəaliyyət nəticəsində əldə etdikləri mənfəət onlardan alınaraq respublika büdcəsinə və ya yerlə büdcəyə köçürülməlidir.
Maddə 34. Əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və digər normativ aktların
pozulması üçün vəzifəli şəxslərin məsuliyyəti
Əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və digər normativ aktların pozulmasında təqsiri olan, yaxud dövlət və ictimai nəzarət orqanları (o cümlədən həmkarlar ittifaqları yanında texniki əmək müfəttişliyi) nümayəndələrinin fəaliyyətinə mane olan vəzifəli şəxslər respublika qanunvericiliyində müəyyənləşdirilmiş qaydada inzibati, intizam, maddi və ya cinayət məsuliyyətinə cəlb edilirlər.
Maddə 35. Əməyin mühafizəsi üzrə normativ aktların tələblərini pozmağa görə işçilərin
məsuliyyəti
Müəssisələrin və təşkilatların işçiləri əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və digər normativ aktların tələblərini pozmağa görə qanunvericiliklə müəyyən edilmiş qaydada intizam, maddi və cinayət məsuliyyəti daşıyırlar.
Azərbaycan Respublikasının Prezidenti
Əbülfəz ELÇİBƏY.
Bakı şəhəri, 29 sentyabr 1992-ci il.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 1 fevral 1999-cu il tarixli 618-IQ nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 4, maddə 213 )
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
* Bundan sonra “müəssisələr və təşkilatlar” adlandırılacaq.
[1] 1 fevral 1999-cu il tarixli 618-IQ nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 4, maddə 213 ) ilə qüvvədən düşmüş hesab edilmişdir.
əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə biletlər
3.Çənlər parkında donmuş siyirtmələrin ventillərin və başqa qapayıcı quruluşların donunu hansı üsulla açırlar?
4.hər işə buraxılan ventilyasiya qurğusu hansı tələblərə cavab verməlidir?
5.kliniki ölüm nə deməkdir
6.əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə iş yerində vaxtaşırı təlimat neçə aydan bir keçirilir?
7. neft və neft məhsullarının yanğınlarının söndürülməsində ən effektiv yanğınsöndürmə vasitəsi nədir?
8.növbə ərzində fəhlə və qulluqçulara nə qədər pulsuz süd verilməlidir
9. istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənə dəymiş zərərə görə verilən ödənclərin hansı növləri var?
10. süni tənəffüs hansı metod ilə həyata keçirilir?
11.əməyin mühafizəsi texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi üzrə giriş təlimatın kim alır? müəssisəyə yeni qəbul olunmuş bütün işçilər, kənar müəssisə və təşkilatlardan tikinti quraşdırma təmir və digər işlərin görülməsi üçün gəlmiş fəhlələr qulluqçular mühəndis texniki işçilər və təcrübə keçmək üçün gəlmiş tələbələr 12.çənlər parkının ərazisində hansı yerlərdə siqaret çəkməyə icazə verilir? xüsusi təchiz edilmiş və əmrlə təyin olunmuş yerlərdə 13.asanalışan mayeləri nasosxanalarda saxlamaq olarmı? icazə verilmir 14.çənlər parkının kommunikasiya sxemləri harada saxlanılmalıdır? bilavasitə iş yerində, operator otağında 15.tənəffüs dayanması vaxtı reanimasiya fəaliyyəti necə aparılmalıdır? zərərçəkənin nəbzini yoxlamaq və onun nəfəs alıb almadığına əmin olmaq 16.fəhlələrin biliklərinin ilkin yoxlanması nə vaxt aparılmalıdır? sərbəst işə buraxılmazdan əvvəl 17.neft çənlərindəki siyirtmələrin açılıb bağlanması üçün dəmir linglərdən və digər alətlərdən istifadə edilməsinə icazə verilir mi? siyirtmələr əllə sərbəst sürətdə açılıb-bağlanmalıdır, xüsusi hallarda qığılcım törətməyən alətlərdən istifadə edilməsinə icazə verilir 18.iş geyimləri (xüsusi paltarlar və FMV) necə saxlanılmalıdır? ev geyimlərindən ayrı olaraq xüsusi şkaflarda 19.müəssisənin işçiləri xüsusi geyim və digər mühafizə vasitələrini qəsdən korladıqda hansı məsuliyyətə cəlb olunurlar? Maddi məsuliyyətə 20.tənəffüs yollarını azad etmək üçün zərərçəkənin başı hansı vəziyyətdə saxlanılmalıdır başı arxaya çəkmək 21.hansı hallarda birdəfəlik təlimat keçirilməlidir? bütün fəhlələr onların vəzifəsinə aid olmayan birdəfəlik işləri yerinə yetirmək və ya yüksək dərəcədə təhlükəli şəraitdə işləmək üçün tapşırıq (tapşırıq-icazə) alarkən 23.