Press "Enter" to skip to content

Microsoft Word kitab konfrans son

də bu fikrə etiraz edərək bildirir ki, çuvaş dilinin fonetikası və morfologiyası türk dilləri kimi inkişaf yolu

N.n popen altay dillrinin qarşılıqlı qohumluğu

Hər bir dil ailəsinin struktur baxımndan analoji qaydada özü¬nə xas olan xüsusiyyətləri vardır. Bu baxımdan türk dilləri ailəsi aqqlütinativ dillərə məxsus olduğundan özünün spesifik dil xüsusiyyətləri ilə nəzərə çarpır. Ona görə də böyük tarixi olan türk dillərinin morfoloji təsnifatının, tarixinin, eləcə də quruluşunun və s. müxtəlif istiqamətlərdən öyrənilib tədqiq edilməsinə böyük ehtiyac duyulur. Düzdür, dilçi alimlər bu dil ailəsi ilə bağlı müxtəlif səviyyələrdə zəhmət tələb edən xeyli araşdırmalar aparıb və aparırlar. Lakin bir cəhəti unutmaq olmaz ki, türk dillərinin tədqiqi böyük səriştə tələb edir. Bu ondan irəli gəlir ki, bu dil ailəsinin böyük coğrafiyası və etnogenezisi var. Bu baxımdan filologiya elmləri doktoru, professor Buludxan Xəlilovun “Türkologiyaya giriş” (Bakı, 2006) kitabı tədqiq obyekti kimi yeni elmi dəyərlərə cavab verir.
Müəllif türk dillərinin tipologiyası, tarixi, quruluşu, təsnifatı, əlifbası ilə bağlı elmi tələblərə cavab verən araşdırmalar aparmış, müxtəlif elmi mənbələrə özünün baxış bucağından baxmaqla onları analoji təhlildən keçirmişdir. Yaxşı haldır ki, professor Buludxan Xəlilov kitabdan-kitaba tədqiq etdiyi elmi məsələlərin arenasının dərinliyinə diqqət yetirir. Bu mənada “Türkologiyaya giriş” gərgin əməyin, zəhmətin bəhrəsi olmaqla, həm də dəyərli dərslikdir.
Giriş və on yeddi fəsildən ibarət olan kitabın hər fəslinin mövzusu dilçi alimin baxış və dərketmə bucağından keçirilməklə elmi analoji təhlilin öh¬dəsinə verilir. Müəllif girişdə “Türkologiyaya giriş” fənninin tədrisi məsələlərinə toxunur və fikrini belə açıqlayır: “Türkologiyaya giriş” fənninin tədrisində əsas məqsəd türk dillərinin təsviri və müqayisəli şəkildə öyrənilməsindən ibarətdir. Türk dillərinin təsviri və müqayisəli şəkildə öyrənməklə bu dillər arasındakı fonetik, leksik, morfoloji-tipoloji (quruluş) və geneoloji (kök) yaxınlıqları, qohumluğu müəyyən etməkdir». Bu məqsədlə o, çox doğru olaraq tədris prosesində bu fənnin bilavasitə vəzifələrini aşağıdakı kimi müəyyənləşdirir:
1. Türk dillərinin keçdiyi inkişaf tarixini öyrənmək.
2. Türk dillərinin quruluşunu öyrənmək.
3. Türk dillərinin yayıldığı coğrafi arealı öyrənmək.
4. Türk dillərinin qohumluğu barəsində mövcud olan ural-altay, altay, turan, skif dillər cərəyanlarını öyrənmək və s.
Müəllif türkdilli xalqların yaşadığı coğrafi ərazini, onların sayını elmi və statistik faktlar əsasında açıqlayır. Heç şübhəsiz ki, göstərilən elmi araşdırmaların kökündə və mayasında dilçi alimin müqayisəli analoji tədqiq və təhlilləri durur. Bu baxımdan o, türk dillərinin bir ailə kimi ya¬ranıb formalaşmasına, aralarındakı qarşılıqlı əlaqəyə diqqət yetirir. Bu məqsədlə dilçi alim elmi araşdırmalarını düzgün istiqamətləndirmək üçün türkdilli xalqların fonetik, leksik, qrammatik səviyyələrdə qarşılıqlı, müqayisəli şəkildə öyrənilib tədqiq edilməsinə böyük önəm verir. Buna görə də professor Buludxan Xəlilov bir-birilə sıx mənəvi tellərlə bağlı olan bu dillərin hərtərəfli geneoloji, morfoloji, tipoloji cəhətdən araşdırılmasına diqqət yetirir. Müxtəlif elmi mənbələrdən bəhrələnən müəllif orijinal elmi təhlil yolu seçir. Onun demək olar bütün fəsillərdə müqayisəli təhlil priyomundan istifadə etməklə analoji nəticələrə gəlməsi mahiyyət etibarilə öyrənilən məsələlərin dərinliyinə aparıb çıxarır.
