Press "Enter" to skip to content

N.yaqublu islam ordusu azərbaycanda

5

I FƏSİL

BAKI UĞRUNDA
MÜBARİZƏ

u hadisələrdən sonra fikir müxtəlifliyində olan
azərbaycanlılar, gürcülər və ermənilərin Seym-
də birgə fəaliyyəti mümkün olmur, münasibət-
lərdə inamsızlıq yaranırdı. Qeyd edək ki, gürcülər və ermənilər Tür-
kiyə ilə münasibətdə ciddi siyasi ziddiyyətdə idilər. Gürcülər Batum
və Acarıstanın saxlanılması cəhdində olsalar da, buna nail olmaq
üçün Qars və Ərdəhanı güzəştə getməyi lazım bilirdilər. Türklərin
isə Seym daxilindəki ziddiyyətlərdən məlumatları var idi. Odur ki,
Zaqafqaziya hökumətinin Türkiyə ilə apardığı müharibə 8 gündən
artıq çəkmədi. Türklər aprelin 15-də Batumu tutdular, eyni zamanda
Qarsı mühasirəyə aldılar”.

“B

NəSİman yaqublu

2

Rəyçilər:
Maarif Teymur

S. Mümtaz adına Ədəbiyyat və

İncəsənət Arxivinin direktoru

Aslan Kənan
S. Mümtaz adına Ədəbiyyat və
İncəsənət Arxivinin şöbə müdiri

Elmi redaktor:
Sabir Məmmədli

Tarix elmləri namizədi,
Bakı Dövlət Universitetinin dosenti

Bu kitab Türkiyə Cümhuriyyəti Bakı Böyükelçiliyinin
maddi-mənəvi dəstəyi ilə yayımlanıb.

Nəsiman Yaqublu. Bakının Qurtuluşu.
Bakı, «Elm və təhsil», 2010. – 200 səh.

Kitabda XX əsr Azərbaycan Milli İstiqlal Mübarizəsinin ən mühüm ha-
disələrindən biri olan Bakının Qurtuluşu tarixi araşdırılıb.
Müəllif kitabda əsasən tarixi sənədləri, yazıları, faktları olduğu kimi
toplayıb oxuculara çatdırmağa çalışıb. Bundan ötrü o, əvvəlcə Azərbaycan
Xalq Cümhuriyyəti (1918-1920-ci illər) dövründə nəşr edilmiş yazıları,
sonradan isə mühacirətdə yaşamış azərbaycanlı siyasətçilərin və ziyalıların
məqalələrini toplayıb oxucuya təqdim edib.
Bundan əlavə, tanınmış Azərbaycan şairlərinin Qafqaz İslam Ordusuna,
qəhrəman Türk əsgərlərinə həsr etdiyi şerlər də kitabda toplanıb.
Bu kitab dərs və əlavə vəsait kimi yalnız müəllim, aspirant və tələbələr
üçün deyil, həmçinin geniş oxucu kütləsi və Beynəlxalq Əlaqələr, Azərbay-
can-Türkiyə əlaqələri sisteminin, mühacirət mətbuatımızın öyrənilməsi üçün
də əhəmiyyətli olacaqdır.

Y
2010
098
4702000000

N
qrifli nəşr

©
«Elm və təhsil», 2010

Bakыnыn Qurtuluшu

3

M Ü N D Ə R İ C A T

I FƏSİL. Bakı uğrunda mübarizə . 5
Azərbaycan istiqlalının elan edilməsi.
Osmanlı dövləti ilə əlaqələrin yaradılması.
Bakının azad edilməsinin həyati əhəmiyyəti. 6
Qafqaz İslam Ordusu. Nuru Paşanın fədakarlığı.
Bakının Qurtuluşu. . 17

II FƏSİL. Azərbaycan Xalq Cumhuriyyəti dövründə
Bakının Qurtuluşunun dəyərləndirilməsi. . 27
Azərbaycan Xalq Cumhuriyyəti qurucuları
Bakının Qurtuluşu haqqında.. . 28
Dövlətin rəsmi mətbuatında – “Azərbaycan” (türkcə və rusca)
qəzetində 15 Sentyabr zəfəri ilə bağlı yazılar . 38
Azərbaycan şair və yazıçılarının türklərin Bakını azad etməsinə
həsr olunan bədii əsərləri . 50

III FƏSİL. Azərbaycanlı mühacirlərin
Bakının Qurtuluşu tarixini yaşatması . 79
Türkiyədə nəşr edilən mətbuat orqanlarında
və kitablarda 15 Sentyabr hadisələri . 80

Nяsiman Yaqublu

4
Almaniyada nəşr edilən qəzet və jurnallarda
Bakının xilası ilə bağlı yazılar. 156
Müqavilə . 176
Ədəbiyyat siyahısı . 178
Kitabda adı çəkilən şəxsiyyətlər . 182
Fotolar, sənədlər . 201

Bakыnыn Qurtuluшu

5

I FƏSİL

BAKI UĞRUNDA
MÜBARİZƏ

u hadisələrdən sonra fikir müxtəlifliyində olan
azərbaycanlılar, gürcülər və ermənilərin Seym-
də birgə fəaliyyəti mümkün olmur, münasibət-
lərdə inamsızlıq yaranırdı. Qeyd edək ki, gürcülər və ermənilər Tür-
kiyə ilə münasibətdə ciddi siyasi ziddiyyətdə idilər. Gürcülər Batum
və Acarıstanın saxlanılması cəhdində olsalar da, buna nail olmaq
üçün Qars və Ərdəhanı güzəştə getməyi lazım bilirdilər. Türklərin
isə Seym daxilindəki ziddiyyətlərdən məlumatları var idi. Odur ki,
Zaqafqaziya hökumətinin Türkiyə ilə apardığı müharibə 8 gündən
artıq çəkmədi. Türklər aprelin 15-də Batumu tutdular, eyni zamanda
Qarsı mühasirəyə aldılar”.

