Press "Enter" to skip to content

Sürətlə arıqlamaq üçün naharda nə yeməli

Bəzi insanlar naharı yüngül qidalarla ötüşdürür, axşam yeməyində daha ağır, kalorili qidalar yeyir. Bu, yanlış seçimdir. Səhərlər yaxşı qidalanmaq lazımdır. Axşamlar isə əskinə, xəfif yeməklərə üstünlük verməlisiniz.

Necə sürətli öyrənmək olar?

Öyrənmək həyatımızın əsas hissələrindən biridir və həmişə də belə olacaq. Əgər bu prosesdən nə vaxtsa yaxa qurtaracağınızı zənn edirsinizsə, sizə pis xəbərimiz var. Böyük ehtimal bu mümkün olmayacaq. Dünyanın sürətlə dəyişdiyi və inkişaf etdiyi dövrdə baş verənlərlə ayaqlaşmaq üçün öyrənmək vacibdir.

Danışığa neqativ başlasaq da müsbət notlarla davam etdirəcəyik. Neyroelm alimləri uzun illər araşdırmalar aparıblar və bizim üçün sürətli öyrənmə üsullarını tapıblar. Məqalədə həmin üsullar haqqında danışacağıq.

Öyrənmə prosesində ən yaxın dostunuz kağız və qələm olsun

Hansı dövrdə yaşayırıq?
Telefon və ya kompüterdə qeyd aparmaq əlbəttə daha asan və sürətlidir düşünsək də alimlər ənənəvi üsula sadiq qalmağımızı tövsiyə edirlər. Prinston Universiteti və Kaliforniya Universitetinin birgə apardığı tədqiqata əsasən məlum olub ki, tələbələr kağız və qələmlə qeyd apardıqları zaman daha yaxşı dinləyirlər, əhəmiyyətli hissələri müəyyənləşdirə bilirlər. Texnoloji avadanlıqlarda qeyd götürdükləri zaman isə sanki onun bir parçasına çevrilir və düşünmədən sadəcə yazırlar. Həmçinin kağıza qeyd götürmə tələbələrin mövzunu yadda saxlama müddətini də artırır. Universitetin psixologiya professoru qeyd edir ki, 3 fərqli araşdırma aparılıb və hamısında kağız-qələm ilə qeyd aparan tələbələr kompüterdə qeyd aparanlarla müqayisədə konseptual sualları daha yaxşı cavablayıblar.

Bu üsulu hər hansı hazırlıq zamanı bir dəfə kağıza və növbəti kompüterə qeyd götürərək özünüz də sınaqdan keçirə bilərsiniz. Üsulun effektliyini artıran daha bir nüans müəllimin izah etdiklərini öz sözlərinizdə yazmağınızdır.

Beləliklə, əgər siz hazırlıq və ya dərs zamanı kağız qələmlə qeyd götürsəniz aldığını informasiyanı daha uzun müddət yadda saxlayacaq və testlərdə daha yaxşı nəticə toplayacaqsınız.

Öyrənmək üçün qısa vaxt aralıqları təyin edin

İmtahan yaxınlaşan zaman yəqin ki, saatlarla dayanmadan oxuyursunuz. Unutmayın, nə qədər yox, necə oxumağınız önəmlidir. Alimlər sübut edir ki, beynin yeni informasiyanı öyrənməsi üçün ideal öyrənmə limiti 30-50 dəqiqədir. 30 dəqiqədən az müddət oxuyan üçün kifayət deyil, 50 dəqiqədən sonra isə beyin artıq yorulur. Digər tərəfdən vaxt limiti sizdə təlaş yaradır və daha sürətli öyrənməyinizə səbəb olur. Vaxt bitdikdən sonra 5-10 dəqiqə istirahət edin. İcazə verin, beyniniz öz fəallığını bərpa etsin. Fasilə vaxtının necə dəyərləndirildiyi də olduqca önəmlidir. Sosial mediaya daxil olmaq və ya sevimli serialınızın anonsunu izləmək sizin üçün istirahət kimi görünsə də, beyniniz bu fəaliyyətdən zövq almayacaq. Fasilədə təmiz hava alın, idman edin ya da yeni informasiyanın olmadığı hər hansı fəaliyyətlə məşğul olun.

Bu üsulu tətbiq edərkən pomodoro platformasından istifadə edə bilərsiniz. Nəticədə gün ərzində vaxtınızı necə sərf etdiyinizi daha yaxşı görmüş olarsınız.

Yaddaşın yuxuya ehtiyacı var

Gecələr yuxusuz qalıb imtahana hazırlaşan tələbələr hər birimizin ətrafında var. Bəs elmi tədqiqatlar bu mövzuda nə deyir? Psixologiya ilə bağlı nəşr olunan bir məqalədə öyrənmə seansları arasındakı yuxunun yaddaşı 6 aya qədər gücləndirdiyi deyilir. Hətta öyrənmə sessiyaları arasında yatmaq yenidən öyrənmə prosesini sürətləndirir və sərf olunan vaxtı azaldır.