Dilçi alim kitabın I fəslində dillərin morfoloji təsnifatına konkret elmi meyarlarla yanaşır. O, bu dillərin (amorf, aqqlütinativ (iltisaqi), flektiv, inkorporlaşan) hər birinə aid morfoloji təsnifat baxımından ciddi araşdırma apardığından gəldiyi elmi qənaət, fikir və mülahizələri də olduqca maraqlıdır. Heç şübhəsiz ki, böyük elmi ictimaiyyətin və eləcə də geniş oxucu kütləsinin marağına səbəb ola biləcək dərsliyin ərsəyə gəlməsində müəllifin zəngin olan elmi eridusiyası var. Bunu aqqlütinativ (iltisaqi) dillərin morfoloji quruluşu ilə bağlı söylədiyi elmi fikirlərdə də əsaslı şəkildə görmək olar.
Müəllifin türk dillərinin asemantikləşməsi ilə bağlı çox maraqlı fikirləri var. O, türk dillərində asemantikliyin mövqeyini belə səciyyələndirir: “Dil faktları təsdiq edir ki, qədimdə türk dillərində təkhecalı sözlər daha çox asemantikləşmişdir. Həm də asemantikləşmə türk dillərinin morfoloji quruluşunun tələbinə uyğun bir proses olmuşdur. Bu prosesin nəticəsi kimi türk dillərində bəzi ikihecalı, üçhecalı (və digərləri) sözlər belə yaranmışdır” (səh.13).
Məlumdur ki, türk dillərinin başqa dil ailələri ilə müəyyən qohumluq əlaqələri var. Ona görə də yaxın və qarşılıqlı münasibətlərdən yaranan bu qohumluqla bağlı müəyyən dilçilik cərəyanları özünü göstərməyə başlamışdır. Əlbəttə, bu dilçilik cərəyanlarının yaranması da müəyyən elmi fikir və mülahizələrə əsaslanır. Odur ki, professor Buludxan Xəlilov ural-altay, altay, skif və turan dilləri cərəyanı ilə əlaqədar xeyli zəhmət tələb edən axtarışlar aparmaqla elmi mənbələrə gen-bol müraciət etmişdir.
Dilçi alim ural-altay cərəyanı ilə bağlı xeyli araşdırma aparmaqla bu cərəyanın banisi olan, əslən isveçli əsir zabit Filip İohan Stralenberqin həyatına və elmi yaradıcılığına müəyyən bucaq altından baxır və onları elmi təhlilin öhdəsinə buraxır. Dilçi alim onun “Böyük Tatar” xəritəsinə və “Avropa və Asiyanın şimal-şərq hissəsi” adlı kitabının elmi mahiyyətinə çox diqqətlə yanaşmışdır. Poltava döyüşlərində əsir düşən F.İ.Stralenberq hazırladığı xəritədə Rusiyanı altı hissəyə bölməklə bu imperiyanın, eləcə də Böyük Tatarın sərhədlərini və onlara qonşu olan ölkələri də göstərib. Müəllif xəritədə əks olunmuş Böyük Tatarla bağlı çox maraqlı, tutarlı araşdırma aparmaqla onların həyat salnaməsinə işıq salır və özünəməxsus müqayisəli təhlildən bacarıqla istifadə edir.
“Giriş”in hər fəslinin üzərində ayrı-ayrılıqda dayanan dilçi alim bu fəsillərin hər birinin təhlilinə böyük ehtiyac duyur. Bu məqsədlə o, müəllifin xalqların əmələ gəlməsi, tatar və başqa xalqların siniflərə ayrılması, sayların təhlili, müxtəlif iqlimlərin yaranması ilə bağlı fikirlərinə elmi prizmadan münasibət bildirir. Haqqında bəhs etdiyimiz kitabın ikinci hissəsi də on üç fəsildən ibarətdir. Dilçi alim bu hissədə də maraqla qarşılana biləcək elmi təhlilin arsenalını bir qədər də dərinləşdirib genişləndirir. Xüsusilə, onun tatar sö¬zünün etimologiyası ilə bağlı əsaslandırdığı elmi fikrinin gücünə inanmamaq olmur.