əllərin və xüsusi geyimin çirklənməsi ehtimalı olan sahələrdə işləyən hər bir işçi üçün hər ay nə qədər təsərrüfat sabunu verilməlidir? 400 24.təhlükəyə diqqətin cəlb olunması və yaxud xəbərdarlıq məqsədilə obyektlərdə və iş yerlərində hansı təhlükəsizlik yazılarından və nişanlardan istifadə olunur? qadağanedici, xəbərdaredici, əmredici, göstərici nişanlardan 25.onurğa sütunu və ya kəllə travmasına şübhə varsa o halda başın və bədənin vəziyyəti necə olmalıdır? dəyişməz saxlanılmalıdır 26.şəxsi geyim şkaflarında nələrin saxlanılması yolverilməzdirdir? kimyəvi maddələrin ağ neftin xüsusi ayaqqabının saxlanılması və kimyəvi maddələrin ağ neftin çirkli əşyaların və alətlərin saxlanılması 27.zəhərli ilanların və həşəratların sancması orqanizmdə hansı əlamətlər yarada bilər? sancma ətrafında qızarma qaşınma allergik reaksiyalar tənəffüs yollarının və əzələlərin qıc olması və mərkəzi sinir və qan damar sisteminin fəaliyyətində pozuntular 28.sərbəst işə buraxılması üçün əməyin mühafizəsi texniki təhlükəsizlik yanğın təhlükəsizliyi və istehsalat sanitariyası qaydaları üzrə biliyin yoxlanması zamanı işçi qeyri-kafi nəticə göstərərsə onun haqqında hansı inzibati tədbirlər götürülməlidir? ona təkrar imtahan vermək üçün iki həftədən az olmayaraq əlavə vaxt verilməlidir.əgər təkrar imtahan zamanı işçi yenidən qeyri-kafi nəticə göstərərsə onun həmin işdə işləməsinə icazə verilməməlidir 29.yad cisimlərin gözə düşməsi təhlükəsi olduğu halda işçilər hansı qoruyucu vasitədən istifadə etməlidir? qoruyucu eynəklərdən 30.süni tənəffüs hərəkətlərini hansı nisbətdə davam etdirmək lazımdır bir nəfər yerinə yetirəndə 2 nəfəs və 15 ürək masajı 32. neftin özülülüyünü azaltmaq və onun boru kəmərləri ilə nəqlini yüngülləşdirmək üçün çənlərə nə tətbiq edilir? su buxarı 33.işçi zonada qazın miqdarı buraxıla bilən həddi aşdıqda hansı qoruyucu vasitədən istifadə edilməlidir? əleyhqazdan 34.ildırım çaxarkən çənlərə neft doldurmaq olarmı? olmaz 35.reanimasiya hərəkətlərini nə vaxta qədər davam etdirmək lazımdır? qan dövranı bərpa olunana qədər 37.çənlərin təmizlənməsi zamanı çənin dibinə çökmüş kükürdlü birləşmələr hara atılmalıdır? xüsusi ayrılmış yerlərdə utilləşdirilməlidir 38.işçinin şlanqlı əleyhqazda fasiləsiz işləmə müddəti nə qədər olmalıdır və sonradan işçi təmiz havada nə qədər istirahət etməlidir işləmə müddəti 30 dəqiqədən artıq olmamalıdır və təmiz havada 15dəqiqədən az olmayaraq istirahət etməlidir 39.fəhlələr tozlu iş şəraitində işləyərkən hansı FMV-dən istifadə etməlidirlər? toz əleyhinə respiratordan qoruyucu eynəkdən və kombinezondan 40.qan dövranı dayandığı təqdirdə reanimasiya zamanı nə etmək lazımdır ürəyin masajına və süni tənəffüsə başlamaq 41.yer səthindən (döşəmədən) neçə metrdən artıq hündürlükdə aparılan tikinti quraşdırma və texnoloji işlər qoruyucu kəmərlərdən istifadə etməklə yerinə yetirilməlidir? iki metrdən artıq hündürlükdə 42.çənin daxili səthinin təmizlənməsi üzrə işləri yerinə yetirən işçilər hansı əleyhqazdan istifadə etməlidirlər? şlanqlı əleyhqazdan 44.yanğın və partlayış təhlükəli obyektlərdə hansı meydançalarda istifadə etmək qadağandır taxta döşəməli meydançalardan 45.qan dövranın dayanmasını əlamətləri hansılardır? ürək döyüntülərinin itməsi və tənəffüsün dayanması 46.istehsalat binasında hansı qızdırıcılardan istifadə etmək qadağandır? açıq alovlu qızdırıcılardan 47.ərazidə bitən otları nə etmək lazımdır yay vaxtı ərazidə bitən ot biçilməli və yaş halda oradan çıxarılmalıdır 48.yanan bitumu nə ilə söndürmək lazımdır? qum ilə 49.MNK-nin orta oxundan hər tərəfdən ən azı neçə metr məsafədə torpaq zolağı təmizlənmiş (ağaclardan kollardan) vəziyyətdə saxlanılmalıdır? ən azı 3 metr 50.reanimasiya zamanı əgər tənəffüs bərpa olubsa amma nəbz yoxdursa, bu halda nə etmək lazımdır? yalnız ürəyin masajını davam etdirmək
Comments are closed, but trackbacks and pingbacks are open.