Press "Enter" to skip to content

Download – Əməyin mühafizəsi slayt

– Əməyin mühafizəsi qaydalarının bütün pozuntuları haqqında, həmçinin baş vermiş qəzalar və bədbəxt hadisələr haqqında işəgötürənin nümayəndələrinə dərhal məlumat vermək;

Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndisinin Vəzifə Təlimatı

1.1. Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndisi ştat cədvəlinə uyğun olaraq mütəxəssis işçilər təsnifatına aiddir və “Təşkilatın adı” MMC-nin direktorunun əmri ilə tutduğu vəzifəyə təyin olunur və işdən azad edilir.

1.2. Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis birbaşa olaraq şöbə rəisinə və oparativ olaraq direktora tabedir.

1.3. Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis vəzifəsinə ali təhsilli, aiddiyəti vəzifələrdə ən azı üç il iş stajı olan şəxs təyin oluna bilər.

1.4. Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis hər hansı bir səbəbə görə işdə olmadığı zaman onun vəzifə borclarını müvafiq qaydada təyin edilən digər məsul şəxs icra edir və bu səlahiyyətlərin yerinə yetirilməsinə görə məsuliyyət daşıyır.

1.5. Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis fəaliyyətində rəhbər tutur:

– Azərbaycan Respublikasının qüvvədə olan əmək qanunvericiliyini;

– “Təşkilatın adı” MMC-nin nizamnaməsini;

– “Təşkilatın adı” MMC-nin direktorunun əmrləri, göstərişləri, icrası vacib olan digər normativ və təlimatlandırıcı sənədlərini;

– Struktur bölmələrin əsasnaməsini;

– Bu vəzifə təlimatını.

1.5. Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis bilməlidir:

– Fəaliyyəti ilə bağlı olan Azərbaycan Respublikasının qanunvericiliyini;

– “Təşkilatın adı” MMC-nin fəaliyyətini nizamlayan hüquqi və normativ sənədləri;

– Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis fəaliyyətinə aidiyyəti olan normativ və metodiki materialları;

– “Təşkilatın adı” MMC-nin strukturunun ixtisaslaşdırılmasını və xüsusiyyətini;

– Daxili əmək nizamının qaydalarını.

2. VƏZİFƏ BORCLARI

2.1. Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndisi, əməyin mühafizəsi üzrə qabaqcıl və elmi təcrübələri istehsalatda həyata keçirməlidir.

2.2. İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etməlidir.

2.3. İstehsalatda zədələnmə səbəblərinin analizı və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməlidir.

2.4. İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir.

2.5. İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etməlidir.

2.6. Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir.

2.7. Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etməlidir.

2.8. İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etməlidir.

2.9. Qulluqçuların və mühəndis texniki işçilərin əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılmasında və attestasiya komissiyasının işində iştirak etməlidir.

2.10. Xidmətlərə təlimatların işlənib hazırlanmasında kömək etməlidir.

2.11. İstehsalatda bədbəxt hadisələrin araşdırılmasında iştirak etməlidir.

2.12. İşçilərin əməyin mühafizəsi üzrə ərizə, məktub və şikayətlərinə baxmalı və lazımi ölçülər götürməlidir.

2.13. Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndisi mövcud forma və qaydalara uyğun olaraq hesabat aparmalıdır.

2.14. Əməyin mühafizəsi və texniki təhlükəsizliyi üzrə mühəndis nəzarət etməlidir:

– sağlam və təhlükəsiz iş şəraiti yaratmaq üçün tədbirlərin aparılmasına;

– əməyin mühafizəsi üçün norma, qayda və təlimatların yerinə yetirilməsinə;

– səs-küyün səviyyəsinin, titrəmənin, çirklənmənin, tozlanmanın, işıqlanmanın, temperaturun, nəmişliyin və başqa istehsalat faktorlarının ölçülməsinin qrafik üzrə aparılmasına;

– aspirator və ventilyasiya sistemlərinin keyfiyyətli işləməsinə;

– qoruyucu qurğuların və mühafizə vasitələrinin vəziyyətinə;

– iş yerlərində təlimatların vaxtında və keyfiyyətli aparılmasına;

– işçilərin əməyin mühafizəsi dərslərinin təşkilinə, biliklərinin yoxlanılmasına və attestasiyadan keçirilməsinə;

– istehsalatda bədbəxt hadisələrin uçotuna və araşdırılmasına;

– işçilərə verilən xüsusi geyimlərin, ayaqqabıların, fərdi mühafizə vəsaitələrinin və digər vasitələrin qorunmasına, yuyulmasına, təmizlənməsinə, qurudulmasına və zərərsizləşdirilməsinə;

– xidmətlərdə əməyin mühafizəsi və texniki təhlükəsizliyinə ayrılmış vəsaitlərin düzgün xərclənməsinə.