Professor Buludxan Xəlilov kitabda ural-altay dilləri ilə bağlı olan mə¬sələlərə diqqətlə yanaşır. Bu məqsədlə o, ural-altay nəzəriyyəsinin əmələ gəlmə səbəblərini öyrənməklə bu dillərin öyrənilməsinin köklərini də araşdırmağa çalışır.
Ural-altay dillərinin öyrənilməsində başlanğıc işi F.İ.Stralenberq gördü. Gərgin axtarışları, zəhməti sayəsində o, ural-altay dilləri ilə bağlı türkologiyaya sözün həqiqi mənasında böyük hədiyyə vermiş oldu. Müəllif ural-altay dillərinin öyrənilməsi ilə məşğul olan V.Şott, F.E.Vidmen, V.Munkaç, Q.İ.Ramstedt, M.A.Kastren kimi alimlərin fikirlərini heç də ehkam kimi qəbul etmir. Əksinə, o, şərqşünas və dilçi alimlərin bu dillərlə bağlı fikirlərini müqayisə kontekstində yaxşı mənada qarşı-qarşıya qoyur və onları bir-bir təhlilin mərkəzinə çəkərək fikirlərini cəsarətlə açıqlayır.
Dilçi alim bilavasitə ural-altay dillərinə məxsus ilk yazılı abidələrin yaranması ilə əlaqədar axtarışlarının miqyasını bir qədər də genişləndirməli olur. O, istər ural-altay, istərsə də başqa dillərlə bağlı olan ilk abidələr haq¬qında da aydın, konkret məlumat verir. O, xüsusilə, XI əsrdə Azərbaycan dilində İsa tərəfindən yazılmış “Mehri və Vəfa” məsnəvisi ilə bağlı geniş oxucu üçün çox maraqlı olan elmi faktları üzə çıxarır və onun əlyazması ilə bağlı yerində olan müqayisəli paralellər aparır. Müəllif haqqında danışdığımız («Ural-altay nəzəriyyəsi müasir mərhələdə») fəsildə bu dillərin tədqiqi haqqında məsələlərə toxunur. O, bu prizmadan yaponşünas N.A.Seromyatnikovin “Qədim yapon dillərində ural-altay dillərinin qatları” məqaləsini təhlil etməklə məqalədə həllini tapmış hər iki dil və dil ailəsinə məxsus olan leksik vahidlərə aid fikirlərini bildirir. Bu dillərin tədqiqi məsələlərinin arsenalını genişləndirən müəllif M.Resenenin fonetika və leksika ilə bağlı olan tədqiqatlarında öz baxışı bucağından təhlil edir.
Professor Buludxan Xəlilov dərslikdə türk dillərinin müxtəlif elmi bucaq altından tədqiqi məsələlərini də ön plana çəkib. Belə ki, o, ayrı-ayrı fəsillərdə türk dillərinin tarixini, quruluşunu, təsnifi və geneoloji bölgüsünü diqqətlə araşdırır. Xüsusilə, onun oğuz, qıpçaq, bulqar, karluq-uyğur, uyğur-oğuz, çuvaş və yakut dil qrupları və dilləri ilə bağlı olan tədqiqat xarakterli araşdırmaları diqqətdən yayınmır. Müəllif bu fəsillərdə də müx¬təlif elmi mənbələrə müraciət edir.
Türk dillərinin tarixi ilə bağlı çox fundamental araşdırmalar aparan müəllif xüsusilə türkdilli xalqların yaranması və tarixi inkişafı ilə bağlı maraqlı fikirlərini belə açıqlayır: “Eradan əvvəl türkdilli xalqlar qəbilə və tayfa birlikləri şəklində olmuş, uzun tarixi inkişaf yolu keçərək müxtəlif dillərlə əlaqədə olmuş, dəfələrlə ayrılma və birləşmə nəticəsində qohum dil ailəsində birləşən türk sistemli dillər yaranmışdır”.
Müəllif türkdilli xalqların dilçilik baxımından tarixi prizmadan öyrənilməsi məqsədilə türk sözünün etimologiyası ilə bağlı maraqlı elmi faktları üzə çıxarır. Belə ki, onun türk sözünün mənşəyi ilə bağlı olan və Aşina qəbiləsi ilə əlaqədar fikirləri qəribəliyi ilə seçilsə də, inandırıcı elmi faktdır.
