N yaxşı kişi ətirləri 2022
“Tip 2 DM” isə insulinə qarşı müqavimətin və ya insulin sekresiyasının azalması il bağlıdır. Daha çox 30 yaşdan yuxarı və artıq çəkidən əziyyət çəkən insanlarda rast gəlinir. Bu tip xəstəlikdə genetik faktor çox böyük rol oynayır. Belə ki, əgər valideynlərdə şəkərli diabet varsa, uşaqlar 38 faiz risk daşıyırlar.
Ən çox bəyənilən şəkli necə seçə bilərəm?
Könül Cəfərli ilə “Peşəkar həkim” layihəsinin növbəti qonağı “Olimp Hospital”ın baş direktoru, yüksək ixtisaslı mütəxəssis, həkim-endokrinoloq Samir Şükürovdur. Müsahibimiz şəkərli diabet xəstəliyi haqqında suallarımızı cavablandırıb.
“Qafqazinfo” müsahibəni təqdim edir:
Peşəkar endokrinoloq Samir Şükürov 2010-cu ildə Azərbaycan Tibb Universitetini, 2015-ci ildə isə Türkiyə Respublikasının Bezmialem Vakıf Universitetini bitirib. Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Terapiya kafedrasının doktorantıdır. S.Şükürov ixtisası üzrə Böyük Britaniya, İtaliya, İsveç, Almaniya, İspaniya da daxil olmaqla Avropanın 15-dən çox ölkəsində keçirilmiş beynəlxalq konfrans və təlimlərdə iştirak edib. Türkiyə Endokrinologiya və Metabolizm Dərnəyinin (TEMD) fəxri, Avropa Endokrinologiya Cəmiyyətinin (ESE) və Amerika Klinik Endokrinologiya Assosiasiyasının (AACE) həqiqi üzvüdür.
Dr. Samir Şükürov şəkərli diabet, qalxanabənzər vəzi xəstəlikləri (zob), hipofiz vəzi xəstəlikləri, böyrəküstü vəzi xəstəlikləri, endokrin sonsuzluq, osteoporoz (sümük əriməsi), endokrin hipertoniya (yüksək qan təzyiqi), menstrual tsikl pozğunluğu, boy qısalığı, artıq çəki kimi bütün növ endokrinoloji problemləri beynəlxalq protokollar əsasında peşəkarlıqla müalicə edir.
2021-ci ildən “Olimp Hospital”ın baş direktoru vəzifəsində çalışır.
– Şəkərli diabet xəstəliyi nədir?
– Şəkərli diabet insulin ifrazının, insulin təsirinin və ya hər ikisinin pozulması nəticəsində ortaya çıxan, qanda şəkərin miqdarının yüksəlməsi ilə gedən xroniki metabolik xəstəlikdir.
– Bu xəstəliyin hansı risk faktorları var?
– Araşdırmalara görə, risk daşıyan genlər var. Odur ki, birinci dərəcəli qohumları şəkərli diabet olan şəxslər risk qurupuna daxildir. Eləcə də artıq çəkidən və yüksək qaz təzyiqindən əziyyət çəkən, 4 kiloqramdan artıq uşaq dünyaya gətirən, az hərəkət edən, yaşı 45-dən yuxarı olan şəxslər risk qrupuna aiddir. Genetik faktor mühüm əhəmiyyət kəsb etsə də, şəkərli diabeti yaradan başqa səbəblər də var. Bura artıq çəki, oturaq həyat tərzi, sağlam qidalanmamaq kimi amillər daxildir. Genetik faktor mühüm rol oynadığından birinci dərəcəli qohumlarınız arasında şəkərli diabet xəstəsi varsa, həyat tərzinə, qidaya və çəkiyə xüsusi diqqət yetirməlisiniz. Lakin bu heç də o demək deyil ki, şəkərli diabet xəstəsi olan qohumunuz varsa, siz də mütləq bu xəstəliyə yoluxacaqsınız. Sadəcə, bütün ehtimallara qarşı özünüzü qorumağınızı tövsiyə edirik.
– Xəstəliyin əlamətləri nələrdir?
