Press "Enter" to skip to content

Azərbaycanda şagirdlərə fərqlənmə attestatlarının verilməsi qaydası təsdiqlənib

Ata bu dövr ərzində ailəsinə və yeni doğulmuş körpəsinə daha çox pul xərcləməli olur. Körpənin ehtiyacları, ananın ehtiyacları, evin digər problemləri və qayğıları. Bütün bu problemlərin içindən isə mütləq maddi cəhətdən təminatlı olan ata çıxa bilər. Məhz buna görə də kişilərin bir çoxu məzuniyyət hüququndan imtina etməli olur.

Atalıq məzuniyyəti nədir: kimlərə və hansı halda verilir? – ARAŞDIRMA

Bu mövzu cəmiyyətin ən çox ehtiyac duyduğu və qabardılması istənilən mövzulardandır. Valideynlər, xüsusilə də yeni övladı dünyaya gələn ailələr bu barədə çox narahatlıq duyurlar. Çünki yeni uşaq doğmuş anaya və ailənin digər üvzlərinə yardım etmək üçün heç olmasa ilk aylarda evdə digər valideynin olması vacibdir. Hansı ölkələrdə “atalı məzuniyyəti” var? Bizdə də ola bilərmi? Belə bir qanunun qəbul edilməsinə bu qədər ehtiyac varkən nədən qəbul edilmir? Ataların hazırki Əmək Məcəlləsində bununla bağlı hüququ nədir? Bu araşdırmamızda bu suallara cavab axtarmışıq.

Hansı ölkələrdə atalıq məzuniyyəti necədir?

Əksər xarici ölkələrdə bununla bağlı konkret qayda var. Məsələn, Norveçdə atalıq məzuniyyəti məcburidir və 14 həftəlikdir. Təzə ata-ana olanlar maaşlarının 80 faizini alaraq ümumən 59 həftə doğum icazəsindən istifadə edə bilirlər. Əgər ata bu icazədən istifadə etməsə, hökumət uşaq yardımını azaldır.

İsveçdə də kişilər məcburi olaraq 2 ay atalıq məzuniyyətinə çıxır. Bu hüquqdan istifadə etməyən atalar uşağa görə onlara verilən müavinətdən azad edilirlər.

Almaniyada da valideynlərə verilən ödənişli doğum icazəsi 14 həftədir. Burada dövlət valideynlərə təxminən 1.800 avro maaş ödəyir. Ödənişsiz icazə müddəti isə həm ana, həm də ata üçün uşaq 3 yaşına çatana qədər uzadıla bilir.

Fransada 16 həftə olan ödənişli doğum icazəsi, üçüncü uşaqdan sonra 26 həftəyə qədər uzana bilir.

Estoniyada atalar üçün də uşağının doğulmasından sonrakı 3-cü ayda işə başlamaq üzrə ödənişli icazə haqqı var.

Amerikada orta hesabla 10-12 həftə, Afrika ölkələrində ortalama 10 həftə, Asiya ölkələrində isə orta hesabla 8-10 həftə arasında dəyişməkdədir.

Qanun analara daha çox güzəşt edir

Bizim cəmiyyətdə yekdil bir fikir formalaşıb, qadın dünyaya uşaq gətirir, onu qidalandırır, tərbiyə edir və bütün bunlara görə də mütləq məzuniyyətə çıxmalıdır. Düzdür, qanunlarımız bunları dəstəkləyir, hər bir qadın ana olmağa hazırlaşdığı dövrdə qanuni haqqından istifadə edə bilər.

Əmək Məcəlləsinin 125-ci maddəsinə görə, hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü məzuniyyət verilir. Bu məzuniyyətin 70 günü doğuşdan əvvəlki, 56 günü isə doğuşdan sonrakı müddət üçün nəzərdə tutulub.

Doğuş çətin olduqda, 2 və daha çox uşaq doğulduqda, doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətinə qədər uzadılır. Qeyd edək ki, bu məzuniyyət müddəti ərzində qadın işlədiyi müəssisədən əməhaqqını tam şəkildə alır.