Müəllifin göstərdiyi kimi türk dillərinin inkişaf tarixi ən qədim türk dövründən başlayır. Altay və Hun mərhələlərini özündə birləşdirən türk xalq¬larının bu inkişaf dövrü özünün spesifik xüsusiyyətləri ilə müəllifin diqqətini cəlb edir. Ona görə ki, bu dövrün mədəni, tarixi abidələri altay və hun dövr¬lərinin bu və ya digər dərəcədə öyrənilməsinə imkan verir. O, qədim Altay mədəniyyətinin işıq üzü gör¬mə¬sində böyük əməyi olan arxeoloq A.P.Okladnikovun arxeoloji tapıntılarının elmi mahiyyətini açıqlayır. Qədim daşlar üzərindəki əl işləri və qadın üçün ilk bəzək əşyaları ilə əlaqədar dilçi alimlərin fikirləri və açıqlamaları olduqca maraqlıdır.
Hun mərhələsi qədim türk dövründə böyük önəm kəsb edərək özünəməxsus bir yol keçmişdir. O, bu mərhələdə hunların dərin ağıla, gücə əsaslanan dövlətçilik prinsiplərini belə əsaslandırır: “Hunların qurduğu Hun imperiyası 300 il mövcud olmuşdur. Hun imperiyası nizam-intizamlı, dövlətçilik ənənəsi möhkəm olan, ağıla və məntiqə əsaslanan bir imperiya kimi tanınmışdır. Hun xaqanı belə hesab etmişdir ki, hunlar Tanrının məğrur övladlarıdır”. O, hunların torpaq təəssübkeşliyini, dövlətə münasibət məsələlərini də qabardır və onlara faktlar əsasında bir aydınlıq gətirir.
Müəllif qədim türk dövrü ilə əlaqədar araşdırmalarının miq¬yasını dəyişməli olur. Heç şübhəsiz bu miqyaslı dəyişmələrin müəyyən sə¬bəbləri vardır. Çünki bu maraqlı və səriştə tələb edən dövr özünəməxsus xüsusiyyətləri ilə diqqəti çəkir. Bildiyimiz kimi, qədim türk dövrünün ilk yazılı abidəsi Orxon-Yenisey yazılarıdır. Yazıların tədqiqinə böyük diqqət ayıran dilçi alim bu qədim tarixi abidə ilə bağlı xeyli ağılasığan, elmi araş¬dırma aparıb. O, bu yazıların tapılması və onun tədqiqi məsələlərinə çox ciddi əhəmiyyət verib. Bu məqsədlə yazılı abidəni ilk dəfə aşkar edib üzə çıxaran F.İ.Stralenberq və onun elmi cəhətdən oxunmasını ilk dəfə üzə çıxarın da¬nimarkalı V.Tomsen haqqında məlumat verməklə onun tədqiqi məsələlərinə müxtəlif bucaq altından baxıb. O, Gültiginin, Bilgə Xaqanın, Tonyu¬ku¬kun şərəfinə yazılmış abidələr üzərində çox böyük anlamda ciddi araşdırmalar aparıb. Bir abidə kimi təqdim olunan bu yazılarda əslində müəllifin göstərdiyi kimi müəyyən mənada mahiyyət fərqi vardır. O, bu fərqləri elmi dəlillərlə sübut edir. Dilçi alim uyğur mədəniyyəti ilə də əlaqədar maraqlı elmi fikirlər söyləyir. Uyğur türklərinin Soqdi əlifbası ilə bağlı müəyyən açıqlamalar verir. Qədim uyğur mədəniyyətinin özünə xas olan düzxətli inkişafını belə izah edir: “Ərəblərə və avropalılara kağız hazırlamağı uyğur türkləri öyrətdi. Uyğurlar mətbəə və çap işlərini bilirdilər.
Uyğur türkləri Orxon əlifbasını buraxıb Soqdi əlifbasına keçmişlər. So¬qdi yazısı İran köklü yazı olub: 3 səssiz, 15 səsli hərfdən (yəni cəmisi 18 hərf¬¬dən) ibarətdir. Soqdi yazısı sağdan sola yazılır. Uyğur mədəniyyəti içə¬risindəki rəsm və heykəl (budda heykəl), memarlıq, teatr, musiqi də inkişaf et¬mişdir”. Uyğurların “Törəyiş”, “Köç” dastanlarının yığcam məzmunu haq¬qında danışdığımız fəsildə müfəssəl məlumatı da bəyəniləsi haldır. Müəllif qədim türk dövrünün qırğız mərhələsinə də xüsusi önəm verir. O, “Manas” dastanının tədqiqi ilə bağlı xeyli araşdırmalar aparır, qədim qırğız dastanının tədqiqi ilə bilavasitə bağlı olan V.V.Radlov, V.Jirmunski, M.Auezov, V.Yunusəliyev, K.Raxmatullin kimi tədqiqatçıların adlarını qeyd edir və “Manas”ın konkret olaraq məzmununu müəyyən süjet xətti ilə açıqlayır.
