N.ələkbərova kitab
�� 2009-cu ildən kitabxananın saytının və kataloqunun fəaliyyətə başladığını deyən N.Ələkbərova kitabxanaya daxil olan yeni kitabların müntəzəm olaraq elektron kataloqa yerləşdirildiyini bildirdi. Oxucular kitabxanaya gəlməsələr də, kitabxanada olan kitablar, qəzet-jurnallar haqqında məlumatlar əldə edə bilərlər. Həmçinin də yeni kitablar haqqında tez-tez saytda məlumatlar, fonddakı kitablar tövsiyə edilir.
N.ələkbərova kitab
�� Səksən səkkiz yaşlı kitabxananın bu günü
�� �Oxucuların kitaba, mütaliəyə marağının azalması kitabxanaçıların məsuliyyətini artırır�
�� Bakıda yerləşən kitabxanalar sırasında Səbail Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanası (keçmiş Maksim Qorki adına Mərkəzi Səyyar Kitabxana) keçirdiyi tədbirlərin rəngarəngliyi, maraqlı layihələri ilə diqqəti çəkir. Zəngin fondu olan kitabxanada hər kəs onu maraqlandıran nəşri əldə edə bilir. Kitabxananın əməkdaşları da hər bir oxucu marağına diqqətlə yanaşaraq lazımi köməyi göstərirlər. Oxucu üçün də ən vacib olanı budur.
�� Kitabxana 1924-cü ildə Bakı Xalq Maarif Şöbəsinin nəzdində yaradılıb. Ötən dövrdə özünəməxsus inkişaf yolu keçərək yaxşı ənənələrini qoruyub saxlaya bilib. Kitabın, mütaliənin təbliği, savadsızlığı aradan qaldırmaq məqsədilə yaradılan səyyar kitabxana fabrik, zavodlara kitab apararaq zəhmətkeşlərə paylayarmış.
�� Bu gün kitabxanada məlumatın toplanması və oxuculara çatdırılmasında yeni texnologiyalardan istifadə olunur.
�� Direktor Nüşabə Ələkbərovanın sözlərinə görə, uşaq və gənclər öz vaxtlarının bir qismini bu kitabxanada keçirir, dərslərə hazırlaşır, mütaliə edirlər. Kitabxana əməkdaşları da gənclərin asudə vaxtlarını daha səmərəli keçirmələri üçün müxtəlif tədbirlər işləyib hazırlayırlar. Bu xidmət həm də oxucuların mənəvi-psixoloji durumunun yaxşılaşdırılmasına yardımçı olur. Kitabxana direktoru bildirdi ki, kitabxanaçılar oxucuların əhvalına, istəyinə uyğun kitab tövsiyə edirlər. Bu işi isə kitablar haqqında ətraflı məlumatı olan kitabxanaçılar görürlər.
�� Kitabxana 6 şöbədən ibarətdir: oxuculara xidmət (abonement və oxu zalı), kitabişləmə və komplektləşdirmə, metodika və biblioqrafiya, elektron-informasiya, kütləvi tədbirlərin təşkili şöbələri.
�� Kütləvi tədbirlərin təşkili şöbəsi kitab fondlarının oxucular üçün daha geniş şəkildə açılmasına, günün ən zəruri mövzuları üzrə ədəbiyyatın məhz kitab sərgiləri, biblioqrafik icmallar, mülahizələr, ədəbi-bədii gecələr, anım günləri və digər kütləvi tədbirlər vasitəsilə təbliğini həyata keçirir.
�� Oxuculara xidmət şöbəsinin (Azərbaycan və rus abonementi) fondunda bədii və elmi ədəbiyyat, müxtəlif dərs vəsaitləri əldə etmək olar. Buradan ayrı-ayrı oxucu qrupları istifadə edir. Kitabxana əməkdaşlarının bildirdiyinə görə, respublikada �Açıq rəf� üsulu ilk dəfə burada tətbiq edilib.
�� Kitablar oxuculara 15 gün müddətində istifadə etmək üçün verilir. Kitabların vaxtında qaytarılmasına xüsusi nəzarət var. Şöbənin fondu cırılmış və səliqəsiz halda olan, o cümlədən məzmun etibarilə köhnəlmiş ədəbiyyatdan mütəmadi olaraq təmizlənir. Həmçinin şöbə oxucuların tələbatını daha dərindən öyrənmək üçün sorğu-anketlər hazırlayır. Bu anketlər vasitəsilə oxucuların hansı kitablara daha çox maraq göstərdikləri bəlli olur.
