Press "Enter" to skip to content

N yeni dövr azrbaycan dbiyyatı

Azərbaycan hərbi meydanda qazandığı qələbənin davamını siyasi müstəvidə də uğurla davam etdirir. Və Naxçıvana quru yol ilə Azərbaycanın birbaşa əlaqəsi bölgədə uzunmüddətli sülh üçün geniş imkanlar açır. Bunun üçün gərək əməkdaşlıq da təhlükəsizlik tədbirləri ilə birlikdə inkişaf etsin. Azərbaycan Prezidenti bu bəndin əlavə edilməsində göstərdiyi qətiyyətlə bir daha nümayiş etdirdi ki, Azərbaycan əməkdaşlığa hazırdır. Bizim üçün yeni quruculuq, inkişaf, azad edilmiş ərazilərimizin bərpası dövrü başlayır.

Azərbaycan üçün yeni dövr başlayır

Bu müharibə tək işğalda olan torpaqlarımızı yox, eyni zamanda xalq olaraq bizi bizə qaytardı. Ali Baş Komandanın prosesi yüksək peşəkarlıqla, çevikliklə idarə etməsi, zəruri müdaxilələri, Azərbaycan Ordusunun yüksək peşəkarlığı, orduda yüksək nizam-intizam və xalq-iqtidar birliyi 44 günlük Vətən Müharibəsinin 30 illik həsrətə son qoyması ilə nəticələndi. Bu tarixi qələbənin əsas memarı Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan əsgəridir. II Qarabağ savaşı itirdiyimiz torpaqlarla birlikdə, özgüvənimizi, qürurumuzu, millət olaraq birliyimizi bizə qaytardı. Artıq 30 ilə yaxın idi hər il qara təqvim kimi “qeyd etdiyimiz” tarixləri şərəfli qələbə günləri əvəz edəcək.

Haqq və Şərəf işimiz olan, suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda gedən mübarizədəki Qələbəmiz qəhrəmanlıq göstərən əsgər və zabitlərimizin canı-qanı bahasına, bütövlükdə xalqımızın əzmi, iradəsi, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirməsi hesabına əldə edildi. Bu Qələbə bizə əsgərlərimizin canı-qanı bahasına başa gəldi. 44 günlük Vətən Müharibəsinin gedişatında azad edilmiş ərazilərdə aşkarlanan nəhəng hərbi istehkamlar, məhv edilmiş və ya alınmış hərbi texnika, silah-sursat açıq şəkildə nümayiş etdirir ki, Azərbaycan Ordusu 30 il ərzində işğal etdiyi Azərbaycan torpaqlarını bəlkə də dünyada ən güclü militarizasiya edilmiş bölgəyə çevirən, güclü artilleriya sisteminə malik, silahlı birləşmələrinin tərkibində Rusiyadan, Fransadan və digər aparıcı Avropa ölkələrindən erməni əsilli vətəndaşlar, xüsusi təyinatlılar, PKK terrorçuları, Suriyadan xeyli sayda peşəkar muzdlulara qarşı vuruşaraq Ermənistan üzərində inamlı Qələbə qazandı. Prezident, Ali Baş Komandan İlham Əliyevin dünən xalqa müraciətində dediyi kimi, Ermənistanın 30 ilə yığdığı hərbi texnika 44 günə məhv edildi.

Noyabr ayının 10-da Azərbaycan, Rusiya prezidentləri və erməni baş nazirin imzaladığı üçtərəfli bəyanat regionda uzunmüddətli münaqişənin hərbi fazasını başa çatdırdı və faktiki olaraq işğalçı Ermənistan dövlətinin kapitulyasiya aktı kimi yadda qaldı. Bu sənədə əsasən ötən gün Azərbaycanın ən böyük rayonlarından biri hesab edilən Laçının (Ağdam – 20 noyabr, Kəlbəcər- 25 noyabr) bir güllə belə atılmadan Azərbaycana təhvil verilməsi baş tutdu və ərazi bütövlüyümüz bərpa edildi. Bununla da Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini faktiki olaraq özü icra etmiş sayıldı.