Maraqlıdır, qadına bu qədər məzuniyyət günü verildiyi halda, eyni hissləri yaşayan, hətta öhdəsinə daha çətin vəzifələr düşən, ailənin bütün problemlərini həll etməli olan atalara qanun hansı güzəştləri edir?

Qanun nə deyir?

Hələ 2009-cu ildə Parlamentin Sosial siyasət daimi komitəsi Əmək Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan qanun layihəsini ictimai müzakirəyə çıxarmışdı. “Hamiləliyə və doğuşa görə məzuniyyətlər»i nəzərdə düzəlişdə qeyd olunurdu ki, hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 250 təqvim günü müddətində ödənişli məzuniyyət verilsin. Hamiləlik dövründə və yaxud doğuşdan sonrakı müddətdə qadının arzusu ilə həyat yoldaşına növbədənkənar məzuniyyətə çıxmaq hüququ verilsin.

Həmin qanuna düzəlişdə nəzərdə tutulurdu ki, kişilər də atalıq məzuniyyətinə çıxa bilərlər, amma sadəcə 2 həftəlik bir müddətə, həm də ödənişsiz. Qanuna düzəlişdə həmçinin qeyd olunub ki, ataların məzuniyyətə buraxılması xanımından asılıdır. Qanuna yeni düzəlişə görə, kişilərə xanımlarının razılığı olduğu halda atalıq məzuniyyəti verilə bilər. Bu, 130-cu maddənin düzəlişi idi.

Daha dəqiq yazsaq, Əmək Məcəlləsinin 130-cu maddəsinə görə, işçilərin xahişi və işəgötürənin razılığı ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə- səhiyyə müəssisəsinin rəyi ilə 14 təqvim gününədək müddətdə ödənişsiz məzuniyyətlər verilir.

Əmək Məcəlləsinin bu tələblərinə əsasən işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququnun yaranması üçün 3 əsas şərt olmalıdır;

1. İşçinin xahişi,

2. İşəgötürənin razılığı

3. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 130-cu maddəsinə əsasən ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə qulluqla əlaqədar səhiyyə müəssisəsinin rəyi. Bu məzuniyyət sırf uşaq doğuluşu zamanı həyata keçirilmədiyindən və ətraflı nəzərdə tutulduğundan adı da konkret olaraq “atalıq məzuniyyəti” deyil.

Atalıq məzuniyyəti niyə mübahisəlidir?

Qanunla Azərbaycanda “atalıq məzuniyyəti” anlayışı yoxdur. Amma Əmək Məcəlləsinin 127-ci maddəsində nəzərdə tutulub ki, ana olan qadın işləmək istəyirsə və həyat yoldaşı ilə razılığa gəlibsə, onun əvəzinə kişi məzuniyyətə çıxa bilər.

Əmək Məcəlləsini 130-cu maddəsinə edilən dəyişikliyə görə atalar övladı dünyaya gələrkən doğuşdan qabaq və ya sonra öz hüquqlarından istifadə edə bilərlər. 130-cu maddəyə edilən dəyişikliyə görə ata olan kişilər 2 həftə, yəni 14 gün məzuniyyətə çıxa bilərlər, amma ödənişsiz məzuniyyət. Bu qanun həm dövlət, həm də özəl şirkətlərdə keçərlidir.

Qeyd edək ki, bu məzuniyyətə konkret “atalıq məzuniyyəti” adı verilməyib, çünki məzuniyyət işçinin hesabınadır. Əgər analıq məzuniyyəti kimi bu məzuniyyət də dövlət hesabına, ödənişli olaraq verilsəydi, yəqin ki, qanunda adı da başqa cür olardı.

Atalar hüquqlarından imtina edir

Bu, alqışlanacaq bir qərardır, təbii ki, məzuniyyət baxımından. Amma ödənişsiz məzuniyyət olması bir qədər düşündürücüdür. Axı ata bu müddət ərzində ailəsinin maddi təminatını da həll etməlidir.