3.1. Normal iş şəraiti ilə təmin olunması.

3.2. Xidmət və şöbələrdə əməyin mühafizəsi texniki təhlükəsizliyi və istehsalat sanitariyası üzrə yoxlamalar aparmaq, lazım gəldikdə təqdimatlar yazmaq.

3.3. İstehsalat sahələrində işçilərin sağlamlığına və həyatına təhlükə yaradan işləri saxlamalı və təcili Direktora məlumat vermək.

3.4. Texniki təhlükəsizlik və istehsalat sanitariyası normalarına cavab verməyən alətlərlə işləməyi qadağan etmək.

3.5. İstehsalatda zədələnmələri aradan qaldıran, yeniliklər yaradan və iş yerlərini lazımı, normal vəziyyətdə saxlayan işçiləri mükafatlandırmaq üçün “Təşkilatın adı” MMC-nin rəhbərliyinin fikir və rəyini bildirmək.

3.6. “Təşkilatın adı” MMC-nin Direktoruna istehsalatda əməyin mühafizəsi və istehsalat sanitariyası qaydalarını pozan işçilər barədə informasiya verməli, həmin işçilərin inzibatı qaydada cəzalandırılması yaxud işdən azad edilməsi barədə məsələ qaldırmalı, həmçinin sistematik əməyin mühafizəsi tələblərini pozan struktur bölmələrinin rəislərini işdən azad etmək barədə təqdimat verməlidir.

3.7. Əmək məcəlləsinə, qüvvədə olan qaydalara və əməyin mühafizəsi və istehsalat sanitariyası qaydalarına uyğun gəlməyən, ayrı-ayrı vəzifəli şəxslərin əmr və sərəncamlarının dayandırılmasına qarşı təklif və rəylərini irəli sürməlidir.

3.8. Struktur bölmələrində əməyin mühafizəsi səviyyəsini yoxlamalı və yazılı göstərişlər verməlidir.

4.1. Azərbaycan Respublikasının əmək qanunvericiliyi tərəfindən müəyyən edilmiş qaydada, bu vəzifə təlimatı ilə nəzərdə tutulmuş, vəzifələrin icra edilməməsi və ya lazımi səviyyədə icra edilməməsi.

4.2. Azərbaycan Respublikasının inzibati, cinayət və mülki qanunvericiliyi tərəfindən müəyyən edilmiş qaydada – fəaliyyətinin həyata keçirilməsi prosesi zamanı yol verilmiş qanun pozuntuları.

4.3. Azərbaycan Respublikasının əmək, cinayət və mülki qanunvericiliyi tərəfindən müəyyən edilmiş qaydada – maddi ziyanın vurulması.

4.4. “Təşkilatın adı” MMC-nin mənafeyinin qorunmaması, firmaya, onun müştərilərinə aid olan məxfi məlumatların, sənədlərin (kommersiya sirri) üçüncü şəxslərə açılması.

4.5. İmzaladığı sənədlərə şəxsən və şərtsiz məsuliyyət daşıyır.

Download – Əməyin mühafizəsi slayt

2-THLKSZLK mhitindki thlklrin aradan qaldrlmasna istiqamtli ilr. Bir baqa ifad il. Insann n sas hququ olan yaamaq haqqn thdid edn v ox vaxt qarmza qzalar v pe xstliklri olaraq xan thlklrdir-NSANLARI QORUMAQ-Zrrli nsrlrin aradan qaldrmaq v ya n aa sviyyy endirmk . Yni daha thlksiz bir i mhiti tmin etmkdir.

I salaml v thlksizliyinin mqsdlri1 – iini qorumaq2 – Istehsaln thlksizliyini tmin etmk3 -mssisnin thlksizliyini tmin etmk

THLKSZLKRisklrin, tyin olunmam bir zaman aral mddtind, qbul edil biln sviyydqalmasn ifad edir.

N n ilyirikHYATDA QALMAQmkanlarmz daxilind ailmizin, zmzn midlrini qarlamaqv daha yaxi bir hyatlatmin etmksas ehtiyaclarmz dmk9

N n ilyirikMqsdimiz nlmzsk n olarHYATDA QALMARIQAilmizin, zmzn midlrini qarlaybv daha yaxi bir hyatlatmin ed bilmrik.sas ehtiyaclarmz dy bilmrik

lmzsk n olarHans vziyytd ily bilmrik11

Hans vziyytd ily bilmrik?