– İlkin mərhələdə halsızlıq, yorğunluq, yuxululuq, sonrakı etaplarda isə tez-tez sidiyə getmək, ciddi çəki itkisi, dəridə və ağızda quruluq hissi, bulanıq görmə, dəridə qaşınma, sidik yolu infeksiyalarının yaranması kimi hallar müşahidə olunur. Bu xəstəlik zamanı bədən su, su ilə birgə də şəkər itirir. Orqanizm şəkəri enerji mənbəyi kimi istifadə edə bilmədiyindən öz yağlarını əritməyə başlayır. Nəticədə xəstə sürətlə arıqlayır. Odur ki, tez-tez sidiyə gedir, ağızda quruluq hiss edir və ciddi çəki itirirsinizsə, gecikmədən həkim-endokrinoloqa müraciət edin.
– Gecikmək hansı ağırlaşmalara səbəb olur?
– Şəkərli diabet gözə, ürəyə, böyrəklərə, beyinə, ayaq damarlarına ciddi təsir edir. Gözdə yaranan diabetik retinopatiya nəticəsində görməni tamam itirən, qanqrena səbəbindən hər iki ayağı amputasiya edilən xəstələr olur. Halbuki düzgün diaqnoz və beynəlxalq protokollar əsasında müalicə ilə bütün ağırlaşmalardan qorunmaq mümkündür. Diabetlə əlaqəli yaranan bütün fəsadların səbəbi qlükozanın qanda yüksək olmasıdır. Pasiyent qanda şəkərin miqdarını idarə edə bilsə, şəkərli diabet xəstəlik yox, həyat tərzinə çevriləcək və heç bir ağırlaşma ilə üzləşməyəcək.
– Ayaqları amputasiya olunan şəkər xəstələrinə çox rast gəlirik. Ayaqları necə qorumaq olar?
– Bu xəstəliyin ən sıx rast gəlinən ağırlaşmalarından biri diabetik ayaq problemidir. Müalicəsiz qaldıqda, yaxud da yanlış müalicə nəticəsində ayaqlarda qanqrena yaranır və amputasiya olunur. Odur ki, bu xəstələr ayaqlarına qulluq etməli, hər cür zədələnmədən qorumalıdırlar. Ayaqlar hər gün yuyulmalı, corablar düzgün seçilməli, xüsusi ortopedik ayaqqabı geyinilməli, dəridə quruluq varsa, nəmləndirici kremlərdən istifadə olunmalıdır. Bayırda, hətta evdə belə ayaqyalın gəzmək olmaz. Bu cür xəstələrdə hissiyyat zəif olduğundan bəzən ayaqlarına yad cismin batmasını belə hiss etmirlər. Nəticədə dəri toxumasında infeksiya yaranır, yayılır və zamanla diabetik ayağa çevrilir.
– Bu xəstəliyin bir neçə tipi var?
– Şəkərli diabet yaranma faktorlarına görə “Tip 1 DM”, “Tip 2 DM”, hamiləlik diabeti kimi bir neçə tipə bölünür. Əgər insulin çatışmazlığı varsa, yaxud da ümumiyyətlə insulin ifraz olunmursa, bu hal “Tip 1 DM”ə aiddir. Adətən, bu tip 30 yaşa qədər insanlarda rast gəlinir. Bura uşaqlar və yeniyetmələr də daxildir. Bu xəstələrin müalicəsində insulin inyeksiyalarının qəbulu və qidalanmaya diqqət etmək şərtdir. Həmçinin fiziki aktivlik də önəmlidir. Çünki xəstə müalicə olunmadığı halda diabetik komaya girə, hətta ölə bilər.
“Tip 2 DM” isə insulinə qarşı müqavimətin və ya insulin sekresiyasının azalması il bağlıdır. Daha çox 30 yaşdan yuxarı və artıq çəkidən əziyyət çəkən insanlarda rast gəlinir. Bu tip xəstəlikdə genetik faktor çox böyük rol oynayır. Belə ki, əgər valideynlərdə şəkərli diabet varsa, uşaqlar 38 faiz risk daşıyırlar.
– İnsanları ən çox bu sual maraqlandırır: şəkərli diabet tamamilə sağalırmı?
– Bu xəstəlikdən birdəfəlik xilas olmaq mümkün deyil. Lakin düzgün müalicə ilə qanda şəkərin səviyyəsini normada saxlaya və heç bir ağırlaşma olmadan həyatına davam edə bilərsən.
– Bəs qanda şəkəri necə normada saxlamaq olar?
– Sağlam həyat tərzi, pəhriz, fiziki aktivlik, artıq çəkidən xilas olmaq, düzgün müalicə ilə şəkəri normada saxlamaq mümkündür.
– Bütün şəkər xəstələri insulin qəbul etməlidir?