Azərbaycan bu tarixi Qələbə sayəsində düşmənə istəklərini diqtə etdirməyi bacardı. Belə ki, bəyanatda yer alan Zəngəzur dəhlizi tarixi nailiyyətimiz kimi hələ neçə əsrlər tarixdə öz layiqli yerini saxlayacaq. Prezident İlham Əliyev də bu dəhlizin Azərbaycan, region üçün əhəmiyyətini xüsusilə qeyd edib: “Biz Naxçıvanı həm mühasirədən çıxarırıq, eyni zamanda, yeni bir nəqliyyat damarını açırıq. Deyə bilərəm ki, bütün ölkələr buradan ancaq faydalanacaq. Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla birləşir. Azərbaycan Türkiyə ilə birləşir. Rusiya, Azərbaycan, Türkiyə, İran və əgər istəsə, Ermənistan bu dəhlizə qoşula bilər. Beləliklə, bölgədə beştərəfli yeni əməkdaşlıq platforması yaradıla bilər. Mən bu fikrimi artıq həm Rusiya, həm Türkiyə prezidentlərinə çatdırmışam. Həm Rəcəb Tayyib Ərdoğan, həm Vladimir Putin buna müsbət yanaşıblar. Bax, budur bizim təklifimiz”.

Azərbaycan hərbi meydanda qazandığı qələbənin davamını siyasi müstəvidə də uğurla davam etdirir. Və Naxçıvana quru yol ilə Azərbaycanın birbaşa əlaqəsi bölgədə uzunmüddətli sülh üçün geniş imkanlar açır. Bunun üçün gərək əməkdaşlıq da təhlükəsizlik tədbirləri ilə birlikdə inkişaf etsin. Azərbaycan Prezidenti bu bəndin əlavə edilməsində göstərdiyi qətiyyətlə bir daha nümayiş etdirdi ki, Azərbaycan əməkdaşlığa hazırdır. Bizim üçün yeni quruculuq, inkişaf, azad edilmiş ərazilərimizin bərpası dövrü başlayır.

