Press "Enter" to skip to content

N.yaqublu islam ordusu azrbaycanda

Tarixçi alim qeyd edib ki, Bakının azad olunması çox böyük bir hadisədir: “Bu hadisənin gerçəkləşməsində qardaş Türkiyənin, Qafqaz İslam Ordusunun və Nuru Paşanın çox böyük xidmətləri olub. Torpaqlarımızın azad olunması uğrunda şəhid olan minlərlə türk əsgərini yad edirik. Onlar tək Bakını azad etməyib, Gəncədən başlayaraq demək olar ki, Azərbaycanın hər yerindən düşməni zərərsizləşdirib. Ölkəmizin hər yerində şəhidliklər mövcuddur və onların xatirəsi əbədiləşdirilib. Türk ordusu Gəncə və Bakıda hərbi məktəb yaratdı. Oktyabrın axırında Gəncədə birinci hərbi məktəbin təntənəli açılışı oldu”.

Nərgiz Yaqublu vəfat edib

Məlumatlara görə, Nərgiz hepatit xəstəliyindən əziyyət çəkirdi və bir neçə gün öncə komaya düşmüşdü.

Tofiq Yaqublu 2013-cü ilin yanvarında İsmayıllıda keçirilən iğtişaşlardan sonra həbs olunmuşdu. O, 5 il müddətinə azadlıqdan məhrum edilib.

Onun digər qızı Müsavat Partiyasının üzvü Nigar Yaqublu isə 2012-ci ildə həbs edilmişdi.

Abşeron Rayon Məhkəməsi onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçmişdi.

Nigar Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) təqsirləndirilirdi.

Nərgiz Yaqublunun 2013-cü ildə BBC Azərbaycancaya verdiyi müsahibəsini burada izləyin: “Atam və bacımın həbsindən sonra yenə də ayaqdayıq”

“Bir ailənin başına nə qədər faciə gələ bilər?”

Nərgiz Yaqublunun ölümü barədə xəbər ilk olaraq sosial media şəbəkələrində yayılıb. Xəbər yayılandan sonra Twitterdə hər saat “Yaqublu” adını qeyd edən onlarla tvit paylaşılıb.

Bir çoxu Yaqublu ailəsinin digər çətinliklərini dilə gətirərək üzüldüklərini bildirib. “Bir ailenin bashina bu qeder shey gelmemelidir axi, bu ne edaletsizlikdir. ” – N!DA fəalı Turqut Qəmbər Facebook səhifəsində yazıb.

Jurnalist @elmin_hasanli Twitterdə: “Bir ailənin başına nə qədər faciə gələ bilər. Atası tutuldu, bacısı tutuldu, anası qəzaya düşdü, özü də vəfat etdi. Nərgiz Yaqublu. “

“Atasını tutdunuz, bacısını tutdunuz, anası məhkəmədən qayıdarkən qəzaya düşdü, digər qızı da indi vəfat etdi. Zülm başqa necə olur? Allah rəhmət etsin” – Fəal və jurnalist Həbib Müntəzir Facebook-da bu statusu paylaşıb.

Bəziləri Nərgiz Yaqublunun həbsdə olan atasını dilə gətirərək onun dəfn mərasiminə gəlmək üçün buraxılıb-buraxılmayacağını sual edib.

“Qızının xəstə anlarında yanında ola bilməyən siyasi məhbus Tofiq Yaqublu dərhal həbsdən azad edilməlidir. ” – yazıb @RuslanAsad.

Müsavat partiyasının sabiq başqanı İsa Qəmbər də Facebook-da Nərgiz Yaqublunun fotosunu paylaşaraq yazıb: “Dünya və biz bu gözəlliyi itirdik. Tanrı ruhunu şad eləsin. “

Ordumuz Şuşanı bu qayda ilə azad etdi – Nəsiman Yaqublu

Bunu Publika.az-a açıqlamasında tarix elmləri üzrə fəlsəfə doktoru Nəsiman Yaqublu deyib.

Tarixçi alim qeyd edib ki, Bakının azad olunması çox böyük bir hadisədir: “Bu hadisənin gerçəkləşməsində qardaş Türkiyənin, Qafqaz İslam Ordusunun və Nuru Paşanın çox böyük xidmətləri olub. Torpaqlarımızın azad olunması uğrunda şəhid olan minlərlə türk əsgərini yad edirik. Onlar tək Bakını azad etməyib, Gəncədən başlayaraq demək olar ki, Azərbaycanın hər yerindən düşməni zərərsizləşdirib. Ölkəmizin hər yerində şəhidliklər mövcuddur və onların xatirəsi əbədiləşdirilib. Türk ordusu Gəncə və Bakıda hərbi məktəb yaratdı. Oktyabrın axırında Gəncədə birinci hərbi məktəbin təntənəli açılışı oldu”.

N.Yaqublu vurğulayıb ki, Bakının qurtuluşu ilə Azərbaycan ərazilərində əmin-amanlıq yarandı: “Bakı azad olunduqdan sonra Azərbaycan hökuməti Gəncədən Bakıya köçdü. 1918-ci il 7 dekabr tarixində isə Azərbaycan Parlamentinin açılışı oldu. Bakı azad olunarkən indiki Bakı Dövlət Universitetinin olduğu ərazidən Biləcəriyə qədər birinci parad təşkil edildi. Bununla da bütün vətəndaşlara Bakının düşməndən təmizləndiyi göstərildi. Azərbaycan Milli Ordusu tərəfindən ikinci hərbi parad isə 1919-cu ilin aprel ayında, üçüncü hərbi parad Xankəndi və Şuşada keçirildi. 1919-cu ilin iyun ayında həmin paradda baş nazir Nəsib bəy Yusifbəyli və müdafiə naziri Səməd bəy Mehmandarov iştirak edib. Həm dövlətçiliyimizin formalaşmasında, həm də Milli Ordunun yaranmasında Qafqaz İslam Ordusu böyük rol oynayıb. Bakının azad olunması uğrunda gedən döyüşlərlə 2020-ci ildə Şuşada olan döyüşlər arasında taktiki baxımdan oxşarlıq var. O zaman Qafqaz İslam Ordusu “Qurd qapısı” tərəfdən Bakıya daxil oldu, lakin orada odlu silahlarla döyüşmək qeyri-mümkün idi. Çünki ermənilərlə xəyanətkar qüvvələr “Qurd qapısı” tərəfdə, yəni yuxarılarda yeləşmişdilər, Qafqaz İslam Ordusu isə aşağıdan hücum etdi. Nuru Paşa gecə gözlənilmədən soyuq silahlarla hücum edib Bakını işğaldan azad etdi. 2020-ci ildə də bizim şanlı ordumuz bu qayda ilə Şuşanı düşmən işğalından qurtardı. Qardaş Türkiyə əvvəl olduğu kimi, 44 günlük Vətən müharibəsində də bizə dəstək verdi”.

Rahib Ələsgərov

Əvvəlki xəbər

Azərbaycanlı hakim UEFA-dan təyinat aldı

Comments are closed, but trackbacks and pingbacks are open.