�� Kitabişləmə və komplektləşdirmə şöbəsi yeni daxil olmuş ədəbiyyatın uçotunu aparır, fondların tərkibinin öyrənilməsini və yeni kitabların işlədilməsini həyata keçirir. 2011-ci ildən fəaliyyətə başlayan elektron-informasiya xidməti və biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin əsas işi informasiya texnologiyalarının kitabxanalarda tətbiqinə, elektron kataloqun, elektron kitabxananın yaradılması, oxucuların informasiya tələbatını daha dolğun şəkildə ödəməkdən ibarətdir. MKS-in fondunda olan ədəbiyyatın biblioqrafik göstəricilərinin elektron kataloqu hazırlanır. Şöbə həmçinin MKS-in saytına yeni materiallar, keçirilən tədbirlər haqqında informasiyalar yerləşdirir.
�� Hər bir kitabxananın fəaliyyətinin forma və metodlarını metodiki şöbə tənzimləyir. Şöbənin əməkdaşları ayda bir dəfədən az olmayaraq MKS-in kitabxanalarına ezam olunurlar. Nöqsanlar və işdə buraxılan səhvlər yerindəcə araşdırılır, işçilərə lazımi tövsiyələr verilir.
�� Oxu zalının fondunda bütün bunlarla yanaşı kitabxanaya bir nüsxədə daxil olan ədəbiyyat toplanır ki, bu da ona kitabxanadakı ən zəruri ədəbiyyatın mühafizəsinə kömək edir. Oxu zalından müxtəlif sahələrdə çalışan insanlar, tələbələr, məktəblilər, təqaüdçülər istifadə edirlər.
�� Direktor N.Ələkbərova: �Kitab fondumuz 190 min nüsxəyə yaxındır. Oxucular bizim kitabxanada heç vaxt kitab baxımından korluq çəkə bilməzlər. Oxucu marağı müxtəlifdir. Klassik ədəbiyyat tədris proqramlarına daxil olduğundan bu kitablara maraq daha böyükdür. Lakin müasir ədəbiyyata həvəsi olan oxucular da çoxdur. Həmçinin qəzet-jurnal oxumağa gələn oxucular da çox olur. Mətbuatla oxucuları mütəmadi olaraq tanış etməyə çalışırıq�.
�� Kitabxana direktoru bildirdi ki, oxucunun sayı mövsümdən asılıdır. Tətil günlərində oxucular az olur. Bu isə oxucuların böyük əksəriyyətinin məktəbli və tələbələrdən ibarət olması ilə bağlıdır: �İmtahana yaxın günlərdə oxucularımız çox olur. Bütün kitabxanalarda yay mövsümündə oxucu az olur. Bu, tətil günlərində əksəriyyətin istirahətdə olması ilə bağlıdır. Ümumi götürəndə isə oxucumuz çox olur. Bunun bir çox səbəbi var. Əsas odur ki, şəhərin mərkəzində yerləşirik�.
�� 2009-cu ildən kitabxananın saytının və kataloqunun fəaliyyətə başladığını deyən N.Ələkbərova kitabxanaya daxil olan yeni kitabların müntəzəm olaraq elektron kataloqa yerləşdirildiyini bildirdi. Oxucular kitabxanaya gəlməsələr də, kitabxanada olan kitablar, qəzet-jurnallar haqqında məlumatlar əldə edə bilərlər. Həmçinin də yeni kitablar haqqında tez-tez saytda məlumatlar, fonddakı kitablar tövsiyə edilir.
�� Kitabxana direktoru kitabxananın əsaslı təmir olunduğunu, iş və texniki təchizat şəraitinin də yaxşı olduğunu vurğuladı.
�� Son dövrlər kitablara, mütaliəyə marağın azalması probleminə də toxunun N.Ələkbərova bildirdi ki, bu problem bütün dünyada yaşanır: �İnsanlar daha çox internetə vaxt sərf edirlər. Bu isə kitabxanaların məsuliyyətini artırır. Dövlət tərəfindən kitabxana işinin yaxşılaşdırılması, bu sahədə problemlərin aradan qaldırılması üçün çox işlər görülür. Latın qrafikası ilə kitabların nəşrindən sonra, demək olar ki, bizim bütün fondumuz təzələndi. Oxuculara artıq köhnə deyil, yeni nəşr olunmuş kitabları təqdim edirik. Kitabxanaçıların borcu odur ki, oxucularda kitaba marağı artırsın�.