“B

N.yaqublu islam ordusu azərbaycanda

Sentyabrın 15-də Bakının bolşevik hərbi birləşmələri, yadelli işğalçılar və daşnak quldurlardan azad edilməsinin 100-cü ili tamam olur. Bu münasibətlə Bakıdakı Azadlıq Meydanında hərbi parad keçiriləcək. Bir neçə gündür parada hazırlıq işləri də gedir.
Müdafiə Nazirliyi paradda nələrin olacağı haqda hələ ki rəsmi məlumat verməyib.

Cümhuriiyət tarixinin araşdırıcısı Nəsiman Yaqublu Modern.az-a açıqlamasında paradı alqışladığını vurğulayıb, amma daha detallı məlumata malik olmadığını deyib.

“Rəsmi şəkildə mənə dəvət gəlməyib. Təbii ki, özüm gedib iştirak edəcəm, yəqin ki, heç kimə qağada qoyulmaz. Bu çox əhəmiyyətli hadisədir. Bakının qurtuluşunun 100 illiyi ilə bağlı hərbi parad keçirilir və burada Türkiyənin də dövlət başçısınının iştirakı gözlənilir”.

Tarixçi bildirib ki, bu tədbir ərəfəsində onların bir kitabı da çap olunub.

“Kitabın adı “Qafqaz İslam Ordusunun Azərbaycanda izləri”dir. Kitabın təqdimatını çox ehtimal ki, paraddan sonra Türkiyənin Azərbaycandakı səfirliyində keçirəcəyik”.

N.Yaqublu deyib ki, Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsi ilə bağlı Bakıda keçiriləcək parad sayca ikincidir.

“Belə bir tədbir ilk dəfə 1918-ci il sentyabrın 15-də keçirilib. O vaxt hərbi parad “Qurd Qapısı” deyilən ərazidən başlayıb, indiki Biləcəriyə qədər uzanıb. İndiki Bakı Dövlət Universitetinin ərazisi əvvəllər “Qırmızı qışlaq” adlanan yer idi. Oradan da keçmək şərti ilə Qafqaz İslam Ordusu Bakıya təntənəli şəkildə daxil olub və komandan Nuru Paşa həmin paradı keçirib. Budəfəki parad Qafqaz İslam Ordusunun şəninə keçirilən ikinci belə tədbirdir. Qafqaz İslam Ordusu buna haqq edir, Azərbaycanın bir çox bölgələrinin, o cümlədən Bakının azad edilməsində Nuru Paşanın böyük rolu olub. Mənə elə gəlir ki, 100 illik ərəfəsində, hadisələrin gedişatında biz Bakının gözəl bir yerində Nuru Paşaya, yəni Bakının xilaskarı olan bu insana abidə qoymalıyıq”.

Tarixçinin sözlərinə görə, TRT televiziyası Qafqaz İslam Ordusu haqqında ayrıca bir film çəkir:

“Həmin filmdə mən də iştirak etmişəm, Qafqaz İslam Ordusu haqqında danışmışam. Aldığım məlumata görə, sentyabrın ya 14-ü ya da 15-i Türkiyənin Prezident iqamətgahında həmin filmin təqdimatı keçiriləcək”.

“Şərq” qəzetinin baş redaktoru, Cümhuriyyət tarixini araşdıran Akif Aşırlı da parad haqqında ətraflı məlumata malik deyil:

“Televiziyalarda, saytlarda parada hazırlığın görüntüləri yayımlanır. Bakı zəfərini özündə əks etdirən belə bir paradın keçirilməsinə çox ciddi ehtiyac var idi və bunu müsbət dəyərləndirirəm. Tarixdə də bu şəkildə rəsmi keçid olub, hətta 1918-ci il sentyabrın 17-də Hürriyət meydanında əsgərlərin rəsmi keçidi təşkil olunib və bayram əhval-ruhiyyəsi hökm sürürdü. 1 il sonra, 1919-cu ildə də Azərbaycan əsgərlərinin rəsmi keçidi olub. Bu paradların keçirilməsinin tarixi kökləri var. Hesab edirəm ki, bu paradın keçirilməsi bizim tariximizə, Bakının qurtuluş savaşına və həmin dönəmlərdə Azərbaycanın bütövlüyü uğrunda şəhid olanlara hörmət əlamətidir. Həm də Azərbaycan istiqlalına, müstəqilliyimizə bir münasibətdir”.

Akif Aşırlı deyib ki, paradla bağlı ona hansısa dəvət gəlməyib.

“Hələ ki məni də dəvət etməyiblər, ətraflı bir məlumatım yoxdur. Paradın kim tərəfindən və neçə təşkil olunması ilə bağlı məlumata malik deyiləm”.

Comments are closed, but trackbacks and pingbacks are open.