Xəlilov dərslikdə orta türk dövrünə tarixi nöqteyi-nəzərdən müfəssəl yanaşmağı unutmur. Belə ki, o, Qaraxanlı, Xarəzmşahlar, Qaraqoyunlular, Ağqoyunlular dövlətləri haqqında xronoloji qaydada məlumat verərək, bu tarixi dövrün bir qism yazılı abidələri olan M.Kaşğarinin “Divani lüğət-it-türk”, Yusif Balasaqunlunun “Qudatqu bilik”, Əbu Həyyanəl-Qar¬natinin “Kitabül-əl idrak lilisanül əl-ətrak”, Qütbün “Xosrov və Şirin”, “Dədə Qorqud” dastanları, “Dastani-Əhməd Hərami”, Səyyad Həmzənin “Yusif və Züleyxa” kimi əsərlərini xatırladır və yeri gəldikcə onları müəyyən ardıcıl¬lıqla, sistemli, müqayisəli şəkildə təhlil edir. Dilçi alim haqqında danışdığımız fəsildə M.Kaşğariyə xüsusi bölmə vermişdir. Bu da təsadüfi deyil. O, M.Kaş¬ğarinin məzarı ilə bağlı xeyli zəhmət tələb edən tədqiqat işləri aparmış. “Həzrəti mollam” məzarı ilə də xeyli tədqiqat tələb edən materiallara alim gözü ilə baxıb, onlara aydın, elmi prizmadan münasibət bildirmişdir. O, M.Kaşğarinin vətəni olan Kaşğar, Opal, Azık, Kasi şəhər və kəndləri ilə də əlaqədar yaddaqalan, oxucuların maraq dairəsinə xoş təsir bağışlaya biləcək müqayisəli analoji təhlillər aparır. Bu baxımdan onun O.Pritcak, A.Rozin kimi tədqiqatçıların fikirlərinə müraciət etməsi heç də təsadüfi xarakter daşımır. Dilçi alim eyni zamanda elm aləminə məlum olan iki əsəri – M.Kaşğarinin “Divani lüğət-it-türk” və “Kitabi-cavahirül nəhv fil lüğatitürk” əsərlərini də təhlilin mərkəzinə çəkir. Müəllif həmin fəsildə Yusif Balasaqunlu və onun “Qutadqu bilik”in nüsxələrinin, Əlülqazi Bahadır xanın “Şəcəreyi-tərakimə” və Rəşidəddinin “Oğuznamə” əsərlərinin tədqiqinə də xüsusi önəm verir.
Dilçi alim yeni türk dövrünə yeni anlamda baxmalı olur. O, haqlı olaraq bu dövrü iki mərhələyə ayırır:
1.Tayfa birliklərindən müasir türk dillərinin əmələ gəlməsi.
2. Müasir türk dilləri.
Bu mərhələlərlə bağlı çox önəmli fikirlər söyləyən müəllif ən yeni türk dövrünü müstəqil respublikaların – dövlətlərin yaranması ilə əlaqələndirir. Dilçi alimin 164-168-ci səhifələrdə türk xalqlarının tarixində mövcud olan əsas imperatorluqlar, dövlətlər, bəyliklər, atabəyliklər, xanlıqlar, cümhuriyyətlər, respublikalar haqqında xronoloji ardıcıllıqla tərtib etdiyi cədvəl də böyük əhəmiyyət kəsb edir.
Müəllif səkkizinci fəsli türk dillərinin quruluşunun tədqiq edilməsinə ayırır. Bu məqsədlə o, türk dillərinin quruluşunu fonetik, leksik, morfoloji və sintaktik cəhətdən tədqiq etməyə çalışır.
Dərslikdə türk dillərinin geneoloji bölgüsü xüsusi yer tutur. Bu baxımdan dilçi alim bu bölməyə böyük önəm verir. Məlumdur ki, dillərin bölgüsü tarixi-müqayisəli metoda əsaslanır. Müəllifin qeyd etdiyi kimi bölgüdə dillər ailələrə, ailələr budaqlara, budaqlar isə qruplara bölünür. Bu bölgüdən dilçi alim layiqincə yararlanır.
Bütün bunlarla yanaşı, dilçi alimin göstərdiyimiz dil qruplarının fonemlər sistemini, lüğət tərkibini, qrammatik kateqoriyalarını müəyyən qaydalar çərçivəsində araşdırmaqla tədqiq edib müəyyən elmi nəticələrə gəlməsi bəyəniləsi haldır.
Professor Xəlilovun türk xalqlarının əlifbaları və türkoloji qurultayı haqqında müəyyən elmi prinsiplərə cavab verən ətraflı elmi şərh, izahat verməsi də onun (dərsliyin) yaxşı tərəflərindəndir.
İnanmaq istərdik ki, gərgin elmi axtarışların bəhrəsi olan “Türkologiyaya giriş» kitabı öz elmi dəyərinə görə layiqli qiymətini alacaq.