Yal olduumuz n i gr bilm gcmz itirdiyimiz zaman.I gr bilm gcmz tsir edck drcd zdlndiyimiz zaman.THLK RSK12

THLKin istehsal v icras snasnda meydana gln thlkli vziyyt v thlkli davranlarn zaman v mkan rtlrind bir araya glmsindn qaynaqlanan, lm, xstlik, zd v ya ziyana sbb vern istnmyn hadis13

BR ADAMA, MADDY, CHAZA, VYA CRASINA; KSTLK, XSART, TK VYA ZRR VERM EHTMAL OLAN HR EY THLKDR

THLKNIN TYIN OLUNMASI HR BR ENERJ MNBY YA DA THLKL MATERIALLAR IL TMAS EDRM?- ELEKTRK – ST-SOYUQ – KIMYVI MADDLR – RADIASIYA – QAZLARI YA DA TSTLRI – SU YA DA BUXAR- QEYRI-KAFI HAVA

THLK VZYYTNDK ZRRN REALLAMASININ, MEYDANA GLMSDR.

YERIND, MEYDANA GL BILCK, ICILR V YA I TRAFINA ZRR YADA ZIYAN VERICI XARAKTERLI BIR HADISNIN, MEYDANA GLM EHTIMALININ ZRR VERM DRCSI IL BALIDIR

RSKRisk = E x DE: EhtimalD: Zrrn drcesi

1616RSKThlklrdn qaynaqlanan bir hadisnin, meydana glm ehtimal il zrr verm drcsinin Birlmsidir.

GRNMZ QZA DEDYN SNN GRMDYNDR.

Azercosmos Confidential & Proprietary18

Xahis edirk piyada keidindn istifad edin192020

– HRKTL YA DA UAN OBYEKT – DN MATERIALLAR23

INI NS VURA BILR M?- DURAN YA DA HRKTLI OBYEKT – ITI KNCLR – BIRDN L IXAN OBYEKT

HR HANSI BR EYN ND-ZRND-YA DA ARASINDA SIXILARM?- AILIB BALANAN OBYEKT – HRKTL V YA DURAN OBYEKT24

SRRK V YA BR YER ILIRK YIXILARM?- AYNI SEVYED AHA -E25- EYNI SVIYYD – DAHA AAI SVIYYY

HDDNDN ARTIQ MCBURETM EHTMALI VAR MI?

– QALDIRARKN – KRKN – ITLYRKN

SUALLARIN HR BR CAVABLANARAQ POTENSIAL QZALARIN V THLKNN SBB TYIN OLUNA BILR. BU TYIN ETMLRL YER DAHA THLKSIZ V EFFEKTIV HALA GTRL BLR.26

RSKN DYRLNDRLMS27Sistematik olaraq Thlklri myynldirmk, Risklri ortaya xarmaq v Risklr nzart etmk n uyun keyfiyyt v / v ya kmiyyt sullar istifad edilrk grln ilrin cmidir.QBUL OLUNAN RSKLR28 Qanuni zrurtlr v mssisnin SQ siyast v proqramlar nzr alndnda, qbul ed bilck sviyyy endirilmi risk.

RSK YNETM-NSAN HATASINI ANLAMA

29nsanlar bir eyi niy edrlr?QZAYLA

-Etmy mcbur etm-styrk etmQZALARIN SAS SBBLR (4M)30 nsan.Shvlr sbb olan insan faktoru.

Dzgah. Uyun olmayan, qoruyucusuz dzgah v avadanlq kimi fiziki amillr

traf-mhitMlumat, mlumatlandrma, i metodlar v ekoloji amillr Rhbrlik Idaretm amillrQZALARIN SAS SBBLR (4M) Insan 1- Psixologiya sbblri. unutqanlq, narahatlq-kdr-kdr, traf mhit tsirlr, mcburi davran, unutqan davran, shv davran, v s2- Fiziki sbblr. Yorunluk, yuxusuzluq, spirt, xstlik v s.3- yerlri sbblri. insan laqlri, komanda almas, nsiyyt v s Man1-Xtal man v avadanlq yerlmsi.2-Natamam v ya xarab qoruyucular.3-Qeyri-kafi standartladrma.4-Qeyri-kafi nzart v qay.5-Qeyri-kafi mhndislik xidmtlri v s. 31QZALARIN SAS SBBLR (4M) Rhbrlik1-qeyri-kafi rhbrlik orqanizasyonu.2-Tamamlanmam qaydalar v tlimatlar.3-Qeyri-kafi gvenilik rhbrlik plan.4-thsil v tdris atmazl.5-Uyun olmayan nzart, idaretm v rhbrlik.6-Uyun olmayan iilr mulluu.7-qeyri-kafi salamlq yoxlamalar v s