Fransada aparılan bir tədqiqatda tələbələrə Bantu dillərindən birində 16 söz öyrədilir. Tələbələr 2 qrupa bölünür və hər bir qrupa sözlərin öyrədilməsi 2 sessiyada baş tutur.

I qrupa sözlərin bir hissəsi səhər, digər hissəsi isə eyni günün axşamı öyrədilir. II qrup isə sözlərin bir hissəsini axşam öyrənir, daha sonra yatır və növbəti günün səhəri digər sözləri öyrənirlər. Nəticədə yuxusunu almış iştirakçılar 16 sözdən 10-nunu, yatmayan iştirakçılar isə 16 sözdən 7-sini xatırlayır.

Araşdırmadan da göründüyü kimi yuxusuz qalmaq daha çox öyrəndiyiniz mənasını vermir. Keyfiyyətli nəticə üçün yaddaşınıza yuxu hədiyyə edin.

Öyrəndiklərinizi əlaqələndirin

Yeni məlumatları asan yadda saxlamağın daha bir yolu onları əvvəl öyrəndikləriniz ilə əlaqələndirməkdir. Məsələn, siz coğrafiya dərsində öyrənmisiniz ki, dünyanın ən uzun çayı Nildir. O Viktorya gölündən başlayır və Aralıq dənizi hövzəsinə aiddir. Bu sizin yadda saxladığınız informasiyadır.

Növbəti dərslərdə məsələn, iqlim qurşaqları və dünyanın siyasi xəritəsini öyrənən zaman siz Nil çayının keçdiyi ərazilərdə olan iqlim qurşaqlarını, onun axdığı ölkələri öyrənirsiniz. Bu o deməkdir ki, sizin əzbərlənəcək yeni məlumatınız var. Elə bu anda siz əlaqələndirmə üsulundan istifadə edirsiniz və özünüz üçün Nil çayı kateqoriyası yaradırsınız və deyirsiniz: “Mən bilirdim ki, Nil çayı ən uzun çaydır, Aralıq dənizinə axır və indi öyrəndim, bu çay 11 ölkənin ərazisindən keçir və s.”

Burada həmçinin əks əlaqə də qura bilərsiniz. Məsələn, “Mən bilirdim ki, dünyanın ən uzun çayı Nildir, indi isə öyrəndim ki, dünyanın ən qısa çayı Roedir və o ABŞ ərazisindən keçir.

Necə əlaqələndirəcəyiniz tamamilə sizdən asılıdır. Nəticədə siz əvvəldən bildiklərinizi möhkəmləndirir və əldə etdiyiniz biliyi də yadda saxlamış olursunuz. Unutsanız belə onu xatırladacaq təkan nöqtəsiniz mövcud olur.

Öz sözlərinizlə öyrənin

Dərs materialları, kitablar çox vaxt daha rəsmi və qəliz formada yazılır. Bəzi məsələlərin izahı isə kifayət qədər uzun olur. Yaxşısı budur, oxuyun və başa düşdüklərinizi öz sözlərinizlə ifadə edin. Bu üsulla siz həm də təkrar etmiş olursunuz.

Nümunə üçün sürücülük imtahanı materiallarından danışaq. Sürücülük imtahanına hazırlaşanlar və materialları ilə tanış olanlar kitab və test toplusunu ilk görəndə bir qədər düşünürlər. “Bizim dilimizdə belə bir söz var?)”
Təbii ki, dilimizi dərindən öyrənmək vacibdir, amma sürücülük imtahanında sizdən dili yox, qaydaları soruşacaqlar. Buna görə oradakı cümlələri öz sözlərinizlə ifadə etmək ən düzgün seçimdir.

Həmçinin çalışın, hər hansı mövzunu öyrəndikdən sonra özünüz üçün onu səsli danışasınız. Əzbər cümlələrlə yox, öz sözlərinizlə danışın. Belə etdiyiniz halda təkrar etməsəniz də bir müddət sonra həmin mövzunu çox rahat xatırlayacaqsınız.

Öyrəndiklərinizi öyrədin

Dərsi oxumazdan öncə özünüzə söz verin ki, öyrəndikdən sonra onu başqa birinə öyrədəcəksiniz. Bu zaman sizin məsuliyyətiniz 2 qat artmış olur. Hətta daha yaxşı olar ki, öyrədəcəyiniz şəxsin dərs haqqında ümumiyyətlə məlumatı olmasın. Artıq siz bilirsiniz ki, öyrədəcəyiniz biri var və bu zaman sizin mövzunu mənimsəmə formanız belə dəyişir.