Kaynak: Ulduz Jurnali

Abdulla Oripov – Sen Bahorni Sog’inmadingmi?
Pazartesi, 27 Mayıs 2013
Uyg’onguvchi.
Ahmet Hamdi Tanpınar – Bursa’da Zaman
Çarşamba, 17 Haziran 2020
Bursa’da bir eski.
Ali Şir Nevai – Gazel (Ercümend İtmes)
Pazar, 03 Temmuz 2016
Meni men istegen.
Aşık Şenlik – Bu Dünyanın Safasını Sürmeden
Salı, 27 Eylül 2016
Bu dünyanın.
Baki – Gazel (Kadrini Seng-i Musallada Bilip)
Pazartesi, 28 Mart 2016
Müje haylin dizer.
Dadaloğlu – Avşar Ellerinden Sökün Eyledim
Çarşamba, 12 Ekim 2022
Avşar ellerinden.
Emine Işınsu – Ak Topraklar (Roman Özeti)
Perşembe, 19 Mart 2020
ESERİN ADI :Ak.
Əlağa Vahid – Olanda
Perşembe, 08 Aralık 2022
Dindir məni.
Fuzuli – Gazel (Câm içre mey ki dâ’ire salmış habâb ana)
Cuma, 24 Şubat 2023
Câm içre mey ki.
Halit Ziya Uşaklıgil – Nemide (Roman Özeti)
Perşembe, 06 Aralık 2018
Eserin Adı.
Karacaoğlan – İnsan Oğlu Yer Yüzüne Gelince
Çarşamba, 12 Ekim 2022
İnsan oğlu yer.
Köksal Cengiz (Niyâzkâr) – Destur Gönlüm
Cuma, 29 Aralık 2017
Bunca çile bize.
Mehmed Akif Ersoy – Bülbül
Cuma, 02 Kasım 2012
Bütün dünyâya.
Mehmet Demir Atmalı – Zelzele
Pazartesi, 13 Şubat 2023
.
Mevlüt Uluğtekin Yılmaz – Son Cemre
Pazar, 20 Kasım 2022
Deli sular.
Mithat Cemal Kuntay – Yurt Duyguları
Pazartesi, 29 Ekim 2012
Düşmez yere.
Muhsin İlyas Subaşı – Sarıkamış Türk’ün Ak Otağıdır
Pazartesi, 13 Şubat 2023
Bir dağ.
Mustafa Nejat Sefercioğlu (Seferî) – Kahramanmaraş Depremi
Salı, 28 Şubat 2023
Yer oynadı.
Nedim – Şarkı (Yine bezm-i çemene)
Cumartesi, 06 Nisan 2013
Yine bezm-i çemene.
Ömer Seyfeddin – Kurbağa Duası
Pazar, 24 Ocak 2016
░ Taşra.
Orhun Abideleri – Köl Tigin Abidesi
Pazartesi, 17 Aralık 2012
Güney Yüzü.
Oyhan Hasan Bıldırki – Sisler İçinde İki Sevdalı
Cuma, 07 Ekim 2022
Anılar.
Şehriyar – Sehendim
Perşembe, 19 Aralık 2013
Şah dağım, çal.
Tevfik Fikret – Han-ı Yağma
Pazartesi, 29 Ekim 2012
Bu sofracık.
Yunus Emre – Ben Gelmedim Dava İçin
Cumartesi, 14 Şubat 2015
Benim bunda.
Ziya Osman Saba – Sebil ve Güvercinler
Pazar, 28 Ekim 2012
Çözülen bir.
Ақ тілек
Pazartesi, 14 Aralık 2020
Ееееей.
Эдита Ильясова – Чыңгыз Айтматов атасы Төрөкул Айтматов менен (сүрөт)
Cuma, 24 Şubat 2023
.

Sitenizin tavsiyesi: Özbek Hikâye ve Kıssaları

Sitemize göndereceğiniz yazı, şiir ve diğer bilgiler için adres: dilimizveedebiyatimiz@gmail.com
Site Hakkında

© 2023 Dilimiz ve Edebiyatımız

Microsoft Word kitab konfrans son

uqor, yafəs dilləri ilə qohumluq əlaqələrinə həsr olunmuşdur.

Altayşünas alim N.Poppenin «Altay dillərinin qarşılıqlı qohumluğu haqqında məsələnin müasir

mövqeyi və tarixi» adı məruzəsində Ural-Altay nəzəriyyəsinin yaranması, tarixi inkişafı və XX yüzilliyin

əvvəllərindəki tədqiq səviyyəsi və problemin inkişaf istiqamətləri müəyyənləşdirilmişdir. «Ural-Altay» və

«Altay dilləri» nəzəriyyələrinə çoxlarının şübhə ilə yanaşdığı və ya fərziyyə hesab etdikləri bir dövrdə bu

problemin qurultayın gündəliyinə salınması, altayşünas alim N.Poppenin bu mövzuda ətraflı məruzə etməsi

və buna dair qətnamənin qəbul olunması tədqiqatçılarda Altay dillərinin qohumluğuna inamı artırmış,

problemin yeni metodlarla tədqiqinə təkan vermişdir.

Altay dillərinin müqayisəli öyrənilməsində iki əsas dövr fərqləndirilir. Birincisi, Ural-Altay dövrüdür

ki, bu dövr ərzində Altay dilləri ayrı-ayrı qruplar şəklində deyil, vahid böyük dil ailəsinin üzvləri olmuşdur.

Ural-Altay dillərinin qohumluğu ideyası XVIII əsrdə İ.F.Stravlenberq tərəfindən qoyulub. Onun məşhur

«Avropa və Asiyanın şimal-şərq hissəsi» adlı əsəri çap olunandan sonra bu nəzəriyyənin tədqiq dairəsi

genişləndirilmişdir. İ.T.Stralenberq ümumi tatar dili adı altında xalqların dillərini birləşdirərək 6 qrupda

onların ilk təsnifatını vermişdir:

1) uyğurlar qrupu – burada fin-uqor, barabin və hun xalqları nəzərdə tutulur;

2) türk-tatar qrupu;

4) monqol və mancurlar qrupu;

5) tunquslar qrupu;

6) Qara və Xəzər dənizləri arasında yaşayan tayfalar qrupu.

N.Poppenin qənaətinə görə, İ.Stralenberqin təsnifatı sonrakılarla uyğunlaşmır, çünki təsnifatında elə

xalqları birləşdirib ki, onlar müxtəlif qruplara aid edilməlidir. Doğrudan da, sonrakı tədqiqatlar nəticəsində,

ümumi xüsusiyyətlərinə görə, fin-uqor samodi xalqları ilə, uyğurlar türk xalqları ilə, mancurlar tunqus

xalqları ilə bir qrupda birləşdirilmişdir.