�� Gülər Nizamiqızı
� Mədəniyyət.- 2012.- 28 mart.- S. 12.
N.ələkbərova kitab
2015-ci ildə Azərbaycanın tanınmış arxeoloq, etnoqraf alimi Ələsgər Ələkbərovun elmi fəaliyyətindən bəhs edən “Жизнъ, творчество, судьба ученого” adlı kitabı rus dilində işıqüzü görüb.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabın redaktoru AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova, kitabın rəyçiləri isə tarix üzrə fəlsəfə doktoru E.Kərimov və tarix üzrə fəlsəfə doktoru Ş.Həsənovdur. Kitabın müəllifləri AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın müasir tarixi” şöbəsinin aparıcı elmi əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Tamilla Kərimova-Qocayeva, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru İlhamə Sadıqova və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi, Abşeron arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru İdris Əliyevdir. 576 səhifəlik kitabda tarix elmləri namizədi Ələsgər Ələkbərovun şəxsi arxivindəki materiallar, elmi fəaliyyətindən bəhs edən məqalələr, eləcə də nadir sənədlər, xatirələr, fotoşəkillər toplanıb. Qeyd edim ki, “Жизнъ, творчество, судьба ученого” kitabının nəşrə hazırlanmasında fizika-riyaziyyat elmləri doktoru, professor Vaqif İbrahimovun da zəhməti vardır. Vaqif İbrahimov əsl ziyalı təəssübkeşliyi çəkərək arxeoloq, etnoqraf alim Ələsgər Ələkbərovun ömür yolunun, elmi fəaliyyətinin tədqiqində öz köməyini əsirgəməmişdir. Mənəviyyatca zəngin olan Vaqif İbrahimov həm də düşünmüşdü ki, narahat dünyamızda Ələsgər Ələkbərov kimi şəxsiyyətlərin adı heç vaxt xalqın yaddaşından silinməməlidir. Kitabda 37-ci ilin repressiya qurbanı olan Ələsgər Ələkbərovun faciəli həyatı, onun Azərbaycan elminə göstərdiyi xidmətlər geniş təhlil olunub. Kitabın müəllifləri gərgin əmək sərf edərək alimin keçdiyi ömür yolunu, qazandığı nailiyyətləri, məşəqqətli repressiya həyatını arxiv sənədlərinə əsasən tədqiq ediblər. Bir sözlə kitabla ilk tanışlıqda oxucu ötən əsrin 20-ci illərində Ələsgər Ələkbərovun əsl vətənpərvər, xalqının gələcəyini düşünən bir ziyalısını daha yaxından tanıya bilir. Qeyd edim ki, orta məktəbin tarix dərsliklərində bu alimin elmi tədqiqatlarından söhbət açılmır. Əgər bu gün küp qəbirləri mədəniyyətinin öyrənilməsində, Naxçıvanda sirli qabların aşkar edilməsində, “Örənqala”-Bəylagan qazıntılarındakı apardığı araşdırmalarda tarixçi alim Ələsgər Ələkbərovun adı məktəb dərsliklərinə daxil edilsə, təqdirə layiq olardı. Düşünürəm ki, “xalq” düşməni damğası vurulan Ələsgər Ələkbərovun elmi fəaliyyətini tarixçi alimlərimizdən Tamilla Kərimova-Qocayeva, İlhamə Sadıqova və İdris Əliyev araşdıraraq, “Жизнъ, творчество, судва ученого” kitabı ilə gənc nəslə layiqincə təqdim edə biliblər. Tarix elminin keşiyində dayanan bu alimlərimizə oxucular adından təşəkkür edirəm. Yəqin ki, oxucular üçün də Ələsgər Ələkbərorovun keçdiyi ömür yolunu, elmi fəaliyyətini vərəqləmək dəyərli olar. Ələsgər Hacı Kazım oğlu Ələkbərov 1891-ci il martın 15-də İçərişəhərdə doğulub.
