N.yaqublu islam ordusu v azrbaycan
Tarixçi alim qeyd edib ki, Bakının azad olunması çox böyük bir hadisədir: “Bu hadisənin gerçəkləşməsində qardaş Türkiyənin, Qafqaz İslam Ordusunun və Nuru Paşanın çox böyük xidmətləri olub. Torpaqlarımızın azad olunması uğrunda şəhid olan minlərlə türk əsgərini yad edirik. Onlar tək Bakını azad etməyib, Gəncədən başlayaraq demək olar ki, Azərbaycanın hər yerindən düşməni zərərsizləşdirib. Ölkəmizin hər yerində şəhidliklər mövcuddur və onların xatirəsi əbədiləşdirilib. Türk ordusu Gəncə və Bakıda hərbi məktəb yaratdı. Oktyabrın axırında Gəncədə birinci hərbi məktəbin təntənəli açılışı oldu”.
Kitab Bakının qurtuluşu. Qafqaz İslam ordusu, müəllif Nəsiman Yaqublu Qanun Nəşriyyatı, 208 səh
Kitabda XX əsr Azərbaycan Milli İstiqlal mübarizəsi tarixinin ən mühüm hadisələrindən olan Bakının Qurtuluşu araşdırılıb. Müəllif kitabda tarixi sənədləri, yazıları, faktları toplayıb oxuculara çatdırmağa çalışıb. İlk öncə Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920-ci illər) dövründə nəşr edilmiş yazılar, sonr adan isə mühacirətdə yaşamış azərbaycanlı siyasətçilərin və ziyalıların məqalələri toplanıb oxucuya təqdim edilib. Eyni zamanda tanınmış Azərbaycan şairlərinin Qafqaz İslam Ordusuna, qəhrəman türk əsgərlərinə həsr etdiyi şeirlər də kitaba daxil edilib. Kitab müəllim, aspirant və tələbələr üçün faydalı olmaqla yanaşı, Azərbaycan- Türkiyə əlaqələri sisteminin, mühacirət mətbuatımızın öyrənilməsi üçün də əhəmiyyətlidir.
Məhsul haqqında rəylər və reytinq
Reytinq yoxdur 0
Bu məhsul haqqında hələ rəy əlavə olunmayıb, təəssüratlarınızı bölüşən ilk siz olun!
0 istifadəçi reytinqi
Şərh əlavə etmək
Şərh əlavə etmək
Təsvir
Kitabda XX əsr Azərbaycan Milli İstiqlal mübarizəsi tarixinin ən mühüm hadisələrindən olan Bakının Qurtuluşu araşdırılıb. Müəllif kitabda tarixi sənədləri, yazıları, faktları toplayıb oxuculara çatdırmağa çalışıb. İlk öncə Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920-ci illər) dövründə nəşr edilmiş yazılar, sonr adan isə mühacirətdə yaşamış azərbaycanlı siyasətçilərin və ziyalıların məqalələri toplanıb oxucuya təqdim edilib. Eyni zamanda tanınmış Azərbaycan şairlərinin Qafqaz İslam Ordusuna, qəhrəman türk əsgərlərinə həsr etdiyi şeirlər də kitaba daxil edilib. Kitab müəllim, aspirant və tələbələr üçün faydalı olmaqla yanaşı, Azərbaycan- Türkiyə əlaqələri sisteminin, mühacirət mətbuatımızın öyrənilməsi üçün də əhəmiyyətlidir.
Ordumuz Şuşanı bu qayda ilə azad etdi – Nəsiman Yaqublu
Bunu Publika.az-a açıqlamasında tarix elmləri üzrə fəlsəfə doktoru Nəsiman Yaqublu deyib.
Tarixçi alim qeyd edib ki, Bakının azad olunması çox böyük bir hadisədir: “Bu hadisənin gerçəkləşməsində qardaş Türkiyənin, Qafqaz İslam Ordusunun və Nuru Paşanın çox böyük xidmətləri olub. Torpaqlarımızın azad olunması uğrunda şəhid olan minlərlə türk əsgərini yad edirik. Onlar tək Bakını azad etməyib, Gəncədən başlayaraq demək olar ki, Azərbaycanın hər yerindən düşməni zərərsizləşdirib. Ölkəmizin hər yerində şəhidliklər mövcuddur və onların xatirəsi əbədiləşdirilib. Türk ordusu Gəncə və Bakıda hərbi məktəb yaratdı. Oktyabrın axırında Gəncədə birinci hərbi məktəbin təntənəli açılışı oldu”.
N.Yaqublu vurğulayıb ki, Bakının qurtuluşu ilə Azərbaycan ərazilərində əmin-amanlıq yarandı: “Bakı azad olunduqdan sonra Azərbaycan hökuməti Gəncədən Bakıya köçdü. 1918-ci il 7 dekabr tarixində isə Azərbaycan Parlamentinin açılışı oldu. Bakı azad olunarkən indiki Bakı Dövlət Universitetinin olduğu ərazidən Biləcəriyə qədər birinci parad təşkil edildi. Bununla da bütün vətəndaşlara Bakının düşməndən təmizləndiyi göstərildi. Azərbaycan Milli Ordusu tərəfindən ikinci hərbi parad isə 1919-cu ilin aprel ayında, üçüncü hərbi parad Xankəndi və Şuşada keçirildi. 1919-cu ilin iyun ayında həmin paradda baş nazir Nəsib bəy Yusifbəyli və müdafiə naziri Səməd bəy Mehmandarov iştirak edib. Həm dövlətçiliyimizin formalaşmasında, həm də Milli Ordunun yaranmasında Qafqaz İslam Ordusu böyük rol oynayıb. Bakının azad olunması uğrunda gedən döyüşlərlə 2020-ci ildə Şuşada olan döyüşlər arasında taktiki baxımdan oxşarlıq var. O zaman Qafqaz İslam Ordusu “Qurd qapısı” tərəfdən Bakıya daxil oldu, lakin orada odlu silahlarla döyüşmək qeyri-mümkün idi. Çünki ermənilərlə xəyanətkar qüvvələr “Qurd qapısı” tərəfdə, yəni yuxarılarda yeləşmişdilər, Qafqaz İslam Ordusu isə aşağıdan hücum etdi. Nuru Paşa gecə gözlənilmədən soyuq silahlarla hücum edib Bakını işğaldan azad etdi. 2020-ci ildə də bizim şanlı ordumuz bu qayda ilə Şuşanı düşmən işğalından qurtardı. Qardaş Türkiyə əvvəl olduğu kimi, 44 günlük Vətən müharibəsində də bizə dəstək verdi”.
Comments are closed, but trackbacks and pingbacks are open.