Media (traf-mhit) 1-Qeyri-kafi i mlumat, 2-uyqu olmayan i metodu, 3-uyqu olmayan i yeri v mhiti v s,

32myin mhafizsi v Thlksizliyi MdniyytiQarsn almaq dmkdn daha asandr. Thlkni aradan qaldrmaq alnanQorunmakla mmkndr33Qabaqlayc tdbirin nticlri

Ola bilck qzalarn qarsnn alnmas

Daha insani davran

Glirlilik hdflrini tutmaqdr.

3435 qzalar v ya pe xstliklri, hr ikisi d vvldn olmas planlanmayan v istnmyn hadislrdir.

thlksizliyinin tmin edilmsi ilri, thlkli vziyyt v hrktlrin aradan qaldrlmas mvzusunda sxlaar

36 QZASI = THLKL VZYYT + THLKL HRKTKimi ifad edils, bu iki riskdn birinin 0 (sfr) olmas halnda qza ehtimal da 0 (sfr) olmaqdadr. THLKLI VZYYT1-thlksizlik sistemlri v makina koruyucularndaki mnfiliklr. 2-Strukturca pozuqluqlar v istifad materialn xsusiyytlri. 3-in istehsalndan doan thlklr. 4-Saxlama, tnzimlm v yma. 5-Pis v thlkli traf rtlri. THLKLI HRKT1-avadanlqlarn ildilmsind.2-Sistemi thlksizliy alarkn shv davranlar.3-xsi qoruyucularn, thlksizlik sistemlrinin v avadanlq mdafiilrinin shv istifadsi.4-Thlkli razid srtli lm.5-Cihazlar Thlkli stifad v ya qoruyucusuz cihazdan istifad.6-Thlkli yerlrd thlkli kild dayanma.THLKLI HRKT1-avadanlqlarn ildilmsind.2-Sistemi thlksizliy alarkn shv davranlar.3-xsi qoruyucularn, thlksizlik sistemlrinin v avadanlq mdafiilrinin shv istifadsi.4-Thlkli razid srtli lm.5-Cihazlar Thlkli stifad v ya qoruyucusuz cihazdan istifad.6-Thlkli yerlrd thlkli kild dayanma.

37I QZALARINDA THLKLI VZIYYT V THLKLI HRKTTHLKLI VZYYT (10%) +THLKLI HRKT (88%) = QZASI (98%)

QARILAMA (2%)3839KK HMALLER BYK TEHLKELER DOURUR

INSANIN SBB OLABLCY QZA- mlumatszlq -i uyunlamamaq -thlky hmiyyt vermmk-Laqeyd-Tedbirsizlik -Diqqtsizlik-Yorunluq -ntizamszlq, ii ciddi qbul almamaq -mnvi pozuqluu -fiziki rahatszlklar -grkli tlimatlarn verilmemesi -yeterli texnik ii taplmamas -i blmsinin olmamas – slahiyyt v msuliyytlrin myyn olmamas -thlksizlik il laqdar idaretm shvlr -nc xsn tsiri

YERNN SBB OLABLCY QZA- I yerinin man v dzghlarnn shv planladrlmas,- Qeyri-kafi iqlandrma, – Qeyri-kafi isitm, – Qoruyucusuz man v dzgah, – Frdi qoruyucularn skik v uyun olmamas, – Srkn v qrq yer.

YER THLKSIZLIYININ SAS FLSFSI1- All fikirl hrkt etmk 2 – Msuliyyt hissi dama 3 – Diqqti yalniz o i ynltmk 4 – Thlksizliyi tminedici qaydalara ml etmk42

43SBIRL DNLDYNZ N HAMINIZA TKKR EDRM

SON DƏQİQƏ

Əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə kimlər cavabdehdirlər ?

25-04-2020, 12:28

Ali qanunumuz olan Konstitusiyamızın 35-ci maddəsi hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu bəyan edir. Həmçinin işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ Azərbaycan Respublikası Əmək Məcəlləsinin 207-ci maddəsində də öz əksini tapmışdır.