O, ilk təhsilini əvvəlcə mollaxanada, sonra rus-tatar məktəbində alıb. Atası Hacı Kazım tacir idi, ticarətlə məşğul olardı. Deyilənə görə, Hacı Kazım həm də neft mədənlərinin sahibi olub. Valideynlərini uşaq ikən itirən Ələsgər 1906-cı ildə Bakı realnı məktəbinin pansionuna qəbul olunur. 1914-cü ildə isə Kiyev Ticarət İnstitutuna daxil olur. Ancaq o, Bakıya qayıdarkən, yenidən təhsil almaq haqqında düşünür. Ələsgər Ələkbərorov o illərdə yeni yaranan Bakı Dövlət Universitetinin tarix-filologiya fakültəsinə daxil olur. Burada təhsil alarkən V.V.Bartold, N.Y.Marr və İ.Meşşaninov kimi şərqşünas alimlərdən dərs alır. Həmin ali təhsil ocağını 1926-cı ildə bitirir. Hələ tələbə ikən ölkəşünaslıq cəmiyyətinin işlərində də fəallıq göstərir. 1923-cü ildə “Kommunist” qəzetinin redaktoru Həbib Cəbiyevin sədrliyi ilə yaradılan Azərbaycanı öyrənən və tədqiq edən cəmiyyətin fəal üzvü olur. Səmədağa Ağamalı oğlunun, professor Samoyloviçin fəxri sədrliyi ilə fəaliyyət göstərən bu cəmiyyətdə Ələsgər Ələkbərov etnoqrafiya komissiyasının prezidiumunun üzvlüyünə, tarix, din tarixi, təsviri incəsənət komissiyalarının üzvlüyünə seçilir. Bu cəmiyyətin Qarabağda, Lənkəranda, Qubada, Şamaxıda, Qazaxda, Zaqatalada, Naxçıvanda, Bakıda və Dərbənddə yerli şöbələri yaradılır. 1926-1928-ci illərdə o, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətində mərkəzi şuranın katibi işləyir. Ələsgər Ələkbərorov Azərbaycanı öyrənən və tədqiq edən cəmiyyətin xətti ilə vətənimizi qarış-qarış gəzir, sonra isə təəssüratlarını dövrü mətbuatda oxucuları ilə bölüşür. İllər keçdikcə arxeologiyaya, etnoqrafiyaya, incəsənətə dair məqalələrin müəllifi kimi tanınır. O, həmçinin, Azərbaycan xalq teatrlarına aid dəyərli məlumatlar toplayır. Ələsgər Ələkbərorov Abşeron kəndlərinin tarixini dərindən öyrənmək üçün çöl ekspedisiyalarında da iştirak edir. Əsl etnoqraf kimi memarlıq abidələrini tədqiq edərək, onların şəkillərini, təsvirlərini çəkir. 1925-ci ildən Ələsgər Ələkbərorov gördüklərini yazıya almaqla bərabər həm də fəal mühazirəçi kimi Bakı siyasi maarif şöbəsində işləyir. O illərdə cəmiyyətin məsul katibi, ekspedisiya rəhbəri, Azərbaycan Dövlət Muzeyinin İdarə Heyətinin üzvü vəzifələrində çalışan Ələsgər Ələkbərorova Mərkəzi Komitə tərəfindən də böyük etimad göstərilirdi. Ələsgər Ələkbərorovun qəlbi hər zaman vətən məhəbbəti ilə döyünüb. Yaradıcı ziyalı, tədqiqatçı olaraq, İ.P.Şeblıkin, B.Zummer, V.Leviatov,V.M.Sısoyev, İ.Cəfərzadə, P.Fridolin, İ.Əzimbəyov, T.Passek, B.Latınin və digər tanınmış alimlərlə birgə Azərbaycan tarix elminin inkişafına töhfələr verib. Azərbaycanda nadir əşyaların aşkar edilməsi, etnoqrafik məlumatların, folklor, incəsənət nümunələrin toplanması, fotoaparatla qədim abidələrin şəkillərinin çəkilməsi Ələsgər Ələkbərorova heç də asan başa gəlməyib. O, bu yolda uzun məsafələr qət edərək, əzab-əziyyətlərə qatılaşıb. Alimin ən böyük uzaqgörənliyi isə odur ki, çöl tədqiqatları ilə bağlı təəssüratları, xalq oyunları və adətləri haqqında topladığı geniş məlumatları dövrü mətbuatda oxucularla bölüşə bilib. Məlumdur ki, 1926-cı il fevralın 26-dan, martın 6-na qədər Bakıda I Ümumittifaq türkoloji qurultay keçirilir. Həmin gün 131 nəfər nümayəndənin iştirak etdiyi qurultayda türk dünyasının dilinə, tarixinə, etnoqrafiyasına, ədəbiyyat və mədəniyyətinə dair 38 məruzə dinlənildi. I Ümumittifaq türkoloji qurultayda Ələsgər Ələkbərov məsul katibin köməkçisi vəzifəsində çalışıb.