Kiçik bir hesablama aparaq- Azərbaycanda doğuşa görə ödənilən məbləq regionlara nisbətən paytaxtda bahadır. Əgər regionlarda təbii doğuşa görə ailə həkimə 200-300 manat ödəyirsə, Bakıda bu məbləğ orta hesabla 700-1000 manat təşkil edir. Əgər qadın təbii doğuş edə bilmirsə və keyser əməliyyatına ehtiyac varsa, bu rəqəm 2 dəfə artmalı olur.

Ata bu dövr ərzində ailəsinə və yeni doğulmuş körpəsinə daha çox pul xərcləməli olur. Körpənin ehtiyacları, ananın ehtiyacları, evin digər problemləri və qayğıları. Bütün bu problemlərin içindən isə mütləq maddi cəhətdən təminatlı olan ata çıxa bilər. Məhz buna görə də kişilərin bir çoxu məzuniyyət hüququndan imtina etməli olur.

Bu cür qanunlar bütün sivil ölkələrdə var. Körpənin doğulması adi bir hadisə olmadığı üçün qanun həm ataya, həm də anaya gərəkli güzəştləri edir. Avropada uzunmüddətli məzuniyyətə çıxıb övladına özü baxan atalar da var. Təbii ki, bu bizim cəmiyyətdə bir qədər normal qarşılanmaz, bizdə kişinin evdə uşağa baxması, qadının işləməsi normal hesab edilmir.

Doğulmamış körpə də atası ilə birlikdə olmaq istəyir

Ginekoloq Könül Qarayeva hesab edir ki, atalara məzuniyyət verilməsi qadına və doğulacaq körpəyə müsbət təsir edə bilər: “Qadın hamiləlik dövründə olduqca həssas olur, özünü tək-tənha hiss edir, doğuş prosesindən qorxur. Körpə isə ana bətnində bütün bunları hiss edir, bu da onun da səhhətinə pis təsir edir. Döl hər şeyi anlayır və anasından gördüyü nəvazişi atasından da duymaq istəyir. O hələ doğulmamış ola bilər, amma canlıdır, ərtafda olanları hiss edir. Ona görə də, düşünürəm ki, həm doğuşdan qabaq, həm də sonra ata ananın yanında olmalıdır, bu, həm körpənin, həm də ananın sağlamlığı üçün vacibdir”.

Ana olmağa hazırlaşanların iş problemləri

Yeri gəlmişkən, özəl şirkətlər hamilə işçiləri sevmirlər. Onları ya bir bəhanə ilə işdən azad edir, ya da çox kiçik bir müddətə icazə verirlər və maaş hesablamadan. Dövləq büdcəsindən maliyyələşməyən idarə müəssisə və təşkilatlarla işləyən qadınlar işə çıxmadığı aylarda maaş almırlar.

Atalara gəldikdə, xüsusi şirkətlərdə və ya qeyri-hökumət orqanlarında çalışanlara uzağı 2 həftə icazə verilir ki, həmin günlər üçün də maaş hesalanmır. Yəni, öz hesabına kiçik “məzuniyyət”. Lakin nəzərə almaq lazımdır ki, indiki ailələrin çoxu 2 nəfərdən ibarətdir- ata və ana. Ana hamilədirsə, ya da zahıdırsa evdə onun qayğısını çəkəcək ikinci biri yoxdur. Belə halda, ata bütün günü işləməli, ana isə həm uşağa baxmalı, həm yemək bişirməli, həm paltar yumalı, həm də evin digər qayğıları ilə maraqlanmalıdır. Bu isə fiziki cəhətdən mümkün deyil.