İ.Stralenberqdən 100 il sonra Danimarka alimi R.Rask tərəfindən Ural-Altay dillərinin qohumluğu

məsələsi yenidən qaldırıldı. O, bu dilləri «skif dilləri» adlandırır və onların sırasına Qrenlandiya, Amerikanın

şimal hissəsi, Asiya və Avropa xalqlarının dillərini, İspaniyanın və Qalliyanın Hind-Avropa xalqlarının

dillərini daxil edir.

R.Raskın «skif dilləri» nəzəriyyəsi ilə M.Müllerin «Turan dilləri» nəzəriyyəsi üçt-üçtə düşür, lakin

problemin qoyuluşuna görə bir-birindən fərqlənir. M.Müllerə görə Ural-Altay dilləri qrupuna siyam, Tibet,

Cənubi Hind və Malay Arxipelağı dilləri aiddir. M.Müllerin özünə də bu dillərin bir-biri ilə qohumluq

əlaqəsi zəif görünür və nəticədə «turan dilləri ailəsi» termininə ehtiyatla yanaşır, «turan dilləri qrupu»

terminini uyğun sayır. Buna görə də turanizm çox məşhurlaşmamış və özünə çox az tərəfdar tapmışdır.

N.Poppe «skif və turan dilləri» nəzəriyyələrinin əhəmiyyətini qeyd etsə də, nöqsanlarını da göstərir.

Nöqsanların olması obyektiv səbəblərlə əlaqələndirilir və bu dillərin tarixinin, eləcə də dil xüsusiyyətlərinin

monqol dili istisna olmaqla, tam öyrənilməməsi ilə izah edir.

Alman alimi V.Şott və onun müasiri fin alimi M.Kastren Ural-Altay nəzəriyyəsinin qülləsi hesab

olunur. Bütün ömrünü Ural-Altay dillərinin tədqiqinə həsr edən M.Kastrenin tədqiqatı bu dillərin

qohumluğunu iddia edən sələflərinin və müasirlərinin əsərlərindən fərqlənir. O, tədqiqatını xalq şivələrinin

materialları əsasında aparmışdır. M.Kastrenin fikrinə görə, Hind-Avropa dilləri ilə müqayisədə Ural-Altay

dilləri arasındakı oxşarlıq zəifdir. Lakin fin, samodi və türk dilləri arasındakı uyğunluqlar müqayisə oluna

bilər. M.Kastren Ural-Altay dillərinin tərkibini fin, samodi, türk, monqol, tunqus dillərini daxil edərək,

müqayisəli tədqiqatını fin-uqor və samodi dillərinin qohumluğu məsələsinin həlli ilə yekunlaşdırır.

Ural-Altay dil ailəsinə yapon dilinin daxil edilməsinə münasibət müxtəlifdir. Bu baxımdan N.Poppe

M.Kastrenin fikrinə üstünlük verərək, yapon dilinin bu dil ailəsinə daxil edilməsini əsassız sayır, uzun illər

araşdırmaların M.Kastrenin verdiyi tərkib üzərində aparıldığını xüsusi vurğulayır.

Ural-Altay müqayisəli dilçiliyin inkişafında V.Şottun tədqiqatlarının böyük əhəmiyyəti vardır. O,

Ural-Altay dillərinin lüğət tərkibindəki və morfoloji quruluşundakı uyğun xüsusiyyətləri aşkara çıxarmışdır.

V.Şott fin-uqor dillərini qohumluq əlaqələrinə görə, fin və yaxud «çud» ailəsinə mənsub etmiş, «tatar» adı

altında birləşmiş türk, monqol və tunqus dillərini onlara qarşı qoyur. Türkoloqların əksəriyyətinin fikrincə,

V.Şott və M.Kastren dövründə Ural-Altay qrupu iki yarımqrupa bölünür. Tədqiqatçılar bir tərəfdən türk,

monqol və tunqus dillərini, digər tərəfdən isə fin-uqor və samodi dillərinin qarşılıqlı münasibətlərini

aydınlaşdırmağa çalışmışlar. N.Vinkler və bəzi tədqiqatçılar tunqus dillərini fin-uqor və samodi dilləri ilə

əlaqələndirir və mancur dilini bu dillər ilə yapon dili arasında keçid hesab edərək, Ural-Altay dillərini-

samodi, fin-uqor, tunqus, yapon və türk-monqol qruplarına ayırırlar. Bu cür mülahizələr yarandığı dövrdə

alimlər tərəfindən tənqidə məruz qalmış və N.Poppe də məruzəsində bunun əleyhinə çıxış edərək, tunqus

dillərinin türk və monqol dillərinə yaxın olmasını əsaslandırmışdır. Müasir dövrdə aparılan araşdırmalar

N.Poppenin fikirlərinin doğruluğunu təsdiqləyir.

Bundan sonra Ural-Altay dilçiliyi tarixində ikinci dövr – Altay dövrü başlanır. Bu dövrdə türk,

monqol, tunqus-mancur dillərinin qohumluğu ilə bağlı «Altayşünaslıq» nəzəriyyəsi meydana çıxır.