1925-ci ildə Ə.Ələkbərov atası rus-yapon müharibəsində həlak olan Qanna Mixaylova ilə ailə qurur. Bu nikahdan Arqun və Babək adlı iki övladı dünyaya gəlir. Ələsgər Ələkbərorov Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun maddi-mədəniyyət şöbəsinə rəhbərlik edərkən ən böyüık fədakarlığa imza atır. O, 1934-cü ildə Bakıda şair Firdovsinin 1000 illik yubileyini yüksək səviyyədə təşkilində iştirak edir. Məhz o illərdə Firdovsinin “Şahnamə” əsərini türk dilinə tərcümə olunması, böyük şairin əsərinə aid miniatür və əlyazmaların əldə olunması böyük zəhmət tələb edirdi. Yubileylə bağlı Ələsgər Ələkbərorov təşkilati işlərdə fəallıq göstərib, iştirakçıları ölməz Firdovsinin dilimizə tərcümə olunan “Şahnamə”si və şairin yaşadığı dövrü əhatə edən eksponatlarla tanış edir. Sərgidə Firdovsinin yaşadığı dövrdə ticarət yollarını əks etdirən xəritələrin, silah, ev əşyalarının, inşaat materialları nümunələrinin göstərilməsi, Rey şəhərinə aid qab-qacağın və nadir əlyazmaların nümayiş olunması da qonaqları valeh edir. Azərbaycan xalq oyunları ilə yaxından tanış olmaq üçün etnoqraf Ələsgər Ələkbərorov Qazaxda, Gədəbəydə, Şəmkirdə, Göyçədə, Kəlbəcərdə, Zəngəzurda ekspedisiyalarda iştirak edir. “Kilimarası”, “Maral oyunu”, “Kaftar-kuş”, “Keçəl pəhlivan”, “Kosa-gəlin” və s kukla tamaşalarının mahir ifaçıları ilə görüşlərindəki təəssüratlarını da yazıya köçürür. 1935-ci ildə Ə.Ələkbərorov “İnqilab və mədəniyyət” jurnalında dərc olunan məqaləsində yazır: “Azərbaycanda “Kilimarası”ndan başqa qeyri qədim olan oyun formalarına da təsadüf edilir. Teatrlaşmış oyunların bəzi elementləri öz başlanğıclarını bir sıra ibtidai ənənələrindən alır. Ola bilsin ki, bu daş dövrü və mağara həyatı ilə əlaqədardır. Azərbaycanda “Maral oyunu”, “Kaftar-kuş” oyunları öz formaları ilə İspaniyada və Fransanın cənubunda olan paleolit (ibtidai daş dövrü) mağaraları divarında çəkilərək sehirbazlıq mərasimini ifadə edən şəkilləri xatırladır”. Göründüyü kimi, Ə.Ələkbərorovun xalq teatrları ilə bağlı topladığı materiallar bir daha min illər boyu Azərbaycanın qədim və zəngin mədəniyyətə malik olduğunu sübut edir. Həmin illərdə tədqiqatçı alimlərin etnoqrafik xəritələrə ehtiyacı vardır. Ə.Ələkbərorov da Azərbaycanın 5 mindən çox yaşayış yerinin adı yazılan ilk etnoqrafik və arxeoloji xəritəni tərtib edir. Ə.Ələkbərorov Azərbaycanda yaşayan türk soylu tayfa olan ayrımların və cənub bölgəsində yaşayan talışların məişət, təsərrüfat və maddi mədəniyyət məsələlərini də tədqiq edir. Çoxşaxəli elmi fəaliyyəti nəticəsində Ələsgər Ələkbərorov Moskvada çıxan “Советская этнография” jurnalı redaksiya heyətinin üzvü seçilir. Alimin Xocalıda, Naxçıvanda, Mil düzündə (Örənqalada), Abşeronda apardığı çöl tədqiqatları nəticəsində qiymətli dəfinələr, maddi mədəniyyət nümunələri aşkar edilir. Bu ekspedisiyalarda dözülməz şəraitə baxmayaraq Ə.Ələkbərorov arxeoloji qazıntı işlərində fəallığı ilə seçilir. Xüsusən də, qədim sərdabələrin, sirli qabların, nadir eksponatların aşkar olunması nəticəsində tarix elmində böyük nailiyyətlər əldə olunur. Bir çox qəbir abidələrinin tədqiqində Ə.Ələkbərorov sovet alimlərinin də diqqətini cəlb edir. 1936-cı ildə Ələsgər Ələkbərorov elmi araşdırmalarına görə namizədlik dissertasiyası müdafiə etmədən etnoqrafiya bölməsi üzrə ictimai elmlər namizədi elmi dərəcəsini alır. Ancaq təəssüf ki, dərin zəkaya malik olan tədqiqatçı alim qarşıda onu