-İnsulin hər şəkər xəstəsinə təyin olunmur. Bunun üçün tibbi göstəriş lazımdır. Bəzi xəstələrin insulinsiz də qanında şəkəri normada saxlamaq olur. Həkim buna xəstəni müayinə edəndən sonra qərar verir. Qan təhlillərinə əsaslanaraq hər bir pasiyentə uyğun düzgün müalicə metodunu təyin edirik.
– İnsulin təyin olunmuş xəstə ömrünün sonunadək onu qəbul etməlidirmi?
– Xeyr! Kiməsə insulin təyin olunubsa, bu o demək deyil ki, ömrünün sonunadək insulin qəbul etməlidir. Əgər müalicə effekt verərsə, qan təhlillərinə əsasən həkim insulini dərman müalicəsi ilə əvəz edə bilər.
– Şəkərli diabet xəstəliyinin müasir müalicə metodları hansılardır?
– Bu xəstəliyin müalicəsində insulin inyeksiyalarından və dərman preparatlarından istifadə olunur. Şəkərli diabetin müalicəsi üçün istehsal olunmuş yeni dərmanlar artıq ölkəmizə də gətirilir. Burada önəmli olan düzgün diaqnoz və müalicə taktikasını təyin etməkdir. Bəzən deyirlər ki, xəstənin şəkəri düşmür. Deməli, ya yanlış, ya da yetərsiz müalicə alır. Doğru müalicə ilə bütün xəstələrdə şəkəri normada saxlamaq mümkündür.
– Bir az öncə pasiyentlərinizlə tanış olduq. “Samir həkimin sayəsində illərdir heç bir şikayətimiz yoxdur”,- dedilər. Bu uğurlu nəticəni necə əldə edirsiniz?
– Bildiyiniz kimi, tibb inkişaf edən bir sahədir. Hər bir həkim gərək tibbdə baş verən yenilikləri izləsin, daim öz üzərində çalışsın. Xarici ölkələrdə keçirilən təlimlərə, konfranslara qatılır, beynəlxalq protokolları təqib edirik. Həkim pasiyenti lazımi təhlillərdən keçirib düzgün müalicə təyin edərsə, şəkər xəstəsi də heç bir şikayəti olmadan, ayağında, gözündə və digər orqanlarında problem yaranmadan həyatına davam edə bilər.
Təbii ki, hər bir xəstəyə fərdi yanaşmaq da mühüm amildir. Yeri gəlmişkən, ABŞ-da aparılan araşdırmalar nəticəsində məlum olub ki, şəkərli diabet xəstəsi olan insanlar bu xəstəliyi olmayan şəxslərlə müqayisədə daha uzun ömür yaşayırlar. Bu nəticə şəkər xəstələrinin daim həkim nəzarətində olması, vaxtlı-vaxtında müayinələrdən keçməsi, yanaşı xəstəliklərinin tez aşkar edilməsi və müalicə almaları ilə bağlıdır.
Bir məqamı da xüsusən vurğulamaq lazımdır ki, ölkə başçısı cənab İlham Əliyevin şəkərli diabet xəstələrinə xüsusi diqqət və qayğısı var. Bildiyiniz kimi, Azərbaycanda “Şəkərli diabet üzrə Dövlət Proqramı” həyata keçirilir və bu xəstələr dövlət tərəfindən pulsuz dərmanlarla təmin olunur.
– “Olimp Hospital”da fəaliyyət göstərirsiniz. Ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş klinikanız var. Şəkərli diabet xəstələri elə “Olimp Hospital”da bütün müayinə və təhlillərdən keçə bilərlər.
– Bəli. Peşəkar heyətimizlə vətəndaşlarımıza yüksək tibbi xidmət göstərməyə çalışırıq. Sağlamlığını bizə etibar edən hər bir xəstə “Olimp Hospital” üçün çox dəyərlidir. Bizim üçün pasiyent məmnunluğu ən böyük mükafatımızdır.
Ən yaxşı kişi ətirləri 2022
Özünə qulluq kişilər üçün də qadınlar qədər vacibdir. Sosial həyatda özlərini ən yaxşı şəkildə ifadə etmək istəyən cənablar, görünüşdən təmizliyə, ətirdən geyimə qədər çox diqqətlə seçirlər. Gözəl və təmiz qoxu üçün ən yaxşı kişi ətirləri arasından seçdikləri markalardan istifadə etməyə diqqət yetirirlər. Bu nöqtədə, bəylər tez-tez alış-veriş edərkən qoxunu yoxlamaqdansa, populyar bir marka almağa meyllidirlər.