  • Daha diqqətlə öyrənirsiniz
  • Kiçik nüanslar gözünüzdən qaçmır
  • Oxuma sürətini artırırsınız
  • Mövzunu daha yaxşı mənimsəyirsiniz.

Dərsi öyrəndiniz və başqa birinə öyrədirsiniz. Nə baş verir?

  • Siz öyrəndiyinizi təkrarlamış olursunuz
  • Ətraflı izah etdiyiniz üçün mövzunu tam olaraq mənimsəyirsiniz
  • Qarşı tərəf suallar verərsə, siz daha sadə formada izah etməyə çalışırsınız. Bu isə daha yaxşı öyrənməyə işarədir.

Əgər siz hər hansı bir bölməni, mövzunu, sadə anlayışı kiməsə izah edə bilmirsinizsə, deməli özünüz hələ öyrənməmisiniz. Necə deyərlər “Öyrətmək üçün öyrənmək lazımdır”.

Danışdıqlarımız sizin daha asan və sürətli öyrənməyinizə kömək edəcək. Üsulların hər biri müxtəlif araşdırmalarla test edilib və alınan nəticələrə əsasən müəyyən olunub. Ola bilər ki, üsullardan bəzilərinin çox yaxşı nəticəsini görəsiniz, digəri isə sizi məmnun etməz. Tövsiyəmiz budur ki, hər birini test edin və sizin üçün ən uyğun metodları seçin.

Oxuyan.az sizin öyrənmək yolunda bələdçinizdir. Suallarınızı və təcrübələrinizi bizimlə paylaşsanız, şad olarıq!

Oxuyan hər kəsə uğurlar!

Sürətlə arıqlamaq üçün naharda nə yeməli?

Arıqlamaq və ya ideal kiloda qalmaq üçün naharın əhəmiyyətini artıq demək olar ki, hər kəs bilir. Ancaq səhər yeməyində nə yediyiniz də önəmlidir. Elm adamları səhərlər yeyildikdə sürətlə arıqlamağa kömək edən qidaların adlarını açıqlayıblar.

Arıqlamaq üçün nə etməli? Necə arıqlamaq olar? Bütün bu sualların cavabı, arıqlamaq üçün resept, Diyet resepti bu xəbərdə!

Bəzi insanlar naharı yüngül qidalarla ötüşdürür, axşam yeməyində daha ağır, kalorili qidalar yeyir. Bu, yanlış seçimdir. Səhərlər yaxşı qidalanmaq lazımdır. Axşamlar isə əskinə, xəfif yeməklərə üstünlük verməlisiniz.

Yaxşı səhər yeməyi gün içərisində özünüzü daha enerjili hiss etməyinizə səbəb olmaqla yanaşı, sizi tox saxlayıb, çox yeməkdən çəkindirəcək.

Taxıllardan hazırlanan səhər yeməyi

Səhərlər bu qidanı süd və ya su, bal əlavə edib yeyə bilərsiniz. Şəkər tozundan istifadə etmək olmaz. Diyetoloqlar böyük kəsilmiş səhər yeməyi tövsiyə edirlər. Onu kasaya tökdükdə çox görünür, ancaq az kalori ehtiva edirlər.

Yulaf kəpəyinin dadlı olmadığını düşünə bilərsiniz. Ancaq onu süddə 2 dəqiqə bişirib (və ya suyla 1 dəqiqə bişirib 1 qaşıq bal əlavə edərək) yedikdə dadının elə də pis olmadığını görəcəksiniz.

Həm sağlam, həm də formada olmaq üçün naharda yulaf kəpəyi yemək vacibdir. Yulaf kəpəyinin tərkibindəki liflər uzun müddət tox saxlayır. Üstəlik, şirniyyata meyil etməyinizin qarşısını alır.

Nahar üçün böyük boşqablar seçin

Nahar yeməyini daha böyük boşqabda yemək beyninizə çox yediyinizlə bağlı siqnal göndərəcək. Ancaq boşqabı sağlam qidalarla dolduracağınız üçün az kalori alacaqsınız.

Üstəlik, səhərlər 700 kaloriyə kimi qəbul etmək sizi kökəltməz. Təbii ki, günorta yeməyində 500, axşam yeməyində 200 kaloriylə kifayətlənməyiniz şərtiylə.

Araşdırmalar göstərib ki, səhərlər 700 kalori, axşamlar 200 kalori qəbul edənlər, bunun əksini tətbiq edənlərdən 2 dəfə daha tez arıqlaya bilirlər.

Erkən saatlarda zülal qəbul edin

Aclıq böhranlarının qarşısını almaq və iştahanı azaltmaq üçün səhərlər zülal ehtiva edən qidalar da yemək olar.