gözləyən 37-ci ilin repressiyasından xəbərsiz idi. O illər ki, NKVD tərəfindən Vəli Xuluflu, Bəkir Çobanzadə, İdris Həsənov, Abdulla Tağızadə kimi ziyalılar günahsiz həbs edilir, onlara “xalq” düşməni adı verilirdi. 1933-cü ildən, 1937-ci ilə qədər Ələsgər Ələkbərorov SSRİ Elmlər Akademiyası Azərbaycan filialının Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunda “Maddi mədəniyyət tarixi” bölməsinin rəhbəri olur. Təəssüf ki, 1937-ci ildə Ələsgər Ələkbərorovu gözü götürməyən bədxahlar onun elmi fəaliyyətini tənqid atəşinə tuturlar. Bu işdə tarixçi, etnoqraf olmayan ermənilər, öz millətimizdən olan bədxahlarla birgə ona qarşı qərəzli hücuma keçərək, tədqiqatçı alimi elmdən uzaqlaşdırmağa nail olurlar. Haqsızlığa dözə bilməyən Ələsgər Ələkbərorov Mərkəzi Komitəyə, şəxsən M.C.Bağırova məktub göndərməyə məcbur olur. O, məktubunda yazır: “Təltif əvəzinə məni işdən uzaqlaşdırıblar”.Daha sonra Ələsgər Ələkbərorov ikinci məktubunda qeyd edir ki, “Elmlər Akademiyası Azərbaycan filialından işdən çıxarılmaqla mən elmi işçilərin sırasından silinirəm, çünki Azərbaycan mədəniyyətinin öyrənilməsi Azərbaycan filialında cəmlədirilmişdir, bundan sonra 15 il ərzində bəzən ağır şəraitdə topladığım material çölə atılır. Əgər mən şöbə müdirliyinə layiq deyiləmsə, hansı ki, həmişə xahiş edirəm məni azad etsinlər, bəlkə bağlanmış işi davam etdirmək üçün elmi işçiliyə və yaxud laborantlığa layiqəm”. Acı təəssüf ki, bir müddət keçdikdən sonra yəni, 1937-ci il dekabrın 30-da Ələsgər Ələkbərorov “xalq düşməni” adı ilə həbs edilir. O illərdə NKVD-nin cəza dəstəsi Ələsgər Ələkbərorovu həbsxanada dindirərkən, onun ADR dövründə hərbçi işləyərək müsavatçılarla yaxın əlaqəsi olduğunu söyləyirlər. NKVD-nin arxiv sənədlərində də Ələsgər Ələkbərorovun qərəzli ittiham olunması ilə əlaqədar məlumatlar vardır. İstintaq başa çatdıqdan sonra Ələsgər Ələkbərorova 8 il iş verilərək cəzaçəkmə düşərgəsinə göndərilməsi haqqında qərar verilir. 1939-ci ildə NKVD-də işgəncələrdən və vərəm xəstəliyindən əziyyət çəkən Ələsgər Ələkbərorov elə həbsxana divarları arxasında dünyasını dəyişir. 1956-cı il yanvarın 14-də Ələsgər Ələkbərorova ölümündən sonra bəraət verilir. 1960-cı ildə, Azərbaycan SSR Elmlər Akademiyası Ələsgər Ələkbərovun elmi məqalələrini kitab şəklində çap etdirir. Yenidən Ələsgər Ələkbərovun elmi fəaliyyəti azərbaycanlı alimlərin diqqət mərkəzində olur. “Жизнъ, творчество, судьба ученого” kitabında da görkəmli arxeoloq, etnoqraf Ələsgər Ələkbərovun həyat və fəaliyyəti, nəşr olunmayan yazıları, elmi məqalələri, çıxışları, arxiv sənədləri və müəllifi olduğu fotoşəkillər dəyərli oxucuların ixtiyarına verilir.
Təranə CƏBİYEVA
Comments are closed, but trackbacks and pingbacks are open.