Ancaq bütün ətirlərin hər dəriyə uyğun olmadığı üçün bu vəziyyət bəzən dəqiq bir nəticə verməyə bilər. Ən yaxşı və qalıcı ətirlərin hər kəsə uyğun olmasını gözləmək əvəzinə, siyahımızdakı markaları dərinizdə sınayaraq sizin üçün ən yaxşısına qərar verə bilərsiniz. Bir ətir necə seçilir?
Çox seçim və cəlbedici qablaşdırma ilə koridorlarda seçilməsini gözləyən minlərlə ətir arasında ən yaxşısını seçmək asan deyil. Mağaza işçilərindən fərqli ton notaları ilə bənzərsiz ətirlərdə itmədən özünüz üçün ən yaxşı və ən yaxşı ətir seçməyinizdə kömək istəyə bilərsiniz.
Əvvəlcə hansı qeydləri bəyəndiyinizi müəyyənləşdirə və sonra harada istifadə edəcəyinizi seçə bilərsiniz. Eyni məhsulu idman, iş görüşməsi və nahar zamanı istifadə etmək üçün fərqli intensivlikdə ətir, təraş sonrası və ya EDT kimi alternativləri də nəzərdən keçirə bilərsiniz.
Ən yaxşı kişi ətirlərinə dair tövsiyələr
Həm qadınları sevindirəcək, həm də qadınları heyran edəcək ən yaxşı kişi ətir variantları arasında sizin üçün ən çox seçilən və görkəmli markaları sadaladıq. Budur son illərin ən yaxşı kişi ətirlərinin siyahısı .
Giorgio Armani Acqua Di Gio Pour Homme Edp
İçindəkilər: Kaskolon, Qatran Tütsü, Berqamot, Sardunya Çiçəyi, Adaçayı Çayı, Rozmarin, Paçuli
Giorgio Armani’nin ən məşhur kişi EDP məhsullarından biri olan Acqua di Giò Pour Homme, dəniz enerjisini ada ölkəsinə gətirən bir hekayə ilə canlanır. Özünə inanan və ziddiyyətli cənabların ən sevimli kişi ətirlərindən biridir.
Christian Dior İntensiv Homme Edp
Tərkibi: Üst not lavanta, ürək notu İris çiçəyi, alt not Vetiver və sidr ağacıdır.
Dior-un klassik və ilk kişi EDP’si, İntense incə, şık, zövqlü, cazibədar və lüks sevən bəylərin imzasıdır.
Carolina Herrera 212 Vip Men Black Edp
Tərkibi : Üst not Nanə yağı, İtalyan limon qabığı, Yaşıl alma, Ürək notu Tonka Bean, Venesuela kəhrəbası, Sardunya, Vanil və Əsas not Madaqaskar, Vetiver, Oak Moss Chord, Sedir, Virginia Sedir, Atlas, Vetiver
Mavi şüşəsi ilə təsir edici bir görüntü təqdim edən Versace Eros, adlandığı Yunan tanrılarına layiq bir ətirdir. Ehtiraslı, güclü və emosional bir xarakter yaradan Versace Eros EDP, daimi qoxusu ilə ağılda bir iz buraxır.
Christian Dior Homme Fahrenheit Edp
İçindəkilər: Üst notlarda naringi, lavanta, maral tikanı, hindistan cevizi, sidr, bergamot və limon var. Ürək notu Səndəl ağacı, hanımeli, bənövşə, yasəmən, qərənfil, böyük və sidr və alt not dərisi, tonka paxlası, duman, Vetiver samanı, zadəgan və mastika saqqızı
Diorun 30 yaşındakı və əvəzolunmaz imzası olan Fahrenheit, təsirli qeydləri və təhrikedici tonları ilə taxtı heç kimə itirmir.
Guerlian L’Homme İdeal Edp
İçindəkilər: Badam, Vanil, Tincture, Dəri
L’Homme Idéal, EDP məhsulu ilə həm kişilərin, həm də qadınların ideal kişi görmə qabiliyyətini ifadə edir. Cəlbedici badam və vanil toxunuşları ilə seçilən ətir bir az sirr, bir az odun notaları ilə diqqət çəkir.