Altayşünaslığın ilkin mərhələsində türk dillərinə və dialektlərinə aid kifayət qədər material toplanır, lakin

monqol və tunqus danışıq dilləri zəif öyrənildiyindən, bu dillərin qohumluğu haqqında qəti fikir söyləmək

qeyri-mümkün olmuşdur. Buna görə də, N.Poppe məruzəsində ilk altayşünas alimlərin fəaliyyətini qeyri-kafi

qiymətləndirir. Məruzədə Altay dillərinin əlaqələrinə dair tədqiqatların üç istiqamətdə aparılması tövsiyə

olunur: 1) türk-monqol əlaqələri; 2) monqol-tunqus əlaqələri; 3) türk-tunqus əlaqələri.

Türk-monqol qohumluq münasibətlərinin müəyyənləşdirilməsində monqol dilinin ləhcələrinin

öyrənilməsinin mühüm əhəmiyyəti vardır. Bu ləhcələrin tədqiqində Q.Ramstedtin rolu xüsusi qeyd

edilməlidir. Q.Ramstedtin müvəffəqiyyətlərindən biri də monqol və türk dilləri arasında rotasizm və

lambadizm hadisələrini düzgün işıqlandırmasıdır. Altay müqayisəli dilçiliyində monqol dilinin türk dilinə,

çuvaş dilinin hər iki dilə münasibəti müxtəlif şəkildə izah olunur. Y.Nemet türk, monqol və çuvaş dillərinin

tarixində 4 əsas mərhələ qeyd etmişdir: 1) ibtidai qohumluq dövrü; 2) çuvaş-monqol dillərinin qarşılıqlı təsir

dövrü; 3) tatar-monqol dillərinin qarşılıqlı təsir dövrü; 4) monqol dilindən alınmış sözlərin yakut dilində

Monqol və çuvaş dillərindəki «r» və «l» səslərinin türk dillərindəki «z» və «ş» səslərinə uyğunluğu

Y.Nemetin fikrincə, bu dillərin birgə inkişafının nəticəsidir. Alim güman edir ki, monqol və türk dillərinin

vəhdəti dövrünün ardınca, monqol-çuvaş dillərinin vəhdəti dövrü başlanır. Bir sıra türkoloqlar kimi, N.Poppe

də bu fikrə etiraz edərək bildirir ki, çuvaş dilinin fonetikası və morfologiyası türk dilləri kimi inkişaf yolu

Buna görə də monqol-türk-çuvaş dillərinin vəhdəti dövrünün ardınca monqol-çuvaş deyil, türk-çuvaş

dillərinin vəhdəti meydana çıxmışdır. Digər tərəfdən monqol və çuvaş dilləri arasında elə bir yaxınlıq tapmaq

olmaz ki, bunun əsasında bu dillərin birgə inkişafını təsdiq etmək mümkün olsun. Sonda N.Poppe

Q.Ramstedtin fikrinə üstünlük verərək, türk və çuvaş dillərinin ulu dilin iki şivəsi – r, l şivəsi və z, ş şivəsi

kimi tanındığı qənaətinə gəlir.

Altay dilləri arasında tunqus dillərinin mövqeyi mübahisəlidir. Bəzi alimlər tunqus dillərini türk və

monqol dilləri ilə qohum hesab etsə də, bəziləri bunu inkar edirlər. Monqol dili ilə müqayisədə türk və

tunqus dilləri arasındakı fərqlənmələrin üstünlüyü alimlərdə bu dilin Altay dilləri ilə qohumluğunda şübhələr

yaradır. Bu fərqlər tunqus dillərinin Altay dil ümumiliyindən ayrılan ilk dil olması ilə izah oluna bilər ki,

tədqiqatçılar bu ayrılmanı e.ə. V-IV minilliyə aid edirlər.

Uzun əsrlər boyu tunqus dilləri müstəqil şəkildə inkişaf etmiş, müxtəlif dillərin təsirinə məruz qalmış-

dır. Bu baxımdan dillərin müasir səviyyəsində fərqlərin çoxalmasını təbii qəbul etmək lazımdır. N.Poppenin

məruzəsində belə bir mühakimə də yürüdülür ki, tunqus dili türk dilindən daha çox monqol dilinə yaxındır.

Monqol və tunqus dillərinin bəzi fonetik uyğunluqları bu fikri söyləməyə əsas verir. İkinci mühüm əlamət ki-

mi tunqus dili monqol dilinə nisbətən qədim hesab edilir. Sonda belə bir nəticə çıxarılır ki, tunqus dili türk və

monqol dilləri ilə qohumdur və onlarla birlikdə bir ulu dilə mənsubdur. Məruzənin sonunda altayşünaslığın

nailiyyətləri qarşıda duran vəzifələri, xüsusilə tunqusşünaslığın gələcək problemləri şərh olunur.

Comments are closed, but trackbacks and pingbacks are open.