Kolumbiya Universitetində aparılan tədqiqatlar göstərib ki, səhərlər tərkibində zülal olan qidalar yedikdə orqanizmdə toxluq hissi yaradan amin turşuları istehsal edilir.

Səhərlər iki ədəd yumurta yeyin!

Yeni aparılan araşdırma sübut edib ki, səhərlər 2 ədəd yumurta yemək arıqlamağa kömək edir. Hətta bu pəhriz zamanı çörəyi menyudan çıxarmaqdan daha effektli üsuldur.

Bu yumurtanın zülalla yanaşı, “kolin” adlı maddə ehtiva etməsiylə bağılıdır. Zülal aclıq hissini yox edərkən, kolin beynin yorulmasının qarşısını alır və enerjinin azalmasına imkan vermir.

Asan hazırlanan və sağlamlıq üçün yararlı bir digər nahar yeməyi isə fıstıq əzməsidir. 1-2 dilim fıstıq əzməli çörək dilimi yemək olar. Ancaq fıstıq əzməsini az çəkməlisiniz. Çünki bir xörək qaşığı fıstıq əzməsi 190 kalori deməkdir.

Bu qida insanı tez doyuzdurur və günorta yeməyində kalorili qidalardan uzaq durmağınıza kömək edir.atv.az

Gözəllik və Moda Baxılıb: 5085 Tarix: 06 iyul 2016
f Paylaş

Digər yazılar

Çay insanı gözəlləşdirir

Soyuq keçən qış, stress, vitamin çatışmazlığı, mühitin çirkli olması kimi faktorlar dərini köhnəldir. Dərinizin hər zaman gözəl görünməsini istəyirsinizsə, çay sizə köməkçi ola bilər. Çində çay əvvəllər də dərman kimi istifad

Dırnaq maskaları

Dırnaqları ağartmaq üçün maska. Qaralmış və ya saralmış dırnaqları ağartmaq üçün 1 ədəd limonu iki hissəyə ayır. Sonra ayrılmış hissələrlə dırnaqları 5 dəqiqə masay et. Bu prosedur dırnaqqırağı əti yumşaldır. Dırnaqlara qullu

Gözəl saçlara sahib olaq!

Ən gözəl üzə və fiziki quruluşa malik olan qadın belə saçsız çirkin görsənərdi. Qədimdə isə saç həm də təmizlik, paklıq nümunəsi kimi əhəmiyyət kəsb edirdi. Çağdaş dövr qadınlarımıza istənilən şəkildə saça malik olmaq imkan

Saç maskaları

Quru və normal saçlar üçün maskalar. Çörək maskası. – Qara çörəyin içini 2 saatlıq qaynar suda islat. Alınmış horranı saçlarının dibinə sürt və 1 saat gözlə. Sonra isə saçları axar suyun altında yu. Bal maskası. – 1 xörə

Yağlı və quru dərilər üçün losyon resepti

Quru dərini yumşaldan losyon. Kosmetologiyada gənəgərçək yağını hələ qədim misirlər istifadə edirdilər. Müasir kosmetoloqlar da onu öz reseptlərinin tərkibinə daxil ediblər. Tərkib: gənəgərçək və qarğıdalı (yaxud zeytun v

2 bitki ilə saçınız əsla tökülməyəcək və yeniləri çıxacaq-Foto

Seyrəlmə saçlarının hər bir insan nəinki, fiziki cəhətdən təsir edir, həm də psixoloji narahatlıq və stressə də səbəb olur. sizə çox ucuz və nütün mətbəxlərdə asanlıqla tapılan bitkilərdən ibarət resept təqdim edir. Lazı

Saçların qalın və uzun olması üçün sehirli maska

Saçların qalınlığını artırmaq və sürətli uzatmaq üçün maska. Daha əlverişli və ucuz resept:. Lazım olan ərzaqlar:. qatıq. bal. maya. Hazırlamçası və tədbiqi:. 2 çay qaşığı mayaya su və ya süd əlavə eləyib, 1 saat gözləyin

Qarındakı piyləri sürətlə əridən dəfnə yarpağı və darçın çayı

Dəfnə yarpağı və darçın birlikdə sehirli gücə malikdir. -ın Xarici mətbuata istinadən, təqdim etdiyi bu möcüzəvi qarışım sizə tez bir zamanda arıqlamağa, artıq piylərdən azad olmağa, dümdüz bir qarına sahib olmağa kömək edəcək

Ən qabarlı dabanları yumuşacıq edəcək, 50 qəpiklik resept

Sizə möcüzəvi effektə malik resept təqdim edirik. Lazım olanlar:. 10 tabletka aspirin. 250 ml aptek spirti. Hazırlanması:. Aspirini yaxşıca əzin. Daha sonra spirtlə qarışdırın. Qarışım bir-neçə gün qalmalıdər. Hər dəfə istifadədə

Comments are closed, but trackbacks and pingbacks are open.