Ata və analar hesab edir ki, məzuniyyət qaydalarını bir qədər yüngülləşdirmək və ödənişli etmək lazımdır. Qanunlar isə başqa şey deyir. Ananın kifayət qədər məzuniyyət haqqı olduğunu hesab edən qanun kişiyə bu haqqı tanımır.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti çərçivəsində hazırlanıb

Azərbaycanda şagirdlərə fərqlənmə attestatlarının verilməsi qaydası təsdiqlənib

Bakı. 9 iyun. REPORT.AZ/ “Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi Qaydası” təsdiqlənib. “Report” xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarov bununla bağlı əmr imzalayıb. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub. Beləliklə, ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatları müəyyən tələblərə uyğun gələn məzunlara verilir. Bunlar ümumi orta və ya tam orta təhsil səviyyəsində oxuduğu müddətdə nümunəvi davranışı ilə fərqlənməsi, bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətlərinin 5 (beş) olması, ümumi orta təhsil səviyyəsində buraxılış imtahanlarında hər bir fənn üzrə ən azı 75 (yetmiş beş) bal toplaması, tam orta təhsil səviyyəsində buraxılış imtahanlarında hər bir fənn üzrə 5 (beş) qiymət alması (ən azı 75 (yetmiş beş) bal toplaması1), buraxılış imtahanında inşadan (essedən) minimum 7 (yeddi) bal toplaması tələbləridir. Məzunlara ümumi orta təhsil haqqında və ya tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin pedaqoji şurasında baxılır və müvafiq qərar qəbul edilir. Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi məktəb direktorunun təqdimatına əsasən, məktəbin tabe olduğu təhsili idarəetmə orqanının əmri ilə rəsmiləşdirilir. Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində məzunlara ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi Pedaqoji Şuranın qərarına əsasən, məktəb direktorunun əmri ilə rəsmiləşdirilir. Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatları məzunlara təntənəli surətdə təqdim edilir. Qeyd edək ki, “Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi Qaydası” təsdiq edilməli, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2015-ci il 1 may tarixli 536 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində ümumi orta təhsil üzrə xüsusi nümunəli şəhadətnamə almağa namizəd şagirdlərin müəyyənləşdirilməsi Qaydası” ləğv edilib.

Məzuniyyət attestatını hardan bilirik

“Bu ildən 9-cu sinif buraxılış imtahanlarında iştirak etməyən şagirdlər aldıqları arayışla yalnız 9 il məktəbə gedib-gəldiklərini sübut edə biləcəklər. Amma bu arayış onların müvafiq dövlət standartlarına uyğun olaraq, 9 illik proqramı mənimsəməsini təsdiq etməyəcək”.

Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları”nın təsdiq edilməsi ilə əlaqədar keçirdiyi brifinqdə deyib.

M.Abbaszadə əlavə edib ki, 9-cu sinif şagirdləri attestat almaq üçün mütləq buraxılış imtahanında iştirak etməlidirlər.

Onun sözlərinə görə, yeni qaydalara əsasən, 9-cu siniflər üçün attestatlara illik qiymətlər məktəb tərəfindən yazılacaq. Əlavə sətirdə isə buraxılış imtahanlarının qiymətləri yazılacaq: “Amma bu, 11-ci sinfə aid deyil. 11-ci siniflər 2 il köhnə qayda ilə attestat alacaqlar”.

M.Abbaszadə deyib ki, bu il də 9-cu sinif bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istənlər üçün buraxılış imtahanında topladığı bal onun üçün müsabiqə balı hesab ediləcək.

M.Abbaszadənin sözlərinə görə, orta ixtisas təhsili müəssisələrinə qəbul qaydaları hazırlanıb. Bu qaydalar bu həftə ərzində aidiyyəti quruma təqdim ediləcək: “Hüququmuz var ki, buraxılış imtahanlarının qaydaları təsdiq edildikdən sonra bunun əsasında orta ixtisas təhsili müəssisələrinə qəbul qaydalarını Nazirlər Kabinetinə təqdim edək. Bu həftə ərzində qaydalar aidiyyəti quruma təqdim ediləcək. Bu məsələ Təhsil Nazirliyi ilə birgə müzakirə olunub”.

Mirmahmud KAZIMOĞLU

Comments are closed, but trackbacks and pingbacks are open.