Əməyin mühafizəsi işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə Əmək Məcəlləsində və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemidir.

Əməyin mühafizəsi normaları və qaydaları Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə, səlahiyyətləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanlarının qəbul etdiyi normativ hüquqi aktlarla, habelə Azərbaycan Respublikasının qoşulduğu və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Əməyin mühafizəsi üzrə normativ hüquqi aktların tələbləri, əməyin mühafizəsi normaları, standartları, qaydaları əmək münasibətlərinin tərəfləri və digər fiziki və hüquqi şəxslər üçün məcburidir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsində təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisələrdə iş yerlərinin əməyin mühafizəsi normaları və qaydalarının tələblərinə uyğun olmasına, işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasına cavabdehlik işəgötürənin üzərinə qoyulur. İşəgötürən tərəfindən sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması öhdəlikləri Əmək Məcəlləsinin 215,225-ci maddələrində, eləcədə müəssisələr haqqında əsasnamələrdə (nizamnamə), kollektiv müqavilələrdə təsbit olunur. Müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində aşağıdakı tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər:

– əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini;

– binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsini;

– bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmasını;

– işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətinin təşkilini;

– əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi profilaktiki yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməsini;

– normal əmək və istirahət rejiminə riayət edilməsini;

– işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsini;

-işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsini və əməyin mühafizəsinin təbliğini;

– kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaları daxil etməyi və onlarda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsini;

– müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) müəyyən etdiyi müddətdə və formada əməyin mühafizəsi, əmək şəraiti və onların qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haqqında statistik hesabatın verilməsini.

Əlavə olaraq onu da qeyd edim ki, Azərbaycan Respublikası Əmək Məcəlləsində əməyin mühafizəsi üzrə işçilərin də vəzifələri müəyyən edilmişdir. Həmin vəzifələr isə aşağıdakılardır:

– Əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrənmək, mənimsəmək və onlara əməl etmək;

– Əmək funksiyasını özünü və başqa işçiləri təhlükəyə məruz qoymayacağı təqdirdə icra etmək, şəxsi buraxılışı olmadan qurğularda, dəzgahlarda, partlayış və həyat üçün təhlükəli digər mənbələrdə iş görməmək;

– Verilmiş xüsusi geyimdə və ayaqqabıda işləmək, texnoloji prosesdə, əməyin mühafizəsi üzrə normalarda, qaydalarda və təlimatlarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək;

– Əməyin mühafizəsi qaydalarının bütün pozuntuları haqqında, həmçinin baş vermiş qəzalar və bədbəxt hadisələr haqqında işəgötürənin nümayəndələrinə dərhal məlumat vermək;

– Müntəzəm olaraq əməyin mühafizəsi normaları və qaydaları barədə biliklərini artırmaq;

– Əməyin mühafizəsi məsələləri ilə əlaqədar işəgötürənin, iş yeri üzrə rəhbərinin, mütəxəssislərin tapşırıqlarına, məsləhətlərinə, tövsiyələrinə əməl etmək.

Hal-hazırda muxtar respublikada işçilərin həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək hadisələrin qarşısının alınması üçün profilaktik tədbirlər görülür, tikinti aparılan obyektlərdə işçilər üçün sanitar-gigiyenik qaydalara cavab verən xüsusi yerlər hazırlanır, müəssisələrdə əməyin mühafizəsi və kadrlar üzrə mütəxəssislərin biliklərinin artırılması məqsədilə kurslar təşkil edilir, işçilər peşələrinə uyğun xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilirlər.

Əməyin mühafizə qaydalarının pozulması, avadanlıq və qurğuların istismar qaydalarına əməl olunmaması, əmək və icra intizamının pozulması kimi hallar iş yerlərində bədbəxt hadisələrin baş verməsinə səbəb olur. Bunun üçün hər bir işəgötürən, hər bir işçi əməyin mühafizəsi üzrə müvafiq normativ-hüquqi aktlarda nəzərdə tutulan tələbləri öyrənməli və onlara əməl etməlidir. Əlbəttə, bu tədbirlərin həyata keçirilməsi iş yerlərində əmək şəraitinin əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarına uyğun olmasına imkan verəcəkdir.

Afət Kərimli

Culfa rayon prokurorluğunun

böyük müstəntiqi II dərəcəli hüquqşünas:

Comments are closed, but trackbacks and pingbacks are open.