Təhməz Əsədov
Milli.Az

Yeni dövr fəlsəfəsi

XVII əsrdən başlayaraq fəlsəfənin inkişafında yeni dövr adlandırılan mərhələ başlamışdır. Yeni dövr fəlsəfəsində təcrübəvi təbiətşünaslıqdan irəli gələn güclü materialist meyl xarakterik cəhətdir. lakin bu materializm mexaniki, metafizik materializmi idi. Təbiətin öyrənilməsində bu cür yanaşma metodu F.Bekon olmuşdur. O, öz fəlsəfi əsərində antik dövrün idealizmini və orta əsrlər dövrünün idealizmini və orta əsrlər dövrünün sxalastikasini kəskin tənqid edərək fəlsəfənin vəzifəsini elmdən istifadə etməsini göstərmişdir. Onun fikrincə, bu işdə yeni idrak metodu mühüm rol oynamalıdır, çünki «bilik qüvvədirsə, metod ona aparan yoldur, yoçunun yolunu işıqlandıran fanardır».
Təbiəti, materiyanı ilkin hesab edən F.Bekona görə onlar dərk ediləndirlər. İdrakın əsasını maddi aləm təşkil edir və o, duyğulardan başlayır.
Görkəmli Fransız təbiətşünası və filosofu R.Dekart burjua fəlsəfəsinin banisi olmuşdur. Dekart köhnə fəlsəfi ənənəni tənqid edərək özü sıfırdan başlamır, o, öz fəlsəfəsinin çıxış prinsipi kimi zəkznı, onun daxili impulsu olan özünü dərk etməni əsas götürür: «Düşünürəm deməli mövcudam» prinsipi də həmin çıxış nöqtəsini yığcam şəkildə ifadə edir. O, «Fəlsəfənin əsasları» adlı əsərində öz dualist təlimini şərh etmişdir. O, bir-birindən asılı olmayaraq mövcud olan «Düşünən» və «yertutan» substansiyasını ilkin əsas kimi götürmüşdür. Onun fikrincə, bu iki substansiya paralel şəkildə mövcud olurlar. Onlardan birinci ilə, yəni ruhi substansiya ilə «metafizika», maddi substansiya ilə «fizikz» məşğul olur. Hər iki substansiyanı ali substansiya olan Allah yaratmış, lakin onları yaratdıqdan sonra onların işinə qarışmır. Maddi substansiyanın atributu yer tutmaqdır, məkandır, ruhi substansiyanın atributu isə təfəkkürdür.
Hollandiya filosofu B.Spinoza idrak nəzəriyyəsində, idrakın 3 növünün olmasını qey etmişdir. Birinci növ idrak rəy və təsəvvürlərdən, özgə adamlardan əldə edilən fikirlərdən təşkil olunduğundan, onlar həqiqi bilik verə bilmir. İkinci növ idrak, zəkznın bilavasitə fəaliyyətindən ibarətdir. Üöüncü növ idrak intellektual intuisiya ilə şeylərin mahiyyətinin dərk edilməsindən ibarətdir. Bu cür idrak insanın ən yüksək və ali idrak qabiliyyətidir.
Klassik fəlsəfənin ideal nümunəsi olan alman fəlsəfəsi çox ziddiyyətli, mürəkkəb ictimai-siyasi və nəzəri şəraitdə meydana gəlib forməlaşməşdır. Klassik alman fəlsəfəsi başlıca olaraq materializm və idealizmin ziddiyyətli yolları ilə irəliləmiş və fikir tarixinə daxil olmuşdur, İ.Kant, G.Hengel, L.Feyerbax tərəfindən təmsil olunmuşdur. Adları çəkilən filosoflardan hər birisi ideya və konsepsiyalar zənginliyi ilə bir-birindən fərqlənən fəlsəfə sistemi yaratmışlar.
Kantın fikrincə, insanın şüurundan asılı olmayan şeylər aləmi mövcuddurlar, onlar insanların hiss üzvlərinə təsir edərək onlarda duyğular əmələ gətirir. Kant ənənəvi məntiqi təsnifatdan şıxış edərək, onlara müəyyən düzəlişlər edərək mühakimələri hər birisi üç növdən ibarət olmaqla dörd qrupa ayrılır:
1) kəmiyyət;
2) keyfiyyət;
3) münasibət;
4) modallıq.
Buna uyğun olaraq o, dörd qrup kateqoriyaları fərqləndirir:
1) kəmiyyət (vəhdət, çoxluq, bütövlük);
2) keyfiyyət (reallıq, inkar, məhdudlaşdırma);
3) münasibət (məxsusluq və müstəqil mövcudluq, səbəb və nəticə, ünsiyyət və qarşılıqlı təsir);
4) modallıq (imkan və imkansızlıq, mövcudluq və qeyri-mövcudluq, zərurət və təsadüf).
Klassik Alman fəlsəfəsinin sonuncu görkəmli nümayəndəsi L.Feyerbaxdır. O, öz fəlsəfi əsərlərində göstərir ki hiss üzvləri fəlsəfənin əsasıdər. Din insanlara ölümdən sonra xilas olmanı vəd edir, fəlsəfə isə dinin vəd etdiyini bu dünyada yerinə yetirməlidir. Onun fikrincə, təfəkkürün varlığa münasibəti məsələsi insanın mahiyyətindən ibarətdir. Çünki yalnız insan düşünə bilər. Feyerbaxın fikrincə «varlıq», «təbiət», «materiya», «gerçəklik», «reallıq» eyni anlayışdır. Təbiət əbədidir. Məkan və zaman hər cür varlığın əsası şərtidir, o, hər cür təfəkkür və fəaliyyətin, nailiyyət və tərəqqinin əsasıdır. Məkan və zamandan kənarda heç bir reallıq olmadığı kimi, təbiətsiz də məkan və zaman yoxdur.

  • Teqlər:
  • fəlsəfə
  • , fəlsəfə tarixi
  • , alman fəlsəfəsi

Comments are closed, but trackbacks and pingbacks are open.