Terre D’Hermes Edt
İçindəkilər: Üst not Portağal, Çaxmaqdaş, Qreypfrut, Sardunya yarpaqları, Ürək notu Bibər, Paçuli, Müşk, Vetiver və Sardunya, Aşağı not Sedir, Acelbent və Taxta Qarışığıdır
Güclü və qətiyyətli personajların qoxusu olan Terre D’hermes EDT, xüsusən şəfqətli bir toxunuşla əhatə edən notaları ilə məşhur markanın ən çox bəyənilən kişi ətirlərindən biri kimi tanınır
BVLGARI Man Wood Essence Edp
Tərkibi: Kişniş ekstraktı, İtalyan Sitrus Toxumu Sərv Ağacı, Haiti Vetiver Ekstraktı Benzoin Siam, Sedir Ağacı, Ambergris
Şüşələrində% 90 geri çevrilmiş şüşəsi olan bu məhsul, şəhəri və təbiəti birləşdirməyi sevənlər üçün bir ətirdir. Həm daxili görünüşü, həm də ətraf həssaslığını və güclü bir estetik hissini birləşdirən hekayəsi ilə seçilir. Qablaşdırmasında həm metal, həm şüşə, həm də taxta istifadə edən və oduncaq cazibəsi ilə heyran qalan Bvlgari-nin bu ətirini sevəcəksiniz.
Burberry Mr. Burberry Edp
Tərkibi: Üst notlarda təzə tərxun və ədvalı darçın, orta notlarda zəngin paçuli və aromatik lavanda, alt notlarda odunsu kəhrəba və tüstülü vetiver
Bir gecə ətri olan Mr Burberry Eau de Perfume, metropol insanın şık, iddialı, həssas və həssas xəttini daşıyır. Xüsusi dizaynı ilə seçilən butulkasında stili tutmağı bacaran bu möhtəşəm markanın aromatik təsiri ilə cazibədar olan bu ətir, iddialarını qaldırmaq istəyən kişilər üçün idealdır.
Diesel Only The Brave
Tərkibi: Acılı. Limon, naringi, sidr, bənövşə, keşniş, kəhrəba, aselbent, labdanum, dəri
Cəsarətli kişilərin üstünlük verdiyi və əsla buraxmadığı Dieselin Yalnız The Brave seriyası daima 125 ml versiyası ilə ən çox satanlar siyahısında öz yerini tapır. Adi kişilərin bu cılız olmayan seçimi hər kəs tərəfindən qiymətləndirilir.
Yves Saint Laurent – La Nuit De L’Homme EDT Kişi Ətri
Xüsusiyyətləri
Ətir Tipi Təzə, Sirli, Güclü
Həcmi 200 ml
Ən yaxşı kişi ətirləri siyahısına Yves Saint Laurent-in bu ətrini də əlavə edə bilərik. 2009-cu ildə satışa çıxarılan Yves Saint Laurent La Nuit De L’Homme getdikcə daha çox insan tərəfindən seçilir. Ətirin təsviri şərtlərinə hakim, sirli və qarşısıalınmaz daxildir. Bundan əlavə, ətirin yuxarı hissəsində berqamot, razyana və qara bibər, aşağıda isə vanil və vetiver var.
Versace Dylan Blue Kişi Ətri
Ətir Tipi Təzə, Meyvəli, Meyvəli
Həcmi 200 ml
Qalıcı qoxusu olan və ən yaxşı ətirlər arasında yer alan Versace Dylan Blue, Kalabriya berqamotu, qreypfrut, əncir yarpağı və su notları ilə istifadəçiləri valeh edir. Təkcə bu deyil, ətrafındakı hər kəsi əhatə edir. Təravətli və rahatlaşdırıcı qoxuya malik olan ətir qiymət baxımından da çox qənaətcildir.
Givenchy Pi Kişi Ətri
Xüsusiyyətləri
Ətir Növü Odunlu, Meyvəli
Həcmi 100 ml
Ətirin kəşf edildiyi Fransanın ən məşhur brendlərindən biri olan Givenchy bu ətirlə xüsusilə bəyənilir. 1998-ci ildə bazara çıxarılan Givenchy Pi ətri tez bir zamanda sirli və macəraçı insanların fərqləndirici qoxusuna çevrildi.
Ətirlər mövzusunda digər məqalələrimiz:
- Ən yaxşı qadın ətirləri
- Dəriyə görə ətir seçimi necə olmalıdır?
- Qalıcı ətir qoxusu üçün 10 möcüzəvi metod
Comments are closed, but trackbacks